Məhkəmə qərarları › İş №1(004)-89/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-89/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-89/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1987-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şuşa şəhəri Q.Primov küçəsi ev 9 mənzil 4-də qeydiyyatda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yerləşən 82 saylı uşaq baxçasında məskünlaşmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik şəxs kimi qələmə verib sonuncunun inam və etibarını qazanmış, A.Əİiyev ona Asif Məhərrəmova verdiyi 27.000 manat pulun alınıb geri qaytarılmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla bağlı hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin mart ayından 2018-ci ilin may ayının əvəllərinədək olan müddət ərzində ayrıayrı vaxtlarda hissə-hissə olmaqla sonuncunun Gəncə şəhərində yerləşən poçt vasitəsi ilə onun adına, eləcə də «Million» ödəmə terminalından onun bank hesabına göndərdiyi ümumilikdə 8.200 manat, sonuncu dəfə isə 21 may 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 65a ünvanında yerləşən “Avalon” restoranının həyətində Zərərçəkmiş şəxs1 əlbə-əl verdiyi 6000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 14.200 (on dörd min iki yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünə məxsus dəyəri 356 manat olan qadın qızıl üzüyü və bir cüt dəyəri 550 manat olan qadın qızıl sırğasını satışa çıxarmış tanışı X2 ona olan inam və etibarından istifadə edib guya həmin qızıl zinyət əşyalarını alıb anasına hədiyyə etmək niyyətində olmasını yalandan bildirib sonuncunu aldadaraq 11 sentyabr 2023- cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən «Palma» şadlıq sarayının qarşısında B.S.Bayramovadan həmin qızıl zinyət əşyalarını götürüb ələ keçirməklə 2-3 saat ərzində pulunu ödəyəcəyinə yalandan bildirib ələ keçirməklə verdiyi vədə əməl etməyərək əslində isə həmin qızıl zinyət əşyalarını istintaqa məlum olmayan şəxsə satıb əldə olunan pulu vəsaitini öz ehtiyaclarına xərcləyərək zərərəkmiş şəxs Bahar Bayramovaya ümumlikdə 906 (doqquz yüz altı) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik şəxs kimi qələmə verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 özünə məxsus qızıl-zinyət əşyalarını banka girov qoymaqla kredit götüməkdə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs3 qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib sonuncunu aldadaraq 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında Zərərçəkmiş şəxs3 ilə görüşüb sonuncuya məxsus bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğa, bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qolbağı və bir ədəd dəyəri 1500 manat olan kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyü alıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək əslində isə həmin qızıl zinyət əşyalarını ünvan 4 ünvanda yerləşən “Lombard №1” adlı lombarda girov qoyub əldə etdiyi pulları öz ehtiyaclarına xərcləyərək zərərəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumlikdə 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2-cü və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2017ci ilin yay aylarından 2018-ci ilin may aının sonunadək onun tanışı Mətanətin vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 borca olan sonuncunun hesab kartından onun hesab kartına 3500 manat pul göndərmişdir. Bundan başqa 2018-ci il may ayının sonunda ünvan 5 ünvanda yerləşən “Avalon” restoranının həyətində Zərərçəkmiş şəxs1 borca 1500 manat pul almış və o, ümumlikdə Adildən borca 5000 manat pul almışdır. Lakin onun maddi ikmanı olmadığından Adildən borca aldığı ümumlikdə 5000 manat pul qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 11 sentyabr 2023- cü il tarixdə saat təxminən 16 radələrində ünvan 2 ünvanda yerləşən «Palma» şadlıq sarayının qarşısında o, Zərərçəkmiş şəxs2 ilə görüşərək, özünə məxsus ümumi dəyəri bir ədəd qadın üçün nəzərdə tutulan qızıl üzüyünü və bir cüt qadın üçün nəzərdə tutulan qızıl sırğasını kredit üçün ona vermiş və o, ondan həmin qızıl zinət əşyalarını alıb, təxminən 10 gündən sonra Yasamal rayon ərazisində tanımadığı şəxsə 500 manat pula satmışdır. Lakin sonradan həmin pulları öz şəxsi ehtiyaclarıma xərciləmişdir. O, Bahardan həmin qızıl zinət əşyalarını anasına ad günü üçün almamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 təxminən 2023-cü ilin sentyabr ayında tanışı Baharın vasitəsi ilə Bakı şəhəri Xətai rayonu Əhmətli metirostansiyasında dost kimi tanış olmuş, sonradan isə onun onunla yaxın münasibədə olmuşdur, onun onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında Zərərçəkmiş şəxs3 və onun qohumu olan Sevinclə görüşərək,orada Təravət ona bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü ona vermişdir ki, o, Bakı şəhərində yerləşən «Lombardların» birində 3000 manat dəyərində olan qızıl zinət əşyalarının girova qoyub,bunun müqabilində ona 5.000 manat pul verməiyini bildirmiş, bundan sonra Təravət ona həmin qızıl zinət əşyalarını vermiş, o, Təravətə və Sevincə onların onu Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranda 1-2 saat ərzində gözləmələrini, o, həmin qızıl zinət əşyalarını Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dəyrəsində yerləşən 1 saylı «Lombarda» girova qoyub pulu alaraq geri qaytmağınıı bildirmişdir. Elə həmin günü o, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dəyrəsində yerləşən 1 saylı «Lombarda» olan kişi satıcısına yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə qızıl zinət əşyalarını vermiş və bunun müqabilində 1400 manat pul almışdır. Bir qədər sonra Təravət ona zəng edərək qızılları qeyri qaytarmasını ona bildirmiş, o, isə ona gəlməyini bildirdikdə, artıq ondan DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat veridiyini bildirmişdir. Bundan sonra o, Təravətin bu hərəktələrinə görə mobil telefonunu söndürmüş və Təravətlə əlaqəni kəsmişdir. Bundan sonra o, 1400 manat pulları öz şəxsi ehtiyaclarına xərciləmişdir. Lakin sonradan bilmişdir ki, Təravət onun barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1999-cu il tarixdən 2018-ci ilin mart ayınadək Gəncə şəhəri Yanğından Mühafizə İdarəsinin Nizami rayonu, 73 saylı YMB-də manqa komandiri vəzifəsində işləmiş və hazırda təqaüdçüdür. O, 2018-ci ildə Azərbaycan Respublikası DİNnin BMCMİ-dən Gəncə Şəhər BPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayon yanğından mühafizə hissəsində işləmiş X9 onun üç nəfər tanışlarını yanğından mühafizə idarəsinə işə düzəltmək adı ilə hər birindən onun vasitəsilə 9000 (doqquz min) manat almaqla ümumilikdə 27.000 (iyirmi yeddi min) manat pul alaraq bizə qarşı dələduzluq etmişdir. Belə ki, təxminən 2015-ci ildə o, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayonu yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində çalışarkən yaxın tanışları olan üç nəfər şəxslər ona müraciət edərək, Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmələrində köməklik göstərməyini xahiş etmişdir. O, da həmin şəxslərə mühafizə xidmətində işləyən tanışı X1 edə biləcəyini düşünərək razılıq vermişdir.Onunla işləyən Asif Məhərrəmov əvvəlcədən ona bildirmişdir ki, əgər mühafizə idarəsinə işə düzəlmək istəyən olarsa yüksək vəzifədə işləyən qardaşının köməyi ilə işə düzəldə bilər. O, isə Asif Məhərrəmova tanışlarının işə düzəlmək istəklərini dedikdə Asif ona bildirmişdir ki, hər bir şəxsdən 9000 (doqquz min) manat alıb həmin şəxsləri işə düzəldə bilər. O, da həmin şəxslərdən Asifin dediyi kimi müxtəlif vaxtlarda 9.000 (doqquz min) manat pul alaraq işə düzəldilmələri üçün Asif Məhərrəmova cəmi 27.000 (iyirmi yeddi min) manat pul vermişdir. X18 pulu aldıqdan sonra onları aldadaraq həmin şəxsləri nə işə düzəltmiş, nə də ki, pulu qaytarmamışdır. Sonradan o, Gəncə şəhərində olan evini sataraq, həmin şəxslərdən götürdüyü ümumilikdə 27000 manat pulu Asifin əvəzindən özü ödəməli olmuşdur. Bundan sonra pulun qaytarılması üçün məcbur olub bir çox şəxslərə müraciət etmişdir.Sonda qohumu Qiyafət adlı xanının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İlk dəfə Nadirlə, o, və qohumu Qiyafət «Elmlər akademiyası» metro stansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşdükdə Təqsirləndirilən şəxs ona 8 il türmə həyatı yaşamasını, onun sözünün hər yerdə keçərli olmasını, bundan başqa qohumlarının da yüksək vəzifələrdə işləməsini bildirərək belə geri qaytarılmayan pulları çox həll etməsini bildirmişdir. Nadir isə ona yaxın qohumunun DİN-də yüksək vəzifədə işləməsini, buna görə də pulunu ya özü və yaxud qohumunun vasitəsi ilə Asif adlı şəxsdən geri qaytarıb alacağını vəd etmişdi. Nadir orada bildirmişdi ki, onun pulunu Asifdən alıb geri qaytarmaq üçün o, Nadirə pul verməlidir. O, həmin vaxt Nadirə üzərində pulun olmamasını bildirdikdə Nadir öz adına olan hesab kodunu ona vermişdir. Təxminən 2018-ci ilin mart ayının sonundan 2018-ci ilin may ayının əvəllərindən olan müddət ərzində Gəncə şəhərində yerləşən Million apartından və poçt vasitəsi ilə ümumlikdə 8200 manat pulu Nadirin hesab kartına göndərmişdir. Təxminən 2018-ci ilin may ayının ortalarında Nadir ona zəng edib onun işinin artıq yekunlaşmasını bildirərək təcili olaraq 6000 (altı min) manat pul götürüb Bakı şəhərinə gəlməyini təklif etmişdir. Bundan sonra o, təxminən 21 may 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən Kapital bankdan 6500 manat pul kredit yolu ilə alıb, elə həmin günü 6000 (altı min) manat pulu “Kapital” bankdan kredit götürməklə düzəldib Bakı şəhərinə gələrkən, o, yolda mobil telefon vasitəsi ilə Nadirə zəng etmiş və Bakı şəhərinə çatdığını bildirmiş, Nadir ona izah etmişdir ki, atası Rövşənlə onu qarşılayacaqlar və Bakı şəhərinə çatamış Lökbatan ərazisində gəldiyi avtomaşından düşüb onları gözləməyini tapşırmış, o, Bakı şəhərinə daxil olmamış Lökbatan ərazisində olan bir yanacaq doldurma məntəqəsinin yanında Gəncə şəhərindən Bakıya gəldiyim maşından düşmüşdür. Bundan sonra həmin yanacaq doldurma məntəqəsininn yanında Nadir ona yaxınlaşdıqda yanındakı şəxsləri təqdim edərək atası Rövşəni və digər şəxsi xalasının həyat yoldaşı kimi təqdim etmişdir. Bundan sonra o, Nadirin ona təqdim etdiyi xalasının həyat yoldaşının idarə etdiyi markasını xatırlamadığı, Rusiya Federasiyasının Dövlət nömrə nişanı olan bir qəhvəyi rəngli avtomobil ilə Bakı şəhərində olan “Elmlər akademiyası” ərazisində yerləşən «Avalon» restoranına gəlmişlər.Orada onlar birlikdə günorta yeməyi yeyib qurtardıqdan sonra Nadir onu həmin restoranın həyətinə dəvət etmiş, pulu atasının yanında ona verməməyini və atası bunu bilməməsini bildirmişdir. Bundan sonra o, özü ilə apardığı 6000 (altı min) manat pulu sayıb həmin restoranın həyətində Nadirlə birlikdə olan zaman Nadirə vermişdir. Nadir isə ona Asif barəsində Bakıda yaşayan Akif adlı qardaşı ilə danışdığını bildirmişdir. Həmin şəxslər 27.000 (iyirmi yeddi min) manat pulun əvəzinə Bakı şəhərində Xırdalan qəsəbəsindəki iki otaqlı mənzilini Nadirə verəcəyini, Nadir isə həmin evi sataraq onun 27.000 (iyirmi yeddi min) manatını ona verəcəkdir, satılmış evdən qalan pul isə Nadirə qalacaqdır. O, həmin 6000 (altı min) manat pulu Nadirə verdikdən sonra dəfələrlə Nadirlə telefon vasitəsi ilə əlaqə saxlasam da Nadir hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Son vaxtlar Nadirin onu aldatdığını görüb Nadirdən pullarını geri tələb etdikdə Nadir ona hədə qorxu gələrək, ona heç kimin heç nə edə bilməyəcəyini bildirərək haraya istyirəsə şikayət etməyini bildirmişdir. Bundan sonra o, məcbur qalıb Nadirin atası Rövşənə zəng edib oğlu Nadirin onu aldatmasını söylədikdə Rövşən “bəs sən mənimlə bir yerdə Bakı şəhərində yemək yeyən zaman mənə niyə demirdin” sözlərindən sonra “oğlu Nadir bu işlərlə məşğul olub bir çoxlarını aldadaraq belə xoşagəlməz hərəkətlər etdiyini, gərək o, ona deməmiş Nadirə pul verməzdin” sözlərini demişdir. Sonra Nadirin atası narahat olmamağını, bu haqda heç bir yerə müraciət etməməyini tapşıraraq Nadirlə danışıb onun pulunu qaytaracağını vəd etmişdir. Bundan sonra dəfələrlə Nadirin atası Rövşənə zəng etmiş, telefonuna cavab verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı ümümlikdə 14.200 manat məbləğində maddi ziyan vurmuşdur. İfadəsinin sonundan bildirmişdir ki, cinayət nəticəsində ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin sentyabr ayının əvəllərində o, yaşadığı ünvan 6 ünvanda yerləşən Yeni Saray şadlıq sarayının qaşısında olan sərnişin daşıyan avtobus dayanacağında dayanıb, Masazır qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbinə getmək üçün avtobus gözləyən zaman, həmin vaxtı təsadüfət sonradan ona soyadı, adı və atasının adı məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi dədiq markasını bilmədiyi minik avtomobili həmin dayanacaqda saxlamış və o, isə belə başa düşmüşdür ki, taksidir ona görə də o, avtomobilə əyləşib, 5 saylı tam orta məktəbin qarşısında mən avtomobildən düşərkən ona 1 manat pul vedikdə, Nadir ondan 1 manat pul almamış və ona taksici olmadığını, özü Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a sahibi olduğunu və qadın işci axtardığını bildirmişdir. Bundan sonra o, Nadirə onun işsiz olduğunu ona bildirmiş və bundan sonra o, Nadirə istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. Bundan sonra səhərsi günü Nadir onun mobil telefonuna zəng edərək Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a ofisinə dəvət etmiş və ona həmin “Rentecar”a ofisində qeydiyyatçı işində işləməyi üçün əmək haqqı 700 manat verəcəyini bildirmiş, o, isə onunla razılaşmışdır. Təxminən 03 sentyabr 2023-cü il tarixdən, 06 sentyabr 2023-cü il tarixdək Nadirin guya sahibi olduğu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a ofisinə getmiş, həmin vaxtı Nadir ona, guya onun ABŞda tanışlarının olduğu və 2023-cü ilin sentyabr ayının sonunda ABŞ-da yeni modelli avtomobillər gətirəcəyini və onun həmin avtomobilləri qeydiyyata götürməsini bildirmişdir. Həmin vaxtı onun tanışı Təravət ona işsiz olduğunu bildirmiş və o, isə Təravətin mobil telefonu Nadirə verərək Təravətin iş axtadığını bildirmişdir. Həmin müddət ərzində onun bir qedər maddi çətinliyi və evin komunal haqqını ödəmək üçün pulu olmadığından özünə məxsus ümumi dəyəri 906 manat olan bir ədəd dəyəri 356 manat olan qadın üçün nəzərdə tutulan qızıl üzüyümü və bir cüt dəyəri 550 manat olan qadın üçün nəzərdə tutulan qızıl sırğamı satmaq qərarına gələrək bu barədə Nadirə bildirmişdir. Nadir isə ona yaxın vaxtlarda anasının ad günü olduğunu, ondan həmin qızılları alıb və 906 manat pulunu verməsini bildirmiş və o, isə onunla razılaşmışdır. Belə ki, 11 sentyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində ünvan 2 ünvanda yerləşən « Palma» şadlıq sarayının qarşısında Nadirlə görüşərək, özünə məxsus ümumi dəyəri 906 manat olan bir ədəd dəyəri 356 manat olan qadın üçün nəzərdə tutulan qızıl üzüyümü və bir cüt dəyəri 550 manat olan qadın üçün nəzərdə tutulan qızıl sırğasını vermiş, Nadir həmin qızıl zinət əşyalarına baxıb, ondan alaraq və həmin qızıl zinət əşyalarını anasına göstərib, 2-3 saat ərizindək 906 manat pulu ona gətirməsini onun həmin ünvanın qarşısında gözləməyini bildirmişdir. Bundan sonra o, isə Nadirə inanaraq onunla razılaşıb onu təxminən 2-3 saat ərzinədək gözlədikdən sonra onun mobil telefona zəng etdikdə artıq mobil telefonu söndürmüşdür. Bundan sonra o, başa düşmüşdür ki, Nadir onu aldadaraq ona məxsus qızıl zinət əşyalarını ələ keçirmişdir. Bundan sonra o, Nadirin Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a ofisinə getmiş və artıq onun orada olmadığını görmüş və mobil telefonunu söndürmüşdür. Bundan sonra təxminən 19 sentyabr 2023-cü il tarixdə o, Təravətlə əlaqə saxlayaraq Nadirin ona qarşı dəlduzluq edərək ümumi dəyəri 906 manat olan bir ədəd dəyəri 356 manat olan qadın üçün nəzərdə tutulan qızıl üzüyünü və bir cüt dəyəri 550 manat olan qadın üçün nəzərdə tutulan qızıl sırğamı anasına hədiyyə almaq üçün almış və ona 906 manat pulunu vermədiyini bildirmişdir. Bu zaman Təravət ona Nadir tərəfindən 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranında ona məxsus bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd dəyəri 1500 manat olan kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü «Lombarda» girova qoyub bunun müqabilində ona 5000 manat pul götürəcəyini deyərək ələ keçirdiyini bildirmişdir. Nadirin ona qarşı etdiyi hərəkəti barədə 18 sentyabr 2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etdiyini bildirmişdir. İfadəsinin sonundan bildirmişdir ki, cinayət nəticəsində ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 15 sentyabr 2023-cü il tarixdə tanışım Bahar adlı şəxs əvvəllər işlədiyi Nadir adlı şəxsin sahibi olduğu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a işçi axtardığını bildirmişdir. O, həmin vaxt Nadir adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və onunla danışıq zamanı ailə vəziyyətindən, maddi durmumdan danışaraq iş axtardığını və banka qızıl girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Bu zaman Nadir adlı şəxs bank sektorunda tanışlarının olduğunu, həmçinin ona bu işdə köməklik göstərərək qızılların dəyərindən əlavə pul alıb ona verəcəyini bildirmişdir. Bundan sonra o, isə Nadirin sözlərinə inanaraq onunla razılaşıb və onunla Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında görüşməyini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində o, özünə məxsus bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd dəyəri 1500 manat olan kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü yaşadığı ünvandan götürərək xalası qızı X10 ilə birlikdə elə həmin günü saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranında Nadirlə görüşmüşlər. Bundan sonra Nadir özünü onlara “Rentecar”a sahibi kimi təqdim etmişi və onlar onun bu hərəkətilərinə inanmışlar. Bundan sonra o, üzərində olan bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd dəyəri 1500 manat olan kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü Nadirə təqdim etmişdir. Bundan sonra Nadir isə həmin qızıl zinət əşyalarına baxıb və ona tanışlarının işlədiyi bankdan 5000 manat pul alıb ona verə biləcəyini bildirmişdir. Bundan sonra o, Nadirə inanaraq ona xalası qızının yanında həmin qızıl zinət əyşalarını vermişdir. Bundan sonra Nadir ondan aldığı həmin qızıl zinət əşyalarını Bakı şəhərində dəqiq bizə ünvanın bildirmədiyi Banka girova qoyub bunun müqabilində 5000 manat pulu alıb 2-3 saat ərzində onların onunla görüşdüyü yəni Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında gözləmələrini, qayıdıb ona 5000 manat pulu verməsini bildirmişdir. Bu zaman o, və Sevinc Nadiri həmin ünvanın qarşısında təxminən 3-4 saat ərizinədək gözlədikdən sonra o, Nadirin mobil telefonuna zəng edərkən, Nadir artıq mobil telefonu söndürmüşdür, bundan sonra o, başa düşmüşdür ki, Nadir ona qarşı dələduzluq edərək ona məxsus olan qızıl zinət əşyalarımı ələ keçirmişdir. İstintaq dövründə 2500 manat məbləğində qızıl zinyət əşyaları tapılaraq qaytarılmışdır lakin cinayət nəticəsində ona vurulmuş ziyan tam ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 öz ifadəsinddə göstərmişdir ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun dayisi oğludur. Onun Zərərçəkmiş şəxs1lə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 1999-cu il tarixdən 2018-ci ilin mart ayınadək Gəncə şəhəri Yanğından Mühafizə İdarəsinin Nizami rayonu, 73 saylı YMB-də manqa komandiri vəzifəsində işləmiş və hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs1 2018-ci ildə Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən Gəncə Şəhər BPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayon yanğından mühafizə hissəsində işləmiş X9 onun üç nəfər tanışlarını yanğından mühafizə idarəsinə işə düzəltmək adı ilə hər birindən Adilin vasitəsilə 9000 (doqquz min) manat almaqla ümumilikdə 27.000 (iyirmi yeddi min) manat pul alaraq onlara qarşı dələduzluq etmişdir. Təxminən 2015-ci ildə X20 Nazirliyinin Gəncə şəhər Nizami rayonu yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində çalışarkən yaxın tanışları olan üç nəfər şəxslər ona müraciət edərək, Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmələrində köməklik göstərməyimi xahiş etmişlər. Adil isə həmin şəxslərə mühafizə xidmətində işləyən tanışı X1 edə biləcəyini düşünərək razılıq vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1lə işləyən Asif Məhərrəmov əvvəlcədən ona bildirmişdir ki, əgər mühafizə idarəsinə işə düzəlmək istəyən olarsa yüksək vəzifədə işləyən qardaşının köməyi ilə işə düzəldə bilər. Adil isə Asif Məhərrəmova tanışlarının işə düzəlmək istəklərini dedikdə Asif Adilə bildirmişdir ki, hər bir şəxsdən 9000 (doqquz min) manat alıb həmin şəxsləri işə düzəldə bilər. Adil isə həmin şəxslərdən Asifin dediyi kimi müxtəlif vaxtlarda 9.000 (doqquz min) manat pul alaraq işə düzəldilmələri üçün Asif Məhərrəmova cəmi 27.000 (iyirmi yeddi min) manat pul vermişdir. X18 pulu aldıqdan sonra onları aldadaraq həmin şəxsləri nə işə düzəltmiş, nə də ki, pulu qaytarmamışdır. X21 şəhərində olan evini sataraq, həmin şəxslərdən götürdüyü ümumilikdə 27.000 manat pulu Asifin əvəzindən özü şəxsən ödəməli olmuşdur. Bundan sonra pulun qaytarılması üçün məcbur olub bir çox şəxslərə müraciət etmişdir. Sonda Adil ona bu barədə məlumat vermiş, o, isə onun kirayədə yaşadığı ünvan 8 ünvanının qonşu binasında yaşayan Mətanət adlı qadına bu barədə məlumat vermiş, Mətənat isə ona onun tanışı Təqsirləndirilən şəxs tərəfindən Asif Məhərrəmovdan 27.000 manat pulun alınmasında köməklik göstərə biləcəyini bildirmişdir. O, isə Mətanətdən Nadirin ələqə mobil telefonun nömərəsini alıb və dayısı oğlu Adilə vermişdir. Adil isə onunla əlaqə saxlayıb və Nadir ona tam əminliklə bildirmişdir ki, o, Asif Məhərrəmovdan 27.000 manat pulunu tam şəkildə alıb ona qaytaracağına söz vermişdir. Lakin bir müddət keçdikdən sonra Adildən aldığı məlumata görə, Adil 2018-ci ilin mart ayının sonundan, 2018-ci ilin may ayının əvəllərinədək olan müddət ərzində Gəncə şəhərində yerləşən «Million» apartından və poçt vasitəsi ilə 8.200 manat pulu Nadirin hesab kartına göndərmiş və 21 may 2018-ci il tarixdə isə Nadir ünvan 9 ünvanda yerləşən “Avalon” restoranının həyətində Zərərçəkmiş şəxs1 6000 manat pulunu alaraq, guya Asif Məhərrəmovdan 27.000 manat pulunun qeri qaytaracaqdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu X23 ev 24B, mənzil 6 ünvanda qeydiyyatdadır və həmin ünvanda valideyni ilə birlikdə yaşayır. O, X3 1990-ci il tarixdən, bu günə kimi yaşadığı Gəncə şəhərindən tanıyır və onun onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, 2018-ci il tarixdən 2021-ci il tarixədək Bakı şəhəri Yasamal rayon ərzisində yerləşən «Ata» sığortasında satış mütəxəssisi vəzifəsində işləmişdir. Həmin müddətdə ona sığorta ilə bağlı bir müştəri kimi müraciət edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanışlıq zamanı Nadir ona özünün geniş əlaqələrinin olması kimi təqdim etmişdir. Təxminən 2018-ci il tarixdə onun Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində kirayə yaşadığı ünvanla qonşu ünvanda yaşayan yəni ünvan 13ət ona onun qohumu Əliyev X14 Alıyevanın daisi oğlu olduğunu bildirərək və Zərərçəkmiş şəxs1 1999cu il tarixdən 2018-ci ilin mart ayınadək Gəncə şəhəri Yanğından Mühafizə İdarəsinin Nizami rayonu, 73 saylı YMB-də manqa komandiri vəzifəsində işləmiş və hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs1 2018-ci ildə Azərbaycan Respublikası DİN-nin BMCMİdən Gəncə Şəhər BPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayon yanğından mühafizə hissəsində işləmiş X9 onun üç nəfər tanışlarını yanğından mühafizə idarəsinə işə düzəltmək adı ilə hər birindən Adilin vasitəsilə 9000 (doqquz min) manat almaqla ümumilikdə 27.000 (iyirmi yeddi min) manat pul alaraq onlara qarşı dələduzluq etmişdir. Təxminən 2015-ci ildə X20 Nazirliyinin Gəncə şəhər Nizami rayonu yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində çalışarkən yaxın tanışları olan üç nəfər şəxslər ona müraciət edərək, Gəncə şəhərində yanğından mühafizə idarəsində işə düzəlmələrində köməklik göstərməyini xahiş etmişlər. Adil isə həmin şəxslərə mühafizə xidmətində işləyən tanışı X1 edə biləcəyini düşünərək razılıq vermişdir. Bundan sonra Adillə işləyən Asif Məhərrəmov əvvəlcədən ona bildirmişdir ki, əgər mühafizə idarəsinə işə düzəlmək istəyən olarsa yüksək vəzifədə işləyən qardaşının köməyi ilə işə düzəldə bilər. Adil isə Asif Məhərrəmova tanışlarının işə düzəlmək istəklərini dedikdə Asif Adilə bildirmişdir ki, hər bir şəxsdən 9000 (doqquz min) manat alıb həmin şəxsləri işə düzəldə bilər. Adil isə həmin şəxslərdən Asifin dediyi kimi müxtəlif vaxtlarda 9.000 (doqquz min) manat pul alaraq işə düzəldilmələri üçün Asif Məhərrəmova cəmi 27.000 (iyirmi yeddi min) manat pul vermişdir. X18 pulu aldıqdan sonra onları aldadaraq həmin şəxsləri nə işə düzəltmiş, nə də ki, pulu qaytarmamışdır. X21 şəhərində olan evini sataraq, həmin şəxslərdən götürdüyü ümumilikdə 27000 manat pulu Asifin əvəzindən özü şəxsən ödəməli olmuşdur. Bundan sonra pulun qaytarılması üçün məcbur olub bir çox şəxslərə müraciət etmişdir. Buna görə də Qiyafət onun hər hansı bir tanışının vasitəsi ilə köməklik etməyini bildirmiş, o, isə Qiyafətə onun əvvəllər işlədiyi «Ata» sığortasında işləyərkən, mənə sığorta ilə bağlı bir müştəri kimi müraciət edən və ona özünün geniş əlaqələrinin olması kimi təqdim edən Təqsirləndirilən şəxs bu işdə Adilə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əlaqə telefonu Qiyafətə vermiş, Qiyafət isə ona bildirmişdir ki, Qiyafət isə Nadirin mobil telefonu Adilə vermiş və onlar özləri bir-briləri ilə əlaqə saxlayaraq görüşmüşlər. Lakin sonradan Qiyafətdən aldığı məlumata görə Nadir Adildən təxminən 14.200 manat pul alaraq guya Asif Məhərrəmovdan 27.000 manat pulunu alaraq Adilə qaytaracaqdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 14 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs3 onun xalası qızıdır. Zərərçəkmiş şəxs3 ona maddi vəziyyəti ilə əlaqədar olaraq özünə məxsus qızıl zinət əşaylarının Banka girova qoyub pul götürməsini bildirmişdir. Bundan sonra Təravət mənə təxminən 15 sentyabr 2023-cü tarixdə tanışı Bahar adlı şəxs əvvəllər işlədiyi Nadir adlı şəxsin sahibi olduğu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rentecar”a işçi axtardığını və Təravətin iş axtardığını və Banka qızıl girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Həmin vaxtı Nadir adlı şəxs Təravətə bank sektorunda tanışlarının olduğunu, həmçinin ona bu işdə köməklik göstərərək qızılların dəyərindən əlavə pul alıb ona verəcəyini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində Təravət özünə məxsus bir ədəd qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü yaşadığı ünvandan götürərək onunla birlikdə elə həmin günü saat təxminən 11 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranında Nadirlə görüşmüşlər. Bundan sonra Nadir onlara özünü “Rentecar”a sahibi kimi təqdim etmiş və onlar onun bu hərəkətlərinə inanmışlar. Bundan sonra Təravət üzərində olan bir ədəd qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü Nadirə təqdim etmişdir. Bundan sonra Nadir isə həmin qızıl zinət əşyalarına baxıb və onlara tanışlarının işlədiyi bankdan 5000 manat pul alıb Təravətə verə biləcəyini bildirmişdir. Bundan sonra Təravət Nadirə inanaraq ona onun yanında həmin qızıl zinət əyşalarını vermişdir. Bundan sonra Nadir Təravətdən aldığı həmin qızıl zinət əşyalarını Bakı şəhərində dəqiq ünvanın bildirmədiyi Banka girova qoyub bunun müqabilində 5000 manat pulu alıb 2-3 saat ərzində onların onunla görüşdüyü yəni Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında gözləməyimizi və onun qayıdıb 5000 manat pulu Təravətə verməsini bildirdi. Bu zaman mən və Təravət Nadiri həmin ünvanın qarşısında təxminən 2-3 saat ərizinədək gözlədik, 2-3 saat keçdikdən sonra Təravət Nadirin mobil telefonuna zəng edərkən, artıq mobil telefonu söndürmüşdür, bundan sonra onlar başa düşmüşdür ki, Nadir Təravətə qarşı dələduzluq edərək ona məxsus olan qızıl zinət əşyalarını ələ keçirmişdir. Bundan sonra elə həmin günü Təravət Nadirin ona qarşı etdiyi dələduzluq hərəktələri barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat verdikdən, sonra elə həmin günü Yasamal RPİnin 29-cu PŞ-nə gedərək orada Nadir barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 4 ünvanda yerləşən fəaliyyətdə olan «Lombard-1»in həm sahibidir və həmdə müdir vəzifəsində işləyir. Belə ki, 18 sentyabr 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində o, sahibi olduğu ünvan 4 ünvanda yerləşən fəaliyyətdə olan «Lombard-1 »in olan zaman ilk dəfə bir nəfər girov biletində adı, soyadı və atasının adı ona məlum olan Təqsirləndirilən şəxs bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü girova qoyub qızıl zinət əşyaların dəyərləri barədə pul götürməsini bildirmişdir. Bu zaman o, ilk dəfə gördüyü Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini istəmiş, Nadir isə ona şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra Nadir ona təqdim etdiyi bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü «Lombardi»-də olan qızılların ölçülməsi üçün nəzərdə tutlan tərəzi ilə ölçükdikdən sonra, ona həmin qızılların dəyərləri barədə 1400 manat dəyərləndirməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla razılaşmış, bundan sonra o, isə qanuna müvafiq qaydada sənədləşdirərək, Nalirə onun tərəfindən 18 sentyabr 2023-cü il tarixli GJ№ 323818 saylı girov bileti tərtib edilərək, həmin girov biletində Nadir tərəfindən 1400 manat pulun alınması və onun tərəfindən isə həmin qızıl zinət əşyalarının qəbul edilməsi barədə imzalar edərək, ona həmin girov biletinin əslini təqdim etmişdir. Bundan sonra elə həmin günü onun tərəfindən «Lombard-1 »in saxlanc kassasında saxlanılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ona həmin qızıl zinət əşyalarının cinayət yolu ilə əldə olunması barədə heç bir məlumat verməmiş və bundan onun məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında material üzrə qəbul olunmuş inayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş və fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (1ci cild, İ/V. 1-2). “Zərəşəkmiş şəxs qismində tanınma haqqında” 05 iyul 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (1-ci cild, İ/V. 226). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. (1-ci cild, İ/V. 300). “Axtarışda olan şəxsin tutulması haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdən, saat 22-28-dən şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild, İ/V. 278) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli 4(004)- 507/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (2-ci cild, İ/V. 17-23) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün saat 16:30-dan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (2-ci cild, İ/V. 24-25) “Zərəşəkmiş şəxs qismində tanınma haqqında” 04 oktyabrl 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (2-ci cild, İ/V. 108). “Zərəşəkmiş şəxs qismində tanınma haqqında” 11 oktyabrl 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (2-ci cild, İ/V. 155). “Cinayət işinin tövsif edilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (2-ci cild, İ/V. 119-120). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs3 məxsus olmuş bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan bir cüt qızıl sırğanı, bir ədəd dəyəri 250 manat olan qadın üçün nəzərdə tutulan qızıl boyunbağı klonu ilə birlikdə, bir ədəd dəyəri 1000 manat olan qadın üçün nəzərdə tutulan qızıl qol bağını və bir ədəd dəyəri 1500 manat olan kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünü Təqsirləndirilən şəxs tərəfindən ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranının qarşısının olması müəyyən edilmişdir. (2-ci cild, İ/V. 90-92) xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 14.200 manat nəğd pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirməklə təsdiq etmişdir. (2-ci cild, İ/V. 136-139) xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Bahar Bayndurova 906 manat dəyərində qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirməklə təsdiq etmişdir. (2-ci cild, İ/V. 209-211) xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 3000 manat dəyərində qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirməklə təsdiq etmişdir. (2-ci cild, İ/V. 212-214) xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən ona məxsus 11 sentyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində ünvan 2 ünvanda yerləşən «Palma» şadlıq sarayının qarşısında ona məxsus ümumi dəyəri 906 manat olan bir ədəd dəyəri 356 manat olan qadın üçün nəzərdə tutulan qızıl üzüyümü və bir cüt dəyəri 550 manat olan qadın üçün nəzərdə tutulan qızıl sırğasının Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edərək aldatma yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 2 ünvanda yerləşən «Palma» şadlıq sarayının qarşısının olması müəyyən edilmişdir. (2-ci cild, İ/V. 168-172) xx.xx.2023-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 oktyabr 2023-cü il tarixli qərara əsasən, ünvan 4 ünvanda yerləşən fəaliyyətdə olan «Lombard-1»in sahibi Şahid4 könüllü olaraq təqdim etdiyi bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağı və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzük, iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək, baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. (2-ci cild, İ/V. 182-185) xx.xx.2023-cü il tarixli “əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 tanımaya təqdim olunan bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağının və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünün göstərərək, 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Atlantis” restoranın qarşısında Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edərək bir ədəd qadın üçün nəzərdə tutulan qızıl qol bağının və bir ədəd kişi üçün nəzərdə tutulan briliyant qaşlı qızıl üzüyünün xarici görnüşündən və zahiri əlamətlərindən tanıyaraq ona məxsus olmasını bildirmişdir. (2-ci cild, İ/V. 186) İstintaq zamanı Zərərçəkmiş şəxs2 könüllü olaraq istintaqa təqdim etdiyi bir ədəd qadın üçün nəzərdə tutulan iki ədəd vərəqdən ibarət Təqsirləndirilən şəxs tərəfindən istifadə etdiyi +994 999-44-44-54 mobil telefonun Vathcapp yazışmalarının mətindən görünür ki, “bu necəyədi qiyməti necədi, ilkin ödəniş nəqədərdi, bunu götürə bilərsən mamamin ad gunudu ona almaq istəyirəm, axşam 400m verim,qalaninda 10 gune gunde 50m verib bağlayaram olarsa götür” mətini yazılmış və bir ədəd qadın üçün nəzərdə tutulan qızıl üzüyün və bir cüt qadın üçün nəzərdə tutulan qızıl sırğanın şəffaf selloan kəsiyin içərisində olması fotoşəkillər olması müşahidə olunmuşdur. (2-ci cild, İ/V. 165-166) "xxxx" MMC-nin qəbzindən görünür ki, 15 mart 2018-ci tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına 300 manat, bundan başqa Azərpoçt» MMC-nin qəbzdən görünür ki, 14 aprel 2018-ci tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına 1000 manat və bundan başqa Azərpoçt» MMC-nin qəbzdən görünür ki, 23 aprel 2018-ci tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına 589 manat pul göndərilmişdir. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. (1-ci cild, İ/V. 24-26, 28) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edlunmuş və maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarına əlavə edilmiş onun Təqsirləndirilən şəxs arasında səs danışıqları olan 01 ədəd CD-R markalı diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 5000 ABŞ dolları pulu Dağıstandan Zalatoy karona kartından gödərirəm, 8500 manat pul edir, nəolur olsun sənin pulunu verəcəm işi həll edəcəm. Adil sənə deyirəm 4760 dolları qardaşın adınadır, qardaş Zərərçəkmiş şəxs1 göndərdim. Axşam səninlə əlaqə saxlayacam, Adil mən yoxam, 10 gün Bakıda olmayacam, nə atam var nə də mən varam. Mən səndən incimirəm ərizə ver polisə. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs1: mən Bakıya gəlirəm cıx mənim qabağıma, səhər Elmirlərə qabağıma cıx elə olsun ki, artıq söhbət olmasın və biz çörək kəsmişik o yerə çatdırdın yaxşı elədin, səhər tezdən qabağıma cıx yada sizə gəlirəm. Nadir çörək kəsəndə demədin ki, mən kişiyəm, kişiliyimiz buraya kimidimi, məni bu vəziyyətdə qoydun, deməli kişilik burada bununla ölçülürmüş eləmi, alıb aldadmaq idi bu necə vaxtı 06 ay fırlatın kişilik burdan götürüldü o, çörəyə qiymət verdinmi. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs: mən çörəyədə və hər şeyədə qiymət verirəm. Sən deyirsən mən gəlirəm, mən gəlirəm atam gəlmir, gəlsin yoluna qoyarıq başa düşdün. Mən deyirəm mən yoxam ürəyin istəyir get şikayət et, demirəm pulu vermirəm, verirəm get şikayət elə, mən sənə söz demirəm, Sadecə ürəyin istəyir ocür elə şikayət ver” kimi səslər qeydə alınmışdır. Məhkəmə əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli № 6/5736-9/8028 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarıgümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbaq (9 ədəd qaş yeri boşdur) üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur,çəkisi 10,45 qramdır, qaşları qiyməti qaşlara aid deyil. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur,çəkisi 15,10 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 18 sentyabr 2023-cü il tarixinə olan orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 2172,0 manat müəyyən edilir.Tədqiqatın dəyəri 100 manat təşkil edir. (2-ci cild, İ/V. 190-193). Maddi sübut kimi tanınma haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 ədəd sarı-gümüşü rəngli metaldan və üzərində ağ şəffaf qaşları olan qolbaq və 1 ədəd sarı-gümüşü rəngli metaldan və üzərində ağ şəffaf qaşları olan üzük maddi sübut kimi tanınmışdır və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təqdim edilmişdir. (2-ci cild, İ/V. 194-195). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin 16 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cəlb edilmiş, bundan başqa Nizami RPİ-nin 07 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cəlb edilmiş, bundan başqa Xətai rayon məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.4, 66.3;69.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 28 gün təyin edilmişdir. 05 dekabr 2017-ci il tarixdə cəza müddəti qutardığına görə azad edilmişdir. (1-ci cild, İ/V. 271-272). xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törətməsi, iş üzrə toplanmış istintaq materialları ilə özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılma protokolu, hadisə yerinə baxış və götürmə haqqında protokolları, maddi sübut, məhkəmə əmtəəşünaslıq və fizikikimyəvi ekspertizasının rəyi, 01 ədəd CD-R markalı disk, "xxxx" MMC-nin 15 mart 2018- ci il tarixli qəbz, "xxxx" MMC-nin 14 aprel 2018-ci il tarixli qəbz, "xxxx" MMC-nin 23 aprel 2018-ci il tarixli qəbz, 1 ədəd GJN № 323818 saylı girov bileti, Whatsapp yazışmalarının mətnləri mötəbə sübutlar kimi qiymətləndirilmişdir. (1-ci cild, İ/V. 215-233). 5 oktyabr 2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 760/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023cü il tarixdın hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (2-ci cild, İ/V. 146-148) “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X13 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayəti özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, üzləşmə protokolları, ekspertiza rəyi, Wotsap yazışmalar və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdən 15 iyul 2023cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır.Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə, saat 22:28-də tutulmuş, 15 iyul 2023-cü il tarixdə, saat 16:30-da barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq olmayan azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 01 gün hesabı ilə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarıgümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qolbaq və 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük saxlanılması üçün zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı və 1 ədəd disk, "xxxx" MMCnin 15 mart 2018-ci il tarixli, 14 aprel 2018-ci il tarixli, və 23 aprel 2018-ci il tarixli qəbzləri, bir ədəd GJN323818 saylı girov bileti, Whatsapp yazışmalarının mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət (saatlarla hesablama nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qolbaq və 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük saxlanılması üçün zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınmış 1 ədəd CD-disk, "xxxx" MMC-nin 15 mart 2018-ci il tarixli, 14 aprel 2018-ci il tarixli və 23 aprel 2018-ci il tarixli qəbzləri, bir ədəd GJN323818 saylı girov bileti, Wotsapp yazışmalarının mətnləri cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhər 22 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar