Məhkəmə qərarları › İş №1(004)-96/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-96/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-96/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1996-cu il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 22 may 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın qarşısında sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-TP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayanmasından və sürücünün fikrinin yayınmasından istifadə edərək surətlər qutusunun yanında olan Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində “Redmi Note 8” markalı mobil telefon aparatını götürüb avtomobildən enərək qaçmaqla özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs 200 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu ərazisinə yerləşən Alov zavodun qarşısında taksi ilə Xırdalan şəhərinə getmək üçün Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nömrə nişanı **-TP- *** olan Renault Megane markalı avtomobilə əyləşmişdir.Avtomobilə əyləşdikdən sonra sürücüyə bildirmişdir ki,əvvəlcə Abşeron rayonu,Xırdalan şəhərində yerləşən Abşeron rayon polis idarəsinin yaxınlığına gedib,orada bir nəfər götürüb onunla birlikdə Nəsimi rayonu ərazisində yerləşən City Hospitala,oradan isə yenidən Abşeron rayon,Xırdalan şəhərində yerləşən Abşeron rayon polis idarəsinin yaxınlığına gedəcəyini bildirmişdir.Sürücü isə bunun qarşılığında ondan 40 manat pul istəmişdir.Onlar aralarında razılaşdıqdan sonra hərəkətə başlamışlar.Xırdalan şəhərində yerləşən Abşeron rayon polis idarəsinin yanına çatdıqda orada yaşayan Hüseyn adlı tanışı ila görüşmüş və həmin şəxsdən ona olan borcunu istəmişdir.Həmin şəxs isə hal hazırda pulu olmadığını .təxminən 15 dəqiqə sonra onunla əlaqə saxlamağım istəmişdir.O yenidən taksiyə əyləşmiş və sürücüdən ikinci ünvana getməklərini bildirmişdir.Avtovağzalın yaxınlığında olarkən sürücüdən telefonunun zaryatkasının olmadığı üçün onun telefonundan istifadə etmək istədiyini bildirmişdir.Şahin isə Redmi Note 8 markalı mobil telefonu danışmaq üçün ona vermişdir.O Hüseyn adlı tanışıma zəng edərək pulu verə biləcəyini soruşduqda Hüseyn ona pul tapa bilmədiyini bildirmişdir.Lakin o sürücüyə bunu bildirməmiş və fikrinin dəyişdiyini,ikinci ünvan olaraq Yasamal rayonu ərazisində yerləşən BDU-nin yaxınlığına getməklərini xahiş etmişdir.Onlar yolda olarkən o artıq fikrində sürücünün telefonunu oğurlamaq qərarına gəlmişdi.BDU-nin yanına çatdıqda mən sürücünün fikrinin onda olmadığından istifadə edərək sürətlər qutusunun yanına qoyduğu X5 8 markalı mobil telefonu götürmüş və maşından düşərək binanın 4-cü mərətəbəsinə çıxıb düşəcəyini bildirmişdir. Daha sonra maşından düşərək binaya daxil olmuş və binanın iki tərəfli giriş çıxışı olduğu üçün o biri tərəfdən çıxaraq oradan uzaqlaşmışdır. Daha sonra Nərimanov metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı satqısı ilə məşğul olan dükana gəlmiş və şəxsiyyət vəsiqəsi ilə oğurladığı X5 8 markalı mobil telefonu 120 manat satmışdır. Törətmiş olduğu əməlindən peşman olduğunu, əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirdi ki, o, hal-hazırda göstərdiyi ünvanda yaşayır. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir, bu barədə medallarla təltif edilmişdir, hazırda tələbədir və dərsdən sonra taksilik fəaliyyəti ilə məşğul olur özünü dolandırır. Belə ki, ona məxsus dövlət qeydiyyat nişanı **-TP-*** olan Renault Megane markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 22 may 2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu,Şamaxinka adlanan ərazidə yerləşən Alov zavodunun qarşısından təxminən 30 yaşlarında sonradan adının İsabalı olduğunu bildiyi şəxs əyləşərək onu əvvəlcə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan anasım götürüb Nəsimi rayonu ərazisində yerləşən “City Hospital” klinakasına aparmağımı xahiş etmişdir. O həmin şəxslə qiymətdə razılaşdıqdan sonra onlar hərəkətə başlamışlar. O Xırdalan şəhəri Abşeron polis idarəsinin yaxınlığında olarkən həmin şəxs anasına zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. Lakin o, həmin şəxsi tanımadığı üçün telefonunu həmin şəxsə verməmişdir. Daha sonra həmin şəxs ona bildirdi ki,anasının Yasamal rayonu ərazisində yerləşən BDU-nin yaxınlığında yaşayan dayısıgilə getdiyini xatırladı və ondan həmin ünvana sürməyini xahiş etdi. O hərəkətə başladıqdan sonra İsabalı mütəmadi olaraq taksidən istifadə etdiyini, anasını teztez xəstəxanaya apardığını və mütəmadi olaraq onunla gedib gələcəyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra onlar Yasamal rayonu ərazisində yerləşən BDU-nin yaxınlığında olan binaların həyətinə gəlmişlər. Daha sonra İsabalı ondan burada biraz gözləməyini, anasını götürüb gələcəyini bildirmişdir. O da avtomobili həyətin kənarına sürüb park etmək istəyərkən əvvəlcədən avtomobildə sərnişin qismində əyləşmiş İsabalı anidən əvvəlcədən avtomobilin surətlər qutusunun yanına qoyduğu ona məxsus X5 8 markalı mobil telefonumu götürərək avtomobildən düşərək qaçmağa başlamışdır. O dərhal avtomobili saxlayaraq İsabalının arxasınca qaçsada, telefonunu qaytarmağını arxasınca səslənsə də, İsabala ona məhəl qoymadan qaçmış, binada olan blokların hər iki tərəfdən giriş çıxışı olduğu üçün həmin şəxsi tapa bilməmişdir. O ümumiyyətlə İsabalaya telefon verməmişdir, əgər vermək istəsəydi əvvəldə İsabala ondan telefonu istəmişdir, lakin oİsabalanı tanımadığı üün telefonunu ona verməmişdir. Bu səbəbdən də İsabala onun telefonunu götürüb qaçmışdır. Hadisə zamanı telefonun içərisində ***-***-**-** mobil nömrəsi olmuşdur və o, X5 8 markalı mobil telefonu təxminən 2 il əvvəl 400 manata alarkən kompaniya olduğundan üzərində yuxarıda qeyd etdiyi mobil nömrəni pulsuz vermişlər.O, həmin mobil telefonu 2 il əvvəl 400 manata almışdır. Həmçinin yolüstü İsabala ona dayısının mevə tərəvəz satılan yerə veş qoyacağını bildirdiyindən və buna görə də İsabala ilə həmin yerə yolustu dəyərək İsabala həmin yerə veş qoyduğundan, İsabala telefonu qaçırdıqdan sonra, o həmin İsabalanın dayısı kiki təqdim etdiyi yerə qayıtmış və orada olan şəxsdən soruşmuşdur ki, sizin bacınız oğlu İsabala onun telefonunu aparıb, həmin şəxs də bildirmişdir ki, İsabalanı tanımır və o İsabalanın dayısı deyil. Həmin şəxs bildirmişdir ki, onlar iki nəfərdilər, hər gün biri gəlir ora veş qoyur, digəri də gəlib həmin veşi götürür. Hazırda İsabaladan şikayətçidir, vurduğu ziyanı hələ də ödəməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/7576 nömrəli rəyindən görünür ki,01 ədəd “X5 8” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması,orta istismar müddəti orta istismar intensivliyi parametrlərinə uyğun olan 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin qeyri səmimi ifadə verməsini, vurulmuş ziyanın ödənilməməsini təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə bu cür xarakterizə edilən təqsirləndirilən şəxsə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxsn məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar