Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-84/2018 30.03.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Başarat kəndində daimi qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanda yerləşən Xəzər gəmiçilik idarəsinin yataqxanasının 10 nömrəli otağında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə saat 20 radələrində tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 528də yerləşən D saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 əlində tutduğu içərisində 230 manat nağd pul olan 100 manat dəyərində pul kisəsini dartıb alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 cəmi 330 (üç yüz otuz) manat dəyərində əmlakını açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 577-ci məhəllə, 91 A saylı binanın 4-cu girişinin 3-cü mərtəbəsinin pilləkənində Zərərçəkmiş şəxs1 əlində tutduğu içərisində 6 manat dəyərində 051 *** ** ** mobil nömrəsi olan 30 manat dəyərində “Nokia E 6” markalı mobil telefonu, 2 manat 70 qəpik nağd pul olan 20 manat dəyərində “Nadilli” markalı süni dəridən olan əl çantasını dartıb alaraq ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 58,70 manat (əlli səkkiz manat yetmiş qəpik) dəyərində əmlakını açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Qubadlı rayonu Basarat kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 10 nömrəli otağında anası ilə birlikdə yaşamış, subaydır, işləməmiş və əvvəllər məhkum olunmamışdır, hərbi xidmətdə olmamışdır. 2017-ci ilin əvvəllərindən narkotik maddə olan heroindən istifadə etməyə başlamışdır. Həmin narkotik maddəni almaq üçün pul lazım olmuş, ancaq həmin vaxt işləməmiş, ona görə də pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Narkotik maddəni isə Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. xx xxxx 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində metronun “Elmlər Akademiyası”stansiyasının yaxınlığında gəzişərək oğurluq etmək üçün nəsə axtarmışdır. Həmin vaxt bir nəfər yaşlı qadının əlində kiçik qara rəngli əl çantası ilə Lider TV istiqamətinə gedən yolda Z.Əİiyeva adına orta məktəbə tərəf getdiyini görmüşdür. Həmin qadının əlindəki çantada çoxlu pul olduğunu fikirləşmişdir. O, həmin qadının əlindəki çantanı onun əlindən alıb qaçmaq üçün fürsət olan bir yer tapmaqdan ötrü qadının ardınca getmişdir. Qadın H.Cavid prospekti 577-ci məhəllə 91 A nömrəli beş mərtəbəli binanın girişinə daxil olmuşdur. O da həmin qadının ardınca getmişdir və qadın pilləkənlə binanın 3-cü mərtəbəsinə çatanda o, cəld həmin qadına yaxınlaşmış, qadının əlindəki qara rəngli çantanı çəkib onun əlindən almış və qaçaraq pilləkənlə aşağı enib həyətə çıxmışdır. Dartaraq əlindən çantasını aldığı qadın isə onun ardınca qışqıraraq, köməyə adam çağırmışdır. O, həyətdəki qonşu binanın girişinə girmiş və orada çantanı açıb içərisinə baxmışdır. Çantada 2 manat 70 qəpik pul, bir ədəd “Nokia E6” markalı mobil telefon, Zərərçəkmiş şəxs1 Məhərrəm qızının adına şəxsiyyət vəsiqəsi, azərsu və azərqaz kartları, metro kartı, əl dəsmalı və saç broşkaları olmuşdur. O, həmin 2 manat 70 qəpik pulu və “Nokia E6” markalı mobil telefonu götürmüş,əl çantasını isə həmin binanın girişində olan su çəninin üstünə qoyaraq oradan uzaqlaşmışdır. Həmin telefonu metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanımadığı şəxsə 10 manata satmış, üstündəki sim kartını isə çıxarıb tullamışdır. Əldə etdiyi pula isə narkotik maddə alaraq istifadə etmişdir. xx xxxx 2017-ci il tarixdə günün ikinci yarısında, təxminən 20 radələrində o, Bakı şəhəri Maştağa qəsəbəsində olan zaman ona 3 nəfər şəxs yaxınlaşaraq, özlərini təqdim edərək Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirməklə ona polis bölməsinə gəlməli olduğunu bildirmişlər. O, polislərlə birlikdə 28-ci PB-nə getmiş, etdiyi hərəkətləri onlara danışmışdır. Sonradan Zərərçəkmiş şəxs1 çantasını gizlətdiyi yeri, cinayət törətdiyi yeri onlara göstərmiş, çantanı gizlətdiyi yerdən çıxarıb polis əməkdaşlarına vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 tanınması üçün təqdim edildikdə və üzləşdirildikdə həmin qadın onun üzünə xx xxxx 2017-ci il tarixdə saat 20:10-da Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 528-ci məhəllə D saylı yaşayış binasının qarşısında onun əlindən içərisində 230 manat nağd pul və pensiya kartının olduğu pul çantasını dartıb aldığını və qaçaraq aradan çıxdığını göstərmişdir. O, həqiqətən də göstərilən tarixdə və saatda həmin yerdən qaçaraq keçsə də Zərərçəkmiş şəxs2 əlində tutduğu pul çantasını əlindən dartıb almamış və bunun kim tərəfındən edildiyini də bilməmişdir. O, həmin qadının əl çantasını əlindən alıb qaçan şəxs deyildir, o, Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edildikdə Zərərçəkmiş şəxs2 onu göstərərək əlindən çantasını alıb qaçan şəxsin o olduğunu bildirmişdir, lakin o, Zərərçəkmiş şəxs2 əlindən çantasını alıb qaçmamışdır. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxsittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2017-ci il tarixdə saat 19:20 radələrində yaşadığı evdən çıxıb «Favorit» marketə getmişdir. Saat 20:00-da marketdən çıxıb gəzə-gəzə evə tərəf piyada getməyə başlamışdır. Saat 20:10-da Yasamal rayonu Ə.Ələkbərov küçəsi ilə 528-ci məhəllənin həyətinə tərəf gedən zaman onun əl telefonuna zəng gəlmiş və dayanıb telefonla danışmışdır. Sağ əlində telefonu, sol əlində isə pul kisəsini tutmuşdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs qaçaraq yanından keçərkən sol əlində tutduğu pul kisəsini əlindən alaraq qaçmağa davam edib ondan uzaqlaşmışdır. O, həmin şəxsin arxası ilə bir neçə addım getmiş, lakin çata bilmədiyi üçün həmin şəxsin hansı istiqamətə getdiyini görə bilməmişdir. Kənarda isə başqa adamlar olmuşdur. O, demişdir ki, əl çantasını qaçırdılar. Kənarda dayanan orta yaşlı kişi onun əl çantasını qaçıran şəxsin ardınca bir neçə metr getmiş, lakin çata bilməmiş və qayıtmışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Pul kisəsini əlindən dartıb alaraq qaçan şəxsin üzünü görə bilməsə də onun əlamətləri, qaçması, hərəkətləri gözlərinin önündədir,cavan, orta boylu, arıq bədən quruluşlu, əynində qara rəngli, uzunqol köynək və boz rəngli cins şalvar olan cavan kişi olmuş, qaçanda ayaqlarını nisbətən aralı qoyaraq qaçmışdır. O, 102 xidmətinə məlumat verdikdən sonra polislər gəlmişlər və o, pul kisəsini aparan şəxsin əlamətlərini onlara demiş, ərizə və izahat vermişdir. Bir neçə gündən sonra onu Yasamal RPİ-nə dəvət etmişlər. Bildirmişlər ki, onun pul kisəsini oğurlayan şəxsi tutublar, həmin şəxs başqa bir qadının da əl çantasını əlindən alaraq qaçmışdır. Ona həmin şəxsi tanınma üçün başqa 3 nəfər şəxslə birlikdə təqdim etmişlər, onları sıra ilə düzmüşlər və ondan həmin şəxslərdən hansının onun pul kisəsini alıb qaçan şəxs olub-olmamasını soruşmuşlar. O, həmin şəxsləri nəzərdən keçirmiş, onun pul kisəsini əlindən alıb qaçan şəxs sırada dayanan şəxslərdən sağ tərəfdə dayanan, onun solundan birinci dayanan şəxs olmuşdur, həmin şəxsi görən kimi tanımışdır, onun əlindən pul kisəsini alıb qaçanda əynində olan qara rəngli köynəyi və boz rəngli cins şalvarı hələ də əynində olmuşdur, həmin şəxsin bədən qurluşu da gözlərinin qarşısındadır, eyni şəxs olmuşdur, hətta onun yerişinə də fıkir vermişdir. Ayaqlarını nisbətən aralı qoyaraq yerişi də yadındadır, həmin əlamətlərə görə onu tanımışdır. Bundan sonra üzləşdirmə zamanı həmin şəxsin üzünə qarşı pul kisəsini əlindən alıb qaçan şəxs olduğunu, ona qarşı heç bir zor tətbiq etmədiyini, sadəcə əlindən pul kisəsini dartıb alaraq qaçdığını bildirmişdir. Onun əlindən pul kisəsini alıb qaçan şəxs ona tanınma üçün təqdim edilmiş şəxsdir. Həmin şəxs tərəfındən əlindən alman pul kisəsi üstü aşılanmamış (zamış), arxası aşılanmış dəridən olmuş, təxminən 5 il əvvəl mağazadan 100 (yüz) manata almışdır. Həmin pul kisəsinin içərisində isə özünə məxsus 230 (iki yüz otuz) manat nağd pul və Azərbaycan Respublikası Beynəlxalq Bankına məxsus plastik təqaüd kartı olmuşdur, lakin kartın içərisində heç bir məbləğdə pul olmamışdır. Ona ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən hes bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Xidməti ərazisində yaşayan Zərərçəkmiş şəxs2 xx xxxx 2017-ci il tarixdə saat 20 radələrində Ə.Ələkbərov küçəsi ilə 528-ci məhəllənin həyətinə tərəf gedən zaman bir nəfər tanımadığı şəxs yanından qaçaraq pul kisəsini əlindən alıb qaçması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin məlumat əsasında dərhal hadisə yerinə getmişlər, hadisə yerində hər hansı bir dəlil qalmamışdır. Ona görə də Zərərçəkmiş şəxs2 əlindən əl çantasını alıb qaçan şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilmiş, Zərərçəkmiş şəxs2 dediyi əlamətlərlə həmin şəxsin kimliyini müəyyən etmişlər və məlum olmuş ki, Zərərçəkmiş şəxs2 əlindən əl çantasını alıb qaçan şəxs Qubadlı rayonu Başarat kəndində daimi qeydiyyatda olan və Yasamal rayonu İnşaatçılar prospekti 5 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs Məhərəm oğlu olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PB-nin ərazisində digər soyğunçuluq cinayət əməli törətdiyi də məlum olmuşdur. Ona görə də 28-ci PB-nin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Maştağa qəsəbəsində gizləndiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində tutularaq Yasamal RPİnin İŞ-nə təqdim edilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman Zərərçəkmiş şəxs2 əlindən əl çantasını alıb qaçaraq soyğunçuluq əməli törətməsini, həmin çantada olan pulu götürüb xərclədiyini və əl çantasını yadında qalmayan zibil yeşiyinə atdığını onlara bildirmiş, lakin əl çantasının tapılıb istintaqa təqdim edilməsi mümkün olmamışdır. Həmin əl çantasının tapılması və istintaqa təqdim edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun izahat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 daimi qeydiyyatda olmaqla həmin ünvanda oğlu və oğlunun ailəsi ilə birlikdə yaşayır, subaydır, təqaüdçüdür. Qızı Şahid4 Novruz qızı Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 577-ci məhəllə, 91 A, mənzil 45-də yaşayır. Həmin mənzil binanın 4-cü girişində 5-ci mərtəbədə yerləşir. xx xxxx 2017-ci il tarixdə saat 19 radələrində qızı Aybənizgilə qonaq gedərkən metronun Elmlər Akademiyası stansiyasında düşüb piyada “H.Cavid” prospekti ilə Zərərçəkmiş şəxs1 adına məktəb istiqamətində qızının yaşadığı binaya doğru getmişdir. Qızı Aybənizin yaşadığı bina Zərərçəkmiş şəxs1 adına məktəbin yanında yerləşir. O, binaya çatmış, qızının mənzilinə çıxmaq üçün binanın 4-cü blokuna daxil olmuşdur. Pilləkənlə 5-ci mərtəbədə yerləşən mənzilə tək olaraq, əlində qara rəngli üstündə “Nadili” yazısı olan əl çantasını tutaraq yavaş addımlarla qalxmağa başlamışdır. Pilləkənlə 3-cü mərtəbəyə çatan zaman qəflətən əlində tutduğu çantasının əlindən çəkildiyini hiss etmişdir. Geri çevriləndə çantanı əlindən çəkən şəxsin bir nəfər arıq bədənli, təxminən 25-30 yaşlarında, sarıbəniz, üzü azacıq tüklü bir cavan oğlan olduğunu görmüşdür. Həmin anda həmin şəxs onun əlindəki çantasını əlindən çəkib almış və öz əlində tutub pilləkənlə qaçaraq aşağı düşmüşdür. O, həmin şəxsin arxasınca qışqırmış və pilləkənlə aşağı düşmüşdür. Lakin o, düşənədək həmin oğlan çantanı da götürərək qaçıb aradan çıxmışdır. O, məhəllədə həmin oğlan barədə qarşısına çıxan şəxslərdən soruşmuşdur, ancaq kimsə həmin şəxsi gördüyünü deməmişdir. Sonra məhəllədə olan bir cavan oğlandan xahiş edib, onun mobil telefonunu alıb, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra qızıgilə getmişdir. Polis əməkdaşları gəldikdə onlara hadisə baş verdiyi yeri göstərmiş və həmin oğlanın əlamətlərini bildirmişdir. Bundan sonra 28-ci PB-nə gedərək ərizə və izahat da yazmışdır. Əlindən aparılan çantası, qara rəngli olmaqla, üstündə “Nadil” yazısı olmuşdur. Həmin çantanı o, hadisədən təxminən bir ay əvvəl 20 manata almışdır. Həmin çantanın içərisində ona məxsus bir ədəd 4-5 il əvvəl aldığı, hazırki bazar qiyməti təxminən 50 manat olan “Nokia E 6” markalı mobil telefon olmuşdur. Mobil telefonun üstündə isə 5 manatlıq 050 *** ** ** sim nömrəsi olmuşdur. Çantasında 2,70 (iki manat yetmiş qəpik) manat pulu olmuşdur. Həmin çantada onun adına olan şəxsiyyət vəsiqəsi, Azərqaz və Azərsu ödəniş kartlrı, avtobus və metro kartları, təqaüd kartı, evinin açarları, saç sancaqları və əl yaylığı olmuşdur. Həmin şəxs onun əl çantasını əlindən çəkib alıb talamaqla ona 77.70 (yetmiş yeddi manat yetmiş qəpik) manat maddi ziyan vurmuşdur. Çantasında olan təqaüd kartında pul olmamışdır. Hadisədən dərhal sonra Beynalxalq banka müraciət edərək kartın kodunu dayandırmışdır. Hadisədən bir gün sonra ona zəng edərək onun çantasını qaçıran şəxsin yaxalandığını, əşyalarının aşkar edilərək götürüldüyünü, lakin mobil telefonunun aşkar edilməsi mümkün olmadığını bildirmişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli 17969 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların hazırki vəziyyətdə 2017-ci ilin iyun ayına ümumi qiyməti 56 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinininTəqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxshəmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlara dəymiş ziyan tam ödənilmişdir, şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib səmimi peşman olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 “Nadilli” markalı, süni tərkibli dəridən olan bir ədəd qadın əl çantasınınqanuni sahibi olan Zərərçəkmiş şəxs1ibtidai istintaq dövrü qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxx 2017-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Nadilli” markalı, süni tərkibli dəridən olan qadın əl çantasının zərər çəkmiş şəxsə qaydarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-84/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-84/2018
30.03.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver