Məhkəmə qərarları › İş №1(004)-95/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-95/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-95/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: ünvan 5al Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X9, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi qeyri rəsmi yaşayış səhəsi, ev 99-t ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 5al Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində ünvan 1 saylı ünvanında yerləşən meyvə-tərəvəz kənd məhsulları satışı mağazasının qarşısında ailə üzvləri ilə birlikdə keçərkən, həmin mağazanı icarə müqaviləsi əsasında işlədən tanışı Zərərçəkmiş şəxs ona ailə üzvlərinin yanında atmaça atması və «Noldu bəs Laçına gedirdin» məzmunlu şəxsiyyətinə toxunan sözlər deməsinə görə həmin mağazaya qayıtmış, orada Zərərçəkmiş şəxs ona ailə üzvlərinin yanında təhqir etməsini irad kimi bildirib sonuncudan davranışlarına diqqət etməsini, anadan olduğu Laçın rayonun ünvanına xoşagəlməz sözlər bildirməməsini tələb etmiş, həmin vaxtı Zərərçəkmiş şəxs onun haqlı iradlarına əhəmiyyət verməyərək onu təhqir etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə əl zərbələri ilə vuraraq ona sol gicgah nahiyəsinin qançırı, üst çənədə hər iki tərəfdə 1,2,3-cü dişlərin sınması (itirilməsi) ilə müşaiyət olunmuş hər iki dodağın qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Laçın rayonu Minkənd kəndində pasport qediyyatındadır və faktiki ünvan 5al rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi qeyri rəsmi yaşayış səhəsi ev 99-t-də ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin may ayından onun yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsulların satışı mağazasında meyvələrin satışı ilə məşğul Zərərçəkmiş şəxs tanıyır. Onun onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Dəfələrlə Zərərçəkmiş şəxs ev üçün meyvə və digər kənd məhsulları almış və onunla normal münasibəti olmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən 20:30 radələrində o, həyat yoldaşı X2 və yetkinlik çatmayan övladları ilə birlikdə Zərərçəkmiş şəxs işlədiyi ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Ziyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsulların satışı mağazasının qarşısından keçərkən, həmin günü Laçın rayonun işğaldan azad olduğu gün olduğundan, Zərərçəkmiş şəxs ona ailə üzvlərinin yanında onun onunla heç bir vaxta zarafatı olmadığından, onun ona qəsdən sataşmaq məqsədi ilə «Noldu bəs Laçına gedirdin» atmaça sözünü demişdir. Həmin vaxtı Malikin ona bu sözü bərk ailəsinin yanında şəxsiyyətinə toxunduğundan çox təsir etdiyindən, həmçinində anadan olduğu Laçın rayonun ünvanına onun bu sözü ona təhqir kimi hesab edib və Laçın rayonun 28 il işxaldan azad olduğu bir gündə onun atmaca sözündən əsəbləşmişdir. Bundan sonra o, özünü cülovlayıb Malikə əhəmiyyət verməyərək ailəsini evə yola salıb, təxminən 5 dəqiqən sonra Malikin işlədiyi meyvə-tərəvəz və kənd məhsulları yanına gəlmiş və ona ailə üzvlərinin yanında ona atmaça sözlərin deməsinə görə öz iradını bildirmişdir. Bu zaman Malik yenidən ona ailəsinin yanında dedikləri sözlərini təkrarlamış, bu zəminində onlar arasında sözlə mübahisələri baş vermiş və mübahisə zamanı Malik onu söyüb təhqir etmiş, bundan sonra onlar əlbəyaxa olmuşlar. Bir qədər kənardan Malikin oğlanları Şahid4 və Şahid5 gəlmiş və onun onlarlada sözlə mübahisələri baş vermiş, mübahisə zamanı onlarla əlbəyaxa olmuşdur. Bu zaman Şahid4 və Şahid5 onun üstünə hüçüm edərək, Ülvi onun sifət nahiyəsinə əli ilə vurmaq istəyərkən, o, tez bir anda kənara çəkilmiş, onun əl zərbəsi Malikin sifət nahiyəsinə dəymişdir. Bu zaman Malikin digər oğlu Fərid onun hər iki qollarını arxadan tutmuş, bundan istifadə edən Malik əli ilə sifət nahiyəsinə vurmuşdur. Bundan sonra Ülvi isə onun baş və kürək nahiyəsinə bir neçə zərbə vuraraq ona xəsarət yetirmişlər. Bundan sonra hadisə yerinə tanımadığı bir neçə nəfər şəxslər yığışarkən, o, oradan çıxıb evə getmişdir. Lakin sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs ondan Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. O, isə Maliki və onun ailə üzvlərini tanıdığından və onun yaşadığı ünvanla qonşu ünvanda yaşadıqlarını nəzərə alıb nə Malikdən və nədəki, oğlanlarından şikayət ərizəsi ilə müraciət etməmişdir. Bu gün artıq o, Yasamal RPİ-nin İŞ-də ifadə verəkən, ona məlum olmuşdur ki, Malik ondan şikayət etmiş guya o, onu döymüş, həmin hadisə zamanı o, Maliklə bir-biriləri ilə əlbəyaxa olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, baş vermiş hadisə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 174-178 saylı ünvanda yerləşən meyvətərəvəz və kənd məhsullarının satışı mağazasının qarşısında olmuş, hadisənin səbəbi Malikin ona ailəsinin yanında qəsdən atmaça və sataşmaq məqsədi ilə «Noldu bəs Laçına gedirdin» sözünün deməsinin üstündə olmuşdur. Həmin hadisə qısa bir müddətdə davam etdiyindən hadisənin şahidləri heç kəs olmamış və hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisənin təsadüfi axarı zəminində, zərərçəkənin işlətdiyi ifadələrin təsiri altında, ailə üzvlərinin yanında zərərçəkənin onun məcburi köçkün düşdüyü Laçın rayonu barədəki atmacasının onun şəxsiyyətinə toxunduğunu, hadisənin baş verməsinə zərərçəkənin təhriki etməsini, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailəli olduğunu və himayəsində 03 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Oğuz rayonu Xaçmaz kəndində ünvanında qeydiyyatındadır və faktiki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 7, mənzil 21də ünvanında ailəsi birlikdə yaşayır. 2019-cu ilin dekabr ayından bu günə kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda meyvə-tərəvəz və kənd məhsullarının satışı ilə məşqul olur. Onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə və tərəvəzlərin satışı mağazasında meyvə və tərəvəzlərin satışı ilə məşqul olduğundan, həmin ünvanın sakinlərini tanıyır və onlarla onun normal münasibəti olduğunu bildirmişdir. 2020-ci ilin may ayından Təqsirləndirilən şəxs və onun ailə üzvlərini tanıyır, onlar və binada yaşayan sakinlər ondan dəfələrlə meyvə - tərəvəz və kənd məhsulları almışlar. Onun Faiqlə və onun ailə üzvləri ilə heç bir ədavəti və düşmənçiliyi olmayıb və normal münasibəti olmuşdur. O, meyvə-təvəzləri Qaradağ rayon ərazisində yerldəşən Meyvəli adlanan Ticarət mərkəzində və kənd məhsullarını isə qeydiyyatda olduğu Oğuz rayonu Xaçmaz kəndindən və digər kəndlərindən alır aldığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən 20:30 radələrində o, işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsullarının satışı mağazasında olan zaman, Faiq həmin meyvə-tərəvəz və kənd məhsullarının satışı mağazasına gəlmiş, bir qədər ev üçün ondan meyvə-tərəvəz almışdır. Bundan sonra Faiq ona səhərisi günü onun qeydiyyatda olduğu Oğuz rayonu Xaçmaz rayonuna gedəcəyini və oradan evi üçün yumurta və digər kənd məhsullar alacağını bildirmişdir. O, isə Təqsirləndirilən şəxs bu həftə ərzində Oğuz rayona getməyəcəyini və hazırda meyvə-tərəvəz və kənd məhsullarının olduğunu bildirmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində onun işlədiyi Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə - tərəvəz və kənd məhsullarının satışı mağazasında olan zaman, Faiq, həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladları ilə birlikdə, həmin mağazanın qarşısından piyada keçərkən, o, Təqsirləndirilən şəxs ailəsinin yanında ona Oğuz rayonuna gedib-getməməyini soruşmuş, Faiq, isə ona cavab verməyərək çıxıb getmişdir. Təxminən üstündən 5 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun işlədiyi meyvə-tərəvəz və kənd məhsulların satışı mağazasına tək gəlmiş, ondan səbəbini soruşmadan onu ünvanına qarşı nalayıq söyüşlərlə təhqir edərək əli ilə ağız, sifət və baş nahiyələrinə bir neçə dəfə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra onun ağızında olan dişlərinin bir neçəsi sınmışdır. Baş vermiş hadisə yerinə bina sakinləri və küçədən keçən tanımadığı şəxslər toplaşaraq, Faiqə öz iradlarını bildirərək onu onun əlindən zorla almışlar. Bundan sonra o, elə həmin günü Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada Faiqin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Elə həmin günü o, Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada Faiqin barəsində şikayət ərizəsi ilə müraciət etdikdən sonra evə gəlmiş və evdə həyat yoldaşı Nazəndə Məmmədova onun xəsarət aldığını görükdə, o, ona həmin xəsarəti Təqsirləndirilən şəxs tərəfindən yetirdiyini bildirmişdir. Bundan sonra həyat yoldaşı ona ilkin tibbi yardım göstərmişdir. Lakin onun halı daha da pisləşdiyi üçün xx xxxxxx 2020-ci ilə tarixdən, xx xxxxxx 2020-ci il tarixinə keçən gecə, 4 saylı X22 Stansiyasına müraciət etmiş, həmin vaxtı həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərmişlər. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş hadisə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində onun işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsullarının satışı mağazasının qarşısında olmuş, hadisənin səbəbi onun Faiqdən Oğuz rayonuna gedib-getməməyini soruşmağının üstündə olmuşdur. Həmin hadisənin şahidləri bina sakinləri və küçədən keçən tanımadığı şəxslər olmuş və hadisə 20-30 dəqiqə davam etmişdir. Hadisədən sonra həmin hadisə yerinə oğlanları Şahid4 və Şahid5 gəlmişlər, onlara hadisə barədə məlumat verdiyini bildirmişdir. Həmin hadisə zamanı, o və oğlanları tərəfindən Faiqə Cümşüdova qarşı hər hansı bir fiziki zor tədbiq edərək ona bədən xəsarətləri yetirmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin qohumları və ağsaqqalları dəfələrlə onun evinə barışıq üçün gəlsələr də o, heç kimi qəbul etməmiş, təqsirləndirilən şəxslə barışmaq istəməmiş və buna görə də barışmamışdır, bundan sonra da barışmayacaqdır, təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin ən ağır formada cəzalanmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1992-ci il tarixdən bu günə kimi ünvan 5al rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 9, mənzil 97-də ailəsi birlikdə yaşayır. 2020-ci ilin may ayından Zərərçəkmiş şəxs onun yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsulların satışı mağazasında meyvələrin satışı ilə məşğul olduğundan tanıyır. Bundan başqa Təqsirləndirilən şəxs oğu və Zərərçəkmiş şəxs onun yaşadığı ünvanla qonşu binada öz ailələri ilə birlikdə yaşadıqlarını onları tanıdığını, onlarla normal münasibətdə olduğunu və heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən 20:30 radələrində o, yaşadığı evdən çıxaraq mağazadan ərzaq almaq üçün ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi, ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsulların satışı mağazasının qarşısından keçərkən, həmin vaxtı Zərərçəkmiş şəxs onun oğlanlan Ülvi və Fərid adlı şəxslər Faiqlə sözlə mübahisə etdiklərini görmüşdür. Bundan başqa Şahid1 bildirmişdir ki, həmin vaxtı Zərərçəkmiş şəxs onun oğlanları Ülvi və Fərid adlı şəxslər Faiqlə aralarında bir-birilərini nalayıq söyüşlərlə təhqir etmələrini, bir-biriləri ilə əlbəyaxa olmalarını və xəsarət yetirmələrini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu Xaçmaz kəndində ünvanında qeydiyyatındadır və faktiki ünvan 5al rayonu, Yeni Yasamal 1, ev 7, mənzil 21-də ünvanında valideynləri ilə birlikdə yaşayır. X3 2019-cu ilin dekabr ayından bu günə kimi ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 174-178 saylı ünvanda yerləşən meyvə - tərəvəz və kənd məhsullarının satışı ilə məşqul olur. Atası Zərərçəkmiş şəxs ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 174-178 saylı ünvanda yerləşən meyvə və tərəvəzlərin satışı mağazasında meyvə və tərəvəzlərin satışı ilə məşqul olduğundan, həmin ünvanın sakinlərini o, və onun ailə üzvləri tanıyır və onlarla onların normal münasibəti olduğunu bildirmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı ünvan 5al rayonu, Yeni Yasamal 1, ev 7, mənzil 21-də ünvanın həyətində qardaşı Şahid4 ilə birlikdə olan zaman, həmin ünvanla bir qədər yaxınlıqda atası Malikin işlədiyi ünvan 5al rayonu Yeni Yasamal 1, Məhəmməd Xiyabani küçəsi ev 174-178 saylı ünvanda yerləşən meyvə-tərəvəz və kənd məhsullarının satışı mağazasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən atası Malikin ağız nahiyəsinə ağız nahiyəsinə vurduğunu görmüşlər. Bundan sonra onlar, həmin ünvana gəlmiş, Faiq atasını söyüb təhqir edərək, onlann yanında Malikin yaxasından tutub yerə yıxaraq əli ilə sifət nahiyəsinə bir neçə vurduğunu bildirmişdir. Bundan sonra həmin ünvanda yaşayan tanımadığı şəxslər onları ayrımışlar. Həmin hadisə zamanı o,və atası Malik və qardaşı Ülvi tərəfindən Faiqə Cümşüdova qarşı hər hansı bir fiziki zor tədbiq edərək ona bədən xəsarətləri yetirmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid X7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və X1 X19 Ekspertinin 976 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin qançırı, üst çənədə hər iki tərəfdə 1,2,3-cü dişlərin sınması (itirilməsi) ilə müşaiyət olunmuş hər iki dodağın qançın küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin dayanaqlı olaraq 1/3-dən az itirilməsinə (10%) səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf edib, səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törədilməsini, hadisənin zərərçəkənin işlətdiyi ifadələrin nəticəsində, həmin ifadələrin təsiri altında, bununla da zərərçəkənin təhriki ilə baş verdiyini, yəni təqsirləndirilən şəxsin ailə üzvlərinin yanında zərərçəkənin onun məcburi köçkün düşdüyü Laçın rayonu barədəki atmacasının onun şəxsiyyətinə toxunduğunu, bununla da mübahisənin yaranmasına və hadisənin baş verməsinə zərərçəkənin işlətdiyi ifadələrin səbəb olması, təqsirləndirilən şəxsin barışıq üçün cəhdlər etdiyini, təqsirləndirilən şəxsin Laçın rayonundan məcburi köçkün olması, ailəli olması, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 70 (yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar