Məhkəmə qərarları › İş №1(004)-98/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-98/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-98/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi “ Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakışəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, Kərim Kərimov küçəsi, sahə 111-də yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 təqsirləndirilir ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki o, qızı xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində inzibatçı kimi işlədiyi ünvan 3 ünvanında yerləşən “Assa Hosteldə” olan zaman Zərərçəkmiş şəxs yüngül alkoqol sərxoşluğu vəziyyətində ünvan 4 ünvanına gələrək heç bir əsaslı səbəb olmadan həmin hosteldən əxlaqsızlıq yuvası kimi istifadə edildiyini bəhanə edib səs küy salmaqla nalayiq ifadələr işlətməsini, eləcə də “Assa Hostelin” binasının arxa tərəfdən olan görüntülərini özündə olan mobil telefon aparatının videokamerası ilə küçədən çəkdiyini gördükdən sonra hostelin arxa qapısından küçəyə çıxmış və Zərərçəkmiş şəxs əsassız olaraq videoçəkiliş apardığını bildirib ondan videoçəkilişi dayandırmasını və səs küy yaratmamasını xahiş etməsinə baxmayaraq Zərərçəkmiş şəxs onun qanuni tələblərinə məhəl qoymaması səbəbindən aralarında yaranmış mübahisə zamanı o, əlləri və daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs vurub ona bel nahiyəsinin qançırı, döş qəfəsinin ön səthinin sıyrıqları ilə nətcələnən həm ayrı-ayrılıqda, həm də ümumilkdə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin içərisində su olan şüşə qabla sonuncunun baş nayiəsinə qəsdən vurub baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən etibarən ünvan 3 ünvanında yerləşən “ASSA Hostel”də inzibatçı işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 03:00 radələrində işdə olan zaman yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs onun işlədiyi hostelin giriş qapısının önündə dayanıb heç bir səbəb olmadan qışqırmağa və ünvansız söyüşlər söyməyə başlamışdır. O, Zərərçəkmiş şəxs qışqırıq səsini eşidib, müştərinin sifarişi olan 0,5 litrlik qazsız şəffaf rəngli şüşə su butulkasını müştəriyə aparmalı olsa da əsəbindən əlində olan butulka ilə çölə çıxmış və bu zaman Ələkbərin əlində olan mobil telefonla çəkiliş apardığını görmüşdür. Zərərçəkmiş şəxs bu hərəkətini dayandırmasını xahiş etməsinə baxmayaraq sonuncu onun bu sözlərinə əhəmiyyət verməyərək çəkilişə davam etmişdir. Bundan sonra o, əsəblərini cilovlaya bilməyib hər iki əli ilə Ələkbərin kürək və sinə nahiyəsindən itələmiş və əlində olan su qabı ilə onun baş nahiyyəsindən zərbə endirmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışdığını bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı binanın yanında “ASSA Hostel” adı altında əxlaqsızlıq yuvası faliyyət göstərirmiş. xx xxxxxxxx 2020-ci il tarixdə o, yan binada yerləşən marketdən siqaret alıb evə qayıdan zaman həmin hostelin pəncərələrinin açıq vəziyətdə olduğunu görmüş, əxlaqsız səslərin gəldiyini eşitmişdir. Bu səbəbdən o dərhal gördüklərini öz telefonuna çəkmək qərarına gəlmişdir. Bu zaman həmin hosteldə işləyən tanımadığı qırmızı köynəkli bir oğlan onun üstünə gəlib onu vurmuş, daha sonra isə orada işləyən sonradan adının Məryam olduğunu bildiyini bir qadın əlində araq butulkası ilə çölə çıxaraq, həmin şüşə butulka ilə onun başına zərbə endirmiş, orada olan başqa bir oğlan isə onu yoldan kənara itələmişdir. Bundan sonra həmin qadın yerdə olan daşı götürüb onun belinə çırpmışdır. Daha sonra onun halı çox pis olduğundan təcili tibbi yardım çağırmış və Respublika Xəstəxanasına aparılmışdır. Lakin orada həkimlər ondan stasionar şəkildə müalicə almağını tələb etsələr də o, imtina edərək ərizə yazmış və müalicəsini evdə davam etdirəcəyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 4 il əvvəl iş münasibətləri əsasında Məryamla tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən “ASSA Hosteli” icarəyə götürmüşdür. Əslində həmin obyektin icarədarı Məryam olmuş, sadəcə olaraq həmin vaxt sonuncunun şəxsiyyət vəsiqəsi itdiyindən etibarlı adam kimi müqavilə onun adından bağlanmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 03:00 radələrində o, həmin hosteldə olan zaman yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs hostelin giriş qapısının önündə dayanıb əlində olan mobil telefon aparatı ilə video çəkiliş aparmağa başlamışdır. Onun bu hərəkətini gördükdən sonra Məryam əlində olan şüşə su qabı ilə çölə çıxaraq Ələkbərdən bu hərəkətini dayandırmasını xahiş etmişdir. Lakin Ələkbər buna əhəmiyyət verməmişdir. Bundan sonra Məryəm əsəblərini cilovlaya bilməyib hər iki əli ilə Ələkbərin kürək və sinə nahiyəsindən itələyərək başından vurmuşdur. Daha sonra Ələkbər DİN-in 102 xidməti zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, iş münasibətləri əsasında 4 ilə yaxındır ki, Məryamı tanıyır və təxminən 1 həftə sonuncunun işlətdiyi “ASSA Hostel”də qalmışdır. xx.xx.2020-ci il tarixdə qaldığı hosteldən çıxan zaman sonradan adının Ələkbər olduğunu bildiyi bir şəxsin əlində telefonla onun qaldığı “ASSA Hostelin” qarşısında dayanaraq videoçəkiliş apardığını görmüşdür. Bundan sonra Məryam müştərinin sifarişi olan 0,5 litrlik qazsız şəffaf rəngli şüşə su butulkasını müştəriyə aparmalı olsa da əsəbindən əlində olan butulka ilə çölə çıxmış və Ələkbəri itələmişdir. Yekun olaraq o, Məryamın əlində şəffaf rəngli şüşə su qabı görsə də, lakin Məryamın Ələkbəri onunla vurmasının şahidi olmadığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş X7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 92-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Şahid3 onun dostudur. xx xxxxxxxx 2020-ci il tarixdəsaat 03:30 radələrində o, dostu Nəcəflə birlikdə Nəcəfin idarə etdiyi “Mercedes GL 500” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Yasamal rayonunun ərazisində Azərbaycan prospekti ilə “Qış Parkı” istiqamətində hərkətdə olan zaman bir nəfər qadının, adı polisdə ona məlum olan Məryam adlı qadının əlində şüşə butulka ilə adı polis bölməsində ona məlum olan Zərərçəkmiş şəxs arxasınca qaçdığını və Məryamın uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək təhqir etdiyini görmüşdür. Nəcəf elə bu vaxt avtomobilini saxlamış və hər ikisi maşından düşüb dostu onların yanına gəlmişlər. Orada onlardan nə baş vediyini soruşduqda Məryam adlı qadın heç bir səbəb olmadan onları nalayiq sözlərlə təhqir etmişdir. Buna baxmayaraq onlar Əlkəbərdən nə baş verdiyini soruşanda Ələkbər onlara döyüldüyünü və polisə zəng edib bu barədə məlumat verdiyini demişdir. Ələkbər tək qalmasın deyə polis əməkdaşları gələnə kimi onlar onun yanında qalmışlar. Həmin vaxt artıq orada mübahisə başa çatmışdır. O, və dostu X10 tərəfindən şüşə butulka ilə vurulduğunu görməsələr də ancaq Məryam adlı qadının əlindəşüşə butulka ilə Ələkbərin arxasınca qaçdığını görmüşlər. Buna görə də avtomobildən düşüb onların yanına gəlmişlər. O, Təqsirləndirilən şəxs və başqa kiminsə Ələkbəri vurduğunu görməmişdir. Cinayət işi üzrə şahid qismində göstərilmiş Şahid3 şahid X3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 xx xxxxxxxx 2020-ci il tarixli, 789 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müaynəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hemotoması, döş qəfəsinin sıyrıqları, sol bel nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci tarixdə qeyd olunan əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi və yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. səh 46-48) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “Assa Hostelin” binası daş konstruksiyalıdır və 3 mərtəbəli binada yerləşir. Hostelin əsas giriş qapısı Bakı şəhəri, Yasamal rayonu 53 ünvanında yerləşir. Hostelin arxa tərəf hissəsində olan küçəsi 80 ünvanıdır. Binanın hər iki qapısı bağlı olduğundan binaya daxil olmaq mümkün olmamışdı. Zərərçəkmiş şəxs bildirdi ki, həmin hosteldən Məryam adlı qadın pozğunxana kimi istifadə edir və Məryam adlı qadına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq hostel işini davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində hostelin arxa tərəfindən küçə ilə gedən zaman hostelin pəncərələrindən biabırçı qadın və kişi səsləri gəldiyi üçün telefonun kamerası ilə binanı çəkdiyi vaxt Məryam şüşə butulka və daş ilə onu vurmuş, işçilərdən biri telefonu onun əlindən almaq istəmiş digər bir işçi isə onu itələmişdir. Lakin o yerə yıxılmamışdır. Bu azmış kimi Məryam onun arxasınca qaçmışdır. Oraya gələn tanışı Vüqar və digər iki nəfər hadisənin şahidi olmuşdur. (i.v. 69-73) “Baxış aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 03:30 radalərində ünvan 3 ünvanda yerləşən “Assa Hostelin” qarşısında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisənin baş verdiyi müəyyən edilmişdir. (i.v.79-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 xx xxxxxx 2020-ci il tarixli, 26/789 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması, döş qəfəssinin sıyrıqları, sol bel nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsiviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2020-ci il tarixdə törənmələri mümkündür. Göstərilən xəsarətlərin xarakterini, yerləşmə yerlərini nəzərə alıb göstərmək olar ki, bel nahiyəsində (kürək) aşkar olunmuş qançır daş parçası ilə yetirilə bilər, döş qəfəsinin ön səthində aşkar olunmuş sıyrıqlar xarakterinə görəəl-barmaq dırnaqları ilə yetirilməyə uyğun gəlir, həm ayrı-ayrılıqda, həm dəümumilkdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması şüşədən olan su qabı ilə də yetirilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına əbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqdim olunmuş tibbi sənəddə göstərilən “Çənə nahiyəsinin yumşaq toxumaların əzilməsi və dərialtı hematoması, boyun nahiyəsinin yumşaq toxumaların əzilməsi” şəxsin müayinəsi zamanı aşkar olunmadığından onu xəsarət kimi qiymətləndirilmək mümkün deyildir. (i.v. səh 161-164) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanın həyətinə gəldikdən sonra Təqsirləndirilən şəxs binanın qarşısını göstərərək dedi ki, xx xxxxxx 2020-ci il tarixdən etibarən ünvan 3 ünvanında yerləşən “ASSA Hosteldə” inzibatçı işləmişdir. Hostelin əsas girişi Nizami küçəsi 53 də yerləşir, hostelin digər qapısı hadisə baş verən, yəni Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80 ünvanda yerləşir. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 03:00 radələrində hosteldə olarkən yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs giriş qapısının önündə dayanıb heç bir səbəb olmadan qışqırmağa və ünvansız söyüşlər söyməyə başlamışdır. O, Zərərçəkmiş şəxs qışqırıq səsini eşidib həyətə çıxmış, bu zaman Zərərçəkmiş şəxs əlində olan mobil telefon aparatı ilə video çəkiliş aparmağa başlamışdır. Zərərçəkmiş şəxs bu hərəkətini dayandırmasını xahiş etsə də Ələkbər buna əhəmiyyət verməmişdir. Belə olan halda o, əsəblərinə sahib çıxa bilməyib o, hər iki əlləri ilə Ələkbəri kürək və sinə nahiyəsindən itələmişdir. Bununla belə Ələkbər yerə yıxılmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək guya onun və işçi heyətinin onu döymələri barədə məlumat vermişdir. Hətta Ələkbər ona Məhəbbət deyə müraciət edib onu təhqir etmişdir. Habelə sonradan Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısına gedib orada da yüksək qışqırmağa başlamışdır. Həmin yerə polis əməkdaşları yaxınlaşmış və Əlkəbəri bölməsinə dəvət etmişlər. Odur ki, Zərərçəkmiş şəxs onun barəsində yazdıqları yalan və şərdir. Çünki o, Ələkbəri döyməmiş və Ələkbərə heç xəsarət yetirməmişdir. “ASSA Hosteldə” heç vaxt əxlaqsızlıq yuvası təşkil edilməmişdir. O cümlədən hosteldə heç bir intim xidmət göstərilmir. 26 sentyabr 2020-ci il tarixdə saat 03:30 radələrində onunla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı o,Ələkbəri yalnız əli ilə itələmişdir. Ələkbərin baş yəsinə o, nəinki butulka ilə, ümumiyyətlə heç bir zərbə vurmamışdır. O, eldə inzibatçı işləməklə bərabər orada qalan müştərilərin sifarişlərini də otaqlarına çatdırır. Ələkbər hostelin qarşısında hay-küy salan zaman o, müştərinin sifarişi olan 0,5 litrlik qazsız şəffaf rəngli şüşə su butulkasını müştəriyə aparmalı olsa əsəbindən o, əlində butulka çölə çıxmışdır. O, şüşə butulka ilə Zərərçəkmiş şəxs vurmaq istəsə də fikirləşmişdir ki, Ələkbər onu tutduracaq, buna görə də Zərərçəkmiş şəxs vurmaq fikrindən daşınmışdır. Butulkanı yerə qoymuş və Ələkbərin üzərinə hücum edərək Ələkbəri itələsə də Ələkbər yerə yıxılmamışdır. Daha sonra o, Ələkbəri söyə-söyə itələyib obyektin qarşısından uzaqlaşdırmışdır. Həmin vaxt Ələkbər sərxoş olmuşdur. Hadisə 5 dəqiqə davam etmişdir. Sonra o, hostelin qarşısma gəlib yerdə olan içərisi dolu vəziyyətdə olan qazsız 05 litrlik “Sirab” şüşə butulkasnı götürüb içəridə olan soyuducuya qoymuşdur. Ələkbər onun iş fəaliyyətinə mane olduğu üçün o, Ələkbəri “Wathsappda” söyüb təhqir etmişdim .İfadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, hadisə yeri kı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80 ünvandır. (i.v. 167-169) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyinə görə Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntüləri olan “DVD” disk sübut növü kimi qiymətləndirilmiş və “DVD” disk iş materillarına əlavə edilmişdir. Məhkəmə tibbi-ekspertizasının xx.xx.2020-ci il tarixli 789 saylı və xx.xx.2020-ci il tarixli 26/789 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. səh 186-199) “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən X6 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 225) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından aydın olur ki, X4 əvvəllər məhkum olunmamışdır. (i.v. 185) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onlar artıq barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tətələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntüləri olan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X8 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntüləri olan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X8 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən )manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar