Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-87/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlaklanı ələ keçirmə cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Heydər Əliyev adına hava limanında Deklorasiya şöbəsində qeyri rəsmi olaraq broker vəzifəsində işləmişdir. 2019-cu ilin dekabr ayında ixtisar olduğuna görə işdən çıxmışdır. Orada işlədiyi barədə qohumu Şahid məlumatı olmuşdur. Gülnarə onun hamı ilə münasibətlərinin normal olduğunu bilmiş və oğlunun sürücülük vəsiqəsi almasında köməklik göstərməsini xahiş etmişdir. O, heç bir etiraz etməyərək Gülnarənin oğluna sürücülük vəsiqəsi almaq üçün müvafiq prosedurları başa salmışdır. Bundan sonra Gülnarənin oğlu imtahanı müvəffəqiyyətlə verərək sürücülük vəsiqəsi almışdır. Bundan sonra Gülnarə ilə münasibətləri dahada yaxşılaşmışdır. Əvvəllər işlədiyi üçün maddi imkanı yaxşı olmuş, lakin sonralar maddi vəziyyətində sıxıntılar yaranmışdır. Bu səbəblə qohumu Gülnarəyə münasib adam olarsa işə düzəldə biləcəyini bildirmişdir. Aralarında olan bu söhbətdən bir neçə vaxt sonra Gülnarə ona Humay və Xəyalə adında iki nəfər qohumunun olduğunu, onların Hava limanında işə düzəltmək istədiklərini bildirmişdir. Bu zaman o, heç bir problem olmadığını bildirib hərəsinə 1000 manat pul müqabilində onları işə düzəldə biləcəyini demişdir. Həmçinin işə düzəlmək üçün müvafiq sənədlərin surətlərinidə hazırlamalarını Gülnarəyə tapşırmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində o, Gülnarənin iştirakı ilə onun qohumları Xəyalə və Humay adlı qadınlarla Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən "Qoç Ət’ restoranında görüşmüşlər. Görüş zamanı o, onlara hal hazırda da Hava Limanında işlədiyini, bütün bu işləri Dövlət Gömrük Komitəsində işləyən Xatirə İsayeva adlı qadının əli ilə həll etdiyini, həmçinin dəfələrlə bir neçə şəxsi işə düzəltdiyini deyib onları inandırmışdır. Bir qədər söhbətdən sonra Humay və Xəyalə hansı vəzifəyə və hansı məvacibdə işə düzələcəklərini soruşmuşlar. O, Humay və Xəyaləyə deklorasiya şöbəsində operator işində işləyəcəklərini, aylıq 800 manat məvacib alacaqlarını bildirmişlər. Bundan sonra Humay ona 1000 manat pul və öz sənədlərinin surətlərini vermişdir. Humaydan sonra Xəyalədə ona 1000 manat pul və öz sənədlərinin surətlərini təqdim etmişdir. O, pulu aldıqdan sonra onlara bir daha yalan vəd verərək narahat olmamalarını, yaxın müddətdə işə çıxmaqla əlaqəli əmrlərinin olacağına inandırmışdır. O, onlarla bir az söhbət etdikdən sonra almış olduğu pulu Xatirə İsayeva adlı şəxsə vermək üçün oradan çıxıb getmişdir. Lakin o, həmin pulu heç kimə verməmiş və öz şəxsi məqsədləri üçün xərcləmişdir. Belə ki, pulu alan zaman işləmirdi və sonradan hər hansı bir işə girib Humay və Xəyalədən almış olduğu pulu geri qaytarmağı düşünmüşdür. Lakin sonradan ölkədə korona virus pandemiyasına görə elan edilmiş karantin şəraitinə görə pulu qaytara bilməmişdir. Bir müddət sonra Humay, Xəyalə və qohumu Gülnarə ona dəfələrlə zəng vurub vermiş olduğu pulu geri tələb etməyə başlamışlar. O, isə bir neçə dəfə müxtəlif bəhanələrlə onları gözlədib pulu geri qaytaracağını söz vermişdir. Lakin sonradan Humay və Xəyalə onu gözləməmiş və polisə şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, əvvəllər rəsmi olaraq heç bir yerdə işləməsədə bir neçə özəl şirkətdə menecer vəzifəsində işləmişdir. Lakin son 2 ildir ki heç bir yerdə işləmirdi. İşləmək istəyi barədə qohumlarına və dostlarına müraciət etmişdir. Bu barədə 2020-ci ilin fevral ayında qohumu Gülnarəyə bildirdikdə o, bir nəfər Gülnar adında tanışının olduğunu, X2 Komitəsində işlədiyini və onun işə düzəldə biləcəyini bildirmişdir. O, Gülnarənin təklifi ilə razılaşmışdır. Təxminən bir neçə gün sonra Gülnarə ona və bibisi qızı Xəyaləyə zəng vuraraq Gülnarın onları 1000 manat müqabilində Heydər Əliyev adına hava limanında işə düzəldə biləcəyini bildirmişdir. O və bibisi qızı Xəyalə, Gülnarın təklifi ilə razılaşmışlar. Bir neçə gün sonra yəni, xx xxxxxx 2020-ci il tarixdə o, bibisi qızı Xəyalə və qohumu Gülnarə, Gülnar adlı qadınla Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası" metrosunun yaxınlığında yerləşən “Qoç ət" restoranında görüşmüşlər. Görüş zamanı Gülnar özünü yüksək nüfuzlu şəxs kimi təqdim edərək özünün əvvəllər Gömrük Komitəsində işlədiyini sonradan Heydər Əliyev adına hava limanında deklorasiya şöbəsində işlədiyini və bir neçə şəxsləri işə düzəltdiyini bildirmişdir. Söhbət zamanı onlar Gülnardan kimin vasitəsi ilə işə düzəltdiyini soruşduqda o, Dövlət Gömrük Komitəsinin Azərterminal kompleksinin kadrlar şöbəsində Xatirə isayeva adlı qadının olduğunu və bütün məsələləri onun vasitəsi ilə həll etdiyini bildirmişdir. Bundan sonra o, Xəyalənin və Gülnarənin yanında Gülnara 1000 manat pul şəxsiyyət vəsiqəsinin, diplomumun surətini və 4 ədəd 3x4 ölçüdə fotoşəkil vermişdir. Bundan sonra bibisiqızı Xəyalədə 1000 manat pulu və müvafiq sənədlərin surətini Gülnara vermişdir. Gülnar pulu aldıqdan sonra narahat olmamalarını təxminən iki həftə sonra işə başlayacağını əminliklə onlara bildirmişdir. Gülnar pulu aldıqdan sonra aparıb qeyd etdiyi Xatirə adlı şəxsə verəcəyini demişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. Təxminən bir iki gün sonra Gülnar öz mobil telefon nömrəsindən ona zəng vuraraq əlavə 7000 manat müqabilində onu Dövlət Gömrük Komitəsində leytenant xüsusi rütbəsi verdirə biləcəyini təklif etmişdir. O, isə vermiş olduğu cavabda Heydər Əliyev adına hava limanında işə düzəltdikdən sonra bu barədə fikirləşəcəyini bildirmişdir. Gülnarın demiş olduğu 2 həftə müddət keçdikdən sonra o və Xəyalə onunla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuşlar. Gülnar vermiş olduğu cavabında ölkədə tətbiq olunan karantin rejiminə görə işlərin yubandığını lakin narahat olmamasını yaxın müddət ərzində məsələni həll edəcəyini bildirmişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq Gülnar onları aldadaraq vermiş olduğu vədə əməl etməmişdir. Bundan sonra onlar məcbur qalaraq baş vermiş hadisə barəsində polisə müraciət etmişlər.Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Ərizəsini nəzərə almağı, təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ixtisasca ibtidai sinif müəlliməsidir. Lakin son 2 ildir ki heç bir yerdə işləmir, işləmək istəyi barədə qohumlarına müraciət etmişdir. Bu barədə 2020-ci ilin fevral ayında qohumu Gülnarəyə bildirdikdə o, bir nəfər Gülnar adında qohumunun olduğunu, X2 Komitəsində işlədiyini və onun işə düzəldə biləcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Gülnarə ona və dayısıqızı Humaya zəng vuraraq Gülnarın onları 1000 manat müqabilində Heydər Əliyev adına hava limanında işə düzəldə biləcəyini bildirmişdir. O və dayısıqızı Humay, Gülnarın təklifi ilə razılaşmışlar. Bir neçə gün sonra yəni xx xxxxxx 2020-ci il tarixdə o, Humay və qohumu Gülnarə, Gülnar adlı qadınla Bakı şəhəri, Yasamal rayonu “Elmlər Akademiyası" metrosunun yaxınlığında yerləşən “Qoç ət" restoranında görüşmüşlər. Görüş zamanı Gülnar özünü yüksək nüfuzlu şəxs kimi təqdim edərək özünün əvvəllər Gömrük Komitəsində işlədiyini sonradan Heydər Əliyev adına hava limanında deklorasiya şöbəsində işlədiyini və bir neçə şəxsi işə düzəltdiyini bildirmişdir. Söhbət zamanı onlar Gülnardan kimin vasitəsi ilə işə düzəltdiyini soruşduqda Gülnar, Dövlət Gömrük Komitəsinin Azərterminal kompleksinin kadrlar şöbəsində Xatirə İsayeva adlı qadının olduğunu və bütün məsələləri onun vasitəsi ilə həll etdiyini bildirmişdir. Bundan sonra ilk olaraq Humay sonra isə o, Gülnara 1000 manat pul şəxsiyyət vəsiqəsinin, diplomun surətini və 4 ədəd 3x4 ədəd şəkil vermişdir. Gülnar pulu və sənədləri aldıqdan sonra narahat olmamalarını təxminən iki həftə sonra işə başlayacaqlarını bildirmişdir. Gülnar pulu aldıqdan sonra aparıb qeyd etdiyi Xatirə adlı şəxsə verəcəyini demişdir. Təxminən bir iki gün sonra Gülnar öz mobil telefon nömrəsindən dayısı qızı Humaya zəng vuraraq əlavə 7000 manat müqabilində ona Dövlət Gömrük Komitəsində leytenant rütbəsi verdirə biləcəyini bildirmiş, ona isə bağlı söhbətdə isə 30 yaşından keçdiyinə görə xüsusi rütbə verdirə bilməyəcəyini bildirmişdir. Gülnarın demiş olduğu 2 həftə müddət keçidkdən sonra o və Humay onunla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşduqda, Gülnar vermiş olduğu cavabında ölkədə tətbiq olunan karantin rejiminə görə işlərin yubandığını lakin narahat olmamalarını yaxın müddət ərzində məsələni həll edəcəyini bildirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq o vermiş olduğu vədə əməl etməmiş və almış olduğu pulu geri qaytarmamışdır. Bu səbəbdən onlar baş vermiş hadisə barəsində polisə ərizə ilə müraciət etmək qərarına gəlmişlər. Polisə müraciət etdikdən sonra bir neçə ay sonra Gülnar ondan almış olduğu 1000 manat puldan 500 manatını geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, cəza təyini zamanı bu halın nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Onunla münasibətləri normal olmuşdur. O, Gülnarın əvvəllər Bakı şəhəri Səbaıl rayonu Şıxov çimərliyinin yaxınlığında yerləşən gömrük idarəsində sonradan isə Hava limanında işlədiyi barədə məlumatı olmuşdur. 2020-ci ilin fevral ayında Gülnar ilə whastapp sosial şəbəkəsində danışan zaman Gülnar, hal hazırda işlədiyi yerdə bir sıra vakansiyalar olduğunu və münasib şəxsləri işə qəbul etdirə biləcəyini bildirmişdir. Aradan bir neçə müddət keçdikdən sonra o, Gülnarın iş təklifi barədə öz qohumları Humay və Xəyaləyə demişdir. Onlar işləmək istədiklərinə görə və Gülnarın demiş olduğu təklif maraqlı gəldiyinə görə onlarla razılaşmışlar. O, bu barədə qohumu Gülnara dedikdən sonra Gülnar ona həmin şəxslərin müvafiq sənədlərini və 1000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən 2-3 gün sonra onlar Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən “Qoç ət" restoranında görüşmüşlər. Görüş zamanı Gülnar özünü çox nüfuzlu şəxs kimi tanıtmışdır. O, həmçinin bir neçə dəfə müxtəlif şəxsləri işə düzəltdiyinidə bildirmişdir. Bundan sonra onun yanında qohumları Xəyalə və Humay müvafiq sənədləri və 1000 manat pulu Gülnara vermişdir. Gülnar, pulu aldıqdan sonra hal hazırda işə getməyəcəyini sənədləri və pulu sürücü vasitəsi ilə Xatirə adlı qadına göndərəcəyini demişdir. Bundan sonra Gülnar yaxın müddət ərzində əmrin verilcəyini bildirmişdir. Lakin aradan bir müddət keçməsinə baxmayaraq Gülnar vermiş olduğu vədə əməl etməmiş və müxtəlif bəhanələr ilə onları aldatmağa başlamışdır. Bundan sonra Humay və Xəyalə onun barəsində polisə müraciət etmək qərarına gəlmişdirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 5188 nömrəli "xxxx” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur . İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(004)-326/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-87/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-87/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver