Məhkəmə qərarları › İş №1(004)-84/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-84/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-84/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs2 və onun müdafiəçisi X6 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də baş mexanik işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostu X12 ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün X12 ilə əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşıb, birlikdə birləşərək tanıdığı Şahid1 qrupun digər üzvü X13 Əmlak Komitəsində bir sıra əməkdaşlar ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs3 və oğlu Zərərçəkmiş şəxs1 inam və etibarını qazanaraq, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ ünvanında yerləşən torpaq sahəsinə görə ilkin olaraq Zərərçəkmiş şəxs3 adına 17.000 (on yeddi min) manat pulun müqabilində çıxarış alacağına dair Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yalandan ved verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 06 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Elvin İbrahimovun vasitəsi ilə göndərmiş olduğu 17000 (on yeddi min) manat pulu ünvan 3 ünvanında yerləşən 53 saylı notariat ofisində alıb, həmçinin eyni məqsədlə 2022-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsi ilə göndərmiş olduğu 20000 (iyirmi min) manat pulu ünvan 4 ünvanda yerləşən "xxxx" Televiziya Şirkətinin qarşısında alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 Musatafa oğluna 17.000 (on yeddi min) manat, o cümlədən Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostu X12 ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün X12 ilə əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşıb, birlikdə birləşərək tanıdığı Şahid1 qrupun digər üzvü X13 Əmlak Komitəsində bir sıra əməkdaşlar ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib Şahid1 və sonuncunun atası Zərərçəkmiş şəxs2un inam və etibarını qazanaraq, sonuncuların tanışı Şahid4 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi torpaq sahəsinə 50.000 (əlli min) manat pulun müqabilində çıxarış alacağına dair yalandan vəd verib inandırıb aldadaraq, 31 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 oğlu Şahid1 vasitəsi ilə göndərmiş olduğu 50.000 (əlli min) manat pulu ünvan 3 ünvanında yerləşən 53 saylı notariat ofisində alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 50.000 (əlli min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şahid1 ilə tanış olmuşlar. Torpaq var idi. Sənədləşmə işləri tələb edilirdi. 17000 manatdan 2500 manat o, 2500 manat İbahimzadə Elvin cibinə qoyub. Aparıb pulu Elcan adlı şəxsə verib. Xəzər rayonunda yer var idi. Elcan və Elvin getdilər baxmağa. Yenə 2500 manat o, 2500 manat Elvin qoyublar ciblərinə. Sonra pulu veriblər Elcana. Cinayət işində 20 000 qeyd olunsa da, əslində məbləğ 15 000 olmuşdur. Pulu ona veriblər. O da verib Elcana. Amma Xəzər rayonundakı evlə bağlı çıxarış alınmayıb. Pulu şəxsdən özü almışdır. Amma birbaşa yox, Şahid1 vasitəsi ilə. Digər epizodla bağlı onu deyə bilər ki, yenə Elvinlə borc müqaviləsi bağlamışdır. 2500 o cibinə qoymuşdur, 2500 Elvin cibinə qoyub. Bir az qabağa gedib pulu veriblər Elcana. Elcan işi həll edə bilməyib. Yalnız bir dəfə Zirə qəsəbəsində torpağa çıxarış ala biliblər. Beləcə etibar qazanılıb. İndi Elcan axtarışdadır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, və himayəsində 3 övladının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Hüseynov Ağa adlı şəxslə 1970-ci illərdə universitetdə birgə oxuyublar. Müxtəlif illərdə məzun günlərində görüşüb söhbət ediblər. O vaxtdan da əlaqəni kəsməmişdirlər. Ağa bir dəfə onun iş yerinə gələrək, oğlu ilə əlaqədar məsələdən danışıb. Oğlu Hüseyn müəyyən işlər görmüş və nəticədə evləri bankın əlinə keçmişdir. Ona görə ondan kömək istəyib və deyib ki, sənədsiz torpaq sahəsi var. Əgər ona sənəd düzəldib sata bilsə, borclarını bağlaya bilər. O da Ağa onun 52 illik dostu olduğundan ona kömək üçün vasitələr axtarmağa başlayıb. Bu barədə oğlu Elvinə də deyib. Elvin bir müddətdən sonra deyib ki, torpağa sənəd verilməsini həll etmək olar. Amma bunun üçün pul lazım olacaq. O da Zaur adlı tanışına deyib ki, həmin pulu Elvinə versin. O, qarant durur. Elvin işlərini görüb pulu qaytaracaq. Zaur bu pulu Elvinə vermişdir. Uzun gedən proseslərdən xəbəri olmayıb. Amma bir müddət sonra eşidib ki, kimsə dələduzluq edib. O da Zaura söz vermişdir. Onun sözü ilə hərəkət edib, pul verib. Zaurun pulunu qaytarıb. Daha sonra Rəhimlə əlaqədar bir neçə söhbət eşidib. Şüvəlanda torpağa baxmağa gediblər və sair. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, 2020-2021-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu məsələlərdən xəbəri olmayıb. 17000 manatı atası vermişdir. 2022-ci il martın əvvəllərində isə 20 000 manatı o vermişdir. Elvinə verib, ondan ötrü ki, bu məsələləri həll etsin. O, Rəhimi tanımır. Pulu Elvinə verəndə də deyib ki, o onu tanıyır. Arada nə söhbətlər olubsa bunlardan xəbəri olmamışdır. Zərərçəkmiş şəxs3 onun atasıdır. 20 000 manatı şəxsən ondan almışdır. Xeyr, 20 000 manat pulun verilməsi ilə bağlı hər hansı müqavilə və ya razılaşma olmamışdır. Əlbəəl olmuşdur. Atasının verdiyi puldan sonra 20 000 manatı ona görə verdi ki, dedilər artıq sənəd qismən hazırdır. Son əməliyyatlar üçün 20 000 lazımdır. O da götür-qoy etdi ki, bura kimi gəliblər, qoy tam olsun. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, vaxtı Şüvəlanda Fəxrəddin müəllimgilin bağında oturublar. Baxmayaraq Fəxrəddin müəllim atası ilə dost olub, iş görüblər, başqa əlaqələri olub. Amma Fəxrəddin müəllimin onunla münasibəti tam fərqli olub. Fəxrəddin müəllim hamının içində ona deyib ki, onda sənədsiz torpaq sahələri var. Onları sənədləşdirməkdə hansısa kömək edə bilər. O da möhlət istəyib. Araşdırmağa başlayıb. O ərazilərə yaxın bir yerdə Emin adlı şəxsi tapıb və ondan məlum işdə kömək etməsi üçün kimisə tanıyıb-tanımadığını soruşub. Emin maraqlanıb deyəcəyəni bildirib. O da əvvəllər Səbail bələdiyyəsinin əməkdaşı olmuşdur. Hazırda hansısa işıq idarəsinin rəisidir. Rafael adlı şəxs. Sonra deyib ki, işə ümumi nəzarəti o edəcək. Hamını çağırıb. O, Rafael, Emin, Fəxrəddin müəllim və Rəhim. Torpaq sahəsinə baxmağa gediblər. Orada özləri danışıblar, razılığa gəliblər. Bayılda olub. Məbləği və bütün detalları öz aralarında danışıblar. Orada deyilib ki, kadastr vurulacaq. O, qıraqdan izləyirmiş. Bu işlərdən anlayışı yoxdur. Fəxrəddin müəllim gizli ona deyib ki, bu torpaq 13 sotdur. Torpaqdan 3-4 sot ona verəcək. Özü, o vaxt ailəsi ilə qalıb. Amma ayrı evə çıxmaq istəyirmiş. Fəxrəddin müəllim də deyib ki, o qabağa dursun, çıxarış alsın, onun payı ondadır. Fəxrəddin müəllimlə 17000 manatı götürdükdən sonra notarius vasitəsi ilə Rəhimə pul verib. Daha sonra Rəhim dedi ki, sənədlərdə çatışmazlıq var. 20000 manatı da Ülvidən alıb Rəhimə verdi. Getdi dedi ki, vəziyyət budur. Ya sənədləri geri qaytaraq, ya əlavə pul lazımdır. Digər hissədə isə Ağa adlı şəxs var idi, atasının dostu, onun əlindən evi alırdılar bank məsələsi ilə bağlı. Rəhimə dedi bu işi, dedi ki, kömək etmək mümkündürsə, özünüz danışın anlaşın, məni qatmayın. Rəhim Ağanın oğlu ilə barəbər, Elcan da yanlarında getdilər torpağa baxmağa. Məlum oldu ki, tam sənədləşmə üçün 250 000 pul lazımdır. Amma ilkin sənədləşmə üçün 50 000 lazım olacaqdı. Bunu atasına dedi. Getdilər Ağaya məsələni danışdılar. Ağa da dedi ki, bu qədər pulu olsa, elə bankın borcunu verər. Onlardan kömək istədi. O zaman o, atasının uzunillik dostundan gedib 50000 manat alıb, verdi Rəhimə. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ancaq Şamo və Elvini tanıyır. Rəhimi görməmişdir. Ondan pul almışdılar, daha doğrusu xahiş eləmişdilər. Çox əvvəldən ailəvi tanışlıqları var. Sıxıntının nə olduğunu soruşanda, ona torpaq məsələsi olduğunu deyiblər. Bir dəfəyə olmadı məsələ. Bu barədə günlərlə ara-sıra danışıblar. Şamo dayının dediyinə görə, torpaq sanədləşdirilməsi üçün lazım idi. Oradan buradan topalayıb Koroğlu körpüsündə 50 000 manat pulu onlara verib. Daha dəqiq Elvinə verib. Bir müddət sonra məlum olub ki, aldanıblar. Pul gedib, o da Şamo dayıya deyib ki, 1 ay vaxt demişdi. Hərdən pul verirdilər. 2000, 2500, 10000 manat. Qalanı qalmışdı. Ağlaşma qurub. Onun pulunu qaytarıblar. 50000 manat pulu borc götürüblər. Detalların ona çox aidiyyəti yox idi. O, şahid kimi pulun alınmasını təsdiqləmişdir. Şikayətçi olmamışdır. Pulu qaytarılandan sonra, ona qalan məsələlər maraqlı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Rəhimi Rafaelə görə tanımışdır. Elvin isə çoxdankı dostudur. Ramana oteldə xidmət rəisi işləyirdi. Elvin ona deyib ki, bir tanışı var, onun torpağına sənəd çıxartmaq lazımdır. Rafael onların obyektin işıq təchizatına baxırdı. Kabellər və s. Bir gün Rafael Rəhimlə birgə gəlib. Onlar öz aralarında söhbət edirmişlər. O da istər-istəməz onlara qulaq asırdı. Torpaqla bağlı söhbət edirdilər. Deyib ki, onun da tanışı var. Torpaq işi ilə bağlı kömək lazımdı. Rəhim deyib ki, torpaq işi onlarlıqdır. Başı ilə cavabdehdir. Torpağın yanında görüşüblər. Rəhmətlik Fəxrəddin müəllim, o, Elvin, Rafael. 2 həftə ərzində söz veriblər ki, çıxarış veriləcək. O 2 həftə, bu 2 həftə. İndiyə kimi qalıb. Badamdardakı torpaq. Rəhim Elvinə söz verdi. Elvin Fəxrəddini təmsil edirdi. Rəhim 17000 manat müqabilində edəcəyini dedi. Sonra yenə Ramanada Rəhim və Rafaellə görüşləri olub. Rəhim Rafaellə birgə onların obyektinə hərdən gələndə işlə maraqlanırdı.Elvin ona zəng edib deyirdi ki, bu iş çox uzanır. O da Rəhimgilə başa salırdı ki, bir az da uzansa, şikayət edəcəklər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 hüquqi varisi X4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs3 onun əridir və əri xx.xx.2021-ci il tarixdə ölmüşdür. Şahid1 ilə onların ailəvi dostluq münasibətləri olmuşdur. Buna görə də Elvin onların yaşadığı evi tez-tez gəlib onun əri Fəxrəddinlə görüşmüşdür. 2021-ci ilin yanvar ayında Elvin onların evində qonaq olan zaman onun əri Fəxrəddin Bakı şəhəri, Salyan şossesi 32 ünvanında torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini sənədləşdirmək istədiyini Elvinə bildirib bu işləri görmək üçün onlara kömək edə biləcək adam tapmasını Elvindən xahiş etmişdir. Elvin də Fəxrəddinə bildmişdir ki, öz dostları vasitəsilə bu məsələ ilə bağlı maraqlanacaq. Bir müddət sonra Elvin Fəxrəddinə tanışları vasitəsilə maraqlandığını, Təqsirləndirilən şəxs adında bir nəfər şəxsi tapdığını, həmin şəxsin bu işi görə biləcəyini demişdir. Bundan sonra əri Fəxrəddin ona bildirmişdir ki, torpaq sahəsinin sənədləşməsi üçün həmin şəxsə 17.000 manat vermişdir. xx.xx.2021-ci il tarixdə əri Fəxrəddin vəfat etdiyindən onların başı Fəxrəddinə qarışdığından torpağın sənədləşdirilməsi ilə maraqlanmaq mümkün olmamışdır. 2022-ci ilin mart ayında Elvin yenidən onların evinə qonaq gəlmişdir. Onun oğlu Ülvi Elvindən Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin sənədlərinin hazır olub-olmadığını soruşub həmin sənədlər üçün atasının 17 000 manat pul verdiyini bildirmişdir. Elvin həmin vaxtı Ülviyə bildirmişdir ki, həmin torpaq sahəsinin sənədlərinin həll edilməsi üçün sənədləri həll etməyi öhdəsinə götürən Rəhim adlı şəxs əlavə olaraq sənədləşmə işlərini yekunlaşdırmaq üçün 20000 manat da pul istəyir. Ülvi də həmin vaxtı elə evdə Şahid1 Rəhimə verməsi üçün 20000 manat da pul vermişdir. Bundan sonra X19 barəsində əlaqə saxladıqda öyrənmişdir ki, həmin Rəhim adlı şəxs onları aldadıb. Hal-hazıradək nə əri Fəxrəddinin verdiyi 17 000 manatı, nədəki Ülvinin verdiyi 20000 manat pul onlara geri qayıtmamış və torpaq sahəsinin sənədləri öz həllini tapmamışdır. Baş vermiş hadisə nəticəsində oğlu Ülviyə ümumilikdə 20000 manat məbləğində, əri Fəxrəddinə isə 17000 manat maddi ziyan dəymişdir. O, heç vaxt Rəhimi görməmiş və onunla danışmamışdır. 17000 manat pul onun əri Fəxrəddinə, 20000 manat pul isə oğlu Ülviyə məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 1972-ci ildən tanıyır və Şamo ilə Azərbaycan Neft və Kimya İnstitutunda tələbə yoldaşı olmuşdur. Bir çox tələbə yoldaşlarından o, cümlədən Şamodan tanışları olduğu halda Qala qəsəbəsində yerləşən və onun təsisçisi olduğu şirkətə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış 0,7 hektar torpaq sahəsinin sənədləşdirilməsində ona köməklik etmələrini xahiş etsə də, lakin Şamoya sənədləşmə işləri üçün 50000 manat pul xərcləməsini xahiş etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs3 hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 35.500,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 197 manat, mülki iddiaçı (Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 20.000,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 151 manat və mülki iddiaçı (Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 17.000,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 141 manat pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, Zərərçəkmiş şəxs3 qarşı törədilən dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyandan 17000 manat məbləğ, Zərərçəkmiş şəxs1 qarşı törədilən dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyandan 20000 manat məbləğ, Zərərçəkmiş şəxs2 qarşı törədilən dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyandan 35500 manat məbləğ zərəçəkmiş şəxslərə hələ də qaytarılmadığı üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxslərə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs3 hüquqi varisi X1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 17.000,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 142 manat tutulub X2 verilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 20.000,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 151 manat tutulub Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 35.500,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 197 manat tutulub Zərərçəkmiş şəxs2 verilsin. İş üzrə maddi sübut kimi tanınmış “WhatsApp” proqramı vasitəsi ilə icra edilmiş 18 vərəqədən ibarət ismarıclar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar