Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-90/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi Mehin Əlihüseynlinin iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 30180,00 manat məbləğində borcun alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(004)-703/2019 saylı və 15824,15 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq zərərçəkmiş "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-2(81 )-269/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək zərərçəkmişlərin xeyrinə heç bir məbləğdə ödəniş etməmiş, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nə həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, əvvəllər fərdi əməklə, yəni ticarətlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 Fizuli oğlunu 2017-ci ildən tanıyır. Belə ki, o, Elvirə məxsus olan “Ford Tranzit” markalı yük avtomobilini ondan icarəyə götürərək ticarətlə məşğul olmaq məqsədilə həmin avtomobillə ticarət məntəqələrinə ərzaq məhsulları daşıtdırırdı. Həmin avtomobili Elvirdən 2013-cü ildən icarəyə götürmüşdü. 2017-ci ildə Beyləqan şəhərində PMK adlanan ərazidə icarəyə götürdüyü mağazada ticarətə başlamaq məqsədilə Elvirdən 30.000 manat məbləğində, hər ay 3600 manat ödəmək şərti ilə pul istəmiş, lakin, Elvir onda o qədər pulun olmadığını bildirərək, sonda ona 20.000 manat məbləğində pul vəsaitini vermiş və aralarında razılığa gəlmişlər ki, hər ay Elvirə 2400 manat məbləğində pul ödəsin. Bu söhbətdən bir neçə ay keçdikdən sonra Beyləqanda, onun çalışdığı mağazaya Rəşid gələrək, 1 həftədən sonra 4480 manat pul qaytaracağı şərtilə ona 4000 manat məbləğində pulu vermiş, bir həftədən sonra razılaşdıqları kimi, o Rəşidə 4480 manat pulu qaytarmışdır. 2018-ci ilin avqust ayına kimi hər ay müxtəlif məbləğlərdə Elvirdən aldığı 20.000 manat pula görə müxtəlif məbləğdə pulları, ümumilikdə isə təxminən 24.000 manat məbləğində pulu Elvirə və Rəşidə şəxsən ödədiyini qeyd etmişdir. Yasamal Rayon Məhkəməsi 30 yanvar 2019-cu il tarixdə 30.180 manat məbləğində borcun ondan alınaraq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair qətnamə çıxarmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən verdiyi Apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmış, həmin məhkəmə qətnaməsi ilə razı olmadığını, qətnaməni ədalətsiz hesab etdiyini bildirmişdir. Həmçinin, çalışdığı mağazada satılan ərzaq məhsullarını müxtəlif şirkətlərdən, o cümlədən "xxxx" MMC-dən nisyə şəkildə aldığını, satışdan yığılan pul vəsaitindən hər ay həmin MMC-nə ödəniş etdiyini bildirmişdir. 2018-ci ilin may ayında "xxxx" MMC ona ərzaq mallarını təhvil vermədən sənədlərə imza etdirməklə, həmin malları başqa avtomobil ilə apardıqlarını qeyd edərək, ən böyük səhvinin "xxxx" MMC-yə inanıb malları təhvil almadan sənədlərə imza etməsi ilə əsaslandırmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixdə ondan 15.824.15 manat borcun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarmışdır. Həmin qətnamə ilə razı olmadığına baxmayaraq yuxarı instansiya məhkəmələrinə şikayət verməmişdir. Ümumiyyətlə barəsində qəbul edilmiş məhkəmə qətnamələri ilə razı olmadığı və həmin qətnamələri ədalətsiz hesab etdiyi qeyd etmişdir. Qanuni qüvvəyə minmiş qətnamələrin icra etməməsinə səbəb onun işləməməsi və qazancının olmaması ilə bağlı olmuşdur. Hazırda yəni məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs1 olan borcundan 18600 manat məbləğində, "xxxx" MMC-yə isə 3101 manat məbləğində vəsait ödəmişdir (icra şöbəsinin depozit hesabina onların hər birinin adına yerləşdirmişdir). Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş sula cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində “təxminən ayda 1500-2000 manat məbləğində qazanc” əldə etməsi ilə bağlı yazılanlar düzgün qeyd edilməmişdir, yalnış olaraq həmin vaxt qeyd edimişdir. Zərərçəkmişlərə pul ödəməsi məqsədi ilə banklardan kredit götürməyə məcbur olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı mötəbər sübutlarla tam sübuta yetirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə mübahisəsiz hal ondan ibarət olmuşdur ki, istər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(004)-703/2019 saylı qətnaməsi istərsə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-2(81 )-269/2019 saylı qətnaməsi qanuni qüvvəyə minmələrinə baxmayaraq təqsirləndirilən şəxs tərəfindən onların icrası dörd ildən çox bir müddət keçməsinə baxmayaraq qərəzli olaraq icra edilməmişdir. Digər tərəfdən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2017ci ildən tanıyır. Belə ki, Validəni yaxın qohumu Elvir Hacıyevin vasitəsi ilə tanımış və həmin vaxt Validə, Elvirə məxsus olan “Ford Tranzit” markalı yük avtomobilini ondan icarəyə götürərək ticarətlə məşğul olmaq məqsədilə həmin avtomobillə ticarət məntəqələrinə ərzaq məhsulları daşıtdırırdı. Həmin avtomobili Elvirdən 2013-cü ildən icarəyə götürmüşdü. Validə ilə tanış olan zaman özünə məxsus “Hyundai Sonata” markalı avtomobilini yenicə satdığını və əldə olunmuş pul vəsaitini, həmçinin evində olan ehtiyat puldan ümumilikdə 30000,00 manat vəsaiti Validə ilə razılaşıb, hər ay alverdən qazandığı məbləğin 50 faizini ona ödəmək şərtilə təhvil vermişdir. 2017-ci ilin sentyabr ayında 1300,00 manat, oktyabr ayında 2000,00 manat, noyabr ayında 2000,00 manat və dekabr ayında 2000,00 manat, cəmi 7300,00 manat məbləğində pul vəsaitini Validədən aldığını qeyd etmişdir. Həmçinin, Validə ilə aralarında olan razılaşmaya əsasən iş birliyini bitirmək qərarına gəldiyi zaman, Validəyə verdiyi 30000,00 manat pul tam olaraq geri qaytarılmalı idi. Lakin, Təqsirləndirilən şəxs tərəfindən borcun qaytarılmasına müxtəlif bəhanələr gətirildiyi səbəbindən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yasamal Rayon Məhkəməsi 30 yanvar 2019-cu il tarixdə 30.180 manat məbləğində borcun Təqsirləndirilən şəxs alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarmışdır. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödəməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 30180 manat məbləğində borcun əvəzində cəmi 18600 manat məbləğində pul vəsaitinin onun adına icra şöbəsinin depozit hesabına yerləşdirdiyi bildirilir. Lakin təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan pulu tam şəkildə ödəmədiyi üçün ondan şikayətçidir. Hazırda ödənilməli olan məbləği tam şəkildə tələb edir.Borcun tam şəkildə ödənilmədiyi üçün təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Əliyeva X5 rayonunda çalışdığı mağazada satılan ərzaq məhsullarını müxtəlif şirkətlərdən, o cümlədən "xxxx" MMC-dən nisyə şəkildə aldığını, satışdan yığılan pul vəsaitindən hər ay həmin MMC-nə ödəniş etdiyini bildirmişdir. 2018-ci ilin may ayında "xxxx" MMC Təqsirləndirilən şəxs ərzaq mallarını təhvil vermiş və bu barədə müvafiq sənədlərə imza etmişdir. Bir müddət keçdikdən sonra MMC Təqsirləndirilən şəxs təhvil aldığı malların pulunu tələb etdikdə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışdır. Belə olan halda "xxxx" MMC məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 15.824.15 manat borcun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarmışdır. Qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq zərərçəkmiş "xxxx" MMC-nin xeyrinə ödəməməklə, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətsizlik etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara ödənilməli olan 15854,15 manat məbləğində borcun əvəzində cəmi 3101 manat məbləğində pul vəsaitinin onların adına icra şöbəsinin depozit hesabına yerləşdirdiyi bildirilir. Lakin təqsirləndirilən şəxs tərəfindən onlara ödənilməli olan pulu tam şəkildə ödəmədiyi üçün ondan şikayətçidirlər. Hazırda ödənilməli olan məbləği tam şəkildə tələb edirlər.Borcun tam şəkildə ödənilmədiyi üçün təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 30180,00 manat məbləğində borcun alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(004)-703/2019 saylı və 15824,15 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq zərərçəkmiş "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-2(81)-269/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 05.01,2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 26.01,2023-cü il tarixədək icra sənədləri üzrə tələbləri qərəzli olaraq təmin etməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Yasamal rayon icra şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. (İ/V. 1-2). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti, hüquqi xidmət üçün ödənilmiş 150 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. (İ/V. 8-10). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 15724,15 manat məbləğində borc, 100 manat məbləğində cərimə, ümumilikdə 15824,15 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilimişdir. (İ/V. 11-14). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti, hüquqi xidmət üçün ödənilmiş 150 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. (İ/V. 15-16). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 15724,15 manat məbləğində borc, 100 manat məbləğində cərimə, ümumilikdə 15824,15 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilimişdir. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. (İ/V. 17). xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. (İ/V. 18). xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. (İ/V. 19). xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmişdir. (İ/V. 20). xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmişdir. (İ/V. 21). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-887/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadık məhdudlaşdırılmışdır. (İ/V. 40-41). xx.xx.2022-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı icra sənədləri bir icraatda birləşdirilmiş və icra sənədlərinə vahid rəqəm verilərək 126495/2019 nömrəsi ilə qeydiyyata alınmışdır. (İ/V. 28- 29). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqələri qərəzli şəkildə icra etməkdən yayındığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. (İ/V. 50-53). xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Yasamal icra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs icra sənədlərinin 10 gün müddətində icra edilməsi barədə xəbərdarlıq edilmiş və icra edilmədiyi təqdirdə cinayət məsuliyyəti barədə məlumatlandırılmışdır. (İ/V. 69). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (İ/V. 115). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 128). xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 140). Məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş və tədqiq edilmiş ödəniş sənədlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-703/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra qurumunun depozit hesabına ümumilikdə 18600 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş və tədqiq edilmiş ödəniş sənədlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra qurumunun depozit hesabına ümumilikdə 3101 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin onun tərəfindən icra edilməməsi ilə bağlı gətirdiyi “məhkəmə qətnamələri ilə razı olmadığı və həmin qətnamələri ədalətsiz hesab etdiyi üçün borclarını tam şəkildə ödəyə bilməməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu halın özü təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs qətnaməni icra etməməkdə qərəzli olmasını sübut edən digər hallar isə onun tərəfindən qətnaməni icra etmək niyyətinin, iradəsini olduğunu göstərəcək hərəkətin edilməsi yəni işləmədiyi üçün (işləməməsi ilə əlaqədar gətirdiyi dəlillə bağlı) yaşayış yeri üzrə müvafiq dövlət orqanına iş axtaran vətəndaş kimi qeydiyyata alınmasına cəhd edilməməsidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də icra sənədləri üzrə borclarını qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 yanvar 2019-cu il tarixli, 2(004)-703/2019 saylı qətnaməsinə əsasən 30180,00 manat məbləğində borcun alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2019-cu il tarixli, 2-2(81)-269/2019 saylı qətnaməsinə əsasən isə 15824,15 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq zərərçəkmiş "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair icra vərəqələri vardır. Məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da borcdan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-572/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 660 (altı yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 660 (altı yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-90/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-90/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver