Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-90/2022 28.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili X5 Zərər çəkmiş şəxs: X3 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, məhkumluğu olmayan, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6ımtikilidə müvəqqəti yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 28.06.2021-ci il tarixdə tarixdə axşam saatlarında vahid niyyətlə Kürdəmir rayonu Şahsevən kəndində yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini sındırmaqla, evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, evin içərisində 250 manat dəyərində 10 metr uzunluğunda kətan materialdan olan pərdəni, hər birinin 30 manat dəyəri olan cəmi 90 manat dəyərində 03 ədəd 3 kq çəkisi olan aliminium qazanları, hər birinin 70 manat dəyəri olan cəmi 140 manat dəyərində 02 ədəd aliminium teştləri, hər birinin 25 manat dəyəri olan cəmi 50 manat dəyərində 02 ədəd hamam dəstini, hər birinin 40 manat dəyəri olan cəmi 160 manat dəyərində 04 ədəd yataq dəstini, 25 manat dəyərində 01 ədəd nikkel materialdan olan qəfədanı. 70 manat dəyəri olan 01 ədəd elektriklə işləyən qəfədanı, 250 manat dəyərində bir ədəd qaşıq dəstini, hər birinin 120 manat dəyəri olan cəmi 240 manat dəyərində 02 ədəd yataq örtüyünü, hər birinin 100 manat dəyəri olan cəmi 200 manat dəyərində 02 ədəd süfrəni, hər birinin 20 manat dəyəri olan cəmi 120 manat dəyərində 6 ədəd aliminium vedrələri oğurlayaraq evin yaxınlığında olan su arxına yığaraq evə qayıdıb yatmış, 29.06.2021-ci il tarixdə saat 08 radələrində evin içərisində olan şkafda olan çamadanın içərisindən bir ədəd 26 manat dəyərində 0,49 qram kütləli, 583/585 əyarlı qırıq vəziyyətdə olub, 3 hissəyə bölünmüş, qırmızıtıl-sarı rəngli qızıl boyunbağını.bir ədəd 120 manat dəyərində “Auto STAC” model AVR-500W made in Japan” markalanma yazıları olan xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləycisini, bir ədəd 180 manat dəyərində üzərində “Eurolux, model AVR-150W, made in Japan" markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləycisini, bir metri 0.60 qəpik olan cəmi 84 manat dəyərində 140 metr uzunluğunda 4 nömrə mis işıq kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2005 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 21.10.2021-ci il tarixdə saat 23.00-da Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 oktyabr 2021-ci il tarixdə saat 14.00-da Bakı Şəhər Baş Polis İdarəsinin Yasamal RPl-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “yarımtiki” adlanan ərazidə saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,489 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, qalmağa yeri olmadığı üçün dayısıgil rayona getdiyini bilib, dayısıgilin evlərinin qapısını açıb girib orda yatmışdır. Oğurluq etməmişdir. Sonra dayısı onu evdən qovmuş və ondan şikayət etmişdir ki, oğurluq edib. Buna görə də qalmağa yeri olmadığı üçün yarımçıq tikilidə tanışları ilə birlikdə qalıb Həmin tikilidə tanışları ilə birlikdə tez tez narkotik vasitələr istifadə ediblər. Narkomaniyadan əziyyət çəkir. Yatdığı yerdə polislər onu gəlib bölməyə aparıblar. Polis əməkdaşları onu dövməmiş, vurmamış, hədəqorxu gəlməmişlər. Lakin bölmədə polis əməkdaşları ona demişlər ki üzərində narkotik olması barədə kamera qarşısında danışsın və cibindən çıxarıb stolun üstünə qoysun. O da məcbur olub narkotiki üzərinə götürmüşdür. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Sonuncu ilə ədavəti və düşmənçiliyi olmamışdır. Şahid6 isə Həsənin qızıdır. Həsən Bakı şəhərində arvadı ilə birlikdə yaşadığını və ona məxsus Kürdəmir rayonu Şahsevən kəndində yerləşən 01 otaqlı fərdi yaşayış evinin boş və nəzarətsiz olduğunu bilmişdir. Özü tüfeyli həyat tərzi sürmüşdür. Bakı şəhərində dolana bilmədiyinə görə, 28.06.2021-ci il tarixdə Kürdəmir şəhərinə gəlmişdir. Kürdəmir şəhərində pul tapa bilmədiyinə görə, Həsənə məxsus evdən oğurluq etmək barədə qərara gəlmişdir. 28.06.2021-ci il tarixdə axşam saatlarında, Həsənin evi boş olduğuna görə, pəncərəsini sındırıb, evə daxil olmuşdur. Evə daxil olub evin içərisində olan şkafın içərisində olan kətan materialdan olan pərdəni, 02 ədəd hamam dəstini, 04 ədəd yataq dəstini, 02 ədəd yataq örtüyünü, bir ədəd 10 metr uzunluğunda pərdəni, 02 ədəd kətan materialdan olan süfrələri şfanerin içərisindən götürüb evin ortasına qoymuş, şfanerin içərisindən götürdüyü bir ədəd qırıq vəziyyətdə olan qızıl sepi götürüb şalvarının cibinə qoymuşdur. Evin içərisində olan divanın yanında yığılmış 03 ədəd aliminium qazanları, 02 ədəd aliminium teştləri, 01 ədəd nikkel materialdan qəfədanı, 01 ədəd elektriklə işləyən qəfədanı, bir ədəd qaşıq dəstini, 06 ədəd aliminium vedrələri, təxminən 25-30 metr uzunluğunda dəmir zənciri, 02 ədəd işıq nizamlayıcısını, divanın altından təxminən 130-140 metr uzunluğu olan mis və aliminium naqilləri yığıb səhər aparanda rahat olsun deyə küçəyə çıxardıb evin yaxınlığında olan qurumuş su arxının içərisinə yığmışdır. Səhəri günü, yəni 29.06.2021-ci il tarixdə saat 08 radələrində mis və aliminium naqilləri, qızıl sepi, işıq nizamlayıcılarını bir ədəd sellofana yığıb pənəcərədən evin həyətinə düşmüşdür. Həyətdən küçəyə çıxmaq istəyəndə, qonşunun uşağının yoldan keçdiyini görmüşdür. Qapı bağlı olduğu üçün, onu çağırıb ona sellofanı küçəyə çıxartması üçün köməklik etməsini xahiş etmişdir. Ona sellofanı verəndən sonra, özü də qapının üstündən küçəyə tullanmışdır. Oğlan gedəndən sonra, yoldan keçən tanımadığı taksiyə əl edib işarə verərək saxlamasını bildirmiş ,həmin taksiyə Həsənin evindən oğurlayıb sellofana yığdığı əşyaları qoyub, su arxının yanına getməyi orada da əşyalarının olduğunu bildirmişdir. Taksi ilə su arxının yanına gedib oradan Həsənin evindən oğurladığı əşyaları maşına yükləyib Kürdəmir şəhərinə gəlmişdir. Kürdəmir şəhərində aliminium və mis alveri ilə məşğul olan Raufun yanına gedib, miss telləri satdığını demişdir. Rauf tellərin oğurluq olub-olmamasını soruşmuşdur. Raufa tellərin oğurluq olmadığını, özünə məxsus olduğunu demişdir. Bundan sonra Rauf miss telləri çəkəndə 4 kiloqrama yaxın gəldiyinə görə, Rauf ona 25 manat pul vermişdir. Pulu Raufdan götürəndə, işıq generatorlarını gətirib “Kral Marketin qarşısına qoyub, mağazada işləyənə şəxsdən həmin əşyalara nəzarət etməsini xahiş edərək, gəlib bir azdan götürəcəyini demişdir. İşıq generatorlarını mağazaya qoyandan sonra, Kürdəmir şəhərində yerləşən Təzə bazara getmişdir. Təzə bazarda oğurladığı digər əşyaların hamısını tanımadığı kənd camatına ümumilikdə 110 manata satmışdır. Bazarda əldə etdiyi pula çörək yeyib çay içmişdir. Çay içəndən sonra, oğurladığı bir ədəd qızıl sepi bazarın içərisində olan qızıl mağazasına girib sepi ölçdürmüşdür. Həmin qızıl sepi 0,5 qram gəlmişdir. Bundan sonra işıq nizamlayıcılarını qoyduğu mağzadan götürmək üçün gedəndə polis əməkdaşları onu saxlamışlar. RPŞ-nə izahat verərkən bir ədəd qırıq vəziyyətdə olan qızıl sepi təqdim etmişdir. Həmin sep baxış keçirilərək götürülmüşdür. Zərərçəkmiş şəxs qeyd etdiyi 400 manat dəyərində qaz borularını, bir ədəd 80 manat dəyərində çilçırağı, 03 ədəd hər birinin 40 manat dəyəri olan boşqab dəstini, 02 ədəd hər birinin 70 manat dəyəri olan sintafon yorğanları, 30 ədəd hər birinin 1 manat dəyəri olan boşqabları, 31 il əvvəl aldığı xalçanı, 01 ədəd 10 litrlik samovarı,03 ədəd hər birinin 50 manat dəyəri olan xrustal meyvə qablarını,02 ədəd hər birinin 45 manat dəyəri olan yun döşəkləri oğurlamamış, ümumiyyətlə Həsənə məxsus evdə ot biçən aparatı, qaynaq aparatı, motopilla görməmişdir. Digər əşyaları isə yer çox tutduğuna görə oğurlamamışdır, mismarları isə evin içərisində olan divanın altında olmuşdur. Ona oğurluq etməkdə heç kim köməklik göstərməmişdir. Həsənin qonşusunu özü çağırıb, Həsənin bacısı oğlu olduğunu deyib, Həsən özü bəzi əşyaları ona məxsus evdən götürüb ona göndərməsini tapşırdığına görə də Həsənin evinə gəldiyini demişdir. Həmin şəxs ona əvvəl aldığı xalça, 140 metr uzunluğunda ( 4 nömrə) mis işıq kabeli, 10 metr uzunluğunda olan, 250 manat dəyərində kətan materialdan olan pərdə, 3 ədəd hər biri 3 kq çəkisi və hər birinin 30 manat dəyəri olan aliminium qazanlar, 02 ədəd hər birinin 70 manat dəyəri olan aliminium teşt, 02 ədəd hər birinin 200 manat dəyəri olan işıq nizamlayıcısı, 02 ədəd hər birinin 25 manat dəyəri olan hamam dəsti, 04 ədəd hər biri 40 manat olan yataq dəsti, 01 ədəd 10 litrlik samovar, 02 ədəd hər biri 90 manat dəyəri olan xrustal güldan, 01 ədəd 25 manat dəyəri olan nikkel materialdan qəfədan, 01 ədəd 70 manat dəyəri olan elektriklə işləyən qəfədan, 03 ədəd hər birinin 50 manat dəyəri olan xrustal meyvə qabı, 30 ədəd hər birinin 1 manat dəyəri olan boşqab, 02 ədəd hər birinin 45 manat dəyəri olan yun döşəklər, 02 ədəd hər birinin 70 manat dəyəri olan sintafon yorğanlar, bir ədəd 250 manat dəyərində qaşıq dəsti, 03 ədəd hər birinin 40 manat dəyəri olan boşqab dəsti, 30 metr uzunluğunda 60 manat dəyərində dəmir zəncir, 02 ədəd hər birinin qiyməti 120 manat olan yataq örtüyü, bir ədəd 80 manat dəyərində çilçıraq, 02 ədəd kətan materialdan olan hər birinin 100 manat dəyəri olan süfrə, bir ədəd 50 manat dəyərində işıq generatoru, 01 ədəd 150 manat dəyərində matopilla, bir ədəd 140 manat dəyərində ot biçən aparat, bir ədəd 250 manat dəyərində qaynaq aparatı, 06 ədəd hər birinin 20 manat dəyəri olan aliminium vedrə, 68 kiloqram çəkidə bir kiloqramı 5 manat olan dəmir mismar, 03 ədəd hər birinin 14 manat dəyəri olan balta, 01 ədəd dəyəri 20 manat olan balaca mişar, bir ədəd 50 manat dəyəri olan iki nəfərlik mişar, 400 manat dəyərində qaz boruları, 04 ədəd hər birinin 2 manat dəyəri olan atverka, 01 ədəd 15 manat dəyərində atverka oğurlanmışdır. Lakin o, dəqiq hansı tarixlərdə hansı əşyalarının oğurlandığını bilməmişdir. Lakin, 29.06.2021-ci il tarixdə Eldəniz ona məxsus evdən 02 ədəd işıq nizamlayıcını, 01 ədəd qırıq vəziyyətdə olan qızıl sepi, qeyd etdiyi 140 metr uzunluğunda işıq kabellərini oğurlayarkən onu qonşusu Kənan görmüşdür. Həmçinin qeyd etmişdir ki, baş vermiş hadisə zamanı ona 4000-4500 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPl-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 22 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə əlaqədar ünvan 4 ünvanında yerləşən “yarımtikili” adlanan ərazidə Yasamal RPİ-nin PPXB-nün başqa 2 əməkdaşı ilə birlikdə reyd keçirdərkən bir nəfər şəxsin orada olduğunu görmüşlər. Həmin günü saat 14.00-da onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərərk ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, üzərində heç bir sənədin olmadığını deyib özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs hansı səbəbə görə qeyd olunan ərazidə olduğunu soruşduqda sonuncu onlara narkotik vasitə qəbul etmək məqsədi ilə qeyd olunan əraziyə gəldiyini bildirmişdir. Onlar həmin şəxsin üzərində narkotik və ya psixotrop maddələrin olmasından şübhələnib onu Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmiş və Eldəniz onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsində onlara həmin şəxsin xx.xx.1990-cı ildə Ağsu şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6ımtikilidə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqim edərək masa üzərinə qoymuş və həmin bükümü açdıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus narkotik vasitə heroinə oxşar maddənin olması aşkar edilmişdir. Həmin maddənin nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, 21.10.2021-ci il tarixdə saat 23 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul müqabilində aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və başqa əşya və maddə aşkar edilməmişdir. Təqdim edilmiş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuşdur, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində polis bölməsində olduğu zaman üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyindən ünvan 4 ünvanında yerləşən “yarımtikili” adlanan ərazidə Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq 27-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqim edərək masa üzərinə qoymuş və həmin bükümü açdıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus narkotik vasitə heroinə oxşar maddənin olması aşkar edilmişdir. Həmin maddənin nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, 21.10.2021-ci il tarixdə saat 23 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul müqabilində aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və başqa əşya və maddə aşkar edilməmişdir. Təqdim edilmiş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Şahsevən kəndində ona məxsus fərdi yaşayış evi vardır. Həmin evdə o, əvvəllər yaşasa da, son 10 ildir ki ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Buna baxmayaraq o, bəzən evinə gəlib nəzarət edir və xırda-xırda təmir işləri elətdirmişdir. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Eldəniz tüfeyli həyat tərzi sürür. Ona məxsus evə qonşusu Şahid7 nəzarət etmişdir. Amil 29.06.2021-ci il tarixdə ona zəng edərək Eldənizin onların evdən əlində torba ilə çıxdığını bildirmişdir. Bundan sonra qızı Familəyə zəng edərək evə gedib baxmasını bildirmişdir. Familə gedib evə baxanda Eldənizin evdən oğurluq etdiyini aşkar etmişdir. Buna görə də o RPŞ-nə ərizə ilə müraciət etmişdir. Lakin, oğurlanmış əmlakların dəqiq sayını və qiymətini bilmədiyinə görə, o, özü evinə gələrək evdə olan əşayaları saymış və ona məlum olmuş ki evindən evin içərisində olan servant, şfaner və divanı, sındırıb yararsız hala salınmış, şkafın içərisində, çamadanın içərisində olan qırıq vəziyyətdə olan 30 manat dəyərində qızıl sep, 31 il əvvəl aldığı xalça, 140 metr uzunluğunda ( 4 nömrə) mis işıq kabeli, 10 metr uzunluğunda olan, 250 manat dəyərində kətan materialdan olan pərdə, 3 ədəd hər biri 3 kq çəkisi və hər birinin 30 manat dəyəri olan aliminium qazanlar, 02 ədəd hər birinin 70 manat dəyəri olan aliminium teşt, 02 ədəd hər birinin 200 manat dəyəri olan işıq nizamlayıcısı, 02 ədəd hər birinin 25 manat dəyəri olan hamam dəsti, 04 ədəd hər biri 40 manat olan yataq dəsti, 01 ədəd 10 litrlik samovar, 02 ədəd hər biri 90 manat dəyəri olan xrustal güldan, 01 ədəd 25 manat dəyəri olan nikkel materialdan qəfədan, 01 ədəd 70 manat dəyəri olan elektriklə işləyən qəfədan, 03 ədəd hər birinin 50 manat dəyəri olan xrustal meyvə qabı, 30 ədəd hər birinin 1 manat dəyəri olan boşqab, 02 ədəd hər birinin 45 manat dəyəri olan yun döşəklər, 02 ədəd hər birinin 70 manat dəyəri olan sintafon yorğanlar, bir ədəd 250 manat dəyərində qaşıq dəsti, 03 ədəd hər birinin 40 manat dəyəri olan boşqab dəsti, 30 metr uzunluğunda 60 manat dəyərində dəmir zəncir, 02 ədəd hər birinin qiyməti 120 manat olan yataq örtüyü, bir ədəd 80 manat dəyərində çilçıraq, 02 ədəd kətan materialdan olan hər birinin 100 manat dəyəri olan süfrə, bir ədəd 50 manat dəyərində işıq generatoru, 01 ədəd 150 manat dəyərində matopilla, bir ədəd 140 manat dəyərində ot biçən aparat, bir ədəd 250 manat dəyərində qaynaq aparatı, 06 ədəd hər birinin 20 manat dəyəri olan aliminium vedrə, 68 kiloqram çəkidə bir kiloqramı 5 manat olan dəmir mismar, 03 ədəd hər birinin 14 manat dəyəri olan balta, 01 ədəd dəyəri 20 manat olan balaca mişar, bir ədəd 50 manat dəyəri olan iki nəfərlik mişar, 400 manat dəyərində qaz boruları, 04 ədəd hər birinin 2 manat dəyəri olan atverka, 01 ədəd 15 manat dəyərində atverka oğurlanmışdır. Lakin o, dəqiq hansı tarixlərdə hansı əşyalarının oğurlandığını bilməmişdir. Lakin, 29.06.2021-ci il tarixdə Eldəniz ona məxsus evdən 02 ədəd işıq nizamlayıcını, 01 ədəd qırıq vəziyyətdə olan qızıl sepi, qeyd etdiyi 140 metr uzunluğunda işıq kabellərini oğurlayarkən onu qonşusu Kənan görmüşdür. Həmçinin qeyd etmişdir ki, baş vermiş hadisə zamanı ona 4000-4500 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Həsən Ağaməmmədov onun atasıdır. Atasına məxsus Kürdəmir rayonu Şahsevən kəndində fərdi yaşayış evi vardır. Həmin evdə onlar əvvəllər yaşasalarda, son 10 ildir ki, anası ilə birlikdə Bakı şəhərində yaşayır. Buna baxmayaraq onlar arada bir evə gəlib nəzarət edir və xırdaxırda təmir işləri etmişdir. Təqsirləndirilən şəxs onun bibisioğludur. Eldəniz tüfeyli həyat tərzi sürür. Atası Həsənə məxsus evə qonşusu Şahid7 nəzarət etmişdir. Amil 29.06.2021-ci il tarixdə onun atasına zəng edərək Eldənizin evdən əlində torba ilə çıxdığını demişdir. Bundan sonra atası ona zəng edərək evə gedib baxmağını bildirmişdir. O, evə baxanda Eldənizin evdən oğurluq etdiyini aşkar etmişdir. Buna görə də RPŞ-nə ərizə ilə müraciyət etmişdir. Lakin, oğurlanmış əmlakların dəqiq sayını və qiymətini bilmədiyinə görə, gözü ilə gördüyü əşyaların yəni bir ədəd xalçanın, bir ədəd qızıl boyunbağının, 02 ədəd nizamlayıcının oğurlanmasını bildirmişdir. Lakin atası özü sonradan gəlib evə baxmış, əşyaları bir-bir sayanda məlum olmuş ki, şkafın içərisində, çamadanda olan qırıq vəziyyətdə 30 manat dəyərində qızıl boyunbağı, 31 il əvvəl aldığı xalça, 140 metr uzunluğunda ( 4 nömrə) mis işıq kabeli, 10 metr uzunluğunda olan, 250 manat dəyərində kətan materialdan olan pərdə, 3 ədəd hər birinin hər biri 3 kq çəkisi və hər birinin 30 manat dəyəri olan aliminium qazanlar, 02 ədəd hər birinin 70 manat dəyəri olan aliminium teşt, 02 ədəd hər birinin 200 manat dəyəri olan işıq nizamlayıcısı, 02 ədəd hər birinin 25 manat dəyəri olan hamam dəsti, 04 ədəd hər biri 40 manat olan yataq dəsti, 01 ədəd 10 litrlik samovar, 02 ədəd hər biri 90 manat dəyəri olan xrustal güldan, 01 ədəd 25 manat dəyəri olan nikkel materialdan qəfədan, 01 ədəd 70 manat dəyəri olan elektriklə işləyən qəfədan, 03 ədəd hər birinin 50 manat dəyəri olan xrustal meyvə qabı, 30 ədəd hər birinin 1 manat dəyəri olan boşqab, 02 ədəd hər birinin 45 manat dəyəri olan yun döşəklər, 02 ədəd hər birinin 70 manat dəyəri olan sintafon yorğanlar, bir ədəd 250 manat dəyərində qaşıq dəsti, 03 ədəd hər birinin 40 manat eləyəri olan boşqab dəsti, 30 metr uzunluğunda 60 manat dəyərində dəmir zəncir, 02 ədəd hər birinin qiyməti 120 manat olan yataq örtüyü, bir ədəd 80 manat dəyərində çilçıraq, 02 ədəd kətan materialdan olan hər birinin 100 manat dəyəri olan süfrə, bir ədəd 50 manat dəyərində işıq generatoru, 01 ədəd 150 manat dəyərində matopilla, bir ədəd 140 manat dəyərində ot biçən aparat, bir ədəd 250 manat dəyərində qaynaq aparatı, 06 ədəd hər birinin 20 manat dəyəri olan aliminium vedrə, 68 kiloqram çəkidə bir kiloqramı 5 manat olan dəmir mismar, 03 ədəd hər birinin 14 manat dəyəri olan balta, 01 ədəd dəyəri 20 manat olan balaca mişar, bir ədəd 50 manat dəyəri olan iki nəfərlik mişar, 400 manat dəyərində qaz boruları, 04 ədəd hər birinin 2 manat dəyəri olan atverka, 01 ədəd 15 manat dəyərində atverka oğurlanmışdır. Həmçinin qeyd etmişdir ki, baş vermiş hadisə zamanı atasına 4000-4500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Babək prospektində yerləşən “Kral Market” adlı mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və düşmənçiliyi yoxdur. 29.06.2021-ci il tarixdə günorta saatlarında Eldəniz onun işlədiyi mağazaya gəlib, içəri girərərk ona əlində olan çantanı mağazaya qoymağını, saatın yanına gedib-gəlib götürəcəyini bildirmişdir. O, da Eldəniz adlı şəxsə çantanı mağazanın pəncərəsinə qoymağı və gələndə oradan götürməsini bildirmişdir. Eldənizdə həmin çantanı mağzanın küçə tərəfdən pəncərəsinə qoymuş və çıxıb getmişdir. Həmin gün saat 18 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları ona zəng edərək çantanı götürüb RPŞ-nə gəlməyini bildirmişlər. O da buna görə Eldənizin pəncərəyə qoyduğu çantanı götürüb RPŞ-nə gəlmişdir. Həmin çantada nələrin olduğunu o, bilməmişdir. RPŞ-də olarkən ona məlum olmuş ki Eldəniz öz dayısının evindən oğurluq etmişdir, oğurladığı əşyaların bir qismini isə mağazanın pəncərəsinə qoyduğu çantanın içərisində olmuşdur. Həmin çantanı o, təqdim etmiş, həmin çanta götürmə qərarı ilə götürüldükdən sonra hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Eldənizin mağazanın pəncərəsinə qoyduğu çantanın içərisində bir ədəd üzərində “Auto Staac” model AVR- 500W made in Japan" markalanma yazıları olan xarici görünüşünə görə əvvəllər istifadə olunmuş işıq tənzimyəcisi, bir ədəd üzərində “Eurolux, model AVR 1500W made in Japan markalanma" yazıları olan xarici görünüşünə görə əvvllər istifadə olunmuş işıq tənzimləyicisi vardır. Həmçinin qeyd etmişdir ki, o qeyd olunan əşyaların oğurluq olmasını bilməmiş və bu barədə Eldəniz ona heç bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X15 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla eyni kəntdə yaşayır. O təxminən 7-8 ildir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Həsənə məxsus Şahsevən kəndində yerləşən fərdi yaşayış evi nəzarətsizdir. Həsən onunla qonşu olduğuna görə, o, arada bir onun evinə nəzarət etmişdir. 29.06.2021-ci il tarixdə səhər saatlarında qonşusu Şahid10 ona zəng edərək, Həsənin bacısı oğlu Eldəniz, Həsənin evindən işıq nizamlayıcısını, bir sellofan dolusu naqilləri və görə bilmədiyi digər əşyaları götürüb aparmışdır. O, bundan sonra, Həsənin həyətinə keçib, baxanda görmüş ki, evin pənəcərisi sındırılmışdır. O, içəri girməyib, bir başa Həsənə zəng edərək bu barədə məlumat vermişdir. O, Eldənizin Həsənin evinə girdiyini görməsədə, Kənan onu Həsənin evindən çıxarkən görmüşdür, və Kənanın ona deməsinə əsasən Eldənizin əlində həmin vaxt işıq nizamlayıcısı, bir ədəd slellofanda isə mis və aliminium naqilləri olmuşdur, Eldənizin əlində başqa bir əşya görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X11 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Aran qəsəbəsində əlvan metalların qəbulu sexi vardır. O, əsasən aliminium və miss alıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs o, əvvəllər tanımışdır. Eldənizlə ədavəti və düşmənçiliyi olmamışdır. 29.06.2021-ci il tarixdə saat 17 radələrində Eldəniz piyada əlində sellofanla onun işlədiyi yerə gəlmişdir. Eldəniz ona mis və aliminium naqilləri olduğunu və satmaq istədiyini bildirmişdir. O, Eldənizə misin kilosunu 10 manata aldığını, aliminium naqili isə almadığını bildirmişdir. Eldənizdən naqillərin oğurluq olub olmaması barədə soruşmuşdur. Eldəniz ona naqillərin özünə məxsus olduğunu və maddi ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan sonra o, Eldənizdən mis naqilləri götürüb tərəzidə çəkmiş və 4,5 kq olmuşdur. Buna görə də o, Eldənizə 45 manat pul verib mis naqilləri almışdır. Mis naqilləri aldığına görə Eldəniz aliminium naqilləri ona pay kimi vermişdir. Bundan sonra Eldəniz çıxıb getmişdir. Təxminən 1 saat sonra polis əməkdaşları ona zəng edərək mis naqilləri Eldənizdən alıb-almadığını soruşmuşlar və o da etiraf etmiş ki, həmin naqilləri Eldənizdən almışdır. Bundan sonra o, Eldənizdən aldığı naqilləri RPŞ-nə gətirib təqdim etmişdir. Həmin naqillər müstəntiq tərəfindən götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, mis naqillər 140 metrdir, aliminium naqillər isə təxminən 30 metrdir. Həmçinin qeyd etmişdir ki, o, həmin naqillərin oğurluq olduğunu bilməmiş, Eldəniz həmin naqillərin özünə məxsus olduğunu bildirmiş və bu səbəbdən o, həmin naqilləri almaq razılığına gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və qızı Famil Ağaməmmədova onun həmkəndliləridir. Familə hazırda ərə gedib, öz ailəsi ilə birlikdə yaşayır. Həsən isə təxminən 10-15 ildir ki, Bakı şəhərində yaşayır. Şahsevən kəndində yerləşən evində isə heç kim yaşamır. Təqsirləndirilən şəxs o, çoxdan tanıyır. Əvvəllər Həsəngilə gəlib getmişdir. 29.06.2021-ci il tarixdə saat 08 radələrində o, Şəmkir rayonuna işləməyə gedirmiş. Həsənin evin qabağından keçəndə çəpərin üstündə çantanı görmüşdür. O, Həsənin həyətinə baxanda görmüş ki, həyətdə Eldəniz çantanı hasardan küçəyə keçirtmək istəyir. Eldəniz ona demişdir ki, dayısı Həsən ona qeyd olunan əşyaları onlara aparmasını bildirmişdir. Buna görə də onlara gəlmişdir. Bundan sonra ondan çantanı yerə qoymağa köməklik istəmişdir. O da çəpərin üstündə olan çantanı götürüb yerə qoymuşdur. Həmin çantanın içərisində 02 ədəd işıq nizamlayıcısı, mis və aliminium kabellər, aliminium aftava olmuşdur. Eldənizdən kənarlaşdıqdan sonra Həsənin evinə nəzarət edən Amilə zəng edib Eldənizi Həsənin həyətində görməsi barədə məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, o, həmin zaman Eldənizin evə oğurluq etmək məqsədi ilə gəlməsini bilməmiş, belə ki, Zərərçəkmiş şəxs Eldənizin dayısıdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22.07.2021-ci il tarixli, 6/2905 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 0,49 qram kütləli, qırıq vəziyyətdə olub, 3 hissəyə bölünmüş şəkildə, qulaqcığında “585” damğası olan, qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23.08.2021-ci il tarixli, 9/5012 № saylı ekspert rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, elektrik avadanlıqların satışı, eləcə də xüsusiləşmiş zərgərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, bir qram “583” əyarlı qızılın qırıntı kimi qiyməti 52,00 manat olması nəzərə alınmaqla, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 2021 -ci ilin iyul ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd 0,49 qram kütləli, 583/585 əyarlı qırıq vəziyyətdə olub, 3 hissəyə bölünmüş, qırmızımtıl-sarı rəngli qızıl boyunbağı 28 iyun 2021-ci il tarixə 26,00 manat; bir ədəd üzərində “Auto STAC, model AVR-500W, made in Japan" markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləyicisi 120,00 manat; bir ədəd üzərində “Eurolux, model AVR-1500W, made in Japan” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləyicisi 180,00 manat. Qeyd edilir ki, tədqiqata təqdim edilmiş elektrik naqillərin qiymətləndirilməsi üçün onların tərkibi, markası, ölçüləri və sair texniki göstəricilər barədə qərarın təsviri hissəsində heç bir məlumat olmadığından və bu barədə müvafiq ekspertiza təyin edilmədiyindən təhqiqat və qiymətləndirmə aparılmadı. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23.10.2021-ci il tarixli, 6/4721 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi....” yazısı və imzalar olan bir ədəd zərfdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,489 qram qəhvəyi rəngli bərk formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş siyahılara əsasən heroin Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir, (heroinin təmiz çəkisi: 0,489 qram, sərf edildi: 0,05 qram, qalıq 0,439 qram). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X2 22.11.2021-ci il tarixli 4609 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 24.01.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11.12.2014-cü il tarixdə Salyan Rayon Məhkəməsinin 10.12.2014-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 09 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə ünvanlanmış teleqramındi cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmağını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli üzrə zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 24.10.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22.10.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 0,49 qram kütləli, 583/585 əyarlı qırıq vəziyyətdə olub, 3 hissəyə bölünmüş, qırmızıtıl-sarı rəngli qızıl boyunbağı, bir ədəd “Auto STAC” model AVR-500W made in Japan” markalanma yazıları olan xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləycisi, bir ədəd üzərində “Eurolux, model AVR-150W, made in Japan” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, işıq tənzimləycisi, 40 metr uzunluğunda 4 nömrə mis işıq kabeli saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay (iki il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 239 manat (iki yüz otuz doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,439 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-90/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-90/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver