Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-83/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində yerləşən gündəlik fərdi evlərdə kirayədə yaşayan və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 15,220 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 07 avqust 2024-cü il tarixdə saat 14:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 29-cu PŞ- nə dəvət edilmiş və həmin gün Şöbənin inzibati binasında saat 15:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən “Winston” siqaret qutusunun içərisində xeyli miqdarda təmiz çəkisi 15,220 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, 07 avqust 2024-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu, “Şamaxinka” adlı ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən siqaret qutusunun içərisində olmaqla qurudulmuş marixuana almış, sonradan istifadə etməyi üçün üzərində saxlamış, 07 avqust 2024-cü il tarixdəm saat 14:30-da ünvan 5 ünvanının qarşısında ona iki nəfər şəxs yaxınlaşaraq özlərini 29- cu PŞ-nin əməkdaşları kimi təqdim edib, kimliyi ilə maraqlanmış, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə onlarda məlumatlarının olmasını bildirmiş və ona şübhəli şəxsin hüquq və vəzifələrini izah etmiş, sonra, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş, PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra onunla bağlı araşdırma aparılması şöbənin baş təhqiqatçisı polis mayoru Samir Balakişiyevə həvalə edilmiş, Samir Balakişiyev tərəfindən onun şübhəli şəxs qismində tutlmağı barədə qərar tərtib edilmiş, hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq, ona “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahını nəzərdən keçirtdikdən sonra vəkil Şahid3 seçmiş, həmin vəkil PŞ- nə dəvət edildikdən sonra təhqiqatçı vəkilin iştirakı ilə üzərinə şəxsi-axtarış keçirilməsinin zəruri olmasını bildirmiş və onları şəxsi-axtarışın keçirilməsinə dair qərarla tanış etmiş, o və vəkili şəxsi-axtarışın keçirilməsinə etiraz etməmiş, sonra isə təhqiqatçı xidməti otağında müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə şəxsiaxtarış keçirməyə başlamış, şəxsi-axtarış zamanı ona ona üzərində hər-hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması, olduğu halda onların könüllü olaraq təqdim edilməsi təklif edilmiş, o da əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində saxladığı qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, ondan götürülmüş siqaret qutusunun içərisində olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf, müdafiəçi, iştirakçılar və onun tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmiş, keçirilən bütün prosesslər müdafiəçi iştirak etmiş, sonra üzərində şəxsi-axtarış davam etdirilsə də, qeyd olunan marixuanadan başqa ondan heç nə aşkar edilməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis Şöbəsinə dəvət edilərkən, üzərimə şəxsiaxtarış keçirilərkən ona qarşı hər-hansı zor, təziq tətbiq edilməmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitədən başqa hər-hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hazırda da olmur. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkilli, polis mayoru Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 07 avqust 2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə xx.xx.1995-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində yerləşən gündəlik fərdi evlərdə kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 avqust 2024-cü il tarixdə, saat 14:30da ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis Şöbəsinə yollanmış, Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində «Winston» yazılmış siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmiş, həmin siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni 07 avqust 2024- cü il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində «Winston» yazılmış siqaret qutusunun içərisinə baxış keçirildikdə içrisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki şəkilli kütlə olması aşkar edilmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 01 ədəd «Winston» yazılmış siqaret qutusu sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ilkin olaraq Yasamal RPl-nin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29cu PŞ- nin sahə inspektoru, polis baş leytenantı Şahid2 cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. 07 avqust 2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 08 avqust 2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 09 avqust 2024-cu il tarixdə cinayət işi üzrə istintaqın aparılması Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 həvalə edildiyindən icraatına qəbul edilmişdir. 09 avqust 2024-cu il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 09 avqust 2024-cü il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2024-cü il tarixli vəsatət təmin edilmədən rədd edilmişdir. 09 avqust 2024-cu il tarixdə cinayət Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/16/2-7/1305 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş: Azərbaycan Respublikası DİN “zərflər üçün №169” möhür əksi, “1. ə.m. Şahid1; S.in. İ.Osvəliyev /imza/; 3. Şübhəli şəxs Təqsirləndirilən şəxs /imza/; 4. Müdafiəçi E.Quliyev /imza/; Tərtib etdi /imza/ S.Balakişiyev” yazıları olan zərəfdəki 01 ədəd siqaret qutusunda təmiz çəkisi: 15,220 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 45-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2024-cü il tarixli, 5414 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2017-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263- 1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş və 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəza sonu ilə azad edilmişdir. Məhkəmənin sorğusu əsasında olan BDYPİ-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2017-cü il tarixli hökmü ilə tətbiq olunmuş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müəddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 15,220 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 15,120 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir, həmin dvd diskdə əks edilmiş görüntülər xx.xx.2024-cü il tarixdə qeydə alınır. Yasamal RPİ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində «Winston» yazılmış siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmiş, həmin siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni 07 avqust 2024cü il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirir, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində «Winston» yazılmış siqaret qutusunun içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki şəkilli kütlə olması aşkar edilir, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 01 ədəd «Winston» yazılmış siqaret qutusu sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən xx.xx.2021-ci il təvəllüdlü Yusif Nəzərov adlı 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli, 5414 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,120 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclarında iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Kredo Vəkil Bürosünun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,120 qram narkotik maddə-marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclarında iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Kredo Vəkil Bürosünun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-83/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-83/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver