Məhkəmə qərarları › İş №1(004)-98/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-98/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-98/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamış, 07 noyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına gəlməklə daşımış, həmin tarixdə saat 23:50 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşı tərəfindən saxlanılaraq şəxsiyyəti portal sistemi vasitəsi ilə yoxlanılan zaman Nərimanov RPİ-si tərəfindən mülki öhdəlikdən boyun qaçırdığı üçün borclu fiziki şəxs və cabdeh qismində axtarışda olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi üçün ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda xx.xx.2022-ci il tarixdə saat 00:55 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən “Kent” markalı siqaret qutunun içərisində 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,041 qram 0,326 qram ümumi çəkisi 0,395 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “İnstaqram” sosial şəbəkəsində tanımadığı şəxsdən 25 manat müqabilində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almışdır. xx.xx.2022-ci il tarixdə gecə metronun “28 May” stansiyasına daxil olmuş və bu zaman polis əməkdaşı ona yaxınlaşmışdır. Həmin polis əməkdaşı ona özünü təqdim etdikdən sonra onun şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Bundan sonra polis əməkdaşı onun Nərimanov RPİ-si tərəfindən axtarışda olduğunu müəyyən etmiş və onu Bakı Metropolitenində Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olan zaman o, polis əməkdaşının sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var. Bundan sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymüşdür. Siqaret qutusunun içərisindən 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş büküm vardır. Həmin bükümün içərisində isə 05 ədəd büküm vardır. Həmin bükümlərin birinin icərisində narkotik vasitə heroin üçünün içərisində isə psixotrop maddə metamfetamin vardır. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni İnstaqram” sosial şəbəkəsində tanımadığı şəxsin 25 manat müqabilində almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elbrus oğlu ifadəsində göstərmişdir ki, Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin polis nəfəri vəzifəsində xidmət aparır. Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında təhlükəsizliyin təmini məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində stansiyaya daxil olan bəzi sərnişinlər portal vasitəsi ilə yoxlanılmışdır. Həmin vaxt stansiyaya daxil olmuş bir nəfər sərnişinə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs ona Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil etmiş və onun Nərimanov RPİ-si tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu müəyyən etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilməsindən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Orada olan zaman Röyal narkotikdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Röyal əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun çıxardaraq masanın üzərinə qoyuşdur. Həmin siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız kəsiyində olan büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisində 05 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən 04 ədədi gümüşü rəngli kağız kəsiyində 01 ədədi isə göy rəngli kağız kəsiyi bükümündə olmuşdur. 04 ədəd gümüşü rəngli kağız kəsiklərinə bükülmüş bükümlər açılan zaman 03 ədəd bükümün içərisində ağ rəngli kristal şəklində olan kütlələr olduğu 01 ədəd gümüşü rəngli kağız kəsiyinin içərisinin boş olduğu və 01 ədəd göy rəngli kağız kəsiyi bükümündə isə qəhvəyi rəngli toz şəkilli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız kəsiyində olan psixotrop maddə metamfetamin olduğunu 01 ədəd göy rəngli kağız kəsində olan büküm içərisində isə heroin olduğunu və həmin maddələri tanımadığı şəxsdən internet vasitəsi ilə 25 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin və psixiotrop maddə olan metafetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 Elbrus oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 71-73-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin 3-cü bölük 2-ci tağımında manqa komandiri vəzifəsində xidmət etdir. Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında təhlükəsizliyin təmini məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində stansiyaya daxil olan bəzi sərnişinlər portal vasitəsi ilə yoxlanılmışdır. Həmin vaxt stansiyaya daxil olmuş bir nəfər sərnişinə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Nərimanov RPİ tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilməsindən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman narkotik maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X8 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X8 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız kəsiyində olan büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisində 05 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən 04 ədədi gümüşü rəngli kağız kəsiyində 01 ədədi isə göy rəngli kağız kəsiyi bükümündə olmuşdur. 04 ədəd gümüşü rəngli kağız kəsiklərinə bükülmüş bükümlər açılan zaman 03 ədəd bükümün içərisində ağ rəngli kristal şəklində olan kütlələr olduğu 01 ədəd gümüşü rəngli kağız kəsiyinin içərisinin boş olduğu və 01 ədəd göy rəngli kağız kəsiyi bükümündə isə qəhvəyi rəngli toz şəkilli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız kəsiyində olan kütlənin el arasında patı kimi tanınan psixotrop maddə metamfetamin olduğunu 01 ədəd göy rəngli kağız kəsində olan büküm içərisində isə olan kütlənin el arasında “kakos” kimi tanınan heroin olduğunu və həmin maddələri tanımadığı şəxsdən internet vasitəsi ilə 2 ay bundan əvvəl 25 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və Təqsirləndirilən şəxs və vəkili X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız kəsiyində olan büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisində 05 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən 04 ədədi gümüşü rəngli kağız kəsiyində 01 ədədi isə göy rəngli kağız kəsiyi bükümündə idi. 04 ədəd gümüşü rəngli kağız kəsiklərinə bükülmüş bükümlər açılan zaman 03 ədəd bükümün içərisində ağ rəngli kriatal şəklində olan kütlələr olduğu 01 ədəd gümüşü rəngli kağız kəsiyinin içərisinin boş olduğu və 01 ədəd göy rəngli kağız kəsiyi bükümündə isə qəhvəyi rəngli toz şəkilli kütlə olduğu aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız kəsiyində olan kütlənin el arasında patı kimi tanınan psixotrop maddə metamfetamin olduğunu 01 ədəd göy rəngli kağız kəsində olan büküm içərisində isə olan kütlənin el arasında “kakos” kimi tanınan heroin olduğunu və həmin maddələri tanımadığı şəxsdən internet vasitəsi ilə 2 ay bundan əvvəl 25 manata aldığını bildirmişdir. (i.v. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 08 noyabr 2022-ci il tarixli 6/6463 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №37” möhür əksi, “Şübhəli şəxs:.... Təqsirləndirilən şəxs..” və s. Yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,041 qram, 0,326 qram ümumi təmiz çəkiləri 0,395 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (i.v. 33-37) “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisində ağ rəngli kağız kəsiyində olan büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisində 05 ədəd büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən 04 ədədi gümüşü rəngli kağız kəsiyində 01 ədədi isə göy rəngli kağız kəsiyi bükümündə idi. 04 ədəd gümüşü rəngli kağız kəsiklərinə bükülmüş bükümlər açılan zaman 03 ədəd bükümün içərisində ağ rəngli kriatal şəklində olan kütlələr olduğu 01 ədəd gümüşü rəngli kağız kəsiyinin içərisinin boş olduğu və 01 ədəd göy rəngli kağız kəsiyi bükümündə isə qəhvəyi rəngli toz şəkilli kütlə olduğu aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız kəsiyində olan kütlənin el arasında patı kimi tanınan psixotrop maddə metamfetamin olduğunu 01 ədəd göy rəngli kağız kəsində olan büküm içərisində isə olan kütlənin el arasında “kakos” kimi tanınan heroin olduğunu və həmin maddələri tanımadığı şəxsdən internet vasitəsi ilə 2 ay bundan əvvəl 25 manata aldığını bildirmişdir. (i.v. 42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 nəticələrinə dair 22 noyabr 2022-ci il tarixli 7064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 83-84) “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,395 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,065 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertiza nəticəsində metamfetaminin 0,305 qram qalığı və heroinin 0,015 qram qalığı saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə protokola əlavə edilmiş 01 ədə CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 86-92) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.395 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 18) “Qətimkan tədbiri seçilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 60) “Müvəqqəti saxlama yerindən azad etmək haqqında” 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 62) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 06 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 77) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 1(004)-98/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin xx.xx.2023-cü il tarixli 53-1/2-5817 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saxlanılaraq aidiyyatı üzrə Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törtəməsini və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldığı 21 iyun 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 16 (on altı) gün, cəmi 18 (on səkkiz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.305 qram qalıq çəkisi olan metamfetamin və 0.015 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109.09 (bir yüz doqquz manat doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə hazırlıq iclaslarında iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldığı 21 iyun 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 16 (on altı) gün, cəmi 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 01 (bir) ay 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.305 qram olan psixotrop maddə metamfetamin və 0.015 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə hazırlıq iclaslarında iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar