Məhkəmə qərarları › İş №1(004)-88/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-88/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-88/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən zədələyib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə “Facebook” sosial şəbəkəsində tanış olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 44, mənzil 17-də intim münasibətlərə girdiyi tanışı Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı Yasamal rayonu, İnşaatçılar prospekti, 44 nömrəli ünvanda yerləşən həmin evin həyətində daş parçaları ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs məxsus “Toyota RAV-4” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtombilinkapot, qabaq bamper, qabaq sağ və sol qanad, ban, qabaq sağ dirək, arxa sağ qapı, alın şüşəsi, qabaq sağ və sol qapı şüşələri, arxa sağ qapı şüşəsi və oturacaq çexollarını zədələyib Zərərçəkmiş şəxs ümumilikdə 5417 (beş min dörd yüz on yeddi) manat məbləğində – xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxsla taniş olmuş və bir müddət sonra tez-tez mobil telefon vasitəsilə ünsiyyət saxlamağa başlamışlar. Bir müddətdən sonra onların münasibətləri çox sıx olmuş və onlar daha tez-tez görüşməyə başlamışlar. 2019-cu ilin iyul ayının əvvəllərində saat 22 radələrində Emil ilə “Dərya” restoranında görüşüb yemək yeyib söhbət etdikdən sonra gecəni bir yerdə qalmaq qərarına gəlmişlər. Təxminən saat 03 radələrində Emilin idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 44 nömrəli ünvanda yerləşən çoxmərtəbəli evin ikinci mərtəbəsindəki mənzilə gedərək gecəni orada qalmışlar. Həmin gündən sonra onların münasibətləri dahada sıx olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Emilin onu başqa qadınla aldatdığını düşünüb onunla birlikdə görüşüb gecələdikləri Yasamal rayonu, İnşaatçılar prospekti, 44 nömrəli ünvanda yerləşən çoxmərtəbəli evin qarşısına getmiş və Emilə məxsus “Toyota RAV-4” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin evin qarşısında olduğunu görmüşdür. Bu zaman o binanın giriş qapısına yaxınlaşıb qapının üzərində olan elektron lövhədən Emilə məxsus olduğunu güman etdiyi mənzilin düyməsini basmışdır. Bir neçə dəfə həmin mənzilini düyməsini bassada, Emil ona cavab vermədiyi üçün o “Whatsapp” proqramı vasitəsilə Emilə yazaraq dərhal düşüb qapını açmasını tələb etmiş, əks təqdirdə evin qarşısında olan avtomobili nəzərər yetirəcəyini bildirmişdir. Bundan təxminən 5 (beş) dəqiqə sonra Emil aşağı düşmüş və o Emilə onun mənzilinə baxmaq istədiyini demişdir. Lakin Emil ona mənzildə dostları ilə bir yerdə olduğu üçün evə qalxmağa imkan verməmişdir. Bu zaman o Emilin bu hərəkətindən qəzəbləndiyi üçün ona məxsus avtomobilin şüşələrini sındırmaq qərarına gələrək binanın qarşısında duran Emilə məxsus “Toyota RAV-4” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və yerdən götürdüyü daşlarla avtomobilin şüşələrini sındırmışdır. Bundan sonra avtomobilin sükanına yaxınlaşıb şüşənin sınmasından istifadə edərək əliilə avtomobilin siqnalını basıb saxlamışdır. Siqnalın səsini eşitdikdən sonra Emil binanın həyətinə düşüb ona yaxınlaşıb, ona məxsus avtomobilə zərər yetirdiyini görüb onu vurmuşdur. Daha sonra o oradan çıxıb getmişdir. Son olaraq cinayət işi üzrə zərərçəkmiş şəxsə dəyən ziyanın onun tərəfindən tam ödənildiyini və göstərilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 2019-cu ilin iyun ayının sonlarında «Facebook» sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olub onun mobil nömrəsini götürərək onunla dost kimi danışmağa başlamışdır. Bir müddət sonra tanışı Allahverdiyə məsus Yasamal rayonu, İnşaatçılar prospekti, ev 44, mənzil 17-də olan iki otaqlı evdə Mehribanla cinsi əlaqədə olmadan çay içib 3-4 saat danışaraq oradan çıxıb getmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 22:00-da sənəd üzərində mülkiyyətçisi anası olan, lakin ona məxsus, etibarnamə ilə idarə etdiyi «Tayota Rav-4» markalı avtomobili tanışı Allahverdinin evinin həyətində saxlayıb həmin yerlə üzbəüz yerləşən parkda dostu Elnurla gəzməyə başlamışdır. Bu zaman Mehriban ona dayanmadan mesajlar yazmış, o isə buna fikir vermədən Mehribanın mesajlarına cavab verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 00:30-da özünə məxsus avtomobilin siqnal səsini eşidib avtomobilin yanına gələrək Mehribanın avtomobilin qabaq yan şüşəsinin və arxa qapının şüşələrini sındırıb sükanında olan siqnalı basdığını görmüşdür. Avtomobilə yaxınlaşdıqda Mehribanın bir anlıq oradan uzaqlaşdığını və avtomobilin arxa tərəfindən əlində iri həcmli daşla gəldiyini görmüşdür. Mehriban avtomobilin arxa şüşəsini sındırmasın deyə əlini qaldırıb Mehribanın əlindəki daşdan tutmuş və «nə üçün avtomobilin şüşələrini sındırırsan» deyə bildirmişdir. Bu zaman onların aralarında mübahisə yaranmışdır. Bu zaman o Mehribana polisə zəng vuraraq hadisə barədə məlumat verəcəyini bildirdikdən sonra Mehriban oradan uzaqlaşmışdır. Yekun olaraq o həmin avtomobilin özünün şəxsi hesabına alındığını, lakin anası Bilqeys Kərimovanın adına rəsmıləşdirildiyini, bu hadisə nəticəsində ona 5417 manat zərər dəydiyini bildirmişdir. Son olaraq Təqsirləndirilən şəxstərəfindən ona dəymiş ziyanı tam ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, göstərilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onlar birlikdəNəsimi rayonu, M.Qasımov küçəsi, ev 22/23,mənzil 57-də yaşayırlar. xx xxxxxx 2018-ci il tarixdə oğlu Emil ona zəng edərək avtomobil almaq istədiyini bildirmiş və özünə məxsus şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün avtomobili onun adına rəsmiləşdirməyi təklif etmişdir. O bununla razılaşaq vəsiqəsini oğluna vermiş və nəticədə avtomobil onun adına rəsmiləşdirilmişdir. Sonradan həmin avtomobilin «Toyota RAV-4» minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bilmişdir. Yekun olaraq o həmin avtomobilin alınması üçün Emilə hər hansı məbləğdə pul vermədiyini və həmin hadisənin canlı şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayının sonlarında dostu Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 21-22 radələrində Yasamal rayonunun ərazisində yerləşən «İzmir» parkında dostu Emil ilə piyada təxminən 1-2 saat gəzişdikdən sonra saat 23 radələrində onunla sağollaşıb öz yaşadığı evə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 03 radələrində «Facebook» sosial şəbəkəsi vasitəsilə Mehriban ona «Emil mənim ürəyimi qırdı, mən də onun maşınını qırdım» məzmununda mesaj yazmışdır. Əvvəlcə bunu ciddi qəbul etməmiş, lakin bir neçə dəqiqə sonra hər ehtimala qarşı Emilə zəng vurub nə baş verdiyini soruşmuşdur. Emil ona təxminən saat 00:30 radələrində Mehribanın Allahverdiyə məsus evin həyətində onun «Toyota RAV-4» markalı avtomobilinin şüşələrini daşla vuraraq sındırğını bildirmişdir. Bir söz deməyib daha Emildən heç nə soruşmamışdır. Yekun olaraq o həmin hadisənin canlı şahidi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxsözgənin əmlakını qəsdən zədələyib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxshəmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli CM-in 186.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə”Yasamal RPİ-nin 27ci polis bölməsinin təhqiqatçısı Samir Məmmədli tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 44 ünvanında yerləşən evin həyətidir. Hadisə yerinin foto cədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 23-24) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 20324/20325 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Toyota Rav-4” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ və sol qanadda, banında, qabaq sağ dirəkdə, arxa sağ qapıda, alın şüşəsində, qabaq sağ və sol qapı şüşələrində, arxa sağ qapı şüşəsində, oturacaq çexollarında) olan zədələrin xarakteri hər-hansı bərk-küt predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, metal, ağac, o cümlədən avtomobildə aşkar edilmiş daş parçalarıda aiddir. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı Toyota Rav 4 markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6185,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5055,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1130,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5417,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4287,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1130,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asıh olaraq, yuxanda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertizanın tədqiqat dəyəri 210 (iki yüz on) manat təşkil etmişdir. (i.v. 25-29) İş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Təkrar Məhkəmə Əmtəəşünaslıq ekspertizasının 28 noyabr2019cu il tarixli 26926 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Toyota Center” mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş aktda olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı“Toyota Rav- 4” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni xx xxxxxx 2019-cu il tarixdə nəzəri hesablama yolu ilə təxminən 6185,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 5055,00 manat; təmirbərpa işlərinin qiyməti - 1130,00 manat; Tədqiq edilən 2013-cü il buraxılışlı, həmin “Toyota Rav-4”markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 5417,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4287,00 manat, təmir işlərinin qiyməti – 1130,00 manat. Aparılmış ekspertizanın tədqiqat dəyəri 50 (əlli) manat təşkil etmişdir. (i.v. 103-108) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komisyon Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2156 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı Toyota Rav-4 markalı 10UO678 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən aşağıdakı kimi müəəyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanamaqla 6185,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 5055,00 manat; Təmir-bərpa işlərinin qiyməti 1130,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5417,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4287,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1130,00 manat. Aparılmış ekspertizanın tədqiqat dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, “Toyota RAV-4” minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs saxlanışa verilmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq və məhkəmə əmtəəşünaslıq və trasoloji ekspertizasının rəyləri, eləcə də istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən “Toyota Rav-4” minik markalı **-UO-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs saxlanışa verilmişdir. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26926 nömrəli rəyinə əsasən “Toyota Rav-4” markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilin xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla 5417 (beş min dörd yüz on yeddi) manat məbləğində müəyyən edilmişdir. (i.v. 189-198) İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Rav-4” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur və həmin avtomobili Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 158) İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 239- 240) Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 186.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-nın 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmişşəxsZərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in73-1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İşüzrəmülkiiddiayoxdur. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 360 (üç yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işinin istintaq və məhkəmə baxışı zamanı keçirilmiş ekspertizaların ümumi xərci 360 (üç yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN**********, Müxbir hesab AZ 41,NABZ******************** SFİFT BİK CTREAZ22 hesabakeçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar