Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-98/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi Təqsirləndirilən şəxs, 29 may 2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı xx.xx.2019-cu il tarixli, həmçinin 12 mart 2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment və iddiaçının saxlanılması üçün Aişə Məmmədovanın 3 yaşı tamam olana qədər hər ay 50,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2527/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 16 oktyabr 2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2021-ci il tarixə kimi, cəmi 8650.00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı xx.xx.2019-cu il tarixli, həmçinin 12 mart 2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment və iddiaçının saxlanılması üçün Aişə Məmmədovanın 3 yaşı tamam olana qədər hər ay 50,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2527/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri qət edilmişdir. Qeyd olunan qətnamələr əsasında verilmiş icra sənədləri üzrə müvafiq olaraq Yasamal rayon İcra şöbəsində başlanılmış icraat üzrə tələbin dərhal icrası ilə bağlı ona bildirişlər göndərilmişdir. Könüllü icra edilməsi üçün müddət verilmişdir, lakin həmin müddət ərzində icrası təmin edilmədiyindən barəsində məcburi icra hərəkətləri keçirilmişdir. İcra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilmiş, Yasmal Rayon Məhkəmənin xx.xx.2020-cu il tarixli qərarına əsasən İXM-nin müvafiq maddəsi ilə barəsində 10 gün müddətində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda yuxarıda qeyd olunan qətnamələr üzrə xx.xx.2021-ci il tarixədək 8650,00 manat aliment borcu yaranmışdır. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə qətnamə üzrə olan borcu ödədiyini (tam icra etdiyini) və bununla əlaqədar tələbkarla aralarında barışıq əldə olunmuşdur. Buna görə də məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq övladı, 11 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160,00 manat manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi, bundan əlavə həmin rayon məhkəmənin 2(004)-2527/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə borclunun 09 yanvar 2017-ci il təvəllüdlü X5 və 18 fevral 2018-ci il təvəllüdlü X6 münasibətdə atalığı müəyyən edilərkən borcludan 12 mart 2020-ci il tarixdən başlayaraq övladları Sumayə Məmmədovanın və Aişə Məmmədovanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment və iddiaçının saxlanılması üçün Aişə Məmmədovanın 3 yaşı tamam olana qədər hər ay 50,00 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Təqdimat verilən 30 aprel 2021-ci il tarixədək məhkəmə aktları üzrə cəmi 8650,00 manat aliment borcunu ödəməkdən yayınmışdır. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanmış, lakin tələb icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 3(004)-2917/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyiı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnamələri üzrə yaranmış borc məbləği ödənilmişdir və bununla bağlı aralarında razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4049/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 160,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2527/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 340,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə başlanılmış icraat zamanı tələb borclu Təqsirləndirilən şəxs tərəfindən təmin edilməmiş, icra sənədləri üzrə tələbi təmin etməyən və olduğu yer barədə məlumat verməyən Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul olunmuş, borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq təhvil verilmiş, borclunun izahatı alınmış və izahatında aliment borcundan xəbərdar olduğunu, bugünədək ödəmədiyini və bundan sonrada ödəniş etməyəcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2917/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində borclu tələbi təmin etməmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 9/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, tələb təmin edilməmiş, bununla bağlı hər hansı üzrlü səbəb göstərilməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Borclu Təqsirləndirilən şəxs icraat dövründə heç bir ödəniş etməmiş və icra dövrü uzrə borcu 8650.00 manat təşkil etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 da eyni xususuatlar üzrə ifadə verərək Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X2 1 saylı Ərazi Məşğulluq Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs X9 işaxtaran vətəndaş kimi qeydiyyatdan keçməmişdir (səh. 53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 88-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator kompleks məhkəmə psixiatrik-psixoloji və tibbi-sosial ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 2272 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs “rekurrent depressiv pozuntu” müəyyən edilir, yoxlanılan şəxsin əvvəllər “bipolyar affektiv pozuntu” keçirilməsi müəyyən edilmir, belə ki, aparılan sorğu gedişatında yoxlanılan şəxsin maniakal hallar keçirilməsi müəyyən edilir, buna görə də, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmə qabiliyyətində olmuş, ona ittiham olunan əməli barəsində arılaqlı hesab olunmuş və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs “yüngül depressiya epizodu” təsdiqlənmiş və xəstəliyin gedişatı nəzərə alınmaqla, epizodlar zamanı xəstəliyin şəxsin əmək qabiliyyətinə təsiri qaçılmazdır, lakin epizodlar arası dövrdə tam əmək qabiliyyətli olması müəyyən edilmişdir, zehni gərginlik tələb etməyən yüngül işlərdə işləyə bilər (səh. 162-166). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Yasmal Rayon Məhkəməsinin inzibati xəta haqqında 16 oktyabr 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(004)- 2527/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələrini qərəzli olaraq icra etməmişdir (səh. 18,43-45, 65-71,79-84). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur (səh. 124) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 sentyabr 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (səh. 146-147). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə psixiatrik- ekspertizasının 04 may 2022-ci il tarixli, 53 saylı rəyi ilə təsdiq olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «qayıdan (rekurrent) depressiv pozuntu, yüngül dərəcəli növbəti epizod» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilən qayıdan (rekurrent) depressiv pozuntu ifadə olunma dərəcəsinə görə yüngül olmaqla onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda əziyyət çəkdiyi qayıdan (rekurrent) depressiv pozuntu təzahür etmə dərəcəsinə görə yüngül olduğundan onun özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratmadığı müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və on iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna pozuntulu şəxs hesab edilməməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 ona dəymiş ziyanın ödənildiyini, aralarında barışıq əldə olunduğunu və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq, barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və digər sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2527/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-4049/2019 saylı xx.xx.2019-cu il tarixli , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2527/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış borcunun ödənilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3, 43.1.2-cü maddələrinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39, 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-98/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-98/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver