Məhkəmə qərarları › İş №1(004)-96/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-96/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-96/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxx 1959-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 mənzil 164-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs olan 8.150 manat borcunu ödəmək üçün bankdan kredit yolu ilə pul götürməsi məsələsini asanlaşdırmaq və guya banka ödəməklə bankdan yeni kredit məbləği əldə etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs yalandan vədlər verib aldadaraq 2015-ci ilin sentyabr ayının təxminən sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilində Zərərçəkmiş şəxs 1.650 manat pulunu, dəyəri 2.000 manat təşkil edən bir ədəd 30 qram çəkidə 750 əyarlı qızıldan olan boyunbağısını, dəyəri 1.000 manat təşkil edən bir ədəd 12 qram çəkidə 750 əyarlı qızıldan olan bilərziyini, dəyəri 750 manat təşkil edən bir ədəd 9,5 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağısını və dəyəri 250 manat təşkil edən bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıldan olan kulondan ibarət qızıl-zinət əşyalarını alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5.650 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, 20 ildən artıq müddətdir ki, tanıyır və onların arasında həmişə dostluq münasibətləri olmuşdur. O, Lətafətlə söhbət edən zaman sonuncuya bildirmişdir ki, maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün qızıl-zinət əşyalarını ucuz qiymətə alıb, baha qiymətə satmaqla özünü maddi cəhətdən təmin etmək istəyir. Həmin vaxt Lətafət onunla razılaşmış və ona bildirmişdir ki, ucuz qiymətə qızıl-zinət əşyalarını ona verəcək və o, həmin qızılları satıb Lətafətin pulunu ödəyəcəkdir. Onların arasında bu qaydada razılıq olduğu üçün Zərərçəkmiş şəxs ümumi dəyəri 1.500 manat təşkil edən qızıl boyunbağı və qızıl qolbağı ona vermişdir. Həmin vaxt o, qızılları nisyə olaraq satmış və onun qızılları satdığı şəxs qızılların pulunu ona vermədiyi üçün o, Lətafətə qızılların pulunu ödəyə bilməmişdir. Bundan sonra Lətafət onun üçün «Moskva» univermağındakı mağazadan qızıl-zinət əşyalarını götürmüş və onlar birgə həmin qızılları satmışlar. Həmin vaxt o, Lətafətə 1.100 manat pul vermişdir. O, Lətafətə pulu verəndən sonra sonuncu ona bildirmişdir ki, təxminən 10 gün sonra «Moskva» univermağından götürdüyü qızılların pulunu, yəni 2.500 manat pulu qaytarmaq lazımdır. O da Lətafətlə razılaşıb bildirmişdir ki, yaxın günlərdə pulu qaytaracaqdır. Sonra o, yenə pul tapa bilmədikdə Lətafət ona «Moskva» univermağında qızıl satışı ilə məşğul olan tanışının olduğunu və həmin şəxdən qızıl-zinət əşyaları götürüb başqa mağazaya sataraq pul əldə edəcəyini və borcunu ödəyəcəyini bildirmişdir. Lətafət həmin qızıl-zinət əşyalarını götürürmüş ki, öz pulunu tez əldə etsin və onun sonuncuya olan borcunu qızıl mağazasına ödəsin. Belə ki, Lətafət həmin hərəkətləri ilə, yəni mağazadan qızıl götürməklə onun üçün vaxt qazanmaq istəmişdir ki, öz pulunu tez ondan götürsün və o, pul tapandan sonra gedib həmin qızılın pulunu mağazaya ödəsin. Lətafət hər dəfə həmin qızılları baha qiymətə götürüb, ucuz qiymətə satdığı üçün və o, həmin pulu ödəyə bilmədiyi üçün onun Lətafətə borcu artmışdır. Lətafətin deməsinə görə, onun sonuncuya 8.150 manat borcu yaranmışdır. O, həmin borcu ödəyə bilmədiyi üçün 2015-ci ilin aprel ayında Lətafət onun barəsində mülki qaydada məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsində həmin işə baxılmış və məhkəmə tərəfindən 8.150 manat pulun ondan tutulması barədə qərar qəbul edilmişdir. O da öz növbəsində bu günə kimi hissə-hissə 3.400 manat pulu Lətafətə verilməsi üçün icra şöbəsinə ödəmiş və qalan pulu da hissə-hissə halhazırda ödəməkdədir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində onun barəsində göstərdikləri yalandır. O, Lətafətdən banka olan borcunu ödəmək üçün heç bir zaman heç bir məbləğdə nə pul, nə də ki qızıl-zinət əşyaları almamışdır. Lətafət onun barəsində Yasamal Rayon Məhkəməsinə şikayət etdikdən sonra onların arasında heç bir alverləri olmamışdır. Lətafət onun tərəfindən borcun hissə-hissə ödənildiyini gördüyü üçün yalandan onun barəsində polis bölməsinə şikayət etmişdir ki, guya o, sonuncunu ikinci dəfə aldadıb pulunu ələ keçirmişdir. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxx 2018-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-yə təqdim etdiyi səs yazılarında qeyd edilən danışıqlar onun Zərərçəkmiş şəxs olan 8.150 manat boruna aid söhbətlər olmuş, məhkəmədən sonra borcla bağlı heç bir söhbət aparmadıqlarını bildirmişdir. O, Zərərçəkmiş şəxs 8.150 manat borcdan başqa heç bir borcunun olmadığını, həmin borc məsəsləsinin məhkəmədə öz həllinin tapdığını və hazırda onun Zərərçəkmiş şəxs 3.850 manat borcu qaldığını bildirmişdir. Onun həyat yoldaşı X3 2013-cü ildə “VTB” bankdan 8.000 manat kreditə pul götürmüş, hazırki vaxtadək həmin banka 2.700 manat borcu qalmışdır. Bundan başqa onlar heç bir bankdan pul krediti götürməmiş və ya kreditlə bağlı müraciət etməmişlər. Sonradan da müəyyən vaxtlar Lətafətlə münasibətləri yaxşı olmuş, arada pisləşmiş, sonra eşitrmişdir ki, Lətafət ondan polisə şikayət etmişdir. Lətafətdən götürdüyü qızıllara görə hazırkı cinayət işi üzrə 5650 manat borcu vardır. Öz aralarında razılığa gəlmişlər ki, borcunu hissə-hissə qaytarsın.Əməlindən səmimi peşman olmasını, ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiklərini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, 61 yaşında yaşlı qadın olmasını, məcburi köçkün olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır və onların arasında qızıl-zinət əşyalarının alveri ilə bağlı münasibətlər olmuşdur. Belə ki, sonuncu dəfə 2015-ci ilin mart ayında o, tanışı Təqsirləndirilən şəxs 8150 manat dəyərində qızıl-zinət əşyaları vermiş və sonuncu qısa müddət ərzində həmin qızıl-zinət əşyalarını baha qiymətə satıb pulunu verəcəyinə söz vermişdir. Belə ki, o, qeyd edilən qızıl-zinət əşyalarını Bakı şəhərində yerləşən «Moskva» univermağında işləyən, qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Şahid3 adlı şəxsdən pulunu bir müddətə ödəmək şərti ilə almışdır. Lakin o, Təranədən həmin qızıl-zinət əşyalarının pulunu ala bilmədiyi üçün 2015-ci ilin iyun-iyul ayları ərzində Mobildən aldığı qızıl-zinət əşyalarının pulunu sonuncuya tam olaraq ödəmişdir. Həmçinin Təranə ilə onun arasında həmin pulun geri qaytarılmasını zəmanətləndirmək üçün xx xxxxxxxx 2015-ci il tarixdə notariat qaydada kredit müqaviləsi bağlanmışdır. Bundan bir neçə gün sonra Təranə ona kredit müqaviləsi üzrə göstərilən məbləği qaytara bilməyəcəyini bildirib, əri Salmanın adına «BTB» bankda olan kredit borcunu bağladığı təqdirdə bankdan yeni kredit «xətti» açdıraraq, ona olan borcunu qaytara biləcəyini qeyd etmişdir. Belə ki, buna görə Təranə ondan köməklik istəmiş və bildirmişdir ki, hazırda banka olan borcunu ödəyib, oradan əlavə 15.000-20.000 manat civarında kredit götürərək bütün borclarını bağlayacaqdır. O da, Təranəyə inanaraq, evdə olan anasına və özünə məxsus 4.000 manat dəyərində qızıl-zinət əşyalarını və 1.650 manat pulu Təranəyə vermişdir. Lakin buna baxmayaraq Təranə onun qarşılığında heç bir hərəkət etməmiş, ona olan borclarını ödəməmişdir. 2017-ci ilin may ayında Təranə ona Ədliyyə Nazirliyində işləyən Malik adlı məmurun yanında 1.000 manat borcunu qaytarmış, sonra isə iyun ayında məhkəmə olmuş və həmin məhkəmədən sonra Təranə ona 8.150 manat puldan qalan borcundan hər ay 200 manat ödəmişdir. Lakin ondan 2015-ci ilin sentyabr ayında götürdüyü 4.000 manat dəyərində qızıl-zinət əşyalarını və 1.650 manat nağd pulu Təranə ona qaytarmamış, hazırda da ondan həmin qızıl və pulu götürməsini inkar etmişdir. Belə ki, cinayət işinin materiallarında Təranənin həmin pulu, müxtəlif çəkidə və dəyərdə qızıl-zinət əşyalarını ondan alması barədə əlyazma qeydi vardır. xx xxxxx 2018-ci il tarixdə onun Bakı şəhəri Yasamal RPl-nin 29-cu PŞ-nin təhqiqatçısı Cəfər Nəzərova təqdim etdiyi diskdə olan səs yazısından da aydın görünür ki, anası Tamella onun Təranəyə verdiyi qızıl əşyalarını və 1.650 manat pulu geri qaytarmasını tələb edir, Təranə isə həmin qızılların pulunu lombarda ödədiyini və bir həftə ərzində gedib qızılları götürəcəyini bildirir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Təranə ilə arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək üçün o, 2016-cı ili naprel ayında mülki qaydada Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs ona 8.150 manat pul qaytarması qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Təqsirləndirilən şəxs ona 5.500 manat pul ödəmişdir. Hal hazırda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəlmişlər, hər ay hissə-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, onun həbs edilməsini, cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanışahid qismində dindirilmiş Şahid4ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını və 1.650 manat nağd pulu verməsinin şahidi olmuşdur. Belə ki, 2015-ci ilin sentyabr ayının əvvəlində anası və Təqsirləndirilən şəxs 19 saylı notariusda borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs anasına borclu olduğu 8.150 manat pulu bir neçə ay ərzində ödəməli olmuş, daha sonra, həmin ayın sonlarında Təqsirləndirilən şəxs onların yaşadığı evə gələrək anasına bildirmişdir ki, müqavilədə göstərilən müddət ərzində həmin pulu ödəyə bilməyəcək və təklif etmişdir ki, bankda olan borcunu bağlayıb yenidən kredit götürməklə anasına olan bütün borcunu ödəsin. Bunun üçün o, anasından qızıl-zinət əşyaları istəmişdir ki, həmin vaxt bankda olan kredit borcunu ödəyib bağlasın. Anası ona inanaraq onun təklifi ilə razılaşıb, ona müxtəlif növ qızıl-zinət əşyaları və 1.650 manat pulu onun yanında vermiş, bundan sonra isə, Təqsirləndirilən şəxs öz sözünə əməl etməmiş və anasına heç nə qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs o, təxminən 20 ildən artıq müddətdir ki tanıyır. Təqsirləndirilən şəxs onun qızı Lətafət ilə əvvəllər rəfiqə olsalar da, Təranə Lətafəti aldadıb pulunu ələ keçirdikdən sonra onların arasında mübahisələr başlanmışdır. 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncudan xahiş etmişdir ki, sonuncu Təqsirləndirilən şəxs üçün qızıl-zinət əşyaları götürsün və qızılların pulunu yaxın günlərdə ödəsin. Lətafət Təranəni tanıdığı üçün və sonuncuya inandığından Bakı şəhəri «Moskva» univermağından nisyə olaraq qızıl-zinət əşyalarını götürüb satmaq üçün Təranəyə vermişdir. Təranə isə qızılların pulunu vaxtında ödəmədiyi üçün onun qızı Lətafət məcbur olub özü şəxsi pulundan həmin mağazaya pul ödəmişdir. Bundan sonra Lətafət dəfələrlə öz yaşadıqları evdə Təranəyə bildirmişdir ki, sonuncu pulları geri qaytarsın. Təranə isə hər dəfə bir bəhanə gətirərək onun qızı Lətafətin pulunu ödəməmiş, bundan sonra Lətafət məcbur olub Təranə ilə notarial qaydada müqavilə bağlamışdır. 2015-ci ilin sentyabr ayının sonlarında o, yaşadığı ünvan 4 ünvanında yerləşən evində olduğu zaman Təranə onun yaşadığı evə gəlmiş və Lətafətə bildirmişdir ki, banka borcu vardır və həmin borcu ödəyib başqa bankdan kreditlə pul götürüb Lətafətin pulunu ödəyə bilər. Təranə Lətafətdən banka olan borcunu ödəmək üçün əlavə 3.000 manat pul istəmişdir. Lətafət isə yenə də Təranə ilə razılaşmış və onun yanında Təranəyə 1.650 manat pul və özünə məxsus təxminən 4.000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Təranə pulu və qızılları qəbul etdikdən sonra onlara bildirmişdir ki, yaxın günlərdə hər iki borcunu birlikdə ödəyəcəkdir. Bundan sonra Təranə yenə də Lətafətin pulunu ödəmədikdə və hər dəfə onları aldatdıqda, Lətafət məcbur olub Təranə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Təranə onlardan aldığı puldan cəmi 450 manat borcu qaytarmışdır. Lətafət birinci dəfə Təranəyə verdiyi qızılların pulunu ala bilmədiyi üçün sonuncu barəsində məhkəməyə mülki qaydada müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 C (köhnə 25 saylı bina) ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ildir ki, icarəyə götürüb orada fiziki şəxs kimi lombard fəaliyyəti ilə məşğul olur. O, uzun müddətdir ki, Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. Xatırladığı qədərincə xx xxxx 2015-ci il tarixdə Təranə onun işlətdiyi lombarda müştəri kimi gələrək maddi ehtiyacı üzündən özünə məxsus olduğunu bildirdiyi 01 ədəd 23,5 qram çəkidə, 583 əyarlı boyunbağını girov qoyaraq 350 manat pul götürmüşdür. Həmin qızılın əlamətlərini o, xatırlamır. Həmin girova və götürülmüş pula görə Təranə aylıq 28 manat pul ödəməli olmuşdur. Lakin Təranə lombarddan pulu götürdükdən sonra hər-hansı bir aylıq və ya tam ödəniş etməmiş və bu səbəbdən də ona dəfələrlə onun tərəfindən xəbərdarlıq edilmişdir. Lakin aradan 6 aylıq müddət keçdikdən sonra Təranə həmin qızılla bağlı maraqlanmadığı və telefon zənglərinə cavab vermədiyi üçün onun tərəfindən girov şərtlərinə uyğun olaraq həmin boyunbağı Bakı şəhəri, Nəsimi rayonu «Moskva» Univermağında tanımadığı zərgərə 550 manata satılmışdır. Beləliklə, Təranənin lombarda olan faiz və girov borcu tam şəkildə bağlanmışdır. Əlavə olaraq ifadəsində bildirmişdir ki, həmin faktdan əvvəl, Təranə dəfələrlə ona müştəri qismində müraciət etmiş və girov şəklində qızıl-zinət əşyaları qoyaraq lombarddan pul götürmüş, lakin borcunu tam şəkildə ödəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda «Moskva» univermağında qızıl alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs 2001-ci ildən, Təqsirləndirilən şəxs isə 2003-cü ildən tanıyır. Lətafətlə tanış olanda sonuncu ondan 1.000 manat dəyərində nisyə qızıl götürmüş, lakin uzun müddət o, qızılın pulunu qaytara bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs Lətafətlə birlikdə onun yanına gələrək ona Lətafəti öz qardaşı arvadı kimi təqdim etmiş, onun ailəsində maddi problemlərinin olduğuna görə Lətafəti sıxışdırmamasını xahiş etmiş və bir müddət sonra borcunu verəcəyini söz vermişdir. Bir müddət sonra isə Lətafət ona olan borcunu ödəmişdir. Bundan sonra Lətafət və Təranə ilə qızıl alveri etməyə davam etmiş, aralarında heç bir problem yaranmamışdır. Sonralar Təranənin adını xatırlamadığı bacısı qızının ona 4.500 manat borcu yaranmış, lakin sonradan həmin borc ona ödənmişdir. xx xxx 2015-ci il tarixdə Təranə qohumlarının toyu ilə əlaqədar ondan ümumilikdə çəkisi 175 qram təşkil edən 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları götürmüş və həmin qızıl əşyalarını xx xxx 2015-ci il tarixinə kimi qaytaracağına söz vermişdir. Lakin sonradan bu məsələ uzanmış və o, məcbur olub Təranəni məhkəməyə vermişdir. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddiası təmin edilərək Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi miqdarda qızılın ona verilməsi qət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən onun şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X1 arayışından və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-254/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, həmin cəzanı xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli 2015-ci ildə törətmişdir. Bununla da hazırkı cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkənməhkum edilməmişdir və məhkumluq yaranmamışdır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Yəni CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməli. Həmin cəza CM-nin 66.5 və 66.2ci maddəsinə əsasən 1-ci hökm olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə tamamilə toplanılmalı, bundan sonra 1-ci hökmə əsasən çəkilmiş cəza qəti cəzadan çıxımaqla üzərində yekun cəza saxlanılmalıdır. Çünki CM-nin 69.3-cü maddəsində də hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddətinin həmin maddədə müəyyən edilmiş cəza növləri üzrə müəyyən edilmiş hesablama qaydası nəzərə alınmaqla təyin edilmiş cəzaya hesablanır. Bu zaman şəxs barəsində bir hökmlə CM-nin müxtəlif maddələri ilə cəza təyin ediləndə, həmin cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən toplanılır və ya əhatə edilir, bundan sonra CMnin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanıldığı müddət həmin maddədə müəyyən edilən müddət hesabı ilə hesablanaraq yekun cəzadan çıxılır. Həmçinin də CM-nin 66.5-ci maddəsinin 1-ci cümləsinə əsasən də cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Buna görə də eyni qayda dedikdə, yəni əvvəlki hökmlə təyin edilmiş cəza, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən və ya tamamilə toplanılmalı və ya əhatə edilməklə qəti cəza təyin edilməli. Bundan sonra CM-nin 66.5-ci maddəsinin 2-ci cümləsinə əsasən birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də əvvəlki hökmlə təyin edilmiş və cəkilmiş cəza da nəzərə alınmalı, bunun üçün də təyin edilmiş qəti cəzadan həmin çəkilmiş cəza çıxılmalı və üzərində çəkilməli olan qəti cəzası müəyyən edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəməyə ünvanladıqları xx.xx.2020-ci il tarixli ərizələrinə əsasən cinayət işi üzrə 5650 manat zərərin hər ay hissə-hissə olmaqla 150 mant olmaqla ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də zərərçəkən şəxsin cinayət işi üzrə heç bir iddiası yoxdur. İş materiallarında olan AA N 128542 saylı vəsiqənin surətinə əsasən Təqsirləndirilən şəxs Şuşa şəhərindən məcburi köçkündür. İş materiallarındakı Elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs 130 manat yaşa görə pensiya alır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi əməli etiraf edib, səmimi peşman olmalarını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslə razılığa gəldiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmalarını, məcburi köçkün olmasını, 61 yaşında qadın olmasını, pensiyaçı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «VERBATİM CD-R» markalı və 01 ədəd «ARİTA CD-R» markalı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il(bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-254/2017 saylı hökmü ilətəyin olunmuş qazancının 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası CMnin 68.3.1-ci maddəsi nəzərə alınmaqla hazırkı hökmlə təyin olunan cəza ilə tamamilə toplamaq yolu ilə ona, qəti olaraq 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilib qurtarmış cəza qəti cəza müddətinə hesablanaraq, təyin olunmuş hazırkı qəti cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «VERBATİM CD-R» markalı və 01 ədəd «ARİTA CD-R» markalı disklərcinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar