Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-95/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-421/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdüdlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-120/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdüdlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 18 gün azadlığın məhdüdlaşdırılması cəzası, 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş) ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 noyabr 2021-ci il tarixdə saat 12:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E280” minik markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin arxa sol oturacağının üzərində, içərisində 10400 manat nəğd pul olan 110 manat dəyərində üzərində «Mont Blanc» yazılan həkk olunmuş tək tutacaqlı əl çantasını, həmin avtomobilin ön sağ oturacağının üzərindən içərisində 130 manat nəğd pul olan 55 manat dəyərində üzərində «Mont Blanc» yazıları həkk olunmuş pul kisəsini və üzərində hər biri 70 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrə ilə istifadə olunan 560 manat dəyərində “Samsung A40” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 11.395 manat (on bir min üç yüz doxsan beş) məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə, təxminən saat 11 radələrində ünvan 3 ünvanın qarşısı ilə keçərkən binanın önündə, dörd göz kimi tanıdığı, tünd yaşıl rəngli, “Mercedes Benz” markalı avtomobilin qapılarının düyməsinin yuxarıda olduğundan qapısının açıq olduğunu və sahibsiz dayandığını görmüşdür. Bir qədərdə avtomobilə yaxınlaşıb avtomobilin şüşələrində heç bir plonkası və tündləşdirici örtüyü olmadığından içərisinə rahat formada diqqətlə baxmışdır. Avtomobilin arxa sol oturacağının üzərində qara rəngli əl çantasının, ön sağ otracağının üzərində pul qabının, pul qabının üzərində qara rəngli mobil telefonun olduğunu görmüşdür. Ətrafda heç kimin olmamağından və avtomobilin qapılarının açıq olmasından istifadə edərək həmin əşyaları oğurlamışdır. Avtomobilin arxa oturacağının üzərindən götürdüyü əl çantasının içərisindən ümumilikdə 10400 manat pul, avtomobilin ön sağ oturacağının üzərindən götürdüyü pul qabının içərisindən 130 manat pul, qara rəngli, saz və işlək vəziyyətdə olan “Samsung A40” markalı telefon olduğunu görmüşdür. Həmin telefonu format etmiş, söndürüb sim kartlarını çıxarmışdır. Daha sonra əldə etdiyi telefonu satçış, pulları isə şəxsi məsrəflərinə xərcləmişdir. Polis bölməsində törətdiyi cinayəti səmimi olaraq etiraf edib pullardan 7000 manat pulu, əl çantasını və pul qabını polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmişə dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə içərisində 10400 manat pul olan əl çantasını avtomobilinin arxa sol oturacağının üzərinə, bundan başqa içərisində müxtəlif banklara məxsus bank kartları və 130 manat pul olan nazik, uzunsov, dəri materiallı pul qabıqı avtomobilinin ön sağ oturacağının üzərinə, həmçinin həmin pul qabının üstünə qara rəngli “Samsung A40” markalı mobil telefonunu qoyub ünvan 3 ünvanda yerləşən ofisə daxil olmuşdur. Lakin içəri tələsik keçdiyindən avtomobilinin qapılarını bağlamamışdır. Bir qədərdən sonra, ofisdən çıxıb avtomobilinə əyləşmiş və yola düşmüşdür. Hərəkətdə olan zaman yol kənarında avtomobilini saxlayıb marketə daxil olmaq istəmiş və avtomobilin ön sağ oturacağına qoyduğu pul qabını götürmək istədikdə həmin pul qabının və pul qabının üstünə qoyduğu içərisində iki ədəd ***-***-**-** və 070-266- 33-32 saylı mobil telefon nömrələri, hər hansısa kodu və kilidi olmayan, saz və işlək vəziyyətdə olan “Samsung A40” markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Dərhal arxa oturacağın üzərinə baxdıqda arxa sol oturacağın üzərinə qoyduğu əl çantasının da həmçinin yerində olmadığını görmüş və avtomobilindən oğurluq edildiyini başa düşmüşdür.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin ünvan 4 ünvanı olduğu müəyyən edilmişdir (səh. 8-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli “təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 10530 manat puldan 7000 manatını, bir ədəd qara rəngli ən çantasını, 1 ədəd qara pul qabını və yetmiş ədəd seriyaları C30960731, A82672095, A79096091, A51002055, A47242768, C30047919, 82458721, B08139837, A60703780, A92174182, C78582451, C22050123, C82072382, C40643199,A68339913, D18755688, C68365742, A75442103, A25537606, C47564330, C63591012,Ä05809413,C57217652, A24397571,B07628782,D19414742, B02936159, A89229500, C65810765 A81487852, D19318610, C83032728, А19328773, В06703453, А41847891, В20060067, С44791071,А45800225, А47328971, А73309683, С87333478, А21483018, С56130171 ,D20177261, А76651589,С65171377, С 45909520, С67040028, В03046679, С49060100, А56630870, А48460454, А34025270, С80877086, С31872498, С73532890, С55416365, А30636829, А93271369, С74222021, А53727287, А03123467, A61258419, A73386136, D15153071, С93879547, С58475924, А93015524, А18173483, А31846334 olan 100 manatlıq pul əskinazlarını təqdim etmişdir (səh. 15-18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan və qəbzdən görünür ki, iş üzrə maddi sübüut kimi tanınmış, yetmiş ədəd seriyaları C30960731, A82672095, A79096091, A51002055, A47242768, C30047919, 82458721, B08139837, A60703780, A92174182, C78582451, C22050123, C82072382, C40643199, A68339913, D18755688, C68365742, A75442103, A25537606, C47564330, C63591012, A05809413, C57217652, A24397571, B07628782, D19414742, B02936159, A89229500, C65810765, A81487852, D19318610, C83032728, A19328773, B06703453, A41847891, B20060067, C44791071, A45800225, A 47328971, A73309683, C87333478, A21483018, C56130171, D20177261, A76651589, C65171377, C45909520, C67040028, B03046679, C49060100, A56630870, A48460454, A34025270, C80877086, C31872498, C73532890, C55416365, A30636829, A 93271369, C74222021, A53727287, A03123467, A61258419, A73386136, D15153071, C93879547, C58475924, A93015524, Al8173483, A31846334 olan 100 manatlıq pul əskinazları, 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş pul kisəsi və 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş tək tutacaqlı əl çantası zərərçəkmiş şəxsə qaytarılmışdır (səh. 55-126). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (səh. 58-59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-421/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (səh.113-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 33-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli Bakı şəhər, Yasamal rayon Məhkəməsinin 4(004)-716/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur (səh.85-90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmişdr (səh. 91-92). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-120/2022 nömrəli 17 may 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-421/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 may 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həmin həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanılması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, dəymiş zərərin tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)421/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi və həmin cəzanın azadlıqdan məhrum etmən növündə cəza ilə əvəz edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-421/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 18 gün hissəsinin 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 7(004)-120/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 18 gün hissəsinin 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin bağlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-120/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış yetmiş ədəd seriyaları C30960731, A82672095, A79096091, A51002055, A47242768, C30047919, 82458721, B08139837, A60703780, A92174182, C78582451, C22050123, C82072382, C40643199, A68339913, D 18755688, C68365742, A75442103, A25537606, C47564330, C63591012, A05809413, C57217652, A24397571, B07628782, D19414742, B02936159, A89229500, C65810765, A81487852, D19318610, C83032728, A19328773, B06703453, C41847891, B20060067,C 44791071, A45800225, A47328971, A73309683, C87333478, A21483018, C56130171, D20177261, A76651589, C65171377, C45909520, C67040028, B03046679, C49060100, A56630870, A48460454, A34025270, C80877086, C31872498, C73532890, C55416365, A30636829,A93271369, C74222021, A53727287, A03123467, A61258419, A73386136, D15153071, C93879547, C58475924, A93015524, A18173483, A31846334 olan 100 manatlıq pul əskinazları, 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş pul kisəsi və 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş tək tutacaqlı əl çantası zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-95/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28 yanvar 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs təyin 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(004)-120/2022 saylı qərarı ilə əvəz edilmiş 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin bağlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-120/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış yetmiş ədəd seriyaları C30960731, A82672095, A79096091, A51002055, A47242768, C30047919, 82458721, B08139837, A60703780, A92174182, C78582451, C22050123, C82072382, C40643199, A68339913,D 18755688, C68365742,A75442103, A25537606, C47564330, C63591012, A05809413, C57217652, A24397571, B07628782, D19414742, B02936159, A89229500, C65810765, A81487852, D19318610, C83032728, A19328773, B06703453, C41847891, B20060067, C 44791071, A45800225, A47328971, A73309683, C87333478, A21483018, C56130171, D20177261, A76651589, C65171377, C45909520, C67040028, B03046679, C49060100, A56630870, A48460454, A34025270, C80877086, C31872498, C73532890, C55416365, A30636829, A93271369,C74222021, A53727287, A03123467, A61258419, A73386136, D15153071, C93879547, C58475924, A93015524, A18173483, A31846334 olan 100 manatlıq pul əskinazları, 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş pul kisəsi və 1 ədəd üzərində «Mont Blanc» yazıları həkk olunmuş tək tutacaqlı əl çantası zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-95/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-95/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver