Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-94/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri “20 saylı” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin mənzil bölməsinin sabiq müdiri, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə və həqiqi məzmununa təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi rəisinin 23 fevral 2021-ci il tarixli, 57 nömrəli əmrinə əsasən sözügedən İdarənin (Xidmət) Mənzil bölməsinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Müdafiə nazirinin 06 sentyabr 2014-cü il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində mənzilistismar xidməti və mənzil təminatı haqqında Təlimat”a əsasən yaşayış sahəsinin alınması, qeydiyyatı, bölüşdürülməsi və yerləşdirmə işlərinin düzgünlüyünün sistematik yoxlanmalarının aparılmasına cavabdeh mülki şəxs kimi Müdafiə Nazirliyinin hərbi qulluqçularının, fəhlə və qulluqçularının yaşayış sahəsi ilə təmin olunması qeydiyyatının aparılmasına nəzarət etmək, hərbi qulluqçular və onların ailələrinin qarnizonlarda yaşayış sahəsi ilə təmin olunmasında tabeliyində olanlar vasitəsilə ilkin məlumatları toplamaq və vəziyyəti analiz etmək, qarnizonlarda və hərbi hissələrdə yaşayış sahəsinin qeydiyyatı, bölüşdürülməsi, yerləşdirmə işləri və istifadəsinin düzgünlüyünün şöbənin əməkdaşları tərəfindən yoxlanılması planlarını hazırlamaq, Müdafiə Nazirliyi ilə əlaqəsini itirmiş şəxslərin qapalı və xüsusi hərbi şəhərciklərdən köçürülməsi hesabatının aparılmasına nəzarət etmək, mənzil məsələləri üzrə əmrlər və derektivlərin layihələrini işləyib hazırlamaq, hərbi qulluqçular və onların ailə üzvlərinin məktubları, şikayətləri və ərizələrinə cavabların hazırlanmasını işini təşkil etmək, rayon mənzil-istismar hissələrində aparılan yoxlama aktları üzrə nəticə və qərarların icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Bakı qarnizonu yaşayış fondunda boş olan xüsusi təyinatlı yaşayış sahələrinin (mənzillər) siyahı üzrə təminata qoyulmuş hərbi və digər qulluqçulara ayrılması haqda ünvan 17 il tarixli, 4 nömrəli protokolu tərtibatı və düzgünlüyünün yoxlanılması üçün həmin ilin dekabr ayının sonlarında ona təqdim edildikdən sonra Müdafiə Nazirliyinin balansında olmaqla ünvan 2 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsini qanunsuz olaraq özünün istifadəsinə götürməsinə dair qərara gələrək, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu 52 saylı hərbi şəhərcikdə yerləşən Mənzil-İstismar İdarəsinin 112 nömrəli inzibati binasında 101 nömrəli xidməti otaqda yerləşməklə ümumi istifadədə olan kompüterə daxil olub “Microsoft Word” proqramı vasitəsi ilə mənzil komissiyası protokolunun 3-cü vərəqdəki cədvəlin 7-ci sırasında qeyd olunmuş “N nömrəli hərbi hissə, polkovnik-leytenant Şahid8, Həyat yoldaşı: Abbasova (İsayeva) Arzu Eldar qızı -1989, Qızı: Abbasli Zeynəb – 2009, Oğlu: Abbaslı Əli – 2011, Oğlu: Abbaslı Ünal – 2013, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi “Bakı- 188” h/ş bina 25a mənzil 27 (4/67,0)” kimi yazıları silərək sonuncu vərəqdə olan mətn istisna olmaqla cədvəldəki digər yazıların sırasını dəyişdirib 44-cü sırada boşluq yaratmaqla həmin sıraya “Mənzil-İstismar İdarəsi, qulluqçu Təqsirləndirilən şəxs, Həyat yoldaşı: X7 -1987, Qızı: X8 – 2021, ünvan 18 (1/16,2)” kimi bilə-bilə yalan məlumatları qeyd edib 23 dekabr 2022-ci il tarixli, 4 nömrəli protokolun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə axınlı printer vasitəsi ilə çap etdikdən sonra, həmin saxta sənədin cinayətdən xəbərsiz komissiya sədri polkovnik Şahid9, komissiya üzvləri polkovnik Elvin Əzizov, 2-ci dərəcəli kapitan Mahir Əliyev, polkovnik-leytenant Kazım Nəbiyev və mayor Vasif Əliyev, habelə komissiya katibi Şahid1 tərəfindən imzalanmasına, eləcə də 10 yanvar 2023-cü il tarixdə cinayətdən xəbərsiz Bakı qarnizonu rəisi, general-leytenant Azər Əliyev tərəfindən gerbli möhürlə təsdiq edilməsinə və imzalanmasına nail olduqdan sonra, öz cinayətkar əməllərini davam etdirməklə sözügedən saxta sənəd əsasında 16 yanvar 2023-cü il tarixdə qeyd edilən ünvanda yerləşən Mənzil-İstismar İdarəsinin 112 nömrəli inzibati binasında guya ünvan 3 ünvanında yerləşən 1 otaqlı xüsusi təyinatlı yaşayış sahəsinin özünün istifadəsinə verilməsinə dair bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab edilən 16 yanvar 2023-cü il tarixli, 01854 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni kompüterdə tərtib edərək axınlı printer vasitəsi ilə çap etdikdən sonra, həmin saxta sənədin digər kirayə müqavilələri ilə birlikdə cinayətdən xəbərsiz Mənzil-İstismar İdarəsi rəisi, polkovnik Şahid9 təqdim edilməklə imzalanmasına nail olub 17 yanvar 2023-cü il tarixdə özü tərəfindən də imzalandıqdan sonra, öz cinayətkar əməllərini yenidən davam etdirməklə 2023-cü ilin yanvar ayının sonlarında qeyd edilən ünvanda yerləşən Mənzil-İstismar İdarəsinin 112 nömrəli inzibati binasında “Mənzil şöbəsinin Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nın 78-ci səhifəsinin 7-ci sırasının 5 və 9-cu qrafalarında olan yazıları xüsusi mürəkkəblə ağardıb sözügedən saxta sənədlər əsasında tabeliyində çalışan cinayətdən xəbərsiz Mənzil bölməsinin mühəndis-müfəttişi Şahid2 vasitəsi ilə həmin qrafalarda müvafiq olaraq “Bakı şəhəri Yasamal r-nu H.Məcidov k. ev 5A mənzil 1” və “Təqsirləndirilən şəxs” kimi bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin edərək rəsmi sənədin həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə və həqiqi məzmununa təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmiş, cinayətkar niyyətini davam etdirərək qeyd olunan saxta - 16 yanvar 2023-cü il tarixli, 01854 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni, yəni hüquq verən sənədi istifadə etmək məqsədilə 05 dekabr 2023-cü il tarixdə 3 saylı ünvan 19ət” mərkəzinə təqdim edib özünün ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə nail olaraq bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmiş, həmin hərəkətləri ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində mənzil-istismar xidmətinin qarnizonlarda yaşayış sahəsinin bölüşdürülməsi və mənzil fondunun düzgün istifadə edilməsində, hərbi hissələrin məskunlaşma yeri üzrə təminata qoyulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittiham üzrə özünü maddi ehtiyacları olduğundan və əməkhaqqı aşağı olduğunan bu əməlləri etdiyi üçün qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə ərizə ilə Mənzil-istismar xidmətinin rəisi Şahid9 müraciət edərək xidməti mənzillə təmin olunmasını xahiş etsə də, Öncəlik hərbi qulluqçuların mənzillə təmin olunması olduğu üçün onun müraciətləri nəticəsiz qalırdı. Həmin dövrdə kirayədə qaldığı üçün ehtiyacı olduğuna görə mənzillə təmin olunması məsələsini bir neçə dəfə rəhbərliyə bildirmiş, ona cavab olaraq isə həll olunacağını bildirmişdilər. Növbəti komissiya keçirilən zaman yenə də onun mənzillə təmin olunma məsələsi nəticəsiz qalmışdır. Daha sonra ünvan 17 il tarixli, 4 nömrəli protokoluna əsasən 47 şəxsə xidməti mənzil ayrılmış, həmin protokol komissiya sədri tərəfindən 10 yanvar 2023-cü il tarixdə təsdiqləndikdən sonra Mənzil-İstismar İdarəsinə qaytarılaraq Mənzil bölməsinə, yəni ona təqdim edilmiş, bu zaman protokola baxaraq orada N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnikleytenant Şahid8 ünvan 4 ünvanında olan yaşayış sahəsinin verilməsi qeyd olunduğu görərək protokolun birinci və sonuncu vərəqələrini saxlayaraq, bölmənin ümumi istifadəsində olan 101 saylı xidməti otağa daxil olub “Word” formatında mənzil komissiyasının katibi Şahid1 tərəfindən tərtib edilən protokolu tapmış və açdıqdan sonra ikinci vərəqdə adı olan Şahid8 adını silmiş, daha sonra digərlərinin adlarını bir pillə yuxarı qrafaya gətirərək öz adını 44-cü bəndə daxil etmiş və guya ona komissiyanın qərarı ilə ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin istifadəsinə verildiyini qeyd edərək çap etmişdir. Protokolda dəyişdirdiyi vərəqləri məhv etmiş, saxta məlumatlar daxil edilmiş vərəqləri protokola əlavə etmiş və Mənzil-istismar xidmətinin (MİX) rəisinə təhvil verərək möhürlətmişdir. Bundan sonra xidməti otağında olan zaman “Xüsusi Təyinatlı Yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nın 7-ci qrafasında ünvan 6 ünvanının guya ona verilməsi barədə qeydlər aparmış, qısa müddət sonra kitabda ünvanı səhv qeyd etməsi ona məlum olduğundan ağardıcı ilə 7-ci qrafanı, yəni kitabın 78-ci vərəqini tam şəkildə ağartmış, xətti pis olduğundan kitabda fərq olmaması və protokolların həmin kitaba bölmənin qadın işçiləri tərəfindən səliqəli şəkildə yazıldığı üçün bölmənin mülki işçi Şahid2 müraciət edərək onun ad-soyadını və ünvanı həmin kitabda tərəfindən ağardılmış qrafalara yazmasını tapşırmış, habelə təsdiq üçün duzəliş edərək saxtalaşdırdığı sözügedən 4 nömrəli komissiya protokolunu təqdim edərək orada 44-cü bənddə ona aid olan məlumatları köçürməsini xahiş etmiş, Şahid2 həmin kitaba məlumatları daxil etdikdən bir müddət sonra xidməti otağında həmin ünvanın guya ona verilməsi ilə bağlı kirayə müqaviləsi hazırlamış, həmin müqaviləni digər müqavilələrlə birlikdə MİX rəisi, polkovnik Şahid9 tərəfindən imzalanmasına nail olmuşdur. Maliyyə bölməsinin rəisi, mayor Tərlan Əliyevlə münasibəti olduğundan 2023-cü ilin əvvəllərində sonuncu ilə danışıq zamanı xx.xx.2022-ci il tarixli, 4 nömrəli mənzil komissiyasının protokoluna əsasən həmin mənzilin xidməti istifadəsinə verilməsini bildirərək 10 iyun 2019-cu il tarixli, 19 nömrəli protokol əsasında sözügedən mənzildən istifadə edən qardaşı Nurlan Əliyevə evi boşaltmalı olmasını nəzərinə çatdırmasını söyləmiş, lakin T.Əliyev sözügedən mənzildə tanışlarının qalmasını, bir müddət vaxt verməsini xahiş etmiş, razılıq vermiş və uzun müddət bu məsələ yadından çıxmışdır. Bununla da, həmin ilin sonlarında artıq ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində kirayə qalınmasını öyrəndiyindən T.Əliyevdən bu məsələni soruşmuş, sonuncu qeyd olunan xüsusatı təsdiq etmiş və kirayə qalanların onunla əlaqə saxlamasını tapşıracağını demiş, bundan bir müddət sonra Şahid10 adlı şəxs zəng edərək artıq kirayə haqqını ona ödəməli olmasını dedikdə bu halı təsdiq edib xəbər etdikdə birdəfəlik nağd ödəniş edə biləcəyini qeyd etmiş, lakin 2024-cü ilin fevral ayında bu məsələ Mənzil-İstismar Xidmətinin əməkdaşları tərəfindən aşkar edildiyindən heç bir haqq ala bilməmiş, ilk olaraq yalandan sözügedən mənzilin heç kimə kirayə vermədiyini, tanışının müvəqqəti qalmasını bildirmiş, daha sonra Xidmət rəisi ona həmin ünvanı necə xidməti istifadəyə götürməsini soruşmuş, cavab olaraq protokol əsasında mənzildən istifadə etdiyini demişdir. xx.xx.2024-cü il tarixdə iş yerinə getsə də, xidməti otağına buraxılmamış, xx.xx.2024-cü il tarixdə ərizə ilə xidmət rəisinə müraciət edərək ünvan 7 ünvanında yerləşən mənzili təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə tərtib etdiyi kirayə müqaviləsini 3 saylı ünvan 19ət” mərkəzinə təqdim edib əsasında ünvan 7 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına düşdüyündən, 2024-cü ilin fevral ayında sözügedən ünvandan qeydiyyatdan çıxaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qeydiyyata düşmüşdür. Həmçinin bildirmişdir ki, 2022-ci ildə ailəsi birgə kirayə qaldığından və Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 25A ünvanında yerləşən 1 nömrəli mənzil boş olduğundan xərclərinin azalması üçün həmin evi xidməti istifadəsinə götürmək qərarına gəlmiş, bu barədə MİX-nin rəhbərliyinə məlumat verməmiş, qanunsuz olaraq 4 nömrəli protokola adını daxil etmiş, “Xüsusi Təyinatlı Yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nda düzəlişlər etməsi və adına kirayə müqaviləsi hazırlamaqla həmin ünvana qeydiyyatına düşməsi haqda öncədən kiminsə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixli, 4 nömrəli mənzil komissiyasının protokolu yoxlanılması üçün ona təqdim edildikdə hələ imzalanmamış tərəfindən sənədə düzəliş oluna biləcəyini və sonradan imzaya təqdim etməsini, habelə “Xüsusi Təyinatlı Yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nın 78-ci səhifəsinin 7-ci sırasının 5 və 9-cu qrafalarında Şahid8 aid məlumatlar artıq qeyd edildiyindən xüsusi mürəkkəblə ağardıb özünə aid olan məlumatları Şahid2 göstərməsini xahiş etdiyini ehtimal etmişdir. Tərtib etdiyi saxta müqaviləni 3 saylı ünvan 19ət” mərkəzindən başqa digər dövlət qurumuna təqdim etməmiş, xx.xx.2022-ci il tarixli 4 nömrəli protokol üzrə digər saxtakarlığa yol verməmişdir. Mənzil bölməsinin 101 və 102 saylı otaqları olmaqla orada ümumilikdə üç işlək kompüter mövcud olmuşdur. Şahid1 101 saylı otaqda xidmət etdiyindən nahar fasiləsi zamanı kimsə orada olmayanda içəriyə daxil olub şifrəsi olmamaqla ümumi istifadədə olan kompüterləri yoxlamış və “Word” formatında komissiya protokolunu ekranda taparaq düzəliş etmiş, kiminləsə əlbirliyi olmamışdır. Xidməti mənzillə təmin olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri komissiyanın katibi tərəfindən ona təqdim edilirmiş, yoxlandıqdan sonra komissiyaya verilirmiş, daha sonra komissiyanın təsdiq etdiyi protokola uyğun olaraq kirayə müqavilələri tərtib edilməklə mənzillər paylanmışdır. Nazirliklə əmək münasibətində olan mülki və hərbi qulluqçulara xidməti mənzillər yaşayış sahəsi olmayan şəxslərə növbəlik və müəyyən imtiyazlar (uşağı xəstə, əməkhaqqısı az, xidmət illər çox, veteranlıq və sair) əsasında növbəsiz verilirmiş, adlarına kirayə müqaviləsi tərtib olunmuş şəxslər həmin sənəd əsasında müqavilədə qeyd olunmuş ünvan üzrə rayon polis İdarəsinə və ya “Asan Xidmət” mərkəzlərinə müraciət edərək qeydiyyata düşmüşlər, kirayə haqqı və sair ödəniş almamışlar, onlar istifadəyə verilmiş evləri səliqəli saxlamalı, kommunal ödənişləri MİS-lərə vaxtı-vaxtında ödəməli və təyinatı üzrə istifadə etməli olmuşlar. Suallara cavab olaraq mənzilin Müdafiə Nazirliyinin balansında olduğunu, xidməti mənzil olduğunu, mənzili öz istifadəsi üçün əldə etmək istədiyini, mənzilin yararsız vəziyyətdə olduğunu və öz hesabına mənzili təmir etdirdiyini, o evi götürəndə həmin vaxt keçmiş hərbi qulluqçusunun həmin mənzildə qaldığını, mənzili təmirli formada öz ərizəsi ilə təhvil verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə səhər saatlarında iş yerində olan zaman bir neçə gün öncə Mənzil-istismar xidmətinin rəis müavini – baş mühəndis Sənan Abbasovun göstərişinə əsasən Xidmətin işçiləri tərəfindən ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin istifadə qaydasının yoxlanılmasını eşitmiş, həmin mənzilin 10 iyun 2019-cu il tarixli, 19 nömrəli protokola uyğun olaraq 26 nömrəli kirayə müqaviləsi əsasında N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant X5 verilməsinə baxmayaraq, evdə ehtiyatda olan polkovnik-leytenant Şahid10 ailəsi ilə birgə kirayədə yaşadığı müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iş yerinə gəlməsini və rəis müavini Sənan Abbasovun xidməti otağına getməsini görmüş, lakin Təqsirləndirilən şəxs təxminən 10-15 dəqiqə sonra oradan çıxaraq inzibati binanı tərk etmiş, daha sonra Mənzil-istismar xidməti rəisi, polkovnik Şahid9 göstərişi Təqsirləndirilən şəxs xidmət apardığı 118 nömrəli otağın möhürlənmiş qapısı açılmış, orada olan “Xüsusi Təyinatlı Yaşayış sahələrinin Kirayə müqavilələrinin uçotu kitabı”na və Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2022ci il tarixli, 4 nömrəli protokoluna baxış keçirilərək kitabın , habelə protokolda adlar sürüşdürülməklə 4-cü vərəqinin 44-cü sırasında düzəlişlər edilərək guya ünvan 3 ünvanının Təqsirləndirilən şəxs adına verilməsinin saxtalaşdırılması müəyyən edilmişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs iş yerinə gəlmədiyindən iş müqaviləsinə xitam verilməklə vəzifəsindən azad olunmuş, bildiyinə görə, sonuncu həmin siyahıdan qanuni əsasla digər xidməti mənzil verilmiş “Şahid8” adlı zabiti çıxartmaqla öz adını siyahıya qeyd etmiş və sözügedən mənzilə dair kirayə müqaviləsinin imzalanmasına nail olmuşdur. Bundan başqa, sonradan Şahid2 sözlərindən eşitdiyinə görə, 2024-cü ilin əvvəllərində bölmə müdiri Təqsirləndirilən şəxs sonuncunun xidməti otağına gələrək “Xüsusi Təyinatlı Yaşayış sahələrinin Kirayə müqavilələrinin uçotu kitabı”nı göstərərək 78-ci səhifəsində boş olan 7-ci sətrinə adını və müəyyən ünvanı yazmasını tapşırmış və əsas kimi xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolu təqdim etmiş, Şahid2 həmin protokolun imzalı və möhürlü olmasını görüb orada olan qeydləri kitaba köçürmüşdür. Bundan başqa, xidməti fəaliyyət göstərdiyi 101 saylı otaqda yerləşən kompüterlər ümumi istifadədə olduğundan və Təqsirləndirilən şəxs məhz onlardan hansında iş gördüyünü bildiyindən, fikrincə iş vaxtından kənar zamanda kompüteri açıb iş stolunda yaddaşda saxladığı xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolun “Word” formatı üzərində düzəlişlər etməklə həmin protokolu yenidən çap edib digər sənədlərlə birlikdə imzalanması və möhürlənməsi üçün Mənzilistismar Xidmətinin rəisi, polkovnik Şahid9 təqdim etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 118 nömrəli xidməti otağına baxışlar keçirilən zaman hər bir halda otağın qapısı möhürlənmiş halda olmuş, ilk aktın tərtib olunması zamanı məhz müvafiq kitab və protokola baxış keçirilərək saxtakarlıq aşkar edilmişdir. H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 mənzilin kirayə verilməsi həmin mənzili yoxlayan Mənzil-istismar xidmətinin işçilərindən eşitmiş, fikrincə Təqsirləndirilən şəxs sözügedən mənzili kirayə verməklə əlavə gəlir mənbəyi əldə etmək niyyətində olmuşdur. Mənzil bölməsinin 101 və 102 saylı otaqları olmaqla ümumilikdə 3 sayda kompüter işlək olmuş, üzərində çalışdığı sənədlər imzalananadək əlavə və ya düzəlişlər zəruri ola biləcəyindən “Word” formatını kompüterin yaddaşından silməmiş və ya yaddaş kartına yükləmiş, kiminsə həmin sənədə düzəliş edib sonradan imzalanması və möhürlənməsinə nail ola biləcəyini ehtimal etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə səhər saatlarında iş yerində olan zaman bir neçə gün öncə Mənzil-istismar xidmətinin rəis müavini – baş mühəndis Sənan Abbasovun göstərişinə əsasən Xidmətin işçiləri tərəfindən ünvan 10 ünvanında yerləşən yaşayış sahəsinin istifadə qaydasının yoxlanılmasını eşitmiş, həmin mənzilin 10 iyun 2019-cu il tarixli, 19 nömrəli protokola uyğun olaraq 26 nömrəli kirayə müqaviləsi əsasında N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant X5 verilməsinə baxmayaraq, evdə ehtiyatda olan polkovnik-leytenant Şahid10 ailəsi ilə birgə kirayədə yaşadığı müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iş yerinə gəlməsini və rəis müavini Sənan Abbasovun xidməti otağına getməsini görmüş, lakin Təqsirləndirilən şəxs təxminən 10-15 dəqiqə sonra oradan çıxaraq inzibati binanı tərk etmişdir. Daha sonra Mənzil-istismar xidməti rəisi, polkovnik Şahid9 göstərişi Təqsirləndirilən şəxs xidmət apardığı 118 nömrəli otağın möhürlənmiş qapısı açılmış, orada olan “Xüsusi Təyinatlı Yaşayış sahələrinin Kirayə müqavilələrinin uçotu kitabı”na və Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2022ci il tarixli, 4 nömrəli protokolu aşkar edilərək baxış keçirildikdə kitabın 78-ci səhifəsinin 7-ci sırasındakı 5-ci və 9-cu qrafalarda, habelə protokolda adlar sürüşdürülməklə 4-cü vərəqinin 44-cü sırasında düzəlişlər edilməklə ünvan 3 ünvanının Təqsirləndirilən şəxs adına verilməsinin saxtalaşdırılması müəyyən edilmişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs iş yerinə gəlmədiyindən iş müqaviləsinə xitam verilməklə vəzifəsindən azad olunmuş, eşitdiyinə görə, Təqsirləndirilən şəxs həmin siyahıdan qanuni əsasla digər xidməti mənzil verilmiş “Şahid8” adlı zabiti çıxartmaqla öz adını həmin siyahıya qeyd etmiş və sözügedən mənzilə dair kirayə müqaviləsinin imzalanmasına nail olmuşdur. Bundan başqa, 2024-cü ilin əvvəllərində xidməti vəzifələrinin icrası ilə məşğul olan zaman bölmə rəisi Təqsirləndirilən şəxs xidməti otağına gələrək “Xüsusi Təyinatlı Yaşayış sahələrinin Kirayə müqavilələrinin uçotu kitabı”nı göstərərək 78-ci səhifəsində boş olan 7-ci sətrinə onun adını və müəyyən ünvanı yazmasını tapşırmış, həmin zaman sözügedən kitabın 7-ci sətrinin bir hissəsinin ağardıcı məhlulla boyanmasını görmüş və Təqsirləndirilən şəxs nə məsələ olduğunu soruşmuş, bu zaman sonuncu kitabda mexaniki səhvə yol verməsini, ünvanın və sair məlumatların düz yazılmamasını, özü üçün xidməti mənzilin ayrılmasını deyərək xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolu təqdim etmiş, protokola baxıb möhürlə təsdiq edilməsini görsə də, Təqsirləndirilən şəxs həmin protokol üzrə mənzil almış şəxslərin adlarının kitaba Şahid4 tərəfindən yazılmasını, özü yazdığı halda xətlərin fərq verəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs tələsdiyini deyərək sonuncunun məzuniyyətdə olmasını səbəb kimi göstərib kitabda müvafiq məlumatların tərəfindən qeyd edilməsi istəmiş, Təqsirləndirilən şəxs tərəddüd etdiyini görüb 4 nömrəli protokolda öz adının yazıldığı qrafanı göstərib kitabı yazmasını tələb etmiş, bundan sonra 7-ci sətrin 5-ci bəndində ünvan 11 ünvanını, 6-cı bəndində otağın sayı və mənzili kv/m, yəni 1 və 16,2 rəqəmlərini, 7-ci bəndində Təqsirləndirilən şəxs ad, soyad və ata adını və 8-ci bəndində ailə üzlərinin sayını 3 olması kimi qeyd etmiş, digər bəndlərdə yazılar dəyişilmədən qalmış və 11-ci bənddə Təqsirləndirilən şəxs özü imza etmiş, sonuncunun adına kirayə müqaviləsinin yazılıb-yazılmamasını xatırlamamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs xidməti otağına bir neçə dəfə baxış keçirilməsini eşitsə də, tarixləri və səbəbləri barədə dəqiq məlumatı olmamış, hər bir halda, yəni baxışdan öncə və sonra 118 nömrəli xidmətin otağın giriş qapısının möhürlənmiş halda olmasını görmüşdür. ünvan 12 ünvanında yerləşən 1 nömrəli mənzilin kirayə verilməsini həmin mənzili yoxlayan Mənzilistismar xidmətinin işçilərindən eşitmiş, fikrincə Təqsirləndirilən şəxs sözügedən mənzili kirayə verməklə əlavə gəlir mənbəyi əldə etmək niyyətində olmuşdur. Mənzil bölməsinin 101 və 102 saylı otaqları olmaqla ümumilikdə 3 sayda kompüter işlək və ümumi istifadədə olmuşdur. Nazirliklə əmək münasibətində olan mülki və hərbi qulluqçulara xidməti mənzillər yaşayış sahəsi olmayan şəxslərə növbəlik və müəyyən imtiyazlar (uşağı xəstə, əməkhaqqısı az, xidmət illər çox, veteranlıq və sair) əsasında növbəsiz verilə bilərmiş, adlarına kirayə müqaviləsi tərtib olunmuş şəxslər həmin sənəd əsasında müqavilədə qeyd olunmuş ünvan üzrə rayon polis idarəsinə və ya “Asan Xidmət” mərkəzlərinə müraciət edərək qeydiyyata düşmüşlər, kirayə haqqı və sair ödəniş almamışlar, onlar istifadəyə verilmiş evləri səliqə saxlamalı, kommunal ödənişləri MİS-lərə vaxtı-vaxtında ödəməli və təyinatı üzrə istifadə etməli olmuşlar. Məhkəmə iclasında dindirilmiş şahidlər Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin işçiləri Şahid3, Şahid4 və Şahid5 Şahid1 və Şahid2 ifadələrində göstərdikləri halları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə Mənzil-istismar xidmətinin rəis müavini – baş mühəndis Sənan Abbasovun göstərişinə əsasən Şahid7 və Nail Ağayevlə birlikdə yoxlama keçirilməsi üçün kirayə müqaviləsi əsasında X5 verilmiş ünvan 12 ünvanında yerləşən 1 nömrəli mənzilin yaxınlığına getmişlər, qapını döydükdə özünü Aygün Quliyeva kimi təqdim edən şəxsdən X6 tanıyıb-tanımaması və hansı sənədlər əsasında həmin mənzildə qalmasını soruşduqda sonuncu cavab olaraq, X6 tanımadığını, həyat yoldaşı Şahid10lə birlikdə həmin mənzildə kirayə qalmasını və evi Təqsirləndirilən şəxs kirayə əsasında götürdüklərini, digər suallara cavab verilməsi üçün həyat yoldaşının və Təqsirləndirilən şəxs nömrəsini bildirmiş, bundan sonra Şahid10lə danışıq aparmışlar, eyni sualları ona da vermişlər, sonuncu sabiq hərbi qulluqçu olmasını deyərək bu halı təsdiq etdiyindən qeyd edilənləri S.Abbasova məruzə etmişlər, sonuncu isə hadisəni aktlaşdırmalarını tələb etmişdir. Bundan sonra Şahid10 bununla bağlı məlumat verib yoldaşının sənədə imza etməli olmasını demiş, sonuncu ilk olaraq razılaşsa da, qısa müddət keçdikdə zəng vurub Təqsirləndirilən şəxsla danışmasını və sonuncunun hər hansı bir sənədə imza etməmələrini tapşırmasını bildirmişdir. Suallara cavab olaraq Aygün xanımın qapını tam şəkildə açdığını, Şahid7 da xanıma suallar verdiyini və xanımı tam şəkildə gördüyünü, akt tərtib olunduğunu, aktın hüquqşünasa verildiyini və daha sonra rəhbərliyə verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ilk dəfə Mahir adlı makler onu və yoldaşını evlə tanış etmişdir. 1-ci ayın kirayə pulunu həmin Mahir adlı şəxsə vermiş daha sonra Mahir bildirmişdir ki, kart göndərəcək və bundan sonrakı ödənişlər həmin karta olunacaqdır. Həmin o kartda qadın çıxdığına görə ödənişi yoldaşı edirdi. Evin kirayə pulu 300 manata danışılmışdı. Suallara cavab olaraq, evin sahibinin kimliyi barədə məlumatının olmamasını, Müdafiə Nazirliyinin işçiləri tərəfindən yoxlama aparılan zaman toyda olduğunu, yoldaşının onu yığaraq Müdafiə Nazirliyinin işçilərinin evə gəldiyini bildirdiyini, daha sonra onu bir kişinin yığaraq onun kim olduğunu, bu evdə niyə qaldıqlarını və evin Müdafiə Nazirliyinin tabeliyində olduğuna görə evi boşaltmaqlarını bildirdiyini, o da kirayədə qaldıqlarını və hazırda toyda olduğunu qayıtdıqdan sonra evi boşaldacağını, Müdafiə Nazirliyinin işçiləri tərəfindən tərtib olunmuş protokoldan xəbəri olmadığını və həmin protokola nə o, nə də yoldaşı tərəfindən imza atılmadığını, sadəcə olaraq telefonda Müdafiə Nazirliyinin işçiləri tərəfindən akt tərtib ediləcəyi bildirilmiş, o da akta imza atılmayacağını bildirdiyini, izahat yazdığını aktı görmədiyini, yoldaşının Turalı tanımadığını, əgər evdə adı çəkilibsə oradan eşitdiyini, pul ödədikləri qadın tərəfindən onlara bundan sonra aylıq kirayə pulunun Tural adlı şəxsə veriləcəyini və onunla əlaqə saxlamalı olmağı bildirildiyini, Turalla telefonda sadəcə 1 dəfə danışdığını və pulu ona ödəyəcəyini soruşduğunu Turalında ona lazım olanda özünün xəbər edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin işçisi Şahid7 Şahid6 ifadəsində göstərdiyi halları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə baş mühəndis Sənan Abbasov ona ümumi olaraq məlumat verərək 11 iyun 2019-cu il tarixdə kirayə müqaviləsi əsasında X5 verilmiş Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzildə mülki şəxslərin kirayə qalmasını öyrənməsini və yoxlatdırmaq istədiyini söylədi, razılıq verdiyindən S.Abbasovun göstərişinə əsasən Şahid6, Şahid7 və Nail Ağayev yoxlama keçirilməsi üçün həmin mənzilə getdilər. Bundan sonra qeyd edilən evdə ehtiyatda olan zabit Şahid10 ailəsi ilə birgə kirayədə yaşadığının müəyyən edilməsini və sonuncunun sözünə əsasən ev sahibinin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. 12 fevral 2024-cü il tarixdən Təqsirləndirilən şəxs iş yerinə gəldi, ilk olaraq rəis müavini Sənan Abbasovun xidməti otağına getmiş, daha sonra onun yanına gəldi, sonuncudan evi necə xidməti istifadəsinə götürməsini soruşaraq komissiyanın sədri kimi ona ev verilməsini xatırlamadığını söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs mənzil komissiyası protokolunun tərtibatının yoxlanılması üçün komissiyanın katibi Şahid1 tərəfindən ona təqdim edildikdə həmin siyahıdan qanuni əsasla digər xidməti mənzil verilmiş Şahid8 adlı zabiti çıxartmaqla öz adını siyahıya qeyd etməsini, sözügedən sənədin və mənzilə dair kirayə müqaviləsinin tərəfindən imzalanmasına nail olmasını dedikdə Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs saxtakarlığından məlumatının olmadığını, növbəti günlərdə də Təqsirləndirilən şəxs iş yerinə gəlmədiyindən onun iş müqaviləsinə xitam verilməklə vəzifəsindən azad olunduğunu, Təqsirləndirilən şəxs qanunsuz əməllərindən öncədən məlumatının olmadığını, sadəcə diqqətsizliyindən, təqdim olunmuş sənədlər və iş çox olduğundan həmin sənədləri tam yoxlamadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sonlarında xidməti mənzillə təmin olunmağa dair növbəyə düşmək üçün tələb edilən müvafiq, yəni ailə tərkibi və yaşayış yeri haqqında arayışlar, Əmlak Məsələləri Dövlət Xidmətindən arayış, ailə üzvlərinin vəsiqələrinin surəti və sair sənədləri toplamaqla hərbi hissə komandanlığına müraciət etmiş, daha sonra rəhbərlik tərəfindən ünvanlanan məktub əsasında sənədlərin yoxlanılması və növbəyə daxil edilməyi üçün Müdafiə Mazirliyinin Mənzil istismar xidmətinə göndərilmişdir. Bununla da, 2021-ci ilin may ayının sonlarında hərbi hissənin Maddi-texniki təminat idarəsindən ona məlumat verilərək artıq adına xidməti mənzilin ayrılması və Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinə müraciət etməli olduğu bildirilmişdir. Deyilənlərə riayət edərək həmin Xidmətə getmiş və xx.xx.2021-ci il tarixli, 34 nömrəli kirayə müqaviləsi əsasında ona ünvan 13 ünvanında yerləşən 4 nömrəli xidməti mənzil ayrılmış, buna baxmayaraq, həmin ünvanda vəfat etmiş hərbi qulluqçunun ailəsi qaldığından mənzilə köçə bilməmiş, daha sonra bu haqda Mənzil bölməsinin rəisi Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu Bakı Qarnizonu Hərbi Polis idarəsi və digər zəruri daxili qurumlara məlumat verməsini, işi həll etməyə çalışacağını desə də, sonradan məsələnin uzanmasını görüb hərbi hissə komandanlığına yenidən müraciət etmiş və 2022-ci ilin avqust ayında qərargah rəisi sözügedən ünvana köçürülməsinə köməklik edilməsinə dair Mənzil-istismar xidmətinin rəhbərliyinə məktub göndərmişdir. 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona 4 otaqlı mənzilin istifadəsinə veriləcəyinə dair məlumat versə də, yalnız bir il sonra məsələsi həll olunmuş, yəni xx.xx.2023-cü il tarixdə, 3 nömrəli kirayə müqaviləsi əsasında ona ünvan 14 ünvanında yerləşən 98 nömrəli xidməti mənzil ayrılmış, 2024-cü ilin yanvar ayında həmin mənzilə ailəsilə birgə köçmüşdür. Həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə digər xidməti mənzillə təmin edilməmiş, ünvan 15 ünvanında yerləşən 4 otaqlı 27 nömrəli xidməti mənzildə olmamış, həmin mənzilin ona ayrılması haqda kimdənsə məlumat almamış, kirayə müqaviləsi tərtib edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi mənafelərinə görə saxtakarlığa yol verdiyi üçün onun barəsində yalan halları uydurmuşdur. Fikrincə Təqsirləndirilən şəxs maddi vəziyyətində çətinliklər olduğundan xidməti mənzillə təmin olunmaq üçün onun adını siyahıdan çıxardaraq öz adını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 nömrəli Mənzil-istismar sahəsi rəisinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli məktubundan görünür ki, ünvan 12 ünvanında yerləşən 1 nömrəli mənzil 10 iyun 2019-cu il tarixli, 19 nömrəli protokol əsasında 26 nömrəli kirayə müqaviləsi üzrə X5 verilməsinə baxmayaraq, evdə sabiq hərbi qulluqçu Şahid10 ailəsi ilə birgə yaşadığı müəyyən edilmişdir (cild 01, i.v. 11); xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Şahid10 Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzili təhvil vermişdir (cild 01, i.v. 12); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs xidməti istifadəsinə götürdüyü ünvan 12 ünvanında yerləşən 1 nömrəli mənzilin təhvil verilməsi ilə bağlı müraciət etmişdir (cild 01, i.v. 13); xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolun surətindən görünür ki, 47 hərbi qulluqçu və mülki şəxsə xidməti mənzil ayrılmaqla cədvəlin 44-cü bəndində Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzilin ayrılması əks etdirilmişdir (cild 01, i.v. 14-21); xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolun surətindən görünür ki, 47 hərbi qulluqçu və mülki şəxsə xidməti mənzil ayrılmaqla cədvəldə Təqsirləndirilən şəxs adı və Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzilə dair məlumatlar əks olunmamışdır (cild 01, i.v. 22-29); “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nın surətindən görünür ki, kitabın 78-ci səhifəsinin 7 saylı qeydiyyat nömrəsi qarşısında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması əks etdirilmişdir (cild 01, i.v. 30-32); Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 369 nömrəli əmrinin surətindən görünür ki, Bakı Qarnizonunda yerləşən xidməti mənzillərin düzgün bölüşdürülməsi və istifadəsinə nəzarət edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə komissiya yaradılmışdır (cild 01, i.v. 49-50); Mənzil bölməsinin bir qisim sənədlərinə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli aktdan görünür ki, 12 fevral 2024-cü il tarixində mənzil bölməsin müdiri mülki işçi Təqsirləndirilən şəxs iş otağına baxış keçirilən zaman oradan aşkar olunmuş xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabına və ünvan 17 il tarixli, 8 (səkkiz) vərəqdən ibarət 4 nömrəli protokola baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabının 78-ci səhifəsinin 7-ci sırasındakı 5-ci qrafada düzəlişlər edilərək ünvan 16 ünvanı, eləcə də 9-cu qrafada düzəliş edilərək Təqsirləndirilən şəxs adına saxtalaşdırılmışdır. Müdafiə Nazirliyinin balansında olan ünvan 16 ünvanındakı xidməti yaşayış sahəsi ünvan 17 il tarixli 4 nömrəli protokolunun 4-cü vərəqində dəyişiklik edilərək 44-cü sırada Təqsirləndirilən şəxs adı yazılaraq saxtalaşdırımışdır. Baxış zamanı Təqsirləndirilən şəxs iş otağında pul və qiymətli əşya aşkar olunmadı. Lakin 5 ədəd qeydiyyatsız disk aşkar edildi, disklər yoxlanıldı və rayon Mənzil- sssmar hissəsinə aid fondun elektron məlumatları olduğu məlum oldu. Mənzil bölməsinin müdiri vəzifəsini icra edən Şahid1 təhvil verilmişdir (cild 01, i.v. 107); Mənzil bölməsinin bir qisim sənədlərinə baxış keçirilməsi haqqında 01 mart 2024-cü il tarixli aktdan görünür ki, 12 fevral 2024-cü il tarixində mənzil bölməsin müdiri mülki işçi Təqsirləndirilən şəxs iş otağına baxış keçirilən zaman oradan aşkar olunmuş xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabına və ünvan 17 il tarixli, 8 (səkkiz) vərəqdən ibarət 4 nömrəli protokola baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabının 78-ci səhifəsinin 7-ci sırasındakı 5-ci qrafada düzəlişlər edilərək ünvan 16 ünvanı, eləcə də 9-cu qrafada düzəliş edilərək Təqsirləndirilən şəxs adına saxtalaşdırılmışdır. Müdafiə Nazirliyinin balansında olan ünvan 16 ünvanındakı xidməti yaşayış sahəsi ünvan 17 il tarixli 4 nömrəli protokolunun 4-cü vərəqində dəyişiklik edilərək 44-cü sırada Təqsirləndirilən şəxs adı yazılaraq saxtalaşdırımışdır (cild 01, i.v. 108); xx.xx.2019-cu il tarixli, 19 nömrəli protokoldan görünür ki, həmin tarixdə ünvan 12 ünvanında yerləşən 1 nömrəli mənzil X2 xidməti istifadəsinə verilmişdir (cild 01, i.v. 1128- 118); Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsi rəisinin xx.xx.2018-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs mənzil bölməsinin mühəndis-mənzil fondu üzrə müfəttiş vəzifəsinə təyin edilmişdir (cild 01, i.v. 132); Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən mənzil bölməsinin müdiri vəzifəsinə keçirilmişdir (cild 01, i.v. 133); Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin xx.xx.2024-ci il tarixli, 48 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən mənzil bölməsinin müdiri Təqsirləndirilən şəxs əmək müqaviləsinə 23 fevral 2024-cü il tarixdəm xitam verilməklə vəzifəsindən azad edilmişdir (cild 01, i.v. 134); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-89336/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir (cild 01, i.v. 166); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 daxil olmuş 08 iyun 2024-cü il tarixli, 7263 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, i.v. 168); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx/xx-6533 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 01, i.v. 170); 19 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid8 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ünvan 15 ünvanında yerləşən 4 otaqlı 27 nömrəli mənzilin xidməti istifadəsinə verilməsi haqda məlumatının olmamasını və sonuncuya evdən imtina etməsi barədə məlumat verməməsini bildirərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa etmişdir (cild 02, 12-14); Zərər çəkmiş şəxs qismində tanıma barədə 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 29-30); 27 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu” kitabı 204 vərəqdən ibarət olmaqla hər səhifəsində 13 qrafada xidməti kirayə müqavilələrinə dair zəruri qeydiyyat məlumatlarının əks olunması görünür. Kitabın 78-ci səhifəsinə diqqətlə baxdıqda 7-ci sıranın 5 və 9-cu qrafalarında olan yazıların pozulması və ya xüsusi mürəkkəblə ağardılmasını, habelə həmin hissələrə müvafiq olaraq “Bakı ş., Yasamal r-nu, H.Məcidov k. ev 5A, mənzil 1” və “Təqsirləndirilən şəxs” kimi yazıların qeyd edilməsini, sonuncu yazının üzərinə gerbli möhürün vurulmasını müşahidə etmək mümkün olur. 2 ədəd “Daxil olan sənədlərin qeydiyyatı” kitabları müvafiq olaraq 150 və 142 vərəqdən ibarət olmaqla hər səhifəsində 15 qrafada daxil olan sənədlərə dair zəruri qeydiyyat məlumatlarının əks olunması görünür. 150 vərəqdən ibarət olan kitabın “10390” daxil olma sıra nömrəsi qarşısında olan qeydlər üzrə H.Zeynalabdin mənzil-istismar hissəsinin xx.xx.2021-ci il tarixli, 1106 nömrəli məktubunun əks etdirilməsi müşahidə edilir. 142 vərəqdən ibarət olan kitabın “15295” daxil olma sıra nömrəsi qarşısında olan qeydlər üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-05779- 2021 nömrəli məktubunun əks etdirilməsi müşahidə edilir. 2 ədəd “Daxil olan sənədlərin qeydiyyatı” jurnalları müvafiq olaraq 256 və 102 vərəqdən ibarət olmaqla hər səhifəsində 14 qrafada daxil olan sənədlərə dair zəruri qeydiyyat məlumatlarının əks olunması görünür. 102 vərəqdən ibarət olan jurnalda iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməsə də, 256 vərəqdən ibarət olan jurnalda “1403” qeydə alınma nömrəsi qarşısında olan qeydlər üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzili təhvil verməsinin əks etdirilməsi müşahidə edilir (cild 02, i.v. 39-40); Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-ci il tarixli, 55 nömrəli qərarı təsdiq edilən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində mənzil-istismar xidməti və mənzil təminatı haqqında Təlimat”dan çıxarışa əsasən, mənzil bölməsinin müdirinin yaşayış sahəsinin alınması, qeydiyyatı, bölüşdürülməsi və yerləşdirmə işlərinin düzgünlüyünün sistematik yoxlanmalarının aparılmasına cavabdeh mülki şəxs kimi Müdafiə Nazirliyinin hərbi qulluqçularının, fəhlə və qulluqçularının yaşayış sahəsi ilə təmin olunması qeydiyyatının aparılmasına nəzarət etmək, hərbi qulluqçular və onların ailələrinin qarnizonlarda yaşayış sahəsi ilə təmin olunmasında tabeliyində olanlar vasitəsilə ilkin məlumatları toplamaq və vəziyyəti analiz etmək, qarnizonlarda və hərbi hissələrdə yaşayış sahəsinin qeydiyyatı, bölüşdürülməsi, yerləşdirmə işləri və istifadəsinin düzgünlüyünün şöbənin əməkdaşları tərəfindən yoxlanılması planlarını hazırlamaq, Müdafiə Nazirliyi ilə əlaqəsini itirmiş şəxslərin qapalı və xüsusi hərbi şəhərciklərdən köçürülməsi hesabatının aparılmasına nəzarət etmək, mənzil məsələləri üzrə əmrlər və derektivlərin layihələrini işləyib hazırlamaq, hərbi qulluqçular və onların ailə üzvlərinin məktubları, şikayətləri və ərizələrinə cavabların hazırlanmasını işini təşkil etmək, rayon mənzil-istismar hissələrində aparılan yoxlama aktları üzrə nəticə və qərarların icrasına nəzarəti həyata keçirmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul şəxs kimi vəzifələri müəyyən edilmişdir (cild 02, i.v. 57-58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/2-26970/2024 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı ünvan 19ət” mərkəzinə müraciəti əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi ev 5A ünvanında yerləşən 1 nömrəli mənzilə qeydiyyata alınmış və buna əsas təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə olmuşdur (cild 02, i.v. 71-76); 03 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 17 il tarixli, 4 nömrəli imzalanmış və imzalanmamış hər bir halda 8 vərəqdən ibarət olan protokollarına baxış keçirilərək eynilik və fərqlilikləri müqayisə edildi. Müqayisə zamanı protokollarda olan əksər yazıların eynilik təşkil etməsi, daxilində olan cədvəllərin hər bir halda 47 bənddən ibarət olması, adlar və qarşısındakı qeydlərin fərqli bəndlərdə olsa belə təkrarlanmaları, yalnız cəmi 2, yəni imzalanmamış protokolun 7-ci və imzalanmış protokolun 44-cü bəndlərində fərqliliyin olması aşkar edildi. Belə ki, imzalanmamış protokolun 7-ci qrafasında “N nömrəli hərbi hissə, polkovnik-leytenant Şahid8, Həyat yoldaşı: Abbasova (İsayeva) Arzu Eldar qızı -1989, Qızı: Abbasli Zeynəb – 2009, Oğlu: Abbaslı Əli – 2011, Oğlu: Abbaslı Ünal – 2013, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi “Bakı-188” h/ş bina 25a mənzil 27 (4/67,0)” kimi yazıların, imzalanmış protokolun 44-cü qrafasında isə “Mənzil-İstismar İdarəsi, qulluqçu Təqsirləndirilən şəxs, Həyat yoldaşı: X7 -1987, Qızı: X8 – 2021, ünvan 18 (1/16,2)” kimi yazıların protokollar üzrə birbirindən fərqli olaraq qeyd edilməsi müəyyən edilmişdir. 16 yanvar 2023-cü il tarixli, 01854 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətinə baxış keçirildikdə ünvan 12 ünvanında yerləşən 1 nömrəli 1 otaqlı mənzilin 23 dekabr 2022-ci il tarixli, 4 nömrəli protokola əsasən ailə üzvləri ilə birgə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi, həmin tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini icra edən, polkovnik Şahid9 tərəfindən, 17 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs tərəfindən imzalanması müşahidə edilmişdir (cild 02, i.v. 77); Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanımaq haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş hüquqi şəxs yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (Mənzil-istismar xidməti) nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (cild 02, i.v. 82- 83); Sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və cinayət təqibinin açılması haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələrindən həmin Məcəllənin 308.1, 313 və 320.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə cinayət təqibinin açılması və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ona ittiham elan olunması, ********* nömrəli cinayət işinin materiallarından Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Salyan rayon Mənzil-istismar hissəsinin istismar-texniki bölməsinin sabiq rəisi X13 və qeyrilərinin öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət alma və vəzifə saxtakarlığı cinayət əməlləri törətmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması haqda qərar qəbul edilməsi, ********* nömrəli cinayət işindən ayrılan cinayət işində Əvəz Rüstəmov, Emin Əmiraslanov, Raman Abbasov və qeyrilərinin əməllərinə, habelə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən daxil olmuş materiallarda əks olunan və həmin materiallardan irəli gələn sair xüsusatlara hüquq qiymət verilməsinin təmin olunması, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi və qərarın təsviri - hissəsində göstərilən dəlillər istintaq zamanı təqzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməklə rədd edilməsi, iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zərərçəkmiş şəxs qismində tanınması haqda qərar əsaslı hesab edilməklə qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ünvan 18 ünvanında yerləşən yaşayış sahəsini istifadəsinə götürməsi məqsədilə həyata keçirdiyi qanunsuz əməllər barədə əvvəlcədən digər şəxslərin məlumatlı olmaları və həmin cinayət əməllərinin əlbirliklə törədilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi, Bakı qarnizonu üzrə mənzil komissiyasının Bakı qarnizonu rəisi, habelə mənzil komissiyasının sədri, katibi və üzvləri tərəfindən imzalanmış və mzalanmamış hər bir halda 8 vərəqdən ibarət olan 23 dekabr 2022-ci il tarixli, 4 nömrəli protokollarının, xx.xx.2023-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin və “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu” kitabının surətlərinin maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması, hazırki qərarın 7-ci bəndində qeyd olunan xüsusatlarla bağlı zəruri materiallar cinayət işinin materiallarından ayrılaraq müvafiq qaydada qeydiyyata alınmaqla arxivdə saxlanılması üçün Baş İdarənin İstintaq idarəsinin dəftərxanasına təhvil verilməsi, qərarın nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır (cild 02, i.v. 88-112). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda maddi ehtiyacları olduğundan və əməkhaqqı aşağı olduğunan bu əməlləri etdiyi üçün qismən təqsirli bildiyini bildirsə də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış, Təqsirləndirilən şəxs göstərdiyi arqumentə münasibətdə verdiyi ifadələrində səmimi olmaması müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özü də ifadəsində təsdiq etmişdir ki, 2021-ci ildə mənzil ehtiyacı ilə bağlı müraciət etsə də, mənzillərin əsasən hərbi qulluqçulara ayrıldığını öyrənmiş, növbəti komissiya iclaslarında da mənzilə çıxmaq imkanını əldə etməmişdir. Bu vəziyyətdə şəxsi marağının təmininə yönəlik addım ataraq xx.xx.2022-ci il tarixli, 4 nömrəli protokolun “Word” formatlı versiyasını ümumi istifadədə olan kompüterdə açaraq polkovnik-leytenant Şahid8 dair məlumatları silmiş, digər adları bir pillə yuxarı çəkməklə öz adını 44-cü sıraya daxil etmişdir. Protokolun bu şəkildə təhrif edilməsini etiraf edən Təqsirləndirilən şəxs onu da bildirib ki, protokolun birinci və sonuncu vərəqlərini saxlayaraq digər vərəqləri dəyişdirib və həmin sənədi çap edib rəhbərliyə imzalanmaq üçün təqdim etmişdir. Bu etirafı Qənbərovun təqsirini tam şəkildə ortaya qoyur və özünün qulluq səlahiyyətlərindən şəxsi məqsədlə istifadə etdiyini təsdiqləyir. Bu faktlar CM-nin 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərini bilavasitə sübut edir. Qənbərov ifadəsində həmçinin qeyd etmişdir ki, sonradan “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu kitabı”nın 78-ci səhifəsində qeyd edilmiş mənzil ünvanında mexaniki səhvə yol verdiyini görərək həmin səhifəni xüsusi mürəkkəblə ağartmış və tabeliyində olan mülki işçi Şahid2 protokolda olan məlumatları həmin kitabda qeyd etməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 bu halı təsdiq edərək göstərmişdir ki, Qənbərov ona möhürlü və imzalı protokolu təqdim etmiş, 78-ci səhifənin 7ci sətirində olan boşluğa onun adına və mənzil ünvanına dair məlumatların qeyd edilməsini istəmişdir. Bundan başqa, Şahid1 da bildirmişdir ki, ümumi istifadədə olan kompüterdə saxlansa da, “Word” sənədində sonradan kimin dəyişiklik etdiyini ehtimal etməmişdir və Qənbərovun həmin protokolu saxta şəkildə təqdim etdiyini sonradan öyrənmişdir. Bu ifadələr Qənbərovun protokolun məzmununu təhrif etdiyini təkzibolunmaz şəkildə sübut etməklə yanaşı, onun qulluq səlahiyyətlərini şəxsi mənfəəti üçün istifadəyə yönəltdiyini təsdiqləyir. Əməli təkcə sənədlərin saxtalaşdırılması ilə bitməyən Qənbərov həmin saxta protokola əsasən xx.xx.2023-cü il tarixli, 01854 nömrəli kirayə müqaviləsini tərtib edərək bu sənədi xx.xx.2023-cü ildə 3 saylı ünvan 19ət” mərkəzinə təqdim etmiş və qeyd edilən mənzil ünvanına qeydiyyata düşmüşdür. Bu hal Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təqdim etdiyi sənədlə təsdiqlənmişdir (cild 02, i.v. 71–76). Beləliklə, bilə-bilə saxta olan rəsmi sənədin dövlət orqanında hüquqi nəticə doğuracaq şəkildə istifadəsi baş vermiş və bu hal Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin dispozisiyasına tam uyğun gəlmişdir. Qənbərov öz ifadəsində bu sənədi “yalnız qeydiyyat üçün” təqdim etdiyini bildirsə də, məhkəmə üçün bu izah müdafiə xarakterlidir və saxta sənədin faktiki istifadə faktını dəyişmir. Nəhayət, xx.xx.2019-cu il tarixli, 19 nömrəli protokola əsasən həmin mənzilin əvvəldən baş leytenant X5 ayrıldığı və faktiki olaraq Şahid10 adlı sabiq hərbi qulluqçunun ailəsi ilə birgə həmin mənzildə kirayədə yaşadığı müəyyən edilmişdir. Şahid10 də ifadəsində bu mənzili kirayə götürdüklərini və əvvəl bir makler, daha sonra isə sonrakı ödənişlərin Təqsirləndirilən şəxs edilməli olduğunu dediklərini bildirib. Bu ifadə Qənbərovun mənzili qanunsuz olaraq kirayə verməklə özünə əlavə gəlir mənbəyi yaratdığını göstərir və bu da CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan “mühüm zərər” anlayışını həm hüquqi, həm də faktiki baxımdan formalaşdırır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli təhviltəslim aktı, Mənzil-istismar İdarəsinin 07 nömrəli məktubu və Müdafiə Nazirliyinin zərərçəkmiş şəxs kimi tanınması barədə qərar da (cild 01, i.v. 11–13; cild 02, i.v. 29–30) bu zərərin mövcudluğunu rəsmi qaydada təsdiqləyir. Beləliklə, Təqsirləndirilən şəxs protokola yalan məlumatların daxil etməsi, uçot kitabında saxtalaşdırma aparması və bu sənədlərə əsaslanaraq hüquq verən saxta sənəddən dövlət orqanında istifadə etməsi onun barəsində 308.1, 313 və 320.2-ci maddələrlə irəli sürülmüş ittihamların sübutlarla tam təsdiqləndiyini göstərir. Əməllər vahid şəxsi niyyətlə, məqsədyönlü şəkildə və şəxsi qazanc məqsədilə törədilmişdir ki, bu da ona verilmiş hüquqi qiymətin qanuni və əsaslı olduğunu şübhə altına almır. Həmçinin o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini səmimi etiraf edərək yalnız maddi ehtiyaclarının olduğu və əməkhaqqının aşağı olması səbəbinə görə özünü qismən təqsirli bilmişdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, ona hazırkı hökmlə Azərbaycan Respublikası CM-nin 308.1 və 320.2-ci maddələri ilə həmin maddələrinin sanksiyası çərçivəsində cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə isə həmin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ayrıca qərarla xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi əsasları yuxarıda qeyd olunan ayrıca qərarda əsaslandırılacaq. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Cinayət işi başlanması haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, 140c- 24 №-li material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 01, i.v. 4); Cinayət işinin icraata qəbul edilməsi haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 5); Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə xx.xx.2019-cu ildə nikahlarını bağlamışlar (cild 01, i.v. 44); Birgə istintaq qrupunun yaradılması haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X1 rəhbərliyi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 ibarət tərkibdə birgə istintaq qrupu yaradılması qərara alınmışdır (cild 01, i.v 156-157); xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, i.v. 162); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 01, i.v. 174-175); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və işin icraata qəbul edilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələri ilə istintaq edilərək icraatı dayandırılmış ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir (cild 01, i.v. 179-180); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələrinə tövsif edilmişdir (cild 01, i.v. 183-185); Cinayət işinin icraata qəbul edilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul olunmuş və ********* nömrəli cinayət işinə birləşdirilməsi haqda ayrıca qərar qəbul edilmişdir (cild 01, i.v. 186); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Salyan rayonu Mənzil-İstismar Hissəsinin vəzifəli şəxslərinin rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və sair qanunsuz əməllərinə dair faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 341.2.1-ci maddələri ilə cinayət işi başlanılmış, cinayət işi icraata qəbul edilərək dərhal həmin cinayət işinin ibtidai istintaqına başlanılmışdır (cild 01, i.v. 187-188); İbtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir (cild 01, i.v. 189-190); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 02, i.v. 25-26); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və işin icraata qəbul edilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə istintaq edilərək icraatı dayandırılmış ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir (cild 02, i.v. 27-28); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 02, i.v. 32-33); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və işin icraata qəbul edilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.3, 308.1, 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə istintaq edilərək icraatı dayandırılmış ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir (cild 02, i.v. 37-38); Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin rəisi tərəfindən təqdim edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi cəhətdən xarakterizə olunmuşdur (cild 02, i.v. 61); İbtidai istintaq müddətinin uzadılması haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay uzadılmışdır (cild 02, i.v. 117-119); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 02, i.v. 120-122); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 142-143); Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Müdafiə Nazirliyinin Mənzil-istismar xidmətinin Salyan rayon Mənzil-istismar hissəsinin istismartexniki bölməsinin sabiq rəisi X13 və qeydlərinin öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət alma və vəzifə saxtakarlığı cinayət əməlləri törətmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178 2.3, 308.1. 311.3.1, 311.3.2, 313 və 341.2.1-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmiş, ********* nömrəli cinayət işinə ayrılmış cinayət işindəkı müvafiq sənədlərin əsli və ya surətinin siyahı üzrə əlavə edilmişdir (cild 02, 148-150). Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən müddətin keçməsi ilə bağlı bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X9 və X10 adında övladları vardır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, o cümlədən, cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CMin 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 308.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzaya məhkum edilməli, ona AR CM-nin 308.1-ci madəsinə münasibətdə əlavə cəza olaraq AR CM-nin 46.2-ci maddəsinə əsasən 01 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzalar qismən toplanılmalı və əlavə cəza əsas cəzaya birləşdirilməli, əsas cəza üzrə cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası yaşayış yeri üzrə Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı qarnizonu üzrə mənzil komissiyasının Bakı qarnizonu rəisi, habelə mənzil komissiyasının sədri, katibi və üzvləri tərəfindən imzalanmış və imzalanmamış hər bir halda 8 vərəqdən ibarət olan 23 dekabr 2022-ci il tarixli, 4 nömrəli protokollarının, xx.xx.2023-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin və “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu” kitabının surətləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 03 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Bakı qarnizonu üzrə mənzil komissiyasının Bakı qarnizonu rəisi, habelə mənzil komissiyasının sədri, katibi və üzvləri tərəfindən imzalanmış və imzalanmamış hər bir halda 8 vərəqdən ibarət olan 23 dekabr 2022-ci il tarixli, 4 nömrəli protokollarının, xx.xx.2023-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin və “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələrinin uçotu” kitabının surətləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-94/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-94/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver