Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-99/2022 25.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X7 Təqsirləndirilən şəxs: xx xxxx 1969-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 10 avqust 2021-ci il tarixdə axşam saatlarında Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan «Qara» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 5 (beş) ədəd sellofan bükümdə təmiz çəkiləri müvafiq olaraq 0,035 qram, 0,052 qram, 0,055 qram, 0,048 qram və 0,049 qram olmaqla, ümumi təmiz çəkisi 0,239 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə saat 16:15 dəqiqədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq İdarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şortinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 5 (beş) ədəd sellofan bükümdə təmiz çəkiləri müvafiq olaraq 0,035 qram, 0,052 qram, 0,055 qram, 0,048 qram və 0,049 qram olmaqla, ümumi təmiz çəkisi 0,239 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlin törədilməsinə görə ona CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin məhz həmin maddəsindəki əməli törətməsi tam sübuta yetirilmədi. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edildi. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5V, mənzil 84-də qeydiyatda olmaqla yaşamış, lakin sonradan qızı ilə birlikdə ünvan 4 ünvanda kirayədə yaşayır. Bədənində ağrılar olduğundan, dərmanlar və preparatlar ala bilmədiyi üçün narkotik vasitələrdən mütamadi olaraqı istifadə edir. 10 avqust 2021-cı il tarixdə axşam saatlarında Bakı şəhərində “Papanin” adlandırılan ərazidə şəxsiyyəti barədə məlumatım olmayan şəxsdən 25 manat pul verərək öz istifadəsi üçün 5 ədəd ağ şəffaf rəngli sellofan bükümdə narkotik maddə-heroin almışdır. Aldığı narkotik maddəni əynində olan boz rəngli şortinin sağ yan cibinə qoymuşdur ki, onunla birlikdə qalan qızının bundan xəbəri olmasın. Səhərisi günü yəni, 11 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Yasamal rayonu, Y.Abdullayev küçəsi, 7 saylı evin qarşısına çıxdığı zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini Yasamal RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını söyləmişlər. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsi tələb etmişlər. Üstündə şəxsiyyətini təsdiq edən vəsiqə və digər sənəd olmadığını bildirmişdir. Belə olan halda, polis əməkdaşları ona birlikdə Yasamal RPİ-nin inzibati binasına getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhər Yasamal rayon polis idarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları onu idarənin təhqiqatçısına təqdim etmişlər. Polis idarəsinin inzibati binasında xidməti otaqların birində şəxsiyyəti barədə məlumatlar dəqiqləşdirildikdən sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Ona bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması,daşınması və dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılacaqdır. O, üzərində narkotik vasitə-heroin olduğu üçün heç bir etiraz etməmişdir. Bununla əlaqədar hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi qismində dəvət edilmişdir.Ona müdafiəçinin iştirakı ilə təklif olunmuşdur ki, üzərində qanunsuz əldə etdiyi hər hansı maddə, əşya və predmet varsa masanın üzərinə qoysun. O da əynində olan boz rəngli şortinin sağ yan cibində əldə edib, saxladığı, içərisində narkotik vasitə-heroin olan 05 ədəd ağ şəffaf sellofon bükümlərini çıxarıb masanın üzərinə qoymuşdur. Masanın üstünə qoyduğu bükümlərdə olan narkotik vasitə-heroini yaşadığı evin yaxınlığında Qara adlı şəxsdən aldığını söyləmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, lakin üzərində qanunsuz əldə etdiyi digər heç bir maddə və predmet aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən bu faktlar mobil telefon vasitəsi ilə çəkilərək protokol tərtib edilmiş,təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Tərtib edilmiş protokol oxunduqdan sonra orada iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitələrdən özü istifadə edir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs sorğu sual zamanı bildirmişdir ki, o heç bir vaxtı narkotik vasitə satmamışdır. Üzərində olan həmin narkotik vasitələri özünün istifadə etməsi üçün Qara adlı şəxsdən 25 manat müqabilində almışdır. Qaranın xalçasını yumuşdur, bunun zəhməthaqqısı 25 manat etmişdir və həmin pulun əvəzinə Qara ona həmin narkotik vasitələri vermişdir. Qaranın yaşadığı yeri, ev bilir, ona tanıyır. Həmçinin bölmədə onun üzərinə baxış keçirilən zaman, halı pis olduğu üçün, ayaq üstə çətinliklə durduğu üçün, işin tez bağlanması, baxış prosedurunun tez qurtarması üçün vəkil ondan soruşanda, başından eləmək üçün demişdir ki, həmin narkotikin bir qismini satmaq, bir qismini isə istifadə etmək üçün almışdır. Lakin vəkilə verdiyi həmin cavab həqiqi deyil, başından eləmək üçün belə bir cavab vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsindəki əməli deyil, məhz CM-nin 234.1-ci maddəsindəki əməli törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi bölməyə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Y. Abdullayev küçəsi, ev-7-də müvəqqəti yaşayan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5V mənzil 84-də qeydiyatda olan, xx xxxx 1969-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə bölmənin kiçik inspektoru Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradıldı. Bu səbəbdən 11 avqust 2021-cı il tarixdə təxminən saat 16:15 radələrində əlamətləri bizə məlum olan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 4 ünvanın yaxınlığında saxlanıldı.Xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Təqsirləndirilən şəxs üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onu Yasamal RPİ-nin inzibati binasına gətirərək idarənin təhqiqatçı Ariz Qədiməliyevə təhvil vermişlər.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin keçirilməsində iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və dövriyyəsində şübhə edildiyi bildirilərək hüqüq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə hərəkətləri başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edib saxladığı əşyalar varsa masanın üstünə qoyması təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortikin sağ yan cibindən 05 (beş) bükümdə şəffaf sellofana bükülülərini çıxararaq masanın üzərinə qoyaraq həmin bükülülərin içərisində olan qəhvəyi rəngdə olan maddələrin narkotik vasitə olduğunu və həmin maddələri 10 avqust 2021-ci il tarixdə Yasamal adlanan ərazidə Qara adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Şahid3 iştirakı ilə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni «Qara» adlı şəxsdən 25 manata aldığını, söyləmiş, müdafiəçisi Müdafiəçi isə narkotik vasitənin bir qismini satacağını bir qismini isə özü istifadə edəcəyini bildirmişdir. Məhkəmə istintaqında Şahid1 sorğu sual zamanı bildirmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik satışı ilə bağlı məlumat daxil olmuşdur. Lakin bir neçə gün əməliyyat keçirsələr də satışla bağlı hər hansı bir dəlil əldə edə bilməmişlər. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı və ya üzərində olan həmin narkotik vasitələri satış məqsədi ilə digər şəxsdən alması barədə hər hansı bir sübut əldə edə bilməmişlər. Buna görə də Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaq məqsədilə üzərində saxlamasından şübhələnməyə dair də hər hansı bir dəlilləri yoxdur. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə aldığını və üzərində daşıdığını soruşmamışdır, belə bir hal yadında deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqında Şahid2 da sorğu sual zamanı bildirmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik satışı ilə bağlı məlumat daxil olmuşdur. Lakin bir neçə gün əməliyyat keçirsələr də satışla bağlı hər hansı bir dəlil əldə edə bilməmişlər. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı və ya üzərində olan həmin narkotik vasitələri satış məqsədi ilə digər şəxsdən alması barədə hər hansı bir sübut əldə edə bilməmişlər. Buna görə də Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaq məqsədilə üzərində saxlamasından şübhələnməyə dair də hər hansı bir dəlilləri yoxdur. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə aldığını və üzərində daşıdığını soruşmamışdır, belə bir hal yadında deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Mayıl qızı ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin TİQ-nun inspektoru vəzifəsində işləyir. 11 avqust 2021-cı il tarixdə Yasamal RPİ-nin NMB-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik vasitədən istifadə etməsinə görə Təqsirləndirilən şəxs idarəyə gətirilmiş və gətirildikdən sonra üzərinə baxış keçirilən zaman şəxsən iştirak etmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya, maddə və narkotik vasitə aşkar edilməmişdir. Lakin baxış keçirilməzdən əvvəl polis əməkdaşları 1969-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bildirmişlər ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoymasını bildirdikləri üçün Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortikin sağ yan cibindən 05 (beş) bükümdə şəffaf sellofana bükülmüş maddələri masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroindir və onu «Qara» adlı şəxsdən 25 manata əldə etmişdir. Müdafiəçi Məzahir Şahbazov təqsirləndirilən Təqsirləndirilən şəxs sual verərək narkotik vasitəni nə edəcəyini soruşduqda o, narkotik vasitənin bir qismini satacağını, bir qismini isə özü istifadə edəcəyini cavabını vermişdir. Məhkəmə istintaqında Şahid3 Mayıl qızı da sorğu sual zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı və ya üzərində olan həmin narkotik vasitələri satış məqsədi ilə digər şəxsdən alması barədə hər hansı bir məlumatı yoxdur. Onun işi yalnız şəxsin üzərini axtarmaqdan ibarət olmuşdur. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı məqsədlə aldığını və üzərində daşıdığını soruşmamışdır, belə bir hal yadında deyildir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən, görünür ki, təhqiqatçı həmin vaxtı şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərindəki qanunsuz əşyaları təqdim etməyi təklif edir, Təqsirləndirilən şəxs isə cibindən 5 bükümdə vasitələri çıxarıb stolun üzərinə qoyur. Müdafiəçi sual verir ki, həmin narkotik vasitəni nə edirsən, o isə cavabında özünün istifadəsi üçün, bir qismini isə satacağını bildirir. Kamera görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs güclə ayaq üstə durub, narkotik vasitənin təsiri altındadır, suallara güclə cavab verir, danışarkən sözləri korrekt ifadə edə bilmir, danışığında səndələyir. Divara söykənərək ayaq üstə dayanır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12.08.2021-ci il tarixli, 6/3449 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülən 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,035 qr., 0,052 qr., 0,055 qr., 0,048 qr. və 0,049 qr. olmaqla, ümumi təmiz çəkisi 0,239 qram tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,239 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,139 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 15.11.2021-ci il tarixli 4492 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,035 qr., 0,052 qr., 0,055 qr., 0,048 qr. və 0,049 qr. olmaqla, ümumi təmiz çəkisi 0,239 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarında isə təqsirləndirilən şəxsin əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Hazırkı ittihamdakı “satış məqsədi”ni müəyyən edərkən, ibtidai istindaq orqanı narkotik vasitənin bir neçə bükümdə xırda bağlamalarda olmasından başqa, həmçinin təqsirləndirilən şəxsin müdafiəçinin sualına verdiyi cavabda “narkotik vasitənin bir qismini istifadə etməsi, bir qismini isə satmaq məqsədi ilə üzərində saxlaması” ifadəsindən başqa hər hansı bir sübut müəyyən etməmişdir. “Satış məqsədi”ni müəyyən edən digər hər hansı bir sübut yoxdur. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib üzərində saxlaması, gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin xırda bükülülərdə olmasının və polisdə belə bir ehtimalın olması kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Hətta Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, onun üzərinə 11.08.2021-ci il tarixdə keçirilmiş baxış protokolunda da, Təqsirləndirilən şəxs üzərinə qanunsuz olaraq götürülmüş narkotik vasitənin hansı məqsədlə əldə etdiyi, üzərində saxladığı və daşıdığı barədə məlumat əks etdirilməmişdir. Baxış protokolundan, onun həmin vaxtı təhqiqatçı tərəfindən sorğu-sual olunması görünmür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq müddətində də özünü CMnin 234.2-ci maddə ilə təqsirli bilməmişdir. Belə bir ifadəsi mövcud deyildir. Hətta həm 12.08.2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi üzrə şübhəli şəxs kimi ifadəsində və sorğu-sual zamanı, həmin tarixdə CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs kimi ifadəsində və sorğu-sual zamanı, barəsində CM-nin 234.1-ci maddəsi ilə həbs qətimkan tədbiri barədə vəsatətə məhkəmədə 13.08.2021-ci il tarixdə baxılarkən də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Şəxsin üzərinə axtarış və baxış keçirilərkən, vəkilinin ona verdiyi suala onun cavabı, onun əməli törətməsinin etirafedici ifadəsi kimi qəbul edilə bilməz. Həmçinin 12.08.2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin sonradan müstəntiq tərəfindən 31.10.2021-ci il tarixdə onun törətdiyi əməl CMnin 234.2-ci maddəsinə tövsif edilmişdir. Həmin tövsif qərarında da müstəntiq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, özündə olmadığı üçün müdafiəçinin sualına cavab verərkən göstərmişdir ki, həmin narkotiki satmaq üçün əldə etmişdir. Bununla da təqsirləndirilən şəxs faktiki olaraq özündə olmadığı üçün vəkilin sualına belə bir cavab verdiyini bildirir. Şəxsin narkotik vasitənin təsiri altında verdiyi cavab və ya əhəmiyyətini dərk etmədən dediyi sözlər onun əlehinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin axtarış və baxış zamanı vəkilin sualına verdiyi cavab, onun əlehinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə verdiyi həmin cavabı, onun əməli etirafedici ifadəsi kimi də qəbul edilə bilmir. Həmçinin nəzərə alınmalıdır ki, ittiham aktı ilk dəfə müstəntiq tərəfindən 22.12.2021ci il tarixdə tərtib edilmişdir. lakin həmin ittiham aktı Yasamal rayon prokurorunun 28.12.2021-ci il tarixli qərarı ilə təsdiq edilməmişdir ona görə də, əməl tövsif edildikdən sonra Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilməmişdir. Bundan sonra CM-nin 234.2-ci maddəsi ilə 10.01.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş, CM-nin 234.1-ci maddə ilə təqsirli bilmişdir. Göründüyü kimi həm ibtidai istintaq dövrü, həm də məhkəmə istintaqı dövrü təqsirləndirilən şəxsin ifadələri üst-üstə düşür, o özünü yalnız CM-nin 234.1-ci maddə ilə təqsirli bilmiş, narkotik vasitəni özünün istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin üzərinə baxış və axtarış aparılarkən sorğusual zamanı bildirdiyi məlumatlar onun əlehinə istifadə edilə bilməz, belə bir məlumatlardan sübut kimi istifadə edilə bilməz. Çünki CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etmə əməlini etiraf etməmişdir, CM-nin 234.2-ci maddədəsi ilə özünü təqsirli bilməmişdir. Hətta özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilsəydidə belə, həmin əməl yalnız iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edilməliydi. Lakin göründüyü kimi onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud deyildir, ibtidai istintaq müddətində belə bir sübut toplanılmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə cəzanın növünü v həddini müəyyən edərkən, həmçinin narkotik vasitənin büküm sayını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, CM-nin 234.1-ci maddəsi ilə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 13.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.08.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88,70 manat (səksən səkkiz manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,139 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-99/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-99/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver