Məhkəmə qərarları › İş №1(004)-86/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-86/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-86/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxs X3 və onun vəkili “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X10 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, "xxxx" Şirkətində operator vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsə CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək işgəncə verməklə əzab vermə cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin oktyabr və noyabr ayları ərzində istintaqla dəqiq müəyyən olunmayan ayı-ayrı vaxtlarda mütəmadi olaraq, yəni 4-5 dəfə olmaqla, yaşadığı ünvan 2 ünvanda arvadı X7 ilə ailə-məişət mövzularında mübahisə edərək (evdə hazırlanan yemək, sonuncunun geyindiyi paltarlar və s.) bu zəmində aralarında yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan hər dəfə azyaşlı övladlarının gözü qarşısında sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş, mütəmadi olaraq şərəf və ləyaqətini alçaldaraq qeyri-insani davranışlara məruz qoymaqla A.S.Bektimirovanm sol körpücüküstü nahiyə, sol arxa kürək, sol bazu nahiyəsinin arxa hissəsi, qarının sağ aşağı hissəsi və bədəninin digər nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vurub xəsarətlər yetirməklə sonuncuya fiziki ağrı və psixi iztirablar vermiş, Anastasiya Bektimirovanm ondan qanunsuz hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq eyni qəbildən olan qərəzli hərəkətlərini davam etdirib daha da qəddarlaşaraq sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evdə A.S.Bektimirovanın və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib təhqir edərək sonuncunun şərəf və ləyaqətini alçaltmış, azyaşlı oğlu İsgəndər Bektimirovun onun qanunazidd davranışlarını müşahidə etməsinə məhəl qoymayaraq Anastasiya Bektimirovanı cəzalandırmaq və işgəncə vermək üçün sonuncuya qarşı xüsusi amansızlıq nümayiş etdirməklə qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub X5 sol gözün konyuktiva qişası altında qansızma və skleranın cırılması ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə mütəmadi olaraq onunla pis rəftar edib barəsində nalayiq ifadələr işlətməklə mütəmadi olaraq şərəf və ləyaqətini alçaltmış, qeyri-insani davranışları ilə fiziki cəhətdən özündən zəif olan arvadı Anastasiya Bektimirovanı mütəmadi olaraq qəsdən döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirərək X5 işgəncə verməklə əzab vermişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X1 arvadıdır. 2013-cü ilin noyabr ayından onunla ailə qurmuş və nikaha daxil olduqdan sonra Anastasiya yaşadığı Rusiya Federasiyasının Moskva şəhərindən Bakı şəhərinə köçmüşdür. Birgə nigahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Anastasiya Bektimirova ilə ailə qurduqdan sonra ünvan 3 ünvanında yaşamışlar. Həmçinin, Anastasiya Bektimirovanm birinci nikahdan olan qızı Daniella da onlarla eyni ünvanda yaşamaqla faktiki olaraq onların himayəsində olmuşdur. Təxminən 7 ilə yaxındır ki, ailədaxili münaqişələrə görə aralarında davamlı olaraq mübahisələr baş vermişdir. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Anastasiya Bektimirova ondan birgə pul vəsaitləri hesabına alınmış və xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi 22 nömrəli evin 34 nömrəli mənzilini tərk etməyi tələb etmişdir. Uzun müddət birlikdə yaşadığı arvadının bu tələbi ona çox pis təsir etdiyindən aralarında söz mübahisəsi baş vermiş və həmin mübahisə Anastasiya Bektimirovanın onun üzərinə müxtəlif ev əşyaları atması ilə davam etmişdir.Mübahisənin daha da böyüyəcəyindən qorxduğu üçün mənzili tərk etmək qərarına gəlsədə arvadı qətiyyən sakitləşmək bilməmiş və sanki ona xəsarət yetirməyi, mübahisəni daha da böyütməyi qarşısına məqsəd qoymuşdur. Bu səbəbdən o, dəhlizdə ayaqqabısını geyinib mənzili tərk etmək istəyərkən Anastasiya Bektimirova ayaqqabı ilə onun başına müxtəlif zərbələr endirməyə başladığından onun üzərinə qışqıraraq ondan əl çəkməsini və mənzildən çıxmağına şərait yaratmasını tələb etmişdir. Lakin o, sakitləşmək istəmədiyindən özünü müdafiə etmək və arvadını özündən uzaqlaşdırmaq məqsədi ilə onu əlləri ilə itələmişdir. Nəticədə Anastasiya yerə yıxılmış və əlini əvvəllər görməyən və işığa reaksiyası olmayan sol gözünün üstünə tutaraq xəsarət aldığını bildirmişdir. Mübahisələri təxminən 10 dəqiqə ərzində davam etmiş və hadisənin şahidi olan olmamışdır. Təcili yardım çağırıldıqdan sonra onunla birlikdə 1 saylı Kliniki Xəstəxanaya getmiş və orada onun gözü müayinə olunduqdan sonra Milli Oftolmalogiya Mərkəzinə göndərilmiş və orada onun gözü sol gözündə əməliyyat aparılmışdır. Müayinə və əməliyyatın bütün xərcləri onun tərəfindən qarşılanmış, reseptdə yazılmış dərmanlar tərəfindən alınmış və daha sonra arvadı Anastasiyanı yaşadıqları mənzilə gətirmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, arvadı X3 sol gözün konyuktivasi qişası altında qansızma və skleranın cırılması ilə müşayiət olunan sol gözü yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları kimi xarakterizə edilən bədən xəsarətlərini xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı onu əlləri ilə itələyib özündən uzaqlaşdırmaq istəyərkən yıxılması nəticəsində almasının mümkün olduğunu bildirmişdir. İfadəsinin sonunda təqsirləndirildiyi CM-nin 133.2.6-cı maddəsi üzrə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir və verilmiş mülki iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxsin ifadəsi, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona törədilməsi istinad olunan cinayətin törədilməsində təqsiri tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2013-cü ilin noyabr ayından Təqsirləndirilən şəxs ilə nikaha daxil olduqdan sonra Rusiya Federasiyasının Moskva şəhərindən Bakı şəhərinə köçmüşdür. Təqsirləndirilən şəxsla birgə nigahdan xx.xx.2015-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Həmçinin, onun özünün birinci nikahdan olan qızı Daniella da onların himayəsində eyni ünvanda birgə yaşamışdır. Təxminən 7 ilə yaxın müddətdir ki, ailədaxili münaqişələrə görə mütəmadi olaraq aralarında mübahisələr baş verir. Belə ki, Təqsirləndirilən şəxs yemək, geyim və s. kimi məişət məsələlərini əsassız bəhanələr gətirərək mübahisələr yaratmış, ona pul verməyərək özündən maddi asılı vəziyyətə salmışdır. Bu kimi məişət mübahisələri və onların nəticəsində Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixoloji şiddət gördüyü üçün əvvəllər də bir neçə dəfə polisə müraciət etmiş,nəticə etibarilə onların ailəsi münaqişəli ailə kimi Polisin qeydiyyatına alınmışdır. Polisdə bu cür qeydiyyatda olmaqlarına məhəl qoymayaraq Yalçın onu döyməyə və hədələməyə, ona psixoloji şiddət göstərməyə davam etmişdir. Sonuncu dəfə aralarında xx.xx.2022-ci il tarixdə günorta saatlarında birlikdə yaşadıqları ünvan 4 ünvanında yerləşən evdə eyni qaydada mübahisə baş vermişdir. Mübahisəyə səbəb son iki ay ərzində Yalçının ona göstərdiyi aqressiya və psixoloji basqılarından yorulduğu üçün Yalçın tərəfindən onun və valideynlərinin ünvanına səbəbsiz yerə təhqiredici ifadələr işlətməsi və onun Yalçına cavab qaytarması olmuşdur. Aralarında baş vermiş mübahisə zamanı Yalçın, azyaşlı övladı İsgəndərin gözü qarşısında onun bədənimin müxtəlif nahiyələrinə çox saylı yumruq zərbələri vurmuş, sağ qol və sol göz nahiyələrindən vurduğu zərbələr nəticəsində ağır xəsarətlər almışdır. Özünü hər nə qədər müdafiə etməyə və onun vurduğu zərbələrin qarşısını almağa çalışsada həmin zərbələrdən yayma bilməmişdir. Yalçın onun sol gözünə və başına vurduğu zərbə nəticəsində yerə yıxılmış və sol gözünün orbitindən çıxması və qulaqlarında uğultu yaranması səbəbindən gözünün ağrısından başı gicəllənməyə başlamışdır. Ağırının təsirindən yıxıldığı yerdən qalxa bilməmiş və yerdə olduğu vəziyyətdə də Yalçın onun üzərinə hücum çəkərək qarın nahiyəsinə təmiklər vurmaqda davam etmişdir. Onu döydükdən sonra mobil telefonu əlindən almış və yataq otağına keçərək otağın qapısını bağlamışdır. O, tamamilə köməksiz qaldığından gözünün ağrısının getdikcə şiddətlənməsindən narahat olmağa başlamış və Yalçına təcili tibbi yardım çağırması üçün yalvarışlar etməyə başlamışdır. Lakin, o keçirdiyi ağrılara məhəl qoymayaraq buna əhəmiyyət vermədən təcili tibbi yardım çağırmamışdır. Özü gücünü toplayaraq ayağa qalxmış və ona mobil telefonunu qaytarması üçün yalvarmış, bir müddət keçdikdən sonra telefonunu özünə qaytarmışdır. Bundan sonra, o, öz telefonu ilə təcili tibbi yardıma, həmçinin döyülməsinin davam etdirilməsindən qorxaraq DİN-nin 102 xidmətinə də zəng etmişdir. Yalçın onun zənglərimi eşidərək oldluğu yataq otağından çıxaraq mübahisənin baş verdiyi otağa yıxışdırmağa başlamışdır. Zəngindən bir müddət sonra təcili tibbi yardım yaşadıqları ünvana gəlmiş və həkimlərin gəldiyini görən Yalçın otaqdan çıxaraq onların yanında özünü guya ona kömək edirmiş kimi göstərməyə başlamışdır. Təcili tibbi yardım avtomobili ilə o, ilk öncə ürək bulanma və baş gicəllənmə şikayətləri səbəbilə X18 aparılmış və orada müayinə zamanı həkim onun göz xəstəxanasına orbitdən çıxmış sol gözün müayinəsi üçün göz xəstəxanasına getməyin vacib olduğu bildirilmişdir. Bundan sonra o, Zərifə Əliyeva adma aftolmoloji xəstəxanaya aparılmış və müayinə edən həkim tərəfindən onun əzilmiş, orbitindən çıxmış və tamamilə şişmiş sol gözündə təxirəsalınmaz əməliyyat aparılması bildirilmişdir. Şiddətli və dözülməz ağrılarının olmasından əməliyyatın aparılmasına razılıq vermiş və bundan sonra ona narkoz vurulmaqla sol gözü üzərində əməliyyat aparılmışdır. Müəyyən müddət sonra ayıldıqda artıq əməliyyatdan çıxdığını anlamışdır. Əməliyyatdan sonra beş gün ərzində palatada həkim nəzarəti altında müalicə almış və əməliyyatı aparan həkimdən ona xəsarət alan sol gözünün birmənalı şəkildə bütün həyati funksiyalarını itirdiyi və bu səbəbdən həmin göz cərrahi müdaxilə ilə çıxarılmalı olduğunu eşitmiş, lakin, qadın olduğu üçün və estetik baxımdan zərurət olduğuna görə həkim həmin gözün saxlanmasına qərar vermişdir. Həkimin ona bildirdiyi üzərə hazırda həmin gözün artıq göz kimi görmə və ya ümumiyyətlə mövcud olma məqsədləri daşımadığı və bir an öncə gözünün amputasiya edilməli və yerinə protez qoyulmalı olduğunu bilmişdir. Ambulator müalicəni davam etdirərkən artıq protezləşmə ilə əlaqədar həkimlərin müayinəsinə getməyə başlamış və həkimlərin dediklərindən belə nəticəyə gəlmişdir ki, aldığı xəsarətlər nəticəsində sol gözü dağılmış və bağı cırılmışdır. Sol gözünün hazırda belə vəziyyətdə olması sağ gözünün görmə qabiliyyətinin itirilməsi üçün təhlükəlidir. Ona görə də sol gözünün artıq öz yuvasında qalmasının heç bir mənası yoxdur. Zərərçəkmiş şəxs, Anastasiya Bektimirova həmçinin bildirmişdir ki, o, 10 yaşından etibarən sol güzündə qlaukoma adlı göz xəstəliyindən əziyyət çəkmiş, bununla əlaqədar iki dəfə əməliyyat keçirmiş və həmin xəstəlikdən sol gözünün görməsində problemlər olmuşdur, lakin, bütün ömrü boyu mütəmadi olaraq həmin gözünün mövcud olan minimal reaksiyalarının saxlanması üçün hər il göz sanatoriyalarına getmiş və müalicələr etmiş, həmin gözünü daim nəzarətdə saxlamış, tibbdə qlaukoma ilə əlaqədar baş verə biləcək yenilikləri gözündə tətbiqinin yararlı olmasına çalışmışdır. Lakin, Yalçının ona yetirmiş olduğu xəsarətlərlə ömrü boyu həmin sol gözü üçün etmiş olduğu müalicələr artıq öz əhəmiyyətini itirmiş olmuşdur. Hazırda gözü amputasiya olunmuşdur və protezlə əvəzlənmişdir. Anastasiya Bektimirova, eləcədə ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs onu dəfələrlə döymüş, ona qarşı qəddar rəftar göstərmiş, qeyri-insani hərəkətlər etməklə ləyaqətini alçatmış, mütamadi olaraq övladlarının gözü qarşısında ona qarşı fiziki zor tətbiq edib döymüş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvanda onu döymüşdür. Bundan əvvəl isə 2022-ci ilin oktyabr və noyabr aylarında ona mütamadi olaraq güclü fiziki ağrılar və psixi iztirablar vermiş, lakin o, ailəsini qorumaq üçün şikayət etməmişdir. Buna baxmayaraq o, qeyd olunan aylarda Yalçın tərəfindən döyülüb xəsarət aldığı bədən nahiyyələrində olan xəsarətlərinin şəkillərini çəkmişdir ki, həmin şəkillərdə qeyd olunan xəsarətlər 2022-ci ilin oktyabr-noyabr aylarına təsadüf edir. Ümumilikdə 5-6 dəfə fiziki ağrılar və psixi iztirablar verməklə ona bədən xəsarətləri yetirmiş və həmin mübahisələri təxminən 1 saat davam etmiş, azyaşlı oğlu İsgəndər hadisənin şahidi olsa da qızı Daniella məktəbdə olmuşdur. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmaq niyyəti yoxdur, qanunvericiliyə uyğun ağır cəzalandırılmasını və verilmiş mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, X2rşı qəsdən xəsarət yetirilməsi barədə ərizəsi əsasında toplanmış material üzrə fakta görə AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (Cild 1, İ/V. 01). Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə vətəndaş X7 zərəçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, İ/V. 66). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 220). “Qətimkan tədbirinin seçilməsi haqqında” 9 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild 1, İ/V. 239). “Fotoşəkillərə baxış keçirilməsi haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, A.Sergeyevnanın təqdim etdiyi fotoşəkillərə iş üzrə məhkəmə tibb ekspert X13 iştirakı ilə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, təqdim edilmiş fotoşəkillərdə X7 əks edilmiş və sonuncunun bədəni üzərində sol körpüçüküstü nahiyə, sol arxa kürək, sol bazu nahiyyəsinin arxa hissəsi, qarının sağ aşağı hissəsi, sol gözün konyuktiva qişası altında qansızma və skleranın cırılması il müçaiyət olunan sol göz yuvası nahiyyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları kimi xarakterizə edilən xəsarətlər vardır. (Cild 2, İ/V. 06). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. (Cild 2, İ/V. 75). “Cinayət işinin tövsif edilməsi haqqında” 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 128-ci maddəsi ilə başlamış cinayət işi üzrə əməl həmin məcəllənin 133.2.6-cı maddəsinə tövsif olunmuşdur. (Cild 2, İ/V. 57-59). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 17 avqust 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə tutulmuşdur. (Cild 2, İ/V. 70-74). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-617/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 2, İ/V. 110-116). “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin 27-ci polis şöbəsinin təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən qəbul edilmiş 10 mart 2020-ci il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yaşayan X7 02 mart 2020-ci il tarixində saat 09:55 də DİN 102 xidmətinə zəng vuraraq həyat yoldaşı Yalçın tərəfindən döyülməsi barədə məlumat vermişdir. (Cild 2, İ/V. 146). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 27-ci polis şöbəsinin təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən qəbul edilmiş 10 mart 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir və araşdırma üçün Yasal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (Cild 2, İ/V. 151). “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin 27-ci polis şöbəsinin təhqiqatçısı Nicat Abdullayev tərəfindən qəbul edilmiş 13 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yaşayan X7 xx.xx.2020-ci il tarixində saat 15:51 də DİN 102 xidmətinə zəng vuraraq həyat yoldaşı Yalçın tərəfindən döyülməsi barədə məlumat vermişdir. (Cild 2, İ/V. 127). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 27-ci polis şöbəsinin təhqiqatçısı Nicat Abdullayev tərəfindən qəbul edilmiş 13 dekabr 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir və araşdırma üçün Yasamal RPİnin istintaq şöbəsinə göndərilmişdir. (Cild 2, İ/V. 131-132). Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin məsul növbətçisinin 25 fevfal 2018-ci il tarixli HK-2-532 saylı raportun surətindən görünür ki, Nizami rayonu Ə.Vəliyev 12 mənzil 26-da yaşayan 1986-cı il təvəllüdlü Anastasiya Bektimirova həyat yoldaşı tərəfindən döyülüb baş travması almışdır. (Cild 2, İ/V. 40). İş materiallarına əlavə olunan 093-5157-1120 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan X3 və Təqsirləndirilən şəxs münaqişəli ailə kimi uçota götürülməsi ilə bağlı qəbul edilmiş qərarın surəti icra olunmasından ötrü Yasamal RPİ-nin 27-ci polis bölməsinə göndərilmişdir. (Cild 2, İ/V. 140). “Məhkəmə-tibbi ekspertizasının” 11 yanvar 2023-cü il tarixli 1239 nömrəli tarixli rəyindən görünür ki,

1. X3 almış olduğu xəsarətlər - sol gözün konyuktivası qişası altında qansızma və skeleranın cırılması ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları küt əşyanın (əşyalarm) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 02 dekabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.

2. Anastasiya Bektimirovanın sol gözünün görməməsi onda xx.xx.2022-ci il tarixdə almış olduğu travmadan əvvəl olan terminal qlaukoma xəstəliyi ilə əlaqədardır.

3. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcədə yıxılması nəticəsində törənməsi inkar olunur. (İ/V. 29-32). Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2023-cü il tarixli T213/2023 nömrəli rəyindən görünür ki, vətəndaş A.S.Bektimirovada sol gözün konyuktiva qişası altında qansızma və skleranm cırılması ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vətəndaş A.S.Bektimirovanm sol gözünün təbii qidalanmasının dayanması, funksiyasının tamamilə itməsi, eləcə də sol gözün amputasiyası və yerinə protez qoyulması, onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlə deyil, travmadan əvvəl düçar olduğu terminal qlaukoma xəstəliyi ilə əlaqədardır. (İ/V. 102- 105). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X21 daxil olmuş xx.xx.2023-cü il tarixli, T 398/2023 nömrəli komisyon məhkəmə tibbi ekspertizası rəyində qeyd edilmişdir ki, 1986-cı il təvəllüdlü X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:

1. Zərərçəkmiş A.S.Bektimirova barəsində xx.xx.2022-ci il tarixində Milli Oftalmologiya Mərkəzinin 4354 saylı stasionar xəstənin tibbi kartasmda qeyd edilən sol gözün sklerasmm rupturası travmatik, onun sol gözündə sol orbitada koroidal qopmanın olması isə qeyri-travmatik mənşəlidir, yəni terminal qlaukoma ilə əlaqədardır.

2. Zərərçəkmiş şəxs A.S.Bektimirovanm sol gözünə yetirilmiş zərbə nəticəsində sol gözün sklerasmm rupturasma (cırılmasma) səbəb olan xəsarət həmin gözün təbii qidalanmasının dayanmasına,gözün orqan kimi sıradan çıxmasına-amputasiyasma və nəticədə protezləşməsinə səbəb ola bilməzdi, koroidal qopma isə düçar olduğu xəstəliklə əlaqədardır.

3. Vətəndaş A.S.Bektimirovanm sol gözünün təbii qidalanmasının dayanması, funksiyasının tamamilə itməsi, eləcə də sol gözün amputasiyası və yerinə protez qoyulması zərurəti onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlə deyil, travmadan əvvəl düçar olduğu terminal qlaukoma xəstəliyi ilə əlaqədardır.

4. Vətəndaş A.S.Bektimirovada sol gözün konyuktiva qişası altında qansızma və skleranm cırılması ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları olmuşdur.Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yumruqla həmin nahiyələrə zərblə vurulması nəticəsində xx.xx.2022ci ildə əmələ gələ bilərdi, dərəcəsinə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir.

5. Vətəndaş A.S.Bektimirovanm travmadan əvvəl düçar olduğu terminal qlaukoma xəstəliyi öz klinik gedişinə görə solda göz almasının tamamilə dağılmasına səbəb olduğundan və digər göz almasına sirayət etməməsi səbəbindən xəstənin göz alması cərrahi yolla xaric edilir. (2-ci cild, İ/V. 181-186). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X21 daxil olmuş xx.xx.2023-cü il tarixli, 1299 nömrəli təkrar komisyon məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X3 adma təqdim olunmuş tibbi sənədlərdə yazılanlara və mütəxəssisin rəyinə əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş A.S.Bektimirova barəsində xx.xx.2022-ci il tarixində Milli Oftalmologiya Mərkəzinin 4354 saylı stasionar xəstənin tibbi kartasmda qeyd edilən sol gözün sklerasmm rupturasmm (cırılmasmm) səbəbi, onun travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma ilə əlaqədardır.

2. Mütəxəssisin qeydlərindən göründüyü kimi, sol gözdə illərdir davam edən xroniki uveit xəstəliyi terminal qlaukomaya gətirib çıxarmışdır. Xroniki uveit zamanı bütün qişalar iltihablaşır və slclera nazilir, stafıloma əmələ gəlir və hətta öz-özünə perforasiya baş verərək deşilir. Belə ki, xəstədə sol gözün sklerasmm stafıloması hesabına perforasiyası baş verə bilərdi.

3. A.S.Bektimirovada sol gözün sklerasmın rupturasma (cırılmasma), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasma və protezləşməsinə səbəb, onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma olmuşdur.

4. A.S.Bektimirovanm xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlər - sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yumruqla həmin nahiyələrə zərblə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər.

5. Mütəxəssisin qeydlərindən də göründüyü kimi, xəstədə anoftalmm (göz almasının olmaması) səbəbi skleranın perforasiyasıdır; perforasiya isə xroniki uveitin fəsadı olaraq terminal qlaukomadır.Xəstədə Milli Oftalmologiya Mərkəzinin rəyinə əsasən “terminal göz” olmuşdur, yəni görməmişdir. Beləliklə, terminal qlaukoma xəstəliyi öz klinik gedişinə görə göz almasının tamamilə dağılmasına səbəb olduğundan həmin göz alması cərrahi yolla xaric edilir və protezləşmə zərurəti yaranır. (2-ci cild, İ/V.192-204). X8 tərəfindən təqdim edilmiş və xx.xx.2023-cü il tarixli protokolla baxış keçirilmiş fotoşəkillərlə A.S.Bektimirovanm bədəni üzərində Təqsirləndirilən şəxs tərəfindən 02 dekabr 2022-ci il tarixdə yetirilmiş sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırlarından başqa bədəninin aşağı və yuxarı ətrafları, döş,qarın, kürək və digər nahiyyələrində döymənin əlamətlərini təsdiq edən sıyrıq, hematoma, qançır kimi xəsarətlərin olduğu aşkar edilmişdir. (2-ci cild, İ/V. 6-39). 13 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli, 1239 nömrəli məhkəmə-tibbi, xx.xx.2023-cü il tarixli, T213/2023 nömrəli təkrar məhkəmə-tibbi, xx.xx.2023-cü il tarixli, T398/2023-cü il tarixli məhkəmə-tibbi, xx.xx.2023-cü il tarixli, 1299 nömrəli təkrar məhkəmə-tibbi ekspertizasının rəyləri, zərərçəkmiş şəxsin təqdim etdiyi fotoşəkillər, tibbi müayinəyə dair epikriz və çıxarışlar, zərərçəkmiş şəxsin digər tarixlərdə hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər əsasında toplanmış materiallar eləcədə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin qismən etirafı və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər iş üzrə sübutlar qismində dəyərləndirilmişdir. (2-ci cild, İ/V. 235-246). Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerində müsbət xarakterizə olunur. (Cild 1, İ/V.24). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il doğumlu İskəndər adlı azyaşlı uşağı vardır. (Cild 1, İ/V.48). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (Cild 1, İ/V.94). Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı verilmiş malki iddadan görünür ki, zərərçəkmiş şəxs X7 Təqsirləndirilən şəxs maddi zərərə görə 17143 (on yeddi min yüz qırx üç) manat, mənəvi zərərə görə 100000 (bir yüz min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 410 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı mülki iddia vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci il tarixdən başlayaraq zərərçəkmiş şəxs X4 Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis Bölməsinə, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Yasamal RPİ-nin 27-ci PB-nə, 2022-ci ilin oktyabr və noyabr ayları ərzində, sonuncu dəfə xx.xx.2022-ci il tarixində əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsinə dair ardıcıl müraciətləri olmuşdur. Təqsirləndirilən şəxs Bektimirov X14 Bektimirovanın birlikdə yaşadığı arvadı X9 ilə aralarında evdə hazırlanan yeməyi, geyindiyi paltarları bəhanə edərək bu kimi mövzularda heç bir əsaslı səbəb olmadan A.Bektimirovanı cəzalandırmaq məqsədi ilə övladının gözü önündə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona fiziki ağrı və psixi iztirablar vermiş, eyni qəbildən olan hərəkətlərini davam etdirərək işgəncə verməklə mütəmadi olaraq döyüb güclü fiziki və psixi iztirablar verərək əzab vermişdir. Yəni, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs mütəmadi olaraq arvadı X6 həm ayrılıqda, həmdə azyaşlı övladlarının gözü qarşısında döymüş, onun bu kimi hərəkətləri 2022-ci ilin oktyabr və noyabr aylarında bir neçə dəfə təkrarlanmışdır ki, bu da döymə aktlarının bir-biri ilə daxili vəhdət təşkil etdiyinii və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratdığını göstərmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs hər dəfə döyüldüyü zaman hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraqə azyaşlı övladları və ailəsinin dağılmaması səbəbinmdən yetirilmiş xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası müayinəsində keçməkdən, həmçinin əri Təqsirləndirilən şəxs şikayət etməkdən imtina etsədə təqsirkar öz əməllərinin ictimai təhlükəli olduğunu dərk etsədə və zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməyəcəyinə dair yalan vədlər versədə zərərçəkmiş çəxsə qarşı fiziki zor tətbiq edib güclü fiziki ağrılar və ya psixi iztirablar verməkdə davam etmiş və buna şüurlu surətdə mütəmadi olaraq yol vermişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni zərərçəkmiş şəxsə CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək işgəncə verməklə əzab verməsi iş üzrə keçirilmiş bir neçə ekspertiza rəyləri, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ayrı ayrı vaxtlarda mütəmadi olaraq döyülməsi və sair zorakı hərəkətlərlə məruz qalması ilə bağlı bir neçə dəfə polis orqanlarına müraciət etməsi, bununla bağlı müvafiq qərarların qəbul edilməsi, iş materiallarına əlavə olunan fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 17143 (on yeddi min yüz qırx üç) manat və 100000 (bir yüz min) manat məbləğində mənəvi ziyana görə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı verilmiş mülki iddiası Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bunanla bərabər məhkəmə qeyd edir ki, iddiaçının müalicəsi Türkiyə Respublikasında həyata keçirildiyi iddia edildiyi üçün sərf edilmiş müalicə xərcləri ilə bağlı zəruri maliyyə sənədlərin rəsmi qaydada oradan əldə edilməsi və məhkəməyə təqdim edilməsi üçün üzun bir müddət tələb edildiyindən hazırki iddianın cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması prinsipi baxımından cinayət mühakimə icraatında baxılmasına imkan vermir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə bu hallarda ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə mütləq göstərilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı X3 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələblərinə dair mülki iddiası baxılmamış saxlanılsın və 410 (dörd yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumi X2ytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar