Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-89/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 11 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:20-də sərxoş vəziyyətdə ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanda yerləşən “Medalyon Pub” restoranın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs guya restorandan çıxarkən çiyni ilə ona toxunub sataşmasını və onun ünvanına nalayiq ifadələr işlətməsini yalandan bəhanə edib münaqişə yaradaraq ucadan səs-küy salıb Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq səs-küy salıb münaqişə yaratması səbəbindən həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurub sonucuya kürək nahiyyəsinin və sağ tış topuq nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində dostluq etdiyi Kənan, bacısı Məleykə, rəfiqəsi Nuranə, Kənanın dostları olan Kamandar və Fətulla ilə birgə nahar etmək məqsədi ilə Musabəyov parkının yaxınlığında yerləşən “Medalyon Pub” restoranına gedib ayrıca kabinetdə oturmuşlar. Bir müddət keçdikdən sonra o bacısı Məleykə ilə birgə restoranın sanitar qovşağına getmiş və orada Elnarəni görmüşdür. Bundan bir müddət sonra Məleykə restoranın sanitar qovşağına getmiş və qayıdan zaman Məleykə səhvən başqa kabinanın qapısını açaraq həmin kabinaya daxil olmuş və həmin an orada başqalarının olduğunu görüb səhv etdiyini anlayaraq üzr istəyib oradan çıxmışdır. Sonradan həmin kabinada Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs təxminən 4 il olar ki onun rəfiqəsidir və son zamanlar münasibətləri pisləşmişdir. Həmin vaxt karantin rejiminə görə restoranlar saat 22:00-dək fəaliyyət göstərdikləri üçün, təxminən saat 22 radələrində hesabı ödəyib kabinadan çıxmışlar. Restorandan çölə çıxan zaman o pilləkənlərin üstündə Elnarə ilə rastlaşmış və onunla barışmaq məqsədi ilə qəsdən çiyni ilə onu itələmiş və özü ağır dərəcədə sərxoş olduğu üçün ayağı büdrəmişdir. Bundan sonra dostu Kənan bunu görüb ona kömək edərək özünə məxsus “Volkswagen-Touareg” markalı avtomobilə əyləşdirmişdir. Bu zaman Elnarə ona öz iradını bildirmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Elnarənin bu kimi ifadələri ona pis təsir etdiyindən həmin vaxt əsəbləşib avtomobildən düşərək Elnarənin üstünə hücum çəkmiş və onu vurmağa başlamışdır. Hadisənin şahidi olan Kənan, Günay və Nərmin onu sakitləşdirib kənarlaşdırmaqla yenidən avtomobilə əyləşdirmişlər. Lakin o əsəblərinə hakim ola bilməyərək avtomobildən düşüb yenidən Elnarənin üzərinə gedərək onun saçlarından tutub bir qədər əlbə-yaxa olmuş və daha sonra yenidən onları ayırmışlar. Elnarəyə çox əsəbi olduğundan o, ayaqqabısını ayağından çıxararaq Elnarəni vurmaq üçün ona tərəf atsada ayaqqabı Elnarəyə dəyməmişdir. Bundan sonra, artıq Günay, Nərmin və Kənan onu sakitləşdirərək oradan aparmışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elnarə ilə aralarında olan dava təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt orada Günay, Nərmin, Kənan ətrafda isə taksi sürücüləri və ayıq sürücü xidmətini göstərən şəxslər olmuşdur. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində 1 uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət onun rəfiqəsi olmuş, lakin son zamanlar onların münasibətləri pozulmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində rəfiqələri Alimə və Nərminlə birgə istirahət etmək üçün Yasamal rayonu Mətbuat prospektində yerləşən “Medalyon Pub” restoranına gedərək ayrıca kabinetdə oturub nahar sifariş vermişlər. Bir müddət sonra restoranın sanitar qovşağına gedərkən orada Zeynəbi görmüş, lakin onun sərxoş olduğunu görüb öz kabinetinə qayıtmış və ona əhəmiyət verməməyə çalışmışdır. Buna baxmayaraq Zeynəb sərxoş vəziyyətdə onun və rəfiqələrinin olduqları kabinetin qapısını qəsdən bir neçə dəfə açıb bağlamağa başlamışdır. Onun bu hərəkətləri barədə onlara xidmət göstərən ofisianta bildirmişdir. Təxminən saat 22 radələrində onlar hesabı ödəyib restorandan çıxan zaman Zeynəb dəhlizdə ona yaxınlaşaraq qəsdən onu itələmiş və nəticədə baş nahiyəsi divardakı asılqana dəymiş, lakin Zeynəbin ağır dərəcədə sərxoş olduğunu görüb buna əhəmiyyət vermədən restorandan çölə çıxmaq istəmişdir. Bu zaman pilləkənlərin üstündə Zeynəb bir daha ona tərəf gələrən onu çiyni ilə itələmiş və Kənan bunu görüb Zeynəbi özünə məxsus “Volkswagen-Touareg” markalı avtomobilinə əyləşdirmişdir. Lakin Zeynəb yenədə sakitləşməyərək avtomobildən onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etməyə başlamışdır. Onun təhqirlərinə cavab verdikdə Zeynəb maşından düşərək üstünə gəlib əlqol atmış, hətta ayaqqabısını çıxardaraq ona tərəf atmışdır. Zeynəbin atmış olduğu ayaqqabının zərbəsindən yayınmaq üçün kənara çəkildikdə onun atdığı ayaqqabı arxada saxlanılan avtomobilə dəyib yerə düşmüşdür. Onun hərəkətlərini görən sevgilisi Kənan və digər şəxslər onu sakitləşdirməyə çalışaraq kənarlaşdırıb avtomobilə tərəf aparmışlar. Lakin, Zeynəb sakitləşməyərək yenə də avtomobildən düşüb onun üzərinə hücum çəkərək nalayiq ifadələrlə təhqir etməklə saçlarından yapışaraq döşəmənin üstünə yıxmış, təpik zərbələri ilə belindən və ayaqlarından vurmağa başlamışdır. Həmin vaxt rəfiqəsi Nərmin və digər şəxslər Zeynəbi sakitləşdirərək ondan aralamışlar. Bundan sonra o, Zeynəbin onu döyməsi barədə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq o, Zeynəb ilə aralarında olan mübahisənin təxminən 15-20 dəqiqə müddət çəkdiyini, bunun nəticəsində müxtəlif yüngül bədən xəsarətləri aldığını və həmin hadisə zamanı orada Kənanın, Günayın, Nərminin və ətrafda olan taksi sürücüləri və ayıq sürücü xidmətini göstərən şəxslərin olduğunu bildirmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs ilə Zeynəb uzun müddət rəfiqə olmuşlar və həmişə münasibətləri yaxşı olmuş, lakin son zamanlar onların arasında olan münasibətlər soyumuş və həmin vaxtdan sonra artıq rəfiqəlik etməmişlər. xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində o, bacısı Zeynəb, onun dostluq etdiyi Kənan və onun dostları Kamandar, Fətulla və Fətullanın tanışı olan Nuranə ilə birgə nahar etmək məqsədi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Medalyon Pub” restoranına gedərək ayrıca kabinetdə oturub şam yeməyi sifariş vermişlər. Bir qədər sonra bacısı Zeynəb ilə birgə restoranın sanitar qovşağına getmişlər və orada bir nəfər qız ilə rastlaşmışlar. O həmin qızı tanımamış, ümumiyyətlə həmin qızla aralarında hər hansı danışıq, ünsiyyət olmamış və oturduqları otağa gəldikdən sonra isə Zeynəb həmin qızın Elnarə olduğunu bildimişdir. Bir müddət sonra o sanitar qovşağa gedib qayıtdıqdan sonra səhvən öz kabinetlərinə deyil Elnarəgilin olduğu kabinetə girmiş və tez bir zamanda səhv etdiyini görüb üzr istəyərək oradan çıxmış və bundan bir müddət sonra ofisiant qadın onların otağa gələrək qonşu kabinanın qapısını qəsdən açdığı üçün ona irad bildirmiş, o da buna cavab olaraq belə halın olmadığını söyləmişdir. Daha sonra saat 22 radələrində onlar hesabı ödəyib restoranın həyətinə çıxmaq istədikdə pilləkənlərdə Elnarə ilə yenidən qarşılaşmış və həmin zaman Zeynəb ona çiyni ilə toxunmuşdur. Bu zaman onların arasında söz söhbət yaranmış və Kənan Zeynəbə yaxılaşıb onu aparıb özünə məxsus avtomobilə əyləşdirmiş və ayıq sürücü vasitəsilə evə göndərmək istəmişdir. O, özü isə Kamandar ilə birlikdə onun idarə etdiyi avtomobilə əyləşmiş, Nuranə isə Fətullanın avtomobilinə əyləşib restoranın həyətindən evləri istiqamətinə hərəkətə başlamışlar. Kamandar oradan onu yaşadığı evə aparmış və evə gəldikdən təxminən bir qədər sonra Zeynəb evə gəlmiş və ona məlum olmuşdur ki, onlar restorandan getdikdən sonra restoranın həyətində Zeynəb ilə Elnarənin mübahisələri yaranmış və Elnarə Zeynəb barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində dostluq etdiyi Zeynəb, onun bacısı Məleykə, Nuranə, dostları Kamandar və Fətulla ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Medalyon Pub” restoranına gedərək ayrıca kabinetdə oturub nahar sifariş vermişlər. Bir qədər sonra Məleykə oturduqları kabineti tərk edərək restoranın sanitar qovşağına getmiş və qayıdan zaman səhvən qonşu kabinetə daxil olmuş və səhv etdiyini anlayaraq tez çölə çıxmışdır. Az sonra ofisant onların otağına gələrək qonşu kabinetin qapısının qəsdən döyüldüyü və onları narahat edildiyi barədə irad bildirdikdə onlar cavab olaraq belə bir hadisənin baş vermədiyini demişlər. Həmin gün saat 22 radələrində hesabı ödəyərək restoranın həyətinə çıxmaq istədikdə, restoranın pilləkənlərində sonradan adı ona məlum olan Elnarə adlı qızın Zeynəblə çiyin-çiyinə toqquşduqlarının və Zeynəbin ayağı büdrəsədə yerə yıxılmadığının, onların bir-birinin ünvanına nalayiq ifadələr işlətdiklərinin şahidi olmuşdur. Daha sonra Zeynəb onunla getmək üçün ona məxsus “Volkswagen-Touareg” markalı avtomobilə əyləşmişdir. Oradan getmək üçün avtomobili ayıq sürücü idarə etməyə hazirlaşan zaman Elnarə Zeynəbin ünvanına eşidə bilmədiyi ifadələr işlətmiş və həmin an Zeynəb avtomobildən düşüb Elnarənin üzərinə gedərək onu vurmağa başlamışdır. Bu zaman o Zeynəbə yaxınlaşıb onu oradan kənarlaşdıraraq avtomobilə əyləşdirmiş, lakin Zeynəb yenidən avtomobildən düşərək Elnarənin üzərinə gedib onun saçlarından tutub yerə yıxmış və onlar əlbəyaxa olarkən o yenidən Zeynəbi sakitləşdirərək avtomobilə aparılmışlar. Bundan sonra ayıq sürücünün vasitəsi ilə oradan uzaqlaşmışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə ümumilikdə 10-15 dəqiqə davam etmiş, hadisə zamanı orada onun özündən başqa restoranın işçiləri, həyətdə olan tanımadığı şəxslər hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay əvvəl, o Zeynəb və onun bacısını dostu Şahid2 vasitəsilə tanımışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Kənan və Fətulla ona zəng edərək Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində yerləşən «Medalyon-Pub» restoranında oturduqlarını bildirib, onu həmin ünvana dəvət etmişlər və o buna razılıq verib həmin restorana getmişdir. Orada Kənan, Fətulla, Nuranə, Zeynəb və bacısı Məleykənin olduqları kabinetdə oturub onlarla bir müddət vaxt keçirmişdir. Təxminən saat 22 radələrində artıq iş vaxtı bitdiyindən onlar hesabı ödəyib restorandan çıxarkən, restoranın giriş qapısı istiqamətində hərəkətdə olduqları zaman arxadan tanımadığı bir qız ilə onlarla birlikdə olan Zeynəbin söz mübahisəsinin yarandığını eşitmiş və Kənanla birlikdə Zeynəbi oradan kənarlaşdıraraq restoranın qarşısına aparmışlar və Kənana məxsus avtomobilə əyləşdirmişlər. Kənandan və onun dəvət etdiyi ayıq sürücüdən oradan tez bir zamanda kənarlaşıb getməyi xahiş etmişdir. Bundan sonra o, Məleykə ilə birlikdə özünə məxsus avtomobilə, Nuranə isə Fətullanın avtomobilinə əyləşərək oradan evə getmələri üçün uzaqlaşmışlar. Həmin vaxt Zeynəbin Kənana məxsus avtomobillə oradan uzaqlaşacağını güman edərək onlardan qabaq restoranın həyətini tərk etmişdir. Növbəti gün Kənanla telefonla danışan zaman ona məlum olmuşdur ki, onlar getdikdən sonra restoranın həyətində Zeynəb ilə pilləkənlərdə mübahisə etmiş xanım arasında restoranın həyətində yenidən mübahisə yaranmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 76-77-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində onun inzibatçı işlədiyi, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanda yerləşən “Medalyon Pub” restoranına sonradan adı məlum olan Zərərçəkmiş şəxs bir neçə qız və onlarla təxmini eyni vaxta gəlmiş başqa bir neçə qız və oğlanlar gələrək ayrı-ayrı kabinetlərdə oturub nahar sifariş vermişlər. Aradan təxminən 2 saat keçmiş Elnarə kimi adı məlum olan qadının olduğu kabinetdən onların qapısının qonşu kabinetdə oturan Zeynəb adlı müştəri tərəfindən qəsdən döyüldüyünə dair şikayət daxil olmuşdur. Həmin şikayət əsasında otaqlara xidmət göstərən ofisianta və əlavə şəxslərə sakitliyə riayət olunması barədə tapşırıq vermiş, hətta Zeynəb adlı qızın otağında olan, əvvəllər tanıdığı Kənan adlı şəxsə də narazılığın qarşısını almağı xahiş etmişdir. Saat 22 radələrində iş vaxtı bitdiyindən otaqlarda oturan şəxslərə restoranı tərk etmələrini tapşırmış və onlar ödənişlərini edib həyətə çıxmağa başlamışlar. Aradan bir neçə dəqiqə keçdikdən ona məlum olmuşdur ki, restoranın həyətində dava-dalaş vardır. Dərhal həyətə çıxdıqda Zeynəb adlı qızın “Volkswagen- Touareg” markalı avtomobildən düşərək Elnarə adlı qıza ayaqqabısını atmasını, onun üzərinə hücum çəkib saçlarını yolmaqla əl ayağı ilə onu vurduğunun şahidi olmuşdur. Həmin vaxt onlarla gəlmiş tanımadığı oğlan və qızlar, ətrafda olanlar müdaxilə edib Zeynəbi kənarlaşdırıb avtomobilə əyləşdirmiş və bundan sonra həmin şəxlər restoranın həyətini tərk etmişlər. Həmin vaxt restoranın həyətində oradan çıxan müştərilər, yoldan keçən tanımadığı şəxslər, eləcədə kimlərdən ibarət olduqlarına diqqət yetirmədiyi restoranın işçiləri hadisənin şahidi olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokola əsasən müəyyən olunur ki, hadisə yerinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanında yerləşən “Medalyon Pub” restoranının həyətidir. Həyətin arxasında Mətbuat prospekti yerləşir. Həyət təxminən 50kv metr sahəyə malikdir və avtomobillərin duracağı üçün nəzərdə tutulmuşdur. Ərizəçi Zərərçəkmiş şəxs həyətə daxil olarkən həyətin sol tərəfini gösrərərək xx.xx.2020-ci il tarixdə saat 22:10 radələrində tanıdığı Təqsirləndirilən şəxs orada onun saçlarından tutub təpikləməsini bildirmişdir. (i.v. 13-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli, 419 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər kürək nahiyəsinin və sağ tış topuq nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənməsi mümkündürvə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin öxü tərəfindən yetirilməsi inkar olunur. (İş v.27-28) “Elektron məlumat daşıyıcısı CD-R-diskə köçürülmüş videogörüntüyə baxış haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanda yerləşən, “Medalyon Pub” restoranının həyətində, yəni ictimai yerdə baş verir. Görüntünü açdıqda 00.00.08-də ag paltarda olan Zeynəbin çətinliklə (sərxoşluq əlaməti olaraq) addımladığı səbəbindən tanışı Kamran tərəfindən qollarından tutularaq restoranın həyətində sağ tərəfdə sonuncu sırada saxlanılan, özünə məxsus “Volkswagen-Touareg” markalı qara rəngli avtomobilə doğru aparıldığı müşahidə olunur. Onların ardınca az əvvəl restoranda bir kabinədə əyləşdikləri bacısı Məleykə və rəfiqəsi Nuranə avtomobilə doğru irəliləyirlər. 01:42-də qara şalvar və qırmızı may köynəyində olan Elnarə rəfiqələri Alimə və Nərminlə birlikdə restorandan çıxaraq Kənana məxsus avtomobilin yanında eyni sırada saxlanmış “BMW X6” markalı ağ rəngli avtomobilə doğru addımlayırlar və restoranın həyətində dayanıb söhbət edirlər. 02.43-də Zeynəb “Volkswagen-Touareg” markalı avtomobillə restoranın həyətini tərk etmək üzrə olduqları və avtomobilin işə salınaraq şlaqbaumadək hərəkət edib dayandığı görünür.00.03:04-də şlaqbaum qarşısında dayanmış “Volkswagen-Touareg“markalı qara rəngli avtomobilin arxa otracağının qapısı açılaraq Zeynəbin çətinliklə yerə düşmək istədiyi müşahidə olunur. 03:05-də Zeynən avtomobildən düşərək yaxınlıqda dayanıb söhbət edən Alimə,Nərmin və Elnarənin olduqları yerə doğru hərəkət edərək Elnarənin üzərinə hücum çəkib onun saçını yolmaq istəyir,Elnarənin qarşılıq verməsi və oğlanlardan birinin dərhal müdaxiləsi nəticəsində Zeynəb yalnız Elnarənin başına əli ilə bir dəfə zərbə vura bilir və həmin anda kənarlaşdırılır.Kənan onu təkrar avtomobilə aparır.Zeynəb isə onun əlindən çıxıb Elnarəyə hücum etməyə cəhd edir, Kamran ona iradını bildirir və təkrar avtomobilə əyləşdirir. 04:04də Zeynəb təkrar avtomobildən düşür və ayaqqabısını Elnarəyə atsada ona və qeyrisinə dəymədən iki avtomobilin arasında yerə düşür.Buna baxmayaraq Zeynəb Elnarənin üzərinə hücum çəkib 04:09-dək onun saçını yolur,oğlan və qızlar müdaxilə edir və buna baxmayaraq 04:16-dək hücum çəkib Elnarənin saçını yolur,yerə yıxıb döyür, müdaxilə nəticəsində 04:53-də o,təkrar avtomobilə oturulur. Elnarə isə “BMW X6” markalı ağ rəngli avtomobilə oturaraq 04:63-də restoranın həyətini tərk edirlər. (iş.v.69-70) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu hadisəni özündə əks etdirən videogörüntünün köçürüldüyü 414 454 KB həcmli, 00:09:58 dəqiqədən ibarət 1 ədəd Gold CD-R diski maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır.X2 özünün etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizası rəyi, hadisə yerinə və hadisəni özündə əks etdirən videogörüntüyə baxış protokolları və digər istintaq materialları mötəbər sübut növü kimi qəbul edilmişdir.(iş.v.79- 88) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onunetirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş.v.112-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Əhmədzadə X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243.1 maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 2500 manat cərimə cəzası təyin edilmişdir. (i.v. 45-46) Bakı Şəhər Probasiya idarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin 1(004)-89 saylı xx.xx.2021-ci il tarixli sorğusuna xx.xx.2021-ci il tarixli 21-1/75637/18 saylı cavab məktubundan görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(005)-51/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən cəriməni xx.xx.2018-ci ildə tam olaraq ödəmişdir. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2013-cü il tarixində Bakı şəhərində anadan olmuş Hüseynzadə Məryəm adlı qızı vardır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-ci maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hadisəni özündə əks etdirən video görüntünün köçürüldüyü 414 454 KB həcmli, 00:09:58 dəqiqədən ibarət 1 ədəd Gold CD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat, X3 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlibilinsin və ona 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat, X3 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-89/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-89/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver