Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-88/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Balakən rayonu, Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orla təhsilli, işləməyən, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakım gizli olaraq talama məqsədilə 16 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi "Spector Auto" avtomobillər və digər exportlar adlı ofisin plastikdən olan pəncərəsinin dəmir barmaqlığının qıfılını sındıraraq həmin pəncərədən binaya qanunsuz daxil olub ofisdən Zərərçəkmiş şəxs məxsus 2 ədəd 245 manat dəyərində açar dəstini, 1 ədəd 150 manat dəyərində dreli, 01 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “dahua technology” yazıları olan 8 kanallı kamera blokunu, 1 ədəd 350 manat dəyərində qulaqcığı, 1 ədəd 100 manat dəyərində üzqırxan aparatını, içərisində 20 manat dəyərində yay idman köynəyi, 20 manat dəyərində idman şalvarı olan 10 manat dəyərində çantanı, içərisində hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 dəst köynəyi, 10 manat dəyərində şalvar olan 20 manat dəyərində çantanı və hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat olan 2 ədəd xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixində 3 radələrində Yasamal rayonu, H.B.ünvan 3 ünvanının qarşısından keçən zaman 5 mərtəbəli binanın zirzəmisinə gedən pəncərənin dəmir barmaqlıqlarında kiçik qıfılın olduğunu görüb yaxınlaşaraq həmin qıfılı açmışdır. Həmin pəncərədən daxil olaraq 1 ədəd qulaqcığı, 2 ədəd açar dəstini, 1 ədəd dreli, 1 ədəd kamera blokunu, 2 çanta dolusu geyim əşyalarını, 1 ədəd üzqırxan maşını və 2 ədəd xalçanı oğurlamışdır. Oğurladığı əşyaları yaşadığı Yasamal rayonu ll-ci Xrebtovi 1R ünvanına aparmışdır. xx.xx.2024-cü il tarixində günorta radələrindən başlayaraq oğurladığı əşyaları 3-cü mikrorayon dairəsində tanımadığı şəxslərə satmışdır. Bir ədəd yaddaş cihazını isə xx.xx.2024-cü il tarixində günorta saatlarında Yasamal rayonu, D.Bünyadzadə ərazisində yerləşən metal qəbul edən iaşə obyektinə gətirmişdir. Metalı qəbul edən Cavid adlı şəxsə həmin yaddaş cihazının onun özünə hədiyyə edildiyini bildirmişdir. Həmin yaddaş cihazının qarşılığında Caviddən 25 manat pul almışdır. xx.xx.2024-cü il tarixində axşam radələrində polis əməkdaşları onu saxlayaraq şübhəli qismində Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirmişlər və o törətdiyi oğurluq hadisəsini səmimi etiraf etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən aradan qaldırılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və bir ilə yaxındır ki, oğurluq baş verən obyektdə işləyir. Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Spector Auto" avtomobillər və digər exportlar adlı ofisi icarə əsasında işlədir və işi avtomobil almaq istəyən şəxslərə xidmət göstərməkdən ibarətdir. Ofisdə iş hər gün saat 10:00-da başlayır və ofisin qapısını həmin saatda açır. Həmin ofisdə ondan başqa oğlu da oturur. 16 marı 2024-cü il tarixdə saat 01 radələrində ofisin qapısını bağlayıb yaşadığı evə getmiş və həmin günü saat 17 radələrində ofisə qayıtmışdır. Ofisdə olan zaman özümə məxsus 350 manat dəyərində qulaqcığın, ümumi dəyəri 245 manat olan 2 ədəd açar dəstinin. 1 ədəd 150 manat dəyərində drelin, 100 manat dəyərində videomüşahidə kamerasının yaddaş aparatının, içərisində 20 manat dəyərində yay idman köynəyi, 20 manat dəyərində idman şalvarı olan 10 manat dəyərində çantasının və içərisində hər birinin qiyməti 10 manat olan 2 dəst köynəyi, 10 manat dəyərində şalvarı olan 20 manat dəyərində çantasının, 100 manat dəyərində üzqırxan aparatının və hər birinin dəyəri 150 manat olmaqla ümumin dəyəri 300 manat olan 2 ədəd xalçanın naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Ofisi yoxlayan zaman pəncərənin dəmir barmaqlığının sındırıldığını görmüşdür. Ofisdən oğurluq olduğunu bilən kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermiş və daha sonra 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təhqiqat araşdırması zamanı ofisdən 2 ədəd xalçanın oğurlanması barədə məlumat verməmişdir. Odur ki, ofisindən 2 ədəd xalçanın da oğurlanması nəzərə alınmalıdır. Oğurluq nəticəsində ona 1345 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 may 2024-cü il tarixli. 9/2938 nömrəli ekspert rəyində qeyd edilmiş ona məxsus olan yaddaş cihazının, yəni ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, üzərində "dahua technology" yazıları olan 8 kanallı kamera blokunun qiymətinin 60.00 manat olması ilə bağlı razı deyil və xahiş elmişdir ki, kamera blokunun 100,00 manat olması nəzərə alınsın. Dəymiş ziyandan 700 manat ödənilmişdir, qalan ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Yusif oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Neçə vaxtdır ki, ünvan 5 ünvanında yerləşən metal qəbulu məntəqəsində işləyir. Həmin məntəqəni icarə müqaviləsi əsasında işlədir. 17 mart 2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu ərazisindən tanıdığı Məmməd adı şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək özünə məxsus olan yaddaş cihazını 25 manata saldığını və həmin yaddaş cihazının ona həddiyyə verildiyini demişdir. Məmməd adlı şəxsin anket məlumatlarını məntəqədə alınan malların qeydiyyat kitabına yazmış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs 25 manat ödəyib üzərində “dahua technolojy” yazısı olan yaddaş cihazını ondan almışdır. 02 aprel 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Polis əməkdaşlarından bir nəfəri ondan 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaddaş cihazını alıb-almadığımı soruşduqda o. Təqsirləndirilən şəxs həmin tarixdə 25 manata üzərində “dahua technology” yazısı olan yaddaş cihazını aldığını demişdir. Polis əməkdaşları ona həmin cihazın oğurluq olduğunu bildirib ondan cihazın oğurluq olub olmadığını soruşanda o, yaddaş cihazının oğurluq olmadığını, Təqsirləndirilən şəxs cihazı ona satarkən özünə məxsus olduğunu dediyini demişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsindən və ona salmış olduğu yaddaş cihazının oğurluq olmasından onun istər əvvəlcədən, istərsə də sonradan məlumatı olmayıb. Yaddaş cihazının oğurluq olması barədə ona polis əməkdaşları məlumat vermişdir. Bundan sonra polis əməkdaşı tərəfindən Məmmədin ona satdığı üzərində "dahua technology" yazısı olan yaddaş cihazı qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 54-55-ci vərəqələrində olan 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 88-89-cu vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru Elman Süleymanovun 05 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2024-cü il tarixli, 9/2938 nömrəli ekspert rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, üzərində “dahua technology” yazıları olan 8 kanallı kamera blokunun (DVR) istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminəm 60,00 manat müəyyən edilir. Həmçinin ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 151-157-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid götürülmüş Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli, üzərində "dahua technology” yazıları olan 8 kanallı kamera bloku cinayət işi üzrə maddi sübut kimi tanınmış və kamera bloku saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 105-106 və 136-141-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən, həmçinin məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penilensiar Xidmətin Qobustan penitensiar müəssisəsində cəza çəkir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pcnilensiar Xidmətin X1 daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza sonu ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə həmin müəssisədən azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin 30 iyul 2025-ci il tarixli məktubuna əsasən axtarışda olan Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə binaya qanunsuz daxil olmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən müəyyən edilmiş və sonuncu cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddətində həbsdə saxlanılması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd qara rəngli, üzərində “dahua technology” yazıları olan 8 kanallı kamera bloku saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, 24 iyun 2024-cü il tarixli hökmlə təyin edilmiş cəzanın tam çəkilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd qara rəngli, üzərində “dahua technology” yazıları olan 8 kanallı kamera blokunun saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-88/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-88/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver