Məhkəmə qərarları › İş №1(004)-88/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-88/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-88/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin N iyul 2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən azad edilərək X9 müəssisəsinə keçirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azadlıq prospekti 31/39 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus “Opel-Astra” markalı, Az **-US-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 4 ünvanına aparılmasını sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana gəlmiş və orada guya özünə məxsus mobil telefonda kontur olmadığını bəhanə edib zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs1 məxsus, üzərində 150 (yüz əlli) manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan 2500 (iki min beş yüz) manat dəyərində “İphone-11Pro” markalı **********24804 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2.650 (iki min altı yüz əlli) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu il ələ keçirmək məqsədi ilə 07 oktyabr 2020-ci il tarixdə, saat 17:25 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Lider” televiziya şirkəti binasının yaxınlığında Zərərçəkmiş şəxs8 məxsus “Şevrolet-Laçeti” markalı Az **-DB-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranı yaxınlığından qaynanasını götürüb yenidən Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılması barədə sifariş verib taksi xidmətindən istifadə etməklə həmin ünvana gəlmiş və orada özünə məxsus mobil telefonda kontur bitdiyini bəhanə edib zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs8 məxsus üzərində 35 (otuz beş) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan 600 (altı yüz) manat dəyərində “Honor-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 635 (altı yüz otuz beş) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 08 oktyabr 2020-ci il tarixdə, saat 13:N radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında Zərərçəkmiş şəxs2 məxsus “BYD” markalı Az **-EE-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu ünvanında yerləşən hərbi hissədəki tanışına pul çatdıracağını və oradan Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyası yaxınlığına qaytarılmasını deməklə sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana gəlmiş və orada avtomobildən düşərək özünə aid mobil telefonu qulağına tutmaqla zəng etdiyini görüntü edərək yenidən onun avtomobilinə qayıdıb özünə məxsus mobil telefonda kontur bitdiyini bəhanə edib zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs2 məxsus üzərində N (on) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan 350 (üç yüz əlli) manat dəyərində “Samsung-Galaxy-J2 Prime” markalı, *353640/09/180604/8, 353641/09/180604/6 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 09 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs9 məxsus “Zaz Lanos” markalı Az **-HT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti N ünvanındakı yaşayış binalarından anasını götürəcəyi və yenidən Bakı şəhəri, Yasamal rayonu “20 Yanvar” dairəsinə qaytarılması barədə sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana gəlmiş və orada avtomobildən düşüb özünə aid mobil telefonu qulağına tutmaqla zəng etdiyini görüntü edərək yenidən onun avtomobilinə qayıdıb guya özünə məxsus mobil telefonda kontur bitdiyini bəhanə edib zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs9 məxsus üzərində 20 (iyirmi) manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** nömrə ilə istifadə etdiyi 400 (dörd yüz) manat dəyərində “Samsung-Galaxy-AN” markalı, ***********41664, **********41661 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 420 (dörd yüz iyirmi) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, Nərimanov heykəlinin yaxınlığında Zərərçəkmiş şəxsN məxsus “Chanqan” markalı “Az **-PC-***” dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranı yaxınlığına aparılması barədə sifariş verib taksi xidmətindən istifadə etməklə həmin ünvana gəlmiş və orada özünə məxsus mobil telefonda kontur bitdiyini bəhanə edib zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxsN məxsus üzərində N (bir yüz) manat dəyərində “Bakcel” mobil operatoruna aid ***-***-**-** nömrə ilə istifadə olunan 860 (səkkiz yüz altmış) manat dəyərində “Xiaomi-Not-7” markalı ***********84039, **********84035 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Benz” markalı Az **-TJ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 2 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığında onu gözləyən arvadını götürmək və yenidən Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsinə qayıdacağını deməklə sifariş verib taksi xidmətindən istifadə etməklə qeyd olunan ünvana gəlmiş və orada özünə məxsus mobil telefonda kontur olmadığını bəhanə edib arvadına zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs3 üzərində 5 (beş) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** və 5 (beş) manat dəyərində ***-***-**-** mobil nömrələrlə istifadə olunan 400 (dörd yüz) manat dəyərində “Samsung-Galaxy-A6” markalı **********58074, **********58072 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 4N (dörd yüz on) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 17 oktyabr 2020-ci il tarixdə, saat 16:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində Zərərçəkmiş şəxs4 məxsus “Wolsfagen-Golf” minik markalı Az **-KC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qəbiristanlığın yaxınlığındakı hərbi hissədə bir nəfər tanışına N manat pul çatdıracağını deməklə sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana gəlmiş və orada ayaqyoluna getmək adı ilə avtomobildən düşüb kənarlaşaraq yenidən qayıdıb qabaq sağ qapını açaraq sürücü Zərərçəkmiş şəxs4 sol tərəf istiqamətdə yerləşən hərbi hissədən onun gözlədiyi şəxsin çıxdığını deyib diqqətini həmin istiqamətə yönəldərək salonda sürət qutusunun yanına qoyulmuş, üzərində N (on) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** və “Azercell” mobil operatoruna aid N (on) manat dəyərində ***-***-**-** mobil nömrələrlə işlətdiyi, 450 (dörd yüz əlli) manat dəyərində “Samsung-Galaxy-J5” markalı **********36881, **********36888 İMEİ kodlu mobil telefonu götürərək hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilkdə 470 (dörd yüz yetmiş) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 17 oktyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” parkı yaxınlığında Zərərçəkmiş şəxs5 Sərhəd oğluna məxsus “VAZ-2N7” markalı Az **-OA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığında onu gözləyən tanışını götürüb yenidən Bakı şəhəri, Yasamal rayonu, ”20 yanvar” dairəsinə qaytarılmasını deməklə sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana gəlmiş və orada özünə məxsus mobil telefonda kontur olmadığını bəhanə edib onu gözləyən xanıma zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs5 üzərində N (on) manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi, N (on) manat dəyərində üzlüyünün arxasında saxladığı 200 (iki yüz) manat nağd pul olan 400 (dörd yüz) manat dəyərində “Samsung-Galaxy-A3” markalı **********52967, **********52965 İMEİ kodlu mobil telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 620 (altı yüz iyirmi) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani-1 ünvanında Zərərçəkmiş şəxs6 məxsus “Khazar-LX” markalı Az **-PG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığına və oradan Bakı şəhəri, Yasamal rayonu “20 Yanvar” dairəsinə qaytarılmasını deməklə sifariş verib taksi xidmətindən istifadə etməklə qeyd olunan ünvana gəlmiş və orada guya özünə məxsus mobil telefonda kontur olmadığını bəhanə edib başqa bir tanışına zəng edib olduğu yer barədə məlumat vermək adı ilə sürücü Zərərçəkmiş şəxs6 məxsus üzərində N (yüz) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan 300 (üç yüz) manat dəyərində “Umidigi-A5 Pro” markalı **********16763, **********16771 İMEİ kodlu telefonu alıb hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti qarşısında Zərərçəkmiş şəxs7 məxsus “Nissan” markalı, Az **-OA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən hərbi hissənin qarşısında onu gözləyən şəxsi götürüb geri qayıdacağını deməklə sifariş verib taksi xidmətindən istifadə edib qeyd olunan ünvanla üzbəüz olan qəbiristanlığın qarşısına gəlmiş və orada zəng etmək adı ilə avtomobildən düşüb yenidən qayıdaraq avtomobilin ön şit hissəsi üzərində saxlanılan, sürücü Zərərçəkmiş şəxs7 məxsus, 5 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan, 372 manat dəyərində “Samsung Galaxy-AN” markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs7 məxsus ümumilkdə 377 (üç yüz yetmiş yeddi) manat dəyərində əmlakı açıq talayıb soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Səbail Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu Rayon Məhkəməsinin N.07.2020-ci il tarixli qərarına əsasən cəzaçəkmə rejimi dəyişdirilərək cəzasının çəkilməmiş qalan hissəsinin X9 müəsisəsində çəkilməsi müəyyən edilmiş, 04.08.2020-ci il tarixdə Pentensiar Xidmətin 3 saylı X9 müəsisəsinə keçirilmişdir. 3 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkməli olduğu halda həmin məntəqənin adını xatırlamadığı əməkdaşı ilə danışaraq hər ay 150 manat pul verməklə evinə buraxılmış və hər ayın N-cu günündə həmin əməkdaşla Bakı şəhərində görüşərək 150 manat pulu ona verərək evində qalmışdır. Həmin müddət işsiz olduğu və pulu olmadığına görə Bakı şəhərinin müxtəlif rayon ərazilərində, əsasən Yasamal rayonu ərazisində müxtəlif küçə və prospektlərdə dayanıb müştəri gözləyən müxtəlif markadan olan taksi sürücülərinə yaxınlaşıb onlara hərhansı ünvana aparılmağı barədə sifariş vermiş və taksi sürücüləri onu verdiyi sifariş üzrə ünvana apardıqda yolboyu taksi sürücüsünü danışığa tutub onlarla ünsiyyət qurmuş və aparıldığı ünvanda guya onu gözləyən adama zəng etmək üçün telefonunda kontur bitdiyini deyib sürücüləri inandıraraq onlara məxsus mobil telefonlarını onların özlərinin könüllü verməsi ilə danışmaq adı ilə almış, sonra bir kənara çəkilib guya qarşıladığı adama zəng etdiyini sürücülərə görüntü edərək yavaş-yavaş taksinin yanından uzaqlaşmışdır. Sürücülər hər biri onun kənarlaşdığını görüb qaça biləcəyindən şübhə edərək idarə etdikləri taksidən düşdükdə o, aldığı mobil telefonu hadisə yerindən götürüb qaçmışdır. Sürücülər onun ardınca səslənərək telefonun qaytarılmasını istəsələr də onlara məhəl qoymamış və qaçıb hadisə yerindən uzaqlaşmışdır. Bəzi sürücülər, hətta onu müəyyən məsafədə təqib etsələr də qəbiristanlıq və ya yaşayış evlərinin arasına daxil olub gözdən itmişdir. Bundan sonra ələ keçirdiyi mobil telefonlar üzərində olan mobil nömrə və ya nömrələri çıxarıb atmış, daha sonra həmin telefonları Yasamal rayonu, “20 Yanvar” dairəsi, “Velotrek” ticarət mərkəzi, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən mobil telefon dükanlarına satmışdır. Əldə etdiyi pulları özünün şəxsi məsrəflərinə ödəmişdir. Təqsirləndirilən şəxs, həmçinin qeyd etmişdir ki, mobil telefonlarını ələ keçirdiyi sürücülərin əksəriyyətinə yaxınlaşmazdan əvvəl onların əllərində, yaxud avtomobildə şit üzərində olan mobil telefonlarının olub-olmamasına kənardan diqqət yetirib müşahidə etmiş və sürücülərdə mobil telefon olduğuna əmin olduqdan sonra yaxınlaşıb müştəri adı ilə onlara sifariş vermişdir. Hətta çox hallarda sifariş verdiyi ünvandan guya anasını, digər vaxtda qaynanasını, hətta həyat yoldaşını, bəzi hallarda isə onu gözləyən tanışını götürüb yenidən “20 yanvar” dairəsinə, yaxud “Elmlər Akademiyası” metrostansiyası yaxınlığına qaytarılmasını və bir dəfə isə Yasamal qəbiristanlığı ilə üzbəüz olan hərbi hissədə bir nəfər şəxsə N manat pul çatdıracağını demişdir. Bu kimi bəhanələr uydurub dedikdə sürücülər onun müştəri olduğuna inanıb qabaqcadan gediş haqqının məbləğini ona demiş və o da razılaşaraq avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmişdir. Taksilərin salonunda oturduğu müddətdə də sürücünün mobil telefonuna, qoyulduğu yerə, markasına, dəyərinə diqqət yetirmiş, nəticədə ünvana çatarkən orada özünə məxsus ucuz, sadə mobil telefonu qulağına tutub danışdığını sürücülərə görüntü etdikdən sonra yenidən geri qayıdıb guya konturunun bitdiyini sürücülərə deyib mobil telefonlarını danışmaq adı ilə alıb ələ keçirmişdir. Bəzi sürücülər isə zəng etmək istədiyi nömrənin onlara deyilməsini və özləri həmin nömrəni yığmaq istəmələrini bildirdikdə ağlına gələn mobil nömrə demiş və sürücü həmin nömrəni yığdıqda əlaqə yarada bilmədiyindən məcbur olub telefonu onun özünə nömrə yığması üçün verməli olmuşdur. Bu kimi üsullarla çox sayda mobil telefonları ələ keçirib qaçmış, telefonlarını ələ keçirdiyi sürücülərin heç birini əvvəllər tanımamış, onları yalnız ünvan sifariş verdikdə şifahi olaraq tanımış və istintaq müddətində isə adlarını, soyadlarını bilmişdir. Belə ki, o, 23 sentyabr 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azadlıq prospekti 31/39 ünvanının qarşısında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus “Opel-Astra” markalı, Az **-US-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 4 ünvanına aparılmasını sifariş vermiş və Pərviz adlı sürücü ona gediş haqqını dedikdən sonra razı olub taksidə qabaq oturacaqda əyləşmişdir. Bir neçə dəqiqə ərzində sürücü onu dediyi ünvana çatdırmış və orada guya telefonunda kontur olmadığını deyib danışmaq adı ilə Zərərçəkmiş şəxs1 məxsus “İphone-11Pro” markalı mobil telefonu alıb hadisə yerindən uzaqlaşıb qaçmışdır. Üzərindəki mobil nömrəni çıxarıb atmış və telefonu həmin tarixdə xatirində qalmayan ünvanda yerləşən mobil dükanların birində özününkü adı ilə tanımadığı şəxsə 400 manata satmış, əldə etdiyi pulları özünün şəxsi məsrəflərinə xərcləmişdir. Bundan sonra, 07 oktyabr 2020-ci il tarixdə, saat 17:25 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Lider” televiziya şirkəti binasının yaxınlığında Zərərçəkmiş şəxs8 məxsus “Şevrolet-Laçeti” markalı Az **-DB-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranı yaxınlığından qaynanasını götürüb yenidən Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılması barədə yalandan sifariş vermişdir. Sürücü ona gediş haqqını dedikdən sonra taksidə qabaq oturacaqda əyləşərək sifariş verdiyi ünvana aparılmışdır. Orada əvvəlki kimi guya telefonunda konturunun bitdiyini deyərək zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs8 məxsus “Honor-8X” markalı mobil telefonu alıb ələ keçirmiş və hadisə yerindən qaçıb uzaqlaşmışdır. Elə həmin tarixdə saat təxminən 18 radələrində telefonu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında, yolun sağında yerləşən, sonradan adı ona məlum olan Rafael adlı şəxsin işlətdiyi mobil telefon dükanında 90 manata ona satmışdır. Bundan başqa, 08 oktyabr 2020-ci il tarixdə, saat 13:N radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus “BYD” markalı Az **-EE-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu ünvanda yerləşən hərbi hissədəki tanışına guya pul çatdıracağını və oradan Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyası yaxınlığına qaytarılmasını deməklə sifariş verib Zərərçəkmiş şəxs2 avtomobilindən taksi kimi istifadə edərək həmin ünvana aparılmışdır. Əvvəlkilər kimi orada da sürücü Zərərçəkmiş şəxs2 məxsus taksidən düşüb biraz kənara çəkilərək guya özünə məxsus telefonla pul çatdıracağı şəxsə zəng edərkən konturunun bitdiyini bəhanə edib sürücüdən danışmaq adı ilə “Samsung-Galaxy-J2 Prime” markalı mobil telefonunu alıb qaçmışdır. Oradan uzaqlaşdıqdan sonra telefonun üzərindəki mobil nömrəni çıxarıb atmış və telefonu həmin tarixdə xatirində qalmayan ünvanda mobil dükanların birinə satmışdır. Bundan başqa, o, 09 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs9 məxsus “Zaz Lanos” markalı Az **-HT- *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti N ünvanındakı yaşayış binalarının qarşısından guya anasını götürəcəyini və yenidən Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılması barədə sifariş verib taksi xidmətindən istifadə edərək həmin ünvana aparılmışdır. Orada avtomobildən düşüb özünə aid mobil telefonu qulağına tutmaqla anasına zəng etdiyini görüntü edərək yenidən sürücü Zərərçəkmiş şəxs9 avtomobilinə qayıdıb guya özünə məxsus mobil telefonda kontur bitdiyini bəhanə edib zəng etmək adı ilə sürücüdən “Samsung-Galaxy-AN” markalı mobil telefonunu alıb hadisə yerindən uzaqlaşmışdır. Telefonun üzərindəki mobil nömrəni çıxarıb atmış və telefonu “20 yanvar” dairəsində yerləşən “Velotrek” ticarət mərkəzində Sənan adlı şəxsin işlətdiyi dükanda 1N manata həmin şəxsə satmış və əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmişdir. Telefonu satarkən sürücülük vəsiqəsinin surətini Sənan adlı şəxsə təqdim edib mobil telefonun özünə aid olduğunu bildirmişdir. Bundan başqa, 11 oktyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, Nərimanov heykəlinin yaxınlığında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxsN məxsus “Chanqan” markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranı yaxınlığına aparılması barədə sifariş vermişdir. Əvvəlkilər kimi ora çatanda sürücüyə guya özünə məxsus telefonda konturunun bitdiyini deyərək “Xiaomi-Not-7” markalı mobil telefonu alıb hadisə yerindən uzaqlaşaraq qaçıb getmiş və həmin gün “Velotrek” ticarət mərkəzi ərazisində yerləşən dükanlardan birində xatirində qalmayan şəxsə satmışdır. Bundan başqa, 11 oktyabr 2020-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Benz” markalı Az **-TJ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 2 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığında guya onu gözləyən arvadını götürmək və yenidən Bakı şəhəri, Yasamal rayonu, «20 yanvar» dairəsinə qaytarması barədə sifariş verib qeyd olunan ünvana aparılmışdır. Orada yenə konturunun bitdiyini deməklə zəng etmək adı ilə sürücü Zərərçəkmiş şəxs3 ona məxsus “Samsung-Galaxy-A6” markalı mobil telefonu ələ keçirib oradan qaçmış, uzaqlaşandan sonra telefonu açıb içərisindəki iki ədəd mobil nömrələri çıxarıb ataraq həmin telefonu xatirində qalmayan dükanda tanımadığı şəxsə özününkü adı ilə satmışdır. Bundan başqa, 17 oktyabr 2020-ci il tarixdə, saat 16:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs4 məxsus “Wolsfagen-Golf’ minik markalı Az **-KC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qəbiristanlığın yaxınlığındakı hərbi hissədə bir nəfər tanışına guya N manat pul çatdıracağını deməklə sifariş verib sürücü tərəfindən həmin ünvana aparılmışdır. Orada ayaqyoluna getmək adı ilə avtomobildən düşüb müəyyən məsafə kənarlaşaraq yenidən qayıdıb qabaq sağ qapını açaraq sürücü Zərərçəkmiş şəxs4 sol tərəf istiqamətdə yerləşən hərbi hissədən guya onun gözlədiyi şəxsin çıxdığını deyib sürücünün diqqətini həmin istiqamətə yönəldərək salonda sürət qutusunun yanına qoyulmuş “Samsung-Galaxy-J5” markalı mobil telefonu götürüb oradan qaçıb uzaqlaşmışdır. Sonra isə telefonun üzərindəki iki ədəd mobil telefon nömrələrini çıxarıb atmış və telefonu “20 yanvar” dairəsindəki dükanların birində özününkü adı ilə tanımadığı şəxsə satmışdır. Bundan başqa, 17 oktyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” parkı yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs5 Sərhəd oğluna məxsus “VAZ-2N7” markalı Az **-OA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək ünvan 5 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığında guya onu gözləyən tanışını götürüb yenidən Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” dairəsinə qaytarılması barədə sürücüyə sifariş verərək taksidə qabaq oturacaqda oturmuş və sürücü onu dediyi ünvana aparmışdır. Orada digər hadisələrdə olduğu kimi özünə məxsus mobil telefonda konturun bitdiyini deyərək sürücü Zərərçəkmiş şəxs5 “Samsung- Galaxy-A3” markalı mobil telefonu danışmaq adı ilə alıb hadisə yerindən qaçıb uzaqlaşmışdır. Sonradan həmin telefonu xatirində qalmayan dükanların birində özünə aid olduğunu deməklə satmışdır. Bundan başqa, 18 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani-1 ünvanında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs6 məxsus “Khazar-LX” markalı Az **-PG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi-2 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığına və oradan Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılmasını deməklə sifariş vermişdir. Taksi sürücüsü onun müştəri olduğuna inanaraq sifariş verdiyi ünvana aparmışdır. Bu dəfə də orada özünə məxsus mobil telefonda kontur olmadığını bəhanə edib başqa bir tanışına zəng edib olduğu yer barədə məlumat vermək adı ilə sürücü Zərərçəkmiş şəxs6 məxsus “Umidigi-A5 Pro” markalı mobil telefonu alıb oradan qaçıb uzaqlaşmışdır. Telefonun üzərindəki iki ədəd mobil nömrələri çıxarıb atmış və telefonu xatirində qalmayan ünvanda özününkü adı ilə tanımadığı şəxsə satmışdır. Bundan başqa, 18 oktyabr 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti qarşısında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs7 məxsus “Nissan” markalı, Az **-OA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində minərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən hərbi hissənin qarşısında guya onu gözləyən şəxsi götürüb geri qayıdacağını deməklə sifariş vermiş, sürücü onu dediyi ünvana apardıqdan sonra qəbiristanlıq yaxınlığında taksidən düşüb guya zəng etmək adı ilə kənarlaşıb bir neçə dəqiqədən sonra taksiyə tərəf qayıtmış və sürücünün gözləmədiyi anda avtomobilin sag tərəf qapısını açıb salonda şitin üzərində qoyulmuş “Samsung Galaxy-AN” markalı mobil telefonu sürücünün gözü qarşısında götürüb qaçmışdır. Sonra telefonun üzərindəki nömrəni çıxarıb atmış və telefonu xatirində qalmayan ünvandakı dükanların birində tanımadığı şəxsə özününkü adı ilə satmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etmişdir ki, cinayət yolu ilə ələ keçirdiyi mobil telefonların əksəriyyətini Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindəki dükanda işləyən, iki ildir tanıdığı Rəfail adlı şəxsə satmışdır. Rəfail onu tanıdığı üçün telefonları ona satarkən hərdən heç bir sənəd almamışdır. Lakin arada sürücülük vəsiqəsinin surətini çıxartırmaqla orada telefonların özünə məxsus olmasını qeyd etməklə ona satmışdır. Rəfailə həmin telefonları satan zaman ona telefonların oğurluq olduğunu, yəni telefonların cinayət yolu ilə əldə etdiyini demiş, Rafail isə bilə-bilə həmin telefonları ondan almışdır. Rəfailə satdığı telefonların pulu ilə özünün və övladının şəxsi ehtiyaclarına xərcləmiş, 80 manat pula isə renta kardan kirayəyə avtomobil götürərək idarə etmiş, qalan pulları isə gündəlik xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməlindən səmimi peşimanlıq çəkdiyini, himayəsində az yaşlı övladının olmasını, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2020-ci il tarixdə, saat 19 radələrində taksi kimi idarə etdiyi, özünə məxsus “Opel-Astra” markalı, Az **-US-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Azadlıq prospekti 31/39 ünvanının qarşısında dayanıb müştəri gözləyərkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq ünvan 4 ünvanına aparılmasını sifariş vermiş və o, Nadir adlı müştərinin sifarişini yerinə yetirərək dediyi ünvana aparmışdır. Həmin ünvanda Təqsirləndirilən şəxs özünə məxsus telefonda konturunun olmadığını deyərək avtomobilin salonunda zəng etmək adı ilə ondan telefonunu istəmiş və o, Təqsirləndirilən şəxs niyyətindən xəbərsiz olduğundan üzərində 150 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi 2500 (iki min beş yüz) manat dəyərində “İphone-11Pro” markalı mobil telefonunu ona vermiş və sonuncu danışmaq adı ilə avtomobildən düşərək telefonla danışması görüntüsünü yaratmışdır. Onun doğrudan da danışdığını güman edib gözləsə də sükan arxasından yerə düşdükdə Təqsirləndirilən şəxs onu görüb telefonla birlikdə sürətlə qaçıb oradan uzaqlaşmışdır. Onu müəyyən məsafədə təqib edib telefonun qaytarılmasını tələb etsə də Nadir onun çağırışlarına əhəmiyyət vermədən hadisə yerini tərk etmiş, mobil telefonunu ələ keçirməklə ümumilikdə ona 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, sonuncu tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və gələcəkdə ona qarşı mülki iddia ərizəsi verəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2020-ci il tarixdə, saat 17:25 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Lider” televiziya şirkəti binasının yaxınlığında taksi fəaliyəti ilə məşğul olduğu, özünə məxsus “Şevrolet-Laçeti” markalı Az **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb müştəri gözləyərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona müştəri qismində yaxınlaşaraq ünvan 5 ünvanında yerləşən “Filiz” restoranı yaxınlığından qaynanasını götürüb yenidən Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılması barədə sifariş vermişdir. Həmin şəxslə gediş haqqını danışıb razılaşdıqdan sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmiş və onu dediyi ünvana aparmışdır. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonda konturunun bitdiyini deyərək zəng etmək adı ilə onun telefonunu istəmiş və o, Təqsirləndirilən şəxs niyyətindən xəbərsiz olduğundan və heç nədən şübhə etmədən özünə məxsus üzərində 35 (otuz beş) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi 600 (altı yüz) manat dəyərində “HONOR-8X” markalı mobil telefonu ona vermişdir. Lakin, həmin şəxs telefonla danışmaq əvəzinə danışdığını görüntü edərək avtomobildən kənarlaşmış və gözlənilmədən qaçaraq oradan uzaqlaşmışdır.Telefonun qaytarılmasına dair səsləsə də Nadir onun çağırışlarına əhəmiyyət vermədən hadisə yerini tərk etmiş, mobil telefonunu ələ keçirməklə ümumilikdə ona 635 (altı yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs8 yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2020-ci il tarixdə, saat 13:N radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti-41 ünvanında taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus “BYD” markalı Az **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb müştəri gözləyərkən istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs müştəri qismində ona yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti N ünvanında yerləşən hərbi hissədəki tanışına pul çatdıracağı üçün həmin ünvana aparılmasını və oradan Yasamal rayonu “Elmlər Akademiyası” metrostansiyası yaxınlığına qaytarılmasını sifariş verdiyindən onu müştəri kimi qəbul edib taksi xidməti göstərmiş və dediyi ünvana aparmışdır. Orada avtomobildən düşərək özünə aid mobil telefonu qulağına tutaraq kiminləsə danışdığını görüntü edib yenidən avtomobilə qayıtmış və telefonunda konturunun bitdiyini deməklə zəng etmək üçün ondan telefonunu istəmişdir. Onun niyyətindən xəbərsiz olduğundan və heç nədən şübhə etmədiyindən özünə məxsus üzərində N (on) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi 350 (üç yüz əlli) manat dəyərindəki “Samsung-Galaxy-J2 Prime” markalı mobil telefonunu Təqsirləndirilən şəxs vermişdir. Lakin, Təqsirləndirilən şəxs telefonu alaraq hadisə yerindən qaçıb uzaqlaşmış və onun ardınca telefonu qaytarmasına dair qışqırıb səslənməsinə məhəl qoymadan hadisə yerini tərk etməklə ona ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs2 yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında özünə məxsus “Zaz Lanos” markalı Az **-HT-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanıb taksi fəaliyəti ilə məşğul olarkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti N ünvanındakı yaşayış binalarından anasını götürəcəyi üçün onu həmin ünvana aparmasını və yenidən Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarmasını sifariş vermişdir. Həmin şəxsin sifarişini qəbul edib istədiyi ünvana aparmış və o, dediyi ünvanda avtomobildən düşərək özünə aid mobil telefonu qulağına tutmaqla zəng etməsi görüntüsünü yaradıb yenidən onun avtomobilinə qayıdaraq özünə məxsus mobil telefonda konturun bitdiyini deyərək zəng etmək adı ilə ondan telefonunu istəmişdir. Təqsirləndirilən şəxs niyyətindən xəbərsiz olaraq özünə məxsus üzərində 20 (iyirmi) manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** nömrə ilə istifadə etdiyi 400 (dörd yüz) manat dəyərində “Samsung-Galaxy-AN” markalı mobil telefonu ona vermiş və sonuncu telefonu alaraq danışmaq adı ilə avtomobildən uzaqlaşmış və daha sonra telefonu ələ keçirərək qaçıb hadisə yerini tərk etmişdir. Onun ardınca səslənib telefonu qaytarmasını tələb elsə də Təqsirləndirilən şəxs ona məhəl qoymamış, ələ keçirdiyi telefonla uzaqlaşıb getmiş, nəticədə ona ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs9 yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində özünə məxsus “Mersedes-Benz” markalı Az 99-TJ- 253 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyəti ilə məşğul olarkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 2 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığında onu gözləyən arvadını götürmək üçün həmin ünvana aparmasını və yenidən Bakı şəhəri, Yasamal rayonu, «20 yanvar» dairəsinə qaytarmasını sifariş vermişdir. Qiymətdə razılaşdıqlarına görə həmin şəxsin sifarişini qəbul edərək dediyi ünvana aparmış və Təqsirləndirilən şəxs orada konturunun bitdiyini deməklə arvadına zəng etmək adı ilə onun mobil telefonunu istəmişdir. Təqsirləndirilən şəxs niyyətindən məlumatsız olduğundan özünə məxsus üzərində 5 (beş) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** və 5 (beş) manat dəyərində ***-***-**-** mobil nömrələrlə istifadə etdiyi 400 (dörd yüz) manat dəyərindəki “Samsung-Galaxy-A6” markalı mobil telefonunu ona vermişdir. Təqsirləndirilən şəxs danışmaq adı ilə aldığı telefonu ələ keçirdikdən sonra hadisə yerindən qaçmış və nəticədə ona ümumilikdə 4N (dörd yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs3 yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə, saat 16:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində özünə məxsus “Wolsfagen-Golf” minik markalı Az **-KC-*** dövlət qeydiyyat nişalı avtomobillə dayanıb taksi fəaliyəti göstərərkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində ona yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qəbiristanlığın yaxınlığındakı hərbi hissəsdə bir nəfər tanışına N manat pul çatdıracağını deməklə həmin ünvana çatdırılması barədə sifariş vermişdir. Onun sifarişini yerinə yetirərək dediyi ünvana aparmış və orada Təqsirləndirilən şəxs ayaqyoluna getmək adı ilə avtomobildən düşüb müəyyən məsafə kənarlaşıb yenidən avtomobilə qayıtmış və avtomobilin sağ qabaq qapısını açaraq əli ilə işarə edib yolun kənarındakı hərbi hissədən onun gözlədiyi şəxsin çıxdığını deyib diqqətini həmin istiqamətə yönəltmiş və o, Təqsirləndirilən şəxs dediyi yerə baxdıqda sonuncu gözlənilmədən salonda sürətlər qutusunun yanına qoyduğu, üzərində N (on) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** və “Azercell” mobil operatoruna aid N (on) manat dəyərində ***-***-**-** mobil nömrələrlə işlətdiyi, 450 (dörd yüz əlli) manat dəyərində “Samsunq-Galaxy-J5” markalı mobil telefonu götürüb qaçmışdır. Sükan arxasından düşərək onu təqib etsədə çata bilməmiş, telefonu qaytarması barədə səslənib onu xəbərdar etsədə Təqsirləndirilən şəxs ona məhəl qoymamış, nəticədə ona ümumilkdə 470 (dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs4 yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində ünvan 17 ünvanda özünə məxsus “KHAZAR-LX” markalı Az **-PG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobillə dayanıb taksi fəaliyyəti göstərərkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq ünvan 5 ünvanda yerləşən “Filiz” restoranının yaxınlığına və oradan Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” dairəsinə qaytarılmasını deməklə sifariş vermişdir. Həmin şəxsin sifarişini yerinə yetirərək onu dediyi ünvana aparmış və Təqsirləndirilən şəxs orada özünə məxsus mobil telefonda konturun bitdiyini deyərək tanışına zəng edib olduğu yer barədə məlumat vermək adı ilə ondan telefonunu istəmişdir. Təqsirləndirilən şəxs niyəti və məqsədi barədə məlumatsız olduğundan özünə məxsus üzərində N (yüz) manat dəyərində “Bakcell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan 300 (üç yüz) manat dəyərində “UMİDİGİ-A5 Pro” markalı telefonu ona vermişdir. Lakin, Təqsirləndirilən şəxs danışmaq əvəzinə ondan aldığı telefonu ələ keçirdikdən sonra hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Onun ardınca səslənərək telefonu qaytarmasını tələb etsə də Təqsirləndirilən şəxs ona məhəl qoymamış və ona məxsus telefonu ələ keçirməklə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs6 eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti qarşısında özünə məxsus “Nissan” markalı, Az 99-OA- 893 dövlət qeydiyyat nişalı taksi avtomobillə dayanaraq taksi fəaliyyəti ilə məşqul olarkən istintaq zamanı adı məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən hərbi hissənin qarşısında onu gözləyən şəxsi götürüb geri qayıdacağını deməklə sifariş vermişdir. Həmin şəxsin sifarişini qəbul edərək onu sifariş verdiyi ünvana aparmışdır. Təqsirləndirilən şəxs dediyi ünvana çatdıqda zəng etmək adı ilə özünün mobil telefonunu qulağına tutub müəyyən məsafədə kənara çəkilərək yenidən qayıtmış və qabaq sağ qapını açaraq avtomobilin ön şit hissəsi üzərində saxlanılan,ona məxsus 5 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə olunan, 372 manat dəyərində “Samsunq Galaxy- AN” markalı mobil telefonu gözü qarşısında götürüb ələ keçirməklə hadisə yerindən qaçmışdır. Sükan arxasından düşərək Təqsirləndirilən şəxs təqib edib arxasınca səslənərək telefonun qaytarılmasını tələb etsə də sonuncu ona məhəl qoymamış, telefonu ələ keçirib uzaqlaşmış və nəticədə ona ümumilkdə 377 (üç yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs7 eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 Sərhəd oğlu və Zərərçəkmiş şəxsN məhkəmə iclaslarına gəlməmişlər, lakin onlarla əlaqə saxlanıldıqda məhkəmə iclaslarında iştirak edə bilmədiklərini, məhkəmə iclaslarında işə onların iştirakları olmadan baxılmasını və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Sərhəd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən müəyyyən edildi ki, 17 oktyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” parkı yaxınlığında özünə məxsus “VAZ-2N7” markalı Az **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb taksi fəaliyyəti göstərərkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq ünvan 5 ünvanda yerləşən “Filiz” restoranının yaxınlığında onu gözləyən tanışını götürüb yenidən Bakı şəhəri, Yasamal rayonu, ”20 yanvar” dairəsinə qaytarılmasını deməklə sifariş vermişdir. Həmin şəxsin sifarişini qəbul edərək onu dediyi ünvana aparmış və orada Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonda kontur olmadığını deyərək onu gözləyən xanıma zəng etmək adı ilə ondan telefonunu istəmişdir. Onun niyyəti və məqsədindən məlumatsız olduğundan özünə aid üzərində N (on) manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi, N (on) manat dəyərində üzlüyünün arxasında saxladığı 200 (iki yüz) manat nağd pul olan 400 (dörd yüz) manat dəyərində “Samsunq-Galaxy-A3”markalı mobil telefonu alıb hadisə yerindən uzaqlaşmaqla ələ keçirib ona ümumilikdə 620 (altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən müəyyyən edildi ki, 11 oktyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, Nərimanov heykəlinin yaxınlığında özünə məxsus “Chanqan” markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb taksi fəaliyyəti göstərərkən istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq onu ünvan 5 ünvanında yerləşən “Filiz” restoranının yaxınlığına aparması barədə sifariş vermişdir. Onun sifarişini yerinə yetirərək dediyi ünvana aparmış və Təqsirləndirilən şəxs orada özünə məxsus mobil telefonda kontur bitdiyini deyərək zəng etmək adı ilə ondan üzərində N (yüz) manat dəyərində “Bakcel” mobil operatoruna aid ***- ***-**-** nömrə ilə istifadə etdiyi 860 (səkkiz yüz altmış) manat dəyərində “Xiaomi-Not-7” markalı telefonu istəyib almış və telefonu danışmaq adı ilə götürüb hadisə yerindən qaçmışdır. Qaçarkən onun arxasınca telefonu qaytarması üçün səslənsə də Təqsirləndirilən şəxs ona məhəl qoymamış, nəticədə telefonu ələ keçirərək ona ümumilikdə 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Sərhəd oğlu və Zərərçəkmiş şəxsN ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, yalnız Zərərçəkmiş şəxs5 Sərhəd oğlunun ifadəsində göstərdiyi ona məxsus mobil telefonun üzlüyünün arxasında 200 (iki yüz) manat nağd pulun olması faktı ilə razılaşmır. Belə ki, o, ələ keçirdiyi heç bir mobil telefonun üzlüyünün arxasında pul əskinası aşkar etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, ünvan 18 ünvanda yerləşən 12 kv.m sahəni icarəyə götürüb mobil telefonların alqı-satqısı və barteri ilə məşğul olur. 08.N.2020-ci il tarixdə icarə əsasında işlətdiyi mağazada olarkən, iki il əvvəldən həm müştəri kimi, həm də mobil telefonların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı X5 iş yerinə gələrək onda 1 ədəd “Honor-8x” markalı mobil telefon olduğunu deyərək 160 manata satmaq istədiyini bildirmişdir. Telefonu ondan alıb baxmış və onu tanısa da özünün üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşdur. Mobil telefonun İMEİ koduna və texniki vəziyətinə baxdıqda və kimə məxsus olduğunu soruşduqda Elçin İsmayılov həmin telefonu mağazalardan birindən nisbətən ucuz qiymətə aldığını və cüzi qazanc əlavə edib satmaq istədiyini demişdir. Onun üstündə şəxsiyyət vəsiqəsinin də olduğuna və telefonun oğurluq olmadığına əmin olduqdan sonra 160 manat pul verib telefonu Elçindən almış, ***-***-**-** mobil nömrəsinin olmasına dair qeydlər aparmış, şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra “Honor-8x” markalı **********247N İMEİ kodlu telefonu alıb satış üçün vitrində yerləşdirmişdir. 09.N.2020-ci il tarixdə sonradan adı ona məlum olan Əliabbas adlı oğlan mağazaya gələrək vitrində olan telefonlara baxıb “Honor-8x” markalı mobil telefonu bəyənmiş və onu almaq istədiyini bildirdikdə 235 manata onunla razılaşaraq telefonu həmin gün ona satmış, hətta ona 1 ay müddətinə “Zəmanət talonu” da vermişdir. Üzərindən müəyyən müddət keçmiş Yasamal RPİ-nin əməkdaşları tərəfindən dəvət olunduqda həmin mobil telefonun Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən cinayət yolu ilə əldə olunması barədə ona məlumat verilmişdir. Şahid2, həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, telefonu ona Elçin İsmayılov satmış və sonuncunun Təqsirləndirilən şəxsla hər hansı əlaqəsinin olmadığını düşünür və “Honor- 8x” markalı” mobil telefonu satmasını təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini, üzərində telefona aid İMEİ kod, markası, 160 manata satılma, 08.N.2020-ci il tarixdə aldığı tarixlərə dair qeydləri istintaq orqanına təqdim etmişdir. Şahid2, həmçinin ifadəsində qeyd etmişdir ki, həmin telefonun cinayət yolu ilə əldə edildiyini bilməmiş, Təqsirləndirilən şəxs adlı şəxslə və ya telefonun əsil sahibi ilə heç bir əlaqəsi və ünsiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 il olar ki, mobil telefonların alqı-satqısı ilə məşğul olur. ünvan 19 ünvanında təxminən 6 kv.m-lik mağazanı icarəyə götürüb mobil telefonların alqı-satqısı və barteri kimi dükan olaraq işlədir. Hər gün səhər 09-dan axşam saat 20 radələrinədək mağazada olur və mağazanı özü tək işlədir. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının ikinci yarısından etibarən tanımışdır. Belə ki, Nadir adlı şəxs 07 oktyabr 2020-ci il tarixdə saat təxminən 18 radələrində onun işlədiyi mağazaya gələrək bir ədəd qara rəngli “Honor-X8” markalı mobil telefonu göstərib 120 manata satmaq istədiyini bildirmişdir. O, telefonu alaraq texniki vəziyyəti ilə tanış olduqdan sonra kimə məxsus olduğu və özünün üzərində sənədinin olub-olmamasını soruşmuşdur. Adını Nadir kimi təqdim edən şəxs üzərində sürücülük vəsiqəsinin və həmin telefonun özünə aid olduğunu bildirdikdən sonra sənədini alıb baxmış və telefona görə 90 manat pul ödəyə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razı olduğundan sürücülük vəsiqəsinin surətini çıxarıb üzərində mobil telefonun markasını, imei kodunu, özünə aid mobil nömrəsini, özünə aid olduğunu, aldığı pulun məbləğini yazaraq imza etdirdikdən sonra 90 manat pul verib onu yola salmışdır. Təxminən 2 gün sonra həmin telefonu 130 manata tanımadığı müştəriyə satmışdır. Bundan 2 və N gün sonra Nadir onun iş yerinə yenidən gələrək ona “Samsung” markalı telefon təklif edib, lakin onun dediyi qiymətlə razı olmadığına görə aralarında alqı-satqı baş tutmamışdır. İş üzrə Təqsirləndirilən şəxs ona “Honor 8x” markalı telefondan başqa daha bir neçə ədəd “Samsung və qeyri markalardan olan mobil telefonları satmasını iddia etməsinə dair bildirmişdir ki, ola bilsin ki, Təqsirləndirilən şəxs ona «Honor 8x» markalı telefondan başqa markalı telefonlarda satmış olsun və bu barədə onda olan əlyazma və qeydləri əldə etdiyi halda aidiyyəti orqanlara təqdim edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4 adlı fərdi işlərdə çalışan şəxsi təxminən 2 ay olar ki, tanımışdır. 2020-ci ilin oktyabr ayının ilk həftəsində Xırdalan şəhərində olarkən Qabillə söhbət zamanı özünə bir ədəd ucuz qiymətə mobil telefon almaq istəməsi və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, telefon alqı-satqısı ilə məşğul olan Tehranə adlı tanışına zəng etmiş və Tehranə ona satışda 200 manat dəyərində bir ədəd «Samsung-Galaxy-N» markalı mobil telefonu olmasını bildirmişdir. Dostu Qabilin həmin qiymətə imkanı olduğunu nəzərə alaraq Tehranə ilə görüşüb ona 200 manat verib telefonu götürmüş və elə həmin gün telefonu Qabilə vermişdir. Qabil isə ona N manat pul verib qalan hissəsini sonra ödəyəcəyi ilə razılaşmışdır. Bir müddət keçdikdən sonra ki, Qabil ona zəng edərək aldığı mobil telefonun cinayət yolu ilə əldə edildiyi barədə Yasamal RPİ-nin əməkdaşları tərəfindən ona zəng olunduğunu bildirmiş və demişdir ki, həmin telefonu onun vasitəsilə satan şəxsə qaytarmaq istəyir. Bundan sonra o, Qabillə görüşüb mobil telefonu alaraq aparıb Tehranəyə vermiş və sonuncu narahatçılığa heç bir əsasın olmadığını, telefonu Sənandan aldığını və Sənanın isə heç vaxt sənədsiz telefon almadığını ona deyərək telefonu alaraq bu barədə Sənanla danışıb məsələni özü həll edəcəyinə və pulunu alıb qaytaracağına söz vermişdir. Sonradan Tehranədən məlum olmuşdur ki, həmin telefonu Sənana qaytarmış və o, müəyyən vaxt onun pulunu ödəyə bilmədiyindən təkrar telefonu özünə qaytarmışdır. Həmçinin Tehranədən məlum olmuşdur ki, telefonu Sənana bir nəfər Təqsirləndirilən şəxs adlı şəxs sürücülük vəsiqəsini təqdim etməklə özününkü adı ilə satmış və o da Sənandan həmin telefonun cinayət yolu ilə əldə olunduğuna heç bir şübhəsi olmadan alıb 5-N manat əlavə etməklə onlara satmışdır. Tehranə hazırda telefona görə ödədiyi pulu özünə qaytarmış və o da öz növbəsində Qabilin ödəmiş olduğu N manatı özünə qaytarmışdır. Tanışı Qabil və o, özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və aldıqları mobil telefonun cinayət yolu ilə ələ keçirildiyini qabaqcadan bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən Xətai rayonu, Nobel 15 ünvanda yerləşən “Meqafon” əyləncə mərkəzində təmizlik işçisi olaraq çalışmış və pandemiya xəstəliyi ilə bağlı obyektlərin bağlanması səbəbindən işdən çıxmışdır. Bir ildir ki, işsiz olduğundan ailənin maddi təminatının ödənilməsi məqsədilə fərdi qaydada mobil telefonların alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Yaxın tanışlarından ucuz qiymətə telefon alıb N-15 manat pul əlavə edib satır. 09.N.2020-ci il tarixdə 20 yanvar dairəsində “Velotrek” ticarət mərkəzində yerləşən “Hüseyn Telecom” mağazasında işləyən Sənan adlı tanışından 170 manata «Samsung-Galaxy-N» markalı, **********41664 İMEİ kodlu qara rəngli bir ədəd mobil telefonu satmaq məqsədilə almışdır. Həmin vaxt Taleh adlı tanışı ona zəng edərək dostu üçün ucuz qiymətə telefon axtardığını bildirmişdir. Bundan sonra o, Talehə qeyd olunan telefonu göstərmiş və razılaşaraq 200 manata ona satmışdır. Müəyyən müddət sonra Taleh ona zəng edərək həmin telefonla bağlı Yasamal RPİ-nə dəvət olunduğunu bildirmişdir. Bundan sonra o, həmin telefonu Talehdən götürüb Sənanın iş yerinə getmiş və orada baş verənləri Sənana danışaraq pulunun qaytarılması üçün telefonu ona vermişdir. Sənan telefonu alaraq vitrinə qoymuş, polis əməkdaşları tərəfindən dəvət olunduğu halda özü aparıb təqdim edəcəyini bildirmişdir. Müəyyən vaxt keçdikdən sonra Taleh onun dostu tərəfindən telefona ödənilən pulun qaytarılmasını tələb etdiklərinə görə təkrar Sənanın dükanına getmiş və ödədiyi pulunun qaytarılmasını tələb etmişdir. Sənan isə pulu olmadığını deyərək telefonu özünə qaytarmışdır. Talehin pulunu ödəmək üçün məcbur olub müvəqqəti olaraq həmin telefonu Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığındakı telefon dükanlarının birində işləmiş tanışına girov qoyaraq 140 manat pul götürmüş və həmin pulun üzərinə 60 manat əlavə edib Talehə qaytarmışdır. Şahid7 əlavə olaraq qeyd etmişdir ki, Sənanın sözlərindən həmin telefonun ona Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən sürücülük vəsiqəsini təqdim edilməklə satılmasını öyrənib bilmişdir. Lakin onun həmin telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq ittiham aktında şahid qismində adları qeyd edilmiş Şahid1, Şahid4 və Şahid6 məhkəmə iclaslarına gəlməmişlər. Şahidlərin məhkəmə iclasına məcburi qaydada gətirilmələrinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsinə baxmayaraq icrası mümkün olmamışdır. Ona görə də məhkəmə tərəfləri dinləyib şahidlərin ifadələrinin elan edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, 2020-ci ilin oktyabr ayının birinci həftəsində özünə 230-240 manat civarında mobil telefon almaq qərarına gəlmiş və bu məqsədlə 09.N.2020-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mobil telefon mağazalarına baxmağa başlamışdır. Cavadxan küçəsi 38 ünvanda yerləşən “Hacının dükanı” adlı telefon alqısatqı mağazasına daxil olub baxarkən vitrində yerləşdirilmiş mobil telefonlar arasında “Honor-8x” markalı qara rəngli telefonu bəyənmişdir. Adını bilmədiyi satıcıya telefonu almaq istədiyini bildirdikdən sonra satıcı oğlanla həmin **********247N İMEİ kodlu telefonu 235 manata razılaşıb almışdır. Mağaza tərəfindən ona bir ay müddətinə zəmanət talonu da verilmiş və bundan sonra özünün adına rəsmiləşdirilmiş, bir ildən artıq müddətdə istifadə etdiyi ***-***-**-** “Azercell” mobil şəbəkəsinə aid nömrəni telefona yerləşdirib istifadə etməyə başlamışdır. Şahid1 həmçinin qeyd etmişdir ki, almış olduğu mobil telefonu cinayət yolu ilə ələ keçirmiş Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, telefonu mağazadan nəğd şəkildə alıb istifadə etmiş və onun cinayət yolu ilə əldə olunduğunu istintaq zamanı bilmişdir. Şahid1 “Honor 8X” markalı mobil telefonu və zəmanət talonunu istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, 2020-ci ilin oktyabr ayının ilk həftəsində Xırdalan şəhərində ev alqısatqısı ilə məşğul olan, həmin ərəfələrdə tanış olduğu Taleh adlı şəxslə söhbət zamanı özünə ucuz qiymətə bir ədəd mobil telefon almaq fikrində olduğunu və tanışı olduğu halda ona telefon almaqda köməklik etməsini xahiş etmişdir. 09.N.2020-ci il tarixdə Taleh ona «Samsung Galaxy-N» markalı, **********41664 İMEİ kodlu qara rəngli bir ədəd mobil telefonu göstərərək 200 manat dəyərində olduğunu və tanış qadından götürdüyünü bildirmişdir. O, telefonu bəyənərək Talehə N manat ödəmiş və qalan pulu ona sonradan ödəyəcəyi barədə razılaşmışdır. Bundan sonra o, həmin tarixdən etibarən arvadı X1 adına olan ***-***-**-** və atası X4 adına olan ***-***-**-** mobil nömrələri telefonun üzərinə yerləşdirərək istifadə etməyə başlamışdır. Lakin, müəyyən müddət sonra Yasamal RPİ-nin əməkdaşları tərəfindən ona zəng edilərək mobil telefonun cinayət yolu ilə əldə edildiyi bildirilmişdir. Bundan sonra o, bu barədə Talehə məlumat verərək aldığı telefonu ona geri qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs həmin telefonu Sənan adlı şəxsin işlətdiyi telefon dükanına sürücülük vəsiqəsinin surətini təqdim etməklə özününkü adı ilə satmış və Sənan da öz növbəsində telefonu Tehranə adlı qadına satmışdır. Tehranə isə Talehin tanışı olduğundan sonuncu həmin telefonun cinayət yolu ilə əldə edildiyinə dair heç bir şübhə olmadan alaraq ona vermişdir. O, şəxsən Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, təxminən 4 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, “Velotrek” adlanan ərazidəki ticarət mərkəzində yerləşən dostu Hüseynə məxsus “Hüseyn Telecom” telefon alqı-satqısı dükanında satıcı işləyir. 09 oktyabr 2020-ci il tarixdə işdə olarkən bir nəfər sonradan adı məlum olan Təqsirləndirilən şəxs dükana gələrək özünə məxsus olduğunu dediyi 1 ədəd “Samsung-Galaxy AN” markalı, **********41664 və **********41661 İMEİ kodlu mobil telefonu satmaq istədiyini bildirmişdir. Telefonu alıb baxdıqdan sonra kimə aid olduğunu, üstündə sənədinin olub-olmadığını soruşduqda Nadir adlı şəxs üstündə sürücülük vəsiqəsinin olduğunu deyərək çıxarıb həmin sənədi təqdim etmiş, telefonun özünə aid olduğunu və satmaq istədiyini bildirmişdir. Bundan sonra telefona alıb baxmış və 1N-120 manata dəyərləndirmişdir. Nadir adlı şəxs dediyi qiymətlə razılaşdıqdan sonra onun sürücülük vəsiqəsini alıb surətini çıxarmış, özünə aid mobil nömrəsini qeyd etdikdən sonra ona 1N manat pul ödəmişdir. Bundan sonra elə həmin gün əvvəllər də onun işlədiyi dükandan mobil telefon alıb 5-N manat əlavə etməklə satışı ilə məşğul olan Tehranə adlı tanış qadın dükana gələrək telefona baxdıqda bəyənib almaq istədiyini bildirmiş və telefonu 160-170 manata ona satmışdır. Müəyyən vaxt sonra Tehranə ona zəng edərək telefonu Taleh adlı bir nəfərə satdığını və həmin telefona görə Talehin Yasamal RPİ-nin İŞ-nə dəvət edilməsi barədə məlumat vermişdir. Həmçinin xahiş etmişdir ki, onlara kömək etməsi üçün həmin şəxsləri onun iş yerinə göndərmək istəyir. Lakin, o, həmin şəxsləri tanımadığını, onun özünün dükana gəlməsini təklif etdikdə Tehranə sonradan adı məlum olan Taleh və Qabil adlı şəxslərlə dükana gələrək telefonu ona təqdim edərək verdiyi pulun qaytarılmasını istəmişdir. O, isə aldığı pulu qaytarmaq imkanında olmadığını deyərək telefonu alıb saxlamış və imkan düşən kimi pulunu qaytaracağına və polis əməkdaşları tərəfindən dəvət olunarsa özü aparıb telefonu təqdim edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Tehranə həmin şəxslərlə yenidən dükana gələrək telefonun pulunu istədikdə telefonu onun özünə qaytarmış və pulunu müəyyən vaxt sonra ödəyəcəyini demişdir. Sonradan Tehranədən ona məlum olmuşdur ki, telefonu girov qoyaraq Taleh adlı şəxsin pulunu ödəmiş və girov qoyduğu şəxslə əlaqə saxlayıb telefonu geri ala bilməmişdir. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, həmin telefonu ona satmış Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, telefonun cinayət yolu ilə əldə edildiyini bilməmiş, həmin şəxsin sürücülük vəsiqəsinin surəti üzərində aparılmış qeydlərlə ondadır və istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs şahidlər Şahid1, Şahid4 və Şahid6 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək, sübut olaraq qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları, o cümlədən aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus “İpone-11-Pro” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 4 ünvanında baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus “Samsung Galaxy-J2 Prime” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung Galaxy-AN” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 11 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus “Samsung-Galaxy-A6” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 5 ünvanda baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 17 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 məxsus "Samsung Galaxy-J5” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti-529-cu məhəllədə baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 18 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 məxsus “Samsung-Galaxy-AlO” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 18 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 Sərhəd oğluna məxsus “Samsung-Galaxy-A3” markalı mobil telefonu və telefonun üzlüyü arxasında olan 200 manat nağd pulunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 5 ünvanda baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 18 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 məxsus “Umidigi-A5 Pro” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 5 ünvanda baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 məxsus “Honor 8X” markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 5 ünvanda baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxsN məxsus “Xiaomi Not-7”markalı mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilməsi faktının ünvan 5 ünvanında baş verməsi təsdiq olunmuşdur. İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli, 20 oktyabr 2020-ci il tarixli, 18 noyabr 2020-ci il tarixli şəxsin tanımaya təqdim edilməsi haqqında protokolların məzmunundan və onlara əlavə edilmiş fotocədvəldən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 Sərhəd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 onlara tanınmaya təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq açıq talama yolu ilə onlara məxsus mobil telefonları məhz onun ələ keçirildiyini bildirmişlər. İş materiallarında olan mobil operatorlara verilmiş sorğu nəticəsində “Azərcell” mobil operatorundan daxil olmuş 12 noyabr 2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs8 məxsus “Honor- 8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə altında istifadə edilmişdir. İş materiallarında olan 18 noyabr 2020-ci il və 19 noyabr 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokollardan müəyyən edilir ki, Şahid1 Zərərçəkmiş şəxs8 məxsus “Honor-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon və verilmiş zəmanət talonu, Şahid2 oğlundan “Honor-8X” markalı mobil telefonun alışına dair onun tərəfindən aparılmış qeydlər, şəxsiyyət vəsiqəsinin surəti, Şahid3 isə “Honor-8X” markalı mobil telefon satılarkən təqdim edilmiş sürücülük vəsiqəsinin surəti iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Qeyd olunan sənədlər baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs8 məxsus “Honor-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs tərəfindən 07 oktyabr 2020-ci il tarixdə 90 manata Şahid3 satılmışdır. 08 oktyabr 2020-ci il tarixdə isə həmin mobil telefon X5 tərəfindən 160 manata Şahid2 oğluna satılmışdır. Şahid1 isə “Honor-8X” markalı telefonu 09 oktyabr 2020-ci il tarixdə ünvan 18 ünvanda yerləşən “Hacının dükanı” adlanan mobil telefonların alqı-satqısı dükanından Şahid2 oğlundan 235 manata almışdır. İş materiallarında olan mobil operatorlara verilmiş sorğu nəticəsində “Azərcell” mobil operatorundan daxil olmuş 12 noyabr 2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung-Galaxy-AN” markalı, ***********41664,**********41661 İMEİ kodlu mobil telefon Şahid4 istifadəsində olan, onun arvadı X1 adına rəsmiləşdirilmiş ***-***-**-** və atası X4 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrələrlə 09 oktyabr 2020-ci il tarixdən etibarən istifadə edilmişdir. İş materiallarında olan 21 noyabr 2020-ci il tarixli baxış və götürmə qərarı və protokolundan görünür ki, Şahid6 iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung-Galaxy- AlO” markalı, ***********41664, **********41661 İMEİ kodlu mobil telefon 09 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən sürücülük vəsiqəsinin sürətini təqdim etməklə özününkü adı ilə 1N manata ona satmış və özünə aid mobil nömrə və digər lazımi qeydlər aparmışdır. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 məxsus “Honor-8X” markalı mobil telefonu Şahid3 və iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung Galaxy AN” markalı, mobil telefonu Şahid6 satarkən təqdim etmiş olduğu, üzərində zəruri qeydlər aparılmış özünə məxsus sürücülük vəsiqəsinin surətləri üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya olaraq maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanmışdır. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, Honor- 8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon onun qanuni sahibi Zərərçəkmiş şəxs8 saxlanılması üçün təqdim edilmişdir. Həmçinin iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3 və digərilərinin əməllərində 194.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün hazırki cinayət işi materiallarında ayrıca cinayət işi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı MTCM-nin əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış material Yasamal rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun özgənin əmlakını açıq talamaqla təkrarən soyğunçuluq əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs ğlu barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinə əsasən özgənin əmlakını açıq talamaqla təkrarən soyğunçuluq cinayət əməlinin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 180.2.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və eyni tarixdə Baki şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 4 (004)-606/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 maddəsi ilə yenidən ittiham elan elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli 1(004)-88/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, N fevral 2021-ci il tarixli 1(004)-88/2021 nömrəli hazırlıq iclasını qərarına əsasən isə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 999837 nömrəli nikah haqqında və AZ-T seriyalı 064452 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 dekabr 2014-cü il tarixdən Məmmədova (Nəzərova) Nargilə Nazim qızı ilə rəsmi nikahda olmaqla, həmin nikahdan himayəsində 24.03.2016-cı il təvəllüdlü X8 adında bir övladı vardır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 münasibətdə vurulmuş zərər tam şəkildə ödənilmiş, yəni ona məxsus “Honor-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon ona qaytarılmış və o, məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 münasibətdə vurulmuş zərərin ödənilməməsinə baxmayaraq onlar yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə münasibətdə vurulmuş ziyanın ödənilməsini, bir qisminin isə ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən, Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(009)- 74/2019 nömrəli hökmündən və Sabunçu Rayon Məhkəməsinin N iyul 2020-ci il tarixli 7(008)-281/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində N0 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. O, 03.04.2018-ci il tarixdə cərimə cəzasını tam şəkildə ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(009)-74/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmlə onun cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, çəkmə müddətinin əvvəlinin 13 dekabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Daha sonra Sabunçu Rayon Məhkəməsinin N iyul 2020-ci il tarixli 7(008)-281/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(009)-74/2019 nömrəli hökmü ilə ona təyin edilmiş cəzasının qalan hissəsini çəkmək üçün X9 müəssəsinə keçirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı X9 Müəssəsindən verilmiş məhkum Təqsirləndirilən şəxs şəxsi işinə dair arayışdan müəyyən edilir ki, o, 04 avqust 2020-ci il tarixdə məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs 21 sentyabr 2020, 01 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə yazılı ərizə ilə müraciət edərək şəxsi hesabına Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçmək üçün icazə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı X9 Müəssəsinin Yasamal Rayon Məhkəməsinin sorğusu əsasında daxil olmuş 09 aprel 2021-ci il tarixli 17/43-180 nömrəli məktubundan görünür ki, 3 saylı X9 müəssəsində cəza çəkmiş Təqsirləndirilən şəxs barəsində 20 oktyabr 2020-ci il tarixdə Yasmaal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün həmin tarixdə müəssisənin qeydiyyatından çıxarılmışdır və hazırda onun çəkilməmiş qalan cəzası 01 (bir) il 01 (bir) ay 23 (iyirmi üç) gün təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4-cü maddəyə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivini yaradır. Bələliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəyə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Əməlində cinayətlərin sadə residivi mövcud olmaqla qəsdən törədilmiş cinayətə görə ona təyin edilmiş əvvəlki cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olduğu nəzərə alınaraq Təqsirləndirilən şəxs hazırki cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “HONOR-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs8 saxlanılması nəzərə alınmaqla ona geri qaytarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 məxsus “HONOR- 8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefonu Şahid3 və iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung-Galaxy-AN” markalı, ***********41664, **********41661 İMEİ kodlu mobil telefonu Şahid6 satarkən təqdim etmiş olduğu, üzərində zəruri qeydlər aparılmış özünə məxsus AD seriyalı 119551 nömrəli sürücülük vəsiqəsinin surətləri maddi sübut olaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia ərizəsi daxil olmamışdır. Belə ki, məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs1 tərəfindən ona dəymiş ziyanın Təqsirləndirilən şəxs şifahi qaydada tələb edilməsinə baxmayaraq məhkəməyə hər hansı bir yazılı mülki iddia ərizəsi daxil olmamışdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(009)- 74/2019 nömrəli hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirsin və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “HONOR-8X” markalı ***********247N, **********36722 İMEİ kodlu mobil telefon qanuni sahibi iş üzrə Zərərçəkmiş şəxs8 geri qaytarılsın və həmin mobil telefonun Zərərçəkmiş şəxs8 saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 məxsus “HONOR-8X” markalı mobil telefonu Şahid3 və iş üzrə Zərərçəkmiş şəxs9 məxsus “Samsung Galaxy AN” markalı mobil telefonu Şahid6 satarkən təqdim etmiş olduğu, üzərində zəruri qeydlər aparılmış AD seriyalı 119551 nömrəli sürücülük vəsiqəsinin surətləri maddi sübut olaraq cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar