Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-91/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, işləməyən, subay, məhkumluğu ödənilməmiş, Gürcüstan Respublikası, Bolnis rayonu, Saraçlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında, Zərərçəkmiş şəxs2 Safəddin oğlunun yaşadığı ünvan 2 B ünvanında yerləşən yaşayış binasının beşinci mərtəbəsindəki 30 nömrəli mənzilin giriş qapısının yanında saxlanılan, divara dayadılmış və üzərində heç bir kilidi olmayan, Zərərçəkmiş şəxs2 Safəddin oğluna məxsus 1500 manat dəyərində bir ədəd “Cuban 26” markalı iki təkərli, qara-boz rəngli idman velosipedini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 Safəddin oğluna 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində, Zərərçəkmiş şəxs1 yaşadığı, ünvan 3 ünvanında yerləşən yaşayış binasının on beşinci mərtəbəsindəki 4 nömrəli mənzilin giriş qapısının yanında saxlanılan, divara dayadılmış və üzərində heç bir kilidi olmayan, Zərərçəkmiş şəxs1 məxsus 250 manat qiymətində bir ədəd iki təkərli, göy rəngli idman velosipedini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində, Zərərçəkmiş şəxs3 yaşadığı, Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 26A ünvanında yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki 49 nömrəli mənzilin giriş qapısının yanında saxlanılan, divara dayadılmış və üzərində heç bir kilidi olmayan, Zərərçəkmiş şəxs3 məxsus 862 manat qiymətində bir ədəd Trek Marlen-5 markalı iki təkərli göy rəngli idman velosipedini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 862 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləmir, əvvəllər xx xxx 2007-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx xxx 2008-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, sonradan xx.xx.2009-cu il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 181.3.2, 177.2.2, 66.3cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəza çəkdiyi dövrdə Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 6 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azad olunlduğu dövrdə də maddi çətinliyi olmuş, pula ehtiyyacı olmuşdur, fikirləşmişdir ki, oğurluq hadisəsini törədib, hər hansı bir şəxsə məxsus əmlakı talasın, əldə etdiyi əmlakı satmaqla, ələ keçirdiyi pulu maddi ehtiyyaclarına xərcləsin. O, ümumiyyətlə dəmir tullantıları yığmaq üçün yaşayış binalarının ətraflarını və dəhlizlərini gəzmiş, orada dəmir tullantıları gördükdə, götürüb aparsışdır. Ona görə də xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri Yasamal rayonu H.Z.Zərdabi küçəsi ilə piyada hərəkət etdiyi vaxt, yeni tikilmiş 78B saylı yaşayış binasının qarşısından keçərkən, qərara gəlmişdir ki, həmin binanın hər hansı mərtəbəsinin dəhlizini gəzsin, dəmir tullantıları gördükdə götürsün. Həmin vaxt görmüşdür ki, binanın bir bloku, yəni bir ümumi giriş qapısı vardır. O, giriş qapısının açıq olmasını görüb əvvəlcə ətrafa baxmış, ətrafda heç kimin olmamasını görüb binaya daxil olmuş və liftlə yuxarı qalxmışdır. Hər dəfə liftlə yuxarı qalxdıqda, hər mərtəbənin dəhlizinə baxmış, lakin maraqlı bir əşya tapa bilməmişdir ki, götürsün, həmçinin liftdə kamera olmasından ehtiyyat etmişdir. Nəhayət binanın beşinci mərtəbəsinə qalxmış, dəhlizinə baxanda, tanımadığı bir şəxsin mənzilinin giriş qapısının yanında velosiped qoyulmasını görmüş, velosipedin üzərində hər hansı bir kilid olmamış, sadəcə divara dayalı vəziyyətdə olmuşdur. O, velosipedə baxanda, velosiped Kube 26 markalı olmuş, iki təkərli olmuş, qara-boz rəngli olmuş, idman velosipedi olmuş, velosipedin üzərində hər hansı bir aksesuar olmamışdır. O, velosipedi sakitcə götürüb liftlə aparmamış, çünki liftdə müşahidə kameraları olur, fikirləşmişdir ki, kameraya düşər. Ona görə də velosipedi pilləkənlərlə aşağı salmış, çölə çıxmış, ətrafa baxmış, görmüşdür ki, həm mühafizəçilərdən, həm də bina sakinlərindən heç kim yoxdur. Bundan sonra velosipedi idarə etməklə, binadan uzaqlaşmış və velosipedi yaşadığı evinə aparmışdır. Səhəri gün həmin velosipedi Yeni Yasamal rayonu ərazisinə aparmış, orada yerləşən Asan xidmətin yaxınlığında tanımadığı şəxslə rastlaşmış, ona pula ehtiyyacı olduğundan velosipedi 50 manata satdığını bildirmişdir. Həmin şəxs ondan soruşmuşdur ki, «velosiped sənindir, birdən oğurluq olar, məni zibilə salma», o da həmin şəxsə demişdir ki, «velosiped mənimdir, sadəcə evdəkilər xəstədir, pula ehtiyyacları vardır, məcburən satıram, aptekdən dərman almalıyam». Həmin şəxsdə ona inanmış, ona demişdir ki, «neçəyə satırsan». O da həmin şəxsə demişdir ki, «mən velosipedi 50 manata satıram». Həmin şəxs də onunla razılaşmış, ona 50 manat pul vermiş, o da velosipedi həmin şəxsə satmışdır, əldə etmiş olduğu pul ilə yeyib içmiş və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində o, Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsi ilə piyada hərəkət etdiyi vaxt, yeni tikilmiş 190 saylı yaşayış binasının qarşısından keçərkən, qərara gəlmişdir ki, həmin binanın həyətində və hər hansı mərtəbəsinin dəhlizini gəzsin, dəmir tullantıları gördükdə götürsün. O, giriş qapısının açıq olmasını görüb əvvəlcə ətrafa baxmış, ətrafda heç kimin olmamasını görüb binaya daxil olmuş və liftlə yuxarı qalxmışdır. Hər dəfə liftlə yuxarı qalxdıqda, hər mərtəbənin dəhlizinə baxmış, lakin maraqlı bir əşya tapa bilməmişdir ki, götürsün. Nəhayət binanın onbeşinci mərtəbəsinə qalxmış, dəhlizinə baxanda, tanımadığı bir şəxsin mənzilinin giriş qapısının yanında velosiped qoyulmasını görmüşdür, velosipedin üzərində hər hansı bir kilid yox idi, sadəcə divara dayalı vəziyyətdə olmuşdur. O, velosipedə baxanda, velosiped qara rəngli olmuş, iki təkərli olmuş, idman velosipedi olmuş, velosipedin üzərində hər hansı bir aksesuar olmamışdır. O, velosipedi sakitcə götürüb liftlə aparmamış, çünki liftdə müşahidə kameraları olur, fikirləşmişdir ki, kameraya düşər. Ona görə də velosipedi pilləkənlərlə aşağı salmış, çölə çıxmış, ətrafa baxmış, görmüşdür ki, həm mühafizəçilərdən, həm də bina sakinlərindən heç kim yoxdur. Bundan sonra velosipedi idarə etməklə, binadan uzaqlaşmış və pula ehtiyyacı olduğundan velosipedi Sabunçu bazarı adlanan yerə aparmış, orada tanımadığı şəxslə rastlaşmış, ona pula ehtiyyacı olduğundan velosipedi 60 manata satdığını bildirmişdir. Həmin şəxs ondan soruşmuşdur ki, «velosiped sənindir, birdən oğurluq olar», o da həmin şəxsə demişdir ki, «velosiped mənimdir, sadəcə evdəkilər xəstədir, pula ehtiyyacları vardır, məcburən satıram, aptekdən dərman almalıyam». Həmin şəxsdə ona inanmış, ona demişdir ki, «neçəyə satırsan». O da həmin şəxsə demişdir ki, «mən velosipedi 60 manata satıram». Həmin şəxs də onunla razılaşmış, ona 60 manat pul vermiş, o da velosipedi həmin şəxsə satmış, əldə etmiş olduğu pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında, yəni saat 15 radələrində o, Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ilə piyada hərəkət etdiyi vaxt, yeni tikilmiş 26A saylı yaşayış binasının qarşısından keçərkən, qərara gəlmişdir ki, həmin binanın həyətində və hər hansı mərtəbəsinin dəhlizini gəzsin, dəmir tullantıları gördükdə götürsün. Həmin vaxt o, binanın mərtəbələrini gəzmək qərarına gəlmiş, bina bir bloklu olmuş, giriş qapısı da kilidli olmuş, ona görə gözləmişdir ki, sakinlərdən kimsə binaya daxil olanda qapını açsın. Həmin vaxt o, görmüşdür ki, sakinlərdən kimsə giriş qapısını açıb binanın dəhlizinə daxil olmuş, o da həmin şəxsdən sonra əvvəlcə ətrafa baxmış, ətrafda heç kimin olmamasını görüb binaya daxil olmuş və liftlə yuxarı qalxmışdır. Hər dəfə liftlə yuxarı qalxdıqda, hər mərtəbənin dəhlizinə baxmış, lakin maraqlı bir əşya tapa bilməmişdir ki, götürsün. Nəhayət binanın doqquzuncu mərtəbəsinə qalxmış, dəhlizinə baxanda, tanımadığı bir şəxsin mənzilinin giriş qapısının yanında velosiped olmasını görmüş, velosipedin üzərində hər hansı bir kilid olmamış, sadəcə divara dayalı vəziyyətdə olmuşdur. O, velosipedə baxanda, velosiped göy rəngli olmuş, iki təkərli olmuş, idman velosipedi olmuş, velosipedin üzərində hər hansı bir aksesuar olmamışdır. O, velosipedi sakitcə götürüb pilləkənlərlə aşağı salmış, çölə çıxmış, ətrafa baxmışdır, görmüşdür ki, həm mühafizəçilərdən, həm də bina sakinlərindən heç kim yoxdur. Bundan sonra velosipedi idarə etməklə, binadan uzaqlaşmış və pula ehtiyyacı olduğundan velosipedi Sabunçu bazarı adlanan yerə aparmış, orada tanımadığı şəxslə rastlaşmış, ona pula ehtiyyacı olduğundan velosipedi 40 manata satdığını bildirmişdir. Həmin şəxs ondan soruşmuşdur ki, «velosiped sənindir, birdən oğurluq olar», o da həmin şəxsə demişdir ki, «velosiped mənimdir, sadəcə evdəkilər xəstədir, pula ehtiyyacları vardır, məcburən satıram, aptekdən dərman almalıyam». Həmin şəxsdə ona inanmış, ona demişdir ki, «neçəyə satırsan». O da həmin şəxsə demişdir ki, «mən velosipedi 40 manata satıram». Həmin şəxs də onunla razılaşmış, ona 40 manat pul vermiş, o da velosipedi həmin şəxsə satmışdır, əldə etmiş olduğu pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, yuxarıda qeyd olunan oğurluq hadisələrindən başqa, hər hansı bir oğurluq hadisəsini törətməmişdir. O, oğurluq hadisələrini törədərkən tək olmuş, onunla başqa şəxslər olmamışdır. O, oğurluq hadisələrini törədərkən, onu heç kim görməmiş və onun oğurluq hadisələrini törətməyindən heç kimin xəbəri olmamışdır. O, həmin şəxsləri əvvəllər tanımamış, harada yaşamaları barədə məlumatı yoxdur, həmin oğurladığı velosipedləri başqa şəxslərə satmaqdan ötrü təklif etməmişdir. O, zərərçəkmiş şəxslərin göstərdikləri ziyanın məbləği ilə tam razıdır. Saxlanılarkən, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zora məruz qalmamış, onu döyməmişlər, vurmamışlar, xəsarət yetirməmişlər, onun heç kimdən şikayət və tələbi yoxdur. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birnə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxslərin, şahidin ifadələri, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nə yazmış olduğu ərizənin mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən 5-6ay əvvəl Bakı şəhərində yerləşən mağazalardan birindən 11 yaşlı oğlu X1 250 manata velosiped almışdır. Həmin velosipedi oğlu istifadə etdikdən sonra yaşadığı binanın mənzilin giriş hissəsində blokda saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işə gedən zaman velosipedin mənzilin giriş hissəsində olmadığını aşkar etmişdir. Bundan sonra o, oğlunun velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra o, yaşadığı mənzilə qayıradaq mənzilin giriş hissəsinə quraşdırmış olduğu nəzarət kamerasına baxmışdır. Bu zaman həmin kameradan təxminən 35-40 yaşlarından bir nəfər kişinin gəlib oğlu Yusifə almış olduğu velosipedi gizli şəkildə taladığını görmüşdür. Bundan sonra baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Qeyd edir ki, o, həmin velosipedi təxminən 2-3 ay əvvəl 250 manat almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nə yazmış olduğu ərizənin mahiyyəti üzrə bildirmək istəyir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “2 təkər” mağazasından özünə bir ədəd göy rəngli Trek Marlen 5 markalı velosiped almış və yaşadığı evin 9-cu mərtəbəsində blokda saxlamışdır. Ara bir velosipedini sürmüşdür Qeyd edir ki, velosipedini sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində velosipedini istifadə etdikdən sonra gətirib yaşadığı evdə 9-cu mərtəbədə mənzilin giriş qapısının qarşısında qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində evdən çıxan zaman velosipedinin giriş qapısının qarşısında olmadığını aşkar etmişdir. Bundan sonra o, velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra o, yaşadığı mənzilə qayıradaq mənzilin giriş hissəsinə quraşdırmış olduğu nəzarət kamerasına baxmışdır. Bu zaman həmin kameradan təxminən 35-40 yaşalarından bir nəfər kişinin gəlib velosipedini gizli şəkildə taladığını görmüşdür. Bundan sonra baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Qeyd edir ki, o, həmin velosipedi xx.xx.2020-ci il tarixdə 862 manata almışdır. O, həmin velosipedi xx.xx.2020-ci il tarixdə 862 manata almışdır. O, hadisə baş verən vaxtı izahat verərkən, həyəcanlı olmuş, həmçinin yanında velosipedi almağı barədə qəbz olmadığından qiyməti təxmini olaraq 800 manat göstərmiş, lakin hazırda isə həqiqətən baş vermiş oğurluq hadisəsi zamanı 862 manat ziyan vurulmasını qeyd edir və həmin ziyanın ödənilməsində ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 Safəddin oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi bina 2, mənzil 30-da ailə üzvləri ilə birlikdə yaşayır, Sədərək bazarında ticarətçi kimi fəaliyyət göstərir, evlidir, üç uşaq atasıdır, əvvəllər məhkum olunmamışdır. Onun mənzili binanın 5ci mərtəbəsində yerləşir, binanın 5-ci mərtəbəsindən onun mənzilindən başqa 7 mənzil yerləşir, hamı onun kimi ümumi dəhlizdən istifadə edirlər, o da həmin dəhlizdən istifadə edir. O, 2019-cu ilin yay aylarında özünə 1500 manata «Kube 26» markalı idman velosipedi almış, idman velosipedini alarkən, onun üzərində əvvəlki sahibi ona iki ədəd kaskasını, arxa və qabaq işıqlarını, nasus, geyim əşyalarını vermişdir, o, bu əşyalarla birlikdə ümumilikdə 1500 manat pulu ona vermişdir. O, həmin velosipedi bekar vaxtlarında şəhərdə idarə etmişdir, idarə etmədiyi vaxtlarda da velosipedi əvvəlki yaşadığı miənzilinin dəhlizində saxlamışdır. Sonradan hazırki yaşadığı mənzilə köçmüş, velosipedi də mənzilimin yerləşdiyini binanın 5-ci mərtəbəsinin ümumi istifadədə olan dəhlizində saxlamışdır, hərdən götürüb idarə etmişdir. Velosipedi dəhlizdə mənzilinin giriş qapısının ağzında divara söykəmiş, lakin velosipedin üzərində hər hansı bir kilid vurmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o, işdən çıxıb yaşadığı evinə gəlmiş, həmin vaxt o, velosipedin dəhlizdə qoyulmasını görmüşdür. Sonradan o, mənzilində olmuş, heç yerə getməmişdir. Səhərisi, yəni xx.xx.2020-ci il tarixdə saat 08 radələrində o, işə getmək üçün mənzilindən çıxanda, velosipedin dəhlizdə olan yerində olmamasını görmüşdür. O, yenidən mənzilinə qayıtmış, evdəkilərdən velosipedi görüb görmədiklərini soruşmuş, evdəkilər də ona demişlər ki, velosiped dəhlizdə qoyduğu yerdə olmuş, onlar istifadə etməmişlər. Bundan sonra o, tam əmin olmuşdur ki, velosipedi naməlum şəxs və ya şəxslər oğurlamışlar. O, bundan sonra binanın mühafizəçilərinə yaxınlaşmış, onlara demişdir ki, «mən velosipedi dəhlizdə qoymuşdum, hazırda yerində yoxdur, əgər kimsə götürmüşdürsə, gəlsin yerinə qoysun, sonra gec olar, mən polisə şikayət edəcəyəm, binanın kameraları vardır, onsuzda kameralara düşmüşdür». Mühafizəçilər də ona bildirmişlər ki, narahat olma, baxıb deyərik. Lakin həmin gündən 3 gün keçməsinə baxmayaraq, mühafizəçilərdən xəbər çıxmamış, o, yenidən mühafizəçilərə yaxınlaşmış, onlar ona demişlər ki, onların xəbərləri yoxdur, görməmişlər. O, bundan sonra 25 noyabr 2020-ci il tarixdə 102 xidmətinə müraciət etmiş və müraciətində ona məxsus olan velosipedin oğurlanmasını bildirmişdir. Sonradan onu 29-cu PŞ-nə dəvət etmişlər, orada o, ərizə yazaraq, ona məxsus olan 1500 manat qiymətində velosipedin oğurlanmasını bildirmişdir. Sonradan polis əməkdaşları onun yaşadığı mənzilin yerləşdiyi dəhlizə gəlmişlər, velosipedin olduğu yerə baxış keçirmişlər, foto şəklini çəkmişlər. Ona baş vermiş oğurluq hadisəsi zamanı 1500 manat ziyan dəymişdir, vurulmuş ziyanın ödənilməsini və oğurluq hadisəsini törətmiş şəxsin cəzalandırılmasına köməklik etmələrini xahiş edir. O, naməlum şəxs və şəxslərin velosipedi dəhlizdən xx.xx.2020-ci il tarixdə saat 18 radələrindən xx.xx.2020-ci il tarixdə saat 08 radələrinədək olan müddət ərzində götürmələrini deyə bilər, çünki həmin vaxt o, evdə olmuş, dəhlizə çıxmamışdır. Ondan heç vaxt hər hansı bir şəxs hədə qorxu ilə hər hansı bir əşya tələb etməmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnmir, şübhələndiyi kimsə olsa, o, bu barədə polisə məlumat verəcəkdir. Dəhlizdən əvvəllər oğurluq hadisəsi törədilməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Oğurluq hadisəsinin baş verdiyi ərazidə hər hansı bir müşahidə kamerası quraşdırılmamışdır, ancaq liftdə quraşdırılmışdır. O, dəhlizdə kənar bir şəxsin gəlməsini görməmişdir. Ona məxsus velosiped Kube 26 markalı olmuş, iki təkərli olmuş, qara-boz rəngli olmuş, idman velosipedi olmuş, təkərlər 26 diametrlik olmuş, velosipedin üzərində hər hansı bir aksesuar olmamış, velosipedi 1500 manata almış, sahibi velosipedi ona satarkən, üzərində olan aksesuarları, yəni idarə edərkən geyinilməli olan paltarlar, üzərində arxa və ön işıqları, nasusu, su qabı, iki ədəd kaskanı da ona hədiyyə etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədə ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını göstərərək sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 53-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 112-116-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 190-197-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 134-136-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; 2) Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 181.3.2-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; 4) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə cəzası 05 il 08 aya endirilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 175-185-ci vərəqələrində olan Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 181.3.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 170-174-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67.1ci maddəsinə əsasən ona təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən ona təyin olunmuş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 25 gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq sonuncuya 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 186-188-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təyin edilmiş 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin əməlin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyası həddində azaldılaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı qərarla əməlin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci ilə təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə sonuncunun üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1ci maddəsi ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı qərarla əməlin tövsif olunaraq, cinayətlərin məcmusu ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının xx xxxxxx 2014-cü il tarixə çəkilməmiş qalan 05 il 04 ay 23 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2014-cü il tarixi hesablanmaqla onun üzərində qəti olaraq 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində, ünvan 4 ünvanında yerləşən yaşayış binasının on beşinci mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 4 nömrəli mənzilin giriş qapısının yanında saxlanılan, divara dayadılmış və üzərində heç bir kilidi olmayan, Zərərçəkmiş şəxs1 məxsus 250 manat qiymətində bir ədəd idman velosipedi və xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 26A ünvanında yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus 49 nömrəli mənzilin giriş qapısının yanında saxlanılan, divara dayadılmış və üzərində heç bir kilidi olmayan, Zərərçəkmiş şəxs3 məxsus 800 manat qiymətində bir ədəd Trek Marlen-5 idman velosipedini gizli yolla talanması müşahidə kameralarının görüntülərindən bir daha öz təsdiqini tapır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa X4 məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CMnin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 181.3.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra cəza çəkdiyi müddət ərzində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən təyin olunmuş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 25 gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 06 il 08 ay müddətinə sonuncuya azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təyin edilmiş 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin əməlin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyası həddində azaldılaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X4 Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə həmin qərarla əməlin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə sonuncunun üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə həmin qərarla əməlin tövsif olunaraq, cinayətlərin məcmusu ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx xxxxxx 2014-cü il tarixə çəkilməmiş qalan 05 il 04 ay 23 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2014-cü il tarixi hesablanmaqla onun üzərində qəti olaraq 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 06 il keçmədən xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X2 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-91/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-91/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver