Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-89/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qazaxıstan Respublikası Almatı şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan, ünvan 2vanında yaşamış, xx.xx.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X20 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, “Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqdan bir aydan artıq müddətdə sürücülük vəsiqəsini dəyişdirməli olduğu halda bu tələbləri pozaraq sürücülük vəsiqəsini dəyişdirmədən, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi X27 qızına məxsus “Porsche Panamera” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 mart 2021ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə M.Müşfiq küçəsi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda yolun sağ istiqamətində digər avtomobillərin hərəkətinə üstünlük yaratmaq üçün gözləyən “Tufan M 49” markalı mopedin dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə moped arasında təhlükəsiz yan məsafəsini təmin etməli, dayanmış vəziyyətdə olan mopedin yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməli və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə əməl etməmiş, avtomobili idarə etməyə davam edərək Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə M.Müşfiq küçəsinin kəsişməsində yerləşən dairədə yolun sağ istiqamətində digər avtomobillərin hərəkətinə üstünlük yaratmaq üçün gözləyən “Tufan M 49” markalı mopedin sürücüsü X14 ayağının üzərindən keçərək ehtiyatsızlıqdan sol baldırın tış topuğunun sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri, mopedin arxa hissəsində sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs2 ehtiyyatsızlıqdan sağ diz oynağının əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs X20 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazaxıstan Respublikasının vətəndaşıdır. 24 sentyabr 2020-ci ildən Bakı şəhərində yaşayır. 16 mart 2021-ci il tarixdə idarə etdiyi “Porsche Panamera” markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobillə Yasamal rayonu Mətbuat prospekti ilə hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilə nəinsə toxunduğunu görmüş və avtomobili saxlayaraq düşmüşdür. Avtomobilindən düşən zaman görmüşdür ki, o idarə etdiyi avtomobil mopedə toxunmuşdur. Həmin vaxt mopedin sürücüsü və bir nəfər sərnişin yerə yıxılmışlar. O mopedin sürücüsünə və həmin şəxsə ayaq üstə qalmağa kömək etmiş və sürücüsündən nə olduğunu soruşmuşdur. Onun sualına cavab olaraq mopedin sürücüsü hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt o, mopedin sürücüsünə xəstəxanaya getməyi təklif etsə də sürücü bundan imtina etmişdir. Bundan sonra mopedin sürücüsü olan Zərərçəkmiş şəxs1 və həmin mopeddə olan sərnişin Zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşmışlar, o da idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. 17 mart 2021-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin şikayət etdiyini bildirdikdən sonra Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə gəlmiş, lakin qoxduğu üçün özünü X2 təqdim etmişdir. Polis idarəsindən çıxdıqdan sonra tanışı Zəhra Sadıqbəyli ilə birlikdə Zərərçəkmiş şəxs1 olduğu xəstəxanaya getmiş və orada xərclərini qarşılamış, əlavə olaraq Zərərçəkmiş şəxs1 100 manat pul vermişdir. Bundan əlavə bildirmişdir ki, Qazaxıstan Respublikasından əldə etdiyi sürücülük vəsiqəsinin Azərbaycan Respublikası ərazisində tanıtmalı olduğunu bilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyib onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 16 mart 2021-ci il tarixdə saat 20:30 radələrində tanışı Zərərçəkmiş şəxs2 ilə idarə etdiyi “Tufan M 49” markalı mopedlə Yasamal rayonu, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində yerləşən dairədə sağ tərəfdən gələn avtomobillərə yol vermək üçün gözləyən zaman sol ayağını mopedin taraz dayanması üçün yerə qoymuş, bu zaman sol tərəfdən təqribən 20-30 km saat sürətlə hərəkət edən “Porsche Panamera” markalı avtomobil sol ayağının üzərindən keçmiş və o avtomobil olan tərəfə yıxılmışdır. Mopedin arxa hissəsində əyləşən sərnişin Zərərçəkmiş şəxs2 isə mopedin üzərində tarazlığını saxlaya bilməyərək mopedlə birlikdə sağ tərəfə aşmışdır. Bundan sonra “Porsche Panamera” markalı avtomobilin sürücüsü onun vəziyyəti ilə maraqlanaraq ona ayağa qalxmağa kömək etmiş və avtomobilinə əyləşərək hadisə yerini tərk etmiş, o da ayağa qalxaraq hadisə yerindən uzaqlaşmışdır. Axşam saatlarında ayağında kəskin ağrılar, şişkinlik və qançırların yaranmasını görüb bu barədə Zərərçəkmiş şəxs2 məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Axşam saatlarında ayağında ağrılar dahada kəskinləşdiyindən 33 saylı poliklinikaya daha sonra isə 1 saylı poliklinikaya müraciət etmişdir. Poliklinikada olarkən ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmişdir. Zəng edən şəxs “Porsche Panamera” markalı avtomobillə onun ayağının üzərindən keçən şəxs olduğunu bildirmişdir. Həmin şəxs polis əməkdaşlarının onu axtardığını və təcili olaraq onunla görüşmək istədiyini bildirmişdir. Bundan təxminən 20 dəqiqə sonra “Porsche Panamera” markalı avtomobilin sürücüsü yanında bir nəfər qadınla həmin poliklinikaya gəlmişdir. Poliklinikada o rentgen müayinəsi olunmuş və onun sol ayağında sınıq olması müəyyən edilmişdir. Xəstəxana xərcləri “Porsche Panamera” markalı avtomobilin sürücüsü tərəfindən ödənildikdən sonra avtomobilin sürücüsü onu və Zərərçəkmiş şəxs2 yaşadıqları ünvana aparmış və köməklik üçün 100 manat pul vermişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət, tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 16 mart 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evə getmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi mopedin arxa oturacağına əyləşmiş və onlar hərəkətə başlamışlar. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə M.Müşfiq küçəsinin kəsişməsindəki dairədə yolun hərəkət istiqamətinin sağ zolağında dayanıb soldan gələn avtomobillərin keçməsini gözləyən zaman Nicat mopedi saxladığından moped aşmasın deyə sol ayağını yerə qoyub dayanmışdır. Bu zaman onların sol tərəf ilə hərəkət edən “Porsche Panamera” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ təkəri ilə Nicatın sol ayağının üzərindən keçmişdir. Həmin vaxtı Nicat təkərin zərbəsinin təsirindən və aldığı xəsarətdən yerə yıxılmışdır. Bundan sonra sürücü avtomobildən düşərək Nicatın qolundan tutub özünün avtomobillə hərəkət edə bilməsi üçün qaldırmışdır. Bundan sonra onun taqəti tükəndiyindən mopedi saxlaya bilmədiyi üçün mopedlə birlikdə yerə yıxılmışdır. Nəticədə moped onun sağ ayağının üzərinə düşmüşdür. O çətinliklə də olsa ayağa qalxmışdır. Bundan sonra sürücü, Nicatı ayağa qaldırdıqdan sonra hadisə yerindən getmişdir. Bundan sonra Nicatın ayağına baxdıqda ayağının şişdiyini görmüş, Nicat mopedə əyləşmiş və evlərinə getmişdir. Nicatı yola saldıqdan sonra o da taksiylə evə getmişdir. Səhəri gün yəni 17 mart 2021-ci il tarixdə Nicat ona zəng edərək ayağının şişdiyini, ayağını hərəkət etdirə bilmədiyini, buna görə də işə gedə bilmədiyini demişdir. O, polisə məlumat verməli olduğunu Nicata bildirmişdir. Nicat DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra o Nicatla 1 saylı poliklinikaya getmişdir. Orada Nicat ayaqlarını rentgen etdirmiş və həkim Nicatın sol ayağında sınıq olduğunu bildirmişdir. Onun isə sağ ayağında ağrılar olduğundan həkim onuda müayinə etmiş və ayağının əzildiyini ona bildirmişdir. Xəstəxanada olarkən “Porsche Panamera” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Nicata zəng etmiş və onların olduğu yeri öyrəndikdən sonra yanında bir nəfər qadınla 1 saylı poliklinikaya gəlmişdir. Sürücü və yanındakı qadın Nicatın ayağını gipsə qoydurmaq üçün aparmışlar o isə dizlərində ağrı olduğu üçün rentgen müayinəsi olunmuşdur. Bildiyi qədəri ilə həmin avtomobilin sürücüsü olan sonradan adının Zubanov Şhafkyat olduğunu öyrəndiyi şəxs xəstəxana xərclərini qarşılamışdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət, tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 74-76-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, bir ay müddətə yaxın olarkı X15 tanıdığını, onunla restoranların birində tanış olmasını bildirmişdir. ** UT *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə X27 qızından kreditə aldığını, həmin avtomobili ona tanışı X8 almasını bldirmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında X8 işi olduğundan ** UT *** dövlət nömrə nişanlı avtomobili sonuncuya verdiyini, saat 21 radələrində Elşadın ona zəng edərək mopedin avtomobillə toqquşduğunu, baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun heç bir günahının olmamasını bildirmişdir. Elşad İsmayılov ona baş vermiş yol nəqliyyat hadisəsi zamanı mopeddə olan qadın sərnişinin hadisə baş verən andan 500(beş yüz) manat pul tələb etməsini, lakin həmin məbləği vermədiyini, mopedin sürücüsünün heç bir xəsarət almadığını öyrəndikdən sonra hadisə yerindən uzaqlaşdığını bildirmişdir. 17 mart 2021-ci il tarixdə X24 ilə birlikdə 1 saylı travmatologiya institutuna getdiklərini və orada mopedin sürücüsü Zərərçəkmiş şəxs1 və mopeddə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 tibbi müayinələrdən keçirdiklərini və Zərərçəkmiş şəxs1 100 (bir yüz) manat pul verdiklərini bildirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Porsche Panamera" markalı ** UT *** dövlət nömrə nişanlı avtomobilə heç bir ziyan dəymədiyini qeyd etmişdir. İş üzrə şahid qismində əlavə dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə 2021 -ci ilin fevral ayında restoranların birində tanış olmuş və həmin şəxs özünü “Şah” kimi təqdim etmişdir. Əsl adının İsmayılov Elşad olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin Ş.Zubanovun ifadəsində özü barədə anket məlumatlarını ona bildirmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” 13 mart 2021-ci il tarixli etibarnamədən görünür ki, X10 mülkiyyətində olan “Porsche Panamera” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 vasitəçiliyi ilə Şahid xx.xx.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir. (Cild İ, i.v. 10) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, 22 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə M.Müşfiq küçələrinin kəsişməsindəki dairənin qarşısında, Mətbuat prospektinin sonunda, yolun hərəkət istiqamətinin sağ zolağında baş vermişdir. Yolun hərəkət hissələri asfalt beton örtüklüdür. Hadisə yerində yolun bir hətəkət istiqaməti və üç hərəkət zolağı vardır. Hadisə yerinin sağ tərəfində Yasamal qəbiristanlığı yerləşir və hadisə zamanı ətrafa hər hansı zərər dəyməmişdir. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. (Cild İ, i.v. 29-31) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, "Tufan M 49" markalı mopeddə əzilmə və sınıq zədələri aşkar olunmamışdır. (Cild İ, i.v. 32-33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21” X36 29 mart 2021-ci il tarixli 49 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər- sol baldırın tış topuğunun sınığı küt əşyanın təsirindən törənmişdir, qərar təsviri hissəsində qeyd olunan tarixdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. (Cild İ, i.v. 39-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21” X36 29 mart 2021-ci il tarixli 50 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər- sağ diz oynağının əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərar təsviri hissəsində qeyd olunan tarixdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. (Cild İ, i.v. 42-44) “Baxış keçirilməsi barədə” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 16 mart 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə M.Müşfiq küçəsinin kəsişməsində yerləşən dairədə baş vermiş yol nəqliyyat hadisəsi zaman qeyd edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən qeydə alınmış 003-5158-1221 nömrəli məktubla daxil olmuş TŞ2 041/1 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilərəkən xx.xx.2021-ci il tarixdə saat 20:20:44 dəqiqədə “Porsche Panamera" markalı avtomobillə üzərində iki nəfər əyləşmiş mopedin Mətbuat prospektindən M.Müşfiq küçəsi istiqamətində hərəkət edərək dairə istiqamətində görüntüdən itməsi müşahidə olunur. Növbəti görüntüdə xx.xx.2021-ci il tarixdə saat 20:21:30 dəqiqədə qeyd edilən dairədə cinsiyyəti və xüsusi əlamətləri görünməyən bir nəfərin markası bilinməyən və qəza işıqları yanan vəziyyətdə olan avtomobilin ön tərəfinə keçməsi, növbəti görüntüdə xx.xx.2021-ci il tarixdə saat 20:22:58-də mopedin yolun sağ hərəkət zolağına çəkildiyi və ətrafında bir neçə şəxsin olması, növbəti görüntüdə xx.xx.2021-ci il tarixdə saat 20:25:20-dəqiqədə qəza işıqları yanan və digər avtomobillərin hərəkətə başlaması, növbəti görüntüdə xx.xx.2021-ci il tarixdə saat 20:35:36 dəqiqədə isə bir müddət əvvəl sağ tərəfdə dayanmış və ətrafında bir neçə şəxs toplanmış mopedin sürücüsü ilə birlikdə hərəkət edərək yol nəqliyyat hadisəsi baş vermiş yerdən uzaqlaşdığı müşahidə olunur. (Cild İ, i.v. 63) “Maddi sübut kimi tanınma haqqında” 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən qeydə alınmış 003-5158-1221 nömrəli məktubla daxil olmuş TŞ2 041/1 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İ, i.v. 95) “Şəxsin tanınması haqqında” 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 03 iyun 2021-ci il tarixdə X8 qardaşı Qazaxıstan Respublikası vətədanşı X20 Yasamal RPİnin CAŞ-nin əməkdaşları tərəfindən istintaqa təqdim edilmişdir. 03 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsində şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı X20 Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilən şəxslər arasında ikinci yerdə duran X16 göstərərək baş vermiş yol nəqliyyat hadisəsini törədən şəxsin o olmasını təsdiq etmişdir. (Cild İ, i.v. 159-161) AD seriyalı 977377 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Porsche Panamera” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. (Cild İ, i.v. 197) BQ seriyalı 067439 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X7zaxıtan Respublikasına məxsus sürücülük vəsiqəsi verilmişdir. (Cild İ, i.v. 198) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, "Porsche Panamera” markalı ** UT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə heç bir əzilmə və sınıq zədələri aşkar olunmamışdır. (Cild İ, i.v. 242-243) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1 maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin sənəddən görünür ki, X17 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (Cild İİ, i.v. 3) xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilkin verdiyi ifadəni X22 ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 68-71) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli 8/1714 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Porsche Panamera markalı **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X11 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.Ş.Zubanov Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqdan 1 aydan artıq müddətdə sürücülük vəsiqəsini dəyişdirmədən avtomobil idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild İİ, i.v. 84-87) xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni X22 ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 106-108) X25 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X6rşı heç bir şikayət və tələbi yoxdur. (Cild İİ, i.v. 154) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X6rşı heç bir iddia, şikayət və tələbi yoxdur və gələcəkdədə olmayacaq. (Cild İİ, i.v. 161) “Sübutların qiymətləndirilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissələrində göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən qeydə alınmış 003- 5158-1221 nömrəli məktubla daxil olmuş TŞ2 041/1 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan işdə olan zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə tibbi ekspertizasının 29 mart 2021-ci il tarixli 49 və 50 nömrəli, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 26 aprel 2021 -ci il tarixli 8/840, 16 avqust 2021-ci il tarixli 8/1714 nömrəli ekspert rəyləri, cinayət işində olan 17 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolu, üzləşdirmə protokolları, 22 mart 2021-ci il tarixli və 07 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən qeydə alınmış 003-5158- 1221 nömrəli məktubla daxil olmuş DVD-R disk, Dövlət Miqrasiya Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli 05/3554 nömrəli və Baş X38 İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 016-75351-1221 nömrəli məktub digər istintaq materialları sübut növü kimi qiymətləndirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Tufan M 49 ” markalı mopedin Zərərçəkmiş şəxs1, Porsche Panamera markalı **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin X7ytarılmışdır. (Cild İİ, i.v. 216-231) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 əməli CM-in 263-1.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2ci hissəsinə əsasən Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi; 3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi. Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları: Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X20 həmin tarixdə saat 22:40 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 180) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, X20 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin müstəntiqinin xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İ, i.v. 235- 237) Qətimkan tədbirinin seçilməsi barədə” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, X20 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (Cild İ, i.v. 238-240) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, X20 məhkum olunmamış şəxsdir. (Cild İ, i.v. 58) “Axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə” 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X20 həmin tarixdə saat 12:00-da Yasamal RPİ-nin 28-ci PBnə könüllü şəkildə gəlmişdir. (Cild İİ, i.v. 35) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(004)-512/2021 nömrəli qərarından görünür ki, X20 barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 08 oktyabr 2021-ci il tarixədək həbs qismində qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 81-83) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(004)-584/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs X20 barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmişdir. (Cild İİ, i.v. 190-199) “Qətimkan tədbirinin seçilməsi barədə” 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X20 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 200-202) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən o təqsirləndirilən şəxslə barişmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən o təqsirləndirilən şəxslə barişmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X11 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvəllər məhkum olmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (CM 59.1.12, 59.1.13 və 59.2) Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X11 yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, X12 əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə X17 cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.4-cü maddəsinə əsasən hesab edir ki, X20, hazırkı cinayət işi ilə bağlı 03 iyun 2021-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu olduğu 2 (iki) gün və həbsdə saxlandığı 05 sentyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək olan 01 (bir) ay 02 (iki) gün cəmi 01 (bir) ay 04 (dörd) gün həbsdə saxlamanın müddəti nəzərə alınmaqla üzərində qəti olaraq cərimə cəzası saxlanmalıdır. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, X20 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Porsche Panamera” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7ytarılması nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Tufan m49” markalı moped sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 200 (iki yüz) manat aparılmış tədqiqatların dəyəri olaraq X4 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X11 məhkəməyədək icraat dövründə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X19 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X19 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X12 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X19 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs X20 barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X11 şübhəli şəxs qismində tutulduğu 03 iyun 2021-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək müddət və həbsdə saxlandığı 05 sentyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək 01 (bir) ay 02 (iki) gün müddət cəmi 01 (bir) ay 04 (dörd) gün müddət nəzərə alınaraq, üzərində qəti olaraq 2000 (iki min) manat cərimə cəzası saxlanılsın. X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Tufan m49” markalı moped sahibi Zərərçəkmiş şəxs1,”Porsche Panamera” markalı **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibi X7ytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 200 (iki yüz) manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. X12 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X19 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun Kapital Bank” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-89/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-89/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver