Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-9/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi: X13, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1956-cı ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 32.5,195.2 və 32.5,308.2-ci təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında və təşkilatın rəhbəri tərəfindən təşkilatın təsərrüfat vəziyyəti barədə bilə-bilə yalan məlumat verməklə güzəştli şərtlərlə məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə etməməklə külli miqdarda ziyan vurulmasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 23.05.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Beləqan rayonu, ünvan 2liyyətli Cəmiyyətinin (VÖEN **********) 100 faiz paya sahib təsisçisi və 16.09.2014-cü il tarixdən 28.12.2014-cü il tarixədək isə qanuni təmsilçisi (direktoru), yəni təşkilatın rəhbəri olan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X14 16.09.2014-cü il tarixdə yeni redaksiyada təsdiq olunmuş Cəmiyyətin Nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etməklə operativ idarə edilməsini həyata keçirmək, Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərməklə, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmədə iddiaçı və cavabdeh qismində təmsil etmək, Cəmiyyətin adından mülki-hüquqi müqavilələr vermək, rəsmi sənədləri imzalamaq, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul edib həmin qərarları əmrlə rəsmiləşdirmək, həmçinin qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərə malik olmaqla, Cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəmiyyətin direktoru Gəray Əliyev özü və üçüncü şəxs, yəni onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Ağcabədi rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla 27.09.2007-ci il tarixli, 27 saylı və 27.12.2010-cu il tarixli 17 saylı müqavilələr əsasında "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş ümumilikdə 254 hektar torpaq sahəsində bağçılığın inkişafı üçün ümumi dəyəri 2.967.300 (iki milyon doqquz yüz altmış yeddi min üç yüz) manat olan investisiya layihəsinə uyğun olaraq üzüm bağının salınması məqsədilə 1.674.400 manat, xurma bağının salınması məqsədilə 110.400 manat, damcılı suvarma sisteminin qurulması məqsədilə 215.200 manat olmaqla, ümumilikdə 2.000.000 (iki milyon) manat təşkil edən hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının həmin dövrdə fəaliyyət göstərmiş Sahibkarlığa Kömək Milli Fondunun (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu) vəsaiti hesabına müvəkkil bank xxxxndan kredit götürülməsi üçün ipoteka predmeti təşkil edən əmlakları təmin edəcəyini qabaqcadan vəd edib, ayrılacaq məqsədli dövlət kreditinin əsas hissəsini özünün həmin bankda 19.08.2014-cü il tarixli **********84214 nömrəli kredit müqaviləsi üzrə daha yüksək illik faiz dərəcəsi ilə olan krediti üzrə öhdəliyinin icra edilərək tamamilə bağlanması üçün yönəldilməsi və digər şəxsi məqsədlərinə sərf edilməsinə dair Gəray Əliyevlə ümumi cinayətkar razılaşma əldə etməklə, yəni sonuncunun rəhbərlik etdiyi Cəmiyyətin investisiya layihəsinin həyata keçirəcəyi torpaq sahəsinin qış otlaq sahəsi olmasına baxmayaraq həmin torpaq sahəsində guya bağçılığın inkişaf etdiriləcəyi ilə bağlı təsərrüfat vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verib götürüləcək güzəştli şərtlərlə məqsədli dövlət kreditinin alınması və həmin kreditin bir hissəsinin təyinatı üzrə istifadə edilməməsi, yəni cinayətinin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla, yəni güzəştli şərtlərlə məqsədli dövlət kreditinin alınması və həmin kreditin alınması üçün ipoteka müqavilələrinin bağlanmasına nail olunması, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini, yəni təyinatdan kənarlaşdırılmış güzəştli şərtlərlə məqsədli dövlət kreditini əldə etməyi, onlara sahiblik və ya onlardan şəxsi məqsədləri üçün istifadə etməyi və sərəncam verməyi qabaqcadan vəd edərək Gəray Əliyevin banka müraciət edib illik 6 faiz dərəcəsi ilə 120 ay müddətinə 2.000.000 (iki milyon) manat güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin alınmasına dair 29 sentyabr 2014-cü il tarixli **********45514 nömrəli kredit müqaviləsi bağladıqdan sonra cinayətdən xəbərsiz olan qohumu X21 adına sənədləşdirilməklə faktiki olaraq özünə məxsus olan ünvan 3 ünvanında 0,02042 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 328,18 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30.09.2014-cü il tarixli **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, qohumu X2 mülkiyyətində olan Şabran rayonu Daşlı Yataq və Ağalıq kəndlərinin inzibati ərazisində yerləşən ümumilikdə 37.6652 hektar torpaq sahəsində yerləşən (cəmi 16.500 ədəd alma ağacı ilə birlikdə) bağ sahələrini 02.10.2014-cü il tarixli **********45514/İM-1 nömrəli ipoteka müqaviləsi, qohumu X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili 14.10.2014-cü il tarixli **********45514/İM-2 nömrəli ipoteka müqaviləsi və faktiki olaraq Gəray Əliyevə məxsus olmaqla sonuncunun qohumu X7 adına sənədləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu ünvan 5 ünvanında yerləşən mənzili 16.10.2014-cü il tarixli **********45514/Sİ-3 nömrəli ipoteka müqaviləsi əsasında, ümumilikdə 3.032.500 manat dəyərində ipoteka predmeti təşkil edən əmlakları ASC “Xalq” Bankında ipotekaya qoyulmasına nail olub, Cəmiyyətin həmin Bankdakı AZ71HAJCHCRAZN**********3002 saylı cari hesabına daxil olmuş pul vəsaitinin Gəray Əliyev tərəfindən bankın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, 22L ünvanında yerləşən “Baş” filialından 30.09.2014-cü il tarixli 213801 nömrəli çek əsasında 1.200.000 manat, 02.10.2014-cü il tarixli 213802 nömrəli çek əsasında 485.000 manat, 03.10.2014-cü il tarixli 213803 nömrəli çek əsasında 12.413 manat, 16.10.2014-cü il tarixli 213804 nömrəli çek əsasında 49.750 manat, 20.10.2014-cü il tarixli 213805 nömrəli çek əsasında 20.000 manat, 23.10.2014-cü il tarixli 213806 nömrəli çek əsasında 30.000 manat və 27.10.2014-cü il tarixli 213807 nömrəli çek əsasında 110.000 manat olmaqla, ümumilikdə 1.907.163 manatı nağdlaşdırmaqla götürülüb, həmin pul vəsaitindən yalnız 669.760 manat təşkil edən hissəsini 28 hektar ərazidə üzüm bağı salınmasına, yəni təyinatı üzrə sərf edilməklə, Gəray Əliyevlə əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq qalan kredit vəsaitinin 1.205.837 manat təşkil edən hissəsini əvvəlcədən razılaşdıqları qaydada özünün 19.08.2014-cü il tarixli **********84214 nömrəli kredit müqaviləsinə əsasən ASC “Xalq” Bankından illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə götürdüyü 1.200.000 manat kreditin əsas borcunun, 5.837 manatını faiz borcunun ödənilməsinə sərf edib, qalan 124.403 manat kredit vəsaitinin 10.652,32 manatı bank xərclərinə, yetərli məbləğdə girov təminatı təmin edilmədiyi üçün cari hesabda bloklaşdırılmış 79.201,35 manatı kredit faizlərinin ödənilməsinə silinib, qalan 34.549,33 manatını isə Gəray Əliyevlə birlikdə özlərinin istintaqa dəqiq məlum olmayan digər şəxsi məqsədlərinə sərf etməklə ümumilikdə qanunsuz olaraq 2.000.000 manat güzəştli şərtlərlə məqsədli dövlət kreditinin alınmasına, habelə ondan 1.330.240 manat məbləğində güzəştli şərtlərlə məqsədli dövlət kreditinin təyinatı üzrə istifadə edilməməklə ASC “Xalq” Bankına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fonduna külli miqdarda, yəni 1.330.240 (bir milyon üç yüz otuz min iki yüz qırx) manat ziyan vurulmasında, habelə ölkədə iqtisadi dayanıqlılığın təmin olunması, regionların tarazlı inkişafı və sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini həyata keçirən hüquqi şəxslərin- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun (həmin dövrdə fəaliyyət göstərmiş Sahibkarlığa Kömək Milli Fondunun) və ASC “Xalq” Bankının bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında məsləhətləri və məlumatları ilə yardım etməklə, cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və ya onlardan şəxsi məqsədləri üçün istifadə etməyi və sərəncam verməyi qabaqcadan vəd edərək köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ilin təxminən yaz aylarında "xxxx" MMC-nin təsisçisi və direktoru X22 ilə tanış olmuşdur. Gəray Əliyev "xxxx" MMC-ni təxminən 2013-cü ildə təsis etmişdir. 28.12.2014-cü il tarixdə Gəray Əliyev ölmüş, həmin günə qədər Gəray MMC-nin yeganə təsisçisi olmuş, eyni zamanda direktoru kimi idarə etmişdir. Söhbət əsnasında Gəray ona bildirmişdir ki, Ağcabədi rayonu ərazisində icarəyə götürdüyü təxminən 250 hektar torpaq sahəsində çoxillik meyvə ağaclarının o cümlədən, nar, üzüm, gilas, alma, gavalı, heyva və sair meyvələrin becərilməsi ilə məşğul olur. Həmin torpaq sahəsində təxminən 200 hektar nar bağı və 10 hektar üzüm bağı salınmış, lakin digər meyvə bağları hələ salınmamışdır. Bundan sonra Gəray ona şərikli işləməyi təklif etmiş, lakin o investisiya qoymaq üçün vəsaitinin olmadığını bildirmiş və onlar razılığa gəlmişlər ki, o öz vəsaiti hesabına bağ sahəsini genişləndirilməsi üçün təxminən 1.000.000 manat vəsait xərcləyəcəkdir. Həmin bağ sahəsinə vəsait qoymaq üçün"xxxx"ASC-yə müraciət edərək faktiki olaraq özünə məxsus olmaqla qardaşı oğlu X21 adına sənədləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 328,18 kv.m təşkil edən 10A nömrəli fərdi yaşayış evini girov qoyaraq 19.08.2014cü il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 1.200.000 manat kredit götürmüşdür. Lakin götürdüyü pulun təxminən 400.000 manatını özünün şəxsi işlərinə sərf etmiş, 800.000 manatı isə özündə qalmışdır. Həmin ərəfədə o, Gəray Əliyevlə razılaşmışlar ki, SKMF xətti ilə güzəştli şərtlərlə məqsədli dövlət kredit vəsaiti götürsünlər və onun ilkin kreditini ödəsinlər, qalan vəsaiti isə təyinatı üzrə xərcləsinlər. O kreditin götürülməsi üçün girov şəklində qoyulacaq əmlakları təmin edəcəyinə söz vermişdir. Bundan sonra "xxxx" ASC ilə "xxxx" MMC arasında 29.09.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Cəmiyyət tərəfindən müqaviləni həmin vaxt cəmiyyətin direktoru olan Gəray Əliyev imzalamışdır. Kredit müqaviləsinə əsasən cəmiyyətə 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərti ilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla "xxxx" MMC-nin direktoru Gəray Əliyev və onun arasında qardaşı oğlu Üzeyir Bayramlının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 30.09.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləni ipoteka qoyan qardaşı oğlu X21 etibarnamə üzrə nümayəndəsi qismində iştirak etməklə özü imzalamışdır. Bundan əlavə onun xahişi ilə qohumu X15 ilə mülkiyyətində olan Şabran rayonu, Daşlı yataq kəndində 3,2462 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 0,65 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 7,15 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 7,1451 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5446 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5493 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha. torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha. olmaqla, ümumilikdə 37,6652 ha. torpaq sahəsinin alma ağacları ilə birlikdə ipoteka qoyulması barədə 02.10.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bundan sonra bir daha onun xahişi ilə qohumu X16 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 47,31 kv.m yaşayış sahəsindən, 20,98 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,29 kv.m təşkil edən 3 otaqlı, 3 nömrəli mənzilin ipoteka qoyulması barədə 17.10.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bunlardan əlavə Gəray Əliyevin qohumu X20 ilə bank arasında Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsindən, 78 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 115,72 kv.m yaşayış sahəsindən, 47,59 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 163,31 kv.m təşkil edən 5 otaqlı, 8 nömrəli mənzilin ipoteka qoyulması barədə 16.10.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Həmin kredit vəsaitini bankdan şəxsən Gəray Əliyev götürmüşdür. Əvvəlcədən razılaşdırdıqları kimi həmin vəsaitin 400.000 manatını Gəray ona vermiş, o da özündə saxladığı 800.000 manat pul ilə birlikdə 19.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən həmin bankdan götürdüyü 1.200.000 manat kreditin əsas məbləğini və onun təxminən 5000 manat faiz borcunun bağlanması üçün banka ödəmişdir. Son olaraq yaşının cox olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, zərərin qismən ödənilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(001)-52/2021 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-yə olan kredit borcu ipoteka predmeti olan əmlaklara yönəldilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Xalq Bank“ ASC-nin nümayəndəsi qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, “Beyləqan-Toxum“ MMC-nin direktoru Gəray Əliyev 2014-cü ilin sentyabr ayında banka müraciət edərək "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş ümumilikdə 254 hektar torpaq sahəsində bağçılığın inkişafı üçün ümumi dəyəri 2.967.300 manat olan investisiya layihəsinə uyğun olaraq üzüm bağının salınması məqsədilə 1.674.400 manat, xurma bağının salınması məqsədilə 110.400 manat, damcılı suvarma sisteminin qurulması məqsədilə 215.200 manat olmaqla, ümumilikdə 2.000.000 manat təşkil edən hissəsinin maliyyələşdirilməsini xahiş etmişdir. Bu zaman Azərbaycan Respublikasının həmin dövrdə fəaliyyət göstərmiş Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2.000.000 manat məbləğində vəsait “Xalq Bank“ ASC-nin hesabına köçürülmüşdür. Bundan sonra illik 6 faiz dərəcəsi ilə 120 ay müddətinə 2.000.000 manat güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin alınmasına dair 29 sentyabr 2014-cü il tarixli **********45514 nömrəli kredit müqaviləsi bağlanmış və X21 adına sənədləşdirilməklə faktiki olaraq X12 məxsus olan ünvan 3 ünvanında 0,02042 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 328,18 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30.09.2014-cü il tarixli **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olaraq göstərərək ******* manat nağdlaşdırmışdır. Faktiki olaraq X12 məxsus olan digər əmlaklarda ipoteka predmeti olaraq göstərilməklə ümumilikdə 1.907.163 manatı nağdlaşdırmaqla götürülmüş, həmin pul vəsaitindən yalnız 669.760 manat məbləğində pul vəsaiti təyinatı üzrə istifadə edilmişdir. Hal-hazırda “Beyləqan-Toxum“ MMC-nin “Xalq Bank“ ASC-yə olan borcu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(001)-52/2021 nömrəli qətnaməsinə əsasən 2.432.332,98 (iki milyon dörd yüz otuz iki min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat təşkil edir. “Beyləqan-Toxum“ MMC-nin “Xalq Bank“ ASC-yə olan borcunun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcun ödənilməsi qət edilmişdir. “Beyləqan-Toxum“ MMC ilə “Xalq Bank“ ASC arasında olan məhkəmə prosesləri davam edir. Məhkəmə iclasında zərərçəkmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-cü il tarixdə “Beyləqan-Toxum“ MMC və "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş ümumilikdə 254 hektar torpaq sahəsində bağçılığın inkişafı üçün ümumi dəyəri 2.967.300 manat olan investisiya layihəsinə uyğun olaraq üzüm bağının salınması məqsədilə 1.674.400 manat, xurma bağının salınması məqsədilə 110.400 manat, damcılı suvarma sisteminin qurulması məqsədilə 215.200 manat olmaqla, ümumilikdə 2.000.000 manat təşkil edən hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının həmin dövrdə fəaliyyət göstərmiş Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil “Xalq Bank“ ASC vasitəsi ilə kredit götürülməsi üçün müraciət edilmişdir. Aparılmış ilkin araşdırmalar nəticəsində kredit verilməsi məqsədəmüvafiq hesab edilmiş və 2.000.000 manat məbləğində kredit müvəkkil bank olan “Xalq Bank“ ASC-nin hesabına köçürülmüşdür. İlk aylarda “Beyləqan-Toxum“ MMC tərəfindən ödənişlər vaxtlı vaxtında edilsədə sonrakı aylarda ödənişlər edilməsində problemlər yaranmışdır. Bundan sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış olan 2.000.000 manat məbləğində pul vəsaiti müvəkkil bank olan “Xalq Bank“ ASC tərəfindən geri qaytarılmışdır. Hal-hazırda onlara heç bir ziyan dəymədiyindən şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2014-cü ilin təxminən yaz aylarında qardaşı X4 ilə tanış olmuşdur. Gəray "xxxx" MMC-ni təsis etmiş və öldüyü 28.12.2014-cü il tarixədək cəmiyyəti direktor kimi idarə etmişdir. Həmin ərəfədə Tofik ona demişdir ki, Gəray Ağcabədi rayonu ərazisində icarəyə götürdüyü təxminən 250 hektar torpaq sahəsində çoxillik meyvə ağaclarının o cümlədən, nar, üzüm, gilas, alma, gavalı, heyva və sair meyvələrin becərilməsi ilə məşğul olur. Həmin ərazidə təxminən 200 hektar nar bağı və 10 hektar üzüm bağı salınsa da, digər bağlar hələ salınmamışdır. Tofikin deməsinə görə Gəray ona şərikli işləməyi təklif etmiş, lakin Tofik ona investisiya qoymaq üçün vəsaiti olmadığını bildirmişdir. Bundan sonra onlar razılığa gəlmişlər ki, sonradan Tofik öz vəsaiti hesabına bağ sahəsini genişləndirilməsinə investisiya qoysun. Tofik ona həmin bağ sahəsinin perspektivli olduğunu bildirərək bankdan götürəcəyi kredit üçün ipoteka predmeti təşkil edəcək əmlak təşkil etməsini xahiş etmiş, o da girov qismində əmlak verməyə razılaşmışdır. Bundan sonra Tofik 1.200.000 manat kredit götürmək üçün “Xalq Bank“ ASC-yə müraciət etmiş, girov qismində isə Tofikin özünə məxsus olmaqla oğlu X21 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 328,18 kv.m təşkil edən 10A nömrəli fərdi yaşayış evi girov qoyulmuş və həmin bank tərəfindən 19.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 1.200.000 manat kredit verilmişdir. Tofiq “Xalq Bank“ ASC-dən götürdüyü pulun 400.000 manatını özünün şəxsi işlərinə sərf etmiş, 800.000 manatı isə özündə saxlamışdır. Həmin ərəfədə Gəray Əliyev SKMF xətti ilə güzəştli kredit vəsaiti götürmək üçün banka müraciət etmiş, lakin girov qoymaq üçün əmlakının az olduğunu bildirmişdir. Tofik də ilkin götürdüyü kreditin illik faiz dərəcəsinin yüksək olmasını nəzərə alıb Gəraya təklif etmişdir ki, bankdan götürdüyü krediti bağlayarsa orada olan əmlakı və digər əmlakları girov qismində təşkil edə bilər. Bundan sonra “Xalq Bank“ ASC ilə "xxxx" MMC arasında 29.09.2014-cü il tarixli Kredit müqaviləsi bağlanmışdır. Cəmiyyət tərəfindən müqaviləni həmin vaxt cəmiyyətin direktoru olan Gəray Əliyev imzalamışdır. Kredit müqaviləsinə əsasən cəmiyyətə 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kifayət qədər əmlaklı olmadığı üçün Tofik ona müraciət edib köməklik etməyini xahiş etmişdir. Bundan sonra Tofikə məxsus olan oğlu Üzeyir Bayramlının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,02042 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 166,07 kv.m yaşayış sahəsindən, 162,11 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 328,18 kv.m təşkil edən 10A nömrəli fərdi yaşayış evini, özünə məxsus olmaqla arvadı X2 adına rəsmiləşdirilmiş Şabran rayonu, Daşlı yataq kəndində 3,2462 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 0,65 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 7,15 ha torpaq, Şabran rayonu, Ağalıq kəndində 7,1451 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5446 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5493 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha olmaqla ümumilikdə 37 hektar torpaq sahəsini və qayınanası X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 47,31 kv.m yaşayış sahəsindən, 20,98 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,29 kv.m təşkil edən 3 otaqlı, 3 nömrəli mənzil həmin kreditin təminatı qismində banka girov qoyulmasını təklif etmiş və həmin əmlaklar kredit üzrə banka girov qoulmuşdur. Əvvəlcədən razılaşdırdıqları kimi həmin SKMF vəsaitinin 400.000 manatı Tofikin 19.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən həmin bankdan götürdüyü 1.200.000 manat kreditin bağlanması üçün banka ödənmişdir. Təxminən 2014cü ilin dekabr ayında Gəray Əliyev xəstəlikdən ölmüş, ondan sonra Tofik həmin MMC-nin direktoru olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, təxminən 2014-cü ilin avqust ayında əmisi Təqsirləndirilən şəxs “Xalq Bank“ ASC-dən götürəcəyi kreditin təminatı kimi girov qismində əmisinə məxsus olmaqla onun adına sənədləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 328,18 kv.m təşkil edən 10A nömrəli fərdi yaşayış evinin ipoteka predmeti qismində sənədləşdiriləcəyini deyib ondan bankın baş ofisinə getməyini xahiş etmişdir. O da banka gedib təqdim edilən sənədlərə imza edərək həmin evi götürülən 1.200.000 manat kreditin təminatı qismində girov qoymuşdur. Əmisi Təqsirləndirilən şəxs təxminən 2013-cü və ya 2014-cü illlərdə "xxxx" MMC-nin təsisçisi və direktoru X22 ilə tanış olmuş, onların iş ortaqlığı yaranmışdır. Əmisi həmin MMC üçün “Xalq Bank“ ASC-dən kredit götürülməsinə təminat kimi adına kifayət qədər əmlakı olmadığından atası Şahid2 müraciət edərək ona köməklik etməsini xahiş etmişdir. Həmin dövrdə yaşının az olması və işlərə qarışmadığından məslənin geniş təfsilatını bilmir. Əmisi Təqsirləndirilən şəxslə atası Şahid2 uzun müddətdir ki, Şabran rayonunda yerləşən təxminən 36 hektar ərazidə meyvə bağı salaraq orada təsərrüfatla məşğul olurlar. Lakin həmin bağ sahələrinin yerləşdiyi torpaqlar anası Firəngiz Bayramovanın adına rəsmiləşdirilmişdir. Bundan sonra həmin kreditin təminatı kimi yenə Tofikə məxsus olmaqla adına sənədləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi10 A ünvanında yerləşən fərdi yaşayış evi 30.09.2014-cü il tarixli İpoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Əvvəlki kredit üzrə banka olan borc elə həmin gün bağlanmışdır. Bundan əlavə yenə atasının təklifi ilə mülkiyyət hüququ ilə anası Firəngiz Bayramovaya məxsus olan kənd təsərrüfatı təyinatlı olmaqla alma ağacları əkilmiş Şabran rayonu, Daşlı yataq kəndində 3,2462 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 0,65 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 7,15 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 7,1451 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5446 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 3,89 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 4,5493 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha torpaq sahəsi, Şabran rayonu, Ağalıq kəndində 1,30 ha torpaq sahəsinin “Xalq Bank“ ASC ilə "xxxx" MMC arasında 29.09.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi girov qoyulmuşdur. Bundan əlavə yenə həmin kreditin təminatı kimi nənəsi X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 47,31 kv.m yaşayış sahəsindən, 20,98 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,29 kv.m təşkil edən 3 otaqlı, 3 nömrəli mənzili girov qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1993cü ildə X22 ilə evlənmişdir. Gəray Əliyev 26 dekabr 2014-cü il tarixdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, ünvan 5 ünvanındakı mənzildə olarkən halı pisləşdiyi üçün X18 yerləşdirilmiş və 28 dekabr 2014-cü il tarixdə həmin xəstəxanada ölmüşdür. Gəray Əliyev sağlığında kənd təsərrüfatı ilə məşğul olmuşdur. O Ağcabədi rayonununda yerləşən təxminən 250 hektar ərazidə əkinçiliklə məşğul olmuşdur. O həmin ərazidə təxminən 200 hektar hissədə öz şəxsi vəsaiti hesabına nar bağı salmışdır. Sonradan həmin işlərin öhdəsindən təkbaşına gələ bilmədiyi üçün Təqsirləndirilən şəxslə şərik olmuşdur. Onların hansı şərtlərlə ortaq olmaları barədə məlumatı yoxdur. Belə ki, Gəray Əliyev işləri barədə adətən ona danışmamışdır. Lakin bilir ki, həmin təsərrüfatı genişləndirmək üçün Gəray 2014-cü ilin sentyabr ayında müvəkkil bank "xxxx" ASC-nin vasitəsilə SKMF xətti ilə 10 il müddətinə illik 6 faiz dərəcəsi ilə 2.000.000 manat kredit götürmüşdür. Lakin həmin pulun hansı qaydada sərf edilməsini dəqiq bilmir. Həmin vəsait bankdan götürülərkən kifayət qədər əmlakları olmadığından təminat kimi bankın xerinə ipoteka qismində Təqsirləndirilən şəxs torpaq sahələri və digər daşınmaz əmlakları təmin etmişdir. Gəray isə yalnız faktiki olaraq özünə məxsus olmaqla qardaşı Pərviz Əliyevin adına rəsmiləşdirimiş və faktiki olaraq yaşadıqları Bakı şəhəri Yasamal rayonu ünvan 5 ünvanında yerləşən mənzili girov qoymuşdur. G.Əliyev öldükdən sonra onun hüquqi varisi kimi o tanınmış və qeyd edilən təsərrüfatı idarə etməyi bacarmadığı üçün Təqsirləndirilən şəxslə razılaşıb həmin təsərrüfatın idarə edilməsinin ona etibar edilməsi barədə 14.02.2015-ci il tarixli etibarnamə vermişdir. Həmin vaxtdan başlayaraq təsərrüfat işləri və müəssisənin borcları ilə maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o “Xalq Bank“ ASC-də problemli kreditlərlə iş idarəsinin aparıcı mütəxəsisi vəzifəsində işləyir. 24 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə “Xalq Bank“ ASC tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 faiz dərəcəsi ilə 120 ay müddətinə 2.000.000 manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə ayrılmış 2.000.000 manat vəsaitin 1.674.400 manatının hesabına 70 hektar ərazidə üzüm bağının salınması, 110.400 manatının hesabına 30 hektar ərazidə xurma bağının salınması və 215.200 manatının hesabına mövcud nar bağına damcılı suvarma sisteminin quraşdırılması nəzərdə tutulmuşdur. Sonradan aylıq ödənişlərlə bağlı problemlər yaranmış və kredit dosyesi 2017-ci ilin may ayında rəhbərlik etdiyi şöbəyə verilmişdir. Buna görə də şəxsən MMC-nin hazırkı direktoru Təqsirləndirilən şəxslə dəfələrlə görüşərək kredit vəsaitinin ödənilməsi ilə bağlı söhbətlər etmişdir. O hər dəfə ödəniş edəcəyini bildirsə də, faktiki olaraq hazırda da onun kredit ödənişlərində gecikmələr vardır. Bundan sonra 06 avqust 2019-cu il tarixdə bank rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları Ayxan Həsənov və Mahir Məmmədovun, eləcə də, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs iştirakı ilə MMC-nin Ağcabədi rayonunda yerləşən meyvə bağına gedərək baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, layihə üzrə 70 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınması nəzərdə tutulsa da, 669.760 manat dəyərində 28 hektar ərazidə üzüm bağı salınmışdır. Layihə üzrə kredit vəsaiti hesabına nəzərdə tutulan 215.200 manat dəyərində mövcud 100 hektar nar bağında damlama suvarma sisteminin qurulmadığı, 110.400 manat dəyərində 30 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə xurma bağının salınmadığı, 1.674.400 manat dəyərində 70 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınması nəzərdə tutulsa da, yalnız 28 hektar ərazidə üzüm bağının salındığı, 1.004.640 manat dəyərində qalan 42 hektar ərazidə üzüm bağının salınmadığı müşahidə edilmişdir. Bu qaydada ümumilikdə 1.330.240 manat güzəştli kredit vəsaitinin təyinatdan kənarlaşdırıldığı aşkar edilmişdir. Buna dair 06 avqust 2019-cu il tarixli 4 səhifədən ibarət monitorinq aktı tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 sentyabr 2014-cü il tarixli **********45514 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində, kreditdən istifadəyə görə illik 6% (altı faiz) ödənilməsi şərtilə kredit verməyi, "xxxx" MMC isə kreditdən mövcud nar bağında damcılı suvarma sisteminin qurulması, xurma və üzüm meyvə bağlarının salınması üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. (Cild İ, i.v. 9-13) 30 sentyabr 2014-cü il tarixli **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın X27 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadəsində olan 0.02042 ha torpaq sahəsində yerləşən, mülkiyyətində olan 2 mərtəbəli, 328.18 kv.m ümumi, 166.07 kv.m yaşayış, 162.11 kv.m köməkçi sahədən ibarət 7 otaqlı, 10A saylı fərdi yaşayış evidir və bazar dəyəri ******* (bir milyon səkkiz yüz min) manat, likvid dəyəri isə ******* (bir milyon altı yüz min) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə X27 və Təqsirləndirilən şəxsdir. (Cild İ, i.v. 17-21) 02 oktyabr 2014-cü il tarixli **********45514/İM-1 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın X15 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsini (bazar dəyəri 26.000 manat, likvid dəyəri 19.500 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsini (bazar dəyəri 5.000 manat, likvid dəyəri 4.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsini (bazar dəyəri 250.000 manat, likvid dəyəri 215.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsini (bazar dəyəri 250.000 manat, likvid dəyəri 215.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsini (bazar dəyəri 136.000 manat, likvid dəyəri 117.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsini (bazar dəyəri 136.000 manat, likvid dəyəri 117.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsini (bazar dəyəri 45.500 manat, likvid dəyəri 39.000 manat) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsini (bazar dəyəri 160.000 manat, likvid dəyəri 136.000 manat)3-cü-10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – cəmi 16 500 ədəd alma (Gransimid, Golden, Simerinka) ağacları olmaqla ipoteka predmetinin ümumi bazar dəyəri ******* (bir milyon iki yüz on dörd min) manat, ümumi likvid dəyəri isə ******* (bir milyon otuz yeddi min beş yüz) manat məbləğində ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. (Cild İ, i.v. 22-29) 16 oktyabr 2014-cü il tarixli **********45514/İM-3 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın X20 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilini, bazar dəyəri 310.000 manat, likvid dəyəri 300.000 manat məbləğində müəyyən edilmiş və ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. (Cild İ, i.v. 29-33) 17 oktyabr 2014-cü il tarixli **********45514/İM-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın X17 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilini, bazar dəyəri 100.000 manat, likvid dəyəri 95.000 manat məbləğində müəyyən edilmiş və ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. (Cild İ, i.v. 34-38) Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi X22, hazırki qanuni təmsilçisi isə X5. (Cild İ, i.v. 56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin 3 saylı Bakı “Asan xidmət” mərkəzinin 13 may 2015-ci il tarixli AZ-İ № 752437 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X22 28.12.2014-cü il tarixdə ölmüşdür. (Cild İ, i.v. 71) "xxxx" MMC tərəfindən verilmiş 26 iyun 2019-cu il tarixli rəydən görünür ki, Əldə olan məlumatlardan göründüyü kimi, kreditin alınması və kredit üzrə əlverişli (güzəştli) şərtlərin müəyyən olunması üçün "xxxx" MMC-nin rəhbər şəxsləri tərəfindən, cəmiyyətin ödəniş qabiliyyətli olması, dövriyyəsinin sabitliyi və s. həqiqətə uyğun olmayan məlumatlar verməklə Bankdan müəyyən məbləğdə kredit əldə edilməsinə nail olunmuşdur. "xxxx" MMC-nin rəbbər şəxslərinin təqdim edilmiş kredit üzrə öhdəliklərinin lazımı səviyyədə icra edilməməsi nəticəsində Bank külli miqdarda ziyanla üzləşməkdədir. “Baş” filialın Kredit idarəsinin əməkdaşı tərəfindən keçirilmiş Monitorinqin nəticəsinə dair tərtib olunmuş 24.08.2015-ci il tarixli aktda suvarma sistemi üçün lazımı avadanlıqların alındığı və bir sıra yerlərdə qurulduğu qeyd olunsa da, lakin bununla bağlı heç bir təsdiqedici sənədin və məlumatın akta əlavə edilməməsi və eyni zamanda 04.02.2015-ci il tarixli etibarnamə əsasında cəmiyyətə rəhbərlik edən X9 araşdırmaya təqdim etdiyi 21.06.2019-cu il tarixli izahatda kreditin götürülməsindən və hansı məqsədlər üçün xərclənməsindən məlumatı olmadığını, Görülmüş işlərin bir hissəsinin "xxxx" ASC-nin vəsaiti və öz şəxsi vəsaiti hesabına yerinə yetirildiyini qeyd etmiş, lakin bu barədə onda heç bir təsdiqedici sənədin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunduğu kimi nəğd qaydada alınmış 2000000,0 (iki milyon) manat pul vəsaitinin hara və nəyə görə xərclənməsi, həmçinin mühasibat uçotu reqistirlərində qeydiyyata alınması barədə yoxlamaya heç bir sənəd təqdim edilməməsi cəmiyyətə verilmiş kreditdən təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə olunması qənaətinə gəlmək olar. "xxxx" MMC-nin hal-hazırda 26.04.2019-cu il tarixinə 29.09.2014-cü il tarixli **********45514 saylı Kredit Müqaviləsi üzrə ASC “Xalq” Bankı qarşısında 2 489 999,65 (iki milyon dörd yüz səksən doqquz min doqquz yüz doxsan doqquz manat 65 qəpik) manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun da 2 000 000 (iki milyon) manatı vaxtı keçmiş əsas borcdan, 98 332,98 doxsan səkkiz min üç yüz otuz iki manat 98 qəpik) manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən, 391 666,67 (üç yüz doxsan bir min altı yüz altmış altı manat 67 qəpik) manatı isə penyadan ibarətdir. (Cild İ, i.v. 101-112) "xxxx" MMC-nin biznes layihəsinin qısa xarakteristikasından görünür ki, kredit vasitələrinin xərclənməsi aşağıdakı kimi planlaşdırılmışdır:
1. Üzüm bağının salınması: dəyəri - 1.674.400 manat, kredit - 1.674.400 manat
2. Xurma bağının salınması: dəyəri – 110.400 manat, kredit – 110.400 manat
3. Çeşidləmə sexi: dəyəri 78750 manat, öz vəsaiti – 78.750 manat
4. Çeşidləmə sexinin avadanlığı: dəyəri - 31.250 manat, öz vəsaiti - 31.250 manat
5. Damcılı suvarma sisteminin qurulması: dəyəri - 1.000.000 manat, kredit - 215.200 manat, öz vəsaiti – 784.800 manat
6. Dövriyyə vəsaitləri: dəyəri – 72.500 manat, öz vəsaiti – 72.500 manat Cəmi: dəyəri – 2.967.300 manat, kredit – 2.000.000 manat, öz vəsaiti – 967.300 manat Layihə üzrə meyvə yetişdirilərək satılması nəzərdə tutulmuşdur. Layihənin həyata keçiriləcəyi 10 il müddətində təşəbbüskar tərəfindən ümumi dəyəri 17.798.625 manat olan məhsul istehsal olunması planlaşdırılmışdır. (Cild İ, i.v. 150-151) "xxxx" ASC-nin 18 sentyabr 2014-cü il tarixli kredit sifariş blankından görünür ki, "xxxx" MMC-nin direktoru X22 tərəfindən ******* (iki milyon) manat məbləğində kredit sifarişi olmuşdur. (Cild İ, i.v. 152-157) "xxxx" ASC-nin 30 sentyabr 2014-cü il tarixli 762 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə ******* (iki milyon) manat məbləğində, 120 ay müddətində, 60 ay güzəşt dövrü olmaqla, illik 6% dərəcəsi ilə, dəyəri ******* (bir milyon altı yüz min) manat olan 1 ədəd fərdi yaşayış evi ipoteka predmeti olaraq kredit verilmişdir. (Cild İ, i.v. 167-168) "xxxx" ASC-nin 24 avqust 2015-ci il tarixli monitorinq aktından görünür ki, biznes plana əsasən vəsait nar bağında damcılı suvarma sisteminin qurulması, xurma və üzüm bağlarının salınması üçün istifadə olunmalıdır. Biznes-planda qeyd olunan işlər üzrə nar bağında damcılı suvarma sistemi üçün lazım avadanlıqlar alınıb və bir sıra yerlərdə qurulub, üzüm bağları salınıb. Lakin nəzərdə tutulan xurma bağları hava şəraitinə görə payız aylarında salınacaq. (Cild İ, i.v. 170) "xxxx" MMC-nin 16 sentyabr 2021-ci il tarixli 01 nömrəli əmrindən görünür ki, X22 16.09.2014-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinin icrasına başlamışdır. (Cild İİİ, i.v. 200) Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun 25.09.2014-cü il tarixli 9/977 nömrəli hesabatından görünür ki, Ağcabədi rayonu, “Örən Qala” adlandırılan ərazidə yerləşən sahəsi 100.0 ha olan damlama suvarma sistemi ilə qurulmuş və sahəsi 100.0 ha olan sadə suvarma sistemi ilə olan nar bağının, sahəsi 10 ha olan üzüm bağının olduğu müşahidə edilmişdir. (Cild İİİ, i.v. 201) Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fonduna müvəkkil kredit təşkilatı tərəfindən investisiya layihəsinin maliyyələşdirilməsi üçün təqdim olunmuş məlumatların yerində yoxlanılmasına dair 24 sentyabr 2014-cü il tarixli ilkin monitorinq aktından görünür ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitləri hesabına mövcud olan 100 ha sahəsi olan nar bağının damcılama suvarma sisteminin qurulması, 30 ha sahəsi olan xurma bağının və 70 ha sahəsi olan üzüm bağının salınması nəzərdə tutulmuşdur. (Cild İİİ, i.v. 202-204) "xxxx" ASC-nin 5-6 avqust 2019-cu il tarixlərdə Maliyyələşdirilmiş sahibkarlıq subyektində keçirilmiş monitorinqin nəticəsinə dair məlumatından görünür ki, layihə üzrə kredit vəsaiti hesabına nəzərdə tutulan 215200 manat dəyərində mövcud 100 hektar nar bağında damlama suvarma sisteminin qurulmadığı, 110400 manat dəyərində 30 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə xurma bağının salınmadığı, ******* manat dəyərində 70 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınacağı nəzərdə tutulsa da, ancaq 28 hektar ərazidə üzüm bağının salındığı, ******* manat dəyərində qalan 42 hektar ərazidə üzüm bağının salınmadığı və ümumilikdə layihə üzrə ******* manat güzəştli kredit vəsaitinin təyinatdan kənarlaşdırıldığı müşahidə edilməmişdir. (Cild İİİ, i.v. 205-206) "xxxx" ASC-nin 06 avqust 2021-ci il tarixli Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsinə dair monitorinq aktından görünür ki, layihə üzrə kredit vəsaiti hesabına nəzərdə tutulan 215200 manat dəyərində mövcud 100 hektar nar bağında damlama suvarma sisteminin qurulmadığı, 110400 manat dəyərində 30 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə xurma bağının salınmadığı, ******* manat dəyərində 70 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınacağı nəzərdə tutulsa da ancaq 28 hektar ərazidə üzüm bağının salındığı ******* manat dəyərində qalan 42 hektar ərazidə üzüm bağının salınmadığı müşahidə edilmişdir. (Cild İİİ, i.v. 207-210) 30 sentyabr 2014-cü il tarixli 213801 nömrəli çekə əsasən ******* (bir milyon iki yüz min) manat, 02 oktyabr 2014-cü il tarixli 213802 nömrəli çekə əsasən 485100 (dörd yüz səksən beş min bir yüz) manat, 03 oktyabr 2014-cü il tarixli 213803 nömrəli çekə əsasən 12413 (on iki min dörd yüz on üç) manat,16 oktyabr 2014-cü il tarixli 213804 nömrəli çekə əsasən 49750 (qırx doqquz min yeddi yüz əlli) manat, 20 oktyabr 2014-cü il tarixli 213805 nömrəli çekə əsasən 20000 (iyirmi min) manat, 23 oktyabr 2014-cü il tarixli 213806 nömrəli çekə əsasən 30000 (otuz min) manat, 27 oktyabr 2014-cü il tarixli 213807 nömrəli çekə əsasən 110000 (bir yüz on min) manat məbləğində vəsaitlər "xxxx" MMC-nin direktoru X22 tərəfindən nağdlaşdırılmışdır. (Cild İV, i.v. 176-182) "xxxx" ASC-nin 19 avqust 2014-cü il tarixli 650 nömrəli sərəncamından və **********84214 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs 24 ay müddətinə illik 16% dərəcəsi ilə, təminat olaraq ******* manat dəyərində fərdi yaşayış evi olmaqla ******* (bir milyon iki yüz min) manat məbləğində nağd pul krediti verilmişdir. (Cild İV, i.v. 197-201) 19 avqust 2014-cü il tarixli **********84214/İM nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın X27 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadəsində olan 0.02042 ha torpaq sahəsində yerləşən, mülkiyyətində olan 2 mərtəbəli, 328.18 kv.m ümumi, 166.07 kv.m yaşayış, 162.11 kv.m köməkçi sahədən ibarət 7 otaqlı, 10A saylı fərdi yaşayış evidir və bazar dəyəri ******* (bir milyon səkkiz yüz min) manat, likvid dəyəri isə ******* (bir milyon altı yüz min) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə X27 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (Cild İV, i.v. 202-206) "xxxx" ASC-nin 19 avqust 2014-cü il tarixli ******* nömrəli kassa məxaric orderinə əsasən ******* (bir milyon bir yüz doxsan dörd min) manat və 18 sentyabr 2014-cü il tarixli ******* nömrəli kassa məxaric orderinə əsasən 16000 (on altı min) manat məbləğində nağd pul Təqsirləndirilən şəxs ödənilmişdir. (Cild İV, i.v. 245-246) "xxxx" ASC-nin 30 sentyabr 2014-cü il tarixli ******* nömrəli nağd pulun mədaxil orderinə əsasən ******* (bir milyon iki yüz min) manat və 30 sentyabr 2014-cü il tarixli ******* nömrəli mədaxil oredrinə əsasən 5837.00 (beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən ödənilərək **********84214 nömrəli kredit müqaviləsi üzrə ödənişlər vaxtından əvvəl edilərək bitirilmişdir. (Cild İV, i.v. 247-248) “Baxış keçirilməsi haqqında” 08 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərazi ümumilikdə 254 hektar olmaqla Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən “Əkinçi-Bo” fermer təsərrüfatının uzunmüddətli icarəsinə verilmişdir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 200 hektarının 186 hektarı ağacaltı 14 hektarı isə köməkçi sahələrdən, o cümlədən yollar, anbar, ofis yeri və sairdir. Bundan əlavə ərazidə 38 hektar üzüm bağının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, nar və 10 hektar üzüm bağı əvvəlcədən salınmışdır. Qalan 28 hektar üzüm bağı isə alınmış SKMF krediti hesabına salınmışdır. Mövcud üzüm bağının 20 hektarı beton dəstəklərlə təmin edilmişdir. Bunlardan başqa ərazidə 6 hektar qarışıq meyvə bağının olduğu müşahidə edilmişdir. Həmçinin müşahidə edilmişdir ki, mövcud nar bağında əvvəllər damcılı suvarma sistemi quraşdırılmış, lakin sonradan ləğv edilmişdir. Müvafiq avadanlıqlar topalar halında saxlanılır. Təqsirləndirilən şəxs bildirmişdir ki, nar bağının 100 hektar təşkil edən hissəsində əvvəllər damcı suvarma sistemi quraşdırılmış lakin gözlənilən nəticə əldə edilmədiyindən ləğv edilmişdir. Həmçinin ərazidə nar emalı sexinin quraşdırıldığı müşahidə edilmişdir. Sexin zəruri avadanlıqları yeni gətirildiyindən sex fəaliyyətə başlamamışdır. Bunlardan əlavə ərazidə 1 ədəd meyvə çeşidləmə anbarı və 1 ədəd yardımçı tikilinin olduğu müəyyən edilmişdir. Yardımçı tikili 1 mərtəbəli olmaqla 2 otaq və mətbəxdən ibarətdir. Həmin yardımçı tikilidə olan ofis otağına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən heç bir sənəd və ya digər əşya aşkar edilməmişdir. (Cild V, i.v. 78-88) "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə kreditlərin verilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair 23 oktyabr 2019-cu il tarixli rəydən görünür ki, 29.09.14-cü il tarixli **********45514 nömrəli kredit müqaviləsi üzrə borc alan "xxxx" MMC-nin hal-hazıra ASC “Xalq” Bankı qarşısında 2.489.999,65 (iki milyon dörd yüz səksən doqquz min doqquz yüz çoxsan doqquz manat 65 qəpik) manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun da 2.000.000,00 (iki milyon) manatı vaxtı keçmiş əsas borcdan, 98.332,98 (doxsan səkkiz min üç yüz otuz iki manat 98 qəpik) manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən, 391.666,67 (yüz doxsan bir min altı yüz altmış altı manat 67 qəpik) manatı isə penyadan ibarətdir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ASC “Xalq” Bankı tərəfindən "xxxx" MMC-nin investisya layihəsinin maliyyələşdirilməsinə ayrılmış güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünün investisya layihələrinin ekspertizası və monitorinqi şöbəsinin mütəxəssisləri tərəfindən Ağcəbədi rayonunda monitorinqi aparılmış, layihə üzrə kredit vəsaiti hesabına nəzərdə tutulan 215.200,00 manat dəyərində mövcud 100 hektar nar razında damlama suvarma sisyeminin qurqulmadığı, 110.400,00 manat dəyərində 30 hektar ərazidə damlama suvarma sisyeminin tətbiqi ilə xurma bağının salınmadığı, 1.674.400,00 manat dəyərində 70 hektar ərazidə damcılama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınacağı nəzərdə tutulsada, ancaq 28 hektar ərazidə üzüm bağımın salındığı, 1.004.640,00 manat dəyərində qalan 42 hektar ərazidə üzüm bağının salınmadığı və ümumilikdə layihə üzrə 1.330.240,00 manat məbləğində güzəştli kredit vəsaitinin təyinatdan kənarlaşdırıldığı müəyyən edilmişdir. "xxxx" MMC kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdiyi gəlirlərin uçotunu aparmamış və qeydiyyatda olduğu vergi orqanına vergidən azad olunan gəlirlərləri bəyan etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. (Cild V, i.v. 92-104) “Baxış keçirilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, X14 istifadəsində olan ********** və Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** saylı mobil nömrələrə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin "xxxx" MMC-dən məlumatların ələ keçirilməsi haqqında 14 noyabr 2019-cu il tarixli 5(001)- 956/2019 saylı qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş 22 noyabr 2019cu il tarixli 32139 saylı məktuba və məktuba əlavə edilmiş “CD” diskdə olan məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, "xxxx" MMC-də MMS mətnlərinin qeydiyyatı aparılmır. “CD” diskdə olan məlumatlardan görünür ki, Gəray Əliyevin istifadəsində olan ********** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrə arasında qarşılıqlı zənglər edilməklə mütəmadi olaraq əlaqə saxlanılmışdır. Belə ki, X14 istifadəsində olan ********** saylı və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə arasında 02.05.2014-cü il tarixdən 24.12.2014-cü il tarixədək olan dövr ərzində qarşılıqlı 376 zəng olmuş, bunlardan 244 zəng Gəray Əliyev tərəfindən, 132 zəng isə Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. (Cild V, i.v. 220-222) Ağcabədi Rayonu İcra Hakimiyyəti Başçısının 27 dekabr 2010-cu il tarixli 180 nömrəli sərəncamından çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 136 saylı “Örən Qala” adlı qış otlağından 54.0 (əlli dörd) hektar torpaq sahəsi "xxxx" MMC-yə 15 (on beş) il müddətinə qoyunçuluğun inkişafı məqsədilə icarəyə verilmişdir. (Cild V, i.v. 277-278) “Maddi sübut qismində tanıma haqqında” 20 dekabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli 5(001)-543/2019 №-li qərarına əsasən 20.08.2019-cu il tarixli protokolla götürülmüş 3 vərəqdən ibarət 18.09.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 50 vərəqdən ibarət biznes planın surəti, 5 vərəqdən ibarət 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsi, 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsinə 3 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 7 vərəqdən ibarət 02.10.2014-cü il tarixli, **********45514/İM-l nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli ipoteka müqaviləsi və Binəqədi rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 5(001)-674/2019 №-li qərarına əsasən 22.08.2019-cu il tarixli protokolla götürülmüş 2 vərəqdən ibarət 15.08.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 4 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsi, 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsinə 1 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214/İM nömrəli ipoteka müqaviləsi və "xxxx" MMC-dən 22.11.2019-cu il tarixli 32139 saylı məktubla daxil olmuş “CD” disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınmışdır. (Cild X, i.v. 1-2) “Sübutların qiymətləndirilməsi haqqında” 24 dekabr 2019-cu il tarixli qərardan görünür ki, şahid ifadələri, baxış, götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair protokolla, qərarın təsviri hissəsində göstərilən məhkəmə-mühasibatlıq ekspertizasının 11 dekabr 2019-cu il tarixli 29725 nömrəli ekspert rəyi, istintaq hərəkətlərinə dair digər protokollar işin hallarına uyğun olduğuna görə sübut növü kimi qiymətləndirilmişdir. (Cild X, i.v. 19-59) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(001)-52/2021 nömrəli qətnaməsindən görünür ki, 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X21 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinə, 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X2 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinə (məqsədli istifadə növü – “əkin”; kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinə (məqsədli istifadə növü “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”, kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinə (məqsədli istifadə növü -“əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) (yuxarıda qeyd edilən torpaq sahələri və 3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr –(cəmi 16 500 ədəd) alma (Gransimid, Golden, Simerinka) ağacları ilə birlikdə)), 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X7 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinə və 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X3 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinə tutma yönəldilmişdir. İpoteka predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin 29.09.2014-cü il tarixli, **********45514 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış 2.000.000 (iki milyon) manat məbləğində əsas, 307.332,98 (üç yüz yeddi min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz, 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində cərimə, cəmi 2.432.332,98 (iki milyon dörd yüz otuz iki min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun və 260 (iki yüz altmış) manat məbləğində xidmət haqqının, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat məbləğində pulun əvəzi ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılsın. Hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti – 1.760.000 (bir milyon yeddi yüz altmış min) manat, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinin ilkin satış qiyməti – 330.000 (üç yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinin ilkin satış qiyməti – 104.500 (bir yüz dörd min beş yüz) manat, Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinin ilkin satış qiyməti - 21.450 (iyirmi bir min dörd yüz əlli)manat,Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinin ilkin satış qiyməti – 4.400 (dörd min dörd yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinin ilkin satış qiyməti – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinin ilkin satış qiyməti – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinin ilkin satış qiyməti – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiyməti – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiyməti – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinin ilkin satış qiyməti – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiyməti – 42.900 (qırx iki min doqquz yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiyməti – 42.900 (qırx iki min doqquz yüz) manat məbləğində (3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr - cəmi 16 500 (on altı min beş yüz) ədəd alma (Gransimid), Golden, Simerinka ağacları ilə birlikdə) müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3383-10/2917 nömrəli 11 avqust 2021-ci il tarixli ekspert rəyində görünür ki, iş materiallarında olan məlumatlara və 23.10.2019-cu il tarixli rəyə əsasən aşağıdakılar müəyyən edilir: 215.200.00 manat dəyərində mövcud 100 hektar nar bağında damlama suvarma sisteminin qurulmadığı, 110.400.00 manat dəyərində 30 hektar ərazidə damlama suvarma sisteminin tətbiqi ilə xurma bağının salınmadığı, 1.674.400,00 manat dəyərində 70 hektar ərazidə damcılama suvarma sisteminin tətbiqi ilə üzüm bağının salınacağı nəzərdə tutulsada, ancaq 28 hektar ərazidə üzüm bağının salındığı, 1.004.640,00 manat dəyərində qalan 42 hektar ərazidə üzüm bağının salınmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən üzüm bağında quraşdırılmış suvarma sistemi və həmin üzüm bağının salınması üçün basdırılmış beton dirəklərin (materiallarla birlikdə) ümumi dəyəri 182306.0 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC-nin 29.03.2021-ci il tarixli qəbzindən görünür ki, X19 tərəfindən "xxxx" MMC-nin kredit borcundan 75004 (yetmiş beş min dörd) manat ödənilmişdir. (Cild Xİİ, i.v. 133) "xxxx" ASC-nin 01.04.2021-ci il tarixli qəbzindən görünür ki, X19 tərəfindən "xxxx" MMC-nin kredit borcundan 100000.00 (bir yüz min) manat ödənilmişdir. (Cild Xİİ, i.v. 209) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, protokollar və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5,195.2 və 32.5,308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, onların barəsində ittiham hökmü çıxarılmalı, onlara həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikasının CM-nin 195.2-ci maddəsinə əsasən təşkilatin rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasıağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308-ci maddəsinin qeydinə əsasən Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;
4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26.08.2019-cu il tarixli tələbnamədən müəyyən edilmişdir ki, əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild V, i.v. 20) Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin 05.09.2019-cu il tarixli 14-18/118 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1956-cı il tarixdə Qazaxıstan Respublikasının, Almata şəhərində anadan olmuşdur. Ali təhsilli, evli, milliyətcə azərbaycanlıdır. Təqsirləndirilən şəxs ünvan 8 ünvanında daimi pasport qeydiyyatındadır. Qəsəbə ərazisində yaşadığı müddət ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə vətəndaş Təqsirləndirilən şəxs Məmmədoviç barəsində heç bir şikayət daxil olmamışdır. (Cild V, i.v. 51) Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin 05.09.2019-cu il tarixli 3204 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 10A saylı evdə daimi pasport qeydiyyatındadır və ailə tərkibi həyat yoldaşı X1 və oğlu X11 ibarətdir. (Cild V, i.v. 52-53) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2019-cu il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild V, i.v. 87-88) Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəymiş zərərin qismən ödənilməsini, yaşının cox olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5,195.2 və 32.5,308.2-ci maddələri ilə təqsirli bilinməli və ona müvafiq maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə və əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxslərin ittiham olunduqları qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, yaşının çox olmasını, maddi zərərin qismən ödəməsini kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsləri, eləcə də ailələrini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə hər bir təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 20 dekabr 2019-cu il tarixli qərarla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli 5(001)-543/2019 №-li qərarına əsasən ASC “Xalq” Bankının “Baş” filialından 20.08.2019-cu il tarixli protokolla götürülmüş 3 vərəqdən ibarət 18.09.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 50 vərəqdən ibarət biznes planın surəti, 5 vərəqdən ibarət 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsi, 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsinə 3 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 7 vərəqdən ibarət 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli ipoteka müqaviləsi və Binəqədi rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 5(001)-674/2019 №-li qərarına əsasən ASC “Xalq” Bankının “Baş” filialından 22.08.2019-cu il tarixli protokolla götürülmüş 2 vərəqdən ibarət 15.08.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 4 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsi, 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsinə 1 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214/İM nömrəli ipoteka müqaviləsi və və "xxxx" MMC-dən 22.11.2019-cu il tarixli 32139 saylı məktubla daxil olmuş “CD” disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 495 (dörd yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,195.2 və 32.5,308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 32.5,195.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5,308.2-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 06 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 2 (iki) il 06 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 06 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 495 (dörd yüz doxsan beş) manat Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan, 20 dekabr 2019-cu il tarixli qərarla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli 5(001)-543/2019 №-li qərarına əsasən ASC “Xalq” Bankının “Baş” filialından 20.08.2019-cu il tarixli protokolla götürülmüş 3 vərəqdən ibarət 18.09.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 50 vərəqdən ibarət biznes planın surəti, 5 vərəqdən ibarət 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsi, 29.09.2014-cü il tarixli, **********45514 nömrəli kredit müqaviləsinə 3 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli sonrakı ipoteka müqaviləsi, 7 vərəqdən ibarət 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli ipoteka müqaviləsi, 5 vərəqdən ibarət 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli ipoteka müqaviləsi və Binəqədi rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 5(001)-674/2019 №-li qərarına əsasən ASC “Xalq” Bankının “Baş” filialından 22.08.2019-cu il tarixli protokolla götürülmüş 2 vərəqdən ibarət 15.08.2014-cü il tarixli kredit sifarişi və 3 vərəqdən ibarət əlavəsi, 4 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsi, 19.08.2014-cü il tarixli, **********84214 nömrəli kredit müqaviləsinə 1 vərəqdən ibarət 1 nömrəli əlavə (ödəniş cədvəli), 5 vərəqdən ibarət 19.08.2014-cü il tarixli, **********84214/İM nömrəli ipoteka müqaviləsi və və "xxxx" MMCdən 22.11.2019-cu il tarixli 32139 saylı məktubla daxil olmuş “CD” disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov