Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-94/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satiş məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artiq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, 23 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 1,151 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 23 sentyabr 2023-cü il tarixdə saat 12:45-da Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və həmin gün saat 15:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,151 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o daimi olaraq Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində yaşayır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Onun Bakı şəhərində daimi yaşayış yeri yoxdur və bu səbəbdən vaxtaşırı olaraq ləqəbi “blondin” olan Rüfət adlı tanışının evində qalır. 23 sentyabr 2023-cü il tarixdə, saat 12:45-da o, Rüfət, ləqəbi “Dəyanət” olan Saməddin və Həmid Rüfətin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanında yerləşən mənzildə olan zaman dörd nəfər polis əməkdaşı mənzilin pəncərəsində ora daxil olaraq onları saxlamışlar. Həmin vaxt o, yuxulu vəziyyətdə olmuşdur. Bundan sonra həmin polis əməkdaşları onları Yasamal RPİ-yə aparmışlar. Polis İdarəsində olan zaman polis əməkdaşları ona bir büküm narkotik vasitə olan heroin verib, ondan həmin narkotik vasitəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və Bakı şəhəri «Kubinka» adlanan ərazidə adını bilmədiyi şəxsdən aldığını bildirməyini tələb etdilər. O, qorxduğu üçün onlara heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra onun üzərində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiliş zamanı ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuş. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin var, həmin narkotik vasitəni Bakı şəhəri «Kubinka» adlanan ərazidə adını bilmədiyi şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni zərfə qoyub qablaşdırdılar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O əvvəllər narkotik vasitədən istifadə etsədə son illər ərzində bu əməlinə son qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 sentyabr 2023-cü il tarixdə Yasamal RPİ-nə ünvan 4 ünvanında yaşayan Şahid7 qanunsuz olaraq narkotik vasitələrin satması, saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə Yasamal RPİ-nin NMBnin rəisi tərəfindən qərar qəbul edilərək ondan, Şahid3 və Şahid2dan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:45 radələrində qrup üzvləri ilə birlikdə Şahid7 yaşadığı evin qarşısında və sonuncu ilə birlikdə olan Təqsirləndirilən şəxs, X8 və X3 yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiklərini bildirib Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Ayaz əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində bir ədəd bükülmüş vəziyyət narkotik vasitə heroin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Ayaz həmin bükülünün içərisində olan narkotik vasitə heroini həmin gün Bakı şəhərində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onlar Şahid7 məxsus mənzilə daxil olmamışlar, ifadəsində qeyd etdiyi şəxsləri Şahid7 yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin qarşısında saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1216/2024 saylı, 08 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkum olunmamışdan əvvəl ünvan 5 ünvanında yaşamışdır. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, sonuncu dəfə narkotik vasitədən tutulmamışdan bir gün əvvəl çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs onun dostudur və o, uzun müddət Naxçıvan Muxtar Respublikasında yaşamışdır. Təzəlikcə Təqsirləndirilən şəxs Naxçıvandan Bakı şəhərinə qayıtmış və tez-tez onun yaşadığı evə gəlməyə başlamışdır. Ayaz onun evinə qonaq kimi gedib-gəlmiş və heç vaxt onun evində qalmamışdır. 23 sentyabr 2023-cü il tarixində səhər saat 11:00 radələrində o, dostları Ayaz, Həmid və Saməddin ilə birlikdə evdə olan zaman mülki geyimdə olan polis əməkdaşı onun evinin pəncərisini sındıraraq evə daxil olmuş və evin qapısını içəridən açdıqdan sonra daha 5 nəfər əməkdaş evə daxil olmuşdur. Həmin vaxt onun və dostlarının üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları evdə axtarış apardıqdan sonra onu və dostlarını Yasamal RPİ-yə gətirmişdirlər. Polis İdarəsində olan zaman polis əməkdaşları ona narkotik vasitə verərək özünə məxsus olduğunu bildirməyini tələb etmiş, əks halda evinin açarının onlarda olduğunu və istəsələr, onun evindən külli miqdarda narkotik vasitə çıxara biləcəklərini deyərək onu daha ağır ittiham irəli sürməklə hədələmişdirlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman onun və dostlarının üzərində narkotik vasitə olmamış, həmçinin Təqsirləndirilən şəxs da narkotik vasitə istifadəçisi kimi tanımamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. 05 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-103/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şahid7 onun qonşusu olmuş və o, mütəmadi olaraq Rüfətin evinə gedib-gəlmişdir. Rüfət kasıb və kimsəsiz olduğundan o, daima Rüfətə köməklik göstərmişdir. Onun Rüfətin narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmuş və hər zaman Rüfəti bundan çəkindirməyə çalışmışdır. Onun özü isə narkotik vasitə istifadəçisi olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə Şahid7 yaşadığı evə gəldiyi zaman görmüş və Rüfət Ayazı ona dostu kimi təqdim etmişdir. Ayazın narkotik vasitə istifadə etməsi barədə onun məlumatı yoxdur, ümumiyyətlə, onunla Ayaz arasında dostluq münasibətləri olmamışdır. 23 sentyabr 2023cü il tarixində səhər saat 11:00 radələrində o, Rüfətin evinə gələn zaman orada Rüfətdən başqa Ayaz və başqa bir nəfər şəxsin də olduğunu görmüşdür. Həmin vaxt onlar birlikdə oturaraq çay içirmişlər. Bir qədər sonra, dörd nəfər polis əməkdaşı Rüfətin yaşadığı evin pəncərisini sındıraraq oraya daxil olmuş, onu, Rüfəti, Ayazı və digər şəxsi saxlayaraq Yasamal RPİ-yə gətirmişdirlər. Həmin vaxt onun və digərlərinin üzərində narkotik vasitə olmamışdır. Polis İdarəsində olan zaman polis əməkdaşları ona narkotik vasitə verərək özünə məxsus olduğunu bildirməyini tələb etmiş, o isə qorxduğu üçün onlara heç bir etiraz etməyərək polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra onun üzərində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilərək videoçəkiliş zamanı əynində olan şalvarın cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şahid7 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi 43 ünvanında yerləşən mənzil iki otaqdan ibarətdir, həmin mənzildə çarpayı yoxdur, sadəcə bir ədəd divan vardır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. Şahid7 yaşadığı məhəllədən tanıyır. 2023-cü ilin sentyabr ayının əvvəllərində, səhər saatlarında o, yaşadığı evdən çıxaraq zibil atmağa gedən zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşının Şahid7 yaşadığı evin pəncərisini sındıraraq oraya daxil olduğunu görmüşdür. Həmin şəxslər Rüfətin yaşadığı evdən Rüfətlə bərabər daha üç nəfəri çıxararaq avtomobilə əyləşdirib aparmışdırlar. Həyata keçirilən əməliyyat təxminən iyirmi dəqiqə ərzində davam etmişdir. Baş verən hadisəni ətrafda olan şəxslər görmüşdür, lakin qorxduqlarından heç bir şey etməmişdirlər. Onun isə bir qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsiri olmadan məhkum olunduğu üçün özünə insanlıq borcu kimi bilərək hazırda Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində ifadə verməyə razılıq vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi ərazidə kamera mövcud deyildir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində xidmət edir. 23 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal RPİ NMB-nin əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz əldə edilməsi və daşınmasında şübhəli olması ilə bağlı idarəyə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun seçdiyi müdafiəçi dəvət etmişdir. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində daşınması qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümün icərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb ona təqdim etmişdir. Həmin bükülü açılmış və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, şəxsi axtarış və götürmə protokolunu tərtib edərkən istintaq hərəkətinin başlanma və bitmə vaxtını protokolu tərtib edib yekunlaşdırdıqdan sonra qeyd edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilən zaman, ola bilsin ki, istifadə etdiyi saatda nasazlıq olmuşdur və ya protokolda saatla bağlı texniki səhvə yol vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə, saat 12:45-da ünvan 8 ünvanının qarşısında saxlanılaraq, İdarəyə dəvət edilmiş və həmin gün saat 15:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, 23 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. (i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 24 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5037 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,151 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (i.v. 41-45) “Diskə baxış keçirilməsi barədə” 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-də inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, 23 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını polis əməkdaşlarına bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfimdən imzalanır. (i.v. 55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 nəticələrinə dair 29 sentyabr 2022-c28 sentyabr 2023-cü il tarixli 6175 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 108-109) “Sübutların qiymətləndirilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1.151 qram narkotik vasitə heroin və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1.101 qram olan narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 135-145) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. Belə ki, 23 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhərində yerləşən «Kubinka» deyilən əraziyə gedərək üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul verərək narkotik vasitə heroin almaq istədiyini demişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü ona vermişdir. O, həmin bükümü özü münasib yer tapıb, istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın sağ cibində saxlamışdır. Bundan sonra, yəni həmin gün yəni 23 sentyabr 2023-cü il tarixdə, təxminən saat 12:45 radələrində o, əvvəllər tanıdığı Şahid7 yaşadığı ünvan 9 ünvanın qarşısında ondan başqa Şahid7, Rüfətin tanışları olan, əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi X8 və X6 ilə birlikdə olan zaman, onlara üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduqlarını izahat edərək Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Onlar da heç bir etiraz etməyərək polis əməkdaşları ilə Yasamal RPİ-nə yollanmışlar. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində olan narkotik vasitə heroini özündən kənara ata bilməmişdir. Yasamal rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. O, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində qəhvəyi rəngli tozşəkilli, el arasında «kakos» adlanan narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 23 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə heroin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1.151 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 74-75) “Qətimkan tədbirinin seçilməsi barədə” 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 206.2, 318.1, 326.2 və 66-cı maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 185.2.3-cü maddəsi ilə təqsirlə bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa İsmayılov X9 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2, 234.1, 66.3 aç 93.1.4-cü maddələri ilə təqsirlə bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 04 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 86-88) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 29 oktyabr 2013-cü il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.101 qram çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməsinə baxmayaraq məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı, 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.101 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-94/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-94/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver