Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-97/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nağı oğlunun və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı olan, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Nağı oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1973-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı olan, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İmişli şəhəri, Xiyabanı küçəsi, ev 25-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbayıl rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 8-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Nağı oğlu saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Nağı oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.06.2020-ci il tarixdə saat 02:00 dəqiqədən 04.06.2020-ci il tarixdə saat 02:30 dəqiqəyədək olan müddət ərzində iki dəfəyə olmaqla Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin giriş qapısının yanında olan saxlanc yeri hesab edilən şkafın üzərindəki asma qıfılı özündə olan vintaçanla qırıb həmin saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədədi 25 manat olan, 6 ədəd, ümumilikdə dəyəri 150 manat təşkil edən Almaniya istehsalı olan qazan-tava dəstini, bir ədədi 25 manat olan, ümumilikdə dəyəri 50 manat təşkil edən 2 ədəd mis qazanı, bir ədədi 12 manat 50 qəpik olan, ümumilikdə dəyəri 25 manat təşkil edən 2 ədəd Japoniya istehsalı olan yemək termusunu, bir ədədi 15 manat olan, ümumilikdə dəyəri 30 manat təşkil edən 2 ədəd şirniyyat tavasını, bir ədədi 25 manat olan, ümumilikdə dəyəri 50 manat təşkil edən 2 ədəd mis sacı, bir ədəd dəyəri 100 manat təşkil edən yeni il üçün nəzərdə tutulan şam ağacını, bir ədədi 1 manat olan, ümumilikdə dəyəri 25 manat təşkil edən 25 ədəd şişi, bir ədəd 170 manat dəyərində “Bosh” markalı dreli, bir ədəd 90 manat dəyərində laqondanı, bir ədəd 90 manat dəyərində su ütüsünü, bir ədəd 40 manat dəyərində təmir alətlərini, bir ədəd 20 manat dəyərində qaz açarını, bir ədəd 10 manat dəyərində vint açan aləti, bir ədəd 10 manat dəyərində adi mişarı və bir ədəd 130 manat dəyərində elektrik mişarını vahid qəsdlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 990 (doqquz yüz doxsan) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14.10.2021-ci il tarixdə saat 03:00 dəqiqədən 15.10.2021-ci il tarixdə saat 02:30 dəqiqəyədək olan müddət ərzində iki dəfəyə olmaqla Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olan bina sakinlərinin ümumi istifadəsində olmaqla saxlanc yeri hesab edilməyən dam hissəsinə binanın ümumi giriş hissəsindən pilləkənlərlə qalxaraq orada Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına quraşdırdığı «Nakhchivan» restoranının soyudubisitmə və havalandırma sisteminə aid bir metrinin dəyəri 25 manat olan 250 metr uzunluğunda ümumi dəyəri 6250 manat olan 13 mm diametrli, içərisindən 4 ədəd naqil keçən elektrik kabelini, bir metrinin dəyəri 30 manat olan 14 metr uzunluğunda ümumi dəyəri 420 manat olan, 18 mm diametrli kondisioner üçün nəzərdə tutulmuş mis borunu və bir metrinin dəyəri 30 manat olan 14 metr uzunluğunda ümumi dəyəri 420 manat olan, 13 mm diametrli kondisioner üçün nəzərdə tutulmuş mis borunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 7090 (yeddi min doxsan) manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 14.10.2021-ci il tarixdə saat 03:00 dəqiqədən 15.10.2021-ci il tarixdə saat 02:30 dəqiqəyədək olan müddət ərzində, qısa müddətdə tanış olduğu Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Nağı oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14.10.2021-ci il tarixdə saat 03:00 dəqiqədən 15.10.2021-ci il tarixdə saat 02:30 dəqiqəyədək olan müddət ərzində iki dəfəyə olmaqla Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olan bina sakinlərinin ümumi istifadəsində olmaqla saxlanc yeri hesab edilməyən dam hissəsinə binanın ümumi giriş hissəsindən pilləkənlərlə qalxaraq orada Zərərçəkmiş şəxs1 öz vəsaəiti hesabına quraşdırdığı «Nakhchivan» restoranının soyudubisitmə və havalandırma sisteminə aid bir metrinin dəyəri 25 manat olan 250 metr uzunluğunda ümumi dəyəri 6250 manat olan 13 mm diametrli, içərisindən 4 ədəd naqil keçən elektrik kabelini, bir metrinin dəyəri 30 manat olan 14 metr uzunluğunda ümumi dəyəri 420 manat olan, 18 mm diametrli kondisioner üçün nəzərdə tutulmuş mis borunu və bir metrinin dəyəri 30 manat olan 14 metr uzunluğunda ümumi dəyəri 420 manat olan, 13 mm diametrli kondisioner üçün nəzərdə tutulmuş mis borunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 7090 (yeddi min doxsan) manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Nağı oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü ona elan edilmiş AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilir, yuxarıda qeyd olunan ünvanda, yəni ünvan 4 ünvanda anası ilə birlikdə yaşayır, amma son vaxtlar Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikilidə yaşayır, subaydır, heç bir yerdə işləmir. İmişli rayon sakini Təqsirləndirilən şəxs2 bir müddətdir ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 03.06.2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri 5 mərtəbə adlanan yerə çatmamış, ara məhəlləyə çatmağa az qalmış ara küçəyə dönmüş, piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt maddi vəziyyəti ağır olmuş, pula ehtiyyacı olmuşdur, narkotik vasitə ala bilməmişdir, bədəni ağramışdır. Ona görə qərara gəlmişdir ki, hansısa evə daxil olub oradan oğurluq etsin. Həmin tarixdə gecə saatlarında piyada hərəkətdə olduğu vaxt dəmir məhəccərli qapıdan həyətə daxil olmuş, həyətə daxıl olandan sonra köhnə inşa edilmiş pilləkənlə yuxarı qalxmış, qarşısına plastik qapı çıxmışdır. O da qapını itələmiş, qapı açılmış, görmüşdür ki, qapı açıqdır, o, qapıdan içəri daxil olmuşdur. Dəhlizdə olarkən orada olan bir ağ rəngli qapının üstündə asma qıfıl açarların olduğunu görmüşdür. Asma qıfılı açmaq üçün ətrafa baxmış, üzərində olan vint açanla asma qıfılı qırmış, o, ağ qapıları açmışdır. Görmüşdür ki, saxlanc yerində müxtəlif məişət əşyaları, yəni qazanlar, saclar, təmir alətləri, açarlar, elektrik mişarlar, laqonda, drel, ütü, elektrik mişarı və sair alətlər vardır. O, əvvəlcə yuxarıda olan mis qazanı götürmüş, sonra mis qazanın içərisinə təmir ələtlərini, qaz açarını, elektrik mişarı, vint açarları, mişarı, kabab şişlərini yığmış, sonra saxlanc yerinin qapısını bağlamış, fikirləşmişdir ki, səhər gəlib yenidən qalan əşyaları oğurlayar. Sonra həmin yerdən çıxmış, ünvandan uzaqlaşmış, yaşadığı evinə getmiş, oğurladığı əşyaları yaxınlıqda olan zibillikdə gizlətmişdir. 04.06.2020-ci il tarixdə gecə saatlarında yenidən həmin ünvana gəlmiş, saxlanc yerinin qapısını açmış, ətrafa baxmış, görmüşdür ki, orada yerləşən yaşayış evlərində işıqlar sünülü vəziyyətdə deyil. O, yuxarıdan qalan mis qazanı götürmüş, içərisinə digər əşyaları yığmış, özü ilə gətirdiyi kisənin içərisinə ütünü, qazan tava dəstini, termosları, başqa tavaları, iki ədəd mis sacı, şam ağacını yığmış, sonradan saxlanc yerinin qapısını bağlamış, oradan uzaqlaşmışdır. Səhərisi o, mis qazanları və mis sacları əzilmiş vəziyyətə salmış, istəmişdir ki, metal qəbulu məntəqəsinə satanda ondan şübhələnməsinlər, bundan sonra Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Gündüzün metal qəbulu məntəqəsinə getmiş, ona yaxınlaşmış, ona demişdir ki, «mən zibillikdə mis qazanlar və mis saclar tapmışam, həmin mis qazanlar və mis sacları satıram, pula ehtiyyacım vardır”. Gündüz ondan soruşmuşdur ki, “həmin əşyaları haradan əldə etmisən, birdən oğurluq olar”. O da Gündüzə demişdir ki, «zibillikdən yığmışam, oğurluq deyil, narahat olma, mən sənə oğurluq mal sataram”. Gündüz ona inanmış, satmaq istədiyi mis qazanları və mis sacları birlikdə tərəzidə çəkmiş, çəkisi 13 kq etmişdir. Gündüz ona demişdir ki, «sənə 130 manat pul verə bilərəm». O da gündüzlə razılaşmış, 130 manat pulu alıb oradan uzaqlaşmış, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Sonra isə əldə etdiyi digər qazan tava dəstini, termosları, tavanı, şam ağacını, 25 ədəd şişi, dreli, laqundanı, ütünü, elektrik mişarını, digər alətləri isə götürüb kisəyə yığmış, 20 yanvar dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Fikirləşmişdir ki, bəlkə bir müştəri olan dəyər dəyməzə satar. 20 yanvar dairəsində bir nəfər tanımadığı bir şəxslə rastlaşmış, ona bildirmişdir ki, zibillikdən bu əşyaları tapmış, əşyalar saz vəziyyətdədirlər, o, zibillikdə həmişə köhnə metalları axtarır. Həmin şəxs satmaq istədiyi əşyalara baxmış, ona demişdir ki, «bəlkə oğurluq olar, mənə yalan demə”. O da həmin şəxsə demişdir ki, «sənə nə səbəbə yalan deyim, sən almasan, başqasına sataram, sadəcə anamın səhəti yaxşı deyil, dərman almaq lazımdı, ona görə də bu əşyaları dəyər dəyməzə satıram». Həmin şəxs ona demişdir ki, «bu əşyaların qiymətini mənə de, sərf etsə alaram». O da həmin şəxsə demişdir ki, «yolka ağacını 25 manata, dreli 30 manata, elekrik mişarını 30 manata, qazan tava dəstini 25 manata, termosları 20 manata, digər tavanı 10 manata, 25 ədəd şişi 10 manata, ütünü 15 manata, laqondanı 30 manata, digər təmir alətlərini isə 40 manata satdığını bildirmişdir. Həmin şəxs ona demişdir ki, «mənim o qədər pulum yoxdur, sənə sadəcə 150 manat pul verə bilərəm». O da məcbur qalıb həmin şəxslə razılaşmış, çünki bədəni ağramışdır, təcili narkotik vasitə almaq istəmişdir. Ona görə də həmin şəxsdən 150 manat pulu almış, satmaq istədiyi əşyaları həmin şəxsə satmış, əldə etdiyi pula narkotik vasitə alıb qəbul etmişdir. Bundan başqa, 14 oktyabr 2021-ci il tarixdə gecə saat 03:00 radələrində o, həmin Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikilinin ətrafında olmuş, həmin vaxt o, Azərlə rastlaşmışdır. Onun həmin vaxt maddi vəziyyəti ağır olmuş, pula ehtiyyacı olmuşdur. Həmçinin söhbət zamanı Azər ona demişdir ki, onun üzərində pulu yoxdur. Bundan sonra o, Azərə demişdir ki, «gəl gəzək, bəlkə bir əşya rastımıza gəldi, götürüb satarıq, əldə etdiyimiz pulu da maddi ehtiyyaclarımıza xərcləyərik». Azər onunla razılaşmış, bundan sonra o, Azərlə Bakı şəhəri Yasamal rayonu Parlament prospekti ilə hərəkət etmişlər. Həmin vaxt yolun kənarında olan hündürmərtəbəli yaşayış binasına çatanda, qərarlaşdırmışlar ki, həmin binanın blokuna daxil olsunlar, orada hər hansı bir əşya görsələr, götürərlər. Azər onunla razılaşmış, onlar birlikdə yaşayış binasının arxa tərəfinə keçmişlər. Həmin binanın birinci mərtəbəsində Naxçıvan restoranı yerləşir. O, Azərlə binanın arxa tərəfində olduqda, həmin binanın altında olan restoranın dam hissəsində çoxlu sayda kondisioner quraşdırılmasını görmüşlər. O, fikirləşmişdir ki, həmin kondisionerlərin mis boruları və elektrik naqilləri olur, həmin mis boruları və naqilləri oğurlasınlar, gedib satarlar, əldə etdikləri pulu maddi ehtiyyaclarına xərcləyərlər. Azər bilavasitə oğurlugda iştirak etməmişdir, sadəcə aşağıda onu gözləyirdi. O özü tək binanın blokundan içəri daxil olmuşdur və pilləkənlərlə yuxarı qalxmışdır. Binanın ikinci mərtəbəsinə qalxdıqda, orada balaca dəmir qapının olmasını görmüşdür, üzərində heç bir açar olmamışdır. o, həmin balaca dəmir qapıdan içəri, restoranın dam hissəsinə daxil olmuşdur. Orada üzərində olan alışqanın işığı ilə ətrafa baxmağa başlamışdır və görmüşdür ki, çöldən gördükləri kondisionerlər həmin hissədə quraşdırılmışdır, həmçinin orada havalandırma sistemi və elektrik naqilləri olmuşdur. O, kondisionerlərin mis naqillərini qırmağa başlamışdır, həmçinin elektrik naqillərini qırıb yığmışdır. Lakin kənar şəxslərin onu görməsindən ehtiyat edərək fikirləşmişdir ki, səhəri gün yenidən gecə gəlib qalan boruları götürsün. Yığdığı elektrik naqilləri orda olan bir kisəyə yığib oradan çıxmışdır. Sonra isə küçəyə çıxıb Azərlə bir yerdə oradan uzaqlaşmışlar və Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikiliyə gəlmişlər, oğurladıqları elektrik naqillərinin üz qabığını soymuşlar, sonra isə naqilləri yandırmışlar, orada bilmişlər ki, bəzi mis borular balaca diametrli, bəziləri də böyük diametrlidir, əldə etdikləri mis naqilləri və mis boruları yığıb orada gizlətmişlər, Azərlə aralarında razılaşmışlar ki, götürdükləri mis boruları və elektrik naqillərini götürüb metal qəbulu məntəqəsinə satar, əldə etdikləri pulu yarı bölərlər. Səhərisi, o, oğurladıqları mis boruları və elektrik naqillərini Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış, metal qəbulu məntəqəsində işləyən Gündüzə yaxınlaşmış, Gündüzə demişdir ki, o, zibillikdə mis borular və elektrik naqilləri tapmış, həmin mis boruları və elektrik naqillərini satır, pula ehtiyyacı vardır. Gündüz ondan soruşmuşdur ki, həmin əşyaları haradan əldə etmişdir, birdən oğurluq olar. O da Gündüzə demişdir ki, zibillikdən yığmış, oğurluq deyil, narahat olmasın, o, ona oğurluq mal satmaz. Gündüz ona inanmış, satmaq istədiyi mis boruları və elektrik naqillərini birlikdə tərəzidə çəkmiş, çəkisi 8 kq etmişdir. Gündüz ona demişdir ki, «sənə 80 manat pul verə bilərəm». O da gündüzlə razılaşmış, 80 manat pulu alıb oradan uzaqlaşmış, əldə etdiyi pulu Azərlə aralarında bölmüşlər, o, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmiş, Azərin pulu nə etməsini bilməmişdir. 15 oktyabr 2021-ci il tarixdə saat 02:30 radələrində o, Azərlə Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikilinin yanında görüşüb yenə də Naxçıvan restoranın dam hissəsinə tərəf getmişlər. Binanın arxa tərəfində qalmışlar, ətrafa baxmışlar, Azər onunla yuxarı qalxmamışdır. Heç kimin olmamasını görüb binanın blokundan pilləkənlərlə yuxarı qalxmışdır, balaca dəmir qapıdan restoranın dam hissəsinə daxil olmuşdur. Bundan sonra digər kondisionerlərin mis borularını və havalandırma sisteminin elektrik naqillərini qırmağa başlamışdır. Sonra isə qırdıqı mis boruların üzərində olan qoruyucu örtüyü söküb böyük qabın içərisinə atmışdır, mis boruları balaca hissələrə bölmüşlər. Sonra isə mis boruları və elektrik naqilləri özü ilə gətirdiyi kisənin içərisinə yığmışdır. Sonra isə oradan çıxıb pilləkənlərlə binanın arxa tərəfinə düşmüşdür. Sonra isə oğurladığı mis boruları və elektrik naqillərini Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikilinin yanına aparmışlar, orada elektrik naqillərini odda yandırmışlar, təmizləmişlər, bəzi mis borular balaca diamterli, bəziləri də böyük diametrli olmuş, sonra isə mis boruları və mis naqilləri gizlətmişlər. Səhərisi, mis boruları və elektrik naqillərini Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar, metal qəbulu məntəqəsində işləyən Gündüzə yaxınlaşmışlar, Gündüzə demişlər ki, onlar zibillikdə mis borular və elektrik naqilləri tapmışlar, həmin mis boruları və elektrik naqillərini satırlar, pula ehtiyyacları vardır. Gündüz onlardan soruşmuşdur ki, həmin əşyaları haradan əldə etmişlər, birdən oğurluq olar. O da Gündüzə demişdir ki, zibillikdən yığmışlar, oğurluq deyil, narahat olma, o, ona oğurluq mal satmaz. Gündüz onlara inanmış, satmaq istədikləri mis boruları və elektrik naqillərini birlikdə tərəzidə çəkmiş, çəkisi 6 kq etmişdir. Gündüz onlara demişdir ki, onlara 60 manat pul verə bilər. Onlar da Gündüzlə razılaşmışlar, 60 manat pulu alıb oradan uzaqlaşmışlar, əldə etdikləri pulu Azərlə aralarında bölmüşlər, o, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmiş, Azərin pulu nə etməsini bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, yuxarıda qeyd etdiyi əməllərdən başqa, hər hansı bir oğurluq hadisəsini törətməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Xiyabanı küçəsi ev 25-də qeydiyyatda olmaqla, Bakı şəhəri Səbayıl rayonu Şeyx Şamil küçəsi bina 8, mənzil 8-də müvəqqəti yaşayır, subaydır, bir azyaşlı uşağı vardır, hazırda uşağı keçmiş həyat yoldaşı Aynurun himayəsində İmişli rayonu Xiyabanı küçəsi ev 25 ünvanında yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Nağı oğlunu təxminən üç ay olar ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 özü çoxdandır ki, narkotik vasitə qəbul edir, bir neçə dəfə də məhkum olunmuşdur. O, özü isə təxminən 2 il olar ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin el dilində deyilən kakos növündən qəbul edir. Elmarı ilk dəfə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən yaşayış binasının qarşısındakı köhnə yarımçıq tikilinin yanında görmüş, orada tanış olmuşlar. Söhbət zamanı o, hiss etmişdir ki, Elmar da narkotik vasitə qəbul edir, həmin vaxt Elmar ona demişdir ki, o, özü bu yarmçıq tikilidə qalır, istəsə o da burada qala bilər. O da nə vaxt narkotik vasitə qəbul etmək istəyəndə, Elmar olmadığı vaxt gedib həmin yarımçıq tikilinin içərisində narkotik vasitəni qəbul etmişdir, narkotik vasitəni ineksiya yolu ilə qəbul edir. Özü küçələrdən mis, dəmir və digər metallardan olan əşyaları yığib M.Müşfiq küçəsində yerləşən metal qəbulu məntəqəsinə təhvil verib, metal qəbulu məntəqəsində işləyən Gündüzdən əvəzində pul alaraq dolanır. Başqa gəlir yeri yoxdur. Bu işlə həm təkbaşına, həmdə Elmarla bir yerdə məşğul olurdu. “Naxçıvan” restoranından Elmar tərəfindən oğurlanan mis borularından və elektrik naqillərdən sonradan xəbər tutub. Elmar onları Gündüzə satandan sonra, bilavasitə oğurlugda iştirak etməyib. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etməyərək, bildirdi ki, ona istintaq organı tərəfindən təsir göstərilmişdir. Məhz ona görə, o zaman etirafedici ifadə vermişdir. Daha sonra onun cinayət əməlində təqsiri olmamasını nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları Təqsirləndirilən şəxs1 etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi ev 11A, mənzil 48-də qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, bir uşağı vardır, əvvəllər məhkum olunmamışdır. Hazırda o, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən «Nakhchivan» restoranını icarə əsasında 07 aydır ki, işlədir, həmin restoranı icarəyə götürdükdən sonra, orada olan soyutma-isidilmə və havalandırma sisteminin köhnə olmasını və hazırki dövrə cavab vermədiyini görüb, yenidən «Nakhchivan» restoranını öz hesabına təmir etmiş, orada soyutma-isidilmə və havalandırma sistemi quraşdırılmış, öz hesabına yeni kondisionerlər, elektron havalandırma sistemi quraşdırılmış, sadəcə həmin soyutma-isidilmə və havalandırma sisteminin əsas mühərrikləri restoranın dam hissəsində quraşdırılmışdır, ümumi təmirə təxminən 200000 manata yaxın pul xərclənmişdir. «Nakhchivan» restoranı 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir, restoranın giriş qapısı və pəncərələri alüminium konstruksiyalıdır, restoran 24 saat müddətində mühafizəçi tərəfindən qorunur. Restoranın soyutma-isidilmə və havalandırma sisteminin əsas mühərrikləri olan dam hissəsinin balaca dəmir konstruksiyalı qapısı vardır, həmin hissədən təkcə o, istifadə etmir, oradan yaşayış binasında yaşayan sakinlərində isitmə sistemi quraşdırılmışdır və sakinlər də həmin dam hissədən istifadə edirlər, ona görə də dəmir qapının üzərinə açar vurulmamışdır. Restoranın dam hissəsində doqquz ədəd kondisioner quraşdırılmışdır, həmçinin havalandırma sistemi quraşdırılmışdır. O, hər gün səhər saatlarında restorana gedib gəlir, orada iş rejiminə nəzarət edir, həmçinin işçilərə nəzarət edir, restoranın içəri və çöl hissələrində müşahidə kameraları quraşdırılmışdır. 13 oktyabr 2021-ci il tarixdə saat 00 radələrində o, restoranı bağlayıb yaşadığı evinə getmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində o, restorana gəlmiş, görmüşdür ki, restoranın havalandırma sistemi və kondisionerlərin bir hissəsi işləmir. Bu hal onda şübhə doğurmuş, ona görə də restoranın dam hissəsinə qalxmış, görmüşdür ki, havalandırma sisteminin elektrik naqilləri kəsilmişdir, həmçinin kondisionerlərin bir hissəsinin mis boruları qırılıb aparılmışdır. O, gecə növbəsində olmuş mühafizəçidən bu barədə soruşmuş, o da ona bildirmişdir ki, o, növbədə olduğu vaxt hər hansı bir neqativ halın baş verməsinin şahidi olmamış, hər hansı bir şəxsin də restoranın ətrafında olmasını görməmişdir. Bundan sonra o, restoranın müşahidə kameralarına baxmış, lakin binanın arxa tərəfində müşahidə kamerası quraşdırılmadığından, binanın blokuna kimin daxil olmasını görməmiş və bu barədə hər hansı bir video görüntü qeydə alınmamışdır. O, usta ilə əlaqə saxlamış və bildirmiş ki, təcili restoranın havalandırma sistemini yenidən düzəltsin, usta da bir-iki günə gələcəyini bildirmişdir. 14.10.2021-ci il tarixdə saat 00 radələrində o, restoranı bağlayıb evinə getmişdir. 15.10.2021-ci il tarixdə səhər saat 08 radələrində yenidən restorana gəlmişdir. Havalandırma sistemini və kondisionerləri işə salmaq istədiyində, ümumiyyətlə havalandırma sisteminin və kondisionerlərin işləməməsinin şahidi olmuşdur. Bundan sonra yenidən restoranın dam hissəsinə qalxmış, görmüşdür ki, havalandırma sisteminin elektrik naqilləri kəsilmişdir, həmçinin kondisionerlərin qalan hissəsinin mis boruları qırılıb aparılmışdır. O, gecə növbəsində olmuş mühafizəçidən bu barədə soruşmuş, o da ona bildirmişdir ki, o, növbədə olduğu vaxt hər hansı bir neqativ halın baş verməsinin şahidi olmamış, hər hansı bir şəxsin də restoranın ətrafında olmasını görməmişdir. Bundan sonra o, restoranın müşahidə kameralarına baxmış, lakin binanın arxa tərəfində müşahidə kamerası quraşdırılmadığından, binanın blokuna kimin daxil olmasını görməmiş və bu barədə hər hansı bir video görüntü qeydə alınmamışdır. O, ətrafdakılardan və binada yaşayan sakinlərdən soruşmuşdur ki, bəlkə dam hissəsində kənar bir şəxsi görmüşlər. Lakin bina sakinləri və ətrafda yaşayan şəxslər dam hissəsində və binanın həyətində kənar şəxsi görmədiklərini ona bildirmişlər. Ona görə də 15.10.2021-ci il tarixdə axşam saatlarında o, Yasamal RPİ-nin 26-cı PB-nə müraciət etmiş və restoranın dam hissəsində oğurluq hadisəsinin baş verməsini barədə məlumat vermişdir. Bundan sonra restoranın yerləşdiyi əraziyə polis əməkdaşları gəlmişlər, dam hissəsinə baxış keçirmişlər, foto şəkil çəkmişlər. Sonra o, Yasamal RPİ-nin 26-cı PB-nə gedərək ərizə yazmış, ərizəsində onun icarə əsasında işlətdiyi restoranın dam hissəsində yerləşən havalandırma sisteminin, eləcə də soyudub – isidilmə sisteminin 6250 manat qiymətində təxminən 250 metr uzunluğunda mis naqillərinin, 420 manat qiymətində 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş böyük diametrli mis borunu və 420 manat qiymətində 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş kiçik diametrli mis borunun oğurlandığını bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7090 manat ziyan vurulmuşdur. O, restoran təmir olunarkən, yəni soyutma-isidilmə və havalandırma sisteminin quraşdırılması üçün hər metri 25 manat olmaqla, 250 metr uzunluğunda içərisində dörd ədəd mis naqil olan üzəri polietilen üzlüyü olan mis naqil almış, həmçinin oğurluq hadisəsindən sonra ustalar ona bildirmişlər ki, dam hissəsindən hər metrinin qiyməti 30 manat olan 14 metr uzunluğunda böyük diametrli mis naqil və hər metrinin qiyməti 30 manat olan 14 metr uzunluğunda kiçik diametrli mis naqil qırılıb aparılmışdır, həmin mis borular yenidən alınmalıdır. O da məcburən həmin mis boruları və mis naqilləri yenidən alıb soyutma-isidilmə və havalandırma sistemini yenidən təmir elətdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini və onlara qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, bir uşağı vardır, əvvəllər məhkum olunmamış, hazırda heç bir yerdə işləmir. Onun yaşadığı evin giriş qapısının yanında saxlanc yeri vardır, orada o, özünə məxsus məişət əşyalarını və təmir alətlərini saxlamış, saxlanc yerinin qapısının üzərində asma qıfıl vurmuşdur. 03.06.2020-ci il tarixdə o, saxlanc yerinin qapısını açmış, oradan hansısa məişət əşyasını götürmək istəmişdir, o, həmin vaxt saxlanc yerinə baxanda orada ona məxsus əşyalar yerində olmuşdur. Sonra isə saxlanc yerinin qapısını bağlayıb həmin tarixdə saat 15:00-da evin qapısını da bağlayıb oğlu X3 ilə birlikdə hansısa rayona getmişlər. 06.06.2020-ci il saat 12:30-də o, oğlu Əli ilə yaşadığı evinə gəlmiş, evinin qapısını açmış, içəri daxil olmuşdur. Sonra isə saxlanc yerinin qapısını açmaq istəmiş, açanda qapının üzərində olan asma qıfılın sındırılmasını görmüşdür. O, bundan şübhələnmiş, fikirləşmişdir ki, o, olmadığı tarixlərdə kimsə onun saxlanc yerinin qapısının üzərində olan asma qıfılı sındırmışdır. Ona görə də saxlanc yerinin qapısını açmış, içərisinə baxdıqda, orada ona məxsus olan məişət əşyalarının və təmir alətlərinin bir hissəsinin yerində olmamasını görmüşdür. Ona aydın olmuşdur ki, kənar şəxs saxlanc yerinin qapısını açaraq ora daxil olmuş və oradan ona məxsus məişət əşyalarını və təmir alətlərini oğurlamışdır. Bundan sonra həmin tarixdə o, dərhal DİN-nin 102 xidmətinə zəng vurmuş və ona məxsus saxlanc yerində saxladığı təmir alətlərinin və məişət əşyalarının kənar şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bir az sonra ona Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları zəng vurmuşlar, ondan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 102 xidmətinə zəng vurmağını soruşmuşlar, o da məlumat verməyini təsdiq etmişdir. Sonradan polis əməkdaşları onun yaşadığı evinə gəlmişlər, saxlanc yerinə baxış keçirmişlər, foto şəklini çəkmişlər, sonra isə onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis bölməsinə getmiş, orada ərizə yazaraq ona məxsus məişət əşyalarının və təmir alətlərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını, ona ziyan vurulmasını bildirmişdir. Sonra isə polis idarəsinə getmiş və orada onun izahatı alınmış, o, izahatında oğurlanmış əşyaların sayını və qiymətini bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus Almaniya istehsalı olan 150 manat dəyərində 6 ədəd çeşiddə qazan-tava dəstini, bir ədədinin qiyməti 25 manat olan, ümumi qiyməti 50 manat olan ədəd mis qazanı, bir ədədinin qiyməti 12 manat 50 qəpik olan, ümumi qiyməti 25 manat qiymətində iki ədəd Japoniya istehsalı olan yemək termusunu, bir ədədinin qiyməti 15 manat olan, ümumi qiyməti 30 manat olan iki ədəd şirniyyat tavasını, bir ədədinin qiyməti 25 manat olan, ümumi qiyməti 50 manat olan iki ədəd mis sacı, 100 manat dəyərində yeni il üçün nəzərdə tutulan şam ağacını, bir ədədinin qiyməti 1 manat olan, ümumi qiyməti 25 manat olan 25 ədəd şişi, 170 manat dəyərində “Bosh” markalı dreli, 90 manat dəyərində laqondanı, 90 manat dəyərində su ütüsünü, 40 manat dəyərində təmir alətlərini, 20 manat dəyərində qaz açarını, 10 manat dəyərində bir ədəd vint açan aləti, 10 manat dəyərində adi mişarı, 130 manat dəyərində bir ədəd elektrik mişarı oğurlanmaqla, ona ümumilikdə 990 manat ziyan vurulmuşdur. Baş vermiş oğurluq hadisəsini törətmiş şəxs və şəxslərin cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş edir. O, saxlanc yerində 03.06.2021-ci il tarixdən saat 15:00-dan 06.06.2021-ci il tarixdə saat 12:30 dəqiqədəyək olan müddətdə evində olmamış, ona görə də oğurluğu həmin müddət ərzində baş verməsini deyə bilər. Ondan heç vaxt hər hansı bir şəxs hədə qorxu ilə hər hansı bir əşya tələb etməmişdir. Ona məxsus saxlanc yerində əvvəllər oğurluq hadisəsi törədilməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Onunla hər hansı bir şəxs arasında borc mübahisəsi olmamışdır, eləcə də hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Ona məxsus olan oğurlanmış əşyalardan mis qazanlar açıq vəziyyətdə olmuş və işlənmiş, digər məişət əşyaları isə təzə olmuş və qutuda olmuş, digər təmir alətləri isə işlək vəziyyətdə olmuş və istifadə edilmişdir. O, ilkin hadisə vaxtı hansı əşyaların oğurlanmasını dəqiq bilməmiş, sonradan ona məxsus saxlanc yerinə baxmış və oradan hansı əşyaların oğurlanmasını dəqiqləşdirmiş, ona məlum olmuşdur ki, saxlanc yerindən Almaniya istehsalı olan 150 manat dəyərində 6 ədəd çeşiddə qazan-tava dəstini, bir ədədinin qiyməti 25 manat olan, ümumi qiyməti 50 manat olan ədəd mis qazanı, bir ədədinin qiyməti 12 manat 50 qəpik olan, ümumi qiyməti 25 manat qiymətində iki ədəd Japoniya istehsalı olan yemək termusunu, bir ədədinin qiyməti 15 manat olan, ümumi qiyməti 30 manat olan iki ədəd şirniyyat tavasını, bir ədədinin qiyməti 25 manat olan, ümumi qiyməti 50 manat olan iki ədəd mis sacı, 100 manat dəyərində yeni il üçün nəzərdə tutulan şam ağacını, bir ədədinin qiyməti 1 manat olan, ümumi qiyməti 25 manat olan 25 ədəd şişi, 170 manat dəyərində “Bosh” markalı dreli, 90 manat dəyərində laqondanı, 90 manat dəyərində su ütüsünü, 40 manat dəyərində təmir alətlərini, 20 manat dəyərində qaz açarını, 10 manat dəyərində bir ədəd vint açan aləti, 10 manat dəyərində adi mişarı, 130 manat dəyərində bir ədəd elektrik mişarını naməlum şəxs və şəxslər oğurlamışlar və ona ümumilikdə 990 manat ziyan vurulmuşdur, o, həmin ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, ünvan 8 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Nağı oğlunu və İmişli rayonu Xiyabani küçəsi ev 25-də qeydiyyatda olan, Bakı şəhəri Səbayıl rayonu Şeyx Şamil küçəsi ev 5, mənzil 5də yaşamış Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 14.10.2021-ci il tarixdə gecə saatlarında və 15.10.2021-ci il tarixdə gecə saatlarında, Zərərçəkmiş şəxs1 istifadəsində olan, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən, «Naxçvan» restoranının ümumi istifadədə olan dam hissəsində quraşdırılmış soyudub-isitmə və havalandırma sisteminin 6200 manat qiymətində 250 metr uzunluğunda elektrik naqillərinin, 420 manat qiymətində 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş böyük diametrli mis borunun və 420 manat qiymətində 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş kiçik diametrli mis borunun qanunsuz olaraq gizli yolla naməlum şəxs və ya şəxslər tərəfindən talanması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi bina 11A, mənzil 48-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs1 15.10.2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə müraciət edərkən, o, həmin tarixdə xidmətdə olmuş, oğurluq hadisəsinin baş verdiyi ərazi onun xidmət etdiyi ərazi olmuşdur. Həmin vaxt onunla bərabər, əməliyyat müvəkkili Şahid2 da xidmətdə olmuşdur. Oğurluq hadisəsinin baş verdiyi tarixdə onlar hadisə yerinə getmişlər, orada hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilmişdir. Sonradan tərəflərindən oğurluq hadisəsinin hansı şəxslər tərəfindən törədilməsi istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, oğurluq hadisəsini ilkin olaraq əldə edilmiş məlumatlarda ünvan 8 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Nağı oğlu və İmişli rayonu Xiyabani küçəsi ev 25-də qeydiyyatda olan, Bakı şəhəri Səbayıl rayonu Şeyx Şamil küçəsi ev 5, mənzil 5-də yaşamış Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmələri müəyyən olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs1 Nağı oğlu tərəflərindən Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılmış, dindirilməsindən ötrü istintaqa təqdim edilmiş, dindirmə zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən, «Naxçvan» restoranının ümumi istifadədə olan dam hissəsində quraşdırılmış soyudub-isitmə və havalandırma sisteminin mis borularını və mis naqillərini tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətməsini, əldə etdiyi mis boruları və mis naqilləri Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən Bakı şəhər sakini Gündüz adlı şəxsin metal qəbulu məntəqəsinə satmalarını tam etiraf etmişdir. X4 müdafiəçisinin iştirakı ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Elmar törətdiyi cinayət əməlini etiraf etmiş, bu barədə foto şəkillər çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lakin Təqsirləndirilən şəxs2 yerini müəyyən etmək mümkün olmadığından, onun saxlanılması və istintaqa təqdim edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, tədbirlər zamanı onun və əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılmış və istintaqa dindirilməsindən ötrü təqdim edilmişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən, «Naxçvan» restoranının ümumi istifadədə olan dam hissəsində quraşdırılmış soyudub-isitmə və havalandırma sisteminin mis borularını və mis naqillərini tanışı Təqsirləndirilən şəxs1lə birlikdə törətməsini, əldə etdiyi mis boruları və mis naqilləri Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən Bakı şəhər sakini Gündüz adlı şəxsin metal qəbulu məntəqəsinə satmalarını tam etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Elmar törətdiyi cinayət əməlini etiraf etmiş, bu barədə foto şəkillər çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, baş müstəntiq Orxan Süleymanlının icraatında olan ********* saylı cinayət işi üzrə, ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı mənzilinin giriş qapısının yanında yerləşən saxlanc yerindən oğurluq hadisəsinin törədilməsi ilə əlaqədar əldə edilmiş əməliyyat məlumatı ilə əlaqədar, həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi müəyyən edildiyindən, bu barədə istintaqa məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 baş müstəntiq Orxan Süleymanlının icraatında olan ********* saylı cinayət işi üzrə dindirilmiş, o, həmin oğurluq hadisəsini törətməsini etiraf etmiş, oğurladığı əşyalardan mis qazanları və mis sacları Gündüz adlı şəxsə satmasını, digər əşyaları isə 20 yanvar dairəsində tanımadığı şəxsə satmasını bildirmişdir. Həmçinin, Şahid4 da istintaq zərurəti ilə əlaqədar dindirilmiş və o, ifadəsində Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında onun iştədiyi metal qəbulu məntəqəsinə gələrək, ona iki ədəd mis qazanları və mis sacları satmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, evlidir, iki uşağı vardır, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu A.Ağayev küçəsi ev 18-də qeydiyyatda olsada, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Nağı oğlunu 2020-ci ilin iyun ayından, İmişli rayon sakini Təqsirləndirilən şəxs2 isə 2021-ci ilin iyun ayından etibarən tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, ünvan 12 ünvanında yerləşən yaşayış binasının qarşısında metal qəbulu məntəqəsini işlədir, hər gün səhər saatlarında metal qəbulu məntəqəsinə gəlir, axşam saatlarında isə metal qəbulu məntəqəsini bağlayıb evinə gedir. O, metal qəbulu məntəqəsində müxtəlif çeşiddə köhnə metalları və plastmas qabları qəbul edir, özü də qəbul etdiyi köhnə metalları və plastmasları ayda bir-iki dəfə məntəqəyə gələn şəxslərə zavoda verilməsindən ötrü satır. Təxminən 22 ildir ki, metal qəbul etməklə məşqul olur. Metal qəbulu məntəqəsində onunla bərabər qardaşı Rəşad da işləyir. Rəşad da ona metal qəbul etməkdə kömək edir, ayda da ona qazanc olanda, təxminən 400-600 manat əmək-haqqı verir ki, ailəsini dolandırsın. 2020-ci ilin iyun ayından etibarən Elmar zibillikdən tapdığı plastmas və müxtəlif metal tullantıları yığıb gətirmiş, Azər isə 2021-ci ilin iyun ayından etibarən bir neçə dəfə metal qəbulu məntəqəsinə gəlmiş, köhnə metal tullantılarını əzilmiş vəziyyətdə təhvil vermiş, o, onların hər ikisindən satmağa yararlı metalları qəbul edib tərəzidə çəkmiş, çəkisinə görə hər metalın pulunu ayrı-ayrı hesablayıb vermişdir, hər dəfə də onlardan metal qəbul edəndə, soruşmuşdur ki, bu metalları haradan əldə etmişlər, onlarda zibillikdən tapdıqlarını demişlər. 2020-ci ilin iyun ayının əvvəllərində o, metal qəbulu məntəqəsində olmuş, həmin vaxt Elmar onun yanına gəlmiş, onun əlində də iki ədəd əzilmiş vəziyyətdə köhnə mis qazan və iki ədəd köhnə mis sac olmuş, həmin əşyalar əzilmişdir. Elmar ona demişdir ki, «mən zibillikdən mis qazanları və mis sacları tapmışam, satmağa gətirmişəm, satmaq istəyirəm, pula ehtiyyacım vardır». O da Elmara demişdir ki, «baxım yararlı olsa, alaram». Sonra satmaq istədiyi mis qazanları və mis sacları ona göstərmiş, o, baxanda görmüşdür ki, Elmarın satmaq istədiyi metalların içərisində iki ədəd əzilmiş və yararsız vəziyyətdə olan mis qazan və iki ədəd mis sac vardır. O, Elmardan soruşmuşdur ki, «sən bu əşyaları haradan əldə etmisən, birdən oğurluq olar, məni zibilə salma». Elmar ona demişdir ki, «ayıb deyil, zibbilikdən yığmışam, satıram, pula ehtiyyacım vardır, oğurluq olsa sənə deyərdim». O da Elmara inanmış, əzilmiş vəziyyətdə olan mis qazanları və mis sacları tərəzidə çəkmiş, ümumi çəkisi 13 kq etmiş, o, Elmara demişdir ki, «mən sənə 130 manat verə bilərəm». Elmar onunla razılaşmış, o, Elmara 130 manat pul verib, mis qazanları və mis sacları ondan alıb məntəqədə qoymuşdur ki, metal yığan maşın gələndə, təhvil versin. Elmar pulu ondan alandan sonra çıxıb getmişdir. Bundan başqa, 14.10.2021-ci il tarixdə səhər saatlarında o, metal qəbulu məntəqəsində olmuş, həmin vaxt məntəqəyə Elmar gəlmiş, əlində də kisənin içərisində metal olmuşdur. Elmar ona demişdir ki, «mən zibillikdən mis borular və mis naqillər tapmışam, satmağa gətirmişəm, satmaq istəyirəm, pula ehtiyyacım vardır». O da Elmara demişdir ki, «baxım yararlı olsa, alaram». Sonra satmaq istədiyi mis boruları və mis naqilləri ona göstərmiş, o, baxanda görmüşdür ki, Elmarın satmaq istədiyi metalların içərisində 20 mm-lik və 10 mmlik mis boruları və yanmış vəziyyətdə olan mis naqillər vardır, mis borular xırda ölçülərdə qırılmış vəziyyətdə olmuşdur. O, Elmardan soruşmuşdur ki, «sən bu boruları və mis naqilləri haradan əldə etmisən, birdən oğurluq olar, məni zibilə salma». Elmar ona demişdir ki, «ayıb deyil, zibbilikdən yığmışam, satıram, pula ehtiyyacım vardır, oğurluq olsa sənə deyərdim». O da Elmara inanmış, mis boruları və mis naqilləri tərəzidə çəkmiş, ümumi çəkisi 8 kq etmiş, o, Elmara demişdir ki, «mən sənə 80 manat verə bilərəm». Elmar onunla razılaşmış, o, Elmara 80 manat pul verib, mis boruları və mis naqilləri ondan alıb məntəqədə qoymuşdur ki, metal yığan maşın gələndə, təhvil versin. Elmar pulu ondan alandan sonra çıxıb getmişdir. 15.10.2021-ci il tarixdə səhər saatlarında o, metal qəbulu məntəqəsində olmuş, həmin vaxt məntəqəyə Elmar və Azər gəlmiş, əllərində də kisənin içərisində metal olmuşdur. Elmar ona demişdir ki, «mən zibillikdən mis borular və mis naqillər tapmışam, satmağa gətirmişəm, satmaq istəyirəm, pula ehtiyyacım vardır». O da Elmara demişdir ki, «baxım yararlı olsa, alaram». Sonra satmaq istədiyi mis boruları və mis naqilləri ona göstərmiş, o, baxanda görmüşdür ki, Elmarın satmaq istədiyi metalların içərisində 20 mm-lik və 10 mm-lik mis boruları və yanmış vəziyyətdə olan mis naqillər vardır, mis borular xırda ölçülərdə qırılmış vəziyyətdə olmuşdur. O, Elmardan soruşmuşdur ki, «sən bu boruları və mis naqilləri haradan əldə etmisən, birdən oğurluq olar, məni zibilə salma». Elmar ona demişdir ki, «ayıb deyil, zibbilikdən yığmışam, satıram, pula ehtiyyacım vardır, oğurluq olsa sənə deyərdim». O da Elmara inanmış, mis boruları və mis naqilləri tərəzidə çəkmiş, ümumi çəkisi 6 kq etmiş, o, Elmara demişdir ki, «mən sənə 60 manat verə bilərəm». Elmar onunla razılaşmış, o, Elmara 60 manat pul verib, mis boruları və mis naqilləri ondan alıb məntəqədə qoymuşdur ki, metal yığan maşın gələndə, təhvil versin. Elmar pulu ondan alandan sonra Azərlə çıxıb getmişlər. O, daha onların həmin mis boruları və mis naqilləri oğurluq yolu əldə etmələrini təsəvvür etməmişdir. Həmin vaxtdan da o, Elmarı və Azəri orada görməmişdir. 19 oktyabr 2021-ci il tarixdə günorta saatlarında onu 26-cı polis bölməsinin əməkdaşları polis bölməsinə dəvət etmişlər, onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər, orada onlara məlum olmuşdur ki, Elmar və Azər adlı şəxsin onlara satmış olduğu mis borular və mis naqilləri oğurluqdur, onlar həmin əşyaları ona satarkən, həmin əşyaların oğurluq olması barədə məlumat verməmişlər. O da Elmar və Azərdən bir neçə dəfə metal qəbul etdiyini bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, Azər və Elmarın Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 70 ünvanında yerləşən Naxçvan restoranının dam hissəsində quraşdırılmış kondisinerlərin mis borularını və havalandırma sisteminin mis naqillərini talamasını bilməmiş, bu barədə polis bölməsində bilmiş, hətta polis əməkdaşları ondan soruşanda, demişdir ki, bəli onlar ona satmışlar. O, Azər və Elmarın metal qəbulu məntəqəsinə satdıqları mis boruları və mis naqillərin oğurluq olmasını bilməmiş, bilsəydi almazdı. Cinayət işinin 1-ci cild 61-62-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 115-119-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 148-149-cu vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 191-196-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 08 noyabr 2021-ci il tarixdən 16 yanvar 2022-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 04 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 05 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 213-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/8900 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatina təqdim numunə qismində mallarin istifadədə olmasi nəzərə alinmaqla orta bazar qiyməti təxminən 759.00 manat muəyyən olunur. O cumlədən: -250 metr umumi diametri təxminən 13 mm diametr olan icərisindən 4 ədəd xətt kecən kabel uzunlugunda elektrik naqillərinin-325 manat (250*1.30m ) -14 metr təxminən 13 diametr olan kondisioner mis borusu-182.00 manat (14*13 m) -14 metr təxminən 20 diametr olan kondisioner mis borusu -252.00 manat (14*18 m) Cinayət işinin 1-ci cild 114-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 12.08.2009-cu il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1, 177.2.2, 326.1, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26.02.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Nağı oğlu 16.11.2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 04.12.1999-cu il tarixdə Bakı qanizonu hərbi məhkəməsinin hökmünə əsasən, AR CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03.02.2000-ci il tarixdə Amnistiya haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 10.12.1999-cu il tarixli qərarının 14.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 2-ci cild 92-110-cu vərəqələrində olan 02 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş böyük diametrli mis boru, 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş kiçik diametrli mis boru və mis naqillərin polietilen üz qabığı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin maddi sübutlar kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona vurulmuş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, ona görə də sonunculara qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 20 oktyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, A.A.Təqsirləndirilən şəxs2baycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 08 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş böyük diametrli mis boru, 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş kiçik diametrli mis boru və mis naqillərin polietilen üz qabığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Nağı oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Nağı oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Nağı oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş böyük diametrli mis boru, 14 metr uzunluğunda kondisioner üçün nəzərdə tutulmuş kiçik diametrli mis boru və mis naqillərin polietilen üz qabığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs1 Nağı oğlundan və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Nağı oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-97/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-97/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver