Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-87/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 3 may 2024-cü il tarixdə saat 15 radələıində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 0.330 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini əldə edərək saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:30-da Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı ilə Qurban Xəlilov küçələrinin kəsişməsində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,330 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntuya yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin 14 noyabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işi materiallarındakı imzaların böyük bir hissəsinin ona (təqsirləndirilən şəxsə) aid olmadığını bildirmiş, məhkəmə tərəfindən göstərilən xüsusatın araşdırılması məqsədi ilə 1(004)-602/2024 saylı, 14 noyabr 2024-cü il tarixli qərarla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 01 cilddə olan cinayət işinin materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə göndərilmişdir. Məhkəməyə daxil olmuş 23 dekabr 2024-cü il tarixli, 4/1881 saylı məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki; Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 105-ci vərəqində olan təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunması haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiq olunan imza, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 105-ci vərəqində olan təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunması haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzadan ibarət olub, qara rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanın tərkib və əlaqəsi: “İ” + hərf təşkil etməyən cizgilər + son cızıq Tədqiq olunan imza orta yazı vərdişi və sürəti ilə xarakterizə olunur. Hərf və cizgilərin ölçüləri, aralarındakı məsafə orta, şaquli oxa nisbətən meyli sağa, imzanın əsası xəttinin forması dalğavari, istiqaməti qalxandır. Tədqiq olunan imzanı Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə yuxarıda göstərilən bir sıra ümumi (yazı vərdişində, imzaların tərkibində, aralarındakı məsafədə, istiqamətində və s.) və aşağıdakı xüsusi əlamətlərdə fərqlər müəyyən olundu: - hərəkətin icra olunma formasına görə: “İ” hərfinin yuxarı hissəsinin icrasında tədqiq olunanda qövsvari, nümunələrdə isə bucaqvari; - hərəkətin birləşmə formasına görə: hərf təşkil etməyən cizgilər bir-birilə - tədqiq olunanda qayıdış-düzxətlə, nümunələrdə isə ilgəklə; - hərəkətin forma və istiqamətinə görə: son cızığın bitmə hissəsinin icrasında tədqiq olunanda aşağı istiqamətli düzxətli hərəkətlə, nümunələrdə isə - sağ istiqamətli düzxətli hərəkətlə; - hərəkətin bitmə nöqtəsinin yerinə görə: son cızığın icrasında - tədqiq olunanda sətir xəttindən aşağıda, nümunələrdə isə sətir xəttindən yuxarıda. Müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, yuxarıda göstərilən fərqləndirici əlamətlər əhəmiyyətli və dəyərli olub, hər bir şəxs üçün ayrıayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzanın Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Göstərilən bu hal onu deməyə əsas verir ki, cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsə münasibətdə cinayət prosessual qanunvericiliyin təqsirləndirilən şəxs üçün tanıdığı bir sıra hüquqları, o, cümlədən onun müdafiə hüququnu pozmuşdur. Belə ki, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin, onların həyata keçirilməsi imkanlarının izah edilməməsi ilə nəticələnmişdir. Halbuki, CPM-nin 120-ci maddəsinə əsasən cinayət prosesində iştirak edən hər bir şəxsin öz hüquq və vəzifələrini, seçdiyi mövqeyinin hüquqi nəticələrini bilməyə, habelə onun iştirakı ilə keçirilən prosessual hərəkətlərin mahiyyəti ilə tanış olmaq üçün ona təqdim edilmiş sənədlərin məzmunu barədə izahlar almağa hüququ vardır. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir: “cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir);” “etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək.” Məhkəmə hesab edir ki, “Təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxsləri siyahısının təqdim olunması haqqında” 13 oktyabr 2024-cü il tarixli protokolda mövcud olan imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilməməsi yuxarıda qeyd edilmiş ekspert rəyi ilə öz təsdiqini tapması həmin prosesual hərəkətinin mötəbərliyini, həqiqiliyini şübhə altına almaqla bərabər eyni zamanda təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına dəlalət edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən protokolun mötəbər olmaması, iş materiallarında olan prosessual sənəddə olan imzanın təqsirləndirilən şəxs tərəfindən deyil başqa şəxs tərəfindən icra olunması həmçinin belə qənaətə gəlməyə əsas verər ki, məhkəməyə qədər aparılmış icraatın etiraz edilməli olan şəxs tərəfindən aparılması halı da baş vermişdir. Təqsirləndirilən şəxsə cinayət prosessual məcəllənin tələblərinə əsasən belə bir imkan yaradılmadığı üçün yəni təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxsləri siyahısı təqdim olunmadığı üçün məhkəmə hesab edir ki, gələcəkdə bu hallar müəyyən olunması halında müdafiə hüququnun daha ciddi pozuntusu halı baş vermiş olar. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, ekspert rəyindən də göründüyü kimi cinayət işində olan imza ona aid deyil. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 90.7.19-cu maddəsinə əsasən şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq hüququ var. 91.5.20-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq hüquqi var. 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ var. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması zamanı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda sadlanan pozuntulardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntulara yol verərək Cinayət Prosessual Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və müdafiə tərəfinin vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-87/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-87/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver