Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-84/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,992 qram, 05 ədəd kağız bükümlərdə təmiz çəkisi -0,065 qram, -0,126 qram, -0,030 qram, - 0,082 qram,-0,066 qram, ümumi təmiz çəkisi -1,361 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 19:30-da Yasamal rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 01 ədəd göy metal qabın içərisində 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,992 qram, 05 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə təmiz çəkisi 0,065 qram, 0,126 qram, 0,030 qram, 0,082 qram, 0,066 qram, ümumi təmiz çəkisi 1,361 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.2ci maddəsi ilə deyil 234.1-ci maddəsi ilə təqsirli bilir, narkotik vasitəni satmaq niyyəti ilə deyil, özünün istifadə etməsi üçün əldə etmişdir. Belə ki, yaşadığı ünvanın yaxınlığındakı avtoyuyucuda işləmişdir. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamışdır. O, bədənində ağrılar olan zaman şəxsi istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, «kokos» adlanan narkortik maddəni almaq üçün Yasamal rayonu “Sovetski” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 05 ədəd siqaretin gümüşü kağızına və 01 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə narkotik vasitə hesab olunan heroini 35 manat pul ödəyərək almışdır. Həmin narkotik vasitə bükümlərini bədənində ağrılar olan zaman istifadə etmək üçün üzərində olan göy rəngli dəmir qaba qoyub qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Gündəlik işlərini görüb qurtardıqdan sonra yaşadığı ünvan istiqamətində gəlməyə başlamışdır. Həmin gün saat 19:30 radələrində o, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi 200 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O, da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli idman şalvarının sağ cibində olan göy rəngli dəmir qabı cibindən çıxarıb, açıb içərisində 05 ədəd siqaretin gümüşü kağızına və 01 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə narkotik vasitə hesab olunan heroinlə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər onun iştirakı ilə açılan zaman onların içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları həmin bükülülərdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini ondan soruşduqda bildirmişdir ki, həmin bükülülərdə olan maddə kokos kimi bildiyi narkotik vasitə olan heroindir. Həmin 05 ədəd siqaretin gümüşü kağızına və 01 ədəd şəffaf sellofona bükülmüş maddəni o, bu gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ‘‘Sovetski” adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən cəmi 35 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 06 ədəd siqaretin gümüşü kağızına və 01 ədəd şəffaf sellofona bükülmüş bükümlər həmin dəmir qaba yığılaraq gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılara həmin protokolu imzaları ilə təsdiq etmişdirlər. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini ona satmış şəxs qaramtıl dərili, 30-35 yaşlarında, arıq. 165-170 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız şəxs olmuşdur, həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. Sadəcə həmin narkotik vasitəni satan şəxs bu formada satır deyə, o, müxtəlif bükümlərdə narkotik vasitə almalı olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinizə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir, o heç kəsə narkotik vasitə satmamış və əldə etdiyi polis əməkdaşları üstündən aşkar edilib götürülmüş narkotik vasitəni də satmaq niyyətində olmamış, yalnız öz istehlakı məqsədilə əldə etmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındakı sorğu sual zamanı bildirmişdir ki, bir neçə dəfə dost-tanışına əldə edə bilmədikləri üçün, narkotik vasitənin əldə edilməsində kömək etmiş, belə ki, onlar bir az pul qoymuş, üstünə də özü pul qoyub narkotik vasitə alıb birlikdə istifadə etmişlər. Bir neçə dəfə isə tanışı narkotik vasitə ala bilmədiyi üçün o özü narkotik vasitəni alıb həmin tanışına vermişdir. Həmçinin dostunda olmadığı halda, dostu ona müraciət etmişdir ki, ona narkotik vasitə versin, o da həmin dostuna narkotik vavsitə vermişdir, özündə olmadıqda isə qarşılığında da dostunda olduğu təqdirdə dostu ona narkotik vasitə vermişdir. Bu əməllərin narkotikin satışı olmasını bilməmişdir. Ümumiyyətlə narkotik satan əxslərə nifrət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 avqust 2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1990cı il təvəllüdlü, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Şərifzadə küçəsi ev 35B-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında NMB-nin rəisinin vasitəsi ilə RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafıq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid2la birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 22 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 5 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən oldu ki, həqiqətən də o, xx.xx.1990-cı il təvəllüdlü, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Şərifzadə küçəsi ev 35B-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatların olduğunu bildirərək onlarla Yasamal RPİ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X6 həvalə olunmuşdur. Bununla bağlı baş təhqiqatçı X9 RPİ-nin TŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək təqdim olunan siyahı üzrə istənilən vəkil tərəfindən dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Baş təhqiqatçı Orxan Əliyev dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı Orxan Əliyev, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Müdafiəçi1 təqdim etmiş və o da, təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, baş təhqiqatçı X11 Qasımovun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Baş təhqiqatçı X11 Qasımovun üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Orxan Əliyev hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını və özü barədə anket məlumatlarını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Orxan Əliyev tərəfındən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinə tələblərini izah etməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idmən şalvarının sağ yan cibindən bir ədəd göy rəngli dəmir qabı çıxarıb ağzını açmaqla masanın üzərinə qoyub təqdim edərək həmin qabın içərisində «kakos» adlanan narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda baş təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin qutunun içərisinə baxış keçirilərkən 1 ədəd şəffaf sellofan büküm və 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ümumilikdə 6 ədəd bükümlərin hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddələrin olması aşkar edilmişdir. Daha sonra baş təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin nədən ibarət olmasını və kimə məxsus olmasını, hansı məqsədlə əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərkən ona hər hansı bir fiziki zor və psixi təsir göstərilib-göstərilməməsi barədə sorğu edildikdə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin hamısı narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, polis idarəsinə gətirilərkən və polis idarəsində ona heç bir fiziki zor və psixi təsir göstərilmədiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı X11 Qasımovdan təqdim etdiyi bükümlərdə olan maddəni, nə vaxt, harada, kimdən hansı qiymətə aldığını soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan heroini 22 avqust 2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu «Sovetsiki» adlanan ərazidən adını və anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 35 manata aldığını bildirmişdir. Daha sonra baş təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dəmir qabın icərisində 1 ədəd şəffaf sellofan büküm və 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ümumilikdə 6 ədəd bükümlərin içərisində olan maddələr ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ağ rəngli zərfın icərisinə yerləşdirməklə qablaşdırılmış və “Zərflər üçün 42 nömrəli” möhürlə ilə möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfi üzərinə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddələrin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Orxan Əliyev tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd maqnit məlumat daşıyıcısı olan DVD-R formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o, da protokolu öz imzası ilə təsdiq etmişdir.Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, 6 ədəd bükümlərdə təmiz çəkiləri -0,992 qram, 0,065 qram, 0,126 qram, 0,030 qram, 0,082 qram və 0,066 qram, ümumi təmiz çəkisi 1,361 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr həqiqətəndə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyətı üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniyaya qurşanmış şəxsdir, narkotik vasitələri həm satış, həm də istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olmuşdur. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümlərdə olan narkotik vasitə heroinləri Təqsirləndirilən şəxs həm satmaq üçün, həm də öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun həmin narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroinlərin mənbəsi ilə bağlı xidmət etdiyi bölmənin digər əməkdaşları müvafiq qayda da təxirəsalmmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən narkotik vasitənin onun üzərindən aşkar edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə aşağıdakılara əsasən təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsini qeyri səmimi və özünümüdafiə kimi qiymətləndirir, narkotik vasitələrin satış məqsədi ilə üzərində saxlamasını gizlətməyə çalışmışdır. Çünki təqsirləndirilən şəxs telefon məlumatlarının yoxlanılması, narkotik vasitələrin satışı ilə əlaqədar məlumatların mövcud olub-olmamasının dəqiqləşdirilməsi üçün, habelə narkoik vasitələrin satışına dair məlumatlar aydınlaşdırılması üçün sorğular verilmişdir. Təqsirləndirilən şəxsin əməlini qismən etiraf etdiyindən, lakin şəxsin üzərindən çıxan narkotik maddələrin satış məqsədilə onun üzərində olması ilə bağlı ittiham verildiyindən, ittihamın həmin hissəsindəki şübhələrin aradan qaldırılması üçün verilmiş sorğulara cavablar alınarkən aşağıdakı sübutlar iş üçün əhəmiyyət kəsb etmişdir. Həmin sübutlara məhkəmə iclasında baxış keçirilmişdir. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı təqsirləndirilən şəxsin istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə daxil olan və həmin nömrədən çıxan zənglər, cavabsız zənglər, həmin nömrəyə daxil olan və çıxan SMS-lər və onların mətinləri, abonentlər barədə məlumatlar, zənglərin və mesajların vaxtı və ardıcıllığı, anten dairəsi məlumatları da göstərilməklə Yasamal Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, (077) ***-**-** saylı mobil nömrəsindən göndərilən SMS-lərin aşağıda qeyd edilən mətinləri hazırkı iş üçün əhəmiyyət vardır. Belə ki, həmin SMS-lərin tarixləri, saatları və mətnləri aşağıdakı kimi olmuşdur: xx-xx-2022 22:53:07 Qаqаw bеlе еliyirsеn sorа hеrwеi еlдеn cixir xx-xx-2022 10:00:21 Qаqаwi nе olдu yаtдuuz xx-xx-2022 12:49:22 15деq gеlеn oglаn nеcеди gедиr? Nuwi cаn xx-xx-2022 23:21:44 Вабаt tеmа goturmuwеm qаqаw gеtmiyibsе gonаg elyim onu nеyi vаr xx-xx-2022 00:43:40 Qаqаw kаrti vеr mаlboroдаki tukаnа xx-xx-2022 02:06:08 Qаqаw 3 gutu 12 list еliyir listin biri 10mаn ti . Беlеде yеnе nеqе xx-xx-2022 02:06:12 де lаzzim olsа hеll еlеmеi olаr. xx-xx-2022 23:11:01 Qaqa.men tamani.heell elemiwem xx-xx-2022 23:24:23 ytm 20 mata grami tema var srocnu pul lazimdi cvb de istiyirsen xx-xx-2022 23:25:58 qaqa 30 man 1 qram pt var srocnu pul lazimdi tereziynen xx-xx-2022 14:38:49 qaqawi 10man var mene 150 liy 6 duz gow elemei olar? xx-xx-2022 21:17:03 qaqaw pul zad gelmiyib gelirem mehlevize cix gapiya iwim var Həmçinin digər telefon nömrələrindən təqsirləndirilən şəxsin istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəsinəgöndərilən SMS-lərin tarixləri, saatları və mətnləri aşağıdakı kimi olmuşdur: xx-xx-2022 14:33:25 Samir salam. Biraz baw alladici, aqrinin qabaqini almaqa, komek elede, emuve. Xecaletunnen cixar emun sonra. Opurem...... xx-xx-2022 03:24:49 İnstahramda xeberlerse yasamalda pati satan deyen weklivize baxarsiz xx-xx-2022 23:24:27 ytm 20 mata grami te xx-xx-2022 14:38:49 qaqawi 10man var men xx-xx-2022 21:23:39 Qaqaw bawim conur pulu getir soxum bele malinda icine xx-xx-2022 22:59:53 Samir balamcani yani mal 10 niqda dor pulumu hazir ele gelirem gotumeye yani aramiz deyer senol bax dedim sene sora gedib sobet harasa cixsa yani menniy xx-xx-2022 22:59:59 dor gunah sendedi men pulu suyun icinde qazanmiwam qehbe pulu dor bildin ya malimi duz ver yada aramiz deyecey yiqacam gelersen malbraya teref kimede kur xx-xx-2022 07:42:47 cavab ver lomkadayam gəlim pul verim mənə bir az birşey ver xx-xx-2022 17:21:13 yarı kola lazımdı ama tez həll edək xx-xx-2022 01:29:44 Can qaqaş vəziyyətim yaxşi deyil ona görə deyirəm biraz tezləşdir xx-xx-2022 02:09:50 Qardaşim gəlmirsənsə denən bilim işimi gözləməyim agriyiram axi mən xx-xx-2022 02:09:51 ə bir söz de xx-xx-2022 05:24:22 Samir 30 manat tapmışamda agridayam gel bir care qıl xx-xx-2022 17:11:14 Samir qardaşımsan özvu tez catdır bu menim beynimi sikir xx-xx-2022 20:58:08 Qadan alım qırıldıgee.geldana taa xx-xx-2022 23:56:57 Ureyim agzimnan cixir bes saatdir truxat eleyir bele olmaz valla eyibdi menede yoxda basim indi partliyacaq xx-xx-2022 23:42:42 qaqa 5 dii cet goturmek olar kola xx-xx-2022 18:50:15 Ayqa derdin alaram bidene vacapa girda xx-xx-2022 00:02:45 qardawim sen goturemde bidene mene bildir....Ustunde olanda Gorum nece edirem cixa biliremi Evden...ya taksiyle ele deyecem gonder esas gotur mene bildir xx-xx-2022 21:03:27 Sabaha 1 list lazim olacaq xeber eliyecem o biri usaq pulu xercdiyib xx-xx-2022 01:39:08 Qaqa yari kola 1de baklasqa gelirem taksiynen abratni dala qaydajam ayqa mende orda olajam imkan olsa kolani narmanli goturersenda derdinalaram gelirem xx-xx-2022 19:50:17 Ayqa balamin cani olurem vezyetim yaxi doy ayqa sa qurvan olaram meni vezyetden cixat nolar qardasim mende qalmaz xx-xx-2022 10:31:43 Ay yetim agriyiram sen ol pis veziyetdi dunende tapmadim bir sey veziyet pisdi cavab ver sen allah Bununla da həmin nömrə ilə aparılmış sms yazışmalarından görünür ki, müxtəlif nömrələrdən gələn və ya müxtəlif nömrələrə göndərilən SMS yazışmalarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin narkotik istifadəçilərinin istifadə etdikləri müxtəlif jarqon və ifadələrdən istifadə edilməklə ondan istənilməsi kimi yazışmalar özlüyündə Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqına məlum olmayan şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satışı faktını təsdiq edən mötəbər sübut hesab edilir. Beləliklə yuxarıda qeyd edilən hallar narkotik vasitənin satış məqsədilə əldə edilməni, üzərində saxlamanı, daşımanı müəyyən etməkdə digər hallar kimi sübati əhəmiyyəti vardır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə sasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının müddəalarına əsasən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin ittiham aktında göstərilən sayda büküm halında bükməsi, qablaşdırması, SMS yazışmaları ilə müəyyən edilmiş şəxslər tərəfindən ona müxtəlif vədlər edilərək ondan narkotik vasitə və ya psixotrop maddənin istənilməsi faktları onun tərəfindən satış faktının sübut olunmasını bir daha təsdiq edir. Bununla da məhkəmədə müəyyən edilmiş yuxarıda sadalananlardan ibarət olan bu cür digər hallar nəzərə alınmaqla, təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitənin satış məqsədi ilə olması tam təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4463 № saylı məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 42” dairəvi möhür əksi və "...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza...iştirakçılar:iki imza,müdafiəçi:imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 06 (altı) ədəd bükümlərdə təmiz çəkiləri -0,992 qram, -0,065 qram, -0,126 qram, - 0,030 qram, -0,082 qram,- 0,066 qram, ümumi təmiz çəkisi 1,361 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 5329 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixə (həbs qətimkan seçilənədək) onun 01 il 07 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 03 il 04 ay (üç il dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,301 qram (0,982 qram, 0,055 qram, 0,116 qram, 0,020 qram, 0,072 qram, 0,056 qram) narkotik vasitə olan – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-84/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-84/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver