Məhkəmə qərarları › İş №1(004)-96/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-96/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-96/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib, üzərində saxlamış, 04.11.2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nəsimi rayonu ərazisindən Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına gəlməklə daşımış və həmin vaxt sərxoşluq halında olduğu üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, 04.11.2021-ci il tarixdə saat 21:30-da ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan kəsiyində olan bükümlərdə ayrı-ayrılıqda 0,399qr, 0,149 qr ümumi çəkisi 0.548 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvəllər narkomaniya xəstəliyindən əziyyət çəkmiş, lakin həbsdə olduğu dövrdə narkotik vasitə istifadə etmədiyi üçün artıq sağalmışdır və özünü yaxşı hiss edir. 03.11.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən parkda gəzən zaman yerdə olan bir sellofan kəsiyi onun diqqətini çəkmişdir. O, ətrafa nəzər yetirib heç kimin olmadığını görüb həmin sellofan kəsiyini yerdən götürmüşdür. Həmin sellofan kəsiyini açan zaman onun içərisində 2 ədəd büküm olmuş, hər bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bundan sonra o, həmin bükümləri əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 04.11.2021-ci il tarixdə işləri ilə əlaqədar Bakı Metropoliteni QSCnin “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt onun bədənində ağrılar olduğu üçün stansiyada xidmətdə olan polis əməkdaşlarının diqqətini cəlb etmişdir. Polis əməkdaşı onu saxlayaraq özünü təqdim etməyini tələb etmişlər, lakin o, polis əməkdaşına özünü təqdim etməyərək onun verdiyi suallardan yayınmaq istəmişdir. Bu zaman polis əməkdaşı onun verdiyi suallardan yayındığını görüb onu X4 dəvət etmişdir. X5 inzibatı binasında vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkilişdən istifadə etməklə ona üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmişdir. Həmin vaxt o, üzərində olan narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq təqdim etmişdir. O, polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitə olan heroindir. Son olaraq əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət etmişdir. 04.11.2021-ci il tarixdə saat 20:30 radələrində Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt metrostansiyaya sərnişin qismində bir nəfər şəxs daxil olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratdığı üçün ondan özünü təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs özünü təqdim etməkdən yayınmağa başlamışdır. Bundan sonra o, həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Orada olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman polis əməkdaşlarının sualına cavab olaraq narkotik maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Əliyə təqdim olunmuş vəkilin iştirakı ilə ona üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Bundan sonra Əli əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq həmin bükümlərdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin, olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə olan heroini 03.11.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən adını dəqiq bilmədiyi istirahət parkından tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan kəsiyinə bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini hər biri öz ifadəsində bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən o könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd selloffan kəsiyi bükümünə bükülümüş bükümləri masının üzərinə qoyaraq həmin bükümlərin içərsində “kakos”, yəni narkotik vasitə heroin olduğunu və və həmin heroinin ona məxsus olmasını, həmin narkotik vasitəni 03.11.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən adını dəqiq bilmədiyi istirahət parkında yerdən tapdığını üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəklində, narkotik vasitə heroin olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, 37 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 22-23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 05 noyabr 2021-ci il tarixli 6/4913 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №37” möhürü əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və.s yazılar, imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,399qram, 0,149 qram, ümumi təmiz çəkisi 0,548 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq ediımiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (i.v. 29-33) “DVD diskə baxış keçirilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin PPXBnün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropoliteninde Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üzərində 02 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülümş bükülünü masanın üzərinə qoyaraq bükülülerin içərsində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 03.11.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən adını dəqiq bilmədiyi istirahət parkından tapdığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm açılmış, bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. (i.v. 37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 nəticələrinə dair 22.12.2021-ci il tarixli 5230 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 78-79) “Sübutların qiymətləndirilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.548 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin 0.468 qram qalığı Bakı şəhər BPİ-nin Təchizat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirlən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirlən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürülmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi ekspertizasının 6/4913 nömrəli rəyi, məhkəmənakoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 81-88) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.548 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06.11.2021-ci il tarixli 4(004)-657/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 30 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 76-77) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər BPİ-nin Təchizat şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.468 qram çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri BPİ-nin Təchizat şöbəsində saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri BPİ-nin Təchizat şöbəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.468 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar