Məhkəmə qərarları › İş №1(004)-92/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-92/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-92/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 15 ünvanının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,210 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da ünvan 2 ünvanda saxlanılaraq ünvan 3 Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-nın inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,210 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 25 iyul 2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ‘'Alatava” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,391 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Yasamal RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2024-cü il tarixdə saat 15:35 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6anda yerləşən Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,391 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təxminən 7 ildir ki, psixotrop maddəni iynə yolu ilə istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istehlakı üçün alıb istifadə edir. Mütəmadi olaraq tanışı X1 yaşadığı ünvan 10 ünvanında digər ortaq tanışları ilə yığışıb narkotik vasitə istifadə etmişlər. 11 oktyabr 2023-cü il tarixdə yaşadığı ünvan 11 ünvanının yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün metamfetamin almışdır. Qeyd olunan ünvanda digər ortaq tanışları ilə yığışıb narkotik vasitə istifadə etmişlər. Sonuncu dəfə 12 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində tanışı X17 yaşadığı ünvan 10 ünvanına getmişdir. Evə gedən zaman orada Ləman Hacıyeva və tanışları Telman, Əzizə, Çinarə, Kamran, Arifilə narkotik vasitə istifadə etmişlər. Bir qədər evdə oturub söhbət etdikdən sonra polis əməkdaşları evə daxil olmuşlar və onları narkotik vasitə istifadə etdiklərinə görə Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirmişlər. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir büküm psixotrop maddə olan metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 15 manat müqabilində satın aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin bükümü gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini qaramtıl dərili, 35-40 yaşlarında, arıq, 165-170 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız şəxs olmuş, həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlaməti olmamışdır. Narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunan psixotrop maddə olan metamfetamini də şəxsi istifadəsi üçün almışdır. X18, X19, X20, X21, X10 əvvəlcədən tanımış, lakin həmin şəxslərin heç birinə narkotik vasitə satmamışdır. Sadəcə həmin evə qonaq kimi getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən saat 15:35 radələrində ünvan 12 ünvanın qarşısında tanışı Elnurə ilə birlikdə saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Yasamal RPİ-də xidməti otaqlardan birində polis əməkdaşları onun üzərinə baxış keçirilməsini ona bildirib, ondan üzərində hər hansı bir gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olubolmamasını soruşmuşlar. O, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Maddənin nədən ibarət olduğunu ondan soruşduqda bildirmişdir ki, həmin bükülünün içərisində kakos adlanan narkotik vasitədir və tanışı Elnurə ilə birlikdə Alatava adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alıb. Üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim etmək üçün 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Narkotik maddəni 2024- cü ilin iyul ayının 25-da saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Alatava deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata almışdır. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O, narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, polis leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 oktyabr 2023-cü il tarixdə xidmət etdiyi şöbəyə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.B.ünvan 13 ünvanında kirayə yaşamış xx.xx.1986-cı ildə ünvan 14 ünvanda qeydiyyatda olan X17 həmin ünvandan «Samsung» markalı televizorun oğurlaması ilə bağlı keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində şübhəli olmasına dair kifayət qədər əməliyyat məlumatı daxil olduğundan onun kirayədə yaşadığı ünvan 15 ünvanında yaşayıb yaşamamasının yoxlanılması zərurəti yaranmışdır. Həmin məlumat haqqında dərhal şöbənin baş əməliyyat müvəkkili polis kapitanı X31 raport əsasında Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən X11 özünə həvalə edilərək onun rəhbərliyi altında əməliyyat müvəkkili, polis kapitanı X25, əməliyyat müvəkkili, polis baş leytenantı X26, baş təhqiqatçı polis mayoru X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı qrupun rəhbəri baş əməliyyat müvəkkili X31, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil X31 əməliyyat qrupu ilə birlikdə Polis şöbəsindən çıxıb ünvan 16 ünvana getmişlər, X17 həmin ünvanda yaşaması müəyyən edilmiş, sonuncunun razılığı ilə həmin ünvana keçirilən baxış zamanı X35 ilə birlikdə 7 nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə 27-ci PŞ-nə gətirilmişlər, Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1986-cı il təvəllüdlü X35, xx.xx.1995-ci il təvəllüdlü X22, xx.xx.1991-ci il təvəllüdlü X19, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il təvəllüdlü X21 və xx.xx.2000-ci il təvəllüdlü X12rlar. Bundan sonra, qeyd olunan şəxslərin saxlanılanaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsi barədə tərəflərindən dərhal birgə yazdıqları raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi üçün şöbənin təhqiqatçılarına həvalə olunmuşdur. Bununla bağlı, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilə bağlı təhqiqat hərəkətlərinin aparılması 27-ci PŞ-nin təhqiqatçı baş leytenant X23 həvalə olunduğundan iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etdi. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından vəkil X27 tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, X24 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X13 Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmiş, bundan sonra isə X24, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Mehman Muradlını təqdim etmiş və o da təqdim olunan vəkil Mehman Muradlı tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra X24 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat müvəkkili Şahid1 və Yasamal RPİ-nin 27-ci PŞ-də xadimə işləyən Şahid5 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. X24, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefon cihazından istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qızma hüquq və vəzifələri elan edildikdən sonra X24 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra X24 Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olundu, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmiş, X24 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli polietilen torbaya bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, daha sonra X24 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, daha sonra X24 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 17 ünvanın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb daşımasını, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 18 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsini bildirdi, daha sonra X24 baxışda iştirak edən qadın Şahid5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmasını bildirdi. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən yalnız pullar aşkar olundu, hər hansı başqa əşya aşkar olmamış, X24 həmin pulları saydıqda 30 manat olması və həmin 30 manat pul iş üçün əhəmiyyətli olmadığını bildirərək Təqsirləndirilən şəxs özünə qaytarmışdır, daha sonra X24 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli polietilen torbaya bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürləmişdir. Qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Mehman Muradlı, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üstünə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X24 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatlardan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotrop maddə hesab edilən metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminin mənbəsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 oktyabr 2023-cü il tarixdə xidmət etdiyi şöbəyə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.B.ünvan 13 ünvanında kirayə yaşamış xx.xx.1986-cı ildə ünvan 14 ünvanda qeydiyyatda olan X17 həmin ünvandan «Samsung» markalı televizorun oğurlaması ilə bağlı keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində şübhəli olmasına dair kifayət qədər əməliyyat məlumatı daxil olduğundan onun kirayədə yaşadığı ünvan 15 ünvanında yaşayıb yaşamamasının yoxlanılması zərurəti yaranmışdır. Həmin məlumat haqqında dərhal şöbənin baş əməliyyat müvəkkili polis kapitanı X31 raport əsasında Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən X11 özünə həvalə edilərək onun rəhbərliyi altında əməliyyat müvəkkili, polis kapitanı X25, əməliyyat müvəkkili, polis leytenantı Şahid3, baş təhqiqatçı polis mayoru X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı qrupun rəhbəri baş əməliyyat müvəkkili X31, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil X31 əməliyyat qrupu ilə birlikdə Polis şöbəsindən çıxıb ünvan 16 ünvana getmişlər, X17 həmin ünvanda yaşaması müəyyən edilmiş, sonuncunun razılığı ilə həmin ünvana keçirilən baxış zamanı X35 ilə birlikdə 7 nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə 27-ci PŞ-nə gətirilmişlər, Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1986-cı il təvəllüdlü X35, xx.xx.1995-ci il təvəllüdlü X22, xx.xx.1991-ci il təvəllüdlü X19, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il təvəllüdlü X21 və xx.xx.2000-ci il təvəllüdlü X12rlar. Bundan sonra, qeyd olunan şəxslərin saxlanılanaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsi barədə tərəflərindən dərhal birgə yazdıqları raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi üçün şöbənin təhqiqatçılarına həvalə olunmuşdur. Bununla bağlı, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilə bağlı təhqiqat hərəkətlərinin aparılması 27-ci PŞ-nin təhqiqatçı baş leytenant X23 həvalə olunduğundan iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etdi. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından vəkil X27 tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, X24 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X13 Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmiş, bundan sonra isə X24, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Mehman Muradlını təqdim etmiş və o da təqdim olunan vəkil Mehman Muradlı tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra X24 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat müvəkkili Şahid1 və Yasamal RPİ-nin 27-ci PŞ-də xadimə işləyən Şahid5 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. X24, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefon cihazından istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qızma hüquq və vəzifələri elan edildikdən sonra X24 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra X24 Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olundu, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmiş, X24 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli polietilen torbaya bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, daha sonra X24 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, daha sonra X24 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 17 ünvanın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb daşımasını, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 18 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsini bildirdi, daha sonra X24 baxışda iştirak edən qadın Şahid5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmasını bildirdi. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən yalnız pullar aşkar olundu, hər hansı başqa əşya aşkar olmamış, X24 həmin pulları saydıqda 30 manat olması və həmin 30 manat pul iş üçün əhəmiyyətli olmadığını bildirərək Təqsirləndirilən şəxs özünə qaytarmışdır, daha sonra X24 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli polietilen torbaya bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürləmişdir. Qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Mehman Muradlı, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üstünə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X24 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatlardan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotrop maddə hesab edilən metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminin mənbəsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə X7 X30 inspektoru vəzifəsində xidmət edir. 25 iyul 2024-cü il tarixdə raport əsasında Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Səyyad Gözəlova həvalə edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından təhqiqatçı tərəfindən o da həmin şəxsi axtarışda iştirak etmək üçün dəvət edildi. Buna səbəb isə üzərində şəxsi axtarış aparılacaq şəxsin qadın olması idi. Belə ki, şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət olundu, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqları izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edildi. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümdə kakos adlanan narkotik vasitə olduğunu bildirdi. Büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı Elnurə ilə birlikdə alatava qəsəbəsindən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata özünün şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və zərf möhürlə möhürləndi. Bundan sonra bu barədə protokol tərtib edildi və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-də kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 iyul 2024-cü il tarixdə 15 iyun 1980-ci ildə ünvan 20 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xochəsən qəsəbəsi, yeni yaşayış massivində fərdi evdə yaşayan, hal-hazırda ünvan 22 ünvanında yerləşən “Best Hotel”də müvəqqəti olaraq qonaq qismində yaşayan X6 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə Yasamal RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o cümlədən əməliyyat qrupu üzvləri müəyyən edilmişdir. Belə ki, ondan, həmçinin Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6, Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid10 və Yasamal rayon Polis İdarəsinin X5 əməliyyat müvəkkili Şahid9 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Qrup üzvləri X14 barəsində təlimatlandırıldıqdan sonra əməliyyat mövqeləri müəyyən edilmişdir. 25 iyul 2024-cü il tarixdə saat 15:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanında X14 ilə birlikdə X2, Təqsirləndirilən şəxs, X15 və X16 onlar tərəfindən saxlanılaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxslərə özlərini təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxslər X14, X2, Təqsirləndirilən şəxs, X15 və X4 özlərini təqdim etdikdən sonra həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilərək onlara birlikdə Yasamal RPİ- nə getmələri təklif olunmuşdur. Həmin şəxslər təkliflə razılaşaraq onlarla birlikdə avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 5 ünvanında yerləşən Yasamal RPİ-nin inzibati binasına gəlmişlər və saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin rəisinə raportla məruzə edilmişdir. Raport əsasında Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Səyyad Gözəlova həvalə edilmişdir. Onun özü şəxsi axtarışda iştirak etməsə də şəxsi axtarışda iştirak etmiş əməliyyat müvəkkili Şahid6 aldığı məlumata görə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və Yasamal rayon Polis İdarəsinin X5 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 iyul 2024-cü il tarixdə 15 iyun 1980-ci ildə ünvan 20 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xochəsən qəsəbəsi, yeni yaşayış massivində fərdi evdə yaşayan, hal-hazırda ünvan 22 ünvanında yerləşən “Best Hotel”də müvəqqəti olaraq qonaq qismində yaşayan X6 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə Yasamal RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o cümlədən əməliyyat qrupu üzvləri müəyyən edilmişdir. Belə ki, ondan, həmçinin Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid10 və Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-də kiçik əməliyyat müvəkkili Şahid8 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Qrup üzvləri X14 barəsində təlimatlandırıldıqdan sonra əməliyyat mövqeləri müəyyən edilmişdir. 25 iyul 2024-cü il tarixdə saat 15:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanında X14 ilə birlikdə X2, Təqsirləndirilən şəxs, X15 və X16 onlar tərəfindən saxlanılaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib həmin şəxslərə özlərini təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxslər X14, X2, Təqsirləndirilən şəxs, X15 və X4 özlərini təqdim etdikdən sonra həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilərək onlara birlikdə Yasamal RPİ- nə getmələri təklif olunmuşdur. Həmin şəxslər təkliflə razılaşaraq onlarla birlikdə avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 5 ünvanında yerləşən Yasamal RPİ-nin inzibati binasına gəlmişlər və saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin rəisinə raportla məruzə edilmişdir. Raport əsasında Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Səyyad Gözəlova həvalə edilmişdir. Onun özü şəxsi axtarışda iştirak etməsə də şəxsi axtarışda iştirak etmiş əməliyyat müvəkkili Şahid6 aldığı məlumata görə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Şahidlər Şahid1, X31, Şahid5, Şahid6 və Şahid10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid1 və X31 məhkəmə iclasında dindirilmiş Şahid3 və X26 ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid6 və Şahid10 məhkəmə iclasında dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellbfan bükülünü çıxarıb təddim etmiş, həmin bükülü açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar olunmuş, həmin maddənin nədən ibarət olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükülünün içərisində kakos adlanan narkotik vasitədir, həmin narkotik vasitəni tanışı Elnurə ilə birlikdə Alatava adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddə ekspertizaya təqdim etmək üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür (cild 1, i.v.30-31). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2024-cü il tarixli, 3-16-16-16/2-6/3832 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respubkikası DİN Zərflər üçün №42” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə “imza”; Sadıqova “imza”; “imza” Şahid7; “imza” C.Məmmədov; “imza” Şahid10; “imza” Şahid6, “imza” Gözəlov S.” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,391 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v.41-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 avqust 2024-cü il tarixli, 5369 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.95-96). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli polietilen paketin içərisində olan şəffaf rəngli, kristal şəkilli, spesfik iyə malik olan maddəni təqdim edib, onun psixotop maddə metamfetamin olmasını və həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini və 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da ünvan 18 ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli polietilen paketə bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmiş, aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, i.v.129-130). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 3-16-16-16/2-6/5355 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi predmet; Təqsirləndirilən şəxs-imza, İştirakçılar: dörd imza; Təhqiqatçı: Çingiz Qurbanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0, 210 qram ağ rəngli kristallardan ibarət maddə kusta üsulla hazırlanmış pisxotrop maddə metamfetamindir (cild 1, i.v.144-148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 oktyabr 2023-cü il tarixli, 6495 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.149-150). “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yarandığından ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması, Bakı şəhəri Yasamal RPİnin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Emin Cəfərli tərəfindən Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2024-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və 27 iyul 2024-cü il tarixdə tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.2-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin şamil edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -təmiz çəkisi 0, 210 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış pisxotrop maddə metamfetamin və təmiz çəkisi 0,391 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,160 qram psixotrop maddə metamfetamin və 0,341 narkotik vasitə heroinin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntü olan 02 ədəd “DVD” diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və 02 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokollar, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” aparılmasına dair videogörüntünü özündə əks etdirən 02 ədəd “DVD” diskə baxış aparılması barədə protokollar, məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5355 və 26 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3832 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6495 və xx.xx.2024-cü il tarixli, 5369 saylı rəylərinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsriləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini satmış şəxsin müəyyən edilməsi faktı üzrə materialın ayrılması və ********* nömrəli cinayət işindən zəruri sənədlərin ksero surətlərinin çıxarılaraq ayrılmış materiala əlavə edilməsi, həmin şəxsin əməlinə ayrılmış materialda hüquqi qiymət verilməsi qərara alınmışdır (cild 2, i.v.77-91). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xususilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə, saat 15:35-dən tutulmuş hesab edilmişdir (cild 1, i.v.21). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.60-61). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-710/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır (cild 1, i.v.85-90). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 1, i.v.91-92). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və ibtidai istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v.98-100). “Şübhəli şəxsin tutulması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə, saat 21:00 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, i.v.120). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 14 oktyabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.177-178). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X28 xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır (cild 1, i.v.191-193). “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.194-195). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, i.v.201). “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 20 dekabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır (cild 1, i.v.223-224). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən və hal-hazırda olduğu yer müəyyənləşdirib tutulmaqla zəruri prosessual hərəkətlərində iştirakını məcbur təmin etmək məqsədi ilə ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (cild 1, 227-228). “Axtarışda olan şəxsin saxlanılması barədə” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:40 radələrində aparılmış profilaktiki söhbətlər nəticəsində Yasamal RPİ-nə gəlmiş və qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, i.v.232). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqədar zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v.233- 234). “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi və Yasamal RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır (cild 1, i.v.237-239). “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (cild 1, i.v.243-244). “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması Yasamal RPİ-nin müstəntiqi Orxan Süleymanlıya həvalə edildiyindən ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır (cild 2, i.v.1-3). “Cinayət işi üzrə icraatının dayandırılması barədə” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (cild 2, i.v.125). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır (cild 2, i.v.19- 21). “Cinayət işindən materialın ayrılması haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini satmış şəxsin müəyyən edilməsi faktı üzrə materialın ayrılması və ********* nömrəli cinayət işindən zəruri sənədlərin ksero surətlərinin çıxarılaraq ayrılmış materiala əlavə edilməsi, həmin şəxsin əməlinə ayrılmış materialda hüquqi qiymət verilməsi qərara alınmışdır (cild 2, i.v.93-97). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, i.v.99-101). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “ 14 ” iyun 2024-cü il qərarında qeyd edilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olduğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, həmçinin 24 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət və 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 05 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş 0,160 qram psixotrop maddə metamfetamin və 0,341 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 181 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar