Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-87/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş vəödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Y.Yeməzli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ünvansız evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon Məhəkəsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilməsinə və həmin cəriməni ödəmədən məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 06:40 radələrində «VMF» şirkətinə məxsus başqa saxlanc yeri hesab olunan Bakı şəhəri,Yasamal rayonu, İnşaatçılar prospekti 104B ünvanda fəaliyyət göstərən «Raymond Weil» mağazasının pəncərəsini qırmızı rəngli çəkiçlə sındırmaq yolu ilə qanunsuz daxil olub oradan 1 ədəd 5266 manat dəyərində «Rado, 773.6053.3 15386459» markalı qol saatını, 1 ədəd 3522 manat dəyərində «Rado, 561.0242.3 15159678» markalı qol saatını və 1 ədəd 4107 manat dəyərində «Rado 115.0239.3» markalı qol saatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs «VMF» şirkətinə ümumilikdə 12.895 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 02:45 radələrində ünvan 5 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol cibindən həmin soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 06:40 radələrində «VMF» şirkətinə məxsus başqa saxlanc yeri hesab olunan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 104B ünvanda fəaliyyət göstərən «Raymond Weil» mağazasının pəncərəsini qırmızı rəngli çəkiçlə sındırmaq yolu ilə qanunsuz daxil olub oradan 1 ədəd 5266 manat dəyərində «Rado, 773.6053.3 15386459» markalı qol saatını, 1 ədəd 3522 manat dəyərində «Rado, 561.0242.3 15159678» markalı qol saatını və 1 ədəd 4107 manat dəyərində «Rado 115.0239.3» markalı qol saatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs «VMF» şirkətinə ümumilikdə 12.895 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, о, 2016-cı ildə Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yaşadığı ərazidə Tahir adlı şəxs yaşayır, Tahiri təxminən 2 ildir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində Tahirlə görüşərək yaşadığı Səbail rayonu, 20-ci sahə adlanan ərazidən çıxaraq Nərimanov rayonu ərazisinə gəlmiş, orada cay içdikdən sonra Yasamal rayonu ərazisinə gəlmişlər.Yasamal rayonu ərazisinə gələn zaman artıq xx xxxxxx 2019cu il saat 4-5 radələri olmuş və bir gədər küçələrdə gəzdikdən sonra təxminən saat 06 radələrində İnşaatçılar prospektində olan “Raymond Weil» saat dükanının qarşısı ilə keçən zaman Tahir dükanın vitrinini göstərərək demişdir ki, saatların gözəlliyinə baxsın.Saatlara baxmış və saatlar xoşlarına gəlmişdir.Həmin saatları oğurlamaq üçün arxaları mağazanı pəncərəsinə tərəf durmuş və üzərində olan çəkiçlə pəncərəyə bir dəfə zərbə ilə vurmuş, həmin an pəncərə cartlamış və Tahirlə birləkdə oradan bir qədər qaçaraq uzaqlaşmışlar. Daha sonra Tahirlə birlikdə yenidən çartlamış pəncərənin qarşısına qayıtmış və yenidən əlində olan çəkiçlə pəncərəyə vurmuş, nəticədə pəncərədə olan çartlar böyümüş,dirsəyi ilə pəncərəyə bir daha vurduqda şüşələr yerə tökülmüşdür.Əlini mağazanın daxilinə salaraq vitrində olan 3 ədəd saatı götürərək Tahirlə birlikdə oradan qaçmışlar. Həmin mağazadan uzaqlaşdıqdan sonra götürdükləri saatlara baxdıqda iki ədədin kişi, bir ədədin isə qadın saatı olduğunu bilmiş, ona görədə kişi saatlarından birini və qadın qol saatını o, digərini Tahir götürmüşdür. Qadın saatını isə yaşadığı evdə çarpayının altında gizlətmiş, lakin Tahirə saatı atıldığını demişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə radələrində Tahirlə birlikdə Yasamal rayonu Nizami metrostansiyasının yaxınlığı ilə gedən zaman avtomaşınla polis əməkdaşları yaxınlaşmış və kim olmaqları ilə maraqlanmışlar. Həmin vaxt üzərində bıçaq və yuxarıda qeyd etdiy çəkiç olmuşdur, bunu Tahir də bilmiş, qaçmağa başlamışlar.Lakin onu polis əməkdaşları tutmuş, lakin Tahir qaçaraq uzaqlaşmışdır.Daha sonra onu Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər və müvafiq sənədləşdirmə aparılmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, çəkiçi təxminən 9-10 gün əvvəl sərnişin kimi mindiyi marşrut nömrəsi yadında qalmayan “BakuBus” sərnişin daşıma avtobusundan oğurlamışdir.Bıcağı təxminən 10-15 gün əvvəl Nizami metrostansiyası yaxınlığında tanımadığı oğlandan 15 manata almışdır.Polis işçiləri onu tutarkən üzərində olan iki ədəd avtomobil açarları bacısı Şahid1 məxsus avtomaşının ehtiyat açarları olmuşdur. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 iki ildir tanıyır, o onun yaşadığı ərazinin yaxınlığında yaşayır. Aralarında dostluq münasibətləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2lə görüşərək yaşadıqları Səbail rayonu 20-ci sahə adlanan ərazidən çıxaraq Nərimanov rayonu ərazisinə gedib cay içdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 4-5 radələrində Yasamal rayonu ərazisinə getmişlər. Küçələrdə gəzdikdən sonra təxminən saat 06 radələrində İnşaatçılar prospektində yerləşən “Raymond Weil» saat dükanının qarşısından keçən zaman Təqsirləndirilən şəxs2 saat dükanının vitrinini göstərərək saatların gözəlliyinə baxmaq barədə demişdir. Saatlara baxarkən saatlar onların xoşuna gəlmişdir.Həmin saatları oğurlamaq üçün arxaları dükanın pəncərəsinə tərəf durmuşlar və Təqsirləndirilən şəxs2 üzərində olan çəkiçlə pəncərəyə bir dəfə zərbə ilə vurarkən pəncərənin şüşəsi catlamış,daha sonra həmin yerdən bir qədər qaçaraq uzaqlaşmışlar.Bir az sonra Təqsirləndirilən şəxs2lə yenidən dükanın çatlamış pəncərəsinin qarşısına qayıtmış və Təqsirləndirilən şəxs2 yenidən çəkiçlə pəncərəyə vurarkən pəncərədə olan çatlar böyümüşdür. Sonra Təqsirləndirilən şəxs2 dirsəyi ilə pəncərəyə vurarkən şüşələr yerə tökülmüşlər. Təqsirləndirilən şəxs2 əlini pəncərədən dükanın daxilinə salaraq vitrində olan üç ədəd saatları götürmüş və həmin yerdən qaçaraq uzaqlaşmışlar.Dükandan qaçaraq uzaqlaşdıqdan sonra götürdükləri saatlara baxarkən iki ədədinin kişi, bir ədədinin qadın saatı olduğunu görmüşlər. Kişi saatlarından birini o, digərini Təqsirləndirilən şəxs2 götürmüş, qadın saatı Təqsirləndirilən şəxs2 qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə Nizami metrostansiyasının yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşaraq onların kimliyi barədə soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində bıçaq və çəkiç olduğundan tutulmamaq üçün ayrı ayrı istiqamətlərə qaçmışlar. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulmasını görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə anası zəng edərək polis tərəfindən axtarıldığını bildirərkən 27-ci Polis Bölməsinə getmişdir. Oğurluq hadisəsini Təqsirləndirilən şəxs2lə birlikdə törətmiş, hadisə zamanı Təqsirləndirilən şəxs2 yanında dayanıb kənar şəxs gəldiyi halda məlumat verməsi üçün ətrafa baxmışdır. O, oğurluq etməsi barədə heç kimə bildirməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümyəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, o, “VMF” şirkətində hüquqşünas vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə işdə olan zaman şirkətin rəhbərliyindən ona “VMF” şirkətinin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 104 B ünvanda yerləşən «Raymond Veil» adlı dükanından oğurluq olması barədə məlumat verilmişdir. “VMF” şirkətinin «Raymond Veil» adlı dükanından 5266 manat dəyərində Rado modelli kişi qol saatı, 3522 manat dəyərində Rado modelli kişi qol saatı və 4107 manat dəyərində Rado modelli kişi qol saatı oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində “VMF” şirkətinə ümumilikdə 12895 manat məbləğində ziyan vurulmuşdur. Daha sonra zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək onlara dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsini, hazırda sonunculara qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanda anası X1 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə bazar günü olduğundan yaşadığı evdə olmuş, təxminən saat 20 radələrində evin qonaq otağında olarkən çarpayının altında qol saatı görərək götürmüşdür.Həmin qol saatına baxarkən bilərziyinin qara rəngli dəridən olmasını, üzərində Rado sözlərinin yazıldığını, qadın qol saatı olmasını görmüşdür. Onun və anasının bu cür saatı olmamışdır. Bir neçə gün əvvəl isə qardaşı Təqsirləndirilən şəxs2 Tahir adlı dostu ilə dükandan saatlar oğurladıqlarına görə tutulduqlarından yaşadığı evin qonaq otağında tapdığı qadın qol saatının qardaşı Təqsirləndirilən şəxs2 oğurladığı saatlardan olmasını başa düşmüşdür. Həmin qol saatını polis orqanına təqdim etmək üçün aparmışdır. Qardaşı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş bıçaq və çəkic barədə heç bir məlumatı olmamış, ona məxsus avtomaşının ehtiyat açarları həmişə qardaşı Təqsirləndirilən şəxs2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə post patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ilə xidmətdə olmuşdur.Həmin gün təxminən saat 02:45 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsində xidmət apararkən iki nəfər şəxslərin küçənin kənarında saxlanılmış avtomaşınlara yaxınlaşaraq alışqanla işıq saçmaqla baxdıqlarını görmüşlər.Həmin şəxslərə yaxınlaşarkən onları görərkən Nizami metrostansiyası istiqamətində qaçmağa başlamışlar. Həmin şəxslərin qaçmaları şübhə yaratdığından qonşu ərazidə xidmət aparan polis nəfərlərinə ratsiya vasitəsi ilə həmin şəxslərin qaçması barədə məlumat verərək kömək istəmiş və qaçan şəxsləri saxlamaq üçün arxalarınca qaçmağa başlamışlar.Həmin şəxslərdən birini M.Muxtarov küçəsi 145 ünvanında yaxalayaraq tutmuş, digər şəxs isə qaçaraq uzaqlaşmışdır. Tutduqları şəxsi yaxınlıqda yerləşən avtoparka gətirib sorğu sual edərkən Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Tərəflərindən həmin şəxsin üzərinə xarici baxış keçirilərkən əynindəki gödəkçənin cibində tiyəsi qara rəngli metaldan olan bir ədəd bıçaq, bir ədəd qırmızı rəngli çəkic və iki ədəd avtomaşın açarları aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bıçağla özünə və onlara xəsarət yetirməsi güman edildiyindən Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş əşyalarla birlikdə tərəflərindən Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilmiş və raport yazaraq təhvil vermişlər.Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaqda verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdirlər. Cinayət işinin 95-96-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 117-118-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 169-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 170-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 197-209-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 221-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə ilə Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasını ödənilməmişdir. Cinayət işinin 194-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 233-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1155 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 232-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 236-238-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1233 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən “RADO” markalı saat satışı mağazalarda mövcud olan qiymətlərə, internet saytlarının və saatların kataloq məlumatlarına əsasən, tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin,xx xxxxxx 2019-cu il tarixdə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -bir ədəd gövdəsinin üzərində “RADO, 773.6053.3 15386459” markalanma yazıları olan təzə vəziyyətdə qol saatı 5266,00 manat, qablaşdırıcı qutu, komplektinə daxil edilən digər aksesuarlar və sertifikat sənədləri təqdim olunmadığıdan dəyərinin təxminən 3 faizi çıxıldıqda 5108,00 manat; -bir ədəd gövdəsinin üzərində “RADO, 564.0242.3 15159678 ” markalanma yazılan olan təzə vəziyyətdə qol saatı 3522,00 manat, qablaşdırıcı qutu, komplektinə daxil edilən digər aksesuarlar və sertifikat sənədləri təqdim olunmadığıdan dəyərinin təxminən 3 faizi çıxıldıqda 3516,34 manat; -bir ədəd gövdəsinin üzərində “RADO 115.0239.3” markalanma yazıları olan təzə vəziyyətdə qol saatı 4107,00 manat, qablaşdırıcı qutu, komplektinə daxil edilən digər aksesuarlar və sertifikat sənədləri təqdim olunmadığından dəyərinin təxminən 3 faizi çıxdıqda 3983,79 manat. -bir ədəd uzunluğu 15,5 sm, eni 4,5 sm olan platmas kütlədən hazırlanmış, qırmızı rəngli hər iki istiqamətdə ucları biz. İstifadə edilmiş çəkic 4,00 manat. Cinayət işinin 235-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 75 (yetmiş beş) manat müəyyən edilmişdir. Cinayət işinin 241-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1156 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2019. Yasamal RPİ 27-ci PB İnşaatçılar pr-ti 104 “B” Raymond Weil” VMF İsveçrə saatlarının servis mərkəzindən oğuluq faktı üzrə hadisə yerindən götürülmüş rəngli (qırmızı) mikrohissəciklər; hal şahidləri-iki imza; müst- imza, müt-imza” yazısı olan kağız zərfin içərisindəki qırmızı rəngli hissəciklər formasına, quruluşuna və tərkibinə görə polimer materiallarına aid olub, təqdim olunmuş 01 ədəd qırmızı rəngli çəkicin üst polimer qatı ilə rənginə. Təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins məsubiyyəti təşkil edirlər. Cinayət işinin 240-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 104 (bir yüz dörd) manat 16 (on altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 245-254-cü vərəqələrində olan xx xxxxxx 2020-ci tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, «VMF» şirkətinin Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 104B ünvanda yerləşən «Raymond Weil» dükanının videomüşahidə kamerasının qeydə aldığı görüntüləri əks etdirən 01 (bir) ədəd disk, 1 ədəd «Rado, 773.6053.3 15386459» markalı qol saatı, 1 ədəd «Rado, 15159678» markalı qol saatı və 1 ədəd «Rado 115.0239.3» markalı qol saatı, həmçinin 1 ədəd soyuq silah hesab edilən bıçaq, 1 ədəd çəkic və hadisə yerindən götürülmüş rəngli (qırmızı) mikrohissəciklər maddi sübut kimi tanınmış, 01 (bir) ədəd disk saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, qol saatları zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılmış, 1 ədəd soyuq silah hesab edilən bıçaq, 1 ədəd çəkic və hadisə yerindən götürülmüş rəngli (qırmızı) mikrohissəciklər isə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, hazırda sonunculara qarşı hər hansı şikayəti, tələbi və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən xx xxxxxx 2019-cu il tarixdə saat 06:40 radələrində qaranlıq hava şəraitində iki nəfər birinin başında kepka, digərinin başında papaq olan şəxslərin mağazanın pəncərə şüşəsinin qarşısında dayanması, başında kepka olan şəxsin arxası pəncərə şüşəsinə dayanaraq digər şəxslə söhbət edərək əli arxaya vəziyyətdə əlindəki alətlə pəncərə şüşəsinə bir neçə dəfə vuraraq həmin yerdən uşaqlaşmaları, daha sonra yenidən qayıdaraq alətlə, daha sonra dirsəyi ilə şüşəni sındırıb saatları götürüb hadisə yerindən uşaqlaşmaları müəyyən olundu. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə vədigər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əvəllər cərimə növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilərək qəti cəza təyin edilməli və həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Rado, 773.6053.3 15386459» markalı qol saatı, 1 ədəd «Rado, 15159678» markalı qol saatı və 1 ədəd «Rado 115.0239.3» markalı qol saatı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd soyuq silah hesab edilən bıçaq, 1 ədəd çəkic və hadisə yerindən götürülmüş rəngli (qırmızı) mikrohissəciklər hökm qanuni qüvvəyə mindikdən məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 243 (iki yüz qırx üç) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri M.İ.Mustafayevə və R.M.Mirzəyevə, məhkəmə iclaslarında isə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.İ.Mustafayevə ibtidai istintaq dövründə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili R.M.Mirzəyevə ibtidai istintaq dövründə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanısın, 1 ədəd «Rado, 773.6053.3 15386459» markalı qol saatı, İş üzrə digər maddi sübut olan 1 ədəd «Rado, 15159678» markalı qol saatı və 1 ədəd «Rado 115.0239.3» markalı qol saatı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan 1 ədəd soyuq silah hesab edilən bıçaq, 1 ədəd çəkic və hadisə yerindən götürülmüş rəngli (qırmızı) mikrohissəciklər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 243 (iki yüz qırx üç) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-87/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-87/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver