Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-97/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanıdna qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Bakı şəhəri “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 60 manata alıb, üzərində daşımaqla saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində ünvan 2 ünvanda Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-nin Yeni Yasamal 1 saylı ünvanda yerləşən 29-cu PŞ-nə gətirilmiş və xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon kamerasının vasitəsilə videoçəkiliş edilərək, üzərində axtarış və götürülmə aparılan zaman, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd selofana bükülü vəziyyətdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üstündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd - təmiz çəkisi 2,552 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 3-4 aydır ki, narkotik vasitə kakos istifadə etmiş, təxminən 1 il bundan öncə öz istəyi ilə Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzdə stasionar müalicə almışdır. Orada 18 gün müalicə aldıqdan 8 ay sonra narkotik vasitə istifadə etməyə davam etmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında təxminən 11-12 radələrində Bakı şəhəri hamının Papanin kimi tanıdığı ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 60 manata 1 büküm narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün almışdır. Daha sonra qeyd etmişdir ki, danışığa əsasən həmin narkotik vasitə 2 qram yarım olmalı idi, vizual baxanda da narkotik vasitə həmin çəkiyə oxşamışdır. Çünki gündəlik olaraq narkotik vasitə qəbul etdiyinə görə ilk baxışdan həmin çəkini seçə bilmişdir. Narkotik vasitəni alıb yaşadığı məhəlləyə gəlmiş, məhəlləyə təzəcə çatıb dayanmışdır ki, bu zaman tanımadığı mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb ondan Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyi xahiş etmişlər. Həmin vaxt narkotik vasitə olan heroin üzərində olmuş, polis əməkdaşları onun qollarından tutduğu üçün üzərində olan narkotik vasitə olan heroini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmiş, şəxsiyyəti müəyyənləşdirilmiş və xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdi. Baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi təklif etmiş, o da əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd kiçik sellofana bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda bu maddənin narkotik vasitə olan heroin olduğunu, heroini “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini demişdir. Üzərindən aşkar olunmuş bir büküm heroini “Papanin" adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 60 manata almışdır üzərindən aşkar olunmuş heroin ona məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 29-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1-da qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və 29-cu PŞ-nin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və xx xxxxxxx 2020-ci il tarixdə saat 14:55 dəqiqədə Şahid2 ilə birgə ünvan 1-nın yaxınlığında Təqsirləndirilən şəxs görmüşlər. Bu zaman yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün 29-cu PŞ-yə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofana bükülü vəziyyətdə olan narkotik vasitəyə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Həmin maddənin kokos kimi bildiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik vasitəni kimdən və nə zaman adığı barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin vasitəni həmin gün, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 60 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq DİN KTİ-yə göndərilmiş, DİN KTİ-dən alınmış arayışdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə - 2,552 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (i/v 67). Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş işi üzrə şahid Yasamal RPİ 29-cu PŞ-nin sahə rəisi Şahid2 ifadəsindən görünür ki, Şahid1 ifadəsindəki qeyd etdiyi xüsusatlar öz təsdiqini tapır (i/v 68). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin təhqiqatçısı Tural Abdullayev tərəfindən tərtib edilmiş və Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1, həmin Polis Şöbəsinin sahə rəisi Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi oğlu tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları və maddələri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli idman paltarının sol yan cibindən 1 ədəd sellofandan ibarət bükümdə narkotik maddəyə bənzər çıxararaq könüllü şəkildə onlara təqdim etdi. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi, özü təqdim etdiyi predmetdən başqa hər hansı əşya aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddə ilə bağlı sual verilərkən sonuncu bildirmişdir ki, onun təqdim etdiyi bir ədəd sellofandan ibarət olan bükümdə olan maddəni kakos kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddəni xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında təxminən 11-12 radələrində Bakı şəhəri hamının Papanin kimi tanıdığı yerdən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 60 manata 1 büküm narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün olan 169 saylı möhürü ilə möhürləndikdən sonra zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə texniki vasitədən istifadə edilməklə qeydə alınmışdır. Çəkiliş bir ədəd “DVD” diskə köçürülmüş və protokola əlavə edilmişdir. Protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir irad və əlavələr olmadığı üçün imzalarla təsdiq edilmişdir (i/v 23-24). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2305 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” Yazısı olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 2,540 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 2,540 qram olmuş, 0,050 qram tədqiqata sərf edilmiş, 2,490 qram qalıq qalmışdır (i/v 82). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,540 qram olan narkotik maddə - heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq – 2,490 qram narkotik maddə heroin iş üzrə maddi sübut kimi tanınsın və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına verilməsi qərara alınmışdır (i/v 87-93). İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 87-93). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli idman paltarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq qarşısındakı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülüdə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 3290 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfitamindən sui-istifadə edilməsi ilə nəticəsində aılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 85-86). İşdəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir (i/v 66). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində Rüqəyya və Səma adlarında iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 62). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını, ikinci dərəcəli əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Yasamal Rayon Polis İdarəsində saxlanılan çəkisi 2,490 qram narkotik maddə - heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-97/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etməklə ona 57 (əlli yeddi) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 57 (əlli yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 342 (üç yüz qırx iki) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 2,490 qram narkotik maddə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-97/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-97/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver