Məhkəmə qərarları › İş №1(004)-92/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-92/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-92/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəmi təmiri zavodunda rəngsaz işləyən, əvvəllər məhkum olunmamış, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasında “Covid 19” pandemiyası ilə əlaqədar karantin qaydalarını pozduğuna və tibbi maskasız gəzdiyinə görə Bakı Metropoliteni Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portal sistemində yoxlanılarkən Bakı şəhəri Suraxanı RPİ-si tərəfindən borclu fiziki şəxs kimi axtarışda olduğu müəyyən edildiyindən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Bakı Metropolitenin Polis Şöbəsinin inzibati binasında xidməti otaqda saat 13:40 radələridə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü kağızı kəsiyinə bükülmüş ümumi çəkisi 0.263 qram narkotik vasitə olan heroin və ağ rəngli kağız kəsiyinə bükülmüş içərisində narkotik vasitələrin izi olan 02 ədəd baş hissəsi sınmış ampulalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Hazırda Gəmi təmiri idarəsində rəngsaz işləyir. Təxminən 6 ay olar ki, o, el arasında “kakos” adlanan narkotik vasitə heroin qəbul etmişdir. O, heroni inyeksiya yolu ilə istifadə etmişdir. O, narkotik vasitə heroini Bakı şəhərinin müxtəlif rayonlarından tanımadığı şəxslərdən amışdır. Son 4 ay olar ki, o, narkotik vasitələrə olan ehtiyacını “İnstaqram” sosial şəbəkəsidə narkotik vasitə satan səhifə adminindən almışdır. O, həmin səhifəyə istifadə etdiyi narkotik vasitəni sifariş etmişdir. Sonra həmin səhifənin admini ona müxtəlif banklara aid hesab nömrəsi göndərmişdir. O, həmin hesab nömrəsinə 10-15 manat arası pul göndərdikdən sonra ona narkotik vasitənin olduğu yerin ünvanını və şəklini göndərmişdir. O, həmin ünvana gedərək narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə o, 20 sentyabr 2021-ci il tarixdə həmin səhifədən şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin sifariş edib almışdır. 21.09.2021-ci il tarixdə o, Bakı Metropoliten QSC-nin “Gənclik” stansiyasında olan zaman tibbi maskadan düzgün istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxnlaşıb özlərini təqdim etmişlər. Ondan da özünü təqdim etməyini tələb etmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onun şəxsiyyətini dəqiqləşdirməkdən ötrü onun adını üzərilərində olan portal sisteminə daxil etmişlər. Həmin vaxt sistemdə onun borclu kimi Suraxanı rayonu Polis İdarəsi tərəfindən axtarışda olduğu müəyyən olunmuşdur. Sonra polis əməkdaşları onu Bakı Metropoliteni Polis Şöbəsinə dəvət etmişlər. O, X4 zaman polis əməkdaşlarına narkotik vasitə heroin istifadə etdiyini və üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. X13 xidməti otaqlarının birində ona vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıda adları qeyd edilmiş vəkillərdən birini seçmək hüququnun olduğu bildirilmişdir. O, həmin siyahıya baxmışdır. Adı siyahıda olan əvvəllər tanımadığı X1 ki, onun hüquqlarını müdafiə etsin. O seçdiyi vəkil Metropoliten Polis şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış və götürümə keçirilmişdir. Həmin vaxt o əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü siqaret kağızı kəsiyinə bükülmüş içərisində heroin olan bükümü və ağ rəngli kağız kəsiyinə bükülmüş içərisində narkotik vasitəni istifadə etmək üçün olan 2 ədəd qırıq ampula şüşəsini təqdim etmişdir. Onun təqdim etdiyi hər iki büküm qablaşdırıldılaraq zərfə qoyulmuşdur və o həmin zərfi imza etmişdir. Bundan başqa o, bildirdi ki, hazırda narkotik vasitələrini qəbul etmir və artıq ondan heç bir asıllığı qalmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməmisini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən DİO-da və Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 21.09.2021-ci il tarixdə saat 12 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 30-35 yaşlarında olan bir nəfər şəxsin stansiyanın platformasında tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Daha sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs onu saxlamağının səbəbini soruşmuşdur. O, həmin şəxsə Bakı Metropolitenin QSC-nin qapalı məkan olduğunu, tibbi maskadan istifadə və ara məsafənin saxlanılmasının məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxsə tibbi maskadan düzgün istifadə qaydasını izah edərək tibbi maskanın ağız boşluğunu və burunu tam örtməli olduğunu demişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil edib şəxsiyyətini dəqiqləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Suraxanı RPİ-si tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs aidiyyəti üzrə Suraxanı RPİ-nə təhvil verməkdən ötrü onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Bakı X2 zaman Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X6 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X6 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Sonuncu əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü və ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq siqaretin gümüşü kağız kəsiyinin içərsində “kakos”, yəni narkotik maddə olan heroin, ağ kağız kəsiyində isə narkotik vasitəni istifadə etmək üçün ampula olduğunu bildirmişdir. Həmin heroinin və ampulaların ona məxsus olduğunu, həmin narkotik maddəni 20.09.2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsindən tanımadığı şəxsdən “online” aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağız kəsiyinə bükülmüş 01 ədəd büküm açılmış və bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir qutu “Rotmans” markalı siqaret və 1 ədəd alışqan çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin siqaret və alışqan sübut əhəməiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm və ağ rəngli kağız kəsiyinə bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və vəkili X14 həmin zərfi imzalamışdırlar. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdirlər. Cinayət işinin 20-ci vərəqəsində olan 21.09.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan müvəqqəti saxlanma yerindən azad etmək haqqında Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X15 baş müstəntiqi X10 23.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 33-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.09.2021-ci il tarixli, 6/4190 saylı ekspert rəyindən görünür ki, AR DİN “Zərflər üçün №37” möhür əksi “Təqsirləndirilən şəxs” oğlunun üzərindən...” və.s yazılar, imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.263 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 02 ədəd baş hissələri sınmış şüşə ampulların daxillərində heroinin izləri müəyyən edildi. Ampullarıda heroin iz şəklində oldğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq ediımiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 34-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik təşkil etmişdir. Cinayət işinin 83-91-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,213 qram narkotik vasitə heroin, 2 (iki) ədəd baş hissəsi sınmış ampullar və 01 (bir) ədəd CD disk maddi sübüt kimi tanınmış, narkotik vasitə və ampullar saxlanılması üçün Bakı şəhər BPİnin Təhcizat şöbəsinə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 24.09.2021-ci il tarixli, 3601 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiycı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.11.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-cü vərəqəsində olan AZ-İİİ seriyalı, 903289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 12.06.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Gülay Məmmədovadır. Cinayət işinin 96-cı vərəqəsində olan AZ-İV seriyalı, 355999 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07.10.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Gülay Məmmədovadır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasının xidməti otağında dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən o könüllü olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülümüş büküm və bir ədəd ağ rəngli kağız kəsiyinə bükülümş bükümü masının üzərinə qoyaraq siqaretin gümüşü rəngli bükümün içərsində “kakos”, yəni narkotik maddə olan heroin və ağ rəngli kağız kəsiyi bükümündə olan bükümdə narkotik vasitə heroini istifaə etməsi üçün qırıq ampula olmasını, həmin heroinin və qırıq ampula şüşələrinin ona məxsus olmasını, həmin narkotik maddəni 20.09.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi, içərisində ağ rəngli, kirstal şəklində, tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroin olan büküm zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X5nın 24.09.2021-ci il tarixli, 3601 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram narkotik vasitə heroin və 02 (iki) ədəd baş hissəsi sınmış ampullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili C.Y.Məmmədova və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili C.Y.Məmmədova ibtidai istintaq dövründə iştirak etdiyi 72 saata görə 432 manat, «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram narkotik vasitə heroin və 02 (iki) ədəd baş hissəsi sınmış ampullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq dövründə iştirak etdiyi 72 saata görə 432 manat, «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və “Prospekt” Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar