Məhkəmə qərarları › İş №1(004)-85/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-85/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-85/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs: xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi İsa adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1011 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib özündə saxlamaqla daşımış və 18 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1,011 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 144 ünvanda yaşayır, özü isə heç bir yerdə işləmir. Metafetamin adlanan psixotrop maddəni 2021-ci ilin oktyabr ayının 18-də saat 10 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi İsa adlı şəxsdən 20 manata bir ədəd ağ rəngli sellofan bükülüdə şüşə kimi bildiyi maddə olan metafetamini öz şəxsi istifadəsi üçün aldığını və psixotrop maddə olan şüşəni (metafetamin) şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində isə ünvan 4 ünvanın qarşısında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirildiyini bildirmişdir. Polis bölməsində hüquq və vəzifələrinin ona izah edildikdən sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildiyini və bundan sonra o, əynirdə olan tünd vaşıl rəngli cins şalvarıtın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan paketə bükülünü masanın üzərinə qoyduğunu bildirmişdir.Həmin paketin içərisindəki bükülünü açaraq içərisində ağ rəngli kristal şəkilli maddə olan “şüşə” kimi tanıdığı psixotrop maddəni yəni metamfetamini təqdim etdiyini sorğu zamanı həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.Göstərilənlərlə bağlı isə mıivafıq protokolun tərtib edildiyini bildirmi dir.Təqsirləndirilən şəxs ifadəsi alınan zaman sual verilmişdir ki, O, həmin psixotrop maddə olan metafetamini nə üçün üzərində saxlayırdı? Cavabında bildirmişdir ki, o,psixotrop maddə olan şüşə kimi tanıdığı metanfetamindən 6 aya yaxındır ki, istifadə edir. Belə ki, həmin psixotrop maddəni gizlətməyə başqa yeri olmadığına görə öz üzərində istifadəsi üçün gəzdirmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və psixotrop maddə saxlamadığını bildirmişdir. Ona polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində heç bir təzyiqin göstərilmədiyini bildirmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğııl olmadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda polis leytenantı xüsusi rütbəsində Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi şöbəyə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 144 ünavanında qeydiyyatda olmaqla yaşayan, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi və üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Alınmış məlumatın polis şöbəsinin rəhbərliyinə məruzə olunduğunu və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə ondan və PŞ-nin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Bu səbəbdən 18 oktyabr 2021-cı il tarixdə təxminən saat 15:00 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında dayandığını görüb dərhal ona yaxınlaşıb xidməti vəsiqələrini göstərək, özlərini təqdim etdiklərini və həmin şəxsin şəxsiyyətini təsdiq sənəd istədikdələrini lakin həmin şəxs özünü 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirdiklərini və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Nofəl Əhmədovun iştirakı ilə bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan paketi masanın üzərinə qoyduğunu və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmadığını bildirmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə metamfetamindir və onu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostaniyasının yaxınlığında anket məlumatlarını bilmədiyi İsa adlı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edildiyini və çəkilişin aparıldığını bildirmişdir. O, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19.10.2021-ci il tarixli, 6/4646 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 169” möhür əksi”...Təqdim edən şəxs... Təqsirləndirilən şəxs ...” yazıları və s. imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,011 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. (Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,011 qram, tədqiqata sərf edilmiş 0,050 qram və 0,961 qram qalıq qalmışdır.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 06.12.2021-ci il tarixli 4900 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcbııri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 20.10.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18.10.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,961 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar