Məhkəmə qərarları › İş №1(004)-94/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-94/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-94/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 7Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri,Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 523, ev 2-nin İ-ci mərtəbəsində yerləşən işlətdiyi «Arzu» ərzaq malları marketinə daxil olaraq,o, satıcını danışdıraraq diqqətini yayındırmış, tanışı Təqsirləndirilən şəxs2 isə dükanda yerləşən saxlanc yeri hesab olunmayan soyuducunun qapısını açaraq orada Zərərçəkmiş şəxs1 məxsus, birinin içərisində 950 manat pul olan 2 ədəd hər biri 5 manat olmaqla 10 manat dəyərində pul kisələrini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 avqust 2022-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən işlədiyi «Alyans» aptekə daxil olaraq, o, satıcım danışdıraraq diqqətini yayındırmış,Təqsirləndirilən şəxs2 isə aptekdə yerləşən saxlanc yeri hesab olunmayan şkafın qapısını açaraq orada Zərərçəkmiş şəxs2 məxsus, içərisində 1800 manat pul olan 100 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri,Yasamal rayonu.Z.Xəlilov küçəsi, məhəllə 523, ev 2-nin İ mərtəbəsində yerləşən işlətdiyi «Arzu» ərzaq malları marketinə daxil olaraq,tanışı Təqsirləndirilən şəxs1 satıcını danışdıraraq diqqətini yayındırmış, o isə dükanda yerləşən saxlanc yeri hesab olunmayan soyuducunun qapısını açaraq orada Zərərçəkmiş şəxs1 məxsus, birinin içərisində 950 manat pul olan 2 ədəd hər biri 5 manat olmaqla 10 manat dəyərində pul kisələrini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 avqust 2022-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi,20 ünvanda yerləşən işlədiyi «Alyans» aptekə daxil olaraq, tanışı Təqsirləndirilən şəxs1 satıcını danışdıraraq diqqətini yayındırmış, o isə aptekdə yerləşən saxlanc yeri hesab olunmayan şkafın qapısını açaraq orada Zərərçəkmiş şəxs2 məxsus, içərisində 1800 manat pul olan 100 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər heç bir psixi xəstəlik keçirməmiş və bu kimi dispanserlərdə qeydiyyatda deyildir. O, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, heç yerdə işləmədiyi üçün özünü maddi cəhətdən təmin etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də o, 27 avqust 2022-ci il tarixə saat 12:00-da 2019-cu ildən tanıdığı və əvvəllər 16-cı kolonda birgə cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi ilə hərəkət edərkən həmin küçədə binanın birinci mərtəbəsində yerləşən «Arzu» ərzaq malları marketinə daxil olmuşlar. Orada o satıcını danışdıraraq diqqətini yayındırmış,tanışı Təqsirləndirilən şəxs2 isə bu zaman ani olaraq ətrafa diqqətlə nəzər salıb heç kəsin onları diqqətdə saxlamadığına əmin olduqdan sonra dükanda yerləşən soyuducunun qapısını açaraq orada olan 2 ədəd pul kisəsini götürərək dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt onların oğurluq etdiklərini ətrafda heç kəs görməmiş və ya hiss etməmişdir. Dükandan çıxdıqdan sonra pul kisələrini açmışlar və həmin pul kisəsinin birinin içərisində 950 manat pul olduğunu, digərində isə pul olmadığını görüb pulu götürdükdən sonra hər iki pul kisələrini yaxınlıqda atmışlar.950 manat pulu isə öz aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişlər.Bundan başqa 31 avqust 2022-ci il tarixdə saat təxminən 10-00 radələrində əvvəllər 16-cı kalonda birgə cəza çəkdiyi tanışım Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri Yasamal rayonu B.Bağırova küçəsi ilə hərəkət edərkən həmin küçədə aptek olduğunu görüb oğurluq etmək qərarına gəlmişlər. Onlar birgə aptekə daxil olmuşlar.Həmin vaxt Elçin satıcıya xırdalamaq üçün 100 manatlıq vermişdir.Aptekdə işləyən xanım satıcı Elçindən pulu götürüb şkafdan prul kisəsindən pul götürüb xırdalamış və həmin 100 manatı pul kisəsinə qoyub yenidən şkafa qoymuşdur. Elçin satıcıdan onun xırdaladığı 100 manat pulu götürüb aptekdən çıxmışlar. Bir neçə dəqiqə sonra yenidən hər ikisi aptekə qayıtmışlar və eynəklərlə maraqlanmağa başlamışlar. O satıcını çağırıb eynəklərlə bağlı suallar verib danışdıraraq diqqətini yayındırmış, tanışı Təqsirləndirilən şəxs2 isə bu zaman ani olaraq ətrafa diqqətlə nəzər salıb heç kəsin onları diqqətdə saxlamadığına əmin olduqdan sonra aptekdə yerləşən şkafın qapısını açaraq orada olan bir ədəd pul kisəsini götürərək dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt onların oğurluq etdiyini ətrafda heç kəs görməmiş və ya hiss etməmişdir. Aptekdən çıxdıqdan sonra pul kisələrini açmışlar və həmin pul kisəsinin içərisində 1800 manat pul və bir ədəd həmin satıcıya məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görmüşlər. Pul kisəsindən 1800 manat pulu götürdükdən sonra pul kisəsini və şəxsiyyət vəsiqəsini atmışlar. 1800 manat pulu isə öz aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişlər. 05 sentyabr 2022-ci il tarixdə Elçinlə birgə Koroğlu metrostansiyası yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PBnə gətirildilər, daha sonra isə Yasamal rayon polis idarəsinə aparılmışdır. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini oğurlamaqda heç bir məqsədləri olmamış, şəxsiyyət vəsiqəsi pul kisəsində olduğu üçün götürmüşlər, lakin sonradan lazım olmadığı üçün pul kisəsi ilə birgə atmışlar. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər heç bir psixi xəstəlik keçirməmiş və bu kimi dispanserlərdə qeydiyyatda deyildir. O, əvvəllər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2., 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O heç yerdə işləmədiyi üçün özünü maddi cəhətdən təmin etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də o, 27 avqust 2022-ci il tarixə saat 12:00-da 2019-cu ildən tanıdığı və əvvəllər 16-cı kolonda birgə cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi ilə hərəkət edərkən həmin küçədə binanın birinci mərtəbəsində yerləşən «Arzu» ərzaq malları marketinə daxil olmuşlar. Orada tanışı Təqsirləndirilən şəxs1 satıcını danışdıraraq diqqətini yayındırmış, bu zaman ani olaraq ətrafa diqqətlə nəzər salıb heç kəsin onu diqqətdə saxlamadığına əmin olduqdan sonra dükanda yerləşən soyuducunun qapısını açaraq orada olan 2 ədəd pul kisəsini götürərək dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt onun oğurluq etdiyini ətrafda heç kəs görməmiş və ya hiss etməmişdir. Dükandan çıxdıqdan sonra pul kisələrini açmışlar və həmin pul kisəsinin birinin içərisində 950 manat pul olduğunu, digərində isə pul olmadığını görüb pulu götürdükdən sonra hər iki pul kisələrini yaxınlıqda atmışlar.950 manat pulu isə öz aralarında bölmüşlər.Həmin pulu öz ehtiyacları üçün xərcləmişlər.Bundan başqa 31 avqust 2022-ci il tarixdə saat təxminən 10- 00 radələrində əvvəllər 16-cı kalonda birgə cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Bakı şəhəri Yasamal rayonu B.Bağırova küçəsi ilə hərəkət edərkən həmin küçədə aptek olduğunu görüb oğurluq etmək qərarına gəlmişlər.Onlar birgə aptekə daxil olmuşlar.Həmin vaxt o satıcıya xırdalamaq üçün 100 manatlıq vermişdir.Aptekdə işləyən xanım satıcı ondan pulu götürüb şkafdan pul kisəsindən pul götürüb xırdalamış və həmin 100 manatı pul kisəsinə qoyub yenidən şkafa qoymuşdur.O satıcıdan xırdaladığı 100 manat pulu götürüb aptekdən çıxmışlar.Bir neçə dəqiqə sonra yenidən hər ikisi aptekə qayıtmışlar və eynəklərlə maraqlanmağa başlamışlar.Ramil satıcını çağırıb eynəklərlə bağlı suallar verib danışdıraraq diqqətini yayındırmış,o isə bu zaman ani olaraq ətrafa diqqətlə nəzər salıb heç kəsin onları diqqətdə saxlamadığına əmin olduqdan sonra aptekdə yerləşən şkafın qapısını açaraq orada olan bir ədəd pul kisəsini götürərək dərhal oradan uzaqlaşmışlar. Həmin vaxt onların oğurluq etdiklərini ətrafda heç kəs görməmiş və ya hiss elməmişdir. Aptekdən çıxdıqdan sonra pul kisələrini açmışlar və həmin pul kisəsinin içərisində 1800 manat pul və bir ədəd həmin satıcıya məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görmüşlər. Pul kisəsindən 1800 manat pulu götürdükdən sonra pul kisəsini və şəxsiyyət vəsiqəsini atmışlar. 1800 manat pulu isə öz aralarında bölmüşlər. Həmin pulu öz ehtiyacları üçün xərcləmişlər. 05 sentyabr 2022-ci il tarixdə Ramillə birgə Koroğlu metrostansiyası yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-nə gətirilmişlər, daha sonra isə Yasamal rayon polis idarəsinə aparılmışlar. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini oğurlamaqda heç bir məqsədləri olmamışdır, şəxsiyyət vəsiqəsi pul kisəsində olduğu üçün götürmüşlər, lakin sonradan lazım olmadığı üçün pul kisəsi ilə birgə atmışlar. Əməlindən peşman olmasını, əməli etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanının 1-ci mərtəbəsində yerləşən «Arzu» ərzaq marketində satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində satıcı işlədiyi ünvan 6 ünvanının 1-ci mərtəbəsində yerləşən «Arzu» ərzaq marketə 2 nəfər müştəri qismində şəxslər daxil olmuşlar. Onlardan biri onu danışdıraraq fikrini yayındırıb su istəmiş, digəri isə dükanda yerləşən soyuducunun yaxınlığında dayanmışdır. Bir neçə saniyə sonra onlar hər ikisi marketdən tələsik çıxıb getmişlər. Sonradan marketdə quraşdırılmış kameranın görüntülərinə baxdıqda görmüşdür ki, onlardan biri dükanda yerləşən soyuducunun qapısını açaraq içəridə olan 2 ədəd olmaqla birinin içərisi boş digərinin içərisində 950 manat olan pul kisələrini gizli olaraq oğurlamışdır. O dərhal hadisə barədə marketin müdüri Ramin müəllimə məlumat vermişdir. Oğurlanmış pul kisələri və içərisində olan pul Ramin müəllimə məxsusdur. Hadisə nəticəsində Ramin müəllimə 960 manat maddi ziyan dəymişdir. Hadisə zamanı Ramin müəllim marketdə olmamışdır. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanının 1ci mərtəbəsində yerləşən işlətdiyi “Arzu” ərzaq marketinə 2 nəfər müştəri qismində şəxslər daxil olaraq onlardan biri satıcı Rüstəmin danışdıraraq fikrini yayındırmış, digəri isə dükanda yerləşən soyuducunu qapısını açaraq içəridə olan 2 ədəd olmaqla birinin içərisi boş digərinin içərisində 950 manat olan pul kisələrini gizli olaraq oğurlamışılar. Pul kisəsinin hər birinin qiyməti 5 manat təşkil edir. Ümumilikdə ona hadisə nəticəsində 960 manat maddi ziyan dəymişdir. Hadisə zamanı o orada olmamışdır. Hadisə barədə məlumatı o, satıcı Rüstəmdən almışdır. Rüstəm pul götürüləndən 30 dəqiqə sonra ona məlum olmuşdur ki, oğurluq hadisəsi baş verib. Kamera görüntülərinə baxdıqdan sonra ona bu barədə ətraflı məlumat vermişdir. Həmin pul kisələri və pullar ona məxsusdur. Pul kisələrinin oğurlandığı sözü gedən soyuducu mağazanın içərisində yerləşmişdir və ümumi istifadə üçün nəzərdə tutulduğundan orada müxtəlif ərzaqlar saxlanılır. Mağazaya alış-veriş üçün gəlmiş müştərilər həmin soyuducunu açaraq oradan özlərinə lazım olan ərzaqları götürüb satıcının yanına gələrək pulunu kassaya ödəyə bilərlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən ünvan 7 ünvanda yerləşən «Alyans» aptekdə satıcı işləyir. 31 avqust 2022-ci il tarixdə saat təxminən 10-00 radələrində işlədyi aptekə tanımadığı iki nəfər daxil olmuşlar. Həmin vaxt onlardan biri digərindən yaşlı, təxminən 40-45 yaşlarında olan şəxs ona xırdalamaq üçün 100 manatlıq vermişdir. O da yaxşılıq etmək niyyəti ilə şkafı açaraq oradan pul kisəsini götürüb açaraq həmin 100 manat pulu xırdalamışdır. Onlar hər ikisi pulu götürüb aptekdən çıxmışlar. Bir neçə dəqiqə sonra yenidən onlar hər ikisi aptekə qayıtmışlar və eynəklərlə maraqlanmağa başlamışlar. Onlardan biri digərindən cavan olan, təxminən 20-25 yaşlarında olan şəxs onu çağırıb eynəklərlə bağlı suallar verib danışdıraraq diqqətini yayındırmış, digər şəxs isə şkaf tərəfdə dayanmışdır. Bundan sonra onlar hər ikisi ani anda aptekdən çıxaraq oradan uzaqlaşmışlar. O onların tələsik getmələrindən şübhələnib şkafa baxmış və bu zaman içərisində 1800 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi olan, 2017-ci ildə 100 manata aldığı qəhvəyi rəngli, dəridən olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. O dərhal hadisə barədə 102-ə məlumat vermişdir. Bir neçə dəqiqə sonra 26-cı PB-nin əməkdaşları aptekə gəlmişlər və o hadisə barədə ərizə vermişdir. Aptekdən oğurlanan 1800 manat pul ona məxsusdur. Həmin pulu oğlunun toy pulu olaraq müğənnilərə və restorana beh vermək üçün götürmüşdür. İşlədiyi aptekdə müşahidə kameraları quraşdırılsa da, həmin gün işləmədiyindən görüntü qeydə alınmamışdır. Həmin şəxslər şkafdan pul kisəsini oğurlayarkən o heç nə görməmiş, lakin onların aptekdən tələsik çıxdıqlarını görüb şübhələnmişdir. Əgər o həmin şəxslərin onun pulunu oğurladıqlarını görmüş olsaydı, onları heç aptekdən çölə belə buraxmazdı. Pul kisəsinin oğurlandığı sözü gedən şkaf aptekin içərisində yerləşmişdir və ümumi istifadə üçün nəzərdə tutulduğundan orada müxtəlif adda dərmanlar saxlanılır. Təqsirləndirilən şəxslərin oğurluq əməllərinin törədilməsi zamanı marketlərin müşahidə kameralarında qeydə alındığı videoçəkiliş olan diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 3/1434 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 3,5,6,12,13 saylı daktilolentlərin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1.2.4.7.8.9.10.11 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 3.5.6 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 sağ ovucunun hipotenar hissələrindən qalmışdır. Təqdim edilmiş 12 və 13 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ovuclarından qalmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər 6 dəfə məhkum edilmiş, sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə “CM-də dəyişiklik edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək 177.2.2, 66.2-ci maddəsi ilə cəzası 05 ilə endirilib. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilmiş, “amnistiya” qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 536/2021 saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin tətbiqi ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, həmin qərara əsasən məhkumluq götürülmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, məhkumluğu olmasa da, o barəsində əvvəllər CM-nin 177.2-ci maddəsi ilə təyin edilmiş cəzadan nəticə çıxarmamışdır. Azadlığa çıxdığı vaxtdan qısa müddət sonra yenidən eyni xarakterli cinayəti törətmişdir. Məhkəmə göstərilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə bu cür xarakterizə edilən təqsirləndirilən şəxsə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin işdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər 3 dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri ilə təqsirli bilinib, Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş şərti məhkumetmə CM-nin 71.5-ci maddəsi ilə ləğv edilmiş, CM-nin 67-ci maddəsi nəzərə alınmaqla, qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. R.Şəfqətov həmin cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün, əməlində cinayətin residivi yaranmır. Belə ki, Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanlar ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayəti etiraf etmələrini, əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış oğurluq hadisələrini əks etdirən videogörüntülər olan 1 ədəd DVD disk və 13 ədəd daktilolenta cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən hər birindən bərabər məbləğdə tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan oğurluq hadisələrini əks etdirən videogörüntülər olan 1 ədəd DVD disk və 13 ədəd daktilolenta cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 150,29 manata (yüz əlli manat 29 qəpik) görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 75,15 (yetmiş beş manat 15 qəpik) manat və Təqsirləndirilən şəxs2 75,15 (yetmiş beş manat 15 qəpik) manat məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar