Məhkəmə qərarları › İş №1(004)-97/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-97/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-97/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində şəxsiyyəti istintaqa məlum olmayan Rafiq adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini bir bükümdə əldə edib özündə saxlamaqla daşımış, həmin tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində gümüşü kağız bükümdə olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki,inyeksiya vasitəsi ilə narkotik vasitə olan heroin qəbulu ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu, 2ci Alatava ərazisində Rafiq adlı tanışından 6 (altı) manata bir büküm narkotik vasitə olan heroin almışdır. Taksi fəaliyyəti ilə məşlum olduğu üçün həmin gün saat 18 radələrində idarə etdiyi «Mercedes Benz C 200» minik markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində dayanıb sərnişin gözlədiyi zaman X1 bacısı Aytəkinlə birlikdə ona yaxınlaşıb 20 Yanvar metrostansiyasına aparmasını xahiş etmişdir. Hərəkətə başladıqdan təxminən 10-15 dəqiqə sonra etdiyi avtomobili 20 Yanvar metrostansiyasının yaxınlığında «Günəş» kafesinin qarşısında saxlamışdır. Elsevər və Aytəkinin avtomobildən düşərkən polis əməkdaşları yaxınlaşaraq ona Bakı şəhər Baş Polis İdarəsinə getməyi təklif etmişlər. O etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə, oradan isə polis əməkdaşlarının müşayiəti ilə Yasamal rayon polis idarəsinin 29-cu Polis Böbəsinə getmişdir. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla ona üzərində olan əşyalar barədə məlumat vermək təklif olunmuş və o, əynindəki şalvarının sağ yan cibində saxladığı içərisində heroin olan gümüşü rəngli kağız kəsiyindən hazırlanmış bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Şahid4 Daxili İşlər Nazirliyinə müraciət edərək yaşadığı evin ətrafında müxtəlif narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər barədə məlumat vermişdir. Həmin müraciət ilə əlaqədar BBPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Vəliyəddin oğlu və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə gedib Şahid4 Yasamal rayonu, 2-ci Alatava, ev 101Q ünvanda yaşadığı evin yanında onunla görüşmüşərək ona narkotik vasitə satan şəxslər barədə özündə olan məlumatları bildirməyi təklif etmişlər. Bu zaman Şahid4 «Mercedes Benz C 200» minik markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək «narkotik satan şəxs odur, adı Elsevərdir, gedir» deyə bildirmişdir. Odur ki, dərhal xidməti avtomobilə əyləşərək Şahid4 göstərdiyi avtomobilin arxasınca getməyə başlamışlar. Həmin avtomobilin sürücüsü kişi idi və ondan əlavə avtomobildə bir qadın və bir kişi sərnişin əyləşibmişdir. Sürücü 20 Yanvar metrostansiyasının yaxınlığında Yasamal rayonu, M.Həsənov küçəsi, 23 saylı ünvanda yerləşən «Günəş» kafesinin qarşısında avtomobili saxladıqdan sonra onlara yaxınlaşıb özlərini təqdim edib narkotik vasitə qəbul edibetmədikləri barədə soruşmuşlar. Hər iki şəxs özlərini təqdim etmiş, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə X1 olduğunu bildirmişlər. Həmin şəxslərdən narkotik vasitə istifadə edib-etməmələri barədə soruşduqda onlar səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduqlarını demişlər. Həmin şəxsləri xidməti avtomobilə əyləşdirərərək BBPİ-nə aparmaq üçün yola düşmüşlər, lakin idarənin yanına çatan zaman rəhbərliyin göstərişi ilə hadisənin törəndiyi ərazi üzrə raportla müraciət etmək üçün həmin şəxsləri Yasamal RPİnin 29-cu PŞ-nə aparmışlar. Yasamal RPİ-nin 29-cu polis şöbəsinin inzibati binasında baş təhqiqatçı Ruslan Əfəndiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra vəkil Xəyalə Babyevanın müdafiəçi qismində iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş və o, buna cavab olaraq əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinin könüllü olaraq çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Qeyd olunan narkotik vasitəni haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 13 radələrində 2-ci Alatavada üzdən tanıdığı, bildiyinə görə həmin ərazidə yaşayan, barəsində heç bir anket məlumatı olmayan Rafiq adlı şəxsdən özünün istifadəsi üçün 6 (altı) manata aldığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Bakı şəhər Baş Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Vəliyəddin oğlu və əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Yasamal rayonu, 2-ci Alatava, ev 101Q ünvanında qeydiyyatda olmaqla yaşayır. Onunla bir məhəllədə yaşayan X1 bir ildir ki, narkotik vasitə satışı və qəbulu ilə məşğul olur. Bununla bağlı dəfələrlə Elsevərlə söhbət edib etirazını bildirərək bu işdən əl çəkməsini tələb etsə də, nəticəsi olmadığı üçün Elsevərin hərəkətləri barədə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə elektron müraciət ünvanlayaraq onun hərəkətlərinə son qoyulması üçün tədbir görülməsini xahiş etmişdir. Müraciəti ilə bağlı Bakı şəhər BPİ-nin NQMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 onunla telefonla əlaqə saxlamış və xx xxxxxx 2020-ci il tarixdə onun dəvəti ilə yaşadığı ünvana gəlmişlər. Qeyd olunan şəxslərlə məhəllədə görüşüb söhbət edən zaman təsadüfən Elsevərin evdən çıxaraq «Mercedes Benz C 200» markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini görmüş, Şahid1 və yanında olan şəxslərə onu göstərib şikayətində bəhs etdiyi şəxsin həmin adam olduğunu bildirmişdir. Polis əməkdaşları xidməti avtomobilə əyləşib Elsevərin əyləşərək məhəllədən çıxdığı avtomobilin arxasınca getmişlər. Sonradan ona məlum olmuşdur ki, Elsevər və yanında olan həmin avtomobili idarə edən Nihad adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq tutulmuşlar. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)- 12/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 252 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,205 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 0,205 qr, tədqiqata sərf edildi: ümumi 0,05 qr, qalıq: 0,155 qr. Aparılmış tədqiqatın dəyəri 114,00 (yüz on dörd manat) təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümündə təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,145 qram heroin maddi sübut hesab edilmiş və Yasamal Rayon Polis İdarəsinə saxlanışa verilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)- 532/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, hər ay qazancının 5% məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad olunmuşdur. Məmmədov X5 Rayon Məhkəməsinin 1(001)- 230/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, qazancından 20 faiz tutulmaqla 2 (iki) il müddətinə islah cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək və xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 9 (doqquz) günün bir günü təyin olunan islah işləri cəzasına üç gün hesabı ilə hesablanmış və ona qəti olaraq qazancından 20 (iyirmi) faiz tutulmaqla 1 (bir) il 5 (beş) ay 3 (üç) gün islah işləri cəzası təyin edilmişdir. Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 03 (üç) gün islah işləri cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzanı çəkərək şöbənin qeydiyyatından çıxarılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxx 2020-ci il tarixli, 428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərini olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,205 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: Təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini və əməlindən səmimi peşman olmasını; Yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı Dövlət Rabitə və X2 Təsürrüfat İşləri idarəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı həmin hal nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0,145qram qalıq çəkisi olan heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114,00 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar