Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-86/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətində qurulmuş futbol meydançasında tamaşaçı qismində olduğu zaman digər oyunçularla birlikdə futbol oynayan Zərərçəkmiş şəxs meydançanın girişinə yaxın olan tərəfində digər əşyalarla birlikdə açıqlıqda qoyduğu mülkiyyətində olmaqla ona məxsus olan dəyəri 2100 manat olan bir ədəd **********44163 və **********01181 İMEİ kodlu «İphone» markalı, «11 Pro Max» modelli mobil telefonu və həmin telefonun üzərindəki dəyəri 20 manat olan bir ədəd plastik üzlüyü, balansında 15 manat olan və dəyəri 25 manat olan bir ədəd ***-***-**-** nömrəli mobil telefon simkartını, cəmi 2160 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər iki dəfə oğurluq etməyə görə və bir dəfə qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə məhkum olunmuş və sonuncu dəfə məhkum olunduqdan sonra cəzasının sonu ilə 2015-ci ilin iyul ayında azad olunmuşdur. Həmin vaxtdan o, əsasən Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif yerlərdə kirayədə qalmış, son vaxtlar isə «bir gecəlik» yerlərdə gecələməkdədir. Əvvəllər o, küçələrdə «park» etmə işi ilə məşğul olmuş, lakin pandemiya ilə bağlı yaranmış şəraitdə işsiz qalmışdır. O, xx.xx.2020-ci il tarixdə təxminən saat 12:30-13:00 radələrində Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətində yerləşən istirahət parkında gəzdiyi zaman orada yerləşən futbol meydançasında bir neçə cavan oğlanın futbol oynadıqlarını görərək həmin meydançaya yaxınlaşmış və bir qədər dayanıb sonunculara tamaşa etmişdir. Həmin vaxt futbol meydançasının giriş qapısının yanında, yerin üzərində həmin uşaqların şəxsi əşyalarının yığılmış vəziyyətdə olduğunu görmüşdür. O, sözügedən əşyaları nəzərdən keçirib arxası ağ rəngdə olan üç kameralı bir ədəd mobil telefonu, yəni «İphone 11 Pro Max» markalı mobil telefonu görüb onu oğurlayıb satmaq qərarına gəlmişdir. O, bir neçə dəqiqə orada dayanıb uşaqların oyununa baxmış və həmin uşaqların qarşı tərəfdə olan «qapı»nın qarşısına yığışıdığını və başlarının qarışdığını görmüdür. O, bundan istifadə edərək futbol meydançasında, giriş tərəfdə olan «qapı»nın yan tərəfində yığılmış əşyalara yaxınlaşaraq həmin bir ədəd “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonu gizlincə götürüb cibinə qoymuşdur. O, dərhal oradan uzaqlaşmamış, bir qədər də durub oyuna tamaşa etdiyini yalandan nümayiş etdirmiş və daha sonra oradan çıxıb uzaqlaşmışdır. O, əvvəlcə həmin telefonu satmaq istəsə də, kodunu bilmədiyi üçün aça bilməmiş, üzlüyü ilə sim kartını çıxarıb tullamış, sonra isə əməlindən peşmançılıq çəkdiyi üçün telefonu aparıb könüllü şəkildə polisə təhvil vermək qərarına gəlmişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə o, Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşaraq oğurluq etdiyi zaman videogörüntüyə düşdüyünü deyərək, onu özləri ilə birlikdə 28-ci polis bölməsinə aparmışlar. Orada o, hər şeyi olduğu kimi səmimi etiraf edərək, həmin mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs əvvəllər heç vaxt tanımamış və aralarında hər hansı münasibət olmamışdır. O, həmin oğurluğu törətdiyi zaman bunu kənardan kimsə görməmişdir. Eyni zamanda, o, bundan başqa hər hansı cinayət törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, çox çətin vəziyyətdə yaşamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ünvanladığı ərizədən görünür ki, üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilmir. Zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqdisrləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə yaşayır. 2020-ci ildə o, tam orta məktəbi bitirərək ABŞ-da yerləşən X1 qəbul olunmuşdur. Eyni zamanda, bu ilin mart ayında onun anası, qohumu Şahid adına rəsmiləşdirməklə onun üçün “İphone” markalı, “11 Pro Max” modelli **********44163 və **********01181 İMEİ kodlu bir simkartlı mobil telefon alaraq ona hədiyyə etmişdir. Həmin vaxtdan anasının adına qeydə alınmış 051 *** ** ** telefon nömrəsini yalnız o, işlətmiş, yəni onun mülkiyyətində olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində o, tanışları olan oğlanlarla birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətində yerləşən üstü qapalı futbol meydançasında futbol oynadıqları zaman özlərinə məxsus müxtəlif əşyaları, o cümlədən o da özünə məxsus həmin mobil telefonu meydançanın giriş qapısından təxminən 5 metr sol tərəfdə yerin üzərinə qoymuşlar. Onlar oyun oynadıqları zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi, saçları ağarmış orta boylu yaşlı bir kişi meydançanın kənarına yaxınlaşaraq tamaşa etməyə başlamış və ara-bir onlara da kənardan məsləhətlər vermişdir. Bir müddətdən sonra onlar oyunu tamamladıqda o, telefonunu qoyduğu yerə yaxınlaşmış, lakin axtarsa da, onu tapa bilməmişdir. O, həmin kişidən əvvəlcə şübhələnməmiş, uşaqlardan hansınınsa zarafat etdiyini düşünmüşdür. Lakin sonradan məlum olmuşdur ki, heç bir zarafat olmamışdır. Ona görə də o, başa düşmüşdür ki, telefonu oğurlanmışdır. Daha sonra, o bu barədə futbol meydançasının inzibatçısına bildirmiş və sonuncu videomüşahidə görüntülərinə baxış keçirdikdə aşkar etmişlər ki, həmin kişi, yəni Təqsirləndirilən şəxs adlı şəxs onun başı oyuna qarışdığı zaman meydançaya daxil olaraq onun mobil telefonunu götürərək çıxıb getmişdir. Bundan sonra o, 102 xidmətinə telefonla bu barədə məlumat vermiş və onu 28-ci polis bölməsinə dəvət edərək ərizə və izahatını almışlar. xx.xx.2020-ci il tarixdə ona məlum olmuşdur ki, onun telefonu və onu oğurlamış Təqsirləndirilən şəxs polis tərəfindən tapılmışdır. Əvvəllər o, Təqsirləndirilən şəxs heç vaxt tanımamış və heç bir münasibəti olmamışdır. Həmin mobil telefonu onun anası Qanuni nümayəndə kredit müqaviləsi ilə onun üçün almış, onun mülkiyyətində olmuş, telefonunun qiyməti xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 3359 manata başa gəlmiş, üzərində olmuş 051 *** ** ** mobil telefon nömrəsinin qiyməti isə 25 manat, telefonun üzərində 20 manat dəyərində plastik üzlük və balansında 15 manat kontur olmuşdur. Həmin cinayət nəticəsində şəxsən ona zərər vurulmuş, lakin telefonu tapıldığı üçün hazırda ümumi məbləğin onun üçün heç bir əhəmiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızı Qanuni nümayəndə oğludur, sonuncularla çox yaxşı münasibətləri vardır. 2020-ci ilin mart ayının axırlarında xalası qızı Pərvanə bütün ödəmələri özü edəcəyini bildirərək, ondan onun adına rəsmiləşdirməklə oğlu Kənan üçün kreditlə təzə «İphone 11 Pro» markalı mobil telefon alınmasına köməklik etməsini xahiş etmiş, o, etiraz etməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə o, Pərvanə ilə birlikdə «İrşad Electronics» şirkətinin dükanına getmişlər və danışdıqları qaydada bir ədəd **********44163 və **********01181 İMEİ kodlu «İphone 11 Pro» markalı mobil telefonu kreditlə almışlar. Həmin vaxt Qanuni nümayəndə ilkin ödəniş kimi 1000 manat pulu nəğd şəkildə ödəmiş, müqavilə üzrə borc olan 2359 manatın hissə-hissə, yəni aya 197 manat 12 ay ərzində ödənilməsi üçün qrafik tərtib edilmişdir. Bundan sonra Qanuni nümayəndə həmin mobil telefonu oğlu Kənana hədiyyə etmiş və özləri hər ay ödənişləri etmiş, o, ödənişlərə daha qoşulmamışdır. Daha sonra ona məlum olmuşdur ki, Kənanın həmin mobil telefonu futbol meydançasında oğurlanmış və bir neçə gün sonra tapılmışdır. Beləliklə də, həmin mobil telefon alınan zaman kredit müqaviləsi formal olaraq onun adına rəsmiləşdirilsə də, dəyərini Qanuni nümayəndə ödəmiş və Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla yalnız sonuncu tərəfindən istifadə edilmişdir. Ona görə də, baş vermiş oğurluq zamanı şəxsən ona hər hansı məbləğdə maddi ziyan vurulmamış, ona görə də həmin məsələ ilə bağlı şəxsən onun heç kimə qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yeri kimi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 115 saylı ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətində qurulmuş futbol meydançasını göstərmişdir (i.v. 8- 9). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “könüllü təqdim etmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətində yerləşən futbol meydançasından oğurladığı bir ədəd “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonu təhqiqat orqanına təqdim etmişdir (i.v. 13-14). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telefon - «İphone 11 Pro Max» markalı smartfon tipli mobil telefon Zərərçəkmiş şəxs tərəfindən ekranında «0002» rəqəmləri yığılmaqla açılmış, «Ayarlar» bölümünə daxil olduqda isə istifadəçi adı kimi «Zərərçəkmiş şəxs» adı göstərilmiş, həmin mobil telefonun imei kodları kimi «**********44163 və **********01181» rəqəmləri yazılmış, bununla da, həmin mobil telefonun Zərərçəkmiş şəxs məxsus olması öz təsdiqini tapmışdır (i.v. 55-61). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının arxa həyətinə gəldikdən sonra o, əli ilə üstü örtülü futbol meydançasını göstərmiş və xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində futbol meydançasının giriş qapısının yanında, yerin üzərində yığılmış əşyaların arasından bir ədəd «İphone 11 Pro Max» markalı mobil telefonu götürüb getmişdir (i.v. 91-92) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/4249 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda və telefon sənədlərinin kserosurətində göstərilən məlumatlara əsasən, 01 ədəd «İphone» markalı, «11 Pro Max» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 2100,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir (i.v. 110-113) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, bir ədəd **********44163 və **********01181 İMEİ kodlu “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonun iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, cinayət hadisəsinin görüntüsü yazılmış 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 ədəd “CD” diskə məhkəmə araşdırması zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin videoyazı 04 dəqiqə 43 saniyə müddətində davam edir. Videoyazıdan görünür ki, görüntünün 00 dəqiqə 15 saniyəsində futbol meydançasına girişdən bir nəfər kişi asta-asta daxil olur, həmin şəxs oyuna tamaşa edir, görüntünün 00 dəqiqə 30 saniyəsində asta addımlarla «qapı»ya tərəf yaxınlaşır, görüntünün 01 dəqiqə 08 saniyəsindən meydançanın kənarına yığılmış əşyalara yaxınlaşır, görüntünün 01 dəqiqəsi 14 saniyəsində həmin şəxs əşyalara tərəf əyilir, görüntünün 01 dəqiqə 18 saniyəsində isə bir əşyanı götüb qalxır. Daha sonra sakit dayanaraq ətrafa tamaşa edir, görüntünün 04 dəqiqəsi 00 saniyəsindən 04 dəqiqə 25 saniyəsinədək sonuncu asta addımlarla çıxışa tərəf hərəkət edir və görüntünün 04 dəqiqəsi 30 saniyəsində meydançanı tərk edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, hal-hazırda məhkumluğu yoxdur (i.v. 97-99). İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29-30). İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə MSYdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 82, 83). İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, onlara dəymiş ziyan aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, 01 ədəd CD disk, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin (qanuni nümayəndəsinin) ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd **********44163 və **********01181 İMEİ kodlu “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış içərisində cinayət hadisəsinin görüntüsü olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-325/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 müdafiə etməklə ona 33 (otuz üç) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 33 (otu üçz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd **********44163 və **********01181 İMEİ kodlu “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində cinayət hadisəsinin görüntüsü olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-86/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-86/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver