Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-95/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs,müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1 iştirakları ilə, 02 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 23 fevral 2024- cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunmasına müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etməklə, silah qismində istifadə etdiyi bakal ilə zərərçəkmiş şəxsi vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində 19 iyun 2023-cü il tarixdə, saat 22:30 radələrində ünvan 2 ünvanında yerləşən “Kral” çay evinin ikinci mərtəbəsində oradakı şəxslərin gözü qarşısında öz şəxsiyyətini Zərərçəkmiş şəxs özünü üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan orada olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək masanın üzərindən götürdüyü silah qismində istifadə etdiyi şüşə materialdan olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən qəsdən vuraraq, sonuncuya ənsə nahiyyəsinin kəsilmiş yarası, sol çiyin və sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozlumasma səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək tərcüməçinin köməyi ilə verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 8-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanımış, Samirə ilə 4 il müddətində sevgili münasibətində olmuşdur. 19 iyun 2023-cü il tarixdə Aynur kimi tanıdığı lakin əsl adı Ağabacı olan şəxsin oğlunun kiçik toy məclisi idi. Ağabacı Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Kral” çay evinin ikinci mərtəbəsində Şahid1 və bir neçə tanışı ilə kiçik məclis keçirirmiş. Həmin kafedə o, da onlarla oturub pivə içmiş, həmin vaxtı o, Samirəyə yaxınlaşıb onu qucaqlamaq istədikdə Samirə, onu özündən kənara itələmişdir. Samirənin bu hərəkəti dostlarının yanında olduğuna görə ona pis təsir etmişdir. Ona görə əsəbləşib stoldan götürdüyü bakalı Samirənin başına vurmuşdur. Həmin bakal Samirənin baş nahiyyəsinə dəydikdən sonra qardaşı və orda olan şəxslər onu aralamışdırlar. O, isə əsəbləşib əlində olan bakalı Samirəyə tərəf yerə atmış və kafedən çölə çıxmışdır. Həmin vaxtı kafedə adamlar çox olmuşdur. Onun Samirə ilə mübahisəsi və davası qısa müddət davam elmişdir. Hazırda əməlindən peşmandır, 1 övladı var, yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu, Salatın Əsgərova küçəsi ev 14-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ümud Əkbərov küçəsi ev 18-də yaşayır. O, xx.xx.2023-cü tarixdə ünvan 3 ünvanda yerləşən "Kral " çay evində rəfiqəsi Aynurun oğlunun kiçik toy məclisinə getmişdir. Orada iştirak edib evə qayıtmaq istəyən zaman saat təxminən 22:30 radələrində çay evinin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs Ağali oğlu onun qolundan tutub özünə tərəf dartmışdır. Bundan sonra Elvinin əlindəki pivə bokalı ilə onun başının arxa hissəsinə vurmuşdur. O da tarazlığım itirib yerə yıxılmışdır. Bundan sora Elvin təpiklə onun bədəninin müxtəlif hissələrinə vurmağa başlamış və orada olan müştərilər Elvini ondan aralamışlar. Müştərilər Elvini birtəhər çayxanadan çölə çıxarmışlar. Lakin, Elvin sakitləşməmiş və yenidən ona tərəf gəlib onu vurmaq istəmişdir. Bundan sonra o, birtəhər çayxananın mətbəxinə daxil olub orada gizlənmişdir. Elvin yenidən çayxanaya qayıdıb pivə içməyə davam etmişdir. Onun başından qan axdığına görə orada olan tanışları təcili tibbi yardıma zəng vurub çayxanaya dəvət etmişdilər. Bundan sonra ona ilkin tibbi yardım göstərildikdən sonra o, polisə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, Təqsirləndirilən şəxs üzdən tanısa da əvvəllər onunla heç vaxt sevgi münasibətləri olmamışdır. Hazırda şikayətçidir, ona daha çox mənəvi ziyan dəyib, amma Elvin onunla sevgili olması ilə bağlı yalan danışdığına görə tam qərar verə bilmir, məhkəmənin verəcəyi qərara hörmətlə yanaşır, ağır cəza verilməsini istəmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 8-də ailə üzvləri ilə birlikdə yaşayır. 19 iyun 2023-cü il tarixdə Aynur kimi tanıdığı tanışı Ağabacı adlı qadının oğlunun kiçik toyuna getmişdir. Bir müddət sonra qardaşı Təqsirləndirilən şəxs da ora gəlmişdir. O, tanışları ilə masa arxasında oturmuşdur. Qardaşı Elvin də onların yanında əyləşmişdir. Saat təqribən 22:30 radələrində o, zalda olmayanda, səs-küy eşitmiş, qayıdanda mübahisə baş verdiyini görmüşdür. O, Elvinin əlində olan pivə bokalı ilə Samirənin baş nahiyəsindən vurmasını görməsə də, Samirənin yerə yıxılmasını görmüş, Elvini sakitləşdirməyə başlamış və onu kənara çəkib oradan uzaqlaşdırmışdır. Bundan sonra ara sakitləşmiş və o da həmin vaxt orada spirtli içki qəbul etdiyinə görə oradan çıxıb getmişdir. Bundan sonra orada nə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad şəhəri, Heydər Əliyev prospekti, dalan 6, ev 13-də qeydiyyatda olmaqla yaşayır. O, ünvan 4 ünvanında yerləşən Kral çay evini icarəyə götürüb işlədir. 19 iyun 2023-cü il tarixdə Aynur adlı şəxs Kral çay evinin ikinci mərtəbəsində oğluna kiçik toy məclisi keçirmişdir. Həmin gün təxminən 22:30 radələrində çayxanaya gəlmiş Təqsirləndirilən şəxs həmin toya qonaq gəlmiş Samirə Abbasova ilə mübahisə etdiklərini eşitmişdir. Mübahisəni sakitləşdirmək məqsədi ilə həmin şəxslərə tərəf yaxınlaşmışdır. Həmin vaxt Samirənin başından qan axdığını görmüşdür. O, masada əyləşən şəxslərdən “burada nə baş verib” devə soruşmuşdur. Bu zaman orada olan müştərilər Elvinin Samirənin başına pivə bokalı ilə vurub xəsarət yetirməsini bildirmişdilər. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyinə görə davanın yaranmasına səbəb olmuşdur. Ancaq Samirəni nəyə görə vurmasını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nüsrət Kəsəmənli küçəsi ev 15-də yaşayır. O, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Kral çay evində müvəqqəti olaraq işləyir. 19 iyun 2023-cü il tarixdə çay evinin ikinci mərtəbəsində Aynur adlı xanım öz oğluna kiçik toy məclisi keçirmişdir. Aynur öz məclisinə az sayda qonaqlar dəvət etmişdir. Həmin gün axşam saat təxminən 22:50 radələrində çayxananın ikinci mərtəbəsində ümumi zaldan tanışı Zərərçəkmiş şəxs qışqırıq səsini eşitmişdir. O, tez Samirənin yanına getmişdir. Samirənin başından qan axdığını görmüşdür. O, Samirəyə köməklik etmək istədikdə masanın kənarında oturmuş şəxslərin adını sonradan bildiyi Elvin adlı şəxsi sakitləşdirməyə cəhd göstərdiklərini görmüşdür. Lakin, Elvin sakitləşmək istəməmiş, yenidən Samirənin üzərinə cumaraq vurmaq istəmişdir. Elvinin yanında olan şəxslər onu bir təhər sakitləşdirib çayxanadan çölə çıxarmışlar. Bundan sonra ara sakitləşmişdir. Samirənin arxasınca təcili tibbi yardım maşını gəlmiş və Samirəyə yardım etmişdilər. Bundan sonra Samirə DİN-nin 102 xidmətinə zəng vurub Elvinin onu vurması barədə məlumat vermişdir. O, hadisəni konkret olaraq görməsə də hadisə zamanı mətbəxdə olmuşdur. Səs-küy gələn zaman tez mətbəxdən çölə çıxmış və Samirənin başı qanlı vəziyyətdə olmasını görmüşdür. Sonradan da məlum olmuşdur ki, Elvin adlı şəxs Samirəni bokal ilə vurub xəsarət yetirmişdir. Orada hadisə zamanı tanımadığı müştərilər olmuşdur. 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs sabiq müstəntiq, Zaur Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin olduğu yeri müəyyən etmək mümkün olmadığından ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan etmək mümkün olmamışdır. Ona görə də 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəlb olunaraq barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 21 fevral 2024-cü il tarixdə Şirinov X2 RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq, Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, ona görə də həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Yasamal rayon prokurorluğuna vəsatət verilmiş, həmin vəsatət Bakı şəhəri, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən təmin edilmiş və təqdimatla baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Yasamal rayon məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, buna görə də xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, dayandırılmışdır. 08 iyun 2024-cü il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, 03 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək, 23 fevral 2024-cü il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri 03 oktyabr 2024-cü il tarixli qərarla qüvvədə saxlanılmışdır. Məhkəmədə təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir azyaşlı qız övladı var. Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “ƏFV” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf olunmuşdur və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində Səma adlı 1 azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını və İİİ-ci qrup əlil olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 08 yanvar 2025-ci il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-95/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-95/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver