Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-83/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdanndan artıq miqdarda 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 14:45-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzaibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli salfet bükümdə içərisində 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 15 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin qəbul edir. Hər dəfə narkotik vasitələri ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Tutulmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün siqaret qutusunun göy rəngli kağızına bükülmüş psixotorp maddə olan metamfetamini və siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə - heroini almışdır. Həmin psixotrop maddə və narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibində salfetə bükülmüş vəziyyətdə saxlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 14:45-də yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edən zaman üzərində dövriyyəsi qadağan edilmiş psixotrop maddə və narkotik vasitə olduğu üçün bir qədər özünü itirmişdir və polis əməkdaşlarına psixotrop maddə və narkotik vasitə alüdəçisi olduğunu və hazırda üzərində psixotrop maddə və narkotik vasitə olduğunu onlara bildirmişdir. Polis əməkdaşları onu Yasamal RPl-nin 27-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Daha sonra Yasamal RPlnin 27-ci Polis Bölməsinin inzibati binasında olan otaqlann birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanov olduğunu və psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərimə axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazıb imzaladım. Bununla bağlı həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və həmin siyahıdan X10 vəkil tərəfindən dövlət hesabına hüquqlannı müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Nofəl Əhmədov gəldiyi üçün təhqiqatçı onu ona təqdim etmiş və ona etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə X8 onu və vəkil Nofəl Əhmədovu, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlannı göstərilən Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Nofəl Əhmədovun iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrimə dair müvafiq bildirişləri verdi. Daha sonra isə X8 videoçəkiliş apanlmaqla mənim üstümə şəxsi axtanş keçirilməsinə başlayarkən mənə təklif etmişdir ki. əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxanb təqdim etmişdir. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı yuxanda göstərilən qaydada əldə etdiyi həmin, 01 ədəd ağ rəngli salfet bükümdə içərisində 01 ədəd siqaret qutusunun göy rəngli kağızına bükülmüş psixotorp maddə olan metamfetamini və 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə - heroini könüllü olaraq təqdim edərək bildirmişdir ki. onları xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka" adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyim şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdir. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, 14:45-də yaşadığı ünvan 4 ünvanının qarşısında durduğum zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Daha sonra isə X8 təqdim etdiyi 01 ədəd salfet bükümü açaraq içərisində 01 ədəd siqaret qutusunun göy rəngli kağızına bükülmüş psixotorp maddə olan metamfetaminə bənzər maddə və 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər maddə olması aşkar etmişdir. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin YYÇ üzrə inspektoru, polis polkovnik-leytenantı Şahid2 onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Həmçinin X8, onun və vəkili Nofəl Əhmədovun, eləcə də orada iştirak edən 3 nəfər polis əməkdaşının iştirakı ilə keçirilmiş şəxsi axtanşla və psixotrop maddə və narkotik vasitəninin ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Ondan aşkar olunmuş həmin bükümlər içindəki narkotik vasitə və psixotrop maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı narkotik vasitəni satmaq niyyətində olmamış və bədənində ağnlar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvannın cibində daşımışdır ki, ağnsı başladıqda onları istifadə edə bilsin, narkotik vasitəni və psixotrop maddəni ona satmış şəxsin anket məlumatlan, iş və yaşayış yeri və ya telefon nömrəsini bilmir, ancaq onu üzdən tanıyır. Göstərilən narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə alarkən yanında başqa şəxs olmamışdır.Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığım həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün tamlıqla əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlamışdır və yuxanda göstərilən qaydada Yasamal RPİ-nin 27-ci PB-nın inzibati binasında üzərimə keçirilmiş şəxsi axtarış zamanı tərəfindən X8a təhvil verilmişdir. Üzərində aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,130 qram ağ rəngli kristal şəkilli narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusunu ona xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını və yaşadığı ünvanı bilmədiyi şəxs bir ədəd bükümdə narkotik vasitə heroinlə birlikdə ona 20 manata satmışdır. O. limon turşusunu psixotrop maddə metamferamin olduğunu bilmişdir. Məhkəmə kimyəvi ekspertizanın rəyi ona xx.xx.2022-ci il tarixdə elan edilib tanış olarkən həmin maddənin limon turşusu olduğunu ona məlum olmuşdur. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində ünvan 6 ünvanın qarşısında bir nəfər qadının özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər, həmin qadınla söhbət zamanı narkotik vasitələrdən istifadə etdiyini və hal-hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də həmin qadını polis bölməsinə gətirmişlər. Polis bölməsində onun xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş.onun barəsində müvafiq tədbir görülməsi üçün dərhal tərəflərindən raport əsasında 27-ci Polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 27-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X7 həvalə olunmuşdur. Bununla bağlı, X8 Yasamal Rayon Polis idarəsinin 27-cı Polis bölməsinin inzibati binasında iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş və götürmə apanlacağını bildirərək axtanş və götürmə apanlmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından vəkil X1 onun tərəfindən hüquqlannın müdafiə edilməsini istədiyini, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib, dövlət büdcəsi hesabına hüqüqlannın müdafiə olunmasını xahiş edərək bu barədə ərizə də yazdınb imzalamışdır. Bununla bağlı, X8 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 27-ci PB-nə dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmiş və o da. təqdim olunan vəkil tərəfindən hüqüqlannın müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra X8 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş aparılacağını elan etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və sahə inspektoru Şahid3. qadın polis əməkdaşı-Yasamal RPl-nin 27-ci PB-nin X3 İşləri üzrə inspektor polis polkovnik-leytenantı Şahid2 iştiraklan ilə axtanş və götürmə keçirməyə başlamışdır. X8 şəxsi axtanş və götürmə başlamazdan əvvəl saat 16:30-da şəxsi axtarışın aparılacağını bütün iştirakçılan bu prosessual hərəkətin apanlması zamanı istintaq hərəkətinin «Samsung» markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını elan etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X8 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını, özü barədə anket məlumatlannı bildirməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirdikdən sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah edilməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvannın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli salfet bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin salfet bükümünü açaraq içərisində bir ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümü və bir ədəd gümüşü rəngli siqatet kağızına bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra X8 tərəfindən həmin bükümlərə baxış zamanı bir ədəd qöy rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, digər bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddələrin nədən ibarət olmasını, onlan nə vaxt, hansı tarixdə, harada, kimdən, hansı məqsədlə əldə etməsini, nə vaxt saxlanılmasını və hansı səbəbə Polis Bölməsinə gətirilməsini, gətirilərkən polis əməkdaşlan tərəfindən ona fiziki və ya psixi təsir göstərilib-göstərilməməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd salfet bükümünün içərisində bir ədəd qöy rəngli siqaret kağızına bükülmüş bükümün içərisindəki ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, digər bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm içərisindəki qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə heroin olduğunu. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Nəsimi rayonu ərazisində yerləşən "Kubinka" adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi məqsədilə əldə edib üzərində saxlayıb gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə, saat 14:45-də yaşadığı ünvan 3 ünvanının qarşısında durduğu zaman polis əməkdaşlan tərəfindən saxlanılaraq Yasamal RPl-nin 27ci Polis Bölməsinə gətirildiyini, polis əməkdaşlan tərəfindən ona fiziki və ya psixi təsir göstərilmədiyini, saxlanılarkən hüquq və vəzifələri ona izah olunduğunu, üzərində başqa qanunsuz əşya saxlamamasını bildirmişdir. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin 27- ci Polis Bölməsinin YYÇ İşləri üzrə inspektoru, polis polkovnik-leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtanş aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmetlər aşkar olunmadı. Daha sonra X8 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər içərilərində olan maddələrlə birlikdə, həmçinin bir ədəd salfet ağ rəngli boş zərfə yerləşdirilərək qablaşdırılmış və möhürlə möhürlənmişdir. Həmin zərfin üzərinə Təqsirləndirilən şəxs, müdafiəçisi X10, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o özü də həmin zərfin üstünə imza etmişdir. Apanlmış şəxsi axtanşla Təqsirləndirilən şəxs aşkar olunub- götürülmüş həmin bükümlərdə olan maddələr zərfə qoyularaq qablaşdınlaraq götürülməsi ilə bağlı X8 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də apanlmış videoçəkiliş 01 ədəd maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtanşda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddələr ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən həmin bükümlərin birində təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 0,130 qram ağ rəngli kristal şəkilli narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusu, 01 ədəd içi boş. üzərində heç bir iz olmayan salfet kəsiyində narkotik vasitə və psixotrop maddənin izləri olmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində qanunsuz narkotik vasitə heroini əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki. üzərindən aşkar olunmuş yuxanda göstərilən narkotik vasitə hesab edilən heroini Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə hesab edilən heroinin mənbəsi ilə bağlı əməliyyat-axtanş tədbirləri keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4525 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,190 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,140 qram qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2022-ci il tarixli 4891 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbun müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət - Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir, belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, sonuncu dəfə isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 11 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Həmçinin cinayət işi məhkəmənin icraatında olduğu tarixdə iş materiallarında olan Yasamal RPİ-nin 06ö01ö2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə Yasamal RPİ-nin icraatında digər bir ********* saylı cinayət işinin icraatı aparılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88 manat (səksən səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,140 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-83/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-83/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver