Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-97/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Beləki, o, 31 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında istintaqa məlum olmayan mənbədən xeyli miqdarında sellofan bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli krital şəkili i maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2024-cü il tarixdə saat 22:50-da ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, idarənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli kritalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 20 manata bir ədəd ağ rəngli sellofan bükümə bükülmüş psixotrop maddə olan metafetamini almışdır. Qeyd etdiyi psixotrop maddə olan metafetamini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:50-də isə ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etdib onu saxlayaraq onu Yasamal RPİ-nə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. İdarədə hüquq və vəzifələri ona izah edilmişdir, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməsi təklif edildikdən sonra şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərsində psixotrop maddə olan metafetamin olan bir ədəd ağ rəngli sellofan bükümü təqdim etmişdir. Bununla da həmin vasitə götürülmüşdür. Bundan başqa üzərində 070 ***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu təqdim etmişdir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış və bundan sonra onlara şifahi olaraq izahat verərək həmin psixotrop maddəni hansı formada əldə etməyini bildirmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırıl araq möhürlənmişdir. Daha sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırlmış zərfə o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza tərəfindən müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən başqa heç bir predmet aşkar olunmamışdır. Üzərinizdə aşkar olunmuş psixotrop maddə metamfetamini aldığı şəxs qaramtıl dərili, 30-35 yaşlarında, orta köklükdə, 170-175 boylarında, saçı düz daranan, üzü tükülü və bığsız şəxs olmuşdur. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinizə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2024-cü il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1983-cü il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7yan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsində şübhəlidir. Həmin məlumat haqqında Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis mayoru Anar İbrahimovun vasitəsilə dərhal tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis İdarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 8 ünvanının qarşısında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nə getməyini təklif etmişdirlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ- nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ- nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin Təghqiqat Şöbəsinin təhqiqatçısı X2 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı X8 RPİ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah etdərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından vəkil Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı Ariz Qədiməliyev dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Müdafiəçi1 təqdim etmiş və o da, təqdim olunan vəkil Müdafiəçi1 tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Ariz Qədiməliyev hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub- olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmiş, təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaran əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü və sol cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olmuşdur. Eyni zamanda təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin psixotrop maddə metanfetamin olduğunu, səhər saatlarında “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığından anket məlumatlarını bilmədiyini şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb daşıdığını, təqdim etdiyi mobil telefonun “Samsung” markalı üzərində 070-660- 96-76 simkart nömrəsi olması bildirmişdir. Müdafiəçi1 şübhəli şəxsə Təqsirləndirilən şəxs saxlanılarkən ona zor tətbiq olunub -olunmaması, nə vaxt saxlanılması, təqdim etiyi maddənin kimə məxsus olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları təfəfındən axşam saatlarına saxlanıldığını, saxlanılarkən ona zor tətbiq olunmadığını, üstündə aşkar edilmiş psixotrop maddəni səhər saatlarında “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığından öz istehlakı üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Ariz Qədiməliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofana bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Nöfəl Əhmədov, onun və əməliyyat müvəkkli Şahid2 və X5 tərəfindən imzalanmışdir. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, təqdim etdiyi mobil telefonun materiala əlavə edilməsi üçün götürüldüyünü bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı təhqiqatçı Ariz Qədiməliyev tərəfindən müvafiq protokol tərtib olunmuşdur, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi mən də protokolu öz imzam ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı zor, təzyiq göstərilməmişdir.Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotop maddələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotop maddə metamfetamini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotop maddə metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotop maddə metamfetaminin mənbəsi ilə bağlı özü və eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilmişdir. 02 iyun 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə Yasamal RPİ MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan olunmuş və həmin tarixdə də barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Yasamal Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Yasamal rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən Təqsirləndirilən şəxs barəsində vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2024-cü il tarixli, 6/3059 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin heroinin 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 0,452 qram çəkidə hissəsi qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri – 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 124-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/694 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əlavə edilmiş ekspertiza tədqiqatı ilə əlaqədar Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A50” markalı “SM-A105F” modelli modelli telefonun yaddaşından məlumatlar köçürülmüş 1 ədəd «CD-R» formatlı disk açıldıqda içərisində « Ekspertiza 5- 694» adlanan qovluq, həmin qovluğun içərisində «2024.06.28.10-44-57» qovluq var, həmin qovluğun içərisində «Samsung GSM SM A105F DS Galaxy A50» adlanan qovluq var, həmin qovluğun içərisində «Account Package», «chat», «contacts», «email», «files», «gps», «İcons», «notes», «pages» «party photos», «photos», «SocialMedia», «resourcese», «thumbnails», «timelines», «useraccounts», «Samsung GSM SM A105F DS Galaxy A50 2024 06 28 Otçet» qovluqlar vardır. Həmin qovluqlarda olan fayllarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, həmçinin iş üçün əhəmiyyətli olan məlumatlar aşkar olunmamışdır Cinayət işinin 124-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri – 80 (səksən) manat müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «BOROFONE BUDİ 128G» formatlı fləş kart maddi sübut qismində tanındığından cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş üzərində 070- ***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM- A105F” modelli modelli telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən maddi sübüt kimi tanınmamış və həmin mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 129-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 26 iyul 2024cü il tarixli, 5099 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 144-156-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,452 qram psixatrop vasitə olan metamfetamin və 01 ədəd DVD diski maddi sübut kimi tanınmış, psixatrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD disklər isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmədə baxış zamanı Yasamal RPİ-nin təhqiqatçısı polis kapitanı X3, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləripolis kapitanı X4 və polis baş leytenantı Şahid2 müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2024-cü il tarixdə saat 22:50-də ünvan 9 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı videokamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü və sol cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoyması, bundan sonra təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olması, eyni zamanda təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin psixotrop maddə metanfetamin olduğunu, səhər saatlarında “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığından anket məlumatlarını bilmədiyini şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb daşıdığını, təqdim etdiyi mobil telefonun “Samsung” markalı üzərində ***-***-**-** simkart nömrəsi olması bildirməsi, mdafıəçi Müdafiəçi1 şübhəli şəxsə saxlanılarkən ona zor tətbiq olunub olunmaması, nə vaxt saxlanılması, təqdim etiyi maddənin kimə məxsus olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları təfəfmdən axşam saatlarına saxlanıldığını, saxlanılarkən ona zor tətbiq olunmadığını, üstündə aşkar edilmiş psixotrop maddəni səhər saatlarında “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığından öz istehlakı üçün əldə etdiyini bildirməsi, bundan sonra təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, daha sonra təhqiqatçı Ariz Qədiməliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofana bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Nöfəl Əhmədov, polis əməkdaşları və X5 tərəfindən imzalanması, X5 şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, təqdim etdiyi mobil telefonun materiala əlavə edilməsi üçün götürüldüyünü bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, residiv olmasa da əvvəllər məhkum olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 26 iyul 2024-cü il tarixli, 5099 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,452 qram təşkil edən həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «BOROFONE BUDİ 128G» formatlı fləş kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş üzərində 070- ***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM- A105F” modelli modelli telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut Azerfon» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli AZF/LGL- 7492/24 nömrəli məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd «CD» disk elektron məlumat daşıyıcısının sübutu əhəmiyəti olduğundan cinayət işinin materiallarında saxlanılmışdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,452 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş üzərində 070- ***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM- A105F” modelli modelli telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 160 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,452 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD və Azerfon» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli AZF/LGL- 7492/24 nömrəli məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM-A105F/DS” modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş «BOROFONE BUDİ 128G» formatlı fləş kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş üzərində 070- ***-**-** simkart nömrəsindən istifadə etdiyi “Samsung Galaxy A50” markalı “SM- A105F” modelli modelli telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-97/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-97/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver