Məhkəmə qərarları › İş №1(004)-9/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-9/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-9/2020 04.02.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X51, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X38, Təqsirləndirilən şəxsin müdafiəçisi: fərdi fəaliyyət göstərən vəkil X67 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X68, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Zərər çəkmiş şəxslərin nümayəndələri: X17, X39, X31 Zərər çəkmiş "xxxx" Bank ASC-nin nümayəndələri: X52 və X26 Təqsirləndirilən şəxs: xx.xx.1963-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" firmasının təsisçisi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək kütləvi şəkildə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, fəaliyyətinə rəhbərlik etdiyi hüquqi şəxsin (təşkilatın) təsərrüfat və maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə qanunsuz kredit alaraq külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 16 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində 427 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" firmasının (VÖEN **********) 18 sentyabr 2008-ci ildən inşaat işləri üzrə direktor müavini, 24 dekabr 2009-cu il tarixdən faktiki olaraq direktoru vəzifəsini icra etməklə, 3 avqust 2011-ci ildən 30 may 2017-ci il tarixədək isə direktoru (qanuni təmsilçisi), həmçinin, 24 dekabr 2014-cü ildən təsisçisi olmaqla, müəssisənin 21 yanvar 1998-ci il tarixdə təsdiq edilmiş, 11 avqust 2011-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla, Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi müəssisə üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin firma tərəfindən Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 9 iyul 2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasında yerləşən qeyri-yaşayış sahələrini 22 mart 2009-cu il tarixdən 28 may 2013-cü il tarixədək olan müddətdə ayrı-ayrı alıcılara müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında bir halda firmanın təsisçisi və qanuni nümayəndəsi qismində X60,digər hallarda isə şəxsən özü tərəfindən satılmasına, o cümlədən, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 36,6 m2 olan 3 nömrəli mağazanın 22 mart 2009-cu il tarixli M-QS/03/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs1 109.800 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.600 manata, 1-ci mərtəbədə yerləşməklə sahəsi 61,2 m2 olan 9 nömrəli mağazanı 1 fevral 2010-cu il tarixli S-M/01-02 nömrəli müqavilə əsasında 122.400 manata, 5-ci mərtəbədə yerləşməklə sahəsi 72,5 m2 olan 3 nömrəli mağazanı 01 fevral 2010-cu il tarixli QS-M/01- 02 nömrəli müqavilə əsasında 108.750 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 72 m2 olan 12C nömrəli mağazanı "xxxx" firmasının direktoru kimi 08 iyul 2009-cu il tarixli M/MY 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs2 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata, 1-ci mərtəbədə yerləşən sahəsi 72 m2 olan 12B nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə əsasında sonuncuya, onun anası X5 adına rəsmiləşdirməklə, 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata, 1-ci mərtəbədə yerləşməklə sahəsi 72 m2 olan 12A nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X23 adına rəsmiləşdirməklə 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 72 m2 olan 8 nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/HA 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 55 m2 olan 1 nömrəli mağazanı 09 iyul 2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4 165.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 128.700 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 64 m2 olan mağazanı 28 iyul 2009cu il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs5, sonuncunun X1nın adına rəsmiləşdirməklə 128.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 85 m2 olan 3 nömrəli mağazanı 02 sentyabr 2009-cu il tarixli M-ZƏ/2-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs6 tikinti üçün verdiyi inşaat materiallarının ödənişi qismində cəmi 212.500 manata; Zərərçəkmiş şəxs7 və X54 ilə arasındakı təsərrüfat fəaliyyəti nəticəsində yaranmış işgüzar münasibətlərlə əlaqədar həmin məişət binasının 2-ci mərtəbəsində yerləşməklə sahəsi 43 m2 olan 11 nömrəli mağazanı 02 noyabr 2009-cu il tarixli KNA/02-11 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs7 129.000 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 53 m2 olan 10 nömrəli mağazanı 13 noyabr 2009-cu il tarixli MV Ə/02-11 nömrəli müqavilə əsasında Eldar Vəliyevin övladı Zərərçəkmiş şəxs8 159.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 26,4 m2 olan 1 nömrəli mağazanı 17 noyabr 2009-cu il tarixli MAA/17-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs9 79.200 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 63.600 manata, 2-ci mərtəbəsində yerləşməklə sahəsi 24,6 m2 olan mağazanı 20 may 2011-ci il tarixli müqavilə əsasında sonuncuya, onun bacısı X24 adına rəsmiləşdirməklə 39.360 manata, 2-ci mərtəbəsində yerləşməklə sahəsi 30,2 m2 olan mağazanı 15 avqust 2013-cü il tarixli MAA/17-09 nömrəli müqaviləyə əlavə müqavilə əsasında Zərərçəkmiş şəxs9 24.000 manata; "xxxx" MMC və həmin cəmiyyətlə işgüzar münasibətdə olan Zərərçəkmiş şəxs10 ilə arasındakı təsərrüfat fəaliyyəti ilə əlaqədar həmin binanın 2-ci və 3-cü mərtəbələrində yerləşməklə sahəsi ümumilikdə 98,57 m2 olan nömrəsiz mağazanı 26 noyabr 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqavilə əsasında sonuncuya 246.425 manata, 3-cü mərtəbədə yerləşməklə sahəsi 125 m2 olan mağazanı 26 noyabr 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqaviləyə 06 may 2013-cü il tarixli əlavə müqavilə əsasında Zərərçəkmiş şəxs10 302.998 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 35,3 m2 olan 3 nömrəli mağazanı 5 dekabr 2009-cu il tarixli MRF/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs11 98.840 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 30 m2 olan 3A nömrəli mağazanı 28 oktyabr 2011-ci il tarixli MRF/28-10 nömrəli müqavilə əsasında sonuncuya 81.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 45 m2 olan 2 nömrəli mağazanı 21 yanvar 2010-cu il tarixli MQ-M/21-01 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs12 180.000 manata satıb buna görə sonuncudan müqavilədə nəzərdə tutulan məbləği aldıqdan sonra alıcının təklifi ilə həmin mağazanı 1-ci mərtəbədə yerləşməklə 266.000 manat dəyərində, sahəsi 70 m2 olan 13 nömrəli mağaza ilə dəyişib, buna dair Zərərçəkmiş şəxs12la 29 may 2012-ci il tarixli MQ-M/29-05 nömrəli müqavilə bağlayaraq ilkin müqavilə üzrə nəzrdə tutulan məbləğ çıxılmaqla qalan 91.000 manatı ondan alıb, cəmi 266.000 manata; Zərərçəkmiş şəxs13 ilə arasındakı işgüzar münasibətlərlə əlaqədar həmin məişət binasının 3-cü mərtəbəsində yerləşməklə sahəsi 33,5 m2 olan 15 nömrəli mağazanı 24 noyabr 2010-cu il tarixli HV-M/24-11 nömrəli müqavilə əsasında sonuncuya 67.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 50 m2 olan 3V nömrəli mağazanı 30 aprel 2012-ci il tarixli MƏ-E/30/04/12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs14 140.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 45 m2 olan 2 nömrəli mağazanı 05 iyul 2012-ci il tarixli M-MA/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs15 135.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 75 m2 olan 150 nömrəli mağazanı 05 iyul 2012-ci il tarixli M-MA/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs16 225.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 51,2 m2 olan mağazanı 25 sentyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs17 övladı X10 adına rəsmiləşdirməklə 200.000 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 51,2 m2 olan mağazanı 25 sentyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs17 tanışı X11 adına rəsmiləşdirməklə 200.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi ümumilikdə 144 m2 olan 2 ədəd mağazanı 8 oktyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs18 432.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 70 m2 olan 19 nömrəli mağazanı 23 noyabr 2012-ci il tarixli AƏ-M/23/11/12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs19 118.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 76 m2 olan mağazanı 5 mart 2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs20 övladı X3 adına rəsmiləşdirməklə 342.000 manata; binanın 3-cü mərtəbəsində yerləşməklə sahəsi 78 m2 olan mağazanı 28 may 2013-cü il tarixli ƏA-M/28-05 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs21 195.000 manata, ümumilikdə, həmin binadan 1872,27 m2 qeyri-yaşayış sahəsini 30 müqavilə üzrə 21 şəxsə cəmi 4.749.373 manata satılmaqla və həmin müqavilələrin qüvvədə olmasına baxmayaraq, "xxxx" firmasının direktoru kimi özü və cinayətdən xəbərsiz olan firmanın baş mühasibi X69 tərəfindən imzalanmaqla 5 il müddətinə, illik 10 faizlə 10.000.000 manat kredit verilməsi barədə 4 sentyabr 2013-cü il tarixdə xxxxna kredit sifarişi verib, həmin sifarişdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16.06.2010-cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarışa əsasən, "xxxx" firmasının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 24.12.2010-cu il tarixli, ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli arayışa əsasən, həmin torpaq sahəsində inşa edilməklə "xxxx" firmasınnın mülkiyyətində olan zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasından 21 şəxsə 30 müqavilə üzrə 1872,27 m2 sahənin satılması faktını qəsdən bildirmədən, yəni digər şəxslər qarşısında öhdəliklərinin olması barədə məlumatları bankdan qəsdən gizlədib təsərrüfat vəziyyəti barədə bilə-bilə yalan məlumatlar təqdim edərək həmin torpaq sahəsini və bütövlükdə qeyri-yaşayış binasını digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması üçün götürüləcək kreditin təminatı kimi xxxxna təqdim etməklə, bankla firmanın direktoru kimi özü arasında 4 oktyabr 2013-cü il tarixdə **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 23.000.000 manat, likvid dəyəri 19.000.000 manat məbləğində qiymətləndirilmiş 0,2704 ha ölçüdə həmin torpaq sahəsi və ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasını bütövlükdə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı qismində girov qoymaqla illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə 7.000.000 (yeddi milyon) manat kreditin alınmasına dair 4 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi bağlanmasına, həmçinin, kredit xətti müqaviləsinin ipoteka predmetləri girov qismindəsaxlanılmaqla kredit xəttinin 3.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında həmin kredit müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 10.000.000 manata çatdırılmasına nail olub, həmçinin, binanın 3-cü mərtəbəsində yerləşməklə sahəsi 61 m2 olan mağazanı 28 aprel 2014-cü il tarixli MŞ-M/28-04 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs22 120.000 manata satmaqla, bundan sonra, kredit xəttinin 4.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 14.000.000 manata çatdırılmasına nail olub, ayrı-ayrı vaxtlarda verdiyi ödəniş tapşırıqları əsasında həmin məbləğin əvvəlki dövrlərdə alınmış kreditin və ona hesablanmış faizlərin, habelə, inşaat işləri üzrə təsərrüfat xarakterli və sair ödənişlərə yönəldilməsindən, Zərərçəkmiş şəxs1 01 fevral 2010-cu il tarixli S-M/01-02 nömrəli müqavilə əsasında satılmış, binanın 1ci mərtəbəsində yerləşən sahəsi 61,2 m2 olan 9 nömrəli mağazanın 31 m2 təşkil edən hissəsini 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs18 8 oktyabr 2012-ci il tarixli müqavilə əsasında satılmasını rəsmiləşdirib həmin müqavilənin də qüvvədə olmasına baxmayaraq, 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 30.000.000 manat, likvid dəyəri 26.000.000 manat məbləğində qiymətləndirilmiş həmin 0,2704 ha ölçüdə torpaq sahəsi və ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasını girov qoymaqla, xxxx ilə "xxxx" firmasının direktoru kimi ünvan 2 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması üçün illik 16 faizlə 17.000.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.835.966,67 manat kredit alınmasına dair 8 iyul 2015-ci il tarixdə **********658815 nömrəli kredit müqaviləsi bağlayıb, ayrılan kredit məbləğinin 1.930.660 manatını bankdan nağd qaydada şəxsən götürüb, qalan məbləğin isə 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi üzrə kredit borclarının və digər xərclərinin ödənilməsinə yönəldilməsinə nail olduqdan sonra ayrı-ayrı fiziki şəxslərin "xxxx" firmasından aldıqları sahələrin bankda girovda olmasını bildikdən sonra alıcıların özü barəsində şikayətlərinin qarşısını almaq və onlara satdığı əmlakların bankın girovluğundan geri qaytarılması görüntüsü yaratmaq üçün xxxx ilə "xxxx" firması arasında bağlanmış 8 iyul 2015-ci il tarixli **********658815 nömrəli kredit xətti və 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməməklə, "xxxx" firmasından 08.07.2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC "xxxx" Bankının xeyrinə tutulması, tutmanın 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 təşkil edən qeyri-yaşayış binasına yönləndirilməsi müəyyən olunmaqla, həmin hərəkətləri ilə kütləvi surətdə 22 nəfər zərər çəkmiş şəxsin, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X68, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs22 qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə, həmin əməlləri ilə fəaliyyətinə rəhbərlik etdiyi hüquqi şəxsin (təşkilatın) təsərrüfat və maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə qanunsuz kredit alaraq xxxxna külli miqdarda ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı verilmiş ittiham tam əsassızdır. Əslində heç bir cinayət törətməmişdir. Hər bir “zərər çəkmişlərin” istintaq zamanı istintaqa yanlış məlumatlar verməsi onun məhkəmə istintaqında məhkəməyə təqdim edəcəyim izahat və sənədlərlə, şahid ifadələri ilə öz təsdiqini tapacaqdır. Ona görə də zərərçəkənlər özləri gərək məhkəməyə hər şeyi düzgün bildirsinlər. Əslində bu işdə o və onun həyat yoldaşı zərər çəkmişdir, lakin işə cəlb edilməmişdir. Bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəkdir. Belə ki, "xxxx" firması inşaat işlərinə başlayanda, o, Ukrayna Respublikasında həyat yoldaşı Bəşirova Qalina ilə persona dizayn “Ukrresurs”, “Retronim and Raym” şirkətlərinin ortaq sahibi olmuşlar. Həmin şirkət vasitəsi ilə "xxxx" firmasının 2010-cu ilə qədər görülən inşaat işlərinin təminat işlərinin mal-material təhcizatı ilə əlaqədar 4.000.000 abş dollarından çox sərmayə qoyulmuşdur. Bütün bu sənədlər şirkətin baş mühasibi Bəşirov Adilin özü və onun tabeliyində olan işçiləri qeydiyyatdan keçmiş sənədlər ilə təsdiq edə bilərlər. Gələcəkdə məhkəmə iclaslarında həmin sənədləri məhkəməyə təqdim edəcəklər. İstintaq gedişində müstəntiq həmin sənədlərin vacib olmadığını söylədi. Şirkətin baş mühasibini ona ittiham aktını təqdim edənə qədər istintaqa qəbul etmədi. Baş mühasibi telefon ilə dindirib “müstəntiqin istintaqa bu cür münasibəti və zərər çəkmişlər sayılan şəxslərə də öz münasibətini bügünə kimi bildirməyib. Əslində isə bütün istintaqın gedişi, kredit müqavilələrinin imzalanması, vəsaitin xərclənməsi, bütün vergi yoxlamalarının aparılması, alqı-satqı müqavilələrin imzalanması, bağlanılan aktlar, maliyyə arayışlarının verilməsi, alınan pulları məqsəd ilə şirkətin işlərinə xərclənməsi bir başa baş mühasib və onun işçiləri tərəfindən həyata keçirilmişdir. Burada bir cinayət əməli yoxdur, Müstəntiq öz məqsədinə nail olmaqdan ötrü onu qorxudub, sonra ondan bu işlərdən xəbəri olmadığı barədə telefon vasitəsi ilə izahat alıb. Ancaq bizdə bunu təqzib edən bütün sənədlər və şahid ifadələri vardır. Məhkəmədən xahiş edirəm ki, hər bir şəxs "xxxx" firmasından aldığı yerə görə özü şəxsən izahat versin və nədən zərər çəkdiyini izah etsin. İddianı mənə qarşı yönəltməyi kimin onları vadar etdiyini məhkəməyə izah etsin. Həmin şəxslərdən xahiş edirəm ki, bu obyektdən yer almaqda əsl məqsədlərini məhkəməyə izah etsinlər. Məhkəmədən xahiş edirəm ki, mənə və “zərər çəkmiş” şəxslərə izah etsin ki, məhkəmə sonunda həmin şəxsləri zərər çəkmiş qismində tanısa onlara dəymiş ziyan hansı vəsait hesabına ödəniləcək. Əgər həmin şəxslər məhkəmə qərarı ilə mülkiyyət hüququ alıb o zərər çəkmiş sayıla bilərlər. Bizim ailəmiz bu inşaata başlayanda 5.000.000$ bankda hesabımızda ailə üzvlərimizin adında vəsait, 10.000.000$ çox mülklərimiz var idi. Bundan bütün bu zərər çəkmişlərin və bank işçilərinin xəbəri var idi. Bu tipli kreditlər veriləndə kredit alanın biznes planı, girovu və ən əsas Azərbaycanda adət-ənənə almış bank sistemində zamin olmalıdır. Bu kredit Kapital Bankdan alınanda zamin qismində Mustafayev Akif olmuşdur. O, şəxsən Milli Bankın sədri Elman Rüstəmov ilə bu krediti 5,5% illik razılaşdırmışdı. Bunu mənə X71 filialının müdürü Adil Gözəlov söyləmişdi. İki il keçdikdən sonra həmin krediti geri tələb etməyə başladılar, "xxxx" şirkətinin təsisçisi X92 Mustafayev öz hüquq mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək cürbəcür orqana dəfələrlə çağırıb qorxu gəlmişdilər. Bu barədə həmin orqanların notarius təsdiqli qərarlarını məhkəmədə ehtiyac olunsa təqdim edərik. 2012-ci ildə ailəmizin kiçik qardaşı Bəşirov Asifə məxsus Səxavət Quliyev 7, ev 5,6 fərdi yaşayış evi dövlət planına düşdü. Həmin satışda X78 X79 küçəsindəki şöbəsində 1.000.000 $ pul aldı. X80 Arifin çətin vəziyyətində ona və onun şirkətinə fikirləşmədən bütün vəsaiti ticarət mərkəzinin işlərinin davam etdirilməsinə xərclənməsinə yönəltdi. Kredit Kapital Bank Səbail filialından götürüləndə zamin Mustafayev Akif və bankın müdürü Gözəlov Adil həmin ərəfədə bu obyektdən yer alan şəxslər barədə və müqavilələr barədə geniş məlumata malik idilər. Daha sonra 2013-cü ildə Kapital Bankın idarə heyətində dəyişiklik olduqdan sonra qardaşımı həmin Banka dəvət etdilər və ona bu bankda bu cür zamin və bu problemlə qalmağı məsləhət görmədilər. 2013-cü ilin axırına qədər vaxt verdilər. Bu arada mən ayrı banklar ilə danışıqlar aparmağa başladım. Uzun danışıqlardan sonra bir iş adamı mənə Xalq Bank ilə bu layihəni maliyyələşdirəcəyini söylədi. Mən həmin zaminə və Xalq Bankın nümayəndələrinə bu obyektdən yer alanların müqavilələrini təqdim etdim. Xalq Bank bu kreditin Kapital Bankın işçiləri ilə də aylarla bütün dərinliklərini əminəm ki, müzakirə etmişdilər. Xalq Banka şirkətimiz tərəfindən biznes-plan təqdim edildi. Biznes plana əsasən 2014-cü ilin axırına X56 ilə Mars–M şirkəti arasında bağlanmış müqaviləyə əsasən Fransanın 26 şirkəti brend markalarını ticarət mərkəzində paltarları satışı təşkil ediləcək idi. Vivarti qrupu Evronaqa, Zara, Mango, Beneton markalarıla bir tutulan marka sayılır. Həmin şirkətin tələbinə uyğun bir il ərzində ticarət mərkəzi Xalq Bankdan ayrılan vəsaitdən məqsədinə uyğun təmir dizayn işləri aparıldı. 2014-cu ilin sentyabr ayının 4-də şirkətin yeganə təmsilçisi Bəşirov Arifin 47 yaşında qəfldən naməlum səbəbdən rəhmətə getməsi bizi çox sarsıtdı. 2014-cü ilin sonunda son tamamlanma işlərinə və Vivarti qrupa açılış üçün lazım olan malların göndərilməsi üçün 800.000 Azn qaranti məktubu verməsini xahiş etdik. Sonunda Bankdan məni və mərhum qardaşımın həyat yoldaşı Bəşirova Arzunu və onun azyaşlı varisi Bəşirov Bəşiri aldadaraq şirkətin 80%-i mənim adıma keçirilirsə həmin vəsaiti ayrılacağını bildirdilər. Biz çixilmaz vəziyyətdə Azərbaycan Respublikasının qəyyumluq haqqında qanununun tələblərinə zid olaraq şirkətin 80 % mənim adıma keçirtdik. Səənədləri banka təqdim etdikdə həmin bankın kredit şöbəsinin müdürü Kamran ona əvvəllər təqdim etdiyimiz Biznes planını bizə geri qaytardı. Bildirdi ki, biz sizə krediti biznes-plan kimi lahiyyə kimi baxmamışıq. Zaminlərin istəyi ilə vəsait ayırmışıq. Yəni artıq zaminlər sizə maliyyə dəstəyini durdurulmasını istəyirlər. Bu arada şəhərdə Mustafayev Akifin iş adamları arasında bu obyektin onun olduğunu bildirirdi. Mənim isə formal olaraq onun işlərini aparmağımı söyləyirdi. Bu barədə Ağazadə Afət də xəbərdar idi. Özü mənə bu barədə şəxsən söyləmişdi. 2015-ci ilin əvvəlində Bankdan mənə böyük təziqlər başladı. Bankın direktoru Elxan məni dəvət etdi kabinetinə. Söylədi ki, bu işin çıxış yolu var. X44 böyük biznes imperiyası, ticarət mərkəzi olan azərbaycanlıların bu obyektə maraq göstərdiyini söylədi. Mən bu məqsəd ilə Dubaya 3 günlüyünə həmin adamların yanına danışıqlara getdim. Məni Dubay aeroportunda onlardan biri roys-royl avtomobili ilə qarşılayıb onların şəhərdəki ofisinə gətirdilər. Birinci gün danışıqlarından məlum oldu ki, onların təklifi 40 mln dollar, həmin günki şərtlərinə görə 10.000.000 azn qiymətləndirilsin. Bankın faizini bunlar ödəsin. Biznesi mən davam edim, hansı ki, zaminlər və bank tərəfindən əngəllənəcək və bu şərtlər ilə şirkətin 50 % bu başdan onların adına dövr edim. Mən bir söz demədim, dedim yaxşı təklifdir, geri dönüb onlara bir cavab verərəm. Onların ofisində 3 gün ərzində heç bir biznes mühitinin olmadığına şahid oldum. Onların icarədə olan bir otaqlı ofisində mən oturduğum masanın üzərində bir kağıza təsadüfi rast gəldim. O kağızda Leninqrad şəhərindəki bir neçə kioskun və mağazaların bunlara ödəniş cədvəli gözümə çarpdı. Geri qayıtdıqdan sonar mən bankın müdürünə bu barədə bildirdim. O əsəbləşdi, söylədi ki, onda başına çarə qıl. Bu arada məni bankın sədri Asim müəllim dəvət etdi, söylədi ki, şirkətin möhürü və imzası sənin əlində bir briliyantdır. Yoxsa sənlə ayrı cür rəftar edərdik. Mustafayev Akif yenə problem həll etmək üçün peyda oldu. Mənə 2015-ci ilin 07 iyul tarixində həyat yoldaşımın razılığı olmadan qanunsuz kredit müqaviləsi imzalatdırdı. Çox keçmədi ki, oktyabr 2015-ci ildə Akif Mustafayev Azərbaycandan ona qarşı bu işə bənzər çoxsaylı cinayət işlərinin təqibini görüb Azərbaycandan qaçdı. 2015-ci ilin noyabr ayında məni Xalq Bankın sədri Asim müəllim dəvət etdi. Öz kabinetində məni təhqir etdi, hədələdi, bildirdi ki, mən dələduzlara qoşulmuşdum. Amma məni onun ilə və həmin bank ilə həmin dələduz söylədiyi adamlar tanış etmişdi və onların zaminliyi ilə kredit xətti açılmışdı. Bügünki gündə də Xalq Bankın maraqlarına uyğun olaraq həmin dələduzları Mustafayev Akifin iddiası bir neçə məhkəmədə onun xeyrinə qərarlar verilir. Asim müəllim görüşdən sonra məni və baş mühasib Bəşirov Adili dəfələrlə korrupsiya idarəsinə dəvət etdilər. X57 bizim şirkət ilə əlaqəsi, bank ilə zaminlik əlaqələri barədə soruşuldu. Bu barədə X45 Akif ilə Mars-M və Təqsirləndirilən şəxs barəsində məhkəmə çəkişməsində mənim şahid ifadəsi vardır, həmin idarədə mənə Mustafayev Akifin 25 % Mars-M şirkətinin təsisçisi olması barəsində qeyri-qanunu Bəşirov Arif ilə alqı-satqı müqaviləsi göstərdilər. Mən bunun qeyri-qanunu olduğu və hazırkı məhkəmədə verdiyim ifadələri söylədim. Bir daha nə məni, nə də ki Bəşirov Adili bu işə görə o idarəyə dəvət etmədilər. 2015-ci il 07 iyulunda mənə qanunsuz kredit müqaviləsi imzaladanda bizim ofisdə keçmiş MTN işçisi Rövşən adlı şəxsi işə götürməyi məcbur etdilər və bütün işləri maliyyə, danışıqlar onunicazəsi olmadan görməyə icazə vermədilər. Təzə imzalanmış kredit müqaviləsinə əsasən son bir ildə faiz borcları sildirildi. Daha sonra təxminən 2.000.000 Azn vəsait bankdan alındı həmin pulun hara xərcləndiyini Mustafayev Akif və bankın nümayəndəsi Rövşən söyləsələr yaxşı olar. Onlar bundan daha çox məlumatlı olublar. Həmin vəsaitin alınması və xərclənməsi onların nəzarətində olub. Bu barədə həm bankın işçiləri, həm də ki, şirkətin bütün işçiləri xəbərdar idi. Onların izni olmadan nə bankda vəsait almaq olardı, nə də ki xərcləmək. Mustafayev Akif Azərbaycandan qaçandan sonda mənə elə gəldi ki, işlər yaxşılığa doğru gedir. Mən inzibati məhkəməyə müraciət etdim, lakin həmin işdə Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmə ilk dəfə ədalətli araşdırma aparsa da, sonradan Konstitusiya Məhkəməsinin qərarından sonra məhkəmələr heç bir araşdırma aparmadan, Xalq Bankın iddialarını təmin etdilər, sonda da Bankın sifarişi ilə onun barəsində bu cinayət işi açıldı. Halbuki, bankın əməkdaşları ipotekaya qoyulan əmlakın ayrı-ayrı vətəndaşlara satıldığını bilirdilər, əməkdaşlar dəfələrlə obyektdə olanda orada Qalibin aldığe qeyri-yaşayış sahəsinin aptek kimi işlədildiyinin şahidi də olmuşdurlar. Bundan əlavə Xalqbankın "xxxx" Fililalının kredit şöbəsinin müdiri Şahid1 ilk dəfə Mars-M MMC-yə kredit verilməsindən imtina etmişdir ki MMC-nin maliyyə vəziyyəti aşağıdır. Maliyyə ilini zərərlə başa vurub. Ona görə də bankın "xxxx" filialı 01.07.2015-ci ildə kreditin verilməsindən imtina etmişdir. Lakin buna baxmayaraq 1 gün sonra 02.07.2015-ci ildə bankın Böyük Kredit Komitəsi 17.000.000 dollar kredit verməsinə razılıq vermişdir. Bu da onu göstərir ki, "xxxx" fililal Mars-MMC-nin maliyyə vəziyyəti barədə xəbəri olduğu üçün krediti vermir, lakin böyük kredit komitəsi əsassız olaraq "xxxx" filialın mövqeyinə zidd olaraq kredit vermişdir. Yəqin ki burada yuxarıda adlarını göstərdiyim şəxslərin təsiri nəticəsində kredit verilmişdir. Çünki o kimdir ki, Böyük Kredit Komitəsindən kreditin ayrılmasına razılıq verməsinə nail ola bilsin. Bu hallar açıq-aydın təsirlər nəticəsində kreditin verilməsini və həmin kreditdən Mars MMC-yə cüzi bir məbləğ çatdığını, həmin məbləğ də qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmişdir. Ona görə də heç bir cinayət törətməmişdir, iş üzrə bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəməyə bildirmişdir ki, 1980-ci il tarixdə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra X97 Əliyev cənabları tərəfindən dövlət proqramı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə X46 konstruktor-modeler-texnoloq fakultəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra 1986-cı il tarixdə Bakı şəhərində Volodarski adına tikiş istehsalat birliyinə təyinat almışdır. Onun rəhbərliyi altında yaradılan gənclər kollektivi tərəfindən qısa müddətdə müəssədə uzun müddətdən yığılmış xam mallardan həminki dövrün tələblərinə uyğun modellər hazırlandı və sənaye tədbiq olunaraq müəssisəni iqtisadi böhrandan çıxartdı. Bunun sədasını SSSR-nin X35 Komitəsinin katibi xanım Bityukova bu təcrübəni görməkdən ötəri onların kollektivini ziyarət etmək və bunu SSSR-i məkanında Yüngül Sənaye müəssisələrinə tədbiq etmək tapşırığı verir. X88 nazirinin tapşırığı ilə ona nazirliyin bütün müəssisələrində qabaqcıl texnologiyaların tədbiqi, müasir avadanlıqların alınması tapşırığı verilir. Onun rəhbərliyi altında 1992-ci il tarixdə Goranboy rayonunda 100 nəfərlik iş yeri olmaqla 60-a yaxın tikiş avadanlıqları ilə təchiz olunmuş tikiş fabriki məcburi köçkünlərin istifadəsinə verilir. Bütün avadanlıqlar rəhbərlik etdiyi müəssisənin vəsaiti hesabına maliyyələşdirildi. Eyni müəssisə həmin həcmdə Lerik rayonunda yaradıldı. O, Bakı şəhərində gücü 7000 t. pambıq iplik istehsal edən pambıq-əyriçi fabrikasının 3 il ərzində “açarlar təslimi” istismara verilməsinə rəhbərlik etmişdir. Bütün avadanlıqlar İsveçrədən gətirildi. Eyni müəssisəni Tadjikistan və Özbəkistan Respublikalarında gərçəkləşdirdi. İstehsal etdiyi məhsullar MDB məkanında sataraq əvəzində qarşılığında Azərbaycana, İİR, Türkiyəyə metal, taxta, sənaye, ərzaq məhsulları idxal-ixrac əməliyyatları keçirirdi. Əldə olunan gəlirdən qanunvericiliyin tələbinə uyğun vergi ödənişləri, xeyriyə işləri, Müdafiə Nazirliyinə mütəmadi olaraq yardımlar edirdi (“Ural” markalı 03 ədəd zirehli yük maşını, 01 ədəd “Niva” markalı avtomaşın, çoxlu miqdarda istehsal etdikləri isti corablar və kurklər). Şuşa şəhərinin işğalı zamanı oradan oğurlanmış erməni quldurları tərəfindən görkəmli Azərbaycan mədəniyyət xadimlərinin tungdən bustlərini (Natəvan, Üzeyir Hacıbəyov, Bül-Bül) X58 bəyin ona ünvanladığı məktub əsasında bustlərin Bakıya gətirilməsi ilə əlaqədar təşkilatı və maliyyə işləri ona tapşırıldı. Gürcüstan Respublikasının məxvi orqanlarının vasitəçiliyi ilə bustləri Vətənə qaytarmağa nail olmuşdur. Bakı Dəniz Limanında Logistika mərkəzi yaratdı. Orta Asiyadan, Rusiyadan, Ukraynadan, İİR-dən, Türkiyədən qarşılıqlı malların nəqliyyatını dəmir yolu, gəmi və avtomobillərlə, konteynerlə təşkil etmişdir. Balanslarında 60 ədəd 40 futluq konteyner təsərrüfatı yaradıldı. O, Heydər Əliyev adına neft-yağ istehsalat birliyinin işçiləri üçün 03 ədəd 4 bloklu Xətai rayonu ərazisində yaşayış binalarının Gürcüstan Respublikasından gətirdiyi dəmirbeton konstruksiyaları gürcü mütəxəssisləri tərəfindən inşa edib təhvil verilməsində rəhbərlik etmişdir. Əldə olunmuş gəlirlərdən Neftçilər 79 ünvanında yerləşən 10 sot torpaq sahəsində olan binanın Bakı İcra hakiminin sərəncamı ilə 4500 m2 sahəsi olan 80 otaqlıq otel lahiyəsini tamamlanmasına 1996-cı ildə nail olmuşdur. İqtisadi böhran bütün MDB məkanını bürüdüyündən layihələrini başa çatdırmaq mümkün olmadı. 33 yaşlı bir gəncin bu uğurları, bəzi qısganc məmurların və həminki dövrdə hüquq mühafizə orqanlarında işləyən Azərbaycan gənclərinin uğurlu biznes adamlarını müxtəlif böhtanlarla ya bizneslərini əllərindən almaqla ya da ki, Respublikadan kənarlara qovmaqla təhtidləri başladı. Barəsində əsassız açılmış cinayət təqibi bütün biznes strukturlarını bağlamaq, mülki olanların isə iş fəaliyyətini dondurmaq qərarına gəldi. Yaranmış vəziyyətdə hüquq təhsilini artırmaqla qanunvericilikdə olan boşluqlardan məharətlə istifadə etməyə cəhd edən məmurları ifşa etmək üçün Ukrayna Respublikasının Milli Hüquq Akademiyasının hüquq fakultəsinə 1998-ci il tarixdə qəbul oldu. 2003-cü il tarixdə hüquqşünas diplomunu aldı. Oxuduğu dövrdə Ukrayna qanunvericiliyinə uyğun biznes fəaliyyəti qurdu. Biznes ilə yanaşı Ukraynada 500.000 minə yaxın azərbaycanlının yaşadığını öyrəndi. Onlara qarşı orada müxtəlif qurumlar tərəfindən haqsızlıqlar, cinayətkar qruplaşmalar tərəfindən təhtidlər, haqsız tələblər, Azərbaycan mədəniyyətindən, milli dəyərlərdən uzaq olduqlarından canlı şahidi oldu. Onların təşkilatlanmasında, maariflənməsində Ölkələr arasında yeni münasibətlərin yaranmasında pərəkanda düşmüş azərbaycanlıların X97 Əliyevin təşəbbüsu ilə yaradılmış Dünya Azərbaycanlılarının həmrəyliyi şuarı altında birləşməsi vacibliyini özünə əsas vəzifə bildi. AR Ukraynadakı Kiyev şəhərində yerləşən səfiri cənab Tələt Əliyevlə görüşmüş, fikirlərini ona söylədi. Cənab səfir 2000-ci il tarixdə onu ictimai əsaslarla AR Ukraynadakı səfirin diaspora üzrə müşaviri vəzifəsinə təyin etdi. Həmin dövrlərdə Ukraynada Azərbaycan Diasporasının formalaşmasında onun fəal iştirakı olub. Öz vəsaiti hesabına Ukraynanın Dnevropetrovsk şəhərində 2 mərtəbəli Azərbaycanlıların diasporası üçün inşa etmişdir. Həmin binada səfirlik tərəfindən aldığı bütün Azərbaycan dövlətinə mənsub olan atributları yerləşdirdi. Dövlətimizin rəsmi bayramlarını regionda yaşayan azərbaycanlıların və ayrı vilayətlərdən dəvət olunan azərbaycanlıların və Dnepr şəhərinin rəsmi dairələrindəki dövlət qulluqçularının iştirakı ilə iclaslar və bayram şənlikləri öz vəsaiti hesabına keçirirdi. 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezident Seçkilərinin Ukraynanın cənubi vilayətlərində həmin Azərbaycan evində səfirliyinin nümayəndələri ilə təşkil olunmuş seçki məntəqəsi kimi fəaliyyət göstərdi. Bundan başqa Azərbaycan Respublikasından gələn biznes adamlarını Ukrayna biznesmenləri ilə tanışlıq edir, hüquqi yardımlar göstərirdi. X97 Əliyev cənablarının 2001-ci il tarixdə Yalta səfərində Ukraynada yaşayan Azərbaycan Diasporun fəalları ilə Azərbaycandan gələn bir neçə nazir və müxtəlif dövlət qulluqçularının iştirakı ilə işgüzar tədbirdə fəal iştirakı və çıxışı olub. Sumqayıt Boru Prokat zavodunun istehsal etdiyi neft borularının xam maddəsinin Dnepr şəhərində yerləşən DTZ boru zavodunda yeni texniki şərtlərlə maya dəyərini 150 USD/tn olmaqla aşağı salınmasında Sumqayıt Boru zavoduna köməklik göstərdi, nəticədə Azərbaycan müəssisəsi milyonlarla gəlir əldə etmiş oldu. 2004-cü il may ayından 2005-ci il avqust ayına qədər Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə barəsində əsassız açılmış cinayət işinə bəraət almışdır. Aldığı bəraətə görə dövlətdən kompensasiya tələbi ilə heç bir iddia qaldırmadı. Bakı şəhəri Azneft meydanı Neftçilər prospekti 79 ünvanında yerləşən onun ailə üzvlərinə məxsus 4500 m2 sahədə 10 sot torpaq sahəsində yerləşən 1994-cü il Bakı şəhəri İcra Hakimiyyəti sərəncamı ilə icazə verilmiş 80 faiz bitmiş otelin şəhərin müasir tələblərinə uyğun gəlmədiyindən onun yerində yeni “Four Season” otelin tikintisi nəzərdə tutulduğundan həmin yeri İqtisadi İnkişaf naziri Heydər Babayevin vasitəçiliyi ilə 4.000.000 AZN qarşılığında və S.Vurğun 120 ünvanında yerləşən 20 sot torpaq sahəsində Mars-M firmasına 3 bloklu 16 mərtəbəli binanın inşasına bütün hüquqi sənədlərin verilməsinə söz verildi. Həminki dövrdə o mülkin gərçək bazar dəyəri 10.000.000 ABŞ dolları idi. X36 naziri işdən azad edildi və onun vədləri yerinə yetirilmədi. Evlidir, 2 övladı var. Himayəsində bir 4 aylıq Mikayıl oğlu var, əvvəllər məhkum olunmayıb. AR CM-nin 195.2 və 308.2-ci maddələri ilə o, uydurma ittihamlarla təqsirləndirilərək, 8 aydır ki, istintaq təcridxanasında saxlanılır. 7 aydan artıq davam edən məhkəmə prosesi zamanı tərəfindən məhkəməyə təqdim etdiyi vəsatətlərin heç biri təmin edilməmiş qalmışdır. O vəsatətlər xeyrinə və işin gərçək hallarını, şahidlərin dindirilməsini təmin edilməsini və əlavə sübutların tələb edilməsi ilə bağlı idi. İttiham aktını tərtib edən orqan gərçək cinayəti ört-basdır etmək üçün ədaləti və həqiqəti çeynəyib. Ədalətsizlik qapıdan girincə həqiqət pozular. Ədalət qızıldır, sübut edilə bilməyən iş axırı boşa çıxır. Hər kəs ədaləti özü qərar verərsə, həqiqət ört-basdır edilər. Ədalət ancaq ona qarşı verilmiş uydurma ittiham ifşa olunanda bərgərar olar. Ədalətin qılıncı o qədər itidir ki, onun qarşısını almaq istəyənin əlini kəsər. Müdafiəçisinin müdafiə çıxışında ona qarşı ittihamın dəlillərini çıxışının 5,6,7,8,9,10,11,12,13,14 bəndlərində şərh etmişdir. Cinayət işinin açılmasına səbəb 05.12.2009-cu il tarixli MRF/05-12 müqavilə əsasında Zərərçəkmiş şəxs11 ilə "xxxx" firmasının müqaviləsi məhkəmə mübahisələndirilməsi zamanı xüsusi qərardadı və bankın şikayəti olmuşdur. Məhkəmə prosesində "xxxx" ASC-nin vəkili 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 saylı qətnaməsi ilə qanuni qüvvəyə minmiş qərarı və icra vərəqəsi verilməsini bildirmiş, "xxxx" ASC-nin heç bir zərər çəkmədiyini bildirmişdir. Öz çıxışında qeyd etmişdir ki, həmin zərərçəkmişlər "xxxx" firmasının və onun vəzifəli şəxsləri ilə əlbir olmaqla qanuni qüvvədə olan məhkəmə qərarını dolayısı ilə hazırki icraatda mübahisələndirmək istəyirlər. Zərərçəkmiş şəxs11 gəldikdə məhkəmə prosesində ifadələrində bildirmişdir ki, aldığı yeri tam təmir etmiş və 2013-cü ildən dukanın qarşısında icarəyə verilməsi barədə məlumat və öz telefonlarını da yazmışdır. 2013-cü il tarixdən bank əməkdaşlarının keçirdiyi monitoringlər zamanı bu məlumatlar onların diqqətindən yayınır. 2015-ci ildən Zərərçəkmiş şəxs11 rəhbərliyi altında ticarət mərkəzində yer almış 10-a yaxın mülk sahibləri sosial şəbəkələrdə “Yasmin ticarət mərkəzi” adlı qrup yaradır. Həmin qrupda kimin daha bu mərkəzdə yer alması, birləşib "xxxx" firması ilə birlikdə mübarizə aparmaq çağırışları edirlər. Bu fakt da Ticarət mərkəzində yerləşdirilmiş Rövşən Babayevin və bankın işçilərinin diqqətindən yayınır. Həmin dövrdə artıq onlara məlum idi ki, Zərərçəkmiş şəxs11 "xxxx" ASC-nin “kontr-agenti” olaraq bu işləri aparır. Özünü təmizə çıxartmaq üçün əsassız olaraq "xxxx" ASC-yə qarşı iddia qaldırdı və nəticədə xüsusi qərardad alaraq cinayət işi başlanıldı ki, bu isə də "xxxx" ASC şikayət ərizəsi ilə qoşuldu. Məhkəməyə təqdim etdiyi ancaq baxılmadan qalmış 24.10.2019-cu il tarixli vəsatətində qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən "xxxx" firmasının və 22 “vicdanlı alıcı” məxsus mülklərə qarşı yönəldilən cinayətin faktiki barəsində ifadələrində Zərərçəkmiş şəxs11 həmin cinayətkar birliyin məqsədlərinə çatmaq üçün bu əməlləri törətmişdir. (qoşma-06 vərəq). Barəsində açılmış CM-nin 308.2-ci maddəsinin tam əsassız və uydurma olmasını müdafiəçisinin 14.01.2020-ci il tarixindəki çıxışının 131-151-ci bəndlərində tam sübuta yetirilmişdir. Eyni zamanda həm bankın vəkili, həm də 22 zərərçəkmiş şəxslərin müdafiəçiləri çıxışlarında bu maddələr ilə ona qarşı ittihamın əsassız olmasını bildirmişlər. AR CPM-nin 126.2-ci maddəsi: yalnız o ifadələr sübut kimi hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. AR CM-nin 195.2-ci maddəsi ilə barəsində irəli sürülmüş uydurma ittihamın gərçək halları tamamı ilə ittihamda yazıldığı kimi deyil. 08 iyul 2015-ci il tarixli "xxxx" ASC ilə "xxxx" firması arasındakı kredit xəttinin açılmasına səbəb 2015-ci il fevral ayında baş vermiş devalvasiya nəticəsində maliyyə bazarındakı qeyri sabitlikdən sui-istifadə edən "xxxx" ASC-nin vəzifəli şəxsləri və Akif Mustafayevin əmredici təhtidləri nəticəsində 02 iyul 2015-ci il tarixdə 410 nömrəli banka ünvanladıqları məktub əsas olmuşdur (qoşma 2 vərəq). Məhkəmə prosesində şahid qismində ifadə verən "xxxx" ASC-nin nümayəndəsi bildirmişdir ki, 02 iyul 2015-ci il tarixli "xxxx" firmasının maliyyə vəziyyəti çətin olduğundan əlavə kredit verilməsi baş filialın kredit komitəsi tərəfindən imtina verilmişdir. Lakin onlara təqdim olunan sənədlər və imtina qərarı nə istintaq orqanına, nə də məhkəməyə təqdim olunmamışdır. Buna baxmayaraq bir neçə gün sonra "xxxx" ASC-nin böyük kredit komitəsi tərəfindən əlavə kredit ayrılması qərarı verilir. Kimləri ki heç tanımıram və onlara heç bir rəsmi məlumatlar ünvanlamamışam. Nə səbəbdən? Hansı məlumatların əsasında? Bu barədə də nə istintaq orqanına, nə də ki, məhkəmə araşdırması zamanı heç bir sənəd təqdim edilməmişdir. O hansı məlumatlardır ki, "xxxx" ASC vəzifəli şəxslərin iradəsinə təsir göstərməklə "xxxx" firması ilə "xxxx" ASC arasındakı 04.10.2013-cü il tarixli **********30113 nömrəli kredit xəttinin 14.000.000 manat olmuş 9 aydan artıq faiz borclarını ödəyə bilməyən bir müştərini yeni 08.07.2015-ci il tarixli **********658815 nömrəli kredit xəttinin açılmasına məcbur edir. 04.10.2013-cü il tarixli müqavilənin şərtlərinə görə 3 ay faizləri ödəyə bilməyən müştəri məhkəmə qaydasında əsas borc qoymuş girova yönəlməli idi. Bu fakt bir daha onu sübut edir ki, "xxxx" ASC-nin vəzifəli şəxslərinin məqsədi verilən kreditin geri qaytarmaq deyil, qoyulmuş 16.040 m2 girovun və əlavə 22 nəfər fiziki şəxslərin 2000 m2 olan mülki və qalan "xxxx" firmasının 3000 m2 əlavə mülkini ələ keçirmək olub. İş materiallarından 15 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" firması tərfindən inşa edilən qeyri-yaşayış binası 09 iyul 2008-ci il tarixli 327 nömrəli Bakı şəhəri Nərimanov RİH tərəfindən sərəncam verilmiş, 09 iyul 2010-cu il tarixli 18/03-8/1567 məktubu ilə işçi lahiyəsi razılaşdırılmışdır. Həmin mütəxəssis rəyində ümumi sahənin 20.684,6 m2 olduğu bildirilmiş, bazar dəyərini isə 31.854,284 manat olduğunu şərh etmişdir. AR ƏMDK yanında DƏDRX-dən daxil olmuş 26.08.2018-ci il tarixli **********75 nömrəli arayışdan görünür ki, S.Vurğun 120 ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi (0,2704 ha) qeydiyyatdan keçmişdir. Nə səbəbdən Reyestr Xidməti qeyri-yaşayış sahəsi barədə heç bir məlumat vermir və girova qoyulmuş arayış barədə heç bir xəbər, məlumat vermir? 07.07.2015-ci il tarixində "xxxx" ASC-nin vəzifəli şəxslərinin tələbi ilə MA seriyalı, ******* nömrəli, 0,2704 ha "xxxx" firmasının mülkiyyətində 04.10.2013-cü il tarixdən "xxxx" ASC-də girovda olan çıxarışın əslini bankın nümayəndələrinin müşaiəti ilə DƏDRX-nə təhvil verildi (qoşma-1 vər.). Nə səbəbdən? Məqsəd nə olub? Həmin dövrdəki qanunun tələbinə görə girov qoyulan əmlaka reyestrdən vahid çıxarış əsasında qoyula bilərdi. Yəni DƏDRX-i tərəfindən "xxxx" firmasının bitmiş inzibati binasına layihəyə uyğun texniki pasport tərtib etməklə mərtəbələrdəki ölçüləri təsvir edərək vahid çıxarış verməli idi. Veriləcək vahid çıxarış 08.07.2015-ci il tarixli kredit xəttinin açılmasına səbəb ola bilərdi. 20.04.2018-ci il tarixli Bakı şəhəri 14 saylı notariat kontoruna müraciətləri əsasında "xxxx" firmasının ünvan 6 ünvanındakı mülkiyyəti haqqında arayışdan görünür ki, 04.10.2013-cü il tarixli ipoteka yüklüyü hələ də qüvvədədir. Ondan başqa iddia qaldırmış bir neçə mülk sahiblərinin icranın təmini tədbiri ilə əlaqədar mülkin üzərinə həbs qoyulmuşdur (qoşma – 1 vər.). Bu bir daha sübut edir ki, o, 2015-ci il tarixdə "xxxx" ASC tərəfindən açılmış kredit xəttinə bilə-bilə yalan məlumat verməmişdir. Bu əməlləri ancaq "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən və Akif Mustafayev tərəfindən sabit cinayətkar qrupun gələcək planlarının sona yetirməyə açmışdır. 2015-ci ilin oktyabr ayında hamıya məlum MTN işi başlayanda Akif Mustafayev Azərbaycanı dərhal tərk etdi. Onun evində aparılmış axtarış nəticəsində tapılan sənədləri içində "xxxx" firmasının 25% təsisçilik pay sənədi tapılmışdır. Bu işlə əlaqədar onu korrupsiya idarəsinə dəvət edərkən göstərdilər. 2018-ci ilin oktyabr ayında "xxxx" ASC, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və icra vərəqəsi aldıqdan sonra, sabit cinayətkar qrupun Azərbaycandakı üzvləri Akif Mustafayevin axtarışda olmasına baxmayaraq qeyri-qanuni əldə etmiş, qalan təsisçilərin razılığı olmadan "xxxx" firmasının 25% payına vicdansız sahibçiliyə nail olmağa Səbail Rayon Məhkəməsindən qərar almağa nail olmuşdurlar. 08.07.2015-ci il tarixdə "xxxx" ASC tərəfindən açılmış kredit xəttinin hüquqi əsaslarına gəldikdə bankın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "xxxx" firmasına həmin kredit xəttini əvvəlki kredit xəttinin hüquq normalarını qanunvericiliyinin tələblərini ciddi pozaraq "xxxx" firmasını yaranmış böhrandan istifadə edərək həmin kredit xəttini imzalamağa məcbur etmişdilər. “Qanunsuz” açılmış kredit xəttini təyinatı üzrə istifadə etməsinə "xxxx" firmasına "xxxx" ASC-nin əməkdaşı X32 05.07.2015-ci il tarixində 48 nömrəli əmri ilə təyin edilməsi nail olmuşdurlar. Onun vəzifə səlahiyyətləri ticarət mərkəzində tikinti işlərini planlaşdırmaq və maliyyələşdirilməsi üzrə mütəxəssis idi. Əfsuslar olsun ki, 08.10.2019-cu il tarixli vəsatətində onu və digər şahidləri məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilməsi baxılmadan qalmış və təmin edilməmişdir (qoşma-4 vər.). 1.645.933,19 manat kredit faizləri; 2.623.579,18 manat vaxtı keçmiş borcu; 70.200 manat əmlak sığortası. İradələrinə zidd olaraq açılmış kredit xəttindən həmin müddətdə manatın məzənnəsi qeyri stabil olduğundan banka sərf edən zaman konvertasiya edib onlara manat ilə verdiyi məbləğ 1.930.660 manat, qalan hissəsi isə 17.835.966,67 manat (17.000.000 ABŞ dolları) almış əsas kredit xəttindən 15.905.306 manatı 04.10.2013-cü il tarixində alınmış kredit xəttinin ödənişi edilmişdir. Baxmayaraq ki, həmin müqavilənin müddəti 04.10.2018-ci il tarixdə bitirdi. Qoşma sənədlərdə 08.07.2015-ci il tarixli kredit xəttinə əsasən banka ünvanlanmış sifarişlərdən görünür ki, bankın "xxxx" firmasındakı nümayəndəsi Rövşən Babayev həmin sifariş məktublarının arxasında dərkənar qoyaraq “məlumatlıyam” və tarix, imza atmışdır (qoşma – 4 vər.). Cinayət işi üzrə təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının 15 may 2019cu il tarixli 7511 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı 08.07.2015-ci il tarixli **********58815 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə almaqla 04.10.2018-ci il tarixə "xxxx" firması "xxxx" ASC-yə olan əsas borc 17.835.965.67 manat təşkil etmişdir. (cild 05). İttihamın dəlillərindən biri də təsərrüfat fəaliyyəti barədə banka bilə-bilə yalan məlumatlar vermə olmuşdur. Təşkilatın təsərrüfat və ya maliyyə vəziyyəti haqqında məlumatlar dedikdə elə göstəricilər başa düşülür ki, onlar qüvvədə olan normativ-hüquqi aktlara və mövcud təcrübəyə əsasən kreditorun iradəsinə təsir göstərməklə kredit verilməsi barədə qərar qəbul edilməsinə səbəb olur. Bu məlumatlar aşağıdakılara aid edilə bilər: -təşkilatın balansı haqqında məlumatlar; - təşkilatın mədaxil-məxaric haqqında məlumatlar; - təşkilatın əsas və dövriyyə vəsaitləri və bütovlükdə mülkiyyəti haqqında məlumatlar; -əmlak hüquqları və öhdəlikləri haqqında məlumatlar; -məhsul alınması və ya xidmət göstərilməsi ilə əlaqədar sifarişlərin olub-olmaması haqqında məlumatlar. Göstərilən məlumatlarl aşkar surətdə yalan olması aşağıdakılarda ifadə olunur: -müvafiq sənədlərə şüurlu surətdə onun məna və ya məzmununu təhrif edən məlumatlar daxil edilir və ya faktiki xarakterli məlumatlar tam əks olunmur; -onlara şüurlu surətdə düzgün olmayan məlumatlar əsasında qiymət verilir. Kreditora bilə-bilə yalan məlumat verilməsi həmin məlumatların normativ-hüquqi akt üzrə zəruri olan formada kredit haqqında qərar qəbul edən şəxsə təqdim edilməsi nəzərdə tutulur. Bu məlumatlarda zəruri rekvizitlər məlumatın konkret şəxs tərəfindən verilməsini və onun iradəsini ifadə etməsini göstərən habelə məhsul şəxsin imzasını təsdiq edən digər əlamətlər əks olunur. Göstərilən məlumatları kredit haqqında qərar qəbul edən şəxsə çatdırılması vaxtı qaydası və forması kredit müqaviləsi ilə əlaqədar münasibətləri nizama salan mülki qanunvericilik normaları ilə müəyyən olunur. İşin həqiqi halları ilə tamamilə sübuta yetirilir ki, onun tərəfindən "xxxx" ASC-yə heç bir yalan məlumat verməmişdir. Belə yalan məlumatların məhkəmə istintaqı zamanı "xxxx" ASC-nin vəkilindən bankın məhkəməyə təqdim edilməsi bildikdə o, bunun mümkünsüzlüynü bildirmişdir. Bəlkə belə məlumatlar yoxluğundan təqdim edilməsi mümkün olmamışdır. "xxxx" ASC tərəfindən 04.10.2013-cü il tarixli kredit xəttinin açılmasına hüquqi əsasları 03.09.2013-cü il tarixli "xxxx" firması təsisçisinin qərarı "xxxx" firmasının "xxxx" ASC-yə müraciəti olmuşdur. Bundan sonra "xxxx" ASC tərəfindən yönəldilən “Roveks Konmark” konsalting şirkəti tərəfindən verilmiş rəy olmuşdur. Bazar dəyəri 23.000.000 manat, likvid dəyəri 19.000.000 manat məbləğində qiymətləndirilmiş 0,2704 ha ölçüdə həmin torpaq sahəsi və ümumi sahəsi 16100,5 m2 olan qeyri-yaşayış binası kredit müqaviləsinin təminatı qismində girov qoyulmuşdur. Həmin sənədlərə nəzər yetirəndə biləbilə yalan məlumatları "xxxx" firması tərəfindən verilməmişdir. Belə ki, "xxxx" ASC-nin sifarişi əsasında həmin bankda akkredetasiya almış “Roveks Konmark” konsalting şirkətinin verdiyi rəy 04.10.2013-cü il "xxxx" ASC tərəfindən "xxxx" firmasına 10.000.000 manat kredit xəttinin açılmasına səbəb olmuşdur. "xxxx" firması tərəfindən həmin şirkətə Bakı İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş lahiyənin əslini və S.Vurğun 120 ünvanında inşaatı bitmiş dam örtüyü bağlanmış binaya baxış keçirmək şəraiti yaradılmışdır. Həmin şirkətin rəyindən görünür ki, ekspert lahiyə ilə tanış olub, yerində baxış keçirib. Lahiyədə olan 8 mərtəbə deyil, 5 mərtəbə və zirzəmi qeydə alıb. Müqayisəli qiymətləndirmə əsasında yaxınlıqdakı 9000 m2 sahəni 25.000.000 manata satıldığı halda onların gərçək 20.480 m2 deyil. 16.043 m2 sahəyə 23.000.000 manat qiymət təyin etmişdir. (həminki gün məzənnəsi ilə 30.000.000 ABŞ dolları). Rəydəki qiymətləndirmə tapşırığında olan qeydlərdə “lahiyənin fərdi, mərtəbə 5 və zirzəmi, fasad alkapon, sahə 16.043 m2, tikinti təmirsiz, lift yox, artırma yox, zəbt yox, icazəsiz tikinti yox” qeydləri aparmışdır. Bununla belə nəticəyə gəlmək olur ki, "xxxx" ASC girova ancaq 16.043 m2 götürməyi nəzərdə tuturdu. Yuxarıda qeyd etdiyi ifadələrində və (qoşma 36 vər.) sənədlərdə bankın nümayəndələrinin mütəmadi surətdə apardığı monitorinqlərinin nəticələrindən görünür ki, alınmış vəsaitlər təyinatı üzrə xərclənmişdir və o, bilə-bilə banka yalan məlumatlar verməyib. Qanunsuz kredit alma təqsirkarın kredit almasının hüquqi əsaslarını müəyyən edən normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydaları qəsdən pozmaqla onu əldə etməsində ifadə olunur. Kreditdən təyinatı üzrə istifadə edilməməsi kreditin verilməsi haqqında qərardan nəzərdə tutulmuş şərtlərə zidd olaraq ondan istifadə edilməsində və ya həmin vəsaitlərdən aralıq mərhələlərdə gəlir əldə etmək üçün istifadə olunmasında ifadə olunan hərəkətlər mülkiyyət əleyhinə olan cinayətlər və ya vəzifə cinayətlərinin tərkibini yaratmadıqda CM-nin 195-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Mülki qanunvericiliklə nizama salınan münasibətlər çərçivəsində verilən kreditlər dövlət krediti hesab edilmir. "xxxx" ASC-dən aldıqları kredit dövlət krediti hesab edilmədiyindən mülki qanunvericiliklə nizama salınan münasibətlər çərçivəsində verilən kreditlərə aiddir. Müvafiq normativ-hüquqi aktlarda nə kredit verilməsi haqqında digər qərarlarda məqsədli dövlət kreditindən təyinatı üzrə istifadə edilməsi zəruri göstərilir. Verilmiş kreditdən göstərilən təyinat üzrə istifadə edilməməsi CM-nin 195-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. "xxxx" ASC tərəfindən "xxxx" firmasına kredit bir dəfəyə deyil, növbəliklə, həmçinin əvvəllər "xxxx" ASC-yə ünvanlanmış müraciətlərdə görüləcək işlərin adı, miqdarı, xərclənəcək məbləğ, müddət barədə məlumatlar ticarət mərkəzinin inşaat işlərinin və qiymətli avadanlıqların alınması, bəzək işlərinin aparılması, alınan avadanlıqların çatıdırılması, gömrük xərcləri və quraşdırılması məqsədi ilə verilmişdir. -"xxxx" ASC 5.448.447 03.10.2013 -"xxxx" ASC 16% 1.676.572 -Avadanlıq, inşaat və s. 7.879.981 ---------------- 14.000.000 AZN 08.07.2015 -Avadanlıq, mont---və s. 1.930.660 15.930.660 AZN Ümumilikdə "xxxx" ASC-dən "xxxx" firması 15.930.660 manat kredit almışdır və alınan krediti təyinatı üzrə xərcləmişdir. 08.07.2015-ci il tarixli **********58815/sim nömrəli sonrakı ipoteka müqaviləsinə səbəb “Roveks Konmark” konsalting şirkəti tərəfindən verilmiş ekspert rəyi əsas olmuşdur. "xxxx" ASC-nin sifarişi ilə aparılan ekspertiza eyni yalan məlumatları 2013-cü il tarixdə etdiyi ekspertizanı təkrarlayır, yalnız qiyməti 26.000.000 manat (15.000.000 ABŞ dolları) "xxxx" firmasının ziyanına edir. Bank əməkdaşları da bu məlumatlara göz yumur. Bütün bu dediklərindən belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC-də işləyən mütəxəssisləri onların müdafiəçisinin sözləri ilə desək “hər yoldan keçən” gəlib bu bankdan heç bir riyazi hesablamaları bilməyən, mütəxəssislərindən millyonlarla kredit ala bilər. Görəsən o kimlərin əmanətləridir ki, bu cur qeyri “peşəkar” menecerlərə onların əmanətlərini etibar ediblər. Əslində işin mahiyyəti bankın vəzifəli şəxsləri tərəfindən Akif Mustafayev kimi işbazların vasitəsi ilə banka onlara yardım etmək adı ilə sənədlərində saxtakarlıq etməklə mülklərini ələ keçirməkdən ibarət olmaqla cəlb edilməkdən ibarət olub. Mülki qaydada məsələ çətinliyə düşəndə sabit cinayətkar qrup öz imkanlarından məharətlə istifadə edərək açılmış cinayət işləri ilə məqsədlərinə çatmış olurlar. Məhkəmə qərarı cəza verməklə kifayətlənməməlidir, həqiqətin bərqərar olunması ədalət mühakiməsi ilə əhatə olunmalıdır. Bir daha "xxxx" ASC-yə barışıq sazişi təklif edir. Belə hal olarsa sazişin müddəti və məbləği barədə danışıqlar aparmaq olar. Göstərilənlərə əsasən, barəsində AR CM-nin 195.2 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq dövrü verdiyi və ittiham aktında qeyd edilmiş ifadəsi də elan edilmişdir. Elan edilmiş ifadəsinə əsasən Təqsirləndirilən şəxs göstərmişdir ki, 1985-ci ildə Rusiya Federasiyasında X14 İnstitutunun mühəndis-texnoloq fakültəsini bitirmişdir. Təhsilini başa vurandan sonra müəyyən müddət Bakı şəhərində müxtəlif zavod və fabriklərdə işləmiş, 1990-cı ildən isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. "xxxx" firması 1998-ci ildə mərhum qardaşı X60 və digərləri tərəfindən təsis edilməklə "xxxx" müstəqil kiçik dövlət müəssisəsinin bazasında yaradılmışdır. Firmanın ilk direktoru qohumu X61 olmuşdur. 2005-ci ildə həmin firmaya hüquqşünas təyin edilmişdir. Xudu Ağayevin 18 sentyabr 2008ci il tarixli əmri ilə firmanın inşaat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. X66 24 dekabr 2009-cu il tarixli 8 nömrəli əmri ilə firmanın müvəqqəti olaraq direktoru vəzifəsinə təyin edilmişdir. Direktor kimi müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə müəssisəni təmsil etmək, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin və azad etmək və sair səlahiyyətləri olmuşdur. Xudu Ağayev xəstəliyi ilə əlaqədar işləyə bilmədiyi üçün X66 qərarı ilə 03 avqust 2011-ci il tarixdə firmanın direktoru vəzifəsinə təyin edilmişdir. Xudu Ağayev 2012-ci ildə vəfat etmişdir. "xxxx" firması 2008-ci ilə qədər ünvan 8 ünvanında yerləşən fabrikdə geyim məhsulları, əsasən corab istehsalı ilə məşğul olmuşdur. Sonradan avadanlıqlar köhnəldiyindən və bu sahə gəlirli, yəni rentabelli hesab edilmədiyindən həmin fəaliyyət tərəfindən dayandırılmışdır. X81 sağlığında digər təsisçilərdən müəssisədəki paylarını satın aldığından firmada 100 faiz paya sahib olmuş və 11.08.2011-ci il tarixdə firmanın nizamnaməsində bu barədə dəyişiklik edilmişdir. Arif Bəşirov 2014-cü ilin sentyabr ayında öldükdən sonra onun vərəsələrinin razılığı ilə yeganə təsisçi özü olmuşdur. Müəssisənin yeganə təsisçisi olduğu üçün müəssisənin nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişmək, müəssisənin ilkin hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, müəssisənin icra orqanlarını yaratmaq və onların fəaliyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanlarının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə sahibdir. 2011-ci və ya 2012-ci ilə qədər firmanın ofisi ünvan 9 ünvanında yerləşmiş, tərəfindən inşa edilən ticarət mərkəzində mağazaların satılmasına dair bütün müqavilələr həmin ünvanda tərtib edilmişdir, sonradan firmanın ofisini ünvan 8 ünvanında inşa etdiyi binaya köçürmüşdür. 2008-ci ildə firmanın mülkiyyətində olan 0.2704 hektar torpaq sahəsində yerləşən ünvan 8 ünvanındakı fabrikin 1 mərtəbəli binasını söküb yerində yaşayış binası inşa etmək qərarına gəlmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin yerdə yaşayış binasının tikilməsinə icazə verilməmişdir. Yaşayış binasının tikintisinə icazə verilmədikdən sonra orada qeyri-yaşayış binası tikmək qərarına gəlib bununla əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 09.07.2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən "xxxx" firmasına hündürmərtəbəli və zirzəmili qeyri-yaşayış binasının razılaşdırılmış layihəyə uyğun olaraq tikintisinə icazə verilmişdir. Tikintinin aparılmasına müvafiq qurumlardan icazələr alındıqdan sonra 2009-cu ildə tikinti işlərinə başlanılmış, 2015-ci ildə tikinti işləri başa çatmışdır. Hazırda həmin obyektin -2-ci mərtəbəsi (zirzəmi) avtodayanacaq kimi, ondan bir mərtəbə yuxarıda -1-ci mərtəbəsi yarımzirzəmi hamam kimi, ondan yuxarıda 5 mərtəbə mağazalar, sonuncu yəni 6-cı mərtəbəsi isə oyun və əyləncə mərkəzi kimi nəzərdə tutulmuşdur. Hazırda obyektdə bir neçə mağaza və apteklər, habelə zirzəmisində hamam fəaliyyət göstərir. Obyektin əksər hissəsi, yəni 1-ci mərtəbə və zirzəmi istisna olmaqla istifadədə deyildir, bəzi obyektlər isə sahibləri, yəni onunla alqı-satqı müqaviləsi bağlayaraq mağaza almış şəxslər tərəfindən icarəyə verilmişdir. Belə ki, binanın inşası zamanı maliyyə problemləri olduğundan tikilməkdə olan binadan bir neçə mağazanı satmaq qərarına gəlib 2009-2014-cü illər ərzində təxminən 24- 25 ədəd mağazanı ayrı-ayrı şəxslərə müqavilə əsasında sataraq pulunu alıb tikinti işlərinə yönəltmişdir. Alqı-satqı müqavilələrini firmanın nümayəndəsi kimi özü imzalamışdır. İnşa edilən qeyri-yaşayış sahəsinə müvafiq dövlət qurumundan “Yasmin Plaza” adını almışdır. 24.12.2010-cu il tarixdə "xxxx" firması tərəfindən inşa edilməkdə olan qeyri-yaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən hüquqların qabaqcadan qeydiyyatı barədə arayış verilmişdir. Həmin arayışa əsasən 0.2704 ha torpaq sahəsi üzərində yerləşən 5 mərtəbə və zirzəmidən ibarət binanın 16100,5 kvadrat metr sahəsi üzərində "xxxx" firmasının mülkiyyət hüququ ilkin olaraq qeydiyyata alınmışdır. Hazırda həmin tikilinin mağazalar olan 1-5-ci və oyun və əyləncə mərkəzi kimi nəzərdə tutulan 6-cı mərtəbəsinin ümumi ölçüləri 15.000 kvadrat metr, -2 və -1-ci mərtəbələri isə 5.400 kvadrat metrdir. Yəni ümumilikdə ticarət mərkəzi 20.400 kvadrat metridir. Həmin arayışda da göstərilmişdir ki, qeyri-yaşayış binasının tikintiyə icazə sənədləri əsasında tərtib edilmişdir. Lakin həmin qurumun əməkdaşları qeyd edilən dövrdə obyektə gəlib yerində ölçmə işləri aparmışlar. Həmin vaxt tikinti işləri hələ davam etdirildiyindən həmin dövr üçün obyekt ümumilikdə 16100,5 kvadrat metr sahədən ibarət olmuşdur. Digər bank qarşısında olan kredit borcunun tamamilə bağlanması və tikinti işlərinin davam etdirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğu üçün 2013-cü ilin oktyabr ayında ASC "xxxx" Bankına müraciət etmişdir. 04.09.2013-cü il tarixli kredit sifarişi vermişdir. Bank tərəfindən kredit müqaviləsinə əsasən firmaya hissə-hissə olmaqla ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Həmin kredit məbləğinin 5.420.327 manatı ödəmə tapşırığı qaydasında birbaşa firmanın digər banka olan kredit borcu üzrə ödənərək həmin banka olan borc bağlanmışdır. Qalan vəsait isə tərəfindən qeyri-yaşayış binasının tikintisinə sərf edilmişdir. Kredit müqavilələri üzrə nağd qaydada bankdan pulları da özü götürmüşdür. 04.10.2013cü il tarixli kredit xətti müqaviləsini, həmin tarixli sonrakı ipoteka müqaviləsini, həmin müqaviləyə 12.12.2013-cü il tarixli 1 nömrəli və 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə sazişləri firmanın direktoru kimi borcalan qismində özü imzalamışdır. Həmin kreditin verilməsi ilə əlaqədar təminat kimi "xxxx" firmasının mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi ipoteka müqaviləsinə əsasən girov qoyulmuşdur. 2015-ci ildə devalvasiyadan sonra problemlər yarandığından kredit üzrə ödəniş etmək mümkün olmamış və buna görə də Bank tərəfindən 2015-ci ilin iyul ayında "xxxx" firmasına 17.000.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kreditin əsas hissəsi əvvəlki kredit borcunun ödənilməsinə yönəldilmiş, qalan məbləğ hesabına isə inşa edilən qeyriyaşayış binasında əlavə tamamlama işləri, yəni kondisioner sistemi və liftlər quraşdırılmış, pəncərələr qoyulmuş və digər zəruri işlər görülmüşdür. İkinci dəfə kredit verilərkən də əvvəlki girov qoyulan əmlaklar kreditin təminatı kimi girov qoyulmuşdur. Kredit müqavilələrini və ipoteka müqavilələrini firmanın direktoru kimi özü imzalamışdır. Əmlaklar girova qoyulmazdan əvvəl onun üzərində yüklülük olub-olmaması yoxlanılmış və rəsmi reyestrdə heç bir yüklülük aşkar edilməmişdi. Belə ki, müqavilə əsasında ayrı-ayrı şəxslərə satdığı yerlərin heç birinə çıxarış verilmədiyindən onlar reyestrdə qeydiyyata alınmamışdır. 2016-cı ildə "xxxx" firması tərəfindən ASC "xxxx" Bankı məhkəməyə verilmiş, məhkəmə zamanı bank tərəfindən də qarşılıqlı iddia verilmiş, firma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq kredit müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin ləğvini tələb etmişdir. Həmin iddiaya qarşılıq olaraq bank tərəfindən “Mars M” firmasının banka olan borcunun ödənilməsi barədə iddia verilmişdir. Məhkəmə tərəfindən “Mars M” firmasının iddiası təmin edilməmiş, bankın iddiası isə təmin edilərək firmadan 19.400.119 ABŞ dollarının bankın xeyrinə tutulması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bu qətnamədən “Mars M” firması tərəfindən apellyasiya şikayəti verilmiş, həmin məhkəmədə şikayətə baxılan zaman tərəfindən əvvəllər yer satılmış şəxslərdən ikisi- Zərərçəkmiş şəxs9 və X40 məhkəməyə şikayət edib firmadan yer aldıqlarını bildirmişlər və məhkəmə tərəfindən onların iddiaları qəbul olunmuşdur. Sonradan Ali Məhkəmə tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından bank tərəfindən Konstitusiya Məhkəməsinə şikayət verilmiş və məhkəmə tərəfindən 18.07.2018-ci il tarixli qərarla Ali Məhkəmənin qərarı ləğv edilərək, yenidən baxılması üçün Ali Məhkəməyə qaytarılmışdır. Ali məhkəmənin Plenumunun 31.10.2018-ci il tarixli qərarı ilə Ali məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 18.10.2017-ci il tarixli qərarı, Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 05.04.2017-ci il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya məhkəməsin İnzibati-İqtisadi kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Hazırda müqavilə əsasında mağazalar almış zərərçəkmiş şəxslərin ödədikləri məbləğlərin geri qaytarılmasına və ya onlara başqa yerdən yer ayrılmasına çalışır. Bunun üçün "xxxx" Bankı ilə razılaşıb “Yasmin Plaza”nı otel kimi işə salmaq istəyir. Bunlardan əlavə o, ifadələrində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs1 22.03.2009-cu il tarixli M-QS 03/09 nömrəli müqavilə əsasında "xxxx" firması tərəfindən ünvan 10 ünvanında inşa edilmiş “Yasmin plaza” adlı qeyri-yaşayış sahəsinin 1ci mərtəbəsində yerləşən 36.6 kvadrat metr sahəsi olan mağazanı hər kv.metri 3000 ABŞ dolları olmaqla, ümumilikdə 109.800 ABŞ dollarına satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs1 imzalamışdır. Müqavilədə mağazanın dəyəri ABŞ dolları ilə qeyd edilsə də, ondan həmin dövrün məzənnəsinə uyğun olaraq 85.600 manat pul almışdır. Bundan sonra Sahib ticarət mərkəzindən əlavə olaraq 2 ədəd mağaza da almaq qərarına gələrək onunla razılaşıb 01.02.2010-cu il tarixli S-M/01-02 və QS-M/01- 02 saylı müqavilələr bağlayaraq müvafiq olaraq ticarət mərkəzinin 1-ci mərtəbəsindəki 61.2 kvadrat metr sahəsi olan 9 nömrəli mağazanın hər kvadrat metrini 2000 manata olmaqla, ümumilikdə 122.400 manata və ticarət mərkəzinin 5-ci mərtəbəsindəki 72.5 kvadrat metr sahəsi olan 3 nömrəli mağazanın hər kvdarat metrini 1500 manata olmaqla ümumilikdə 108.750 manata satın almışdır. Hər iki müqavilədə satıcı qismində özü, alıcı qismində isə Sahib imza etmişdir. Müqavilələrdə nəzərdə tutulan məbləği tam ödəməyinə dair Sahibə maliyyə arayışları vermişdir. Təxminən 2014-cü ildə Sahib tanışı X55 ilə razılaşaraq 01.02.2010-cu il tarixli S-M/01-02 saylı müqavilə əsasında aldığı ticarət mərkəzinin 1-ci mərtəbəsindəki 61.2 kvadrat metr sahəsi olan 9 nömrəli mağazanın 31 kvadrat metrlik hissəsini ona satmış və bu barədə sonuncunun adına müqavilə bağlanmasını xahiş etmişdir. Bundan sonra Vüqarla anası Zərərçəkmiş şəxs18 yanına gələrək adlarına müqavilə tərtib etməyini xahiş etmişlər. Buna görə də aralarında müqavilə bağlanmışdır. Lakin həmin müqavilə üzrə ona və firmaya heç bir ödəniş edilməmiş, Vüqarla Sahib bu barədə öz aralarında razılığa gələrək hesablaşmışlar. Sahiblə Vüqarın arasında olan razılaşmanın detallarını bilməmiş, bu haqda maraqlanmamışdır. Sadəcə Sahibin xahişi ilə formal olaraq Vüqar Bağırovun anası Zərərçəkmiş şəxs18 ilə müqavilə bağlayaraq imza etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 08 iyul 2009-cu il tarixli M/MY 07/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 64 kvadrat metr sahəsi olan sonradan 12C saylı mağaza hesab edilən mağazanı hər kv.metri 2.500 ABŞ dolları olmaqla, ümumilikdə 160.000 ABŞ dollarına satmışdır. Müqaviləni firma tərəfindən özü qarşı tərəfdən isə Zərərçəkmiş şəxs2 imzalamışdır. Müqavilədə mağazanın dəyəri ABŞ dolları ilə qeyd edilsə də, ondan həmin dövrün məzənnəsinə uyğun olaraq 124.800 manat pul almışdır. Həmin pulun qəbuluna dair tərəfindən Zərərçəkmiş şəxs2 maliyyə arayışı verilmişdir. Sonradan ölçülərək həmin mağazanın 72 kvadrat metr olması müəyyən olunmuş, lakin ondan əlavə pul alınmamışdır. Bundan əlavə yenə həmin gün Zərərçəkmiş şəxs2 ilə razılaşaraq onun anası X9 08 iyul 2009-cu il tarixli M/MH 07/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 64 kvadrat metr sahəsi olan mağazanı hər kv.metri 2.500 ABŞ dolları olmaqla, ümumilikdə 160.000 ABŞ dollarına satmışdır. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Həcər Məlikova imzalamışdır. Müqavilədə mağazanın dəyəri ABŞ dolları ilə qeyd edilsə də ondan həmin dövrün məzənnəsinə uyğun olaraq 124.800 manat pul almışdır. Həmin pulun qəbuluna dair tərəfindən Zərərçəkmiş şəxs2 və ya anası Həcər Məlikovaya maliyyə arayışı verilmişdir. Sonradan ölçülərək həmin mağazanın 72 kvadrat metr olması müəyyən olunmuş, lakin ondan əlavə pul alınmamışdır. Bundan əlavə, yenə həmin gün Zərərçəkmiş şəxs2la razılaşaraq onun arvadı X27 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 64 kvadrat metr sahəsi olan mağazanı hər kv.metri 2.500 ABŞ dolları olmaqla ümumilikdə 160.000 ABŞ dollarına satmışdır. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Sevda Məlikova imzalamışdır. Müqavilədə mağazanın dəyəri ABŞ dolları ilə qeyd edilsə də ondan həmin dövrün məzənnəsinə uyğun olaraq 124.800 manat pul almışdır. Həmin pulun qəbuluna dair tərəfindən Zərərçəkmiş şəxs2 və ya arvadı Sevda Məlikovaya maliyyə arayışı verilmişdir. Sonradan ölçülərək həmin mağazanın 72 kvadrat metr olması müəyyən olunmuş, lakin ondan əlavə pul alınmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs3 08 iyul 2009-cu il tarixli M/HA/07/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 64 kvadrat metr sahəsi olan mağazanı hər kv.metri 2.500 ABŞ dolları olmaqla, ümumilikdə 160.000 ABŞ dollarına satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs3 imzalamışdır. Müqavilədə mağazanın dəyəri ABŞ dolları ilə qeyd edilsə də, ondan həmin dövrün məzənnəsinə uyğun olaraq 124.800 manat pul almış və pulun qəbuluna dair tərəfindən Anara maliyyə arayışı verilmişdir. Sonradan ölçülərək həmin mağazanın 72 kvadrat metr olması müəyyən olunmuş, lakin ondan əlavə pul alınmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs4 09 iyul 2009-cu il tarixdə M/AT 07/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 55 kvadrat metr sahəsi olan mağazanı hər kvadrat metrini 3000 ABŞ dolları olmaqla, ümumilikdə 165.000 ABŞ dollarına satmışdır. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Tural imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan məbləğ həmin dövrün məzənnəsinə uyğun olaraq hissə-hissə olaraq tam ödənmiş, həmin pulun qəbuluna dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs5 28 iyul 2009-cu il tarixli M/MR-28/09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 64 kvadrat metr sahəsi olan 7 nömrəli mağazanı hər kvadrat metrini 2000 manata olmaqla, ümumilikdə 128.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs5 imzalamışdır. Müqaviləni Zərərçəkmiş şəxs5 imzalasa da, müqavilədə alıcı qismində onun X1 qeyd edilmiş, lakin sonuncunu heç vaxt görməmiş, faktiki olaraq o, bu prosesdə iştirak etməmişdir. Müqavilə üzrə nəzərdə tutulan 128.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 hissə-hissə olaraq tam ödəmiş, həmin pulun qəbuluna dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Qeyd edilən ticarət mərkəzinin tikintisi zamanı 2009-cu il ərzində zəruri olduğundan Zərərçəkmiş şəxs6 armatur və digər tikinti materialları almış, ona olan borcunu ödəyə bilmədiyi üçün adına mağaza sənədləşdirməyi təklif etmişdir. Ədalət təklifi ilə razılaşdıqdan sonra aralarında 02 sentyabr 2009-ci il tarixli M-ZƏ/2-09 nömrəli müqavilə bağlanmışdır. Müqvilə şərtlərinə görə ona firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 85 kvadrat metr sahəsi olan mağazanə 212.500 manat pulun qarşılığında vermişdir. "xxxx" MMC beton istehsalı zavodu ilə olan müqavilə əsasında onlardan tikinti işləri üçün beton almış və həmin betona görə tikiləcək ticarət mərkəzindən mağaza təklif etmişdir. Həmin cəmiyyətin rəhbər şəxslərinin təklifi ilə onlara olan borcunun əvəzində Zərərçəkmiş şəxs10 ilə 26.11.2009-cu il tarixli MK Z/26-11 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə obyektin 2 və 3-cü mərtəbələrində yerləşən ümumilikdə 98.57 kv.m. mağaza hər kvadrat metri 2500 manatdan hesablanmaqla ümumilikdə 246.425 manata Zərərçəkmiş şəxs10 satılmışdır. Nəzərdə tutulandan artıq dəyərdə və həcmdə beton verdiyi üçün 06.05.2013-cü il tarixdə Zülfüqarla razılaşaraq 26.11.2009-cu il tarixli MK Z/26-11 saylı müqaviləyə 14 saylı notariat kontorunda əlavə müqavilə imzalanmışdır. Həmin əlavəyə görə əvvəlki müqavilə üzrə nəzərdə tutulan 98.57 kv.m. qeyri-yaşayış sahəsindən başqa firmaya məxsus obyektin 3cü mərtəbəsində yerləşən 125 kv.m. mağaza da ona satılmışdır. Bu qaydada həmin obyektdən ümumilikdə 549.423 manat dəyərində tikinti materialı əvəzinə 223,57 kvadrat metr qeyri-yaşayış sahəsi Zülfüqara satılmışdır. Bunlardan başqa o, ifadəsində bildirmişdir ki, 2009-cu ilin təxminən oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs7 müraciət edərək bildirmişdir ki, beton işinə baxan tanışı Rafiq adlı şəxsin ona 300.000 ABŞ dolları ekvivalentində, yəni təxminən 238.000 manat borcu var. Buna görə də təklif etmişdir ki, Rafiq ona həmin dəyərdə beton verəcək o, da bunun qarşılığında adına həmin dəyərdə mağaza sənədləşdirəcəkdir. Həmin dövrdə tikilinin ilkin beton işləri getdiyinə görə ehtiyacı olduğu üçün Namiqin təklifini qəbul etmiş və onunla arasında 02 noyabr 2009-cu il tarixli KNA/02-11 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 43 kvadrat metr sahəsi olan 11 nömrəli mağazanı hər kvadrat metrini 3000 manata olmaqla, ümumilikdə 129.000 manata satılmasına dair müqavilə bağlamışlar. Müqaviləni firma tərəfindən özü qarşı tərəfdən isə Zərərçəkmiş şəxs7 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 129.000 manat pul vəsaitinin sonuncu firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə yenə Zərərçəkmiş şəxs7 göndərdiyi Zərərçəkmiş şəxs8 13 noyabr 2009-cu il tarixli MV Ə/02-11 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 53 kvadrat metr sahəsi olan 10 nömrəli mağazanı hər kvadrat metrini 3000 manata olmaqla, ümumilikdə 159.000 manata satılmasına dair müqavilə bağlamışdır. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs8 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 159.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Zərərçəkmiş şəxs7 həmçinin ona 50.000 manat nağd pul vermişdir. Bundan əlavə Zərərçəkmiş şəxs9 17 noyabr 2009cu il tarixdə MAA/17-09 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 26.4 kvadrat metr sahəsi olan 1 nömrəli mağazanı hər kvadrat metrini 3000 ABŞ dollarına olmaqla, ümumilikdə 79.200 ABŞ dollarına, həmin dövrün məzənnəsinə uyğun olaraq 63.600 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs9 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 63.600 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs9 ilə arasında olan 17 noyabr 2009-cu il tarixli MAA/17-09 nömrəli müqaviləyə əlavə olaraq 15 avqust 2013-cü il tarixli müqailə ilə əlavə olaraq ilkin mağazaya bitişik olan 30.2 kvadrat metr sahəni ümumilikdə 24.000 manata satmışdır. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs9 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 24.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən maliyyə arayışı verilmişdir. Bu qaydada Zərərçəkmiş şəxs9 ümumilikdə 56.6 kv.m. mağzanı 87.600 manata satmışdır. Bundan əlavə yenə Zərərçəkmiş şəxs9 ilə razılaşaraq onun bacısı X28 19 may 2011-ci il tarixli MHK/19-11 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 24.6 kvadrat metr sahəsi olan 18 nömrəli mağazanı hər kv.metri 1.600 manat olmaqla, ümumilikdə 39.600 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Könül Hacıyeva imzalamışdır. Həmin mağazaya dair müqvilədə nəzərdə tutulan məbləği isə Zərərçəkmiş şəxs9 ödəmiş, pulun qəbuluna dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs11 05.12.2009-cu il tarixli MRF/05-12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2ci mərtəbəsində yerləşən 35.3 kvadrat metr sahəsi olan 3 nömrəli mağazanı hər kvadrat metrini 2800 manata olmaqla, ümumilikdə 98.840 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs11 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 98.840 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən maliyyə arayışı verilmişdir. Bundan əlavə yenə Zərərçəkmiş şəxs11 28.10.2011-ci il tarixli MRF/05-12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2ci mərtəbəsində yerləşən 30 kvadrat metr sahəsi olan 3A nömrəli mağazanı hər kvadrat metrini 2.700 manata olmaqla, ümumilikdə 81.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs11 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 81.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bunlarla yanaşı o, ifadəsində göstərmişdir ki, qeyd edilən ticarət mərkəzinin eskiz layihəsini hazırlanması üçün memar Zərərçəkmiş şəxs13 ilə müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs13 tərəfindən eskiz layihə hazırlandıqdan sonra müqavilədə nəzərdə tutulan 67.000 manat pulu nağd qaydada ödəməyə imkanı olmadığı üçün Vüqarla razılaşaraq ticarət mərkəzinin 3-cü mərtəbəsində 33.5 kv. metrdən ibarət 15 saylı mağazanı 67.000 manat pulun əvəzinə ona verilməsinə dair 24 noyabr 2010-cu il tarixli müqavilə bağlamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs14 30.04.2012-ci il tarixli M Ə-E/30/04/12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 3-cü mərtəbəsində yerləşən 50 kvadrat metr sahəsi olan 6 nömrəli mağazanı hər kvadrat metrini 2.800 manat olmaqla, ümumilikdə 140.000 manata satmış, sonradan Zərərçəkmiş şəxs14 xahişi ilə müqavilədə dəyişiklik edilərək 3-cü mərtəbədən 2-ci mərtəbəyə keçirilmişdir. Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs14 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 140.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs12 arasında 21.01.2010-cu il tarixli MQ-M/21-01 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə Qalibə tikilməkdə olan ticarət mərkəzinin birinci mərtəbəsindəki 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağazanı hər kvadrat metrini 4000 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq o, tam olaraq 180.000 manat ödəniş etmişdir. Lakin Qalib sonradan fikrini dəyişib daha böyük sahəsi olan mağaza almaq qərarına gəlib bu haqda ona demiş, o da həmin ticarət mərkəzində 70 kvadrat metr sahəsi olan 13 nömrəli mağazanı Qalibə təklif etmişdir. Qaliblə arasında 29.05.2012-ci il tarixli MQ-M/29- 05 nömrəli müqavilə bağlanmış, yeni müqaviləyə əsasən Qalib 180.000 manatdan əlavə 86.000 manat pul da ödəmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs15 05.07.2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağazanı hər kvadrat metrini 3.000 manat olmaqla, ümumilikdə 135.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs15 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 135.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs16 05.07.2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 15 nömrəli mağazanı hər kvadrat metrini 3.000 manat olmaqla, ümumilikdə 198.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs16 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 198.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Sonradan ölçüldükdə mağazanın sahəsinin 75 kvadrat metr olması müəyyən edildiyindən Akif əlavə də ödəniş edərək bu qaydada ümumilikdə 15 nömrəli mağazaya görə cəmi 225.000 manat ödəniş etmişdir. Bundan əlavə X18 25.09.2012-ci il tarixli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 51.2 kvadrat metr sahəsi olan mağazanı 200.000 manata satmış, Müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Rasim imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 200.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən maliyyə arayışı verilmişdir. Bundan əlavə X19 25.09.2012-ci il tarixli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 51.2 kvadrat metr sahəsi olan mağazanı 200.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Emin Məmmədyarov imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 200.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən maliyyə arayışı verilmişdir. Bundan əlavə X33 08.10.2012-ci il tarixli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 2-ci mərtəbəsində yerləşən 2 ədəd 72 kvadrat metr, ümumilikdə 144 kvdarta metr sahəsi olan mağazanı ümumilikdə 432.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Vüqarın anası Zərərçəkmiş şəxs18 imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 432.000 manat pul vəsaitini qarşı tərəf hissə-hissə olaraq tam ödəmiş, həmin pulun qəbuluna dair tərəfindən maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs19 23.11.2012-ci il tarixli AƏ-M/23/11/12 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 19 nömrəli 70 kvadrat metr sahəsi olan mağazanı 118.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Əfrasim imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 118.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs20 05.03.2013-cü il tarixli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 76 kvadrat metr sahəsi olan mağazanı ümumilikdə 342.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Adilin qızı Tahirəxanım Məmmədova imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 342.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs20 hissəhissə olaraq tam ödəmiş, həmin pulun qəbuluna dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs21 28 may 2013-cü il tarixli ƏA-M/28-05 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 3-cü mərtəbəsində 78 kvadrat metr sahəsi olan mağazanı 195.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Arzu imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 195.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs22 Şahbudaq oğluna 28 aprel 2014-cü il tarixli MŞ-M/28-04 nömrəli müqavilə əsasında firma tərəfindən inşa edilən sözügedən binanın 3cü mərtəbəsində yerləşən 305 saylı 61 kvadrat metr sahəsi olan mağazanı 120.000 manata satmış, müqaviləni firma tərəfindən özü, qarşı tərəfdən isə Şahlar imzalamışdır. Müqavilə üzrə nəzərdə tutulan 120.000 manat pul vəsaitinin firmaya tam ödənilməsinə dair tərəfindən ona maliyyə arayışı verilmişdir. Bunlardan əlavə o, ifadəsində göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsini banka girov qoyaraq kredit götürməyi barədə mağaza sahiblərinə məlumat verməmişdir. Lakin hər iki krediti götürərkən bank işçiləri dəfələrlə tikiliyə gəlmişlər və baxış keçirmişlər, bankın əməkdaşlarına girov qoyduğu yerdən kiməsə yer satıldığını deməmişdir. Bank işçiləri tərəfindən binaya baxış keçirilərkən ayrı-ayrı şəxslərə satdığı mağazaların bir qismi müxtəlif təyinatla fəaliyyət göstərmiş, bəziləri isə təmir olunmaqla qapıları da bağlı olmuşdur. Bank işçiləri bu hallara diqqət etməyərək həmin yerlərin tərəfindən ayrı-ayrı şəxslərə satılıb-satılmaması barədə maraqlanmamışlar. Bunlarla yanaşı o, ifadəsində göstərmişdir ki, firmada müqavilələrin qeydiyyat kitabı heç bir zaman olmamışdır, tərəfindən ayrı-ayrı şəxslərə satılmış mağazalara görə pul vəsaitlərinin qəbulu barədə özündə qeydiyyatlar aparmış, lakin müfəssəl kassa uçotu aparılmamışdır. Heç bir şəxsi aldatmaq niyyəti olmamış, müəssisənin təsərrüfat fəaliyyətində yaranmış problemlərlə bağlı krediti ödəmə qabiliyyətsizliyi yaranmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzi tikməyi planlaşdırdığı barədə məlumat əldə etmişdir. 2009-cu ildə Təqsirləndirilən şəxs həmin yerdə ticarət mərkəzi tikməyə başlamışdır. Həmin ünvana gedib qeyri-yaşayış sahəsinə baxmış və tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Dostu Zərərçəkmiş şəxs3la birlikdə həmin ticarət mərkəzindən obyekt almağa qərara gəldikdən sonra həmin əraziyə gedib orada Mərhəmətlə görüşmüşlər. Mərhəmət tikili barədə məlumat verib tikilinin aparıldığı torpaq sahəsinin ona məxsus olduğunu, tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələrin alındığını bildirmişdir. Həmin tikilininin yerləşməsini və layihəsini bəyəndiyi üçün Zərərçəkmiş şəxs3la birlikdə 08 iyul 2009-cu il tarixdə firmanın şəhərin mərkəzi hissəsində 28 May küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən ofisinə gedib firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb ona həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiklərini bildirmişlər. Mərhəmətlə olan danışığa əsasən ticarət mərkəzinin 1-ci mərtəbəsində 64 kvadrat metr sahəyə malik olan mağazanın hər kvadrat metrini 2500 ABŞ dollara olmaqla, 3 ədəd mağaza almağa razılaşmışdır. Bundan sonra aralarında 08 iyul 2009-cu il tarixli M/MY07/09 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında ticarət mərkəzinin 1-ci mərtəbəsindəki 12C nömrəli mağaza üçün 160.000 ABŞ dolları pul ödəmişdir. Digər mağazanı isə arvadı X23 adına almış, bunun üçün Sevda Məlikova ilə "xxxx" firması arasında 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 64 kvadrat metr sahəyə malik olan 12A nömrəli mağazaya görə 160.000 ABŞ dolları ödəmişdir. Əlavə olaraq ticarət mərkəzində olan 64 kvadrat metrlik 12B nömrəli mağazanı anası X5 adına rəsmiləşdirilməklə alıb 160.000 ABŞ dolları ödəmişdir. Anası X12 ilə "xxxx" firması arasında 08 iyul 2009-cu il tarixli M/MH 07/09 nömrəli müqavilə bağlanmışdır. Ümumilikdə, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən aldığı 3 mağazaya görə Təqsirləndirilən şəxs 480.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 374.400 manat ödəmişdir. Pulu ödədiyinə dair Mərhəmət tərəfindən öz imzası və firmanın möhürü ilə təsdiq edilməklə 08 iyul 2009-cu il tarixli arayışlar verilmişdir. Lakin sonradan Mərhəmət bildirmişdir ki, ona satdığı mağazalar sonradan ölçülərkən hansısa səbəbdən mağazaların 64 kvadrat metr deyil, 72 kvadrat metr olduğu müəyyən edilmişdir. Buna görə ilkin müqavilələr dəyişdirilərək 64 kvadrat metr rəqəm və sözləri 72 kvadrat metr rəqəm və sözləri ilə əvəz edilmiş, lakin buna görə əlavə pul alınmamışdır. 12A və 12B nömrəli mağazaları anası Həcər və arvadı Sevdanın adına alsa da onlar bu proseslərdə faktiki olaraq iştirak etməmişlər, sadəcə olaraq əvvəlcədən hazırlanmış müqavilələrə imza etmişlər. Həmin müqavilələr üzrə ödənişləri də özü etmiş, həmin pullar şəxsən özünə məxsus olmuşdur. Bundan sonra dostu Zərərçəkmiş şəxs3 da həmin günü, yəni 08 iyul 2009-cu ildə qeyd olunan ticarət mərkəzinin 1-ci mərtəbəsindən 64 kvadrat metr sahəyə malik mağaza alaraq 160.000 ABŞ dolları ödəmişdir. Ticarət Mərkəzində işlərin ləng getdiyini və təhvil verilməsinin gecikdiyini görüb aldığı mağazaları 2015-ci ildə şüşə ilə bağlayaraq mağazalara hər hansı şəxs tərəfindən kənar müdaxilənin qarşısını almış və həmin mağazaları təmir etdirmişdir. Həmin təmir işlərinə 35.000 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs ona satdığı mağazaları sonradan xəbəri olmadan "xxxx" ASC-yə girov qoymuşdur. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt mənə təhfil verildi. Ödənişimi qurtardıqdan sonra ona maliyyə arayışı verdilər. 2013- cü ildə ona verilmiş sahəni tikməyə başlamışdır. Bank əməkdaşları əvvəllər ora gəlib getməyiblər, görməmişdir. Bu gün Mərhəmət yox, əslində Xalq bank onlara ziyan vurur, onları öz obyektlərinə buraxmır. Pulu ilə aldığı obyektini tələb edir, bank əməkdaşlarının qanunsuzluğuna son qoyulmasını tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzi tikməyi barədə məlumat əldə etmişdir. Dostu Zərərçəkmiş şəxs2la həmin ticarət mərkəzindən mağaza almaq qərarına gəlmişlər. Birlikdə həmin əraziyə gedib orada Mərhəmətlə görüşərkən sonuncu tikili barədə məlumat verib tikilinin aparıldığı torpaq sahəsinin ona məxsus olduğunu, tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələrin alındığını bildirmişdir. Həmin tikilininin yerləşməsini və layihəsini bəyəndikləri üçün Mərhəmətlə onların ofisində görüşüb alqı-satqı etməyin şərtlərini danışmaq qərarına gəlib Zərərçəkmiş şəxs2la birlikdə 08 iyul 2009-cu il tarixdə firmanın şəhərin mərkəzi hissəsində 28 May küçəsində yerləşən ofisinə getmişlər. Orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla təkrar görüşüb ona həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs2 həmin ticarət mərkəzinin 1-ci mərtəbəsində hərəsinin sahəsi 64 kvadrat metr olmaqla 3 ədəd mağaza alıb hər bir mağaza üçün 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 124800 manat, olmaqla ümümilikdə 480.000 ABŞ dolları (manatın rəsmi məzənnəsi ilə 374.400 manat) Təqsirləndirilən şəxs pul ödəmişdir. Yalçın mağazanın birisini özünün, digər ikisini isə anası Həcər və arvadı Sevdanın adına rəsmiləşdirmişdir. Özü isə Təqsirləndirilən şəxsla arasında bağlanmış 08 iyul 2009-cu il tarixli M/HA/07/09 nömrəli müqavilə əsasında həmin ticarət mərkəzinin 1-ci mərtəbəsindən 8 nömrəli mağazanı 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 124.800 manata almışdır. İlkin müqavilədə mağazanın sahəsi 64 kvadrat metr göstərilsə də, sonradan ölçüləri dəqiqləşdirilmiş 72 kvadrat qeyd olunmuşdur. Lakin 160.000 ABŞ dollarından əlavə pul ödəməmişdir. Pulu ödədiyinə dair Mərhəmət tərəfindən imzası və firmanın möhürü ilə təsdiq edilmiş 08 iyul 2009-cu il tarixli arayış verilmişdir. Ticarət Mərkəzində işlərin çox ləng getdiyini və təhvil verilməsinin gecikdiyini görüb, 08 iyul 2009-cu il tarixli M/HA 07/09 nömrəli müqavilə əsasında 160.000 ABŞ dolları pul verib aldığı ünvan 6 ünvandakı "xxxx" firmasına məxsus binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 8 saylı dükan üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılması üçün 2017-ci ilin sonlarında Bakı şəhər Nərimanov rayon Məhkəsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin Məhkəmənin 21 fevral 2018-ci il tarixli 2(005)-797/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ünvan 11 ünvanda binanın birinci mərtəbəsində yerləşən, sahəsi 72 kv.m olan 8 nömrəli mağazası cavabdeh "xxxx" firması tərəfindən alınıb onun sahiblik və istifadəsinə verilmiş, lakin iddiası qeyd olunan dükana dair mülkiyyət hüququnun tanınması hissəsində əsassız hesab edilib təmin edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Mərhəmət ona satdığı mağazanı xəbəri olmadan ASC "xxxx" Bankına girov qoymaqla külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı mağazadan neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt ona təhfil verildi. 2013- cü ildə tikməyə başlayıb ona verilmiş sahəni. Bank əməkdaşları əvvəllər ora gəlib getməyiblər, görməmişdir, gəlsəydilər görərdilər ki, o orada tikinti ilə məşğuldur. Obyektini tələb edir. Bank əməkdaşları ora buraxılmağına maneə törədir, bankın qanunsuzluğuna son qoyulmasını tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs4 Bəhuz oğlu ifadəsində göstərmişdir ki, mərhum atası X41 2009-cu ilin yay aylarında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında- Azərbaycan Tibb Universitetinin qarşısında "xxxx" firması tərəfindən tikilməkdə olan obyektdən qeyri-yaşayış sahəsi, yəni mağaza almaq qərarına gələrək firmanın direktoru Təqsirləndirilən şəxs ilə görüşüb həmin tikilidən mağaza almağın şərtlərini müzakirə etmişdir. Atasının tapşırığı ilə "xxxx" firmasının Bakı şəhəri, 28 May küçəsində yerləşən ofisinə gedib özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs izah verərək bildirmişdir ki, obyektin ümumi 5 və ya 6 mərtəbəli inşa olunması nəzərdə tutulmuşdur, sənədləri tam qaydasındadır, müvafiq dövlət qrumlarında icazələr alınmışdır. Mərhəmət həmçinin obyektin “A3” formatlı standart kağızda olan layihəsini də təqdim etmiş, layihəyə baxdıqdan sonra atasının dediyi obyektin 1-ci mərtəbəsində olan giriş hissədən Möhsün Sənani küçəsinə doğru olan, yəni ATU-nun Onkoloji Klinikasına doğru baxan 1-ci mağazanı bəyənmişdir. Seçdiyi mağaza layihədə birbaşa mağaza formasında nəzərdə tutulmaqla dördkünc formalı olmuşdur. Mərhəmət mağazanın hər kvadrat metrinin 3000 ABŞ dolları qiymətinə satacağını bildirmişdir. Mərhəmətlə danışıb ümumi razılığa gəldikdən sonra obyektə baxmaq üçün həmin gün və ya ertəsi gün obyektə gedib yerində də qeyri-yaşayış sahəsini bəyəndikdən sonra firmanın 28 May küçəsindəki ofisinə qayıdaraq şərtlərlə razı olduğunu Mərhəmətə bildirmişdir. Bundan sonra Mərhəmət ofisin hansısa tanımadığı işçisinə müqavilənin layihəsini hazırlamağı tapşırmışdır. Beləliklə, onunla Təqsirləndirilən şəxs arasında 09 iyul 2009-cu il tarixdə M/AT 07/09 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə Mərhəmət ona 2010-cu ilin birinci kvartalına qədər Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 55 kvadrat metr sahəsi olan 1 saylı mağazanı təhvil verməyi, o isə mağazanın hər kvadrat metrinə görə 3000 ABŞ dolları olmaqla, cəmi 165.000 ABŞ dollarını ona verməyi öhdəsinə götürmüş və elə həmin gün 125.000 ABŞ dolları olmaqla hissə-hissə ödəməklə tam ödəniş edərək qurtarmış, Mərhəmət tərəfindən ona müqavilədə nəzərdə tutulan 165.000 ABŞ dollarının tam ödənilməsi barədə arayış verilmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs həmin mağazanı xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı mağazadan neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, sahələri onlara göstərilmişdir. Bu gün Mərhəmət də, Xalqbank da onlara ziyan vurur, Mərhəmət onlara bildirmədən obyekti aparıb banka ipotekaya qoyub, Xalq bank da bu gün onları əsassız olaraq obyektlərinə imizə buraxmır. Əlimdə qüvvədə oan qətnamə ola-ola ki aldığım sahəm mənə təhfil verilsin, bank buna imkan vermir. Sahə ilə bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət eləyiblər, aldığı sahənin ona təhfil verilməsi barədə qətnamə çıxarıldı. Bundan əlavə ona 1 saylı maqazin verildiyi halda, sonradan saxtakarlıq edilərək guya ona 3 nömrəlli mağaza satıldığı bildirilib, buna görə də məhkəmədə iddia qaldırıb və ona 1 saylı mağazanın satıldığı müəyyən edilib, həmin 1 saylı mağaza ona təhfil verilib, həmçinin saxtakarlıq edənlər barədə xüsusi qərar çıxarılmış və həmin iş üzrə də hökm çıxarılmışdır. Hökmə apellyasiya və Ali Məhkəmələrdə də baxılmışdır. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs5ifadəsində göstərmişdir ki, 2009-cu ilin əvvəllərində ona məlum olub ki, Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış tikir. Ticarət Mərkəzi tikilən sahəyə gedib orada Mərhəmətlə görüşmüş, sonuncu ona tikili barədə məlumat verib bildirmişdir ki, tikilinin aparıldığı torpaq sahəsinin ona məxsusdur, tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələr alınmışdır. Tikilinin yerləşməsini və layihəsini bəyəndiyi üçün Mərhəmətlə onların ofisində görüşüb alqı-satqı etməyin şərtlərini danışmaq qərarına gəlmişdir. 28 iyul 2009-cu il tarixdə firmanın şəhərin mərkəzi hissəsində -28 May küçəsində yerləşən ofisinə gedib orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb ona həmin qeyri-yaşayış sahəsindən mağaza almaq istədiyini bildirmişdir. X1 ilə Təqsirləndirilən şəxs arasında 28 iyul 2009-cu il tarixli müqavilə imzalanmış, müqavilə şərtlərinə görə "xxxx" tərəfindən ünvan 12 ünvanında tikiləcək ticarət mərkəzinin 1-ci mərtəbəsindən sahəsi 64 kvadrat metr olmaqla 7 nömrəli mağaza hər kvadrat metri 2000 manata olmaqla, ümumilikdə 128.000 manata ona satılmışdır. İlkin olaraq həmin gün, yəni 28 iyul 2009-cu ildə 80.000 manat ödəmiş, bundan sonra qısa müddət ərzində 48.000 manat da ödəmiş, Mərhəmət tərəfindən ona borcun tam ödənməsinə dair maliyyə arayışı verilmişdir. Mağazanı arvadı R.Zərərçəkmiş şəxs5nın adına alsa da, sonuncu həmin proseslərdə formal olaraq iştirak edib müqaviləyə imza etmiş, faktiki olaraq mağazanı o özü almış, ödənişləri də özü etmişdir. Ticarət Mərkəzində işlərin ləng getdiyini və təhvil verilməsinin gecikdiyini görüb, 28 iyul 2009-cu il tarixli müqavilə əsasında ünvan 6 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümümi sahəsi 64 kv.m olan 7 saylı dükana görə ödədiyi pul vəsaitinin, həmin məbləğə bu illər ərzində hesablanmış faiz dərəcəsinin 70.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdeh "xxxx" firmasından alınıb həyat yoldaşı Ruhiyyət Məmmədovaya verilməsi üçün 2017-ci ildə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 28 aprel 2017-ci il tarixli 2(005)- 1786/2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, "xxxx" firması tərəfindən ünvan 13 ünvanda inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m ibarət olan 7 saylı mağazanın istismara hazır vəziyyətdə X2 istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmişdir. Sonradan məlum olmuşdur ki, Mərhəmət ona satdığı mağazanı sonradan xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyaraq külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı mağazadan neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyektin pulunu tam ödəmib və Mərhəmətdən alıb. Mərhəmətlə obyektin müqaviləsini bağlayıblar, ona satılıb. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs tərəfindən ünvan 8 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzinin tikilməsi üçün onunla razılaşaraq lazım olan təxminən 270 ton armatur və digər tikinti materialı vermişdir. Həmin armatur və sair materialların dəyəri 212.500 manat olmuşdur. Təqsirləndirilən şəxs həmin pulu nağd formada verə bilmədiyindən təklif etmişdir ki, ünvan 8 ünvanında tikilən ticarət mərkəzindən qeyriyaşayış sahəsi versin. Mərhəmətin təklifi ilə razılaşmış və aralarında 02 sentyabr 2009-ci il tarixli M-ZƏ/2-09 nömrəli müqavilə imzalanmış, müqavilə şərtlərinə görə sahəsi 85 kv.m olmaqla ticarət mərkəzinin 2-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi satılmışdır. Sonradan məlum olmuşdur ki, Mərhəmət ona satdığı mağazanı xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də, bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti armatur alqı-satqısı zamanı pul əvəzi kimi almışdır. Mərhəmət ona pul borclu idi, pulun əvəzinə həmin obyektin müqaviləsini bağlayıb ona satıblar. Obyektini tələb edir. Xalq bankın işçiləri ona obyektdən istifadədə maneə törədir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, atası X54 2007-ci ildən təxminən 2009-cu ilədək tanışları Zərərçəkmiş şəxs7 ilə birlikdə ayrı-ayrı tikinti şirkətləri ilə razılaşaraq onları bəzi tikinti materialları və betonla təmin etməklə məşğul olmuşdur. 2009-cu ildə tanımadığı Rafiq adlı şəxs atası Eldarın iş ortağı Zərərçəkmiş şəxs7 300.000 ABŞ dolları borc almışdır. Bir müddət sonra Rafiq adlı şəxs 300.000 ABŞ dollarını qaytara bilmədiyindən ona məxsus ünvan 12 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 2 ədəd qeyri-yaşayış sahəsini pulun qarşılığında atası Eldara və Namiqə təklif etmişdir. Belə ki, Rafiq adlı şəxs “Yasmin” ticarət mərkəzinin tikintisi zamanı "xxxx" firmasına beton vermiş, betonun müqabilində pulun əvəzinə ticarət mərkəzini inşa edən firmanın rəhbəri Təqsirləndirilən şəxs ona 2 ədəd qeyri-yaşayış sahəsi vermişdir. Rafiqlə atası Eldar və Zərərçəkmiş şəxs7 razılaşmasına əsasən “Yasmin” ticarət mərkəzinin ikinci mərtəbəsindən sahəsi 53 kv.m olan qeyri-yaşayış sahəsi atasına, sahəsi 43 kv.m olan qeyr-yaşayış sahəsi isə Zərərçəkmiş şəxs7 verilmişdir. Rəsmiləşdirmə isə onun adına aparılmışdır. Atası həmin mağazanı adına sənədləşdirməklə hədiyyə etdiyini bildirmişdir. "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında firmanın 28 May küçəsində yerləşən ofisində MV Ə/02-11 nömrəli 13 noyabr 2009-cu il tarixli müqavilə imzalanmış, müqavilə şərtlərinə görə ona ünvan 12 ünvanında yerləşən "xxxx" firmasına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 53 kv.m. sahəsi olan 10 nömrəli mağaza satılmışdır. Müqavilədə qeyri-yaşayış sahəsinin hər kv.m-nin qiyməti 3000 manat göstərilmişdir. Həmin gün Mərhəmət tərəfindən 159.000 manat pulun tam ödənilməsinə dair maliyyə arayışları verilmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus mağazanı sonradan xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürərək kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı mağazadan neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt təhfil verildi, amma bütün işlərlə atası məşğul idi. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2009-cu ilin noyabr ayında ona məlum olmuşdur ki, ünvan 8 ünvanında yerləşən "xxxx" firması tərəfindən inşa edilməkdə olan qeyri-yaşayış sahəsindən sərfəli qiymətlərlə ofis və mağaza yerləri satılır. Həmin ünvana gedib qeyri-yaşayış sahəsinə baxmış, orada özünü firmanın rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu ona tikili barədə məlumat verərək bildirmişdir ki, tikilinin aparıldığı torpaq sahəsi ona məxsusdur, tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələr alınmışdır. Həmin tikilininin yerləşməsini və layihəsini bəyənmiş və buna görə də Mərhəmətlə onların ofisində görüşüb alqı-satqı etməyin şərtlərini danışmaq qərarına gəlmişdir. Buna görə də 17 noyabr 2009-cu il tarixdə firmanın şəhərin mərkəzi hissəsində, 28 May küçəsində yerləşən ofisinə getmiş, Təqsirləndirilən şəxsla görüşüb həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiyini təkrar bildirmişdir. Mərhəmətlə olan danışığa əsasən obyektin 2-ci mərtəbəsində yerləşən 1 nömrəli 26.4 kvadrat metr sahəyə malik olan mağazanın hər kvadrat metrini 3000 ABŞ dollarına almağa razılaşmışdır. Bundan sonra aralarında 17 noyabr 2009-cu il tarixdə MAA/17-09 nömrəli müqavilə imzalanmış, elə həmin gün müqavilədə nəzərdə tutulan 79.200 ABŞ dollarını tam olaraq Mərhəmətə vermişdir. Pulu ödəməyinə dair dair Mərhəmət tərəfindən ona öz imzası və firmanın möhürü ilə təsdiq edilmiş 17 noyabr 2009-cu il tarixli arayış verilmişdir. Təklifi ilə 18.11.2009-cu il tarixdə Mərhəmətlə notariat kontoruna gedib 17 noyabr 2009-cu il tarixli MAA/17-09 nömrəli müqaviləni təsdiq etdirmişlər. Bundan əlavə 2011-ci ilin may ayında aldığı mağazanın qonşuluğunda yerləşən eyni ölçülü, yəni 24,6 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsini də almaq qərarına gəlib yenidən Təqsirləndirilən şəxs müraciət etmiş, Mərhəmətlə danışıqlar apararkən sonuncu həmin sahəni daha ucuz qiymətə, yəni 39.360 manata sata biləcəyini demişdir. Əri həmin obyektdən ikinci mağazanı almağa razı olmadığı üçün həmin mağazanı bacısı X24 adına rəsmiləşdirmək qərarına gəlmişdir. Buna görə də həmin mağazaya dair 20 may 2011-ci il tarixli müvafiq müqavilə bacısı Könül Hacıyeva ilə Təqsirləndirilən şəxs arasında bağlanmışdır. Bundan sonra hissə-hissə pulu ödəməyə başlamış, hər dəfə pul ödədikcə Mərhəmət tərəfindən ona imzalanmış və möhürlənmiş arayış verilmişdir. Sonuncu dəfə 19 yanvar 2013-cü il tarixdə aldığı mağazaya görə qalan 4960 manat pulu ödəyərək müqavilə üzrə nəzərdə tutulan pulu tam ödəmişdir. Eyni zamanda 2013-cü ilin avqust ayında "xxxx" firmasından ilk dəfə aldığı 1 nömrəli mağazaya bitişik olan 30.2 kv metr mağazanı da almaq üçün həmin firmanın direktoru Mərhəmətə müraciət edib həmin sahəni də almaq istədiyini bildirmiş, sonuncu həmin sahəni 24.000 manata satmağa razılaşmışdır. Bundan sonra aralarında ilk dəfə bağlanmış MAA/17-09 saylı müqaviləyə 15 avqust 2013-cü il tarixdə əlavə edilmiş və yeni aldığı 30.2 kvadrat metr sahədə müqavilədə göstərilmişdir. Həmin yerin dəyərini, yəni 24.000 manatı müqavilə bağlanan gün Mərhəmətə ödəmiş və sonuncu ona pulun ödənilməsini təsdiq edən arayış təqdim etmişdir. 2016-cı ilin dekabr ayında məlum olmuşdur ki, "xxxx" firması ilə "xxxx" ASC arasında məhkəmə çəkişməsi gedir. Belə ki, aldığı mağazalara mülkiyyət hüququna dair çıxarış almaq üçün reyestr xidmətinə müraciət edəndə həmin sahənin "xxxx" ASC-də girovda olduğunu bildirmişlər. Bundan sonra öz adından, eləcə də bacısı Könül Hacıyevanın adından Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Apellyasiya məhkəməsi aldığı sahələrə münasibətdə ipoteka müqaviləsini ləğv etmiş, Ali Məhkəmə də bu qərarı qüvvədə saxlamışdır. 18 iyul 2018-ci il tarixdə Konstitusiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarı ləğv edilib yenidən baxışa göndərilmişdir. 2013-cü il ərzində 17.11.2009-cu il tarixli MAA/17-09 saylı və həmin müqaviləyə 15.08.2013-cü il tarixli əlavə müqavilə əsasında aldığı müvafiq olaraq 26.4 kvdarta metr və 30.2 kvadrat metr olan hissə yan-yana olduğu üçün birləşdirib vahid bir mağaza kimi təmir etdirmiş, həmin təmir işlərinə təxminən 45.000 manat xərc çəkmişdir. Mərhəmət ona satdığı sahələri sonradan xəbəri olmadan ASC "xxxx" Bankında girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı sahələrdən neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt ona təhfil verildi. Ödənişi qurtardıqdan sonra ona maliyyə arayışı verdilər. Təxminən 2009da alıb obyekti, daha dəqiqi iş materiallarında müqavilə vardır, orada tarix yazılıb, notariat qaydada da müqavilə vardır işdə, 2011-ci ildə obyekti notariat qaydada bağlanmış müqavilə əsasında alıb. 2013- cü ilin avqus ayında obyektdə tikinti təmir işlərinə başlamışdır. Bank əməkdaşları əvvəllər ora gəlib getməyiblər, görməmişdir. Bu gün Mərhəmət yox əslində Xalqbank onlara ziyan vurur, onları öz obyektlərinə buraxmır. Xalq bankın işçilərinin qanunsuzluğuna son qoyulmasını tələb edir. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs10ifadəsində göstərmişdir ki, 2008-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC beton istehsalı zavoduna 400.000 ABŞ dolları investisiya qoymuşdur. Həmin MMC-nin təsisçisi Almaniya Federativ Respublikasının adını xatırlamadığı vətəndaşı olmuş, direktoru isə yenə Almaniya Federativ Respublikasının vətəndaşı Manfred Huber adlı şəxs olmuşdur. Qeyd etdiyi pulu 2008-ci il ərzində hissə-hissə olmaqla MMC-nin kassasına vermiş, lakin rəsmi olaraq MMC-nin payçısı olmamış, aralarındakı münasibətlər müqavilə əsasında tənzimlənmişdir. 400.000 ABŞ dollarını verdikdən az sonra həmin zavodun idarə edilməsində ciddi problemlərin olduğunu görüb pulunu geri götürmək qərarına gəlmişdir. Lakin qoyduğu pul vəsaitini nağd qaydada götürmək mümkün olmadığından MMC rəhbərliyi tərəfindən ona "xxxx" firması ilə aralarında olan müqaviləni göstərib bildirilmişdir ki, həmin müqaviləyə əsasən firma tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında inşa edilən tikiliyə 270.000 manat dəyərində beton verilmiş və həmin betonun əvəzinə firma tərəfindən MMC-yə hər kvadrat metri 1500 manatdan hesablanmaqla 180 kvadrat metr qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Ona MMC-yə qoyduğu pulun əvəzinə həmin qeyri-yaşayış sahəsi təklif edilmişdir. Təkliflə razı olub gedib firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşmüş, Mərhəmət də aralarındakı münasibəti müqavilə ilə tənzimləməyi təklif etmiş və aralarında 26.11.2009-cu il tarixli MK Z/26-11 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə 2009-cu ilin dekabr ayından 2010-cu ilin fevral ayına qədər M-350(B-25) markalı 3000 kubmetr betonun pulunu 1 kubmetr beton 92 manatdan hesablanmaqla "xxxx" MMC-yə ödəməyi və betonu gətirib pompalar ilə vurulmağını öhdəsinə götürmüşdür. Onunla "xxxx" MMC arasında olan münasibətin Təqsirləndirilən şəxs aidiyyəti olmadığından müqavilədə betonun dəyərinin onun tərəfindən MMC-yə ödənilməli olduğu qeyd edilmişdir. Əslində isə MMC-yə qoyduğu pulun əvəzinə həmin mağazalar cəmiyyətin özü tərəfindən ona təklif edilmişdir. Bu qaydada ona obyektin 2 və 3-cü mərtəbələrində yerləşən ümumilikdə 98.57 kv.m. mağaza hər kvadrat metri 2500 manata olmaqla, ümumilikdə 246.425 manatdan hesablanmaqla satılmışdır. Bu illər ərzində öhdəsinə götürdüyü betonu həmin cəmiyyətdən alaraq firmanın inşa etdiyi əraziyə verilməsini təmin etmişdir. Bundan əlavə sonradan adına sənədləşdirilən 125 kvadrat metr sahə üçün firmaya 302.998 manat dəyərində tikinti materialı vermiş, bu qaydada ümumilikdə 223.57 kvadrat metr sahə üçün 549.423 manat dəyərində tikinti materialı vermişdir. Beləliklə, "xxxx" MMC-yə qoyduğu investisiyanı tamamilə götürmüşdür. Həmin qaydada alqı-satqı etdikdən sonra arxayın olaraq həmin tikilinin olduğu sahəyə getməmiş, həmin mağazaları təmir etdirməmiş, kirayəyə verməmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus mağazaları xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürmüşdür. Buna görə də aldığı mağazalardan neçə illərdir ki, istifadə edə bilmir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt ona təhfil verildi, ona maliyyə arayışı da verdilər. Təxminən 2008-də görüşüb Mərhəmətlə, 2009-da da notariat qaydada müqavilə bağlayıb obyekt alıb. 2013-cü ilin avqus ayında başlayıb təmirə. Bank əməkdaşları əvvəllər ora gəlib getməyiblər, görməmişdir. Əmlakını tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs11ifadəsində göstərmişdir ki, 2009-cu ilin noyabr və ya dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında, Azərbaycan Tibb Universitetinin qarşısında ticarət mərkəzinin tikildiyinin şahidi olub həmin ticarət mərkəzindən özünə mağaza almaq qərarına gəlmişdir. Maraqlananda məlum olmuşdur ki, həmin ticarət mərkəzi "xxxx" firması tərəfindən inşa edilir. Həmin ticarət mərkəzindən mağaza almağın şərtlərini danışmaq üçün firmanın 28 May küçəsində yerləşən ofisinə getmiş, orada özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşdür. Mərhəmət tikinti işlərinin onun direktoru olduğu "xxxx" firması tərəfindən aparıldığını, bütün dövlət orqanlarından zəruri icazələrin alındığını bildirib ticarət mərkəzinin kağız üzərində olan planını təqdim etmişdir. Plana baxıb ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 3 nömrəli 35.3 kvadrat metr sahəsi olan mağazanı bəyənmişdir. Bundan sonra Mərhəmətlə birlikdə tikinti işlərinin aparıldığı yerə getmiş, sonuncu yerində də tikinti işlərinin intensiv şəkildə aparıldığını ona göstərmişdir. Həmin hadisədən bir neçə gün sonra mağazanı almaq barədə qəti qərara gəlib firmanın ofisinə getmiş və Təqsirləndirilən şəxsla aralarında 05.12.2009-cu il tarixli MRF/05-12 nömrəli müqavilə bağlanmışdır. Müqaviləni alıcı qismində o, satıcı qismində isə firmanın rəhbəri Təqsirləndirilən şəxs imzalamışdır. Müqavilə şərtlərinə görə Mərhəmət ona tikilməkdə olan ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 35.3 kvadrat metr sahəsi olan 3 nömrəli mağazanın hər kvadrat metrini 2800 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq firmaya hissə-hissə olmaqla müqavilə üzrə nəzərdə tutulan cəmi 98.840 manat pulu tam ödəmişdir. Müqavilədə mağazanın nömrəsi göstərilsə də, faktiki olaraq firma tərəfindən mağazaların nörələnməsi aparılmamışdır. Eyni zamanda həmin ticarət mərkəzindən ilkin aldığı mağazanın yanındakı mağazanı da alaraq birləşdirib daha böyük mağaza əmələ gətirmək üçün 2011-ci ilin oktyabr ayında firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb razılığa gələrək 28.10.2011-ci il tarixli MRF/05-12 nömrəli müqavilə bağlamışdır. Müqaviləni alıcı qismində özü, satıcı qismində isə firmanın rəhbəri Təqsirləndirilən şəxs imzalamışdır. Müqavilə şərtlərinə görə Mərhəmət ona tikilməkdə olan həmin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 30 kvadrat metr sahəsi olan 3A nömrəli mağazanın hər kvadrat metrini 2700 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq firmaya elə müqavilənin bağlandığı gün tam olaraq 81.000 manat ödəniş etmişdir. Aldığı mağazalar yanaşı yerləşdiyindən və arakəsmələri də olmadığından vahid bir mağaza formasındadır. Həmin mağazalar 2013-cü ildə tərəfindən tam təmir edilmişdir, təmir işlərinə 28.700 manat xərc çəkmişdir. Lakin həmin mağazaları heç vaxt kirayəyə verməmiş, özü də hər hansı məqsədlə, o cümlədən ticarət məqsədilə istifadə etməmişdir. Həmin ticarət mərkəzi hazırda “Yasmin” ticarət və əyləncə mərkəzi adı ilə qismən fəaliyyət göstərir. Belə ki, ticarət mərkəzinin zirzəmisindəki hamam və 1-ci mərtəbəsində bəzi mağazalar faktiki olaraq işlək vəziyyətdə olsalar da, digər mərtəbələr işlək deyil. Sonradan ona məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus həmin mağazaları, eləcə də bütövlükdə həmin ticarət mərkəzini xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürüb kredit üzrə də ödənişləri etməmiş, buna görə də faktiki olaraq pul verib aldığı mağazalar bankın girovundadır. Mağazanın təhvil verilməsi ilə bağlı problemlər olduğundan həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınaraq adına çıxarış verilməsi barədə qərar çıxarılması üçün Nərimanov rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 17.04.2018-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş və "xxxx" firmasının vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılaraq Prokurorluğa göndərilmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, obyekt ona təhfil verildi, ona maliyyə arayışı verdilər. 2009-da notariat qaydada müqavilə bağlayıb obyekt alıb. Obyektində təmirə başlayıb. 2013- cü ilin avqus ayının axırı obyektimdə təmirini bitirib. Bank əməkdaşları əvvəllər ora gəlib getməyiblər, görməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs12ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2010-cu ilə kimi Bakı şəhəri, Səməd Vurğun küçəsində- Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən aptekdə əczaçı kimi işləmişdir. 2009-cu ildə həmin ərazidə, yəni ünvan 12 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzinin tikildiyini görmüşdür. Maraqlananda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ticarət mərkəzi tikir. 2009-cu ilin dekabr ayında həmin ünvana gedib qeyri-yaşayış sahəsinə baxmış və tikinti işlərinin aparıldığının şahidi olduğundan həmin ticarət mərkəzindən obyekt almağa qərar vermişdir. Buna görə də həmin əraziyə gedib orada Mərhəmətlə görüşmüş, sonuncu ona tikili barədə məlumat verib bildirmişdir ki, tikilinin aparıldığı torpaq sahəsinin ona məxsusdur, tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələr alınmışdır. Tikilinin layihəsinə baxıb Möhsün Sənani küçəsinə doğru, yəni ATU-nun Onkoloji Klinikasına doğru baxan 1-ci mağazanı bəyənmişdir. Belə ki, Mərhəmət ona həmin mağazadan küçəyə qapı açıldığını bildirmişdir. Həmin hadisədən bir neçə gün sonra firmanın ofisinə getmiş və Təqsirləndirilən şəxsla arasında 21.01.2010-cu il tarixli MQ-M/21-01 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə Mərhəmət ona tikilməkdə olan ticarət mərkəzinin birinci mərtəbəsindəki 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağazanı hər kvadrat metrini 4000 manat olmaqla satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq tam olaraq 180.000 manat ödəniş etmişdir. Müqavilədə mağazanın nömrəsi göstərilsə də, faktiki olaraq firma tərəfindən mağazaların nörələnməsi aparılmamışdır. Sonradan fikrini dəyişib daha böyük sahəsi olan mağaza almaq qərarına gəlib bu haqda Təqsirləndirilən şəxs demiş, sonuncu da ona həmin ticarət mərkəzində 72 kvadrat metr sahəsi olan 13 nömrəli mağazanı təklif etmiş, aralarında 29.05.2012-ci il tarixli MQ-M/29-05 müqavilə bağlanmışdır. Yeni müqaviləyə əsasən Təqsirləndirilən şəxs 180.000 manatdan əlavə 86.000 manat pul ödəmişdir. Həmin mağazanın təmir olunması və aptek kimi fəaliyyət göstərilməsi üçün 30.000 manat pul xərcləmişdir. 21 yanvar 2010-cu il tarixli müqavilə əsasında aldığı 70 kvadrat metr sahədən ibarət olan aptekin hər hansı banka qoyulması barədə xəbəri olmamış, Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, sahə ona təhfil verilmişdir. 2009-da alıb obyekti, notariat qaydada müqavilə bağlayaraq obyekti alıb. Ona satılmış sahəni 2013-cü ilə qədər təmir elətdirib, 2013-cü ildən də Aptek kimi fəaliyyət göstərir onun sahəsi. Obyekti təmir elətdirilməsindən hazırkı vaxtadək heç bir bank əməkdaşı ora yaxınlaşıb, obyektin kimə məxsusluğu barədə soruşmayıblar. Hazırkı vaxtadək obyektini işlədir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs13ifadəsində göstərmişdir ki, 2005-ci ildə "xxxx" MMC-ni yaratmış, 2007-ci ildə Təqsirləndirilən şəxs adlı şəxs müraciət edərək ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 3 bloklu hündürmərtəbəli yaşayış binası tikməyi planlaşdırdığını bildirib layihəsinin hazırlanmasını xahiş etmiş, həmin yer üçün 3 bloklu yaşayış binalarının tikilməsi üçün eskiz hazırlamışdır. Sonradan Təqsirləndirilən şəxs fikrini dəyişib orada ticarət mərkəzi tikməyi planlaşdırdığını bildirmiş, ona görə də ticarət mərkəzinin layihəsini hazırlayıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin layihənin 67.000 manat hazırlanması barədə Təqsirləndirilən şəxsla razılaşmışlar. Layihəni təqdim etməyinə baxmayaraq Təqsirləndirilən şəxs ona razılaşdıqları pulun əvəzinə ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tikəcəyi ticarət mərkəzindən qeyri-yaşayış sahəsi təklif etmişdir. Mərhəmətin təklifi ilə razılaşmış və aralarında 24 noyabr 2010-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Yasmin” ticarət mərkəzinin 3-cü mərtəbəsində sahəsi 33.5 kv.m olan qeyri-yaşayış sahəsi 67.000 manat pul məbləğinin əvəzinə ona satılmışdır. Sonradan ona məlum olmuşdur ki, Mərhəmət həmin mağazanı ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürmüşdür. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti 2010-cu ildə almışdır, obyekti alandan sonra obyekt ona təhfil verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs14ifadəsində göstərmişdir ki, 2012-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında, Azərbaycan Tibb Universitetinin qarşısında ticarət mərkəzinin tikildiyinin şahidi olub, həmin ticarət mərkəzindən özünə mağaza almaq qərarına gəlmişdir. Həmin vaxt obyektin tikinti işləri davam etdirilməklə təxminən 4-5 mərtəbəsi artıq inşa edilmişdir. Həmin ticarət mərkəzindən mağaza almağın şərtlərini danışmaq üçün "xxxx" firmanın 28 May küçəsində yerləşən ofisinə getmiş, orada özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşdür. Mərhəmət ona tikinti işlərinin onun direktoru olduğu "xxxx" firması tərəfindən aparıldığını, bütün dövlət orqanlarından zəruri icazələrin alındığını bildirmişdir. Mərhəmət ona ticarət mərkəzinin kağız üzərində olan planını təqdim etmiş, plana baxıb ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 6 nömrəli mağazanı bəyənmişdir. Bundan sonra Mərhəmətlə birlikdə tikinti işlərinin aparıldığı yerə getmiş, sonuncu yerində də ona həmin mağazanı göstərmişdir. Həmin hadisədən bir neçə gün sonra mağazanı almaq barədə qəti qərara gəlib firmanın ofisinə getmiş, Təqsirləndirilən şəxsla arasında 30.04.2012-ci il tarixli M Ə-E/30/04/12 nömrəli müqavilə bağlanmışdır. Firma tərəfindən müqaviləni Təqsirləndirilən şəxs imzalayıb firmanın dairəvi möhürü ilə təsdiq etmişdir. Müqavilə şərtlərinə görə firma ona tikilməkdə olan ticarət mərkəzinin 3-cü mərtəbəsində olan 50 kvadrat metr sahəsi olan 6 nömrəli mağazanı hər kvadrat metrini 2800 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq elə həmin gün firmaya tam olaraq 140.000 manat ödəniş etmişdir. Bu barədə Təqsirləndirilən şəxs tərəfindən ona maliyyə arayışı verilmişdir. Bir müddət sonra Mərhəmətə müraciət edərək həmin mağazanın yerləşdiyi yeri bəyənmədiyini bildirmişdir. Mərhəmət bildirmişdir ki, həmin mağazanın bir mərtəbə aşağısındakı mağazanı adına sənədləşdirə bilər. Razı olduğu üçün yeni müqavilə tərtib edilmişdir. Yeni müqavilə də ilkin müqavilə ilə eynilik təşkil etməklə yalnız mağazanın yerləşmə mərtəbəsində dəyişiklik edilmiş və ona ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 50 kv.m sahəsi olan 3V nömrəli mağaza satılmışdır. Yeni müqavilənin tarixi də ilkin müqavilədəki kimi 30.04.2012-ci il qeyd edilmişdir. Həmin mağazanın təmirinə təxminən 4000 manat pul xərcləmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs həmin mağazanı xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürmüşdür. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti 2012-ci ildə alıb, obyekti alandan sonra, obyekt ona təhfil verildi, bir müddət sonra remonta başlamışdır, təxminən 2-3 ay remont gedib obyektində. Obyektdə remont gedən vaxtı bank əməkdaşları ora gəlməyib, ümumiyyətlə o bank əməkdaşlarını orada görməyib. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs16ifadəsində göstərmişdir ki, 2012-ci ilin iyun-iyul aylarında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında ticarət mərkəzinin tikildiyinin şahidi olub həmin ticarət mərkəzindən öz adına və oğlu Azərin adına mağaza almaq qərarına gəlmişlər. Məlum olmuşdur ki, həmin ticarət mərkəzi "xxxx" firması tərəfindən inşa edilir. Azərlə birlikdə həmin ticarət mərkəzindən mağaza almağın şərtlərini danışmaq üçün firmanın ofisinə gedib özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşlər. Mərhəmət tikinti işlərinin onun direktoru olduğu "xxxx" firması tərəfindən aparıldığını, bütün dövlət orqanlarından zəruri icazələrin alındığını bildirmişdir. Həmin ərəfədə Azərlə birlikdə və ayrı-ayrılıqda bir neçə dəfə Mərhəmətlə görüşmüşlər. Mərhəmət onlara ticarət mərkəzinin birinci mərtəbəsinin kağız üzərində olan planını da təqdim etmiş, oğlu Azər plana baxıb ticarət mərkəzinin Möhsün Sənani küçəsinə doğru olan, yəni ATU-nun Onkoloji Klinikasına doğru baxan 2-ci mağazasını bəyənmişdir. Həmin hadisədən bir neçə gün sonra mağazanı almaq barədə qəti qərara gələrək firmanın ofisinə getmişlər və Təqsirləndirilən şəxsla Azərin arasında 05.07.2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə firma Azərə tikilməkdə olan ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağazanı hər kvadrat metrini 3000 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq Azər firmaya tam olaraq 135.000 manat ödəniş etmişdir. Bundan əlavə yenə həmin gün, yəni 05.07.2012-ci il tarixdə Azərlə birlikdə həmin ticarət mərkəzinin 1-ci mərtəbəsindən 75 kv.metr sahəsi olan mağazanın hər kvadrat metrini 3000 manata satın almışdır. Müqavilə üzrə nəzərdə tutulan məbləği hissə-hissə olmaqla tam olaraq ödəmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona və oğlu Azərə satdığı sahələri sonradan xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürüb kredit üzrə də ödənişləri etməmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti alandan sonra, sahə ona təhfil verilmişdir. 2012-də pul verib almışdır obyekti. Aldığı sahə 2013-cü ildə təmir elətdirilirdi, obyektin təmir elətdirilməsindən hazırkı vaxtadək heç bir bank əməkdaşı ora yaxınlaşıb, obyektin kimə məxsusluğu barədə soruşmayıblar. Bu gün Mərhəmət yox əslində Xalqbank onlara ziyan vurur, onları öz obyektlərinə buraxmır. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2011-ci ilin əvvəllərində məlum olmuşdur ki, "xxxx" firmasının rəhbəri Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında qeyri-yaşayış sahəsi tikib oradakı mağazaları satır. O və oğlu Vüqar Bağırov həmin ticarət mərkəzindən mağaza almaq qərarına gəlmişlər. Həmin Ticarət Mərkəzi ilə maraqlananda Mərhəmət ticarət mərkəzində satışda mağaza olmadığını bildirmişdir. Təxminən 1 il sonra, yəni 2012-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs oğlu Vüqara bildirmişdir ki, ticarət mərkəzinin 2-ci mərtəbəsindəki mağazanı satır. Həmin tikilinin yerləşməsini və layihəsini bəyəndikləri üçün 2012-ci ilin oktyabr ayında firmanın şəhərin mərkəzi hissəsində, 28 May küçəsində yerləşən ofisinə gedib orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb ona həmin qeyri-yaşayış sahəsindən mağaza almaq istədiklərini bildirmişlər. Ticarət Mərkəzinin 2-ci mərtəbəsindən sahəsi 72 kv.m. olan mağazanı almaq qərarına gəlmişdir. Mağazanın hər kvadrat metrini 3.500 manata, ümumilikdə 252.000 manat alqı-satqı etməyi Mərhəmətlə razılaşmışdır. İlkin olaraq 40.000 ABŞ dolları ödəmiş, daha sonra isə təqribən 6 ay müddətində ödənişlər edərək ümumilikdə 252.000 manatı tam ödəmişdir. Lakin həmin mağazanı almağına dair Mərhəmətlə arasında heç bir rəsmi müqavilə bağlanmamışdır. Mərhəmət inandırmışdır ki, heç bir problem olmayacaq. 2013-cü ilin mart ayında tam olaraq pulu ödədikdən sonra Təqsirləndirilən şəxs aldığı mağazanın yanındakı 72.kv.m sahəsi olan mağazanı da almasını təklif etmişdir. Razı olduğu üçün həmin 72 kv.metrlik mağazanı da almaq qərarına gəlmişdir. Yenidən Mərhəmətlə görüşüb 72 kv.m-lik mağazanın hər kvadrat metrini 2500 manata alqı-satqı etməyə razılaşmışdır. Mərhəmətdən tələb etmişdir ki, həmin əmlaka hüququnu təsdiq edən sənəd versin və həmçinin həmin sənəd ilkin aldığı mağazaya dair hüququ da əhatə eləsin. Bundan sonra Mərhəmətlə arasında 08.10.2012-ci il tarixli müqaviləni bağlanmışdır. Müqaviləni firma tərəfindən satıcı qismində Təqsirləndirilən şəxs, alıcı qismində isə o imzalamışdır. Müqavilə şərtlərinə görə "xxxx" firmasına məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsindən sahəsi 144 kv.m olan mağaza ümumilikdə 432.000 manata ona satılmışdır. Elə həmin vaxt yəni, 2013cü ilin mart ayında 80.000 ABŞ dollarını ofisdə Mərhamətə ödəmişdir. Qalan pulu isə 2014-cü ilin yay aylarına qədər ödəyib qurtarmışdır. Ümumilikdə 144.kv.m mağaza üçün Mərhəmətə 550.000 ABŞ dolları, məzənnəyə uyğun olaraq 432.000 manat pul ödəmişdir. Mağazanın pulunun tam ödənilməsinə dair Mərhəmət tərəfindən maliyyə arayışı verilmşdir. Ticarət Mərkəzində işlərin çox ləng getdiyini və təhvil verilməsinin gecikdiyini görüb 08 oktyabr 2012-cil tarixli müqaviləyə əsasən ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsindən sahəsi 144 kv.m olan mağazaya sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin sahiblik və istifadəsinə verilməsi üçün iddia ərizəsi ilə Bakı şəhər, Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli 2(005)-4736/2016-cı il tarixli qərarı ilə iddiam təmin edilmiş, "xxxx" firması tərəfindən ünvan 13 ünvanda inşa edilən binanın 2-ci mərtəbəsində ümumi sahəsi 144 kv.m ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, həmin mağazanın istifadəsinə verilməsi vəzifəsi cavabdeh "xxxx" firmasına həvalə edilmişdir. Mərhəmət həmin mağazanı sonradan xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı mağazaları neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkir. Əslən Tovuz rayonundan olan Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 ilə ailəvi dostluq münasibətləri olmuşdur. 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 oğlu Vüqara ünvan 12 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzinin 1-ci mərtəbəsində olan ona məxsus 31 kv.m mağazanın hər kvadrat metrini 3.000 manata satmağı təklif etmişdir. Həmin ticarət mərkəzində mağazalar aldığı üçün oradakı tikinti işlərinin gedişatı ilə tez-tez gedib yerində maraqlanmışdır. Həmin vaxt artıq ticarət mərkəzinin tikintisi tamamanmış, daxili təmir işləri də yekunlaşmaq ərəfəsində olmuşdur. Sahibin təklif etdiyi mağaza 1-ci mərtəbədə yerləşdiyindən onun təklifi maraqlı gəlmişdir. Sahib həmin mağazanı obyekt tikilməyə başladığı ilkin vaxtlarda firmadan aldığını, pula ehtiyacı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Ümumilikdə 93.000 manat müqabilində Zərərçəkmiş şəxs1 məxsus ünvan 12 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzinin 1-ci mərtəbəsində olan 31 kv.m mağazanı alqı-satqı etməyə razılaşmışlar. Razılaşdıqları gün və ya bir neçə gün sonra 93.000 manat pulu oğlu Vüqar Sahibə vermişdir. Pulu Sahibə verdikdən sonra mağazanı adına sənədləşdirməsini tələb etdikdə demişdir ki, “Mərhəmətə demişəm, get onun yanına mağazanı adınıza sənədləşdircək”. Oğlu Vüqar da həmin gün Mərhəmətlə görüşmüş və ona Sahiblə aralarında olan məsələni, yəni ona məxsus mağazanı 93.000 manta aldıqlarını bildirmişdir. Mərhəmət bu barədə ona Sahibin məlumat verdiyini demişdir. Vüqarla birlikdə Mərhəmətdən həmin mağaza ilə bağlı adına müqavilə və ya digər sənəd tələb etmişdir. Həmin hadisədən bir müddət sonra şəxsən gedib Mərhəmətlə görüşüb ondan adına müqavilə bağlamasını tələb etmişdir. Mərhəmət də ünvan 8 ünvanında "xxxx" firması tərəfindən inşa edilən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşən 31 kvadrat metr sahənin ona satılmasına dair geri tarixli, yəni 08.10.2012-ci il tarixli müqavilə tərtib etmişdir. Həmin mağazaya görə faktiki olaraq Sahibə 93.000 manat verməsinə baxmayaraq, müqavilədə 62.000 manat qeyd edilmiş, müqavilənin tarixi isə geri tarixə sənədləşdirilmişdir. Müqavilənin tarixinin geri tarixə tərtib edilməsini, həmçinin müqavilədə 93.000 manatın yerinə 62.000 manat yazılmasını sonradan görmüşdür. Müqaviləni firma tərəfindən satıcı qismində Təqsirləndirilən şəxs, alıcı qismində isə o, imzalamışdır. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, 2012-ci ildə almışdır obyekti, obyekti alandan sonra, obyekt ona təhfil verildi, ona maliyyə arayışı verdilər. Təmir işləri görmüşdür obyektində. Obyektini tələb edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2013-cü ilin əvvəllərində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ticarət mərkəzi tikir. Həmin ticarət mərkəzindən obyekt almaq qərarına gəlib ticarət mərkəzinə gedərək Mərhəmətlə görüşmüş, həmin tikilininin yerləşməsini və layihəsini bəyənmişdir. Buna görə də Mərhəmətlə onların ofisində görüşüb alqı-satqı etməyin şərtlərini danışmaq qərarına gəlmişdir. 05 mart 2013-cü ildə Mərhəmətlə firmanın ofisində görüşüb ticarət Mərkəzinin 1ci mərtəbəsindən sahəsi 76 kv.m. olan obyektin hər kvadrat metrini 4.500 manata, ümumilikdə 342.000 manata almaq barədə razılıq əldə etmişdir. Həmin gün ilkin olaraq 60.000 manat, daha sonra isə müqavilədə nəzərdə tutulan 342.000 manatı tamamilə ödəmişdir. Həmin qeyri-yaşayış sahəsini qızı Tahirəxanım Məmmədovanın adına almış, müqavilə qızı Tahirəxanımla Təqsirləndirilən şəxs arasında bağlanmış, müqaviləyə alıcı qismində qızı Tahirəxanım imza etmişdir. Sonradan məlum olmuşdur ki, Mərhəmət ona satdığı mağazanı xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub və külli miqdarda kredit götürüb kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı sahələrdən neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində ona həm maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, obyekti aldıqdan sonra təmir elətdirilməsindən hazırkı vaxtadək heç bir bank əməkdaşı ora yaxınlaşıb, obyektin kimə məxsusluğu barədə soruşmayıblar. Son 3 ayda bankın əməkdaşları ora girməyinə imkan vermirlər. 2019-cu ilin aprel ayında məhkəməyə müraciət eləyib, qətnamə çıxarıldı ki həmin sahə ona təhfil verilsin. Obyekti alandan sonra, sahə mənə təhfil verilmişdir. Bu gün Mərhəmət yox əslində Xalqbank ona ziyan vurur, onu öz obyektinə buraxmır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2012-ci ilədək ASC "xxxx" Bankının “Mingəçevir” filialının müdiri, 2012-ci ildən bankın "xxxx" filialının Kredit İdarəsinin rəisi, filial direktorunun müavini, 2018-ci ilin mart ayından isə bankın Kredit İdarəsinin rəisi vəzifəsində işləyir. ASC "xxxx" Bankının "xxxx" filialının kredit idarəsinin rəisi işlədiyi vaxt, yəni həmin filial tərəfindən 2013-cü ilin oktyabr ayında "xxxx" firmasına kredit müqaviləsinə əsasən 7.000.000 manat, sonradan ilkin kredit müqaviləsinə əlavə sazişlər əsasında 3.000.0000 və 4.000.000 manat olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Həmin kreditin alınması üçün filiala həmin firmanın direktoru Təqsirləndirilən şəxs tərəfindən kredit sifarişi ilə müraciət edilmişdir. Bankdaxili prosedura uyğun olaraq müraciətə baxılmış və kreditin verilməsinə qərar verilmişdir. Kreditin təminatı kimi ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 5 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. "xxxx" firmasına verilmiş kredit üzrə ödənişləri tam edə bilmədiyi üçün Təqsirləndirilən şəxs 01 iyul 2015-ci il tarixdə ərizə ilə "xxxx" filiala müraciət edərək ona yeni kredit ayrılmasını xahiş etmişdir. Onun müraciəti bankın daxili qaydalarına uyğun araşdırılmış və ona 08 iyul 2015-ci il tarixli kredit müqaviləsi əsasında 17.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və bu barədə bankın adına reyestr xidmətindən çıxarış verilmişdir. Kredit verildikdən təxminən bir il sonra "xxxx" firması banka qarşı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin ləğvini tələb etmişdir. Həmin iddiaya qarşılıq olaraq bank tərəfindən "xxxx" firmasının banka olan borcunun ödənilməsi barədə iddia verilmiş, məhkəmə tərəfindən firmanın iddiası təmin edilməmiş, bankın iddiası isə təmin edilərək firmadan 19.400.119 ABŞ dollarının və 26.05.2016-cı il tarixdən başlayaraq iddianın ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin bankın xeyrinə tutulması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bu qətnamədən "xxxx" firması tərəfindən apellyasiya şikayəti verilmişdi. Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılan zaman əvvəllər banka məlum olmayan Zərərçəkmiş şəxs9 və X40 məhkəməyə şikayət təqdim etməklə, sonradan isə banka qarşı müstəqil tələblər irəli sürməklə məhkəmə prosesinə qoşulmuş və "xxxx" firması ilə bağladıqları, dövlət reyestrində qeydiyyata alınmamış müqavilələri əsas gətirərək "xxxx" firmasının girov qoyduğu əmlaka münasibətdə öz əmlakları hissəsində ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Həmin şəxslərin tələbləri məhkəmə tərəfindən qəbul edilib, sonradan Ali Məhkəmə tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar bank tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından Konstitusiya Məhkəməsinə şikayət verilmiş və məhkəmə tərəfindən 18.07.2018-ci il tarixli qərarla Ali Məhkəmənin qərarı ləğv edilərək, yenidən baxılması üçün Ali Məhkəməyə qaytarılmışdır. Ali Məhkəmə də öz növbəsində işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə firmanın və Zərərçəkmiş şəxs9 və X24 iddiaları təmin edilməməklə, "xxxx" firmasından 08.07.2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC "xxxx" Bankın xeyrinə tutulması, tutmanın 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 təşkil edən qeyri-yaşayış binasına yönləndirilməsi qət edilmişdir. Bank tərəfindən "xxxx" firmasının təqdim etdiyi əmlaklar ipoteka ilə yüklü edilməzdən əvvəl əmlakların yüklü olub-olmaması yoxlanılmış, lakin həmin əmlakların yüklülüyü barədə heç bir akt qeydə alınmamışdır. Sonradan banka məlum olmuşdur ki, "xxxx" firması tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılmışdır. Kredit verilərkən Təqsirləndirilən şəxs və ya sair şəxs həmin binadan mağazaların hər hansı qaydada satılması barədə məlumt verməmişdir. "xxxx" firmasına 2013-cü və 2015-ci ildə kredit verilərkən girov kimi təqdim edilmiş əmlaklara bank əməkdaşları tərəfindən dəfələrlə baxış keçirilmiş, kredit müqavilələri üzrə tranşlar ayrılarkən monitorinqlər aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs da şəxsən iştirak etmiş və o, həmin qeyri-yaşayış sahəsinin müəyyən hissəsini kiməsə satdığını bildirməmişdir. Həmin vaxt orada tikinti tamamlama işləri aparılmış və zirzəmidə hamam, 1-ci mərtəbədə isə aptek fəaliyyət göstərmişdir. Mərhəmətdən bu barədə soruşanda həmin yerləri icarəyə verdiyini bildirmişdir. Bununla yanaşı bankla "xxxx" firmasının direktrou kimi Təqsirləndirilən şəxs arasında sonrakı ipoteka müqavilələrində Mərhəmət bəyan etmişdir ki, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyildir. Kreditlərin götürülməsi üçün banka verdiyi kredit sifarişlərində də həmin qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin "xxxx" firmasına məxsus olmaqla mülkiyyətində olmasını bəyan etmişdir. “Mars M” firmasının direktoru Təqsirləndirilən şəxs girov qoyduğu qeyri-yaşayış sahəsinin müəyyən hissəsini girov qoymazdan əvvəl müvafiq qaydada dövlət qeydiyyatına alınmamaqla müqavilələr əsasında ayrı-ayrı şəxslərə satması, bunu bildiyi halda həmin əmlakı banka girov qoyması nəticəsində banka ziyan dəymişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsindən mağaza aldıqlarını iddia edən şəxslərin iddialarına görə bank tərəfindən ipoteka predmetinə tutma yönəldilə bilmir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, ilk dəfə kredit alınması üçün Xalq Bankın "xxxx" filialına müraciət edilib. O həmin filialın kredit idarəsinin rəisi işləyib və Kreditin verilməsindən imtina etmişdir, bu barədə rəsmi qərar qəbul edilmişdir. Səbəb kimi Mars MMC-nin maliyyə vəziyyətinin aşağı olması, başqa banka olan borcunun olması, həmin borcunu ödəyə bilməməsi olmuşdur. Filial tərəfindən kreditin verilməsindən imtina edildikdən sonra, sonradan Böyük Kredit Komitəsi, BKK deyilən komitə, yəni yuxarı orqanın qərarı ilə kredit verilib. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2ifadəsində göstərmişdir ki, "xxxx" Bank ASC-nin "xxxx" filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin baş kredit mütəxəssisi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs bankdan götürdüyü kreditin sənədləşdirilməsini həyata keçirmişdir. Bütün sənədlər də iş materiallarında olmuşdur. Obyektdə bir neçə dəfə olub. Obyektin vətəndaşlara satılmasından sonradan xəbər tutmuşdur. Kreditin verilməsindən əvvəlcə imtina edilmişdir. Sonradan böyük kredit komitəsi, yəni yuxarı orqanın qərarı ilə kredit verilib. İpoteka veriləndə Mərhəmət bildirməyib ki, həmin obyektlər satılıb. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ilin yanvar ayından hazırkı vaxtadək ASC "xxxx" Bankında müxtəlif vəzifələrdə, o cümlədən 2013-cü ilin yanvar ayından Bankın "xxxx" filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kiçik kredit mütəxəssisi, kredit mütəxəssisi və aparıcı kredit mütəxəssisi, 2017-ci ilin may ayından isə həmin bankın “Lənkəran” filialının direktoru vəzifəsində işləyir. Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit mütəxəssisi kimi vəzifəsi bankdan kredit almaq üçün müraciət edən hüquqi şəxslərin kredit sifarişlərinin qəbul edilməsi, biznesin maliyyə təhlili, kreditin rəsmiləşdirilməsi (müvafiq sənədlərin hazırlanması, notariat hərəkətlərinin icra edilməsi və sair) və kreditin monitorinqi aparılmasından ibarət olmuşdur. ASC "xxxx" Bankının "xxxx" filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit mütəxəssisi işlədiyi vaxt, yəni 2013-cü ilin oktyabr ayında "xxxx" firmasına kredit müqaviləsinə əsasən 7.000.000 manat, sonradan ilkin kredit müqaviləsinə əlavə sazişlər əsasında 3.000.0000 və 4.000.000 manat olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Borcalan firma tərəfindən verilmiş 04.09.2013-cü il tarixli müvafiq kredit sifarişi şöbənin əməkdaşı Şahid2 tərəfindən qəbul edilmişdir. Həmin proseslərdə bankın əməkdaşı kimi yaxından iştirak etmişdir. Həmin kredit sifarişində girov qoyulmuş ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan "xxxx" firmasına məxsus olduğu qeyd edilmişdir. Bundan əlavə firmanın rəhbəri Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16.06.2010cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 24.12.2010-cu il tarixli, ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli arayış təqdim edilmişdir. Həmin sənədlərdən görünürdü ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyriyaşayış binası "xxxx" firmasınnın mülkiyyətindədir. Həmin əmlak üzərində digər yüklülük müəyyən edilməmişdir. Bank əməkdaşları tərəfindən 05.09.2013-cü il tarixdə sözügedən tikiliyə baxış keçirilib girovun mövcudluğu barədə akt tərtib edilmişdir. Həmin sənədi girovqoyan qismində Təqsirləndirilən şəxs özü imzalamışdır. Bundan sonra bankdaxili prosedura uyğun olaraq müraciətə baxılmış və kreditin verilməsinə qərar verilmişdir. Kreditin təminatı kimi ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. "xxxx" firmasına verilmiş kredit üzrə ödənişləri tam edə bilmədiyi üçün Təqsirləndirilən şəxs əvvəlcə məktublarla, 01 iyul 2015-ci il tarixdə isə kredit sifarişi ilə "xxxx" filiala müraciət edərək ona yeni kredit ayrılmasını xahiş etmişdir. Həmin kredit sifarişini borcalan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə özü imza etmişdir. Bundan əlavə olaraq həmin gün bankdaxili qaydalara görə kredit sifarişinə əlavə də tərtib edilmişdir. Həmin əlavədə girov haqqında məlumatlar öz əksini tapmışdır. Həmin sənəddə də ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan "xxxx" firmasına məxsus olduğu qeyd edilmişdir. Kredit sifarişinə həmin əlavəni də girov qoyan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə o imza etmişdir. Təqsirləndirilən şəxs bu müraciəti bankın daxili qaydalarına uyğun araşdırılmış və ona 08 iyul 2015-ci il tarixli **********58815 nömrəli kredit müqaviləsi əsasında 17.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və bu barədə bankın adına reyestr xidmətindən çıxarış verilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" firmasının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılmışdır. Kredit verilərkən Təqsirləndirilən şəxs və ya sair şəxs həmin binadan mağazaların hər hansı qaydada satılması barədə banka şifahi və ya yazılı məlumat verməmişdir. "xxxx" firmasına 2013-cü və 2015-ci ildə kredit verilərkən girov kimi təqdim edilmiş əmlaklara dəfələrlə baxış keçirilmiş, kredit müqavilələri üzrə tranşlar ayrılarkən monitorinqlər aparılmışdır. Həmin vaxt orada tikinti tamamlama işləri aparılmış və zirzəmidə hamam, 1-ci mərtəbədə isə aptek fəaliyyət göstərmişdir. Mərhəmətdən bu barədə soruşanda həmin yerləri icarəyə verdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs da şəxsən iştirak etmiş və o, həmin qeyri-yaşayış sahəsinin müəyyən hissəsini kiməsə satdığını bildirməmişdir. Bununla yanaşı bankla "xxxx" firmasının direktrou kimi Təqsirləndirilən şəxs arasında sonrakı ipoteka müqavilələrində bəyan etmişdir ki, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyildir. Kreditlərin götürülməsi üçün banka verdiyi kredit sifarişlərində də həmin qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin "xxxx" firmasına məxsus olmaqla mülkiyyətində olmasını bəyan etmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, o obyektin texniki cəhətdən mövcud olub-olmamasını yoxlamışdır. İpoteka veriləndə Mərhəmət ona bildirməyib ki, həmin obyektlər satılıb. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ildən ASC "xxxx" Bankında müxtəlif vəzifələrdə, o cümlədən işə başladığı 2013-cü ildən Bankın "xxxx" filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kiçik kredit mütəxəssisi, kredit mütəxəssisi və aparıcı kredit mütəxəssisi, 2019-cu ilin aprel ayının 15-dən isə həmin bankın "xxxx" filialının direktoru vəzifəsində işləyir. ASC "xxxx" Bankının "xxxx" filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit mütəxəssisi işlədiyi vaxt, yəni 2013-cü ilin oktyabr ayında "xxxx" firmasına kredit müqaviləsinə əsasən 7.000.000 manat, sonradan ilkin kredit müqaviləsinə əlavə sazişlər əsasında 3.000.0000 və 4.000.000 manat olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Borcalan firma tərəfindən verilmiş 04.09.2013-cü il tarixli müvafiq kredit sifarişi şöbənin əməkdaşı Şahid2 tərəfindən qəbul edilmişdir. Həmin proseslərdə bankın əməkdaşı kimi özü də yaxından iştirak etmişdir. Həmin kredit sifarişində girov qoyulmuş ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan "xxxx" firmasına məxsus olduğu qeyd edilmişdir. Bundan əlavə firmanın rəhbəri Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16.06.2010-cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 24.12.2010-cu il tarixli, ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli arayış təqdim edilmişdir. Həmin sənədlərdən görünmüşdür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binası "xxxx" firmasınnın mülkiyyətindədir. Həmin əmlak üzərində digər yüklülük müəyyən edilməmişdir. Bank əməkdaşı kimi tərəfindən 05.09.2013-cü il tarixdə sözügedən tikiliyə baxış keçirilib “Girov/ipoteka qismində təklif olunan əmlakın mövcudluğunun yoxlanılması aktı” tərtib edilmişdir. Həmin sənədi girovqoyan qismində Təqsirləndirilən şəxs özü imzalamışdır. Həmin ərəfədə binada təmir-tikinti və təmir-quraşdırma işləri aparılmışdır. Mərhəmət bildirmişdir ki, həmin ticarət mərkəzi tamamilə onun rəhbəri olduğu "xxxx" firmasının mülkiyyətindədir və digər şəxslərin həmin tikiliyə heç bir hüquqları yoxdur, heç bir mağaza satılmamış, yalnız "xxxx" ASC-dən götürülən kreditin təminatı qismində gorov qoyulmuşdur. Bundan sonra bankdaxili prosedura uyğun olaraq müraciətə baxılmış və kreditin verilməsinə qərar verilmişdir. Kreditin təminatı kimi ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 5 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" firması tərəfindən "xxxx" ASC-yə olan borc ödəndiyindən həmin bankda girovda olan qeyd edilən əmlak ASC "xxxx" Bankından götürülmüş kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. "xxxx" firmasına verilmiş kredit üzrə ödənişləri tam edə bilmədiyi üçün Təqsirləndirilən şəxs əvvəlcə məktublarla, 01 iyul 2015-ci il tarixdə isə kredit sifarişi ilə "xxxx" filiala müraciət edərək ona yeni kredit ayrılmasını xahiş etmişdir. Həmin kredit sifarişini borcalan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə Şahid3 imza etmişdir. Bundan əlavə olaraq həmin gün bankdaxili qaydalara görə kredit sifarişinə əlavə də tərtib edilmişdir. Həmin əlavədə girov haqqında məlumatlar öz əksini tapmışdır. Həmin sənəddə də ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan "xxxx" firmasına məxsus olduğu qeyd edilmişdir. Kredit sifarişinə həmin əlavəni də girov qoyan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə Şahid3 imza etmişdir. Onun bu müraciəti bankın daxili qaydalarına uyğun araşdırılmış və ona 08 iyul 2015-ci il tarixli **********58815 nömrəli kredit müqaviləsi əsasında 17.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və bu barədə bankın adına reyestr xidmətindən çıxarış verilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" firmasının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılmışdır. Kredit verilərkən Təqsirləndirilən şəxs və ya sair şəxs həmin binadan mağazaların hər hansı qaydada satılması barədə banka şifahi və ya yazılı məlumat verməmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı bildirmişdir ki, o kredit üzrə sənədləşdirməni həyata keçirmişdir. kredit veriləndə ipotekaya qoyulan obyektin vətəndaşlara satılmasına dair onda məlumat olmayıb. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1982-ci ildən tanıyır. Hər ikisi həmin dövrdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ali təhsil almışlar. Sonrakı illərdə əlaqələri kəsilmiş, təxminən 2005-ci ildən sonra yenidən əlaqələri bərpa olunmuşdur. Belə ki, həmin dövrlərdə Mərhəmət əsasən Ukraynada yaşamışdır. Mərhəmətin hələ 1990-cı illərdən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında, Azərbaycan Tibb Universitetinin qarşısında tikiş sexi olmuşdur. Təxminən 2008-ci ildən başlayaraq Mərhəmət həmin yerdəki sexi sökərək yerində ticarət mərkəzi tikməyə başlamışdır. Mərəhəmətin deməsinə görə tikinti üçün bütün dövlət qrumlarından zəruri icazələr alınmış, torpaq sahəsi də onun özünə məxsus olmuşdur. Mərhəmət həmin ticarət mərkəzindən mağazalar almasını təklif etmiş, o da həmin dövrdə tikinti işlərinin qaydasında getdiyini görüb həmin obyektdən mağaza almaq qərarına gəlib Mərhəmətlə razılaşaraq həmin ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən 36,6 kvadrat metr sahəsi olan mağazanın hər kvadrat metrini 3000 ABŞ dollarına almış, alqı-satqı barədə 22.03.2009-cu il tarixli M-QS 03/09 nömrəli müqavilə bağlanmış, müqaviləyə Mərhəmətin X81 imza etsə də, faktiki olaraq alqı-satqı barədə Mərhəmətlə danışmış, Arif Bəşirovun müqaviləyə imza etməsi isə tamamilə formal xarakter daşımışdır. Həmin müqaviləyə uyğun olaraq 109.800 ABŞ dollarını, həmin dövrün məzənnəsinə uyğun olaraq 85.600 manatı Mərhəmətə vermiş, qeyd edilən müqavilədə pulun tam ödənilməsi göstərilmişdir. Bundan sonra həmin ticarət mərkəzindən əlavə olaraq 2 ədəd mağaza da almaq qərarına gəlib Təqsirləndirilən şəxsla görüşüb razılığa gələrək 01.02.2010-cu il tarixli S-M/01-02 və QS-M/01-02 saylı müqavilələr bağlayaraq müvafiq olaraq ticarət mərkəzinin 1-ci mərtəbəsindəki 61,2 kvadrat metr sahəsi olan 9 nömrəli mağazanın hər kvadrat metrini 2000 manata olmaqla, ümumilikdə 122.400 manata və ticarət mərkəzinin 5-ci mərtəbəsindəki 72,5 kvadrat metr sahəsi olan 3 nömrəli mağazanın hər kvadrat metrini 1500 manata olmaqla, ümumilikdə 108.750 manata almışdır. Hər iki müqavilədə satıcı qismində Mərhəmət imza etmişdir. Hər iki obyekt üzrə müqavilə üzrə nəzərdə tutulan məbləği tam ödəməyinə dair Mərhəmət ona maliyyə arayışları vermişdir. Təxminən 2014cü ildə pula ehtiyacı olduğundan aldığı mağazalardan birisini satmaq qərarına gələrək bu barədə tanışı X33 demişdir. Vüqarın özünün də əvvəlcədən həmin ticarət mərkəzinin 2-ci mərtəbəsində mağazaları olmuşdur. Vüqarla razılaşaraq 01.02.2010-cu il tarixli S-M/01-02 saylı müqavilə əsasında aldığı ticarət mərkəzinin 1-ci mərtəbəsindəki 61,2 kvadrat metr sahəsi olan 9 nömrəli mağazanın 31 kvadrat metrlik hissəsinin hər kvadrat metrini 3000 manata olmaqla, ümumilikdə 93.000 manata satmışdır. Bu barədə Təqsirləndirilən şəxs demiş, sonradan eşitmişdir ki, Vüqarın anası Zərərçəkmiş şəxs18 ilə Mərhəmət arasında müqavilə bağlanmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı mağazaları, eləcə də bütövlükdə ticarət mərkəzini xəbəri olmadan "xxxx" ASC-yə girov qoyub külli miqdarda kredit götürmüş və kredit üzrə ödənişləri etməmişdir. Mərhəmətlə dostluq münasibəti olsa da, onun hansı qaydada kredit götürməsi, götürdüyü kredit üçün hansı təminatının, o cümlədən hansı girovlarının olmasını bilməmişdir. Mərhəmətin qanunsuz əməllərinin nəticəsində aldığı mağazalardan neçə illərdir ki, istifadə edə bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildə tanışı Rafiq Bağırov ondan 300.000 ABŞ dolları borc almışdır. Həmin pulu dostu- hazırda ağır xəstə olan Eldar Vəliyevlə şərikliyindən ortaq pulları olmuşdur. Bir müddət sonra Rafiq 300.000 ABŞ dollarını qaytara bilmədiyindən ona məxsus 2 ədəd qeyri-yaşayış sahəsini təklif etmişdir. Rafiq bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 2 ədəd qeyri-yaşayış sahəsi ona məxsusdur. Belə ki, Rafiq “Yasmin” ticarət mərkəzinin tikintisi üçün beton vermiş, betonun müqabilində pulun əvəzinə ticarət mərkəzini tikən Təqsirləndirilən şəxs ona 2 ədəd qeyri-yaşayış sahəsi vermişdir. Rafiqlə razılaşmasına əsasən “Yasmin” ticarət mərkəzinin ikinci mərtəbəsindən sahəsi 53 kv.m qeyri-yaşayış sahəsi 159.000 manatdan hesablanmaqla Eldar Vəliyevə, sahəsi 43 kv.m olan qeyr-yaşayış sahəsi 129.000 manatdan hesablanmaqla ona verilmişdir. 43 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsi öz adına aparılmış, pulun tam ödənilməsinə dair Təqsirləndirilən şəxs tərəfindən maliyyə arayışları verilmişdir. Müqavilədə qeyri-yaşayış sahəsinin hər kv.m-ri 3000 manat göstərilmişdir. 53 kv.m qeyriyaşayış sahəsi isə Eldarın övladının adına rəsmiləşdirilmiş və ona da nəzərdə tutulan pulu tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin vaxt Mərhəmət bildirmişdir ki, sözügedən iki ədəd mağazanın ümumi dəyəri 288.000 manat təşkil edir və Rafiq ona cəmi 238.000 manat dəyərində beton verəcəkdir. Ona görə də arada olan fərqi ödəyərək hesablaşmağı təklif etmişdir. Ona görə də Mərhəmətə 50.000 manat pulu nağd olaraq vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında ticarət mərkəzinin tikildiyinin şahidi olub həmin ticarət mərkəzindən özünə mağaza almaq qərarına gəlmişdir. Həmin vaxt tikinti işləri davam etdirilməklə obyektin təxminən 4-5 mərtəbəsi artıq inşa edilmişdir. Maraqlananda məlum olmuşdur ki, həmin ticarət mərkəzi "xxxx" firması tərəfindən inşa edilir. Həmin ticarət mərkəzindən mağaza almağın şərtlərini danışmaq üçün firmanın ofisinə getmiş, orada özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşdür. Mərhəmət tikinti işlərinin onun direktoru olduğu "xxxx" firması tərəfindən aparıldığını, bütün dövlət orqanlarından zəruri icazələrin alındığını bildirmişdir. Mərhəmət ticarət mərkəzinin birinci mərtəbəsinin kağız üzərində olan planını təqdim etmiş, o da plana baxıb ticarət mərkəzinin Möhsün Sənani küçəsinə doğru olan, yəni ATU-nun Onkoloji Klinikasına doğru baxan 2-ci mağazasını bəyənmişdir. Bundan sonra Mərhəmətlə birlikdə tikinti işlərinin aparıldığı yerə gedib baxmışdır. Həmin hadisədən bir neçə gün sonra mağazanı almaq barədə qəti qərara gəlib firmanın ofisinə getmiş, Təqsirləndirilən şəxsla arasında 05.07.2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə firma ona tikilməkdə olan ticarət mərkəzinin birinci mərtəbəsindəki 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağazanı hər kvadrat metrini 3000 manata satmışdır. Müqavilə şərtlərinə uyğun olaraq firmaya tam olaraq 135.000 manat ödəniş etmişdir. Müqavilədə mağazanın nömrəsi göstərilsə də, faktiki olaraq firma tərəfindən mağazaların nömrələnməsi aparılmamışdır. Həmin mağazanın təmirinə 7000 manat xərc çəkmişdir. Mağazanın təhvil verilməsi ilə bağlı problemlər olduğundan həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılması üçün Nərimanov rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 13.04.2016-cı il tarixli qətnaməsi ilə müqavilədə nəzərdə tutulan 45 kvadrat metr sahəsi olan 2 nömrəli mağaza-qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ tanınmışdır. Yenə həmin gün, yəni 05.07.2012-ci il tarixdə onunla birlikdə atası Zərərçəkmiş şəxs16 da həmin ticarət mərkəzinin 1-ci mərtəbəsindən 75 kv.metr sahəsi olan mağazanın hər kvadrat metrini 3000 manata satın almışdır. Müqavilə üzrə nəzərdə tutulan məbləğ hissə-hissə olmaqla tam olaraq ödənmişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona və atası Zərərçəkmiş şəxs16 satdığı sahələri sonradan xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ilin yay aylarında ona məlum olmuşdur ki, "xxxx" firmasının rəhbəri Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış sahəsi, yəni ticarət mərkəzi tikir. Həmin ünvana gedib qeyri-yaşayış sahəsinə baxıb tikinti işlərinin getdiyinin şahidi olmuş və həmin ticarət mərkəzindən mağaza almaq qərarına gəlmişdir. Buna görə də həmin əraziyə gedib orada Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu ona tikili barədə məlumat verib bildirmişdir ki, tikilinin aparıldığı torpaq sahəsi rəhbəri olduğu "xxxx" firmasının mülkiyyətindədir və tikintinin aparılması üçün müvafiq dövlət orqanlarından bütün zəruri icazələr alınmışdır, tikinti işləri tam qanuni şəkildə təsdiq edilmiş layihə əsasında aparılır. Bir neçə gün sonra, yəni 25 sentyabr 2012-ci il tarixdə oradan qəti olaraq mağaza almaq qərarına gələrək Mərhəmətlə onun şəhərin mərkəzi hissəsində - 28 May küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən ofisində görüşüb alqı-satqı etməyin şərtlərini danışmışdır. Mərhəmətlə ticarət mərkəzinin 1-ci mərtəbəsində hər birisi 51.2 kvadrat metr olmaqla 2 ədəd yan-yana yerləşən ümumilikdə 102.4 kvadrat metr sahəsi olan mağazaların hər birini 200.000 manata, ümumilikdə isə 400.000 manata alqı-satqı etməyi razılaşmışlar. Mağazalardan birisini övladı X10 adına, digərini isə dostunun oğlu X11 adına almaq qərarına gəlib Mərhəmətdən müqavilələri onların adlarına tərtib etməsini xahiş etmişdir. Həmin gün də Təqsirləndirilən şəxs 400.000 manat məbləğində pulu nağd olaraq vermişdir. X84 və dostunun oğlu Emin Məmmədyarov da gələrək müqaviləyə imza etmişlər. Müqavilələrə X84 və Emin Məmmədyarov imza etsələr də, həmin mağazalara görə Mərhəmətə verilən pullar şəxsən özünə məxsus olmuşdur. Onlar sadəcə formal olaraq müqavilələrə imza etmişlər. Pulu ödədiyinə dair Təqsirləndirilən şəxs tərəfindən 25 sentyabr 2012-ci il tarixli 2 ədəd maliyyə arayış verilmişdir. Bundan sonra qeyd edilən hər iki qeyri-yaşayış sahəsini birləşdirib təmir etdirərək geyim mağazası kimi istifadəyə vermişdir. Təmir işləri üçün təxminən 15.000 manat pul xərcləmişdir. Sonradan Mərhəmət həmin mağazaları xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında ticarət mərkəzinin tikildiyinin şahidi olub həmin ticarət mərkəzindən özünə mağaza almaq qərarına gəlmişdir. Maraqlananda məlum olmuşdur ki, həmin ticarət mərkəzi "xxxx" firması tərəfindən inşa edilir. Həmin ticarət mərkəzindən mağaza almağın şərtlərini danışmaq üçün tikinti sahəsinə getmiş, orada özünü firmanın direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüşdür. Mərhəmət tikinti işlərinin onun direktoru olduğu "xxxx" firması tərəfindən aparıldığını, bütün dövlət orqanlarından zəruri icazələrin alındığını bildirib ticarət mərkəzinin kağız üzərində olan planını da təqdim etmişdir. Plana və yerində birbaşa baxıb ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən 19 nömrəli 70 kvadrat metr sahəsi olan mağazanı bəyənmişdir. Mağazanın hər kvadrat metrini 3500 manata, ümumilikdə 245.000 manata alqı-satqı etməyi, pulu isə firmaya hissə-hissə ödəməyə razılaşmışlar. Təxminən bir həftə sonra, yəni 23.11.2012-ci il tarixdə 118.000 manat toplayaraq yenidən həmin ofisə gedib Təqsirləndirilən şəxsla görüşüb aralarında həmin gün AƏ-M/23/11/12 nömrəli müqavilə bağlanmışdır. Faktiki olaraq həmin mağazanı 245.000 manata alqı-satqı etməyi razılaşsalar da, müqavilədə 118.000 manat qeyd edilmişdir. Firma tərəfindən müqaviləni Təqsirləndirilən şəxs imzalayıb firmanın dairəvi möhürü ilə təsdiq etmiş, alıcı qismində isə müqaviləyə özü imza etmişdir. Müqavilə şərtlərinə görə Mərhəmət ona tikilməkdə olan ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən 70 kvadrat metrlik 19 nömrəli mağazanı satmışdır. Həmin gün Mərhəmətə 118.000 manat pulu nağd olaraq vermiş, aralarındakı şifahi razılaşmaya görə pulun geri qalan 127.000 manatının əvəzinə isə Mərhəmətə başqa ərazidə çıxarışı olmayan mənzilin müvafiq MTK ilə olan müqaviləsini vermişdir. Lakin Mərhəmət əvvəlcə buna razılıq versə də, sonradan həmin mənzili sataraq pulunu nağdlaşdıra bilmədiyinə görə müqaviləni geri qaytarmışdır. Bu qaydada Mərhəmətə cəmi 118.000 manat pul vermişdir. Hazırda həmin obyekti təmir etdirib avadanlıqlarla təmin edib kirayəyə vermişdir. Həmin obyektin təmirinə və avadanlıqlarla təmin edilməsinə təxminən 150.000 manat pul xərcləmişdir. Hazırda həmin obyekti kafe kimi kirayəyə vermişdir. Sonradan məlum oldmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı həmin qeyri-yaşayış sahəsini xəbəri olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürüb. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə o və əri Zərərçəkmiş şəxs22 məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış binası, yəni ticarət mərkəzi tikir. Zərərçəkmiş şəxs22 həmin əraziyə gedərək Təqsirləndirilən şəxsla görüşmüş, Mərhəmətdən ticarət mərkəzi ilə bağlı məlumat almış, qeyd olunan ticarət mərkəzində yer alaraq orada qadın salonu açmaq istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs22 3-cü mərtəbədən qeyri-yaşayış sahəsi sata biləcəyini demişdir. 28 may 2013-cü ildə Zərərçəkmiş şəxs22la birlikdə Mərhəmətlə görüşmək üçün firmanın ofisinə gedib orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiklərini bildirmişlər. Ticarət Mərkəzinin 3-cü mərtəbəsindən sahəsi 78 kv.m. olan obyektin hər kvadrat metrini 2.500 manata, ümumilikdə 195.000 manata almağa razılaşmışlar. Həmin gün onunla "xxxx" firmasnın direktoru Mərhmətə Bəşirov arasında 28 may 2013-cü il tarixli ƏA-M/28-05 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan məbləğ tamamilə Mərhəmətə ödənmiş və onun tərəfindən bu barədə maliyyə arayışı verilmişdir. Sonradan Mərhəmət həmin qeyri-yaşayış sahəsini onun məlumatı və razılığı olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs ünvan 8 ünvanında qeyri-yaşayış sahəsi tikir. Həmin əraziyə gedərək Təqsirləndirilən şəxsla görüşmüş, ondan tikinti ilə bağlı məlumat alaraq qeyd olunan ticarət mərkəzində qadın salonu açmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 3-cü mərtəbədən qeyri-yaşayış sahəsi sata biləcəyini demişdir. Mərhəmətlə görüşüb alqı-satqı etməyin şərtlərini danışmaq qərarına gəlib 28 may 2013-cü ildə arvadı Zərərçəkmiş şəxs21 ilə birlikdə firmanın ofisinə getmişlər. Orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb ona həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiklərini təkrar bildirmişlər. Ticarət Mərkəzinin 3-cü mərtəbəsindən sahəsi 78 kv.m. olan obyektin hər kvadrat metrini 2.500 manata, ümumilikdə 195.000 manata alqı-satqı etməyə razılaşmışlar. Həmin gün arvadı Zərərçəkmiş şəxs21 ilə "xxxx" firmasnın direktoru Mərhmətə Bəşirov arasında 28 may 2013-cü il tarixli ƏA-M/28-05 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan məbləğ tamamilə Mərhəmətə ödənmiş və onun tərəfindən bu barədə maliyyə arayışı verilmişdir. Həmin ticarət mərkəzinin 3-cü mərtəbəsindən aldıqları 78 kv.m mağazaya bitişik mağazanı da almaq qərarına gələrək 28 aprel 2014-cü ildə Mərhəmətlə görüşmək üçün firmanın ofisinə getmişdir. Təqsirləndirilən şəxsla görüşüb ticarət mərkəzinin 3-cü mərtəbəsində sahəsi 61 kv.m. olan obyekt almaq istədiyini bildirmişdir. Həmin qeyri-yaşayış sahəsinin hər kvadrat metrini 2.000 manata, ümumilikdə 120.000 manat alqı-satqı etməyə razılaşmışlar. Həmin gün aralarında 24 aprel 2014-cü il tarixli MŞ-M/28-04 nömrəli müqavilə imzalanmışdır. Müqavilədə "xxxx" firmasına məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin 3-cü mərtəbəsindən sahəsi 61 kv.m olan mağazanı alması öz əksini tapmışdır. Həmin qeyri-yaşayış sahəsi üçün 120.000 manat ödəməyinə dair Təqsirləndirilən şəxs tərəfindən 28 aprel 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Sonradan Mərhəmət həmin qeyri-yaşayış sahələrini onun məlumatı və razılığı olmadan ASC "xxxx" Bankına girov qoyub külli miqdarda kredit götürmüşdür. İş materiallarında olan, 16 mart 2019-cu il tarixdə "xxxx" firması tərəfindən ünvan 8 ünvanında inşa edilən “Yasmin” ticarət mərkəzinə baxış keçirilmə haqqında protokola əsasən müəyyən edilmişdir ki, kompleks 2 səviyyəli zirzəmi (-2 və -1-ci mərtəbələr), 5 mərtəbə (1, 2, 3, 4 və 5-ci mərtəbələr) və 1 mərtəbə mansarddan (6-cı mərtəbə) ibarətdir. Kompleksin -2 və -1-ci mərtəbələri yeraltı, digər mərtəbələri isə yerüstüdür. Kompleks ümumilikdə dəmir-beton kostruksiyalardan inşa edilmişdir. Kompleksin -2-ci mərtəbəsi 84 yerlik avtodayanacaq, -1-ci mərtəbəsi hamam və restoran kimi fəaliyyət göstərir. 1 və 2-ci mərtəbələrdə mağazalar, 3-cü mərtəbədə qismən mağaza və otel, 4 və 5-ci mərtəbələrdə otel, 6-cı, yəni mansard hissədə isə oyun zalı, kinozal və əyləncə mərkəzi nəzərdə tutulmuşdur. Kompleksdə mövcud olan mağazaların arakəsmələri müvəqqəti olmaqla yeri dəyişdiriləbilən olduğundan hər bir mağazanın ayrı-ayrılıqda olçüb sərhədlərini müəyyən etmək mümkün deyildir. Baxış zamanı kompleksin -2-ci mərtəbəsinin 2638,95 kvadrat metr, -1-ci mərtəbəsinin 2655,99 kvadrat metr, 1-ci mərtəbəsinin 2761,14 kvadrat metr, 2, 3, 4 və 5-ci mərtəbələrin hər birinin 2544,08 kvadrat metr, 6-cı mərtəbəsinin 2452,2 kvadrat metr olmaqla, ümumilikdə 20.684,6 kvadrat metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 5(001)- 866/2018 nömrəli qərarı əsasında "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli və 08 iyul 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqavilələri üzrə kredit dosyeləri ASC "xxxx" Bankının "xxxx" filialından 08 yanvar 2019-cu il tarixli protokolla götürülüb cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin dosyelərdə olan 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsi, həmin tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 08.07.2015-ci il tarixli **********58815 nömrəli kedit xətti müqaviləsi və 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Girov/ipoteka qismində təklif olunan əmlakın mövcudluğunun yoxlanılması” Aktının surətindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən "xxxx" firmasına kredit verilməzdən əvvəl, bank əməkdaşı tərəfindən 05.09.2013-cü il tarixdə Mars-M” firması tərəfindən ünvan 8 ünvanında inşa edilən qeyri-yaşayış binasına baxış keçirilmiş və təmir-tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq internet səhifəsinə baxış keçirilməsinə dair 12 may 2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" firması 16.06.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu **********-dir. Hüquqi ünvanı ünvan 15k Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 26.12.2018-ci il tarixli **********75 nömrəli arayışdan görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi (0,2704 ha) qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2008-ci il tarixli 327 nömrəli sərəncamın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun əsaslı bərpa edilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən "xxxx" firmasına təqdim edilmiş 09 iyul 2010-cu il tarixli 18/03-8/1567 nömrəli məktubun surətindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 09 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamını və "xxxx" firmasının 09 noyabr 20019-cu il tarixli, 29 saylı müraciətinin nəzərə alaraq, "xxxx" firmasına məxsus Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında məişət binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həllinə baxıb onu razılaşdırırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 X8 Ekspertiza Baş İdarəsinin 29 mart 2011-ci il tarixli 12657/10429 nömrəli rəyin surətindən görünür ki, ünvan 8 ünvanında 5 mərtəbəli (+mansard) məişət binası bütün işlərin Azərbaycan Respubublikası qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə irad yoxdur. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2008-ci il tarixli 5 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" firmasının inşaat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, 24 dekabr 2009-cu il tarixli 8 nömrəli və 03 avqust 2011-ci il tarixli 16 nömrəli əmrlərlə isə o, "xxxx" firmasının direktoru (qanuni təmsilçisi) vəzifəsinə təyin olunmaqla 30 may 2017-ci il tarixədək həmin vəzifədə işləməklə vəzifəli şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" firmasının 21 yanvar 1998-ci il tarixdə təsdiq edilmiş, 11 avqust 2011-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla, Nizamnaməsinə əsasən, müəssisənin rəhbəri-direktoru müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq kimi təşkilatisərəncamverici funksiyalara malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 16.06.2010cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarışına əsasən ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi "xxxx" firmasının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 24.12.2010-cu il tarixli, ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli arayışına əsasən ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsində olan zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binası "xxxx" firmasının mülkiyyətindədir. İş materiallarına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 9 iyul 2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasında yerləşən qeyri-yaşayış sahələrini 22 mart 2009-cu il tarixdən 28 may 2013-cü il tarixədək olan müddətdə ayrı-ayrı alıcılara müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında bir halda firmanın təsisçisi və qanuni nümayəndəsi qismində X60, digər hallarda isə şəxsən Təqsirləndirilən şəxs tərəfindən iş üzrə zərərçəkən kimi göstərişmiş şəxslərə satılmışdır. Belə ki, həmin binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 36,6 m2 olan 3 nömrəli mağazanın 22 mart 2009-cu il tarixli M-QS/03/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs1 109.800 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.600 manata, 1-ci mərtəbədə yerləşməklə sahəsi 61,2 m2 olan 9 nömrəli mağazanı 1 fevral 2010-cu il tarixli S-M/01-02 nömrəli müqavilə əsasında 122.400 manata, 5-ci mərtəbədə yerləşməklə sahəsi 72,5 m2 olan 3 nömrəli mağazanı 01 fevral 2010-cu il tarixli QS-M/01-02 nömrəli müqavilə əsasında 108.750 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 72 m2 olan 12C nömrəli mağazanı "xxxx" firmasının direktoru kimi 08 iyul 2009-cu il tarixli M/MY 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs2 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata, 1-ci mərtəbədə yerləşən sahəsi 72 m2 olan 12B nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə əsasında sonuncuya, onun anası X5 adına rəsmiləşdirməklə, 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata, 1-ci mərtəbədə yerləşməklə sahəsi 72 m2 olan 12A nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/MS 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X23 adına rəsmiləşdirməklə 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 72 m2 olan 8 nömrəli mağazanı 08 iyul 2009-cu il tarixli M/HA 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3 160.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 124.800 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 55 m2 olan 1 nömrəli mağazanı 09 iyul 2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4 165.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 128.700 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 64 m2 olan mağazanı 28 iyul 2009cu il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs5, sonuncunun X1nın adına rəsmiləşdirməklə 128.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 85 m2 olan 3 nömrəli mağazanı 02 sentyabr 2009-cu il tarixli M-ZƏ/2-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs6 tikinti üçün verdiyi inşaat materiallarının ödənişi qismində cəmi 212.500 manata; Zərərçəkmiş şəxs7 və X54 ilə arasındakı təsərrüfat fəaliyyəti nəticəsində yaranmış işgüzar münasibətlərlə əlaqədar həmin məişət binasının 2-ci mərtəbəsində yerləşməklə sahəsi 43 m2 olan 11 nömrəli mağazanı 02 noyabr 2009-cu il tarixli KNA/02-11 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs7 129.000 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 53 m2 olan 10 nömrəli mağazanı 13 noyabr 2009-cu il tarixli MV Ə/02-11 nömrəli müqavilə əsasında Eldar Vəliyevin övladı Zərərçəkmiş şəxs8 159.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 26,4 m2 olan 1 nömrəli mağazanı 17 noyabr 2009-cu il tarixli MAA/17-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs9 79.200 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 63.600 manata, 2-ci mərtəbəsində yerləşməklə sahəsi 24,6 m2 olan mağazanı 20 may 2011-ci il tarixli müqavilə əsasında sonuncuya, onun bacısı X24 adına rəsmiləşdirməklə 39.360 manata, 2-ci mərtəbəsində yerləşməklə sahəsi 30,2 m2 olan mağazanı 15 avqust 2013-cü il tarixli MAA/17-09 nömrəli müqaviləyə əlavə müqavilə əsasında Zərərçəkmiş şəxs9 24.000 manata; "xxxx" MMC və həmin cəmiyyətlə işgüzar münasibətdə olan Zərərçəkmiş şəxs10 ilə arasındakı təsərrüfat fəaliyyəti ilə əlaqədar həmin binanın 2-ci və 3-cü mərtəbələrində yerləşməklə sahəsi ümumilikdə 98,57 m2 olan nömrəsiz mağazanı 26 noyabr 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqavilə əsasında sonuncuya 246.425 manata, 3-cü mərtəbədə yerləşməklə sahəsi 125 m2 olan mağazanı 26 noyabr 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqaviləyə 06 may 2013-cü il tarixli əlavə müqavilə əsasında Zərərçəkmiş şəxs10 302.998 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 35,3 m2 olan 3 nömrəli mağazanı 5 dekabr 2009-cu il tarixli MRF/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs11 98.840 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 30 m2 olan 3A nömrəli mağazanı 28 oktyabr 2011-ci il tarixli MRF/28-10 nömrəli müqavilə əsasında sonuncuya 81.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 45 m2 olan 2 nömrəli mağazanı 21 yanvar 2010-cu il tarixli MQ-M/21-01 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs12 180.000 manata satıb buna görə sonuncudan müqavilədə nəzərdə tutulan məbləği aldıqdan sonra alıcının təklifi ilə həmin mağazanı 1-ci mərtəbədə yerləşməklə 266.000 manat dəyərində, sahəsi 70 m2 olan 13 nömrəli mağaza ilə dəyişib, buna dair Zərərçəkmiş şəxs12la 29 may 2012-ci il tarixli MQ-M/29-05 nömrəli müqavilə bağlayaraq ilkin müqavilə üzrə nəzrdə tutulan məbləğ çıxılmaqla qalan 91.000 manatı ondan alıb, cəmi 266.000 manata; Zərərçəkmiş şəxs13 ilə arasındakı işgüzar münasibətlərlə əlaqədar həmin məişət binasının 3-cü mərtəbəsində yerləşməklə sahəsi 33,5 m2 olan 15 nömrəli mağazanı 24 noyabr 2010-cu il tarixli HV-M/24-11 nömrəli müqavilə əsasında sonuncuya 67.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 50 m2 olan 3V nömrəli mağazanı 30 aprel 2012-ci il tarixli MƏ-E/30/04/12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs14 140.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 45 m2 olan 2 nömrəli mağazanı 05 iyul 2012-ci il tarixli M-MA/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs15 135.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 75 m2 olan 150 nömrəli mağazanı 05 iyul 2012-ci il tarixli M-MA/05-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs16 225.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 51,2 m2 olan mağazanı 25 sentyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs17 övladı X10 adına rəsmiləşdirməklə 200.000 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 51,2 m2 olan mağazanı 25 sentyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs17 tanışı X11 adına rəsmiləşdirməklə 200.000 manata; binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi ümumilikdə 144 m2 olan 2 ədəd mağazanı 8 oktyabr 2012-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs18 432.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 70 m2 olan 19 nömrəli mağazanı 23 noyabr 2012-ci il tarixli AƏ-M/23/11/12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs19 118.000 manata; binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 76 m2 olan mağazanı 5 mart 2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs20 övladı X3 adına rəsmiləşdirməklə 342.000 manata; binanın 3-cü mərtəbəsində yerləşməklə sahəsi 78 m2 olan mağazanı 28 may 2013-cü il tarixli ƏA-M/28-05 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs21 195.000 manata satılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11860/2017 saylı, 13.12.2017-ci il tarixli qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli qətnaməsiləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh Mars-M MMC-yə qarşı qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs4 ilə Mars- M MMC firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 16 ünvanındakı Mars-M firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs4 təhfil verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan qətnamənin qanuni qüvvəyə minməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-2449/19 saylı 02.09.2019-cu il tarixli ARAYİŞİNA əsasən Zərərçəkmiş şəxs4 ilə Mars-M MMC firması arasında bağlanmış 09.07.2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 16 ünvanındakı Mars-M firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs4 təhfil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13.12.2017-ci il tarixli qətnaməsi 27.03.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-118/2016 saylı, 09.03.2016-cı il tarixli qətnaməsinə əsasən ünvan 16 ünvanında inşa edilən ticarət mərkəzinin 3-cü mərtəbəsində 33,5 kv.metrdən ibarət 15 sayylı mağazanın tikinti quraşdırma işlərinin tamamlamaqla iddiaçı Zərərçəkmiş şəxs13 təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilməsinə dair İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1877/2016 saylı, 13.04.2016-cı il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs16 ünvan 16 ünvanında binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 75 kv.metr oan 150 saylı qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın və həmin qeyri-yaşayış sahəsi onun sahiblik və istifadəsinə verilsin. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1882/2016 saylı, 13.04.2016-cı il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs15 ünvan 16 ünvanında binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 45 kv.metr oan 2 saylı qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın və həmin qeyri-yaşayış sahəsi onun sahiblik və istifadəsinə verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.07.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və qeyri-yaşayış binası ASC "xxxx" Bankın "xxxx" filialının xeyrinə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, "xxxx" firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı firma ilə həmin bank arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin və firma ilə həmin bank arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməklə, "xxxx" firmasından 08 iyul 2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26 may 2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC "xxxx" Bankının xeyrinə tutulması, tutmanın 08 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 təşkil edən qeyri-yaşayış binasına yönləndirilməsi müəyyən olunmuş, üçüncü şəxs Zərərçəkmiş şəxs9 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 m2dən ibarət zirzəmi və beş mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 m2-dən ibarət hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası və üçüncü şəxs X24 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 m2-dən ibarət zirzəmi və beş mərtəbədən ibarət qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 m2-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2(102)-285/2019 saylı, 17.07.2019-cu il tarixli qərarına əsasən "xxxx" MMCnin və Zərərçəkmiş şəxs9 şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 15 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki: - xxxxnın "xxxx" filialının direktoru X47 ilə "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında digər bank qarşısında mövcud olan kredit borcun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması üçün 60 ay müddətinə, illik 6 faizlə ******* manat kreditin alınması üçün 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsi və eyni tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilələrə edilən əlavə sazişlərlə kredit məbləği 14000000 manat olmuşdur. - "xxxx" firmasına verilmiş 14.000.000 manat kreditdən 947.53 manatı su sayğaclarının quraşdırılması üçün Alfasu müəssisəsinə, 645716 manatı alınmış evlər üçün satıcılara, 14400 manatı Dövlət Sosial Müdafiə Fonduna, 55184 manatı əmlak sığortası üçün, 4704.66 manatı müqaviləyə əsasən təşkilatlara, 1300 manatı su haqqı üçün, 1485.39 manatı əlavə dəyər vergisi vergi hesab fakturaları əsasında qarşı tərəfin depozit hesablarına, 34613.72 manatı bank xidmət haqqına, 5.420.327 manatı əvvəlki dövrlərdə alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi üçün, 1.542.907,65 manatı kredit faizlərinin ödənilməsinə, 907.834,11 manatı konventasiya edilərək firmanın USD hesabına (həmin vəsait ******* ABŞ dollarına konventasiya olunmuş və həmin məbləğin ******* ABŞ dolları mal satan təşkilatlara, 1800 ABŞ dolları bank xidmət haqqına ödənilmiş) köçürülmüş, 5.370.579,94 manatı isə firmanın kassasına mədaxil olunmaq üçün bankdan nağd qaydada götürülmüşdür. - xxxxnın "xxxx" filialının direktoru X47 ilə "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında ünvan 2 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması üçün illik 16 faizlə 17.000.000 USD kredit alınması üçün 08 iyul 2015-ci il tarixdli **********658815 nömrəli kredit müqaviləsi və eyni tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. - 2015-ci ildə "xxxx" firmasının USD hesabına 17.000.000 ABŞ dolları məbləğində kredit məbləği daxil olmuş və həmin məbləğin 16.988.618,17 ABŞ dolları manata konventasiya olunmaqla firmanın hesablaşma hesabına köçürülmüş, qalan 11381,83 ABŞ dolları isə bank xidmət haqqına silinmişdir. - Hesablaşma hesabına köçürülmüş vəsaitin 11.376.420,82 manatı 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun ödənilməsinə, 1.645.933,19 manatı kredit faizlərinin ödənilməsinə, 160.465,86 manatı müqaviləyə əsasən təşkilatlara, 70200 manatı əmlak sığortası üçün, 2.623.579,18 manatı vaxtı keçmiş kredit borclarının ödənilməsinə, 1131.53 manatı əlavə dəyər vergisi vergi hesab fakturaları əsasında qarşı tərəfin depozit hesablarına, 9919.11 manatı bank xidmət haqqına ödənilmiş, 1.930.660 manatı isə firmanın kassasına mədaxil olunmaq üçün bankdan nağd qaydada götürülmüşdür. - Ümumilikdə bankdan 7.301.239,94 manat (5370579.94+1930660=7301239.94 manat) pul vəsaitləri nağd qaydada götürülmüşdür - Cinayət işinin materiallarında olan sənədlərə əsasən "xxxx" firmasına məxsus olması qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsində inşa edilən zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan qeyri-yaşayış binasından xxxxnın "xxxx" filialının direktoru X47 ilə "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlananadək 30 müqavilə ilə 1872.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində777100manata), ümumilikdə manat ekvivalentində ******* manata(3972273+777100=4749373)satıldığı halda, həmin əmlaklar xxxxnın "xxxx" filialının direktoru X47 ilə "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi, həmçinin, 31 müqavilə ilə 1933.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (4092273+777100= 4869373) satıldığı halda həmin əmlaklar xxxxnın "xxxx" filialının direktoru X47 ilə "xxxx" firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********658815 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 15 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki: - "xxxx" firması tərəfindən ünvan 8 ünvanında inşa edilmiş qeyri-yaşayış binasının - 2-ci mərtəbəsinin ümumi sahəsi 2638,95 m2, -1-ci mərtəbəsinin ümumi sahəsi 2655,99 m2, 1-ci mərtəbəsinin ümumi sahəsi 2761,14 m2, 2-ci mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 3-cü mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 4-cü mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 5-ci mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 6-cı mərtəbəsinin ümumi sahəsi 2452,20 m2, əmlak kompleksinin ümumi sahəsi isə 20.684,6 m2-dir. - 2019-cu ilin mart ayı üçün ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 31.854.284 manat, likvid dəyəri isə 26.598.327 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin 15 may 2019-cu il tarixli 7511 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı hesabdan çıxarılmış məlumatları 08 iyul 2015-ci il tarixli **********58815 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla 04.10.2018-ci il tarixə "xxxx" firmasının "xxxx" Bank ASC-yə olan borcu 27.064.580,77 manat, o cümlədən əsas kredit borcu 17.835.966,67 manat, faiz borcu 9.228.614,1 manat təşkil edir. İş materiallarında olan "xxxx" Bank ASC-nin "xxxx" filialının Kredit Komitəsinin 01.07.2015-ci il tarixli 102/09 saylı protokoluna əsasən (protokolu imzalayanlar komitə sədri X48, komitənin üzvləri X25, X13) sifarişçi "xxxx" firmasına 04.10.2018-ci il tarixədək, illik 16% ödənilmək şərtilə, 17.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xəttinin açılması, sifarişçinin son hesabat ilini zərərlə başa vurması və mənfi kredit tarixçəsi olması səbəbilə məqsədəuyğun hesab edilmir. Lakin ASC "xxxx" Bankında verilən Biznes Krediti bank məhsulu pasportunun 2.8-ci bəndinin 2-ci yarımbəndinə əsasən bu barədə qərarın qəbulunda BKK-nın müstəsna səlahiyyətlərinin olmasını nəzərə alaraq, kredit sifarişi Baş Ofisin Böyük Kredit Komitəsinə təqdim olunsun və alınmış qərar əsasında hərəkət edilsin. İş materiallarında olan "xxxx" Bank ASC-nin Böyük Kredit Komitəsinin 02.07.2015-ci il tarixli iclasının 48 saylı Protokolundan çıxarışa əsasən (protokolu imzalayanlar komitənin sədri X29-İdarə Heyətinin sədri, üzvləri X21- İdarə Heyətinin sədr müavini, X34-Kredit İdarəsinin rəisi, Kərim Abbas oğlu X7 İdarəsinin rəisi, X6-Xəzinədarlıq İdarəsinin rəisi) "xxxx" firmasına 04.10.2018-ci il tarixədək, illik 16% hesablanmaqla 17.000.000 ABŞ dolları bərpa olunmayan kreditin verilməsi qərara alınmışdır. Kreditin təminatı kimi sonrakı ipoteka hüququ əsasında Mars-M firmasına məxsus ünvan 17 ünvanında mülkiyyətində olan 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 16100,5 kv.m olan 5 mərtəbəli və zirzəmidən ibarət natamam qeyri-yaşayış sahəsi. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan yazılı sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurma əməli Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə əsasən cinayət hesab edilir. Həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli CM-nin 308.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Cinayət Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsi CMnin 308.2-ci maddəsinin tərkibini yarıdır və cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 195.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 308.2-ci maddəsinin sanksiyasında əlavə cəza ilə yanaşı, azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM-yə əsasən cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs X22 ilə nikahlarından 04.02.2019-cu il təvəllüdlü X20 adlı azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 31.05.2019-cu il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31.05.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan ASC "xxxx" Bankının "xxxx" filialından 08 yanvar 2019-cu il tarixli protokolla götürülüb cinayət işinin materiallarına əlavə edilmiş 05 vərəqdən ibarət 04.09.2013-cü il tarixli kredit sifarişi, 05 vərəqdən ibarət 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsi, 06 vərəqdən ibarət 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 03 vərəqdən ibarət 01.07.2015-ci il tarixli kredit sifarişi, həmin kredit sifarişinə 03 vərəqdən ibarət həmin tarixli əlavə, 06 vərəqdən ibarət 08.07.2015-ci il tarixli **********58815 nömrəli kedit xətti müqaviləsi, 06 vərəqdən ibarət 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplamaq və əlavə cəzanı isə birləşdirməklə Təqsirləndirilən şəxs 02 il (iki) müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay (dörd il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış ASC "xxxx" Bankının "xxxx" filialından 08 yanvar 2019-cu il tarixli protokolla götürülüb cinayət işinin materiallarına əlavə edilmiş 05 vərəqdən ibarət 04.09.2013-cü il tarixli kredit sifarişi, 05 vərəqdən ibarət 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsi, 06 vərəqdən ibarət 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 12.12.2013-cü il tarixli 1 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113 nömrəli kedit xətti müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 04.10.2013-cü il tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə 26.05.2014-cü il tarixli 2 nömrəli əlavə saziş, 03 vərəqdən ibarət 01.07.2015-ci il tarixli kredit sifarişi, həmin kredit sifarişinə 03 vərəqdən ibarət həmin tarixli əlavə, 06 vərəqdən ibarət 08.07.2015-ci il tarixli **********58815 nömrəli kedit xətti müqaviləsi, 06 vərəqdən ibarət 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 145 manat (yüz qırx beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar