Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-99/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X42 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxslər XXX Zərərçəkmiş şəxs3, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" X10 direktoru işləyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya insanları müxtəlif işlərlə təmin etməklə bağlı geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib arvadı X5 Şəki şəhərində yerləşən tam orta məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə qohumu, onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 vasitəsilə 18 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən keçmiş Azərbaycan Beynəlxalq Universitetin inzibati binasının yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 məxsus 4500 manat pulu nağd şəkildə və 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə 500 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına elektron formada köçürüb ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 5000 manat pul vəsaitlərini alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik etibarlı şəxs kimi təqdim edib qohumu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə Neftçala rayonun inzibati ərazisində kənd təsərrüfatı təyinatlı 150 hektar torpaq sahəsinin ucuz qiymətə rəsmi şəkildə adına sənədləşməklə alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialının inzibati binasında quraşdırılmış bankomat vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 523915******1012 nömrəli bank kartı hesabına 22 iyul 2021-ci il tarixdə elektron formada köçürülmüş 500 manat, 31 iyul 2021-ci il tarixdə elektron formada köçürülmüş 1500 manat, 06 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dəniz mall” ticarət mərkəzinin yaxınlığında nağd şəkildə 3000 manat, ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin Şəki filialının inzibati binasında quraşdırılmış bankomat vasitəsilə həmin bank kartı hesabına 11 avqust 2021-ci il tarixdə elektron formada köçürülmüş 500 manat, 23 avqust 2021-ci il tarixdə elektron formada köçürülmüş 3005 manat, 25 avqust 2021-ci il tarixdə elektron formada köçürülmüş 1000 manat və 06 oktyabr 2021-ci il tarixdə elektron formada köçürülmüş 200 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 9705 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 9705 (doqquz min yeddi yüz beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü veb saytların hazırlanması üzrə mütəxəssis kimi təqdim edib XXX Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə guya sonuncunun yüksək gəlir əldə etməsi məqsədi ilə avtomobillərin ehtiyat hissələrinin satışı ilə bağlı elanların elektron qaydada yerləşdirilməsi nəzərdə tutulan veb-saytı hazırlamağa dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6456,6 manat təşkil edən 3798 ABŞ dolları, 13 may 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 1500 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında 2022-ci ilin iyun ayının əvvəllərində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 8670 manat təşkil edən 5100 ABŞ dolları və 10 iyun 2022-ci il tarixdə nağd şəkildə 5149 manat, 15 iyun 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******0000 nömrəli bank kartına elektron formada köçürülmüş Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 204 manat təşkil edən 120 ABŞ dolları, 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 800 manat, 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Dostluq MTK”-ya aid yaşayış binasının həyətyanı sahəsində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları, 21 iyul 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 221 manat, 13 avqust 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 350 manat, 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən 212 nömrəli tam orta məktəbin yaxınlığında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******9178 nömrəli bank kartına köçürülmüş 340 manat, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 27 avqust 2022-ci il tarixdə tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 200 manat, 05 sentyabr 2022-ci il tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 150 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 931,94 manat təşkil edən 574 avro, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 409858******0000 nömrəli bank kartına 20 oktyabr 2022-ci il tarixdə köçürülmüş 500 manat, 29 oktyabr 2022-ci il tarixdə köçürülmüş 20 manat, 29 yanvar 2023-cü il tarixdə köçürülmüş 300 manat, 30 mart 2023-cü il tarixdə köçürülmüş 200 manat və 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 535,50 manat təşkil edən 315 ABŞ dolları olmaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 40978 manat 04 qəpik pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 40978 (qırx min doqquz yüz yetmiş səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik etibarlı şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə 32.4, 32.5, 179.2.3, 308.1 və 311.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş sonuncunun X1nun əfv olunmaqla azadlığa buraxılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metrosunun “Memar Əcəmi” stansiyasının giriş hissəsində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan “”Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 524375******3057 nömrəli bank kartına köçürülmüş nömrəli bank kartına köçürülmüş 800 manat, 30 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsi 59F, mənzil 47 ünvanında nağd şəkildə 14000 manat, 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayının yaxınlığında nağd şəkildə 11000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” stansiyasının yaxınlığında nağd şəkildə 8000 manat və 18 fevral 2023-cü il tarixdə ünvan 9 ünvanında həmin bank kartına köçürülmüş 500 manat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 34300 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 34300 (otuz dörd min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya insanları müxtəlif işlərlə təmin etməklə bağlı geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətində aylıq 1100 manat məbləğində əmək haqqısı olan operator kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ünvan 10 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan ““Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******0000 nömrəli bank kartına 12 mart 2022-ci il tarixdə elektron formada köçürülmüş 400 manat, 08 aprel 2023-cü il tarixdə elektron formada köçürülmüş 3502 manat, 15 aprel 2023-cü il tarixdə elektron formada köçürülmüş 500 manat, 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, H.Eyvazov küçəsində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə həmin bank kartına köçürülmüş 5000 manat, Zərərçəkmiş şəxs5 ünvan 10 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına 03 may 2023-cü il tarixdə elektron formada köçürülmüş 150 manat, 12 iyul 2023-cü il tarixdə elektron formada köçürülmüş 1000 manat və 2023-cü ilin iyul ayının sonunda ünvan 11 ünvanında nağd şəkildə 980 manat olmaqla Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 11532 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 11532 (on bir min beş yüz otuz iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik etibarlı şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə təhsil aldığı 1 nömrəli Bakı Tibb Kollecindən 2 nömrəli Bakı Baza Tibb Kollecinə keçirilməklə sonuncu təhsil müəssisəsində təhsilini davam etdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 06 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ünvan 10 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan ““Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******0000 nömrəli bank kartına elektron formada köçürülmüş 950 manat məbləğində Zərərçəkmiş şəxs5 məxsus pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 950 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya insanları müxtəlif işlərlə təmin etməklə bağlı geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə övladı X7 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Satınalmaların təşkili şöbəsində mühəndis kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan tanışı Zərərçəkmiş şəxs5 vasitəsilə ünvan 10 ünvanında 07 oktyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi olan müddət ərzində, sonuncu dəfə Zərərçəkmiş şəxs6 istifadəsində olan "xxxx" ASC-yə aid 416973******5791 nömrəli bank kartı hesabından Zərərçəkmiş şəxs5 adına olan "xxxx" ASC-yə aid 416973******6638 nömrəli bank kartı hesabına köçürülmüş pul vəsitindən Zərərçəkmiş şəxs5 ünvan 10 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan ““Unibank” Kommersiya Bankı” ASC-yə aid 409858******0000 nömrəli bank kartına 30 dekabr 2023-cü il tarixdə elektron formada köçürülmüş 1000 manat olmaqla Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 6500 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs6 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanın qeydiyyatda olmağına baxmayaraq ünvan 13ında yaşamışdır. Təxminən 2005-ci ildə rəsmi nikaha daxil olmuş, 2010-cu ildə boşanmış və həmin nikahdan bir uşağ vardır. 2011-ci ildə ikinci dəfə evlənmiş və qeyd olunan ikinci nikahdan da bir övladı vardır. Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarətin iqtisadiyyatı və idarə olunması” fakultəsini bitirmiş və 1999-cu ildən jurnalistika sahəsində işləməyə başlamışdır. Hazırda "xxxx" MMC-nin təsisçisi və direktorudur, "xxxx" xəbər portalı isə həmin MMC-nin tərkibində xəbər portalıdır. Zərərçəkmiş şəxs2 rəhmətlik atasının əmisi oğludur. Elşənlə münasibətləri həmişə normal olmuşdur. Birinci evliliyi zamanı Elşən onların evinə çox gəlmişdir. Lakin Elşənin valideynləri ilə onun valideynləri arasında münasibət yaxşı olmamışdır. Təxminən 2021-ci ilin yay aylarında Elşən onu xatırladığı qədərilə “facebook” sosial şəbəkəsində taparaq ona mesaj yazmış və onlar orada danışmağa başlamışlar. Elşən nə ilə məşğul olduğunu soruşduqda o Elşənə jurnalist işlədiyini, həmçinin sayt hazırlamaqla məşğul olduğunu, jurnalistika sahəsində maddi təminatın zəif olduğunu, lakin sayt hazırlamaqla ən azından normal səviyyədə pul qazanmağın mümkün olduğunu Elşənə demişdir. Elşənlə söhbət zamanı o Elşənə saytda olan funksiyalara əsasən sayt hazırlamağın əmək haqqısının dəyişdiyini bildirmişdir. Bu söhbətdən təxminən 1 ay sonra Elşən ona zəng edərək Şəki şəhərində bir nəfər şəxsin özünə sayt hazırlamaq istədiyini demişdir. O Elşənə həmin şəxsin hansı formada sayt istədiyini soruşduqda Elşən ona həmin şəxsin tikinti materiallarının satışını həyata keçirən sayt istədiyini demişdir. Elşən ondan qeyd olunan saytın hazırlanma prosesi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda o Elşənə xərcin adamın imkanına görə dəyişdiyini demişdir. Bundan sonra dəqiq xatırlamadığı vaxtda Elşən onun bank kartına 500 manat pul göndərmiş və ona sifarişçidən 1000 manat aldığını, həmin 1000 manatın 500 manatını özünə götürdüyünü demiş, o da etiraz etməmişdir. Söhbət əsnasında Elşən ona sifarişçidən 2500 manat da alacağını demişdir. Təxminən 10 gün sonra Elşən ona sifarişçinin sayt istəmədiyini deyərək verdiyi pulu geri almaq istədiyini bildirmişdir. O Elşənə qeyd olunan saytı hazırlamağa başladığını, müəyyən işlər gördüyünü demiş, lakin ona göndərdiyi 500 manat pulu Elşənin bank kartına köçürmüşdür. Həmçinin, Elşənə bundan sonra belə olduğu halda pulunu geri qaytarmayacağına dair xəbərdarlıq etmişdir. Bundan təxminən 2-3 ay sonra Elşən ona zəng edərək tanışı Xəyalın iki əlil uşağının olduğunu, arvadının ibtidai sinif müəllimliyi ixtisasını bitirdiyini və ibtidai sinif müəllimi kimi işə düzəlmək istədiyini bildirmişdir. O Elşənə Xəyalın arvadını işə düzəldə bilməyəcəyini, lakin istiqamət verə biləcəyini demişdir. Belə ki, o Elşənə X25 saytından ibtidai sinif müəllimliyi üçün uyğun vakansiyaya görə sualları götürüb “google” axtarış sistemindən suallara uyğun cavablar tapacağını, həmin cavabların tam olaraq dəqiq cavab olmadığını, buna görə Xəyalın arvadının imtahana yaxşı hazırlaşmalı olduğunu və nəticədə istədiyi işə daxil ola biləcəyini demişdir. Söhbət zamanı Elşən ona zəhmət haqqı kimi 500 manat verəcəyini demiş və o da etiraz etməmişdir. O bundan sonra DİM-nin saytında qeyd olunan məsələ ilə bağlı sualları, daha sonra suallara uyğun cavabları axtarıb tapmış və araşdırma nəticələrini Xəyala göndərmişdir. Həmin vaxtlarda Xəyal onun bank kartına 500 manat pul göndərmişdir. Bir müddət sonra Xəyalın arvadı hazırlaşa bilmədiyi üçün işə girməkdən imtina etmiş və Xəyal ona verdiyi pulu ondan istəmişdir. O Xəyalın bu tələbindən sonra 250 manat pulu Xəyalın kart hesabına köçürmüşdür. Bundan 1 həftə sonra isə onun maddi vəziyyəti yaxşı olmadığına görə Şəki şəhərində yaşayan anası X16 250 manat pulu Xəyala vermişdir. Həmin vaxtlarda Xəyal ona zəng edərək 4500 manat pulu qeyd olunan işlə bağlı Elşənə verdiyini demişdir. O isə bundan xəbərinin olmadığını Xəyala demişdir. Həmçinin, xatırlamadığı vaxtlarda Elşəndən ümumilikdə 14205 manat məbləğində borc pul almış, həmin borcu maddi vəziyyətiylə bağlı qaytara bilməmiş və qeyd olunan pulu da arvadının müalicəsi və öz ehtiyacları üçün xərcləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 o hazırki vaxtadək görməmişdir. Xəyalı qiyabi olaraq Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı üçün Xəyal ilə bağlı yuxarıda qeyd etdikləriylə kifayətlənir. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərmişdir ki, özü veb saytların hazırlanması ilə məşğuldur. O öz “Facebook” sosial şəbəkəsindəki profilində veb saytların yığılması barədə elan qoymuşdur. Təxminən 2022ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 ona zəng edərək özünü “Azərenerji ASC”nin baş hüquqşünasi kimi təqdim etmiş və sayt yığdırmaq istədiyini demişdir. O Zərərçəkmiş şəxs3 geniş funksiyalara malik sayt istədiyini görüb sonuncuyla görüşüb bu barədə danışmaq qərarına gəlmişdir. İlk dəfə Zərərçəkmiş şəxs3la Bakı şəhəri, ünvan 20anov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Muzey” çay evində görüşmüşlər. Söhbət zamanı Zərərçəkmiş şəxs3 ondan avtomobil ehtiyat hissələrinin satışını həyata keçirəcək saytın yığılmasını xahiş etmişdir. Bu barədə aralarında qarşılıqlı müqavilə imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən Zərərçəkmiş şəxs3 ona yığılmalı olan saytın elektron prototipini təqdim etmişdir. Həmin prototipə əsasən görüntünü və tələb olunan texniki tapırışıqları 100 faiz təmin edib, saytı təyin olunmuş vaxt ərzində təhvil vermişdir. İşin gedişatında ortaya çıxan digər məsələrlə Zərərçəkmiş şəxs3 özü məşğul olmalı, yəni avtomobil ehtiyat hissələri dükanlarından ehtiyat hissələrini baza halında “Excel” variantında ona təqdim etməli, o da öz növbəsində həmin detalları saytın bazasına yükləməliymiş. Sövdələşmələrindən hətta bir il sonra Zərərçəkmiş şəxs3 bir mağazadan belə öhdəsinə düşən ehtiyat hissələri bazasını təmin edə bilməmişdir. Nəticədə onlar bu dəfə aralarında olan şifahi razılaşma ilə saytın texniki göstəricilərini və təyinatını dəyişmək ilə bağlı razılığa gəlmişlər. Bu müddət ərzində Zərərçəkmiş şəxs3la aralarında münasibət formalaşdığına görə sonuncuyla yeni dizaynda sayt hazır olduqdan sonra ödənişi razılaşa biləcəklərini danışmışlar. İş əsnasında Zərərçəkmiş şəxs3 ona ümumilikdə 8470 azn məbləğə yaxın pul ödəmişdir. Bu pulların əksəriyyəti ABŞ dolları şəkilində nağd olaraq verilmişdir. Dəfələrlə Zərərçəkmiş şəxs3 bu pulları onun hesabına və yaxud bank kartına yollamağını tələb etməyinə baxmayaraq sonuncu onda yalnız dollar olduğunu, manata konvertasiya edib yollaya bilməyəcəyini deyərək pulların əksər hissəsini ona nağd şəkildə vermişdir. Bu barədə bütün sübutlar Zərərçəkmiş şəxs3la “Whatsapp” ani mesajlaşma mübadilə sistemində danışıqları zamanı əksini tapıb, hətta bir dəfə Zərərçəkmiş şəxs3 ona 20000 manata yaxın pul verdiyini iddia etdiyi səs yazısını yollamışdır. Bundan sonra o Zərərçəkmiş şəxs3 cavab olaraq ciddi narazılığını bildirmiş və bu iddiasını sübut etməli olduğunu qeyd etmişdir. Lakin, Zərərçəkmiş şəxs3 qeyd etdiyi iddianı sübut edə bilməmiş, daha sonra qarşılıqlı hesab aparmışlar və verilən məbləğin 12000-13000 manatı keçmədiyini müəyyən etmişlər. Bundan sonra, Zərərçəkmiş şəxs3 gülə-gülə zarafat edərək əsəbi olduğu üçün ona verdiyi məbləğin 20000 manat olduğunu bildirdiyini demişdir. Zərərçəkmiş şəxs3 ona verdiyi pulun böyük hissəsini avtomobil ehtiyat hissələrinin kod ilə axtarışını təmin edən proqramı ABŞ Nəqliyyat Nazirliyinin saytından alınması üçün vermişdir. Pulun digər hissəsi isə saytın serverinin alınmasına və onun ödənişi olunmayan ikinci saytın tərtibatı zamanı şəxsi ehtiyaclarını ödəməyə sərf olunmuşdur. Bu barədə də Zərərçəkmiş şəxs3 özü ilə şifahi razılaşmaları olmuşdur. Zərərçəkmiş şəxs3 tələb etdiyi formada ikinci saytı, saytda əlavə subdomen olaraq avtomobil ehtiyat hissələrinin vin kodu vasitəsilə axtarışını təmin edən kodlamanı və detalların hər birininin xarici bazada tapılıb saytda mövcüd olan ehtiyat hissələri ilə müqayisə edib mövcüd olan ehtiyat hissələrini müştəri qismində sayta daxil olmuş şəxslərə göstərən sistem hazır olduqdan sonra Zərərçəkmiş şəxs3 yenidən mağaza axtarışına başlamışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs3 hər hansı bir mağazadan ehtiyat hissələrinin bazasını əldə edə bilməmişdir. Bundan sonra müxtəlif bəhanələrlə ondan saytın yığılmasına və digər xidmətlərin satın alınmasına görə ödənilən pulları geri istəmişdir. O isə öz növbəsində saytın serverinin bir müddət əvvəl satın alındığını və Zərərçəkmiş şəxs3 sərəncamında olan sayta əlavə olunduğunu demişdir. Saytın axtarış sistemində təkmilləşdirilmiş avtomobil ehtiyat hissələrini koda görə təsnifləndirilməsini təmin edən axtarış sistemi “goodvin” platformasında və müxtəlif ölkələrin və o cümlədən amerika, avropa ölkələrini, israil və çin kimi digər lider avtomobil istehsalçısı olan ölkələrin nəqliyyat nazirliklərinin hamıya açıq şəkildə rəsmi satış həyata keçirdiyi onlayn satış mağazalarına ödəniş edilərək alınmış və bu zaman ödənişin həqiqiliyini sübut edən çeklərin hər biri Zərərçəkmiş şəxs3 özünə yollanılmışdır. Bu isə həmin pulların onun hesabına deyil qeyd olunan hesablara köçürüldüyünü göstərir. Zərərçəkmiş şəxs3 tərtib etdiyi texniki tapşırıqlar müvafiq onlayn platformalara yönləndirilmişdir. Zərərçəkmiş şəxs3 ona verdiyi pulların böyük hissəsi ona çatmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs3 məsələnin mahiyyətini dəyişmək məqsədi ilə onlayn platformalarda “APİ” olaraq alınan bu formada bütün dünyanı istifadə etdiyi alternativ istifadəsi mümkün olmayan heç bir halda baza olaraq satışı ağla gətirilə bilməyən təxminən 18 milyarda yaxın ehtiyat hissəsini onun saytının xırda həcmli serverində olmadığını və bu səbəblə onun Zərərçəkmiş şəxs3ı guya aldatdığını iddia etmişdir. Zərərçəkmiş şəxs3 tələb etdiyi ehtiyat hissələrini bazası heç bir halda hər hansı bir dövlətə, şirkətə və ya şəxsə satılmır, ancaq o APİ vasitəsi ilə bir dəfəlik və yaxud aylıq ödəniş təmin edilməklə istifadəyə verilir. Bütün bunlar Zərərçəkmiş şəxs3 saytı olan “Detalshop.az” saytının ilkin variantında və “Demo.detalshop.az” saytında qalmaqdadır. Zərərçəkmiş şəxs3 bütün bu qədər texniki tapşırığı böyük olan saytın qurulması üçün həcminə görə ən balaca “host” seçmiş, onun da ödənişi ən azı 2 il bundan qabaq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dindirmə zamanı göstərmişdir ki, təxminən 2019-cu ildə Azərbaycan Respublikasının hər yerində “Covid 19” virusu ilə əlaqədar pandemiya şəraiti elan edildikdən öncə o Şahid1 ilə kafelərin birində ortaq tanışlarının vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən onlar bir neçə dəfə kafedə görüşüb çay içmişlər. 2022ci ildə isə Cabbar ona zəng edərək Şəbnəm adlı xanımı yaxın insanı kimi təqdim edib Şəbnəmin atasının həbsxanada olduğunu qeyd edərək azadlığa buraxılmasında köməklik göstərməyin xahiş etmişdir. O həmin vaxt Cabbara həmin məsələdə köməklik göstərə biləcəyini demişdir. O Cabbardan məsələni müzakirə etmək üçün həmin vaxt yaşadığı ünvan 14 ünvanına gəlməyini xahiş etmişdir. Beləliklə, 2022-ci ilin payız aylarında Cabbar, Şəbnəm və Gülnaz yaşadığı evə gəlmişlər. O ilkin olaraq evin yaxınlığında yerləşən kafelərin birində əyləşib söhbət etmək fikrində imiş, lakin Cabbar buna etiraz edərək Bakıdan qonaq gətirdiyini və həmin şəxsləri evində qarşılamağını istəmişdir. Həmçinin, Şəbnəm, Gülnaz və Cabbar onun yanına gəlməzdən əvvəl o uzaq qohumu olan əvvəllər Dağıstan Respublikasının Azərbaycandakı konsulluğunda işləmiş, Rusiya Federasiyasının vətəndaşı Ruslan Maqomayev ilə əlaqə saxlamışdır. O Ruslana məsələni izah etmiş və sonuncu 40.000 manat pulun müqabilində Şəbnəmin atasını azadlığa buraxdıra biləcəyini demişdir. Ruslanın sözünə görə həmin 40.000 manat puldan 4.000 manatı ona çatmalıymış. Beləliklə Şəbnəm, Gülnaz və Cabbar ilk dəfə onun yaşadığı evə gəlmişlər və o orada Şəbnəm və Gülnaz ilə tanış olmuşdur. Şəbnəm ona X1nun barəsində olan məhkəmə hökmünü təqdim etmişdir. Şəbnəmin deməsinə görə atası X22 şəhərinin icra nümayəndəsi işləyərkən şərlənərək rüşvət aldığına görə həbs edilmişdir. O Şəbnəmə Ruslanın dediyi kimi bu işi 40000 manat müqabilində eliyə biləcəyini demişdir, lakin kimin vasitəsi ilə edəcəyini Şəbnəmə söyləməmişdir. Həmçinin, o həmin puldan 4000 manatın ona çatacağını Şəbnəmə izah etmişdir. Şəbnəm onun təklifi üzərində fikirləşəcəyini demiş və onlar təxminən 1 saat ərzində evində oturduqdan sonra oradan getmişlər. Bir neçə gün sonra Şəbnəm və Cabbar onunla əlaqə saxlayıb Şəki şəhərində yerləşən həbsxanaya gedib orada Məhərrəm ilə bu barədə söhbət aparmağını istəmişlər. O oraya getmək istəmirmiş, lakin Şəbnəm və Cabbarın israrlı xahişlərindən sonra o razılaşmışdır. O, Şəbnəm, Gülnaz və Cabbar sonuncunun idarə etdiyi avtomobillə Şəki şəhərinə getmişlər. Həbsxanaya o, Şəbnəm və Gülnaz daxil olmuş, Cabbar isə çöldə gözləmişdir. Həbsxanada o Məhərrəm ilə görüşmüşdür. Görüş zamanı Məhərrəm şərləndiyini, 55 manat rüşvətə görə azadlıqdan məhrum olduğunu və köməklik göstərməyini xahiş etmişdir. O Şəki şəhərinə getməzdən əvvəl Şəbnəm artıq bu işin 40000 manata başa gələcəyi barədə atasına məlumat vermişdir. Söhbət əsnasında Məhərrəm ona “pul verildikdən sonra işin alınmadığı halda verdiyimiz pul necə olacaq” deyə sual verdikdə o Məhərrəmə “pulu özüm geri qaytaracağam” deyərək cavab vermişdir. Məhərrəmin son sözünə görə Şəbnəm xanım sonradan onunla əlaqə saxlayıb işin həlli üçün pulun verilibverilməyəcəyini deməliymiş. Bundan sonra o Məhərrəmin yanından çıxmış, lakin Şəbnəm və Gülnaz orada qalmışlar. Biraz sonra Şəbnəm və Gülnaz da həbsxanadan çıxmışlar və onlar oradan Şəki şəhərində yerləşən restoranların birinə getmişlər. Restoranda yemək yemişlər, çay içmişlər və həmin gün onlar Bakı şəhərinə qayıtmışlar. Şəki şəhərindən qayıtdıqdan bir neçə gün sonra Şəbnəm onunla telefonla əlaqə saxlayıb 40000 manat pul müqabilində atasını həbsdən azad etməyə razılıq vermiş, lakin kifayət qədər pulu olmadığı üçün pulun yarı məbləğini əvvəlcədən, digər yarısını isə atası azadlığa çıxdıqdan sonra verəcəyini demişdir. O Ruslana zəng edib Şəbnəmin ona dediklərini çatdıraraq məsələni həll edə bilib-bilməyəcəyini soruşmuş, sonuncu Məhərrəmi həbsdən azad edə biləcəyini ona demişdir. Buna görə o Şəbnəmin dediyi ilə razılaşmış və ona çatası olan 4000 manatı da atası azadlığa çıxdıqdan sonra verə biləcəyini izah etmişdir. Beləliklə, Şəbnəmlə aralarında olan son razılığa əsasən sonuncu tərəfindən ona ilkin olaraq 18000 manat pul verilməliymiş. Təxminən 2022-ci ilin noyabr ayında Şəbnəm ona zəng edərək 18.000 manat deyil 12.000 manat verə biləcəyini, qalan 6000 manat pulu isə 15 dekabr 2022-ci il tarixdə verə biləcəyini demişdir. O Ruslanla danışmış və sonuncu 12.000 manat puldan 10000 manatı Ruslana verməyini istəmiş, qalan məbləği yəni 8000 manatı isə 15 yanvar 2023-cü il tarixədək çatdırmalı olduğunu demişdir. O buna görə yenə də Şəbnəm ilə razılaşmış və 2022-ci ilin noyabr ayının sonunda, Gülnaz və Cabbar ilə birlikdə yenidən Sumqayıt şəhərində yerləşən yaşadığı mənzildə görüşmüşlər. Orada Gülnaz və Cabbarın yanında Şəbnəm tərəfindən ona 12000 manat pul verilmişdir. Həmin pul orada sayılmış və onun tərəfindən təhvil alınmış və bundan sonra onlar oradan getmişlər. Həmin ərəfələrdə o Ruslanla “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşmüş və Şəbnəm tərəfindən ona cəmi 6000 manat pul verildiyini bildirmişdir. Yalan deməyinin səbəbi həmin ərəfələrdə olan borclarına görə onun təcili olaraq pula ehtiyacının olmağı və Şəbnəmdən 12000 manat aldığını dediyi halda Ruslanın həmin pulu ondan almaq ehtimalının olmasıyimiş. Buna görə, o Ruslana 18000 manat pulu dekabr ayının 15-nə kimi çatdırıb birdəfəlik verəcəyinə dair söz vermişdir. Ruslan onunla razılaşmış və bundan sonra o Şəbnəm tərəfindən verilən 12.000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Xatırladığı qədər 15 dekabr 2022-ci il tarixdə Şəbnəm onunla əlaqə saxlayıb pulu düzəldə bilmədiyini və yeni il bayramından sonra, yəni 2022-ci ilin yanvar ayında qalan 6.000 manat pulu verəcəyini demişdir. O həmin vaxt Şəbnəm tərəfindən verilən pulu xərclədiyi üçün guya məsələ ilə bağlı iş görmək görüntüsünü yaratmaqdan ötrü atası Məhərrəmənin adından əfv komissiyasına əfvə salınmağı ilə bağlı məktub hazırlayıb göndərmişdir. Həmçinin, Şəbnəm həmin ərəfələrdə onunla mütəmadi olaraq əlaqə saxlayıb qohumlarının ondan pul istədiklərini demiş və bu səbəbdən guya ona 34000 manat məbləğində pulu verməsi barədə qohumlarına sübut təqdim etməsinin lazım olduğunu demişdir. O həmin vaxt Şəbnəmin qohumlarına borcunun olduğunu başa düşmüş və buna görə kömək etmək üçün Şəbnəmin təklifi ilə razılaşmışdır. Bundan sonra Şəbnəm “Whatsapp” ani mesajlaşma mübadilə sistemində ona yazaraq pulu nə vaxt harada və nə qədər verməsi barədə guya məlumat alırmış. Şəbnəmin qohumlarının Gülnaz ilə əlaqəsi olduğu üçün qohumları Gülnazdan bu barədə soruşduqda Şəbnəmin ona 34000 manat verməməsi, yəni yalan danışmağı üzə çıxa bilərmiş. Buna görə də, o Şəbnəmə səsli və yazılı şəkildə 34000 manat pulu hissə-hissə müəyyən yerlərdə guya verməsi barədə mesaj göndərmişdir. Bundan bir neçə ay sonra isə Şəbnəm hissə-hissə onun istifadəsində olan səhv etmirəmsə “Leobank”a aid bank kartına ümumilikdə 1400 manat pul göndərmişdir. Həmin 1400 manat pul Türkiyədə uzmanlıq kursuna getməsi üçün Şəbnəm tərəfindən ona göndərilmiş və o pulları Türkiyəyə ödəniş edilməsi üçün göndərmişdir. Lakin Şəbnəm sonradan dişlərini düzəltdiyi üçün Türkiyəyə gedə bilməyəcəyini demişdir. Uzun müddət keçməsinə baxmayaraq Şəbnəm tərəfindən ona atasının azadlığa buraxılması üçün lazım olan məbləğ verilməmiş və sonuncu bu işin artıq alınmadığını görüb ondan pulu geri tələb etməyə başlamışdır. Həmçinin, Şəbnəm ona verdiyi pulu artıqlaması ilə geri alacağını, ona görə əmisi və öz evini girov qoyduğunu deyirmiş. Yasamal RPİ-nin İŞ-də aparılan araşdırma zamanı onun tərəfindən götürülən 13400 manat məbləğində pul vəsaiti tam şəkildə Şəbnəmə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs5 Cabbar və Gülnazın vasitəsilə tanımışdır. 2023-cü ildə dəqiq xatırlamadığı vaxtda Cabbar və Gülnaz Jalə adlı xanımın işə düzəlmək istədiyini, maaşının 1000 manatdan yuxarı olmasının zəruri olduğunu, həmin maaşa görə bankdan böyük məbləğdə kredit almaq istədiyini və həmin xanıma onun mobil nömrəsini verdiklərini demişlər. Bundan sonra Jalə ilə ilk dəfə 2023-cü ilin mart ayında Gülnazın iştirakı ilə Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən kafelərin birində görüşmüşlər. Jalə görüş zamanı “ARB” telekanalda verilişlərin birində aparıcı işlədiyini və iş qurmağı istədiyini demişdir. Jalə ondan hansı təkliflərinin olduğunu soruşduqda o Jaləyə tibbi sahədə sayt qura biləcəklərini, həmin sayt vasitəsilə asanlıqla həkim, dərman və digər məsələlərdə vətəndaşlara kömək olmağın mümkün olduğunu izah etmişdir. Bundan sonra Jalə ona zəng etmiş və onlar ilk dəfə 2023-cü ilin mart ayında “Mariott” otelinin birinci mərtəbəsində Jalənin istəyi ilə görüşmüşlər. Orada Jalə ona dövlət işi tapmaq istədiyini demişdir. O da həmin vaxtlarda XXX Zərərçəkmiş şəxs3 ilə danışırmış və Zərərçəkmiş şəxs3 Jaləni işə düzəldə bilib-bilməyəcəyini soruşduqda Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsi və diplomun şəklini göndərməyini xahiş etmişdir. O görüşdən sonra Zərərçəkmiş şəxs3 sənədlərin şəklini göndərmişdir. Təxminən 2023-cü ilin mart ayından sonra Jalə kart hesabına göndərməklə və nəğd şəkildə verməklə ona ümumilikdə 11500 manat pul vermişdir. O da qeyd olunan pulu hissə-hissə Zərərçəkmiş şəxs3 vermiş və həmin puldan Zərərçəkmiş şəxs3 ona hər hansı məbləğdə pul verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 Jaləni işə düzəldə bilmədiyini görüb Jaləni özünə məxsus "xxxx" MMCyə işə düzəldərək aylıq 1100 manat olmaqla ümumilikdə 5 ay müddətində Jalənin bank kartına pul köçürmüşdür. Həmçinin, maaşın köçürülməsi üçün Jalənin adına bank kartı açdırmışdır. Lakin o maaşı Jaləyə rəsmi işçi kimi verdiyi bank kartına deyil, Jalənin öz şəxsi kartına pul köçürmüşdür. Zərərçəkmiş şəxs6 ilk dəfə 2024-cü ilin fevral ayının ortalarında görmüşdür. Sevinc özü ona hər hansı bir məbləğdə pul verməmişdir. O Jalənin vasitəsilə bir neçə iş təklifini yazılı formada Sevincə göndərmişdir. Həmin iş təklifləri barədə məlumatları internetdən araşdırma nəticəsində əldə etmişdir. Göndərdiyi işlərdən Sevinc və qızı Yeganə Əsgərova Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Satınalmaların təşkili şöbəsində mühəndis işini seçib bəyənmişlər. Jalə X9 Dövlət Neft Şirkətində (SOCAR) Satınalmaların təşkili şöbəsində mühəndis kimi işə düzəltmək üçün ona ümumilikdə 4700 manat pul vermişdir. Sonradan o Yeganəni işə düzəldə bilməyəcəyini görüb Zərərçəkmiş şəxs6 verdiyi pulu qaytacağına söz vermiş, lakin həmin vaxtlarda qaytara bilməmişdir. Həmçinin, bununla bağlı notariat kontorunda borc müqaviləsi bağlamağı da Sevincə təklif etmiş, lakin Sevinc imtina etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs dindirmə zamanı “ifadənizdə Zərərçəkmiş şəxs3 üçün saytın hazırlanması ilə əlaqədar müqavilə bağladığınızı bildirmisiniz. Zərərçəkmiş şəxs3 özü tərəfindən hazırlanmış müqaviləyə hər ikisi tərəfindən imza olunmuş və onun tərəfindən möhür vurulmuş, lakin həmin müqavilənin əsli və ya surəti onda yoxdur. Zərərçəkmiş şəxs3 ona ümumilikdə təxminən 12000 manat pul vermişdir. Veb saytın hazırlanması üçün onun sertifikatı vardır, lakin veb sayt hazırlanması lisenziyalaşdırılmış sahə deyil və bunun üçün xüsusi razılıq tələb edilmir. Bundan başqa, Təqsirləndirilən şəxs dindirmə zamanı “ifadənizdə Zərərçəkmiş şəxs4 atasının həbsdən azad olunması üçün Ruslan Maqomayev ilə əlaqə saxladığınızı bildirmisiniz. Ruslan Maqomayev ölmüşdür. Ruslan əvvəllər Dağıstan Respublikasında yaşamış, onun oğlu Tərlanla tanışlığı olmuş, Ruslanın mobil telefon nömrəsi onda olmamış, lakin Tərlanın mobil nömrəsi mobil telefonunda olmuşdur. O, yalnız ozünü Zərərçəkmiş şəxs3 epizodu üzrə təqsirli bilmir, qalan epiaodlar üzrə dəymiş ziyan tərəfindən ödənilmişdir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə 1, 2, 4, 5, 6 və 7-ci epizodlarda təqsirli olması sübuta yetirilsə də, 3-cü epizod üzrə əməlinin mülki xarakterli olmaqla cinayət tərkibi yaratmaması, 1-ci epizod üzrə isə cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, arvadı Saibət Əlibalayeva və 2 övladı ilə birlikdə Şəki rayonu, Qoxmuq kəndində yaşayır. X17 2018-ci ildə tanımış və həmin vaxtdan aralarında münasibət yaranmışdır. Elşən Şəki şəhərində yaşayır, o isə Şəki rayonu, Qoxmuq kəndində yaşayır və buna görə də onlar həmyerlidilər. 2021-ci ilin iyul ayında Elşənlə görüş zamanı o maddi vəziyyətinin pis olduğunu və buna görə həm özü üçün, həm də arvadı üçün iş axtardığını demişdir. Elşən arvadı barədə soruşduqda o Elşənə arvadı X3 X30 ibtidai sinif müəlllimliyi ixtisasını bitirdiyini bildirmişdir. Həmin vaxt Elşən geniş əlaqələrə malik jurnalist tanışının olduğunu, həmin şəxsin adının Vüqar olduğunu, Vüqarın onun arvadını işə düzəldə biləcəyini, buna görə Vüqarla danışıb ona məlumat verəcəyini demişdir. Bundan bir neçə gün sonra Elşənlə Şəki şəhəri ərazisində görüşdükdə Elşən ona Vüqarla danışdığını, Vüqarın onun arvadını Şəki şəhər tam orta məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini, lakin bunun üçün müxətlif yerlərə ödəniş etməkdən ötrü 4500 manat pulun lazım olduğunu demişdir. Həmin vaxt o 4000 manat pulu tapa biləcəyini, 500 manatı da həmin pulun üzərində Elşənin əlavə etməsini, sonradan Elşənə qeyd etdiyi 500 manatı qaytaracağını demişdir. Elşən onunla razılaşdıqdan sonra o yaşadığım evə getmişdir. 18 iyul 2021-ci il tarixdə o, Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə Elşənlə görüşərək 4000 manatı sonuncuya vermişdir. Həmin gün axşam saatlarında Elşən ona zəng edərək Vüqarla görüşdüyünü, 4500 manat pulu Vüqara verdiyini, Vüqarın arvadına imtahan verməsi üçün elektron qeydiyyatdan keçməyə köməklik edəcəyini, imtahan zamanı da yardım edəcəyini və yekunda arvadının 2024-cü ilin sentyabr ayında müəllimə kimi Şəki şəhərində yerləşən məktəblərin birinə işə çıxacağını demişdir. Həmçinin, Elşən ona Vüqara məxsus ***-***-**- ** mobil telefon nömrəsini verərək istədiyi halda Vüqarla əlaqə saxlaya biləcəyini bildirmişdir. Bir müddət sonra o Vüqara zəng edərək danışmağa başlamışdır. Telefon danışıqları zamanı Vüqar ona arvadının işinin yaxın zamanı düzələcəyini, yəni arvadının sentyabr ayında müəllimə işə başlayacağını, bunun üçün lazımi işləri gördüyünü və sənədləri hazırladığını deyirmiş. Vüqar onunla çox danışmırmış. Bir sıra hallarda onunla danışmayaraq Elşənlə əlaqə saxlamağı ona bildirirmiş. O Vüqara sonuncunun istəyi ilə arvadının şəxsiyyət vəsiqəsi və diplomunun fotoşəkillərini göndərmişdir. 2021-ci ilin avqust ayında Vüqar ona zəng edərək arvadının işə düzəlmə məsələsi ilə məşğul olduğunu və sənədləşmə prosesi üçün əlavə 500 manat pulun da lazım olduğunu deyərək ondan bank kartına 500 manat pul köçürməyi xahiş etmişdir. O da arvadının artıq sentyabr ayında işə düzələcəyini təxmin edərək 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən “Bazarstore” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat pulu xatırlamadığı bank kartına göndərmişdir. Bundan bir neçə gün sonra arvadı Saibət elektron qaydada qeydiyyatdan keçərək Mingəçevir şəhərində baş tutan imtahanda iştirak etmişdir. Lakin arvadı imtahanda tələb olunan minimum balı toplaya bilmədiyi üçün imtahandan keçə bilməmişdir. İmtahan zamanı Vüqarın dediyi kimi arvadına kömək edən olmamışdır. İmtahan balı bilinəndən dərhal sonra o Elşənə zəng edərək arvadının keçə bilmədiyini demişdir. Elşən həmin vaxt Vüqarla danışacağını demiş və onların danışığı yekunlaşmışdır. Bir neçə dəqiqə sonra Elşən ona zəng edərək Vüqarın yalandan bəhanələr gətirdiyini demişdir. O Vüqarın onu aldatdığını bilmiş və pulunu Elşəndən tələb etmişdir. Bir müddət sonra Elşən Vüqarın onları aldatdığını deyərək onun verdiyi 4000 manat pulu öz hesabına geri qaytaracağını demiş və qaytarmışdır. O Elşəni uzun müddətdir ki, tanıdığı üçün ona verdiyim 4000 manat pulu Vüqara verdiyini bilirmiş, lakin Vüqara özü pulu vermədiyi üçün qeyd etdiyi məbləği Elşəndən istəmişdir. Bundan sonra o Vüqara zəng edərək göndərdiyi 500 manat pulu Vüqardan istəmiş və sonuncu da 500 manat pulu hissə-hissə olmaqla iki dəfəyə onun bank kartına köçürməklə ona geri qaytarmışdır. O hazırkı vaxtadək Vüqarı görməmiş, lakin onunla telefon vasitəsilə danışmışdır. Bundan bir neçə ay sonra Elşənlə görüşərkən sonuncu ona Vüqarın onun pulunu geri qaytarmadığını demişdir. İstintaq zamanı isə o Vüqarın Elşənə qarşı da dələduzluq etdiyini öyrənmişdir. Ona dəymiş maddi ziyanın 4000 manatını Elşən, 500 manatını Vüqar ona ödədiyi üçün onun Vüqar və Elşəndən şikayət və tələbi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs1 dindirmə zamanı “2021-ci ilin avqust ayında 500 manat pulu Təqsirləndirilən şəxs hansı bank kartına göndərməyiniz barədə nə deyə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, qeyd olunan bank kartının aid olduğu bank və bank kartının nömrəsini xatırlamır. Həmçinin, bu barədə olan qəbz hazırda onda yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 dindirmə zamanı “Siz 4000 manat pulu Zərərçəkmiş şəxs2 verərkən bu hadisəyə şahid olan başqa kimsə olmuşdur mu?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, həmin vaxt o və Zərərçəkmiş şəxs2 başqa orada kimsə olmamışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs1 dindirmə zamanı “Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o arvadınızın ibtidai sinif müəllimi kimi işə düzəlməsi ilə bağlı X25 saytında sualları tapmış, daha sonra suallara uyğun cavabları axtarıb tapmış və araşdırma nəticələrini sizə göndərmişdir. Həmin vaxtlarda siz onun bank kartına 500 manat pul göndərmisiniz. Bir müddət sonra sizin arvadınız hazırlaşa bilmədiyi üçün işə girməkdən imtina etmiş və siz ona verdiyiniz pulu istəmisiniz. Sizin bu tələbinizdən sonra Vüqar 250 manat pulu sizin kartınıza köçürmüşdür. Bundan 1 həftə sonra isə Vüqarın Şəki şəhərində yaşayan anası X16 250 manat pulu sizə vermişdir. Vüqarın İfadəsində göstərdiyi xüsusatlarla bağlı nə deyə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Vüqarın dediklərinin çox hissəsi yalandır. Vüqar onun mobil telefonuna arvadına imtahan zamanı verilə biləcək sualları və ya cavabları göndərməmişdir. Vüqar ona və Elşənə arvadının imtahanda iştirak edib imtahandan keçəcəyini və Şəki şəhərində yerləşən məktəblərin birində ibtidai sinif müəllimi kimi işə düzələcəyinə dair dəfələrlə söz vermişdir. O Vüqara çatdırması üçün Elşənə 4500 manat pul verdikdən sonra arvadının işə düzəlməsi üçün Vüqar yenidən ondan 500 manat pul istəmişdir. O da həmin pulu Vüqarın bank kartına göndərmişdır. Arvadı imtahandan keçə bilmədiyi üçün də o Vüqardan pulunu tələb etmiş və Vüqar 2 dəfəyə pulu onun bank kartına yollamışdır. Vüqarın anasını o tanımır, görməmiş və Vüqarın anası ona pul verməmişdir. Telefon danışığı zamanı Vüqar ona 4500 manat pulu Elşəndən aldığını da etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 1996-cı ildən tanıyır. O Şəki şəhərində yerləşən 18 saylı tam orta məktəbin tarix müəllimi işləyən zaman Təqsirləndirilən şəxs 8-ci sinifdə oxuyurmuş, yəni o Vüqara dərs demişdir. Vüqarın atası İftixar 1996-1997-ci illərdə ölmüşdür. Vüqarın anası Mülayim onun işlədiyi məktəbdə ingilis dili müəllimi işləyirmiş. Vüqarın atası İftixar əmisi Əhmədin boşanmış ikinci arvadının oğlu olub, yəni Vüqar onun əmisinin nəvəsi sayılır. Vüqarın anası Mülayim əri İftixardan 10 yaş böyük olmuşdur. Vüqarın valideynləri ilə onun valideynlərinin münasibətləri yaxşı olmamışdır. Ümumiyyətlə uzaq qohum sayılmasına baxmayaraq onların nəsilinin Vüqargilin ailəsi ilə münasibətləri yaxşı olmamış və bunun səbəbi keçmiş ailə münasibətləri olmuşdur. Lakin bu mənfi yönlü münasibəti o pozmuş, yəni Vüqargilə qarşı müsbət münasibətdə olmuşdur. Hal-hazırda Vüqarın anası X36 şəhəri, Əşirlilər məhəlləsində yerləşən avtovağzalın yanında ikimərtəbəli bir evləri vardır. O uzun müddətdir ki, Vüqarı görmürmüş. 2021-ci ilin iyul ayında Sumqayıt şəhərində idarə etdiyi avtomobili ustaya təmir etdirərkən onlar bir-birilərini görmüşlər və Vüqar ona “əmioğlu” deyərək müraciət etmişdir. Vüqarla söhbət edən zaman sonuncu ona jurnalist olduğunu, müxtəlif işlər gördüyünü, insanları işlə təmin etmək üçün əlaqələrinin olduğunu, bütün nazirlik və icra hakimiyətlərində tanışlarının və sözünü deyə biləcək adamların olduğunu demişdir. O bu söhbətdən bir neçə gün sonra Şəkiyə qayıtmışdır. Həmin vaxtlarda, yəni xx.xx.2021-ci il tarixdə Vüqar ona zəng edib 400 manat borc pul istəmiş və o o Vüqarın bank kartına 400 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar həmin pulu onun bank kartına köçürərək geri qaytarıb özünə inam yaratmışdır. Vüqarla həmin vaxtlarda söhbət edərkən adamları müəllim, direktor, hətta icra başçısı kimi işə düzəldə biləcəyini ona deyirmiş. Həmin vaxtlarda Şəki şəhərində olarkən dostu Xəyal ilə görüşmüşdür. Xəyal ilə söhbət əsnasında uzaq qohumunun olduğunu və həmin şəxsin müəllim və digər sahələrdə adamları işə düzəldə biləcəyini demişdir. Xəyal da arvadı X26 şəhərində məktəbə müəllim kimi işə düzəltmək istəyirmiş. O Xəyalın yanında Vüqara zəng etmiş və Şəkidə tanışını məktəbə ibtidai sinif müəllimi kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Vüqar ona tez bir zamanda müəllim kimi məktəbə düzəldə biləcəyini, bu iş üçün 4500 manat pul lazım olduğunu demişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Xəyal ilə “Şamaxinka” adlanan ərazidə görüşmüşlər və sonuncu ona 4000 manat pul vermişdir. O da qeyd olunan məbləğə 500 manat əlavə etmiş və ümumilikdə 4500 manat pulu xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda fəaliyyəti dayandırılmış köhnə “Beynəlxalq Universitet”in qarşısında yerləşən çayxanada Vüqara vermişdir. Həmin vaxt onların yanında kimsə olmamışdır. Vüqar bir ay ərzində bu məsələni həll edəcəyini desə də, iş məsələsi 2021-ci ilin oktyabr ayına kimi davam etmişdir. O və Xəyal zəng edib işin nəticəsini soruşduqda Vüqar hər dəfə müxtəlif bəhanələr gətirirmiş. Vüqar imtahanların olacağını deyərək gözləməyin lazım olduğunu bildirirmiş. O işin uzandığını və dostu Xəyalın pulunu tələb etdiyini görüb Vüqardan verdiyi pulu istəmiş, lakin Vüqar da pulu geri qaytarmağı uzatdığından Xəyalın ona verdiyi 4.000 manat pulu Xəyalın özünə qaytarmışdır. Vüqarla danışan zaman o Vüqara kənd təsərrüfatı sahəsində fərdi sahibkar olduğumu, arpa, buğda əkib yetişdirərək satdığını və buna görə əkin işi üçün sərfəli qiymətə torpaq sahəsi axtardığını demişdir. Həmin vaxtlarda Vüqar ona icra hakimiyyətləri ilə geniş əlaqələrinin olduğunu dediyi üçün o Vüqara bir neçə il öncə Neftçala rayonu ərazisində torpaq sahəsinin olduğunu, sonradan həmin torpaq sahəsinin sənədinin ləğv olunduğunu deyərək Neftçala rayonunda onun üçün əkinə yararlı torpaq sahəsi almağa kömək etməyi xahiş etmişdir. Vüqar da ona Neftçala rayon icra hakimiyyətində tanışlarının olduğunu və ona oradan 100 hektar torpağı 7.000 manata tapa biləcəyini demişdir. O buna görə verdiyi 4500 manat pulu torpaq sahəsi almaq üçün xərcləməsini istəmişdir. Təxminən 15-20 gün sonra Vüqar ona zəng edərək 100 hektar deyil, 150 hektar torpaq sahəsi verə biləcəklərini, bunun üçün 12.000 manat verilməli olduğunu, torpaq sahəsi alındıqdan sonra əlavə 2.000 manat da rüsum və sənədləşmələr üçün alınacağını demişdir. Vüqarın dediklərinə inanıb, xx.xx.2021-ci il tarixdə torpaq almaq məqsədilə yaşadığı evin yaxınlığında, yəni ünvan 4 ünvanında yerləşən "xxxx" Şəki filialının inzibati binasında quraşdırılmış bankomatdan Vüqarın 523915***** 1012 nömrəli bank kartına 500 manat, xx.xx.2021-ci il tarixdə təkrar həmin yerdə və həmin karta 1.500 manat pul göndərmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə 3.000 manat pulu Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dəniz mall” ticarət mərkəzinin yaxınlığında Vüqara vermişdir. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" Şəki filialının inzibati binasında quraşdırılmış bankomatdan Vüqarın 523915***** 1012 nömrəli bank kartına 500 manat, xx.xx.2023-cü il tarixdə isə həmin yerdə həmin karta 3005 manat, xx.xx.2021-ci il tarixdə həmin yerdə həmin karta 1.000 manat, xx.xx.2021-ci il tarixdə həmin yerdə həmin karta 200 manat məbləğində pul köçürmüşdür. Beləliklə, o əvvəldən verdiyi 4500 manat puldan əlavə Vüqara 9.705 manat, yəni ümumilikdə 14.205 manat pul vermişdir. Hər dəfə Vüqar pul ona çatan kimi zəng edib pulu qəbul etdiyini və 150 ha torpaq sahəsinin sənədləşməsi ilə məşqul olduğunu, hətta adına torpaq sahəsi ayrıldığını deyirmiş. Bir müddət sonra o Neftçala rayonuna getmiş və İcra Hakimiyyətinə yaxınlaşaraq onun adına Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsi ayrıldığını bildirmişdir. İcra hakimiyyəti əməkdaşları Vüqar adlı şəxsi tanımadıqlarını və adına hər hansı torpaq sahəsi ayrılmadığını ona demişlər. Həmin vaxt həm işə düzəltmək, həm də torpaq sahəsi almaq məsələsində Vüqarın onu aldatdığını başa düşmüşdür. Beləliklə, Vüqar ümumilikdə onun 14.205 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Vüqara dəfələrlə pulunu qaytarmasını deməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 dindirmə zamanı “Zərərçəkmiş şəxs1 sizin vasitənizlə Təqsirləndirilən şəxs verdiyi pulu siz Zərərçəkmiş şəxs1a geri qaytarmısınız mı?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 arvadını işə düzəltmək üçün ona verdiyi 4000 manat pulu, Vüqarın ona qaytarmamağına baxmayaraq o həmin pulu Xəyala geri qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 dindirmə zamanı “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ona çatdırılan puldan sizə hər hansı məbləğdə pul vermişdir mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ona çatdırılan puldan ona hər hansı məbləğdə pul verməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 dindirmə zamanı “əvvəlki ifadənizdə Təqsirləndirilən şəxs pul verdiyiniz və göndərdiyiniz tarix və yerlər ilə hazırki ifadənizdə göstərilən tarix və yerlər arasında müəyyən zidiyyətlər vardır. Həmin zidiyyətləri necə izah edə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o əvvəlki ifadəsində pul verdiyi və göndərdiyi yer tarix və yerləri tam olaraq dəqiqləşdirməmiş, lakin sonradan həmin məqamları dəqiqləşdirmiş və hazırkı ifadəsində qeyd etdiyi tarix və yerləri qəbul etməyi xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 dindirmə zamanı “Təqsirləndirilən şəxs sizə qarşı etdiyi dələduzluqla bağlı əvvəllər hər hansı hüquqmühafizə orqanına şikayət etmisiniz mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o, 2023-cü ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək qohumu Təqsirləndirilən şəxs ona torpaq sahəsi ayırdırtmaq adı ilə hissə-hissə olmaqla ümumilikdə 6500 (altı min beş yüz) manat, tanışının arvadını müəllim kimi işə düzəltmək adı ilə 5000 (beş min) manat və başqa bir tanışının məhkəmə işini həll etmək adı ilə 3000 (üç min) manat aldığını, lakin heç bir iş görmədiyini bildirmişdir. Qeyd olunan ərizə ilə bağlı sonradan Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılmış və material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 dindirmə zamanı “ifadənizdə Təqsirləndirilən şəxs tanışınız Xəyalın arvadını işə düzəltmək adı ilə sizdən 4500 manat, sizə torpaq sahəsinin ayrılmasını təşkil etmək adı ilə sizdən 9705 manat pul adlığını bildirmişiniz. Lakin hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyiniz müraciətdə Təqsirləndirilən şəxs sizə torpaq sahəsi ayrılmasını təşkil etməsi adı ilə sizdən hissə-hissə olmaqla ümumilikdə 6500 manat, tanışınızın arvadını müəllim kimi işə düzəltmək adı ilə sizdən 5000 (beş min) manat və başqa bir tanışınızın məhkəmə işini həll etmək adı ilə sizdən 3000 (üç min) manat aldığını, lakin heç bir iş görmədiyini bildirirsiniz. Bu zidiyyəti necə izah edə bilərsiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o tanışı Xəyalın arvadı Saibəti müəllim kimi işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs 4500 manat pul vermiş və həmin pulun 4000 manatı Xəyalın 500 manatı onun imiş. Sonradan isə Vüqar eyni niyyətlə Xəyaldan 500 manat almış və ümumilikdə Vüqarın Xəyalın arvadını işə düzəltməsi üçün aldığı vəsait 5000 manat təşkil etmişdir. Sonradan ona torpaq sahəsinin ayrılmasını təşkil etməsi üçün o Vüqara ümumilikdə 9705 manat pul vermişdir. Lakin BMCMİ-yə yazdığım ərizədə verdiyi məbləği dəqiq olaraq hesablamamışdır. Həmçinin, BMCM-də və 5-ci PB-də də izahatı alınmadığı üçün o Vüqara verdiyi məbləğlə bağlı aydınlıq gətirə bilməmişdir. Vüqarın bir tanışının məhkəmə işini həll etmək adı ilə ondan 3000 manat alması ilə bağlı onu deyə bilər ki, Vüqar adını xatırlamadığı bir tanışının məhkəmə işini həll etmək üçün onun vasitəsiylə 3000 manat pul almış, lakin sonradan həmin məbləği geri qaytarmışdır. Vüqarın hansı məhkəmədə, hansı məsələni və hansı yolla həll etmək istədiyini o bilmirmiş. O sadəcə Vüqarı tanıdığı üçün ona pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş XXX Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin aprel ayının əvvəllərində “Facebook” sosial şəbəkəsi vasitəsilə tanımışdır. Belə ki, “Facebook” sosial şəbəkəsində “Orijinal.az” səhifəsində ***-***-**-** mobil nömrəsini yerləşdirilmiş və səhifənin sayt yığılması işi ilə məşqul olduğu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə o, ***-***-**-** mobil nömrəsinə “Votsap” vasitəsilə “zəhmət deyilsə saytın yığılma müddəti və qiymətini yazardınız” məzmununda mesaj göndərmişdir. Biraz sonra onun mobil telefonuna “salam saytın yığılma müddəti və qiyməti sizin istədiyiniz funksiyalara görə dəyişir, siz təxminən necə sayt istəyirsiniz yazarsınız cavab deyəriz” məzmununda mesaj daxil olmuşdur. Təxminən 40 dəqiqə ərzində həmin mobil nömrə ilə mesaj vasitəsilə danışmışlar və həmin vaxt o mobil nömrənin sahibinin Vüqar adlı şəxs olduğunu öyrənmişdir. O necə bir sayt istədiyini Vüqara bildirmiş və əmək haqqının da deyilməsini təkid etdikdən sonra Vüqar ona 10 günə “Vördpress” proqramı üzərindən saytı 1.000 manata, “PHP” proqramı üzərindən isə 1 ay müddətinə 4.000 manata yığıb hazırlayıb verə biləcəyini demişdir. 12 aprel 2022-ci il tarixdə o Vüqara özünə məxsus ***-***-**-** mobil nömrəsindən “Votsap” vasitəsilə zəng edərək ünvan 20anov rayonu, X50 küçəsi ilə Əliyar Əliyev küçələrinin kəsişdiyi yerdə olan “Muzey” çay evində görüşməklə bağlı razılaşaraq orada görüşmülər. Söhbət zamanı o Vüqara hansı formada sayt yığdırmaq istədiyini demişdir. Vüqar istədiyi saytı 1 ay ərzində yığıb verəcəyini, təqdim edəcəyi saytın dizaynına uyğun saytı hazırlayacağını, bunun qarşılığında ona 1500 manat pul verməli olduğumu və lazım olan bütün funksionallığın həmin saytda olacağını demişdir. Təxminən 10 gün sonra Vüqarla danışıq zamanı sonuncu ona proqram təminatını almaq üçün 3798 ABŞ dolları verməli olduğunu demiş və o da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə 3798 ABŞ dollarını Bakı şəhəri, ünvan 20anov rayonu, F.Yusifov küçəsi, 28A saylı binanın qarşısında Vüqara vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. 01 may 2023-cü il tarixdə onun mobil nömrəsinə 3798 dollar pulun ödənilməsi barədə mesaj daxil olmuşdur. Bundan sonra 13 may 2022-ci il tarixdə onlar təkrar “Muzey” çay evində görüşmüşlər, o 1500 manat pulu Vüqara vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Bir müddət sonra o Vüqarın ona təqdim etdiyi saytı işlətmək istədikdə qeyd olunan sayt onun istəklərini tam qarşılamamış və ümumiyətlə işləməmişdir. Belə ki, saytın ön və arxa deyilən funksiyaları işlək vəziyyətdə olmadığından sayta daxil olub fəaliyyət göstərə bilməmişdir. Zəng edib Vüqara bu barədə bildirdikdə sonuncu Rusiyadan proqram təminatı almalı olduğunu və bunun üçün müəyyən bir vaxtın lazım olacağını ona demişdir. Hətta ona proqram və yükləmələrin videosu və fotoşəkillərini də göndərmişdir. Vüqarın dediyi kimi o bir həftə gözləmiş və sonra Vüqar onu çayxanaya dəvət edib müxtəlif proqramlar göstərib həmin proqramları yığdığını ona bildirmişdir. Lakin Vüqarla birlikdə sonuncunun təklif etdiyi proqramları işlətdikdə həmin proqramlar onun istəklərini qarşılamamışdır. Vüqar onun istədiyi saytı və proqram təminatını yığmaq üçün proqram təminatlarının (vinbaza) ABŞ və ya Avropadan alınmalı olduğunu və həmin proqramların dəyərinin 5000 dollara qədər olduğunu ona demişdir. O bu vinbazaları (avtomobilin vin kodlarının yığıldığı yer) necə və hansı formada alacağını soruşduqda Vüqar adını çəkmədiyi, dövlət qurumunda işləyən dostları vasitəsi ilə həmin vinbazaları sifariş edəcəyini bildirmişdir. Həmçinin, Vüqar dostlarının həmin proqramları dövlət sifarişi ilə 8.000 avroya aldıqlarını, ona da həmin proqramlara girişə icazə verdiklərini, hətta aylıq ödənişini də dövlət tərəfindən ödəniləcəyini demişdir. Vüqar ona qeyd olunan proqram təminatını aldıqdan sonra öz ünvanına yükləyəcəyini və oradan da onun saytına qoşacağını demişdir. O Vüqara inanıb razılıq vermiş və sonuncunun istəyi ilə 5100 dollar məbləğində pulu 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı mənzilə qalxaraq pulu mənzildən götürüb yaşadığı binanın, yəni ünvan 20anov rayonu, F.Yusifov küçəsi, 28A saylı binanın qarşısında əlbəəl Vüqara vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Bundan təxminən iki gün sonra Vüqar ona zəng edərək ABŞ-dan sayt aldığını və onun saytına qoşduğunu bildirmişdir. O həmin vaxt sayta daxil olmuş və saytın işlədiyini görmüşdür. Həmçinin, xx.xx.2022-ci il tarixdə onun mobil nömrəsinə 3798 dollar məbləğində pulun qəbul edilməsi barədə mesaj gəlmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə əlbəəl 5149 manat pulu ünvan 20anov rayonu, F.Yusifov küçəsi, 28A saylı binanın qarşısında Vüqara vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə o iş yerində, yəni Sabunçu rayonu, Əsildar Məmmədəliyev küçəsi 4 ünvanında yerləşən "xxxx" ASC-nin "xxxx" MMC-nin inzibati binasında olarkən 120 ABŞ dolları məbləğində pulu Vüqara məxsus sonu 0567 ilə bitən bank kartından Vüqara məxsus **********680000 bank kartına göndərmiş, lakin 3 gündən sonra sayt işləməmişdir. Bundan sonra, mən maraqlanmış və ona aydın olmuşdur ki, Vüqar vinbazanı müvəqqəti test rejiminə qoşdurmuş, test rejiminin vaxtı keçdiyi üçün sayt işləməmiş, saytın işləməsi üçün isə sonradan aylıq ödənişlər ödənilməli imiş. O bu barədə Vüqara sual verdikdə sonuncu ona səbrli olmağı, bir müddət saytın işləməyəcəyini demişdir. Sonradan o Vüqara “İP optimizasiya” deyilən bir hərəkətin olduğunu demişdir. Həmin hərəkət “Google Chrome” beynəlxalq axtarış platformasında birinci yazılışın axtarışı üçündür və aylıq 800 manat pul müqabilində onu aktiv etmək olur. Vüqar da ona aylıq 800 manat verməməyi və bunu həll edəcəyini demişdir. Dediyinə görə Vüqar avtomatik botu qoşacaq və bot insanın edəcəyini edəcəkdir. Bunun üçün o 800 manat pulu Vüqarın istəyi ilə 22 iyun 2022-ci il tarixdə “Muzey” çay evində sonuncuya vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Həmin gün o Vüqarın dediyi “Detal shop” adlanan saytı “Google” saytına yazsa da çıxmamış və o bu barədə Vüqara zəng edib sual verdikdə Vüqar ona saytın içərisində malların çeşidləri olmadığına görə çıxmadığını demişdir. Telefon danışığı zamanı Vüqar ona 2 gün səbr etməyi bildirmiş və o da məcburən gözləmişdir. İki gündən sonra o Vüqardan təkrar bu barədə soruşduqda Vüqar yenə eyni sözü, yəni səbrli olmağı ona demişdir. Bundan sonra Vüqar ona başqa bir təklif etmişdir. Belə ki, Vüqar ona Amerika və digər avropa ölkələrindən aldığı avtomobillərin “Vin kod” bazalarını özünün kompyuterinə yükləməyi, qeyd olunan kodları sındırıb özünə köçürməyi, həmin vin kod bazasını bir mərkəzə yığıb satışını həyata keçirməyi təklif etmişdir. Həmçinin, Vüqar ona bəzi tamamlanma işləri üçün vaxt lazım olduğunu, bunun üçün evdə oturub bir ay işləyəcəyini, bu işə də xərc çəkməli olduğunu, saytın strukturunun və sxeminin yığılmalı olduğunu demişdir. Vüqarın dediyinə görə o 1 ay evdə otursa digər şəxsi, ailə və qazanclı işlərindən məhrum olacaq və bunun üçün o Vüqara ümumilikdə 8000 ABŞ dollar məbləğində pul verməlidir. Vüqarın dediklərinə inanaraq 2022-ci ilin iyun ayının sonlarında yaşadığım ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində olan “Dostluq MTK” yaşayış binasının həyətində 8000 dollar məbləğində pulu o əlbəəl sonuncuya vermiş və həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Pulu aldıqdan sonra Vüqar ona bir ay ərzində saytı hazır edib ona təhvil verəcəyinə dair söz vermişdir. Bundan sonra Vüqarın istəyi ilə, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə işdə olarkən 221 manat pulu Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən 350 manat Vüqarın bank kartına göndərmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 20anov rayonu, F.Yusifov küçəsində yerləşən 212 nömrəli məktəbin yaxınlığında olan “Milliön” ödəmə terminalı vasitəsilə Vüqara məxsus bank kartına 340 manat məbləğində pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Vüqarın həmin kartına 200 manat, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən 150 manat pulu Vüqarın eyni kartına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə Vüqar ona istənilən xarici ölkədən pul qəbul edilməsi üçün proqram alınması məqsədilə 500 dollar ödəniş etmək lazım olduğunu demiş və o buna görə yaşadığı binanın qarşısında 500 dollar məbləğində pulu Vüqara vermiş və həmin vaxt yanında kimsə olmamışdır. Bundan sonra Vüqar ona saytın içərisində başqa bir saytın olacağını, bununla da saytın daha geniş imkanlara malik olacağını, saytın qorunması üçün antivirus yazdırmalı olduğunu, həmin antivirusun qiymətinin 573,26 avro olduğunu deyərək ona qiymətin əks olunduğu fotoşəkili göndərmişdir. Buna görə də, o xx.xx.2022-ci il tarixdə yaşadığı binanın qarşısında 574 avro pulu əlbəəl Vüqara vermiş və həmin vaxt yanlarında kimsə olmamışdır. Bundan sonrakı tarixlərdə, yəni xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 200 manat pulu Vüqarın eyni bank kartına köçürmə yolu ilə ödəniş etmişdir. Qeyd etdiyi ödənişləri yaşadığı evdə olarkən etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı binanın qarşısında olarkən 315 dollar pulu Vüqara vermişdir. Bundan sonra o Vüqara pul verməmişdir. Bir müddət sonra o Vüqardan saytını tələb edəndə sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. Vüqar ona saytı hazırladığını, lakin bank ödəniş sisteminə qoşa bilmədiyini demişdir. Vüqar ondan pulu alanda belə danışmadığını, ona tam hazır və işlək vəziyyətdə olan saytı təqdim edəcəyinə dair söz verdiyini desə də sonradan hər şeyin hazır olduğunu, yalnız hansısa bankda hesab açdırmağın lazım olduğunu ona bildirmişdir. Bundan sonra, Vüqar "xxxx"a qoşdurmaq üçün əlavə 5.000 manat pul lazım olacağını dedikdə o pulunun olmadığını demiş və özü şəxsi əlaqələriylə Vüqarın dediklərini incələməyə başlamışdır. Hətta ayrı-ayrılıqda 2 nəfər mütəxəssis tapmışdır. Həmin 2 şəxs rəsmi qaydada onun saytını "xxxx"ın hesabına qoşa biləcəklərini, lakin sayta daxil olmaq üçün parol və loqin lazım olacağını bildirmişlər. Həmin şəxslər, Vüqar və o görüşdükdən sonra onların təklifini eşidən Vüqar parol və loqini verməkdən imtina etmişdir. O Vüqarın etiraz etməsindən şübhələnməyə başlamış və Vüqara saytın giriş parolunu vermək üçün təkid etmişdir. Həmin şəxslər bank hesabını sayta qoşmuşlar. O həmin mütəxəssislərlə danışdıqda mütəxəssislər “sənin saytında yüksək nəsə mühafizə olunası bir şey görmədik ki, Vüqar ehtiyat edirdi” demişlər. Bundan sonra Vüqarın onu aldatdığını təxmin etmiş və Vüqardan işi təhvil verməsini tələb etməyə başlamışdır. O dəfələrlə Vüqardan saytını tələb etsə də Vüqar artıq onun zənglərinə cavab verməmiş və ondan gizlənməyə başlamışdır. Bununla da, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarından əvvəllərindən 2023-cü ilin aprel ayının 7-nə qədər onun 574 Avro, 17833 ABŞ dolları və 9730 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməklə ona həmin məbləğdə maddi ziyan vurmuşdur. Həmin məbləği dəfələrlə Vüqardan qaytarmasını tələb etsə də ilk vaxtları qaytarmağa razılaşmış, sonradan telefon zənglərinə cavab vermədən ondan gizlənməyə başlamış və buna görə də o bu barədə hüquq mühafizə orqanlarına şikayət etməli olmuşdur. Hazırki vaxtadək Vüqar ona zəng etməmiş və ona hər hansı məbləğdə pul qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa bir neçə nəfər şəxsə qarşı dələduzluq edərək müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Sonda bildirdi ki, 4098 5844 6750 9178 bank kartı ittihamda yalnış qeyd olunmuş, onun özünə məxsusdur. Həm də qeyd etmişdir ki, onlar arasında müqavilə bağlanmışdır, həmin müqavilə onun özü tərəfindən veb saytın yaradılması ilə bağlı tərtib edilmişdir. Hazırda həmin müqavilənin harda olduğunu xatırlmır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2016-cı ilə kimi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında həkim pediatr, 2018-ci ildən 2023-cü ilə kimi “Elmed” klinikasında həkim plazmaferez (qanın yuyulması) işləmiş, 2023-cü ildən hazırkı vaxtadək isə “Biomed” klinikasında həkim plazmaferez işləyir. X1 2006-cı ildən 2020-ci ilin aprel ayınadək İsmayıllı Şəhər İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 2020-cı ilin aprel ayında atası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən korrupsiya cinayətlərinə görə həbs edilib və Şəki ağır cinayətlər məhkəməsinin hökmü ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O həmin vaxtdan etibarən atasının azadlığa buraxılması üçün yollar axtarırmış və atasının əfv olunmasını istəyirmiş. 2022-ci ilin yay aylarında o “Elmed” adlı klinikada işlədiyi zaman “Qəbələ” televiziyası tərəfindən təşkil edilən “Qafqaz Avards” mükafatlandırma mərasimində iştirak etmək üçün dəvət almışdır. Həmin mərasimdə bir çox şəxslər iştirak etmişdir. Orada olan iştirakçılardan biri də Şahid2 olmuşdur. O Gülnaz ilə yaxın məsafədə əyləşmişmış və ilkin olaraq tanışlıqları orada yaranmışdır. Orada onlar bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bu mərasimdən təxminən 2-3 ay sonra Şahid2 onunla əlaqə saxlayaraq Bakıda bulvar ərazisində yerləşən “Yaxt Klub”da bir tədbirin təşkil edildiyini söyləmiş və onu həmin tədbirə dəvət etmişdir. Gülnazın sözlərinə görə tədbirdə bir çox məşhur şəxslər iştirak etməli imiş. O Gülnazın təklifini qəbul etmiş və həmin mərasimdə iştirak etmişdir. Orada artıq Gülnaz ilə aralarında yaxın münasibət yaranmışdır. Onlar artıq Gülnaz ilə bir çox tədbirlərdə birlikdə iştirak edirmişlər. Gülnazın sözlərinə görə sonuncu Karate Federasiyasının vitse prezidentidir və hər bir yerdə özünü belə təqdim edirmiş. Gülnazın davranışı çox mükəmməl olmuş və bir çox şəxslərlə tanışlığı olmuşdur. Buna görə də, o atasının məsələsində Gülnazın bəlkə ona kömək edə biləcəyini düşünmüşdür. Təxminən 2022-ci ilin payız aylarında o atasının işi barədə ilk dəfə Gülnaza danışmışdır. Belə ki, Gülnaz ilə birlikdə adını xatırlamadığı şəhid qardaşının toyunun keçirildiyi Masallı rayonuna gedərkən o atasını əfvə saldırmaq istədiyini söylədikdə Gülnaz ümumi sözlər deyərək lazım olarsa tanışlarının vasitəsi ilə bu məsələni həll edə biləcəyini demişdir. O əvvəl də Gülnazın yanında atasının məsələsi barədə danışırmış və buna görə Gülnazın bu barədə məlumatı olmuş, lakin ilk dəfə idi ki, artıq Gülnazdan köməklik göstərməyini xahiş etmişdir. Bu söhbətdən əvvəl də Gülnaz ona tanışı Şahid1 barədə məlumat vermişdir. Gülnazın sözlərinə görə X46 İdarəsinin əməkdaşıdır və bir çox yüksək rütbəli məmur qohumları vardır. Masallıya da onlar həmin Cabbar adlı şəxslə gedirmişlər. Cabbar həmin vaxt ağ rəngli “Toyota Prado” markalı avtomobili idarə edirmiş. Yolda gedərkən Cabbar iş adamı görüntüsünü yaradaraq mobil telefonla danışdığını və söhbətlərinə fikir vermiş kimi özünü göstərirmiş. Yolda onlar restoranların birində əyləşmişlər və həmin vaxt Gülnaz Cabbara onun xahişi barədə demişdir. Cabbar ümumi sözlər deyərək lazım olan adamlarla danışacağını bildirmişdir. Tədbirdən bir neçə gün sonra o Gülnazın evində sonuncunun iştirakı ilə Cabbar ilə görüşmüşdür. Cabbar onun yanında bir neçə nəfər şəxslərə zəng etmiş və son olaraq Vüqar adlı tanışı ilə danışmışdır. Vüqarla danışaraq onu özünə yaxın olan adam kimi Vüqara təqdim etmiş və ona köməklik göstərməyini xahiş etmişdir. Cabbar Vüqarı ona DTX rəisinin kürəkəni, Əks-kəşfiyyat xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Buna görə Cabbar təklif etmişdir ki, hamısı birlikdə görüşsünlər. Həmin gün o, Gülnaz və Cabbar Vüqarın Sumqayıt şəhərində yerləşən mənzilinə getmişlər. O özüylə atasının barəsində olan məhkəmə hökmünü və ittiham aktını götürmüşdür ki, Vüqar onlara baxa bilsin. Vüqar onlar qəbul etmiş və onlar məsələ barədə danışmağa başlamışlar. Vüqar ilkin olaraq ittiham aktı və hökm ilə tanış olub ona məsələ barədə dəqiq məlumat verəcəyini demişdir. Buna görə o Vüqara ittiham aktı və məhkəmə hökmünü vermiş və bundan sonra onlar oradan getmişlər. Növbəti gün Gülnaz və Cabbar onunla əlaqə saxlayıb Vüqarın onun atasıyla görüşmək istədiyini bildirmişlər. Buna görə o, Cabbar, Gülnaz və Vüqar birlikdə Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə getmişlər. Orada o, Gülnaz və Vüqar cəzaçəkmə müəssisəsinə daxil olmuşlar, Cabbar isə onları çöldə gözləmişdir. Onlar onun atasıyla görüşmüşlər və o atasına hər bir şeyi izah etmişdir. Lakin atası onun fikirləri barədə eşitdikdə təklifi ilə razı olmamışdır. Orada Vüqar atasına demişdir ki, 40000 manat müqabilində onu həmin vaxt deputat olmuş Çingiz Qənizadənin vasitəsi ilə əfvə saldıra bilər. Atası Vüqarın dediklərinə diqqətlə qulaq asmış, lakin deyilənlərlə razı olmamışdır. Bundan sonra onlar oradan çıxmışlar və yol boyu Vüqar avtomobildə onun yanımda əyləşərək Gülnaz və Cabbara deməmək şərti ilə atasını guya 20000 manat müqabilində əfvə salacağını bildirmişdir. Bir neçə gün sonra Gülnazın təklifi ilə o sonuncunun evinə getmişdir. Orada Vüqar və Cabbar da olmuşdur. Vüqar ona özünün, Gülnaz və Cabbarın zəhmət haqqısı alınmadan atası çölə buraxa biləcəyini demişdir. Buna görə Vüqar 33000 manat müqabilində işi həll edəcəyini bildirmişdir. Gülnaz və Cabbar onun sözlərini təsdiq etmişlər. Bu puldan əlavə isə vəkilin xərclərinə görə 800 manat pul da ödənilməli imiş. Vüqarın sözlərinə görə həmin pulun içində nə Vüqarın, nədə ki, Gülnaz və Cabbarın payı olmamış, lakin atası azadlığa çıxdıqdan sonra ondan “şirinlik” istəyəcəklər. Bu söhbətdən sonra o atasıyla əlaqə saxlamış və xahiş etmişdir ki, onların təklifi ilə razılaşsın, atası da son olaraq bu işin həyata keçirilməsinə razılıq vermişdir. Bundan sonra o qohumlarından borc edib qısa zaman ərzində deyilən məbləğdə pul vəsaitini düzətmək üçün çalışmışdır. Həmin vaxtlarda Vüqar vəkil xidmətlərinə görə 800 manat pul verməli olduğunu söyləmiş və o da həmin 800 manat pulu 28 noyabr 2022-ci il tarixdə “Memar Əcəmi” metrostansiyasının giriş hissəsində “Milliön” ödəmə terminalı vasitəsi ilə Vüqarın ona göndərdiyi özünə məxsus son 8 rəqəmi 42913057 olan bank hesabına göndərmişdir. Bundan sonra, 30 noyabr 2022-ci il tarixdə o Vüqarın yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsi 59F, mənzil 47 ünvanında yerləşən mənzildə sonuncuya Gülnaz və Cabbarın yanında 14000 manat məbləğində pul vermişdir. Daha sonra 06 dekabr 2022-ci il tarixdə Cabbar ona zəng edərək pulun qalan hissəsini vermək lazım olduğunu demişdir. O da 12.000 manat verə biləcəyini söyləmişdir. Cabbar ondan həmin puldan 600 manatı borc kimi ona verməyini, bir neçə gün sonra həmin pulu geri qaytaracağını xahiş etmiş və o da etiraz etməmiş, bundan sonra Cabbarın ona göndərdiyi qardaşı Namazın adına olan kart hesabına Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən “Sünbül” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi 600 manat göndərmişdir. Həmin vaxt Cabbar qalan pulu Vüqara verməyini ondan istəmişdir. O da 06 dekabr 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən “Qızıl Tac” şadlıq sarayının yaxınlığında Vüqarla görüşüb sonuncuya 11.000 manat pul vermişdir. Həmin vaxt başqa kimsə yanlarında olmamışdır. Daha sonra 2022-ci ilin dekabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə o “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Vüqara 8000 manat pul vermişdir. Həmin vaxt yanlarında başqa kimsə olmamışdır. Sonuncu dəfə isə 18 fevral 2023-cü il tarixdə o yaşadığı Nəsimi rayonu, Cavadxan küçəsi 21, mənzil 103 ünvanında olarkən mobil telefonumda olan tətbiq vasitəsi ilə Vüqara məxsus bank hesabına 500 manat pul göndərmişdir. Beləliklə, ümumilikdə o Vüqara 34300 manat pul vermişdir. Bundan başqa, o Cabbarın istəyi ilə sonuncunun qardaşı kimi təqdim etdiyi Namaz adlı şəxsin bank kartına 600 manat pul köçürmüşdür. Pulu verdikdən sonra isə o mütəmadi olaraq Gülnaz, Cabbar və Vüqarla əlaqə saxlayırmış, lakin onlar müxtəlif bəhanələr edərək vaxtı uzadırmışlar, guya tezliklə məsələni həll edəcəklərini deyirmişlər. Lakin hazırda onun atası həbsdədir, həmçinin onun Vüqara verdiyi pul tam olaraq geri qaytarılmamışdır. Vüqar hazırkı vaxtadək atasının azadlığa buraxılması üçün verdiyi 34300 manatdan 13400 manatını istintaq zamanı geri qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 dindirmə zamanı “Təqsirləndirilən şəxs əlbəəl pul verdiyiniz vaxtlarda yanınızda kimlər olub?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, ilk dəfə o 14000 manat məbləğində pulu Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evdə verdiyi vaxt onun yanında Cabbar və Gülnaz olmuşdur. Həmin vaxt Vüqar pulu onların hamısının qarşısında saymış və Cabbar və Gülnaz da bunu görmüşlər. İkinci dəfə o Vüqara “Qızıl Tac” restoranının yaxınlığında 11000 manat pulu verərkən yanlarında kimsə olmamışdır. Üçüncü dəfə 8000 manat pulu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Vüqara verərkən yanlarında kimsə olmamışdır. Digər pulları isə o bank kartına köçürmə ilə Vüqara yollamışdır. Həmçinin, Zərərçəkmiş şəxs4 dindirmə zamanı “siz atanızın həbsdən azad olunması üçün Cabbar və Gülnaza pul vermisiniz mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, atasının həbsdən azad olunması üçün Cabbar və Gülnaza pul verməmiş. Lakin Gülnaz və Cabbar onunla Vüqar arasında olan pul və digər məsələlərdən xəbərdar imişlər. Bundan əlavə, Zərərçəkmiş şəxs4 dindirmə zamanı “Təqsirləndirilən şəxs, Gülnaz Ələkbərov və Şahid1 ilə hansı mobil nömrələr ilə əlaqə saxlayırdınız?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ona məxsus ***-***-**-** mobil nömrəsi ilə, Şahid2 ilə ona məxsus ***-***-**-** mobil nömrəsi ilə və Şahid1 ilə ona məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırmış. Həmçinin, Zərərçəkmiş şəxs4 dindirmə zamanı “Yasamal RPİ-nə ünvanladığınız ərizədə və izahatda 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bank kartına 800 manat göndərdiyinizi bildirirsiniz. Lakin hazırda verdiyiniz ifadədə 800 manat pulu 28 noyabr 2022-ci il tarixdə Vüqara göndərdiyinizi qeyd edirsiniz. Bu ziddiyyəti necə izah edə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o 800 manat pulu 28 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs göndərmiş və bununla bağlı qəbzi də araşdırmaya təqdim etmişdir. Ərizədə və izahatda isə tarixi texniki olaraq səhv qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 dindirmə zamanı “Yasamal RPİ-nə ünvanladığınız ərizədə və verdiyiniz izahatda 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs 7000 manat pul verdiyinizi bildirmisiniz. Lakin hazırda verdiyiniz ifadədə həmin vaxt Vüqara 7000 manat deyil 8000 manat verdiyinizi bildirirsiniz. Bu ziddiyyəti necə izah edə bilərsiz” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Ərizə və izahat yazan vaxtlarda Vüqara Ələkbərova pul verdiyi vaxt və məbləğlərin bəzilərini dəqiq olaraq xatırlamadığı üçün yuxarıda qeyd etdiyi səhvləri edə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin fevral ayında tədbirdə tanış olmuşdur. Tanışı Şahid2 da həmin tədbirdə iştirak edirmiş. Gülnaz xanımla söhbət zamanı onu dövlət oqranlarında işə düzəltməyi xahiş etmiş və Gülnaz xanım köməklik edəcəyini ona bildirmişdir. Tədbirdən sonra onlar küçədə olarkən Gülnaz həmin vaxt avtomobildə əyləşən Təqsirləndirilən şəxsonu işə düzəldə biləcəyini demiş, lakin o və həmin vaxt Vüqarla ünsiyyətdə olmamışdır. Bundan bir müddət sonra o və Gülnaz xanım Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Darçın” restoranında əyləşən zaman Vüqar içəri daxil olmuş və həmin vaxt Gülnaz Vüqarı onları əyləşdikləri masaya dəvət etmiş və onu Vüqara göstərib “Jalə mənim öz qızım kimidir, ona dövlət işinə düzəlməsinə köməklik lazımdır” demişdir. Vüqar bu işlə bağlı maraqlanacağına dair söz vermişdir. Gülnaz xanım da onları bir-biriləri ilə əlaqələndirəcəyini bildirmişdir. Bundan sonra o Vüqarla söhbət etmiş və sonuncu onun təhsili, yaşı, ailə vəziyətiylə maraqlanmış və o ali təhsilli, evli olduğunu deyərək digər şəxsi məlumatlarını vermişdir. Həmin gün ayrıldıqdan sonra Vüqarla əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə Vüqar ona zəng edərək harada olduğunu soruşmuş və sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Dəniz vağzalı ərazisindəki “Marriott” oteli yaxınlığında olduğunu demişdir. Vüqar həmin yerə gəlib onunla danışmaq istədiyini bildirdikdə etiraz etməmişdir. Qeyd etdiyi ünvanda görüşmüşlər və Vüqar ona "xxxx" ASC-nin kadrlar şöbəsində 1.100 manat maaşı olan operator işinin olduğunu, həmin işdə işləyən qadının analıq məzuniyyətində olduğunu, onu həmin işə düzəldə biləcəyini, bunun üçün 15.000 manat pulun lazım olduğunu və təcili ilkin olaraq həmin işin əldən çıxmaması, yəni bron olunması üçün 1.000 manat pul verilməli olduğunu demişdir. O Vüqara 15.000 manat vermək üçün imkanının olmadığını və həmin gün 1.000 manat göndərə bilməyəcəyini demişdir. Bundan sonra Vüqar biraz düşünmüş və 12.000 manata onu işə düzəldə biləcəyini demişdir. Görüş zamanı Vüqar onun Təfəkkür Universitetini 2006-cı ildə bitirməyinə dair Ali təhsil aldığını təsdiq edən diplomunun seriya nömrəsi ilə birlikdə fotoşəklini çəkib götürmüş və həmin diplomu X27 Dövlət Qulluqçusu kimi qeydiyyatdan keçirəcəyi barədə söz vermişdir. Özündə pul olmadığı üçün o bununla bağlı olaraq Ziyafət adlı tanışıyla danışmış və Ziyafət onun Kapital banka aid **********336638 nömrəli kartına 1.000 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun Votsap proqram tətbiqinə göndərdiyi 4098 5844 6068 0000 nömrəli “Leo bank” kartına o həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Şahzadə” restoranında 400 manat məbləğində pulu göndərmiş və Vüqar ona zəng edib iş yerini bron etdiyini bildirmişdir. O sonradan Ziyafətin ona göndərdiyi pulu geri qaytarmışdır. 28 mart 2023-cü il tarixdə onun mobil telefonuna “SERVİS SMS”dən “X38 X27 qeydiyyat üçün birdə istifadə üçün OTP kodunuz-2456” məzmunda SMS daxil olmuşdur. Bunu gördükdə sonra o Vüqarın onun işi üzərində rəsmi olaraq çalışdığını ehtimal edib qalan pulları da arxayınlıqla göndərməyə başlamışdır. Hətta Vüqarla bu barədə danışdıqda özü də diplomun qeydiyyatı ilə məşğul olduğunu demiş və o da qalan pulları Vüqara göndərməyə davam etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən 3.502 manat pulu Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına göndərmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən 500 manat pulu Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına göndərmişdir. Vüqar ödənişi təcili istədiyi üçün o Rövşən adlı qardaşından ona borca pul verməsini xahiş etmiş və sonuncu da ona yalnız 5.000 manat borca pul vermək imkanında olduğunu demişdir. Qardaşından pulun şəklini çəkib ona göndərməsini xahiş etmiş və həmin fotoşəkili Vüqara göndərmişdir. Bununla Vüqarın ona arxayın olmasını və onu pul ilə bağlı tələsdirməməsini xahiş etmişdir. Qardaşı 5.000 manat pulun şəklini ona göndərdikdən sonra o xx.xx.2023cü il tarixdə saat 23:22-də 5.000 manat pulun şəklini Vüqarın votsapına göndərmiş və Vüqara 5-10 dəqiqəyə həmin məbləğin kart hesabına köçürüləcəyini demişdir. Söz verdiyi kimi xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Xəzər rayonu, H.Eyvazov küçəsində yerləşən “Araz” marketdən “Milliön” terminalı vasitəsilə Vüqarın kart hesabına 5.000 manat pulu köçürmüş və saat 23:57-də Vüqar ona pulun çatdığını yazıb təsdiq etmişdir. 03 may 2023-cü il tarixdə Vüqar təkrar ondan pul istədiyi üçün o həmin tarixdə 150 manat pulu Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına yaşadığı evdə olarkən göndərmişdir. 29 may 2023-cü il tarixdə onun mobil telefonuna “Servise SMS”dən “Hörmətli Zərərçəkmiş şəxs5 Sizin B No 075110 nömrəli diplom sənədiniz Hökümət Portalında əksini tapmamışdır” məzmunda mesaj daxil olmuşdur. Bununla bağlı olaraq Vüqara zəng etmişdir. Vüqar ona həmin mesajın şəklini göndərməyini istəmiş və o Vüqara şəkili göndərmişdir. Vüqar ona bir həftə ərzində diplomu təsdiq etdirəcəyini demişdir. 05 iyun 2023-cü il tarixdə onun ***-***-**-** nömrəli telefonunun Votsap tətbiqinə “Servise SMS”dən “Hörmətli Zərərçəkmiş şəxs5 Sizin B № 075110 nömrəli diplom sənədiniz hökümət portalına uğurla əlavə edilmişdir.” məzmunda mesaj daxil olmuşdur. Bu mesajın şəklini Vüqara göndərmiş və Vüqar ona arxayınlıqla “gördün sənə demişdim ki, sənin işlərin üçün çalışıram” cavabını vermişdir. Lakin 10 iyul 2023-cü il tarixdə onun telefonuna elektron hökümət portalında olan qeydiyyat və fotoşəklini göstərən şəkil və “Dövlət Qulluğunun yardımçı vəzifələrində qulluq keçən ali və ya orta ixtisas təhsili olmayan Dövlət qulluqçuları, əmək kitabçasının surətləri ilə yanaşı tam orta təhsil haqqında sənədin (attestatı) surətini də yükləməlidirlər” məzmunda yazı və səs göndərmişdir. Bununla onun narahat olmamağını bildirərək “təhsil İdarəsində belə hoqqalar çıxarırlar, mən özüm bu məsələləri həll edəcəyəm” mesajını ona göndərmişdir. Bu kimi mesajlarla Vüqar onu arxayın edib ondan pullar almağa davam etmiş və ondan pul göndərməyini istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:40-da 1.000 manat pulu Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına yaşadığı evdə olarkən göndərmişdir. 2023-cü ilin iyul ayının sonunda yaşadığı digər evdə, yəni ünvan 17 ünvanında olarkən Vüqara əlbəəl 980 manat pul vermiş və bu məbləğlə Vüqar ondan artıq 11.532 manat pul almışdır. Bundan sonra Vüqar ona işə görə 11.532 manat verməyiylə kifayətlənəcəyini demişdir. 2023-cü ilin iyul ayında gözlənilmədən Vüqar ona demişdir ki, bəs Azərenerjiyə söz verdiyi iş düzəlməmiş, lakin onu "xxxx" LLC tərcümə şirkətinə 950 manat maaşı olan tərcüməçi redaktor işinə düzəldəcək, lakin bunun ondan aldığı 11.532 manat pula heç bir aidiyyəti yoxdur. Həmin pulu guya hansısa sayta yatırıb açdığı saytda onunla bərabər işə götürəcəyi 7-8 nəfərlə birlikdə ona bu işə görə 1600 manat maaş verəcəkdir. İyul ayında onu tərcüməçi işinə düzəltməsinə görə o avqust ayında Vüqardan rəsmi kart və maaş tələb etdikdə kartın hazır olmadığını demişdir. 2023-cü ilin sentyabr ayında o karta görə təkid etdikdə ona onun adına açılmış, “Paşa banka” aid **********437210 nömrəli bank kartını vermiş və maaşını həmin kartla alacağını bildirmişdir. Bundan sonrakı vaxtlarda kartına maaşının köçürülməsini Vüqardan xahiş etdikdə onun özünə məxsus, “Kapital Banka” aid digər plastik kartına 950 manat daxil olmuş və o artıq maaş aldığını görüb sevinmişdir. Növbəti ay maaşı, yəni 950 manat pul iki dəfəyə onun eyni kartına daxil olduğunu gördükdə Vüqardan bu barədə soruşmuşdur. Bundan sonra iş yerinin ünvanını deməsini istədikdə müxtəlif bəhanələr gətirmiş və demişdir ki, yaxın günlərdə onlara Prezident Aparatının yanında ofis veriləcək və onu həmin vaxt işə dəvət edəcəkdir. Lakin o rəsmi olaraq işləməyi ilə bağlı Vüqardan hər hansı sənəd almamış və iş yerini də Vüqar ona göstərməmişdir. Bir müddət sonra o Vüqarın ona verdiyi maaş kartını yoxlatdırdıqda kartın işlək olmadığı ona məlum olmuşdur. Bundan başqa, o 1 nömrəli Bakı Tibb Kollecində təhsil alır, lakin 2 nömrəli Bakı Tibb Kolleci onun yaşadığı evə yaxın olduğu üçün istəyirmiş həmin kollecdə təhsil alsın. Vüqarın onu işə düzəltməyə çalışdığını və şəxsi əlaqələrinin yaxşı olduğunu nəzərə alıb o Vüqara bu barədə məlumat vermiş və Vüqar onu 1 nömrəli Bakı Tibb Kollecindən 2 nömrəli Bakı Tibb Kollecinə köçürəcəyini bildirmişdir. Buna görə Vüqar ondan 1000 manat pul istəmişdir. O Vüqarla razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 10 ünvanında yerləşən evdə olarkən mobil telefonunda olan tətbiq vasitəsilə öz bank kartından Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına 950 manat pulu köçürmüşdür. Lakin Vüqar verdiyi vədə əməl etməmiş və o 1 nömrəli Bakı Tibb Kollecində təhsil almağa davam etmişdir. 2023-cü ilin yaz aylarında Vüqarın işə düzəldəcəyinə inanaraq sözünə düz adam olduğuna əmin olub ona qızının işə düzəlməsi üçün müraciət etmiş rəfiqəsi Zərərçəkmiş şəxs6 Vüqarla tanış etmişdir. Vüqar onunla və Sevincin özü ilə danışaraq onun telefonuna göndərdiyi Normativ-texniki sənədlər üzrə aparıcı mühəndis, Azərbaycan Dəmir Yolları, Socar, Mühəndis (Sosial məsələlər üzrə), Mühəndis (Risklərin idarə olunması), Mühəndis (Satınalmaların təşkili şöbəsi), Kapital 20 yanvar filialı kredit üzrə mütəxəssis kimi işlərdən birini seçməsini təklif etmişdir. Sevinc və qızı həmin işlərdən birini seçdikdən sonra Vüqar Sevincdən alacağı 6500 manat pulu onun vasitəsiylə Vüqara göndərməyini xahiş etmiş və Sevinc də buna razı olmuşdur. Sevinc özü Vüqarla dəfələrlə danışmış və görüşmüşdür. Vüqar Sevincin özünə birbaşa qızını 6500 manata işə düzəldəcəyinə söz vermişdir. Aralarında olan razılığa əsasən Vüqar Sevincə sonuncunun qızı Yeganəni 650 manat maaşı olan “Socar” şirkətinə işə düzəldəcəyinə dair söz vermişdir. Sevinc xx.xx.2023-cü il tarixdən başlayaraq istifadəsində olan **********135791 nömrəli kartından Vüqara göndərməsi üçün **********336638 nömrəli kartıma 300 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, 400 manat və 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat pulu göndərmiş, həmçinin bir neçə dəfə hissə-hissə olmaqla ümumilikdə 1600 manat məbləğində pulu ödəmə terminalları vasitəsilə oktyabr ayının sonunadək onun kart hesabına göndərmiş və nağd şəkildə vermişdir. Sevincin ona göndərdiyi ümumilikdə 6500 manat pulu həmin tarixlərdə və bəzən fərqli tarixlərdə, hətta dekabr ayının 30-a kimi Vüqarın kart hesablarına göndərmiş və Vüqar özü də həmin məbləği ondan aldığını təsdiq etmişdir. O Sevincin ona göndərdiyi pul məbləğlərini hissə-hissə yaşadığı evdə, yəni ünvan 10 ünvanında olarkən Vüqara məxsus 4098 5844 6068 0000 nömrəli bank kartına göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “Təqsirləndirilən şəxs əlbəəl pul verdiyiniz vaxtlarda yanınızda kimlər olub?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Vüqara əlbəəl pulu verən vaxtlarda yanında kimsə olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “siz Vüqarın vasitəsilə Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımısınız mı?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 adlı şəxsi o Yasamal RPİ-də hazırda istintaq olunan cinayət işi ilə əlaqədar görmüş və həmin şəxs bu iş üzrə zərərçəkmiş şəxs olmuşdur. Lakin Vüqar ona Zərərçəkmiş şəxs3 adlı bir nəfərin onu işə düzəldəcəyini, bu iş üçün onun Vüqara verdiyim pulun hamısını Zərərçəkmiş şəxs3 verdiyini bir dəfə demişdir. O Zərərçəkmiş şəxs3la hazırkı vaxtadək nə danışmamış, nə də ki, görüşməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “Nəyə görə Zərərçəkmiş şəxs6 2023-cü ilin oktyabr ayında sizə göndərdiyi 6500 manat məbləğində pulu siz Təqsirləndirilən şəxs həmin vaxt deyil, 2023-cü ilin dekabr ayının sonunadək göndərmisiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs6 ona göndərdiyi pulların bəzilərini həmin vaxt, bəzilərini isə bir müddət sonra Vüqara göndərmişdir. Sevincin ona göndərdiyi pulları Vüqara gec göndərməyinə səbəb isə Vüqarın həmin pulları ondan müəyyən bir müddət sonra göndərməyi istəməsi olmuşdur. Həmçinin, Vüqarla aralarında borc məsələsi də olmuş, yəni Vüqarın ona borcu olmuş, sonradan isə qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 sizin vasitənizlə ona göndərdiyi puldan sizə hər hansı məbləğdə pul vermişdir mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Vüqardan həmin puldan ona hər hansı məbləğdə pul verməsini istəməmiş, Vüqar da ona bununla bağlı olaraq pul verməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “İstintaqa təqdim olunan sənədlərdən və verdiyiniz ifadədən görünür ki, Zərərçəkmiş şəxs6 sizin kart hesabınıza ümumilikdə 4900 manat pul köçürmüşdür. Lakin siz Zərərçəkmiş şəxs6 sizə 6500 manat pul verdiyini və Vüqara Sevincin sizə verdiyi 6500 manatı verdiyini bildirmisiniz. Sualım ondan ibarətdir ki, Sevinc sizə 6500 manat pulun 1600 manatlıq hissəsini hansı yolla vermişdir?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Sevinc ilə onun əvvəldən münasibəti olmuşdur. 2023-cü ilin oktyabrın ayında qeyd olunan 1600 manat pulu Sevinc mənə hissə-hissə vermiş, o da həmin pulu Vüqara hissə-hissə göndərmişdir. Ümumilikdə Sevincin qızının işə düzəltməsi üçün o Vüqara 6500 manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “İstintaqa təqdim olunan sənədlərdən və verdiyiniz ifadədən görünür ki, siz 2023-cü ilin mart ayından 2023-cü ilin iyul ayına kimi işə düzəlməyiniz üçün Təqsirləndirilən şəxs ümumilikdə 11532 manat pul vermisiniz. Lakin təqdim olunan qəbzlərdən görünür ki, 11532 manat puldan başqa siz Vüqarın kart hesabına xx.xx.2023cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 300 manat pul göndərmisiniz. Qeyd olunan ümumilikdə 770 manat məbləğində pulu hansı məqsədlə Vüqara göndərmisiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, 120 manat pulu Vüqar ondan borc kimi istəmiş, o də Vüqara həmin pulu borc kimi vermişdir. Həmin pul məbləği ilə bağlı onun Vüqardan hər hansı bir şikayəti yoxdur. Qalan 650 manat pul isə Sevincin ona göndərdiyi pullardır ki, o həmin pulları hissə-hissə Vüqarın kart hesabına köçürmüşdür. Həmçinin, Zərərçəkmiş şəxs5 dindirmə zamanı “əvvəlki ifadələrinizdə Təqsirləndirilən şəxs sizi işə düzəltmək adı ilə ümumilikdə 11502 manat verdiyinizi bildirirsiniz, lakin hazırda verdiyiniz ifadədə ümumilikdə verdiyiniz məbləğin 11532 manat olduğunu bildirirsiniz. Bu zidiyyəti nə ilə aradan qaldıra bilərsiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Vüqara sonuncunun istədiyi məbləğdə pulu bir neçə dəfəyə verdiyi üçün ümumilikdə verdiyi məbləği yanlış hesablamışdır. Lakin sonradan hesablama apardıqda görmüşdür ki, Vüqara onu işə düzəltmək üçün ümumilikdə 11532 manat pul vermişdir. Bundan başqa, Vüqara onu təhsil aldığı 1 nömrəli Bakı Tibb Kollecindən 2 nömrəli Bakı Tibb Kollecinə keçirməsi adı ilə 950 manat pul göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü qızı X11 və xx.xx.2008-ci il təvəllüdlü oğlu X14 ilə birlikdə yaşayır, özü hər hansı bir yerdə işləmir. X39 2012-ci ildə beyninə qansızma nəticəsində ölmüşdür. Qızı Yeganə 2023-cü ildə Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin “Kompyuter mühəndisliyi” fakultəsini bitirmiş və universiteti bitirən vaxtdan ailəsində maddi çətinliklərin olması səbəbindən "xxxx" ASC-nin Badamdar baş ofisində mütəxəssis vəzifəsində işləmişdir. Qızının işi ağır olduğundan digər dövlət işləri ilə maraqlanırmış və o da qızı üçün iş axtarırmış. Bununla bağlı olaraq uzun müddətdir ki, tanıdığı rəfiqəsi Zərərçəkmiş şəxs5 2023-cü ilin oktyabr ayının əvvəllərində bu barədə danışmışdır. Jalə Təqsirləndirilən şəxs adlı tanışının geniş əlaqələrə malik olduğunu, Vüqarın bu işi görə biləcəyini ona deyərək qızının iş məsələsi ilə bağlı Vüqarla danışacağını ona bildirmişdir. Həmçinin, Jalə Vüqarın bu işə razılıq verəcəyi halda sonuncunun mobil nömrəsini ona verəcəyini demişdir. Onların bu danışıqdan bir neçə dəqiqə sonra Jalə özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə ona məxsus ***-***-**- ** mobil nömrəyə “Votsap” proqramı vasitəsilə zəng edərək Vüqarla danışdığını, sonuncunun razılığını aldığını demiş və Vüqara məxsus ***-***-**-** mobil nömrəsini ona göndərmişdir. Telefon danışığı zamanı Jalə ona Vüqarın “Socar” şirkətində işlərin olduğunu, həmin işlərdən birinə düzəltmək üçün 6.500 manat pul verilməli olacağını demiş və Vüqarın göndərdiyi işlərdən birini seçməyini təklif etmişdir. Qızı və o işlərin siyahısına baxdıqdan sonra qızı Vüqarın göndərdiyi işlərlə maraqlanmış və “Socar”a satınalmaların təşkili şöbəsində mühəndis kimi işə qəbul olunmaq istədiyini demişdir. Bundan sonra özü Vüqarın həmin nömrəsinə “Votsap” vasitəsilə zəng edərək onunla danışmışdır. Vüqara özünü təqdim edərək Jalənin dediyi şəxs olduğumu bildirmişdir. Vüqara qızı Yeganə Əsgərovanı dövlət işinə düzəltmək istədiyini, qızının ADNSU-nu bitirdiyini, lakin rəsmi olaraq hələ diplomunu almadığını dedikdə Vüqar diplomu özü elektron sayta daxil olub rəsmi olaraq götürəcəyini bildirmişdir. Vüqar ona işlərin siyahısını Jaləyə göndərdiyini, qızının istədiyi “Socar”a satınalmaların təşkili şöbəsində mühəndis işinə düzəlmək üçün 6500 manat pul lazım olacağını ona demişdir. Həmçinin, Vüqar bildimişdir ki, qeyd olunan yeri saxlamaq üçün “Socar” şirkətində lazımi adama vermək üçün müəyyən miqdarda pul lazımdır, qalan pul məbləğini isə həmin adama tezliklə göndərmək lazım olacaqdır. Telefon danışığı zamanı Vüqar sonuncuya çatacaq pulu Jalənin vasitəsilə göndərməyini ona bildirmişdir. O qızıyla məsləhətləşib “Socar”da satınalmaların təşkili şöbəsində mühəndis işini dəqiqləşdirdikdən sonra Vüqar ondan qızının şəxsiyət vəsiqəsinin fotoşəklini istəmiş və o da fotoşəkili votsap vasitəsilə Vüqarın telefonuna göndərmişdir. Vüqar həmin gün qızı üçün istədiyi işin bron edilməsi üçün təcili olaraq 1000 manat pulun göndərilməsini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə onların 1000 manat məbləğində pullarının olmadığı üçün qızı Yeganə özünə məxsus, lakin onun istifadəsində olan **********135791 nömrəli kartdan yaşadığı evdə Vüqarın kartına göndərməsi üçün Jalənin **********336638 nömrəli kartına 300 manat pul göndərmişdir. Bundan sonra qızı Yeganə onun istəyi ilə **********135791 nömrəli kartdan Vüqara göndərməsi üçün Jalənin **********336638 nömrəli kartına xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, 400 manat, 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat pul göndərmişdir. Qeyd olunan məbləğlərin hamısını qızı yaşadıqları mənzildə, yəni ünvan 18 ünvanında köçürmə yolu ilə göndərmişdir. Bundan başqa, ümumilikdə o 1600 manat məbləğində pulu 2023-cü ilin oktyabr ayı ərzində müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində yerləşən marketlərdəki ödəmə terminalları vasitəsilə hissə-hissə göndərmiş və nağd şəkildə Yasamal rayonu ərazisində hissə-hissə Jaləyə vermişdir ki, sonuncu Vüqara göndərsin. Vüqara göndərməsi üçün Jaləyə son dəfə 300 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə göndərmişdir. Bundan sonra Jaləyə nə pul vermiş, nə də ki, göndərməmişdir. xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Vüqara göndərilməsi üçün Jaləyə 6500 manat pul göndərmiş, həmçinin əlbəəl vermiş və Jalə də öz növbəsində pulu Vüqara göndərmişdir. Pulun hamısının Vüqara çatdığını həm Jalə, həm də Vüqar təsdiq etmişdir. Vüqar 10-15 gün ərzində qızını işə düzəldəcəyini deməyinə baxmayaraq bu iş aylarla davam etmişdir. Vüqara zəng edib işin nəticəsini soruşduqda hər dəfə ona müxtəlif bəhanələr gətirirmiş. 2023-cü ilin sonlarında Vüqar ona qarşıda bayramın olmasını, pul verdiyi adamın vacib işinin çıxması kimi bəhanələr gətirirmiş. Bir müddət sonra o pulunu tələb etdikdə Vüqar pulunu verdiyi adamdan Yasamal RPİ-nə şikayət etdiyini ona demişdir. Bundan sonra Vüqar ona notariat kontoruna gedib orada pulunu qaytaracağına dair müqavilə bağlamağı, hətta müqavilədə artıq məbləğ yazıb onu arxayın etməyi təklif etmiş, lakin o razılaşmamışdır. Həmin ərəfədə o Vüqarın Jaləni işə düzəltməsi adı ilə təxminən 11000 manat pul aldığını da Jalədən öyrənmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 dindirmə zamanı “siz Təqsirləndirilən şəxs bank kartlarına köçürmə yolu ilə və ya özünə pul verməklə ödəniş etmisiniz mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs bank kartlarına köçürmə yolu ilə və ya özünə pul verməklə ödəniş etməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs6 dindirmə zamanı “əvvəlki ifadənizdə kartdan karta köçürmə yolu ilə göndərdiyiniz 4900 manatdan başqa 200-500 manat məbləğində pulu Jalənin bank kartına göndərdiyinizi bildirmisiniz. Lakin hazırkı ifadənizdə 4900 manat puldan əlavə 1600 manat pulu hissə-hissə Jaləyə verdiyinizi və göndərdiyinizi bildirirsiniz. Bu zidiyyəti ilə izah edə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o 200- 500 manat göndərdiyini dedikdə 4900 manatdan başqa 200-500 manat deyil, hər dəfə göndərdiyi pulların 200-500 manat arası məbləğlər olduğunu nəzərdə tutmuşdur. Yəni onun Jaləyə 4900 manatdan başqa göndərdiyi pullar 200, 300, 400, 500 manat şəklində olmuşdur. 4900 manatdan başqa o Jaləyə 2023-cü ilin oktyabr ayının əvvəllərindən sonuna kimi ümumilikdə 1600 manat məbləğində pulu hissə-hissə kartdan karta köçürmə ilə Yasamal rayonu ərazisində, yaşadığı evin yaxınlığında yerləşən ödəmə terminalları ilə göndərməklə və əlbəəl verməklə ödəniş etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs6 dindirmə zamanı “siz Təqsirləndirilən şəxs görmüsünüz mü?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs iki dəfə görmüş və həmin vaxtlarda Zərərçəkmiş şəxs5 yanında olmuşdur. Vüqarı görməyi təxminən 2024-cü ilin əvvəllərinə təsadüf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildə ölkə üzrə pandemiya elan edilməmişdən əvvəl o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vüqarı dostu İbrahim Həsənovun vasitəsilə tanımışdır. Belə ki, onlar üçü kafelərin birində oturub nahar etdikləri zaman tanış olmuşlar. İbrahim ona dostu Vüqarı təqdim etdikdən sonra onlar tanış olmuşlar. Vüqarın sözlərinə görə o, Təhsil Nazirliyinin Mətbuat Xidmətində işləyir və müxbirdir, təhsil və yaxud dövlət əhəmiyyətli digər bir məsələ ilə bağlı lazım olarsa ona köməklik edə bilər. Həmçinin, Vüqar dediyinə görə onun çox sayda yüksək vəzifəli şəxslər ilə tanışlığı var və imkan daxilində bəzi məsələlərdə köməklik göstərə bilir. Vüqarla tanış olduqda bir müddət sonra o Vüqarın barəsində dostu İbrahimdən yenidən maraqlanmış və sonuncu Vüqarın etibarlı şəxs olduğunu, bir çox məsələlərdə dediyi kimi köməklik göstərdiyini bildirmişdir. Təxminən 2022-ci ilin əvvəllərində o kirayədə yaşadığı binada bir neçə dəfə Gülnaz ilə rastlaşmışdır. Gülnazın xarici görünüş və danışığından onun işgüzar xanım olduğunu hiss etmişdir. Buna görə günlərin birində Gülnazla birlikdə binanın liftinə daxil olan zaman maddi vəziyyətinin yaxşı olmadığını deyib bir iş təklifi olarsa ona deməsini xahiş etmişdir. Gülnaz xanım ailə sürücüsü kimi işləyə bilib-bilmədiyini soruşmuşdur. O aylıq əmək haqqı barədə soruşduqda Gülnaz aylıq 600 manat verə biləcəyini bildirmişdir. O da Gülnazın təklifi ilə razılaşmışdır. Gülnaz bu barədə ona xəbər edəcəyini demiş və onlar bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bu söhbətdən bir neçə gün sonra Gülnaz onunla əlaqə saxlayıb binanın qarşısında görüşmələrini təklif etmişdir. O Gülnazın dediyi kimi binanın qarşısına gedib orada sonuncu ilə görüşmüşdür. Gülnazın sözlərinə görə sonuncu və bir neçə tanış rəfiqələri Masallı rayonunda olacaq Qarabağ müharibəsi iştirakçısının toyunda iştirak etmək üçün rayona getməli imişlər. Buna görə Gülnaz sifariş edəcəyi avtomobili icarəyə götürərək onları rayona aparmağı ondan xahiş etmişdir. Bundan sonra Gülnaz Yasamal rayonunda yerləşən avtomobil icarəsi ofisinə pul göndərmiş və o oraya gedib Gülnazın sifariş etdiyi “X48” markalı avtomobili götürmüşdür. Növbəti gün səhər saatlarında Gülnazı və yanında olan 5 nəfər rəfiqələrini Gülnazın yaşadığı binanın qarşısından götürüb yola düşmüşdür. Gülnaz onu rəfiqələri ilə tanış etmiş və rəfiqələrinə onu sürücü kimi işə götürmək istədiyini bildirmişdir. Masallı yolunda onlar restoranların birində dincəlmək üçün dayanmışlar. Həmin restoranda çay içərkən Gülnaz digər rəfiqələri ilə qırağa çəkilmiş və bu zaman tək qalan Zərərçəkmiş şəxs4 ilə o dialoq qurub tanış olmuşlar. O Şəbnəmin haralı olduğunu, nə işlə məşğul olduğunu soruşmuş, sonuncu İsmayıllı rayondan olduğunu və həkim işlədiyini bildirmişdir. Bu minvalla aralarında səmimi söhbət başlamışdır. O və Şəbnəm restoranda oturaraq çay içməyə başlamışlar. Söhbət əsnasında Şəbnəm atasının İsmayıllı Rayon İcra Hakimiyyətində işlədiyi dövrdə 55 manat məbləğində rüşvət aldığına görə azadlıqdan məhrum edildiyini bildirmişdir. Söhbət zamanı o İsmayıllı rayonunda vəzifələrdə işləyən qohumlarının adlarını çəkmiş və Şəbnəm atasının çox guman həmin şəxsləri tanıyacağını söyləmişdir. Zərərçəkmiş şəxs4 ondan xahiş etmişdir ki, atasının azadlığa buraxılması üçün köməklik göstərsin. O Şəbnəmə özünün bu məsələdə kömək edə bilməyəcəyini, lakin tanışı Təqsirləndirilən şəxs köməklik göstərə biləcəyini söyləmişdir. O tərəfləri tanış edəcəyinə söz vermişdir. Həmin gün o Vüqarla mobil telefonla danışıb məsələ barədə məlumat vermişdir. Vüqar Şəki şəhərində olduğunu və ilkin olaraq Şəbnəmin atasının hökmü ilə tanış olmaq istədiyini bildirmişdir. Bundan sonra onlar toya getmişlər və həmin gün Bakıya qayıtmışlar. Bakıya qayıtdıqdan sonra təxminən 5 gün ərzində Şəbnəm onunla özü əlaqə saxlayıb Vüqarla nə vaxt görüşəcəyini soruşurmuş, o da Vüqarın Şəki şəhərində olduğunu deyib narahat olmamağını, Bakıya gələn kimi onları görüşdürəcəyini demişdir. Həmin ərəfədə Şəbnəm çox narahat olduğu üçün o və Şəbnəm onun yaşadığı binanın qarşısında görüşmüşlər və bu zaman həyətdə onları Gülnaz xanım görmüşdür. O orada Gülnaza Şəbnəmin atası ilə bağlı ondan xahiş etdiyini və bir nəfər vasitəsi ilə məsələnin həll edilməsində köməklik göstərmək istədiyini demişdir. Şəbnəmə yenə də başa salmışdır ki, Vüqar Bakıya gəldikdən sonra onları görüşdürəcək. Təxminən 10 gün sonra Vüqar Bakıya gələn kimi onunla əlaqə saxlamış və onlar, yəni Şəbnəm Gülnaz və o Vüqarla Sumqayıt şəhərində yerləşən evində görüşmüşlər. Orada Şəbnəm və Gülnaz Vüqarla tanış olmuşlar, Şəbnəm məsələ barədə sonuncuya izah vermiş və Vüqar atasının barəsində çıxarılmış hökmün surətini oxumaq istədiyini bildirmişdir. Orada Vüqar hökmə baxmış və bir neçə gün sonra əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra Vüqar onunla əlaqə saxlayıb Şəbnəm ilə görüşmək istədiyini söyləmişdir. Həmin vaxt o və Şəbnəm Gülnaz xanımın evində olduqları üçün Vüqarı oraya görüşə dəvət etmişlər. Vüqar Gülnaz xanımın evinə gəldikdən sonra onlar Şəbnəmin işini həll edə biləcəyini demişlər. Lakin Vüqar işin “qaldırılması” və işlərin başlanması üçün ilkin olaraq 800 manat pulun ödənilməli olduğunu söyləmişdir. O orada hamının yanında Vüqara nə onun, nə də ki Gülnaz xanımın bu məsələdə heç bir maraqlarının olmadığını, yəni onlara bu işdən hər hansı məbləğdə pul ayrılmamasını tapşırmışdır. Həmçinin, Şəbnəm tərəfindən məsələnin həlli üçün ödəniləcək əsas pulun atası azadlığa buraxıldıqdan sonra veriləcəyini söyləmişdir. Vüqar isə işin həll olunduqdan sonra Şəbnəm tərəfindən pulun ödənilməsinə kimin zamin olacağını soruşmuş, o isə bu barədə narahat olmamağını, özünün Şəbnəmə görə zamin olacağını demişdir. Bu söhbətdən bir neçə dəqiqə sonra Vüqar evdən getmişdir. Vüqar getdikdən sonra o orada Şəbnəmə tapşırmışdır ki, onun xəbəri olmadan Vüqara pul verməsin. Bu söhbətdən bir neçə gün sonra Şəbnəm onunla əlaqə saxlayıb Vüqarın ümumi olaraq söhbətin həlli üçün 40000 manat pul istədiyini söyləmişdir. O həmin məbləğin çox olduğunu söyləmiş və Vüqara zəng etmişdir. Vüqardan işin həlli üçün ən aşağı məbləğin nə qədər olduğunu maraqlanmışdır. Bir neçə dəqiqə sonra Vüqar ona təkrar zəng edərək işin ən azı 30000 manat müqabilində həll oluna biləcəyini demişdir. Bütün bu danışıqlar Şəbnəmin yanında yaşadığı binanın yaxınlığında baş vermişdir. Həmin ərəfələrdə Vüqar Şəbnəmlə əlaqə saxlayıb atası ilə görüşmək üçün Şəki şəhərinə getməli olduqlarını demişdir. Şəbnəm bu barədə ona və Gülnaza demiş, bundan sonra onlar birlikdə Şəki şəhərinə getmişlər. Orada o türməyə daxil olmamış, Gülnaz, Şəbnəm və Vüqarı çöldə gözləmişdir. Oradan çıxdıqdan sonra Şəbnəm atasının bu məsələyə razılıq verdiyini və Vüqarın atasına işi Çingiz Qənizadənin vasitəsi ilə həll edəcəyi barədə söylədiyini demişdir. Bundan sonra Şəbnəm onlara Şəkidə qonaqlıq vermişdir. Bakıya qayıtdıqları zaman o Şəbnəm ilə Vüqarın arasında yaxın mehriban münasibətlərin yarandığına fikir vermişdir. 2022-ci ilin noyabr ayında, dəqiq tarixini xatırlamadığı gündə Şəbnəm ona zəng edib Vüqarla evinə görüşə getdiyini söyləmişdir. Şəbnəmin sözünə görə o, Vüqara pul verməli imiş. O, Gülnaz və Şəbnəm Sumqayıt şəhərində yerləşən Vüqarın evinə getmişlər. Həmin vaxt Vüqarın evində yoldaşı və uşağı da olmuşdur. Həmin görüş zamanı Şəbnəm paketin içində böyük məbləğdə pul vəsaiti çıxartmışdır. O Şəbnəmdən bu pulun nə olduğunu soruşmuşdur. O elə düşünürmüş ki, Şəbnəm tərəfindən işlərin başlanılması üçün Vüqara 800 manat pul veriləcək, lakin həmin paketin içində 800 manatdan daha çox pul var imiş. Şəbnəm ondan əsəbləşməməyini xahiş etmiş və Vüqarın sözlərinə görə işlərin başlanılması üçün ilkin olaraq daha çox pulun ödənilməli olduğunu söyləmişdir. Bu zaman Gülnaz xanım qəflətən ayağa qalxaraq bu məsələdə iştirak etməyəcəyini söyləmiş və onlardan aralıya çəkilmişdir. Orada onun yanında pul sayılmış və Vüqara xatırladığı qədər 12000 manat pul verilmişdir. O Vüqardan işin ümumi həllinin nə qədər edəcəyini soruşduqda sonuncu 32000 manata həll olunacağını söyləmişdir. O Şəbnəmə hamının yanında xəbəri olmadan pul verdiyinə görə ona qarşı hörmətsizlik etdiyini demiş, həmçinin Vüqara bundan əlavə iş həll olunmayanədək pul almamasını tapşırmışdır. Bir müddət sonra isə o Vüqarın hərəkətlərindən sonuncunun Şəbnəmi aldatdığını hiss etmiş və bunu Şəbnəmə bildirmişdir. Hətta Şəbnəmlə danışarkən birlikdə Vüqar barəsində polisə şikayət etmələrini Şəbnəmə təklif etmişdir. Lakin Şəbnəm israrla şikayət etməmələrini xahiş edirmiş. Belə ki, Şəbnəm atasının azadlığa buraxılmasına ümid edirmiş. Buna görə o Şəbnəmdən pulun geri qaytarılmayacağı təqdirdə ondan narazı qalmamasını bildirmişdir. Şəbnəmin sözlərinə görə atası 2023-cü ilin mart ayında azadlığa buraxılmalı imiş və bunu ona Vüqar demişdir. Lakin dediyi vaxtda da məsələ həll olunmamışdır. 2023-cü ilin mart ayında Vüqar onun mobil nömrəsini qara siyahıya atdığı üçün o Şəbnəmdən xahiş etmişdir ki, Vüqarla danışıb “Qızıl Tac” şadlıq sarayının yaxınlığında görüş təyin etsin. Həmin vaxt o və Şəbnəm Vüqarla deyilən yerdə görüşmüşlər və o Vüqarla mübahisə edərək Şəbnəmin pulunu niyə geri qaytarmadığını soruşmuşdur. O Vüqardan Şəbnəmin 12.000 manat pulunu qaytarmağını tələb etmişdir. Şəbnəm isə həmin vaxt Vüqara daha çox pul verdiyini söyləmişdir. O əsəbləşərək Vüqarı döymək istəyirmiş, Şəbnəm isə onu saxlayaraq Vüqara vaxt verməyi xahiş etmişdir. Lakin həmin vaxtdan sonra o Vüqarla danışmamış və görməmişdir. Bundan başqa, Şahid1 dindirmə zamanı “siz əvvəl Dövlət Təhlükəsizlik Xidmətində və ya hər hansı digər dövlət işində işləmisinizmi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o heç bir vaxt dövlət işində işləməmişdir. Həmçinin, Şahid1 dindirmə zamanı “siz Şahid2 və Zərərçəkmiş şəxs4 əvvəllər Əks-kəşfiyyat İdarəsində işlədiyinizi demisiniz mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o heç vaxt qeyd oluna şəxslərə özü barədə belə bir məlumat verməmişdir. Şahid2 da onun işsiz olduğunu bilirmiş. Bundan əlavə, Şahid1 dindirmə zamanı “sizin Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs yanınızda verilən 12.000 manat puldan əlavə pul verməyindən məlumatınız olmuşdur mu?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verdiyi vaxtlarda ona bu barədə məlumat verməmişdir. O yalnız 2023-cü ilin mart ayında Şəbnəm və Vüqarla görüşdüyü vaxt bilmişdir ki, Şəbnəm Vüqara 12.000 manatdan artıq pul vermişdir. Həmçinin, Şahid1 dindirmə zamanı “Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə siz onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs pul verməli olduğunu izah etmisiniz və Vüqara verməli olduğu 12.000 manat puldan borc şəklində 600 manatı qardaşınız Namazın adına olan bank kartına göndərməyini xahiş etmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, əkisnə olaraq Zərərçəkmiş şəxs4 o həmişə demişdir ki, Vüqara iş həll olunmayanadək pul verməsin, o Şəbnəmdən Vüqara pul verməyi istəməmiş, lakin dediyi kimi Şəbnəmdən bir dəfə pulu olmadığı üçün borca 600 manat pul istəyib qardaşı X8 bank kartına göndərməyini xahiş etmişdir. Həmin borcu o Şəbnəmə hazırkı vaxtadək qaytara bilməmişdir. Bundan başqa, Şahid1 dindirmə zamanı “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı pul məbləğindən sizə hər hansı məbləğdə pul vermişdir mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı pul məbləğindən ona hər hansı məbləğdə pul verməmiş və o da bununla bağlı olaraq Vüqardan pul istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Gənclər və İdman Nazirliyinin nəzdində Karate Federasiyasının təşkilati üzrə vitse-prezidenti vəzifəsində işləmişdir. Bundan əvvəl isə o, müxtəlif tədbirlərin təşkilatçılığı ilə məşğul olmuşdur. 2022-ci ilin yay aylarında Qəbələ rayonunda təşkil edilən “Qafqaz Avards” tədbirində rəfiqəsinin dəvəti ilə iştirak edirmiş. Həmin tədbirdə o Zərərçəkmiş şəxs4 yanında əyləşmişdir. Həmin vaxta kimi Şəbnəmi görməmiş və tanımırmış. Tədbir zamanı yan-yana əyləşdikləri üçün aralarında münasibət yaranmış və bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. Bundan sonra mütəmadi olaraq bir-birilərilə əlaqə saxlayırmışlar. Qəbələ rayonunda təşkil edilən tədbirdən təxminən 2-3 ay sonra isə o Şəbnəmi bulvar ərazisində “Yaxt Klub” restoranında keçirilən bir tədbirə dəvət etmişdir. Orada onların münasibətləri daha yaxın olmuş və bundan sonra onlar demək olar ki, hər gün görüşürmüşlər. Həmin vaxt o Nəsimi rayonunda yerləşən “Qızıl Tac” şadlıq sarayının yaxınlığında kirayə yaşayırmış və Şəbnəm də yaxınlıqda yaşadığı üçün tez-tez evinə gəlirmiş. O həmin vaxt artıq Karate Federasiyasının vitse prezidenti imiş. Təxminən 2022ci ilin payız aylarında Şahid1 ilə tanış olmuşdur. Belə ki o kirayə yaşadığı evinə əlində torbalar ilə qalxdığı zaman liftdə Cabbar onu görüb özü onunla ünsiyyət yaratmışdır. Cabbar işsiz olduğunu və əgər bir iş olarsa işləyə biləcəyini söyləmişdir. O Cabbardan əvvəl harada işlədiyini soruşduqda Cabbar ona təqaüddə olan Əks Kəşfiyyat İdarəsinin zabiti olduğunu, hazırda pula ehtiyacı olduğu üçün özünə iş axtardığını bildirmişdir. O Cabbarı sorğu-sual etdikdə sonuncu ona lazım gələrsə sürücü kimi işləyə biləcəyini söyləmişdir. Bir müddət sonra o ailə sürücüsü kimi işləməyini istəmiş, Cabbar razılıq vermiş və ona öz mobil nömrəsini verərək lazım gələrsə əlaqə saxlamağı xahiş etmişdir. Növbəti gün o və Şəbnəm Masallı rayonunda təşkil olunan vətən müharibəsində iştirak edən qazinin toyuna getməli imişlər. O Cabbar ilə əlaqə saxlayıb sonuncudan tanışları ilə birlikdə onu Masallıya apara bilib-bilməyəcəyini soruşmuş və Cabbar da onları apara biləcəyini demişdir. O Cabbarın avtomobilinin olmadığını bildiyi üçün sonuncudan onları aparması üçün icarəyə avtomobil götürməyi xahiş etmişdir. Cabbar ağ rəngli, “Toyota” markalı avtomobili icarəyə götürüb onu və rəfiqələrini rayona aparmışdır. İcarə haqqının ödənişi o və rəfiqələri tərəfindən ödənilmişdir. Həmçinin, rəfiqələri içində Şəbnəm də olmuşdur. Rayon yolunda olduqları zaman onlar istirahət etmək üçün restoranların birində dayanaraq çay içmişlər. Hamı çay içən zaman o bir neçə dəqiqəlik Şəbnəmdən aralanmışdır. Bir neçə dəqiqə sonra Şəbnəmin yanına geri qayıtdıqda Şəbnəm və Cabbarın söhbət etdiklərini gormuşdür. Şəbnəm Cabbara atası barədə söhbət edirmiş. Şəbnəm Cabbara da bundan əvvəl atasının azadlıqdan məhrum olunduğunu, hazırda həbsxanada yatdığını və atasını həbsdən azad etdirmək üçün çalışdığını söyləmişdir. Beləliklə, Şəbnəm və Cabbar öz aralarında bir neçə dəqiqə ərzində söhbət aparmışlar və o həmin vaxtı digər rəfiqələri ilə biraz aralıda dayanmışdır. Onlar orada olan zaman Cabbarın Şəbnəmin yanında kiməsə zəng etdiyini və daha sonra Şəbnəmə müraciət etdiyini gormuşdür. Oradan çıxdıqdan sonra o təklikdə Şəbnəmdən Cabbar ilə nə barədə danışdığını soruşmuş, Şəbnəm ona atası ilə bağlı danışdığını bildirmişdir. Şəbnəm Cabbarın tanışının vasitəsi ilə atasını əfvə saldırmaq imkanının olduğunu söyləmişdir. Həmin gün onlar Masallı rayonuna getmişlər və toyda iştirak etmişlər. Toydan bir neçə gün sonra o yaşadığı mənzildə olan zaman Şəbnəm onunla əlaqə saxlayaraq blokun qarşısına çıxmağını xahiş etmiş və o da evdən çıxaraq blokun qarşısına çıxdıqda orada Şəbnəm və Cabbarı görmüşdür. Şəbnəm onun yanında Cabbardan atasının işini həll edəcək şəxs barəsində soruşmuş, Cabbar isə həmin adamın Şəkidə olduğunu və gəldikdən sonra məsələni həll edəcəyini bildirmişdir. Daha sonra isə Şəbnəm onunla yenidən əlaqə saxlayıb xahiş etmişdir ki, Cabbarla əlaqə saxlayıb işi həll edəcək şəxslə onu tanış etsin. O Şəbnəmin sözü ilə Cabbarla əlaqə saxlamış və Şəbnəmin dediyini Cabbara çatdırmış, sonuncu isə həmin tanışı olan Təqsirləndirilən şəxs rayonda olduğunu və gələn kimi Şəbnəmlə Vüqarı tanış edəcəyini söyləmişdir. Bu söhbətlərdən təxminən bir həftə sonra Cabbarın tanışı Vüqar Bakıya gəlmiş və bu barədə ona Şəbnəmin özü demişdir. Şəbnəmin sözlərinə görə sonuncu, Cabbar və Vüqar Nəsimi rayonunda yerləşən “Qızıl Tac” şadlıq sarayının yaxınlığında görüşəcəklər. Növbəti gün Şəbnəm onunla yenidən əlaqə saxlayıb Vüqarın Şəbnəmin həbsxanada olan atası ilə görüşmək istədiyi barədə demişdir. Şəbnəmin sözlərinə görə o, həbsxanadan atasının zəng etməyini gözləyəcək. Belə ki, Şəbnəm atasının yanına gedəcəyi barədə atasına məlumat verəcək və bundan sonra Vüqarla birlikdə ora gedəcəklər. Bir neçə gün sonra atası Şəbnəmə razılıq verdikdən sonra sonuncu onunla əlaqə saxlayıb Vüqarla tək Şəkiyə getmək istəmədiyini, onun da onlarla birlikdə oraya getməyini xahiş etmişdir. O Şəbnəm ilə yaxın olduğu üçün sonuncunun sözünü yerə salmamış və onlar birlikdə Şəkiyə getmişlər. Şəkiyə Cabbar, Vüqar, Şəbnəm və o birlikdə getmişlər. Cabbar yenidən icarəyə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil götürmüşdür. Həbsxanaya çatdıqda Cabbar içəri daxil olmaq istəmədiyini, çöldə onları gözləyəcəyini söyləmişdir. Şəbnəm isə ona Vüqar və onunla birlikdə içəri daxil olmağı xahiş etmişdir. O ilk öncə Şəbnəmə atasını tanımadığını əsas gətirərək içəri daxil olmağa razılıq verməmiş, lakin Şəbnəm israr etdiyi üçün o içəri keçmək məcburiyyətində qalmışdır. Hətta, Şəbnəm atasının ona “iki kişi ilə niyə gəlmisən yanıma” deyəcəyini ehtimal etdiyini də demişdir. O Şəbnəmlə razılaşdıqdan sonra onlar üçü içəri keçmişlər. Həbsxanada o Şəbnəmin atasının səhhətinin çox pis vəziyyətdə olduğunu görmüş və sonuncuya ürək-dirək verməyə çalışmışdır. Həbsxanada olarkən Vüqar Şəbnəmin atasından tutulmasının təfərrüatları barədə soruşmuşdur. Şəbnəmin atası Məhərrəm Əhmədov saxlanılması barədə danışmış və Vüqardan işin kim tərəfindən həll ediləcəyini soruşmuşdur. Vüqar isə bu məsələni deputat Çingiz Qənizadənin vasitəsilə həyata keçirəcəyini bildirmişdir. X18 adını eşitdikdən sonra bu məsələyə razılıq vermişdir. Həbsxanadan çıxdıqdan sonra Şəbnəm təklikdə ona atasının görüşlə bağlı sevindiyini və məsələnin alınacağına ümid etdiyini söyləmişdir. Şəkidən Bakıya qayıtdıqda o Vüqarın Şəbnəmə müraciət edərək vəkil ilə müqavilənin bağlanılması üçün ilkin olaraq 800 manat pulun ödənilməli olduğunu söylədiyini eşitmişdir. Növbəti gün Şəbnəm onunla əlaqə saxlayıb Vüqarın işin həlli üçün olan məbləğdən qat-qat aşağı məbləğə atasını azadlığa buraxdıracağı barədə söz verdiyini bildirmişdir. Daha sonra Şəbnəm onunla danışdıqda Vüqarın Şəbnəmdən pul gözlədiyini və bunun üçün Sumqayıt şəhərində olan evinə dəvət etdiyini bildirmişdir. Şəbnəm ondan israrla birlikdə gedib pulun verilməsində iştirak etməyi xahiş etmişdir. O Şəbnəmin xətrini çox istədiyi üçün xahişini nəzərə alıb Şəbnəm və Cabbar ilə birlikdə Vüqarın evinə getmişdir. Həmin vaxt Vüqarın evində sonuncunun arvadı və qızı olmuşdur. Orada söhbət zamanı Şəbnəm çantasından o bildiyimdən çox məbləğdə pulu çıxartmış və Vüqara vermişdir. O həmin vaxt Şəbnəmin Vüqara 800 manat verəcəyini düşünmüşdür. O bununla bağlı Vüqar və Cabbara bildirmiş və özü narahat olmağa başlamışdır. Şəbnəm isə pul məsələsinin ona aidiyyəti olmadığını bildirmişdir. Lakin, o yenə də bu prosesdə iştirak etməmək üçün otağın digər tərəfinə keçmişdir. Beləliklə, Şəbnəm Vüqara həmin gün o bildiyi qədər ümumilikdə 12000 manat pul vermişdir. Həmçinin, oradakı söhbət zamanı Cabbar Vüqara müraciət edərək Cabbarın xəbəri olmadan Şəbnəmdən nəyə görə pul istədiyini soruşmuşdur. Vüqar isə ilkin olaraq pul verilmədiyi halda işə başlanılmayacağını söyləmişdir. Cabbar işin həll olunduqdan sonra Şəbnəm tərəfindən pulun veriləcəyinə zamin olduğunu söyləmişdir. Şəbnəmin özü isə Cabbardan bu məsələyə qarışmamağı və Vüqara pul verməyə razı olduğunu demişdir. Bundan sonra onlar evdən çıxaraq getmişlər. Həmin vaxtdan etibarən Şəbnəm və Vüqar özləri öz aralarında danışırmışlar. Bir müddət sonra Şəbnəm ilə o görüşdükdə sonuncu Vüqara 20000 manatdan artıq pul verdiyini söyləmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Şəbnəmin sözlərinə görə atasının işi öz həllini tapmamışdır. Sumqayıt şəhərində pul verildikdən 5-6 ay sonra Şəbnəm onunla görüşüb ağlayaraq məsələnin həllini tapmadığını və uzandığını demişdir. O buna görə Vüqara Şəbnəmin mobil telefonu ilə zəng edib sonuncunun yanında Vüqarla danışmışdır. Vüqar isə ümumiyyətlə əfv əmrinin verilmədiyini, birinci əfvdə atasının adının olacağını demişdir. Bu söhbətdən sonra onlar bir müddət gözləmişlər, lakin müsbət bir xəbər olmamışdır. Görüşlərinin birində Şəbnəm ona ümumilikdə Vüqara ondan və Cabbardan xəbərsiz 30000 manat pul verdiyini demişdir. O Vüqarın artıq uzun müddət ərzində bu məsələni həll etmədiyini görüb bununla bağlı polisə şikayət etməli olduğunu Şəbnəmə izah etmişdir. Daha sonra isə o Şəbnəmin baş vermiş hadisə barədə şikayət etdiyini öyrənmişdir. Yasamal rayon Polis İdarəsində Şəbnəmin işi ilə bağlı izahat verdikdən sonra Vüqara zəng edib sərt şəkildə danışmış, sonuncu isə özünün də aldadıldığını və borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o Şəbnəm ilə də mübahisə etmiş və onlar hazırkı vaxtadək danışmırlar. Vüqar isə mobil telefon zənglərinə cavab verməyərək gizlənir. Bundan başqa, Şahid2 dindirmə zamanı “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı pul məbləğindən sizə hər hansı məbləğdə pul vermişdir mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı pul məbləğindən ona hər hansı məbləğdə pul verməmiş və o da bununla bağlı olaraq Vüqardan pul istəməmişdir. Onun niyyəti Şəbnəmə kömək etmək olmuşdur. Həmçinin, Şahid2 dindirmə zamanı “Şahid1 Təqsirləndirilən şəxsla tanışlığı barədə nə deyə bilərsiz?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Şahid1 dediyinə görə Təqsirləndirilən şəxsla ortaq tanışları vardır və Vüqar çox problemli məsələni həll edə bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 onun uzaq qohumudur. 2022-ci ilin noyabr ayında Şəbnəm ona həbsdə olan atası Məhərrəm Həsənovun azadlığa çıxması ilə bağlı Təqsirləndirilən şəxs ilə söhbət etdiyini və Vüqarın Şəbnəmin atasını pul müqabilində azadlığa çıxaracağına dair söz verdiyini demişdir. Şəbnəmin dediyinə görə Vüqarla onu tanış edən tanışları Gülnaz və Cabbar adlı şəxslər olmuşlar. Uzaq qohum olmalarına baxmayaraq onların ailəsi ilə Şəbnəmgilin ailəsi arasında münasibətlər yaxşı olmuşdur. Şəbnəmin qardaşı da olmadığı üçün o qeyd edəcəyi məsələdə Şəbnəmə kömək etməyə çalışırmış. Şəbnəm Vüqara pul verən vaxtlarda bu barədə ona məlumat verirmiş və o da Şəbnəmə ehtiyatlı olmağı bildirmişdir. X47 yaxşı adam olduğunu, Vüqarı tanışları Gülnaz və Cabbar vasitəsilə tanıdığını deyərək Vüqara inandığını qeyd edirmiş. Şəbnəmin dediyinə görə Vüqara ardıcıllıqla 800 manat, 14000 manat, 11000 manat, 8000 manat və 500 manat, ümumilikdi 34300 (otuz dörd min üç yüz) manat pul vermişdir. Şəbnəm qeyd etdiyi məbləği bir neçə dəfə hissə-hissə olmaqla Vüqara vermişdir. Təxminən 2023-cü ilin mart ayında Şəbnəm ona Vüqarın Şəbnəmi aldatdığından şübhə etdiyini demişdir. O da bu işlə bağlı Vüqarla ilk öncə telefon vasitəsilə danışmış, daha sonra isə görüşmüşdür. Ümumilikdə Vüqarla telefon vasitəsilə çox danışmış, həmçinin 3 dəfə görüşmüşdür. Görüşlərin ikisində Şəbnəm və tanışı Fuad onunla birlikdə olmuşlar, lakin sonuncu dəfə isə Vüqarla o özü görüşmüşdür. Telefon danışıqları və görüşlər zamanı Vüqar ona Şəbnəmin atası Məhərrəmin amnistiya və ya əfvə düşəcəyini deyirmiş. Vüqarın dediyinə görə 2022-ci ilin dekabr ayında “Həmrəylik Günü” ilə əlaqədar Məhərrəm amnistiyaya düşəcəkmiş, lakin 2022-ci ilin dekabr ayı keçdiyi üçün növbəti bayramlarda, xüsusən də “Zəfər günü”ndə Vüqar Məhərrəmin amnistiyaya və ya əfvə düşərək azadlığa çıxacağını bildirirmiş. Vüqarın danışıqlarından yalan danışdığını onlar bir neçə dəfə aşkar etmişmişlər. Belə ki, hüquqşünaslardan öyrəndikləri qədərilə Məhərrəmin təqsirləndirildiyi maddələrə görə o əfv oluna bilməz və ya amnistiyaya düşə bilməz. O bunu Vüqara dedikdə Vüqar keçirdiyi xəstəliyi ilə bağlı Məhərrəmin azadlığa çıxa biləcəyini onlara deyirmiş. Vüqarla son danışıqlar zamanı sonuncu Şəbnəmin Vüqarın barəsində olan şikayətini geri çəkməsini istəyirmiş və hansısa evini sataraq Şəbnəmdən aldığı pulları geri qaytaracağını bildirirmiş. Son vaxtlar Vüqar mobil telefon vasitəsilə danışmaqdan, həmçinin görüşməkdən imtina edirmiş. Həmçinin, Şahid3 dindirmə zamanı “Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verərkən siz həmin hadisəyə şahid olmusunuz mu?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verməyinə şahid olmamış, lakin Şəbnəm ona Vüqara 34000 manat məbləğində pul verdiyini bir neçə dəfə demişdir. Bundan başqa, Şahid3 dindirmə zamanı “Təqsirləndirilən şəxs sizə Zərərçəkmiş şəxs4 hansı məbləğdə pul aldığını demişdir mi?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə danışıqlar zamanı sonuncu ondan Şəbnəmdən konkret olaraq hansı məbləğdə pul aldığını deməmişdir. Məbləğ barədə söhbət edərkən Vüqar Şəbnəm tərəfindən verilən məbləği demək əvəzinə “Şəbnəmin mənə verdiyi pulları” birləşməsindən istifadə edirmiş. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri ünvan 20anov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri ünvan 20anov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 01 (bir) ay 12 (on iki) gün həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 4(103)-901/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 16 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 3000 (üç min) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 16 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 3000 (üç min) manat məbləğində pul Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 18 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 2000 (iki min) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 18 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2000 (iki min) manat məbləğində pul Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 20 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 3000 (üç min) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 22 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 1000 (bir min) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 22 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4000 (dörd min) manat məbləğində pul Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 23 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 3000 (üç min) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 24 avqust 2024-cü il tarixli maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 1400 (bir min dörd yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi məqsədilə istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Mehman Ələsgərov tərəfindən tərtib olunmuş 24 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4400 (dörd min dörd yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 31 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialında quraşdırılmış elektron ödəmə aparatından 1500 (min beş yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan 523915******1012 nomrəli bank kartına, 11 avqust 2021-ci il tarixdə 524375******0172 nömrəli bank kartından 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan 523915******1012 nömrəli bank kartına, 25 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialında quraşdırılmış elektron ödəmə aparatından 1000 (min) manat pulu Təqsirləndirilən şəxs adına olan 523915******1012 nomrəli bank kartına ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs4 28 noyabr 2022-ci il tarixdə “Memar Əcəmi” stansiyasının giriş hissəsində quraşdırılmış “MilliÖN” elektron ödəmə aparatından 800 (səkkiz yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan ********42913057 nomrəli bank kartına ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs5 12 mart 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 400 (dörd yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 08 aprel 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 3502 (üç min beş yüz iki) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 15 aprel 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 12 iyul 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 1000 (min) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 11 sentyabr 2023-cü il tarixdə 416973******7035 nömrəli bank kartından 120 (yüz iyirmi) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 06 noyabr 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 950 (doqquz yüz əlli) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 07 noyabr 2023-cü il tarixdə 416973******6638 nömrəli bank kartından 350 (üç yüz əlli) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına, 30 dekabr 2023-cü il tarixdə 416973******0788 nömrəli bank kartından 300 (üç yüz) manat pulu Təqsirləndirilən şəxs adına olan 416973******4336 nömrəli bank kartına köçürmə yolu ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Elnur Vəliyev tərəfindən tərtib olunmuş 22 may 2024-cü il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən ona maaş kartı kimi təqdim olunan 01 ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid, üzərində “ZHALA PASHAYEVA”, “24 SAAT LLC” yazısı olan 540269******7210 nömrəli plastik bank kartı istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs6 07 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 300 (üç yüz) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 13 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 1400 (min dörd yüz) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 17 oktyabr 2023-cü il tarixdə 416973******2075 nömrəli bank kartından 1000 (min) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 25 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 1000 (min) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 25 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 400 (dörd yüz) manat və 100 (yüz) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 27 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 400 (dörd yüz) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına, 28 oktyabr 2023-cü il tarixdə 416973******5791 nömrəli bank kartından 300 (üç yüz) manat pulu Zərərçəkmiş şəxs5 qzının adına olan 416973******6638 nömrəli bank kartına köçürmə yolu ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 21 iyul 2022-ci il tarixdə ************0567 nömrəli bank kartından 221 (iki yüz iyirmi bir) manat pulu Təqsirləndirilən şəxs adına olan 409858******0000 nömrəli bank kartına köçürmə yolu ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs4 ilə arasında olan yazışmaların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs4 mobil telefonuna baxış zamanı Təqsirləndirilən şəxs ilə arasında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 ilə aralarında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd "xxxx" ASC-yə aid 540269******7210 nömrəli plastik bank kartı, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında aparılmış danışıqların əks olunduğu sonuncuya məxsus 01 ədəd “Honor 9X” markalı, “STK-LX1” modelli mobil telefon cihazı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, “Unibank” Kommersiya Bankı” ASC-dən daxil olmuş maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd “CD” disk maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-kompüter texniki ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 5/1077 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:
1. Təqdim edilmiş sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor 9X” markalı “STK-LX1” modelli “**********20269, **********35275” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş “Honor 9X” markalı “STK-LX1” modelli modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, video fayllar, veb səhifələrə baxış tarixçəsi, “Whatsapp”, “AzeWhatsapp” proqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar əldə olundu və həmin məlumatlar “Ekspertiza 5-1077” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kompüter texniki ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 5/1077 nömrəli rəyinə əlavə olunmuş xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Audio” adlı qovluqda iş üzrə əhəmiyyət kəsb edən “PTT-20230710- WA0010.opus_Converted” adlı səs yazısı aşkar olunmuş və həmin səs yazısı aşağıdakı məzmunda olmuşdur: - Vüqar bu gün ayın 10-dur. Sən də demişdin ki, o adamlar 10-u mənə pulu verəcək. Yəni də deyiblər ki, 10 gündən tez verə bilmərik, 10-u gəl pulu götür. Dedin ki, 10 gündən bir gün geciksə, ən ağır halı uzağı 15-i pul sizdə olacaqdır. İnşallah ki, bu gün mənim 33800 pulumu sənə verərlər, sən də verərsən bizə. Heç 15-nə də ehtiyac qalmaz. (cinayət işinin materiallarına baxdıqda qeyd olunan səs yazısının Zərərçəkmiş şəxs4 tərəfindən qeydə alındığı müəyyən edilmişdir) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-fonoskopik ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 4/1494-4/1515 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 iyul 2024-cü il tarixli, 15034 saylı müşayiət məktubu ilə daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman aşağıdakı xüsusatlar müəyyən olunmuşdur:
1. Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə “Sumqayit sh., 30-cu meh., "Xezer" Shirketi” ünvanında yəni yaşadığı evdə olmuşdur. (Qeyd: Zərərçəkmiş şəxs4n ifadəsində göstərmişdir ki, 30 noyabr 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsi 59F, mənzil 47 ünvanında yerləşən mənzildə sonuncuya 14000 manat məbləğində pul vermişdir)
2. Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə “Heyder Eliyev pr-ti 2,"Excelsior" Hotelin” ünvanında olmuşdur. (Qeyd: Zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində sonuncuya 800 manat məbləğində pul vermişdir)
3. Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə “Baki s Nerimanov r-nu E.Elizade kuc-si 24” ünvanında, yəni zərərçəkmiş şəxsin qeyd etdiyi ünvanın yaxınlığında olmuşdur. (Qeyd: Zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Dostluq MTK”a aid yaşayış binasının həyətyanı sahəsində sonuncuya Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dollar məbləğində pul vermişdir)
4. Şahid2 30 noyabr 2022-ci il tarixdə “Sumqayit sh., 30-cu meh., "Xezer" Shirketi” ünvanında yəni Təqsirləndirilən şəxs yaşadığı evdə olmuşdur. (Qeyd: Zərərçəkmiş şəxs4n ifadəsində göstərmişdir ki, 30 noyabr 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsi 59F, mənzil 47 ünvanında yerləşən mənzildə sonuncuya 14000 manat məbləğində pul verən zaman Şahid2 orada olmuşdur)
5. Təqsirləndirilən şəxs 2022-ci ildə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə, Zərərçəkmiş şəxs4 istifadə etdiyi ***- ***-**-** mobil telefon nömrəsi ilə və Zərərçəkmiş şəxs5 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlayaraq danışmışdır.
6. Təqsirləndirilən şəxs 2023-cü ildə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə, Zərərçəkmiş şəxs4 istifadə etdiyi ***- ***-**-** mobil telefon nömrəsi ilə, Zərərçəkmiş şəxs5 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi və Zərərçəkmiş şəxs6 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlayaraq danışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 iyul 2024-cü il tarixli, BKC/LGL-10279/24 saylı müşayiət məktubu ilə daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid1 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi olan Təqsirləndirilən şəxs və ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi olan Şahid2 ilə müxtəlif vaxtlarda mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Bank VTB” X29 Cəmiyyətindən 23 avqust 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş çıxarışlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Baxış zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsində 19 oktyabr 2022-ci il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmış, təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir, hüquqi ünvanı AZ0010, ünvan 19ının miqdarı 10 manatdır, qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur, təsisçi 1 nəfərdir, nizamnamə kapitalında digər şəxsin payı yoxdur, cəmiyyətin icra orqanının forması təkbaşınadır, cəmiyyətin fəaliyyət sahəsi poçt və ya internet ilə sifariş vasitəsilə alınan bütün malların pərakəndə satışı, reklamların yaradılması və afişa sütunlarında, reklam lövhələrində, afişa və elan çərçivələrində, vitrinlərdə, nümayiş zallarında, avtomobillərdə və avtobuslarda yerləşdirilməsi, məlumatların yerləşdirilməsi və işlənməsi üçün lazımi texniki şərait təmin edən fəaliyyət və sair oxşar fəaliyyət, o cümlədən veb saytların yerləşdirilməsi, asan axtarış təmin edən internet şəbəkəsində müəyyən formatda saxlanılan axtarış saytlarının istifadə edilməsi, müştərilərin hesablama sistemlərinin istismarının təminatı və bununla əlaqədar köməkçi texniki fəaliyyət, kinofilmlərin istehsal, bələdçilərin və müşayiətçilərin fəaliyyəti, turist reklam fəaliyyəti, yer və reklamlar üçün vaxtın satılması yolu ilə kütləvi informasiya vasitələrində reklamların verilməsi, reklam üçün yerin verilməsindən ibarətdir. Bundan başqa, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixli, 1 nömrəli əmr ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsini öz üzərinə götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş “Unibank” Kommersiya Bankı” X29 Cəmiyyətindən 16 oktyabr 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD diskə və çıxarışlara baxış keçirilən zaman aşağıdakı xüsusatlar müəyyən olunmuşdur: - 409858******0000 və 524375******3057 nömrəli bank kartlarının Təqsirləndirilən şəxs məxsus olması, qeyd olunan bank kartlarının müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə açılması, eləcə də Təqsirləndirilən şəxs doğum tarixi, şəxsiyyət vəsiqəsinin FİN kodu, ona məxsus mobil telefon nömrəsi də eynilik təşkil etməsi - 21 iyul 2022-ci il tarixdə 221 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 409858******0000 nömrəli bank kartına mədaxil edilməsi (əsas: zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsi) - 28 noyabr 2022-ci il tarixdə 797 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 524375******3057 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs4 ifadəsi) Cinayət işinin materiallarına əlavə edilmiş ”Kapital bank” X29 Cəmiyyətindən 22 oktyabr 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD diskə baxış keçirilən zaman aşağıdakı xüsusatlar müəyyən olunmuşdur: - 22 iyul 2021-ci il tarixdə Şəki şəhəri ərazisindən 500 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 523915******1012 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs2 ifadəsi) - 12 avqust 2021-ci il tarixdə 500 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 523915******1012 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs2 ifadəsi) - 23 avqust 2021-ci il tarixdə Şəki şəhəri ərazisindən 3005 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 523915******1012 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs2 ifadəsi) - 25 avqust 2021-ci il tarixdə Şəki şəhəri ərazisindən 1000 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 523915******1012 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs2 ifadəsi) - 06 oktyabr 2021-ci il tarixdə Şəki şəhəri ərazisindən 200 manat məbləğində pulun Təqsirləndirilən şəxs məxsus 523915******1012 nömrəli bank kartına mədaxil edilməsi (əsas: Zərərçəkmiş şəxs2 ifadəsi) - Təqsirləndirilən şəxs özünə məxsus 523915******1012 nömrəli bank kartından onun özünə məxsus digər 409858******0000 nömrəli bank kartına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul köçürmələri edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş internet səhifəsinə və sosial şəbəkə hesablarına baxış keçirilməsi haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Facebook” sosial şəbəkəsində “Orijinal.az” səhifəsinə və “Orijinal.az” internet səhifəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı xüsusatlar müəyyən edilmişdir: - “Facebook” sosial şəbəkəsində “Orijinal.az” səhifəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin səhifədə hər hansı link yerləşdirilməmişdir. Səhifənin 10 izləyicisi vardır və səhifəni 9 nəfər bəyənmişdir. Səhifədə başlıq kimi “Orijinal.az saytının feysbuk səhifəsidir” yazısı görünür. Səhifədə əlaqə nömrəsi kimi ***-***-**-** mobil telefon nömrəsi (Qeyd: cinayət işinin materiallarından görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur) qeyd olunmuş, səhifəni idarə edən şəxs barəsində məlumatlar göstərilməmiş və səhifənin yaradılma tarixi xx.xx.2020-ci il kimi göstərilmişdir. Səhifədə sayt hazırlanması ilə bağlı bir neçə foto paylaşım görünür, lakin video və ya yazı şəklində paylaşım görünməməkdədir. - “google.com” axtarış platformasında “Orijinal.az” yazaraq axtarış edildikdə “Orijinal.az” internet səhifəsi birinci sırada önə çıxır. “Orijinal.az” internet səhifəsinə daxil olmaq istədikdə həmin səhifənin müvəqqəti işləmədiyi görsənir. Cinayət işinin materiallarına əlavə edilmiş internet səhifəsinə və sosial şəbəkə hesablarına baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “az24saat.org”, “az.m.wikipedia.org”, “emblem.az” və "xxxx" internet səhifələrinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı xüsusatlar müəyyən edilmişdir: - “az24saat.org” internet səhifəsində baxış keçirilən zaman məlum olmuşdur ki, həmin səhifədə hər hansı link yerləşdirilməmişdir. Səhifədə başlıq kimi “Bütün növ saytların yığılması” yazısı görünür. Həmçinin, səhifədə “emblem.az” internet səhifəsinin reklamı öz əksini tapır. Səhifədə əlaqə nömrəsi kimi ***-***-**-** mobil telefon nömrəsi (Qeyd: cinayət işinin materiallarından görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur) qeyd olunmuş, səhifəni baş redaktoru kimi Vüqar Qurdqanlı (Ələkbərov) və email ünvanı kimi Elektron ünvan 1 göstərilmişdir. Səhifədə müxtəlif növ xəbərlər ilə bağlı foto və video paylaşımlar görünməməkdədir. Səhifənin “Haqqımızda” bölməsində “Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org saytına istinad edin.... 24saat.org və az24saat.org saytı Mətbuat Şurası və Media Klubunun üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə sturukturları ilə həlli məsləhət görülür! Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov) +**********50” yazısı öz əksini tapmışdır. - “az24saat.org” internet səhifəsində reklamı olan “emblem.az” internet səhifəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin səhifədə hər hansı link yerləşdirilməmişdir. Səhifədə saytların yığılması və SEO xidmətlərinin göstərildiyi qeyd olunur. Saytların yığılması və SEO xidmətləri dedikdə onlayn mağaza həlləri, məhsul satışı, bütün cihazlar üçün uyğun dizaynlar, ən müasir rəqəmsal həllər, saytın axtarış sistemində yuxarı sırada olması, saytın daim işlək vəziyyətdə olması başa düşülməlidir. Səhifədə əlaqə nömrəsi kimi ***-***-**-** mobil telefon nömrəsi (Qeyd: cinayət işinin materiallarından görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur) qeyd olunmuşdur. - “google.com” axtarış platformasında “24saatorg.az” yazaraq axtarış edildikdə “az.m.wikipedia.org” internet səhifəsi görünür. “az.m.wikipedia.org” səhifəsinə daxil olduqda orada “az24saat.org – azərbaycan, ingilis, rus, türk, alman, ispan, fransız, litva, ərəb, çin, erməni, fars və portuqal daxil olmaqla 13 dildə fəaliyyət göstərən çoxdilli xəbər saytı” və “sayt Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, sosial və digər müxtəlif hadisələri işıqlandıran hərtərəfli xəbər platforması kimi tanınır. Təqsirləndirilən şəxs (Qurdqanlı) tərəfindən təsis edilən sayt müxtəlif qlobal auditoriyaya xidmət göstərmək üçün bir çox dillərdə 24 saat xəbər xidməti təqdim edir” yazıları görünür. - "xxxx" internet səhifəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin səhifədə müxtəlif növ yerli və xarici xəbərlər ilə bağlı foto və video paylaşımlar görünməməkdədir. Cinayət işinin materiallarına əlavə edilmiş internet səhifəsinə və sosial şəbəkə hesablarına baxış keçirilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, “detalshop.az” və “detalshop.info” internet səhifələrinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı xüsusatlar müəyyən edilmişdir: - “google.com” axtarış platformasında “detalshop.az” yazaraq axtarış edildi, lakin “detalshop.az” internet səhifənin mövcüd olmadığı müəyyən edildi. - “google.com” axtarış platformasında “detalshop.info” yazaraq axtarış edildi və “detalshop.info” internet səhifəsinə daxil olundu. Qeyd olunan internet səhifəsinə baxış zamanı müəyyən olundu ki, səhifənin yuxarı hissəsində “WordPress verilənlər bazası xətası” yazısı öz əksini tapır. İnternet səhifəsində bölmələrə daxil olmaq istədikdə bölmələrin aktiv olmadığı, yalnız görünüş cəhətdən pəncərənin mövcüd olduğu müəyyən edildi. Əsas səhifədə bir neçə avtomobil ehtiyat hissəsinin fotoşəkili, adı və qiyməti əks olunur. İnternet səhifəsinin ən aşağı hissəsində səhifə barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlara nəzər yetirdikdə səhifədə əlaqə telefonu kimi +**********16 mobil nömrəsi, ofisin ünvanı kimi ünvan 20anov rayonu, email kimi Elektron ünvan 2 qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 25 may 2024-cü il tarixli, 3-13-16/2-80931/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş 04 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki Rayon-Şəhər Polis Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsi ilə xitam olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 1(091)-23/2021 nömrəli hökmündən görünür ki, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 32.5, 179.2.3, 308.1, 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən daxil olmuş 30 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, məhkum X6 əfv olunması barədə müraciəti xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoruna göndərilmişdir. Məhkum M.Əhmədov cəza çəkdiyi müddətdə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrlə əlaqə saxlamış və vətəndaşlar X4, Zərərçəkmiş şəxs4, X32 və X19 ilə görüşmüşlər. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci X34 daxil olmuş 08 oktyabr 2024-cü il tarixli 317 nömrəli məktubdan görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Maarif, İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 2006-cı il məzunu Zərərçəkmiş şəxs5 2022-ci ildə (167-T, xx.xx.2022) 1 nömrəli Bakı Tibb Kollecinin “Tibb bacısı (qardaşı) işi” şöbəsinə əlavə təhsil almaq üçün qəbul olunmuşdur. Lakin, 2023/2024-cü tədris ilinin yaz semestrindən dərslərə davam etməmişdir. Xəbərdarlıq edilməsinən baxmayaraq 2024/2025-ci tədris ilinin əvvəlindən hal-hazıra kimi dərslərə davam etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyevin 11 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Elvin Bəşirovun 28 iyul 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və həmin qərarda materialın Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilib araşdırma aparılmasının davam etdirilməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X34 daxil olmuş 18 oktyabr 2024-cü il tarixli, 12875 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin İdarəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli 3-13-44/2-15110 nömrəli məktubdan görünür ki, əməliyyat tapşırığı ilə bağlı həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində “Ruslan Maqomayev” və “Tərlan” adlı şəxslərin şəxsiyyəti, anket məlumatları, həmin şəxslərin istifadəsində olan mobil telefon nömrələrinin müəyyən edilməsi və onların istintaqa gəlməsinin təmin edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Məhərəm qızının, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ərizələrindən görünür ki, onlara vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan 01 (bir) ədəd yaddaş qurğusuna məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki: - Təqsirləndirilən şəxs: 14000+10000+4000+3400+1000 - Təqsirləndirilən şəxs: Salam Şəbnəm xanım, Şəbnəm xanım sizin atanız 1-ci amnistiya da Allah qoysa, amnistiyaya düşüb çölə çıxacaq. Ama dostları nə deyib qonşular nə deyib, nolar bu şeyləri eləməyin də, xahiş eləyirəm. Yəni düz deməyiblər. Onu deyim sizə. - Təqsirləndirilən şəxs: 4098 5844 6068 0000 - Təqsirləndirilən şəxs:: Leo Cinayət işinin materiallarında olan digər yaddaş qurğusuna məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki: - Zərərçəkmiş şəxs4: Salam, bu ne meseledir, 13 min 800, siz ne etmek isteyirsiniz, 33 min 800, birde sizin 650, Vuqara verdiyim 500, 13 min 800 ne oyundur, men hele polise muraciet etmisem, inanin o pullar o yana alemi qataram, Allahdan qorxmursuz siz. - Təqsirləndirilən şəxs (səsli mesaj): Salam Şəbnəm xanım, mən bu tonu başa düşmədim, nə dediklərinizi başa düşmədim, zəng vururam da telefona cavab vermirsiz, açın telefonu danışaq necə istəyirsiz elə edək, mən sizə yüz dəfə bu söhbəti demişəm, amma bir danışaq görək nədən danışırsız, deyirəm rayondayam siz deyirsiz axşama doğru burda olun, mən belə pis çıxmasın mən sizin uşağınız deyiləm ki istədiyiniz vaxt orda olum, mən sizin işinizi siznən başladım, dedim ilk amnistiyada çıxacaq, sizdə buna razılıq verdiz, sonra siz özünüz kimdənsə maraqlandınız ki, amnistiya ayın 15-i olacaq, mən isə dedim ayın 15-i olmayacaq indi deyirsiz mötəbər adamlar deyib, indi görürsüz ki mən deyən olur, açın telefonu danışaq nə olur olsun siz nə deyirsiz elə olacaq, amma danışaq görək nədir məsələ. - Təqsirləndirilən şəxs (səsli mesaj): Salam Şəbnəm xanım, Şəbnəm xanım sənin başına dönüm, dünən də biz söz danışdıq, indi yenə Miri də Gülnaz xanım da, dünəndən biraz da olsa sakitləşmişdilər, oturublar ömrümə, bax bu dəqiqə Gülnaz xanımla telefonla danışdım, deyir mən Şəbnəm xanıma demişəm ki, dünən Vüqar müəllim sizlə zəng vurub danışıb bu günə qədər vaxt alıb ki pulu yollayacaq sizdə demisiz ki yox Vüqar mənə nə zəng vurmayıb nədə danışmayıb, axı mən sizinlə də danışdım, Nurlan bəylə də danışdım, biz razılaşdıq, niyə Gülnaz xanıma deyirsiz ki, Vüqar mənə zəng vurmayıb, Vüqara neçə dəfə zəng vurmuşam, Vüqar telefonlarıma cavab verməyib, siz axı məni yığmamısız, siz yox kim olur olsun məni yığanda mən telefona cavab verirəm axı, belə eləməklə nə qazanırsız ki Şəbnəm xanım, sizdən dünən xahiş etdim ki, axı bugün 4-5-ə qədər 10000 yolluyuram, yerdə qalanı da həftənin sonuna qədər yolluyacam, bunu danışdıq, indi Gülnaz xanımı da Mirini də mənim üstümə salmayın, mənə gün verib işiq vermirlər, Allah haqqı işləyə bilmirəm, axı bu xahişi də sizdən şəxsən mən özüm elədim danışa danışa elədim, düzdü yoxsa yox, bax indi zəng vururlar qoymurlar mən işimi görüm, Allah haqqı işimi görə bilmirəm. Cinayət işinin materiallarında olan digər yaddaş qurğusuna məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki: - Təqsirləndirilən şəxs - Jalə xanım mənim tərəfdə bir sıxıntı yoxdur, yəni belə deyimdə qazancım var, amma hal-hazırda yolladığınız pullardan lap axırda onlarla haqq hesablaşacam, bunu bugün eliyin ki, onların yanında mən yalançı çıxsam, imtahan vaxtı onlarda bizim başımıza oyun aça bilər, ona görə biz düz olaq ki, bizə qarşı da düzgün olsunlar, yollayıram kartı indi sizə. - Təqsirləndirilən şəxs - elə bu dəyqə yoldaş getdi mən özüm elə oturmuşam burda, heç bir sıxıntı yoxdu, ən maksimum 2-ci gün Yeganə xanıma zəng gələcək 4-cü gün də dəvət olunacaq idarəyə, başqa heç bir sıxıntı olmuyacaq nə də bu mövzuya bir də qayıtmıyacağıq. - Zərərçəkmiş şəxs6 - deyirsiz mənə ki, mən sizə nə qədər verməliyəm, siz bilmirsiz ki, iş üçün mənnən 6500 götürmüsüz? - Təqsirləndirilən şəxs- mən götürməmişəm, mən ona görə soruşuram sizdən, siz pul verməmisiniz ki? - Zərərçəkmiş şəxs6 - necə? Jalə sizə 6500 vermiyib uşağın işi üçün? - Təqsirləndirilən şəxs - verib, siznən arasındakı söhbətə görə soruşurdumda Cinayət işinin materiallarında olan digər yaddaş qurğusuna məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki: - Təqsirləndirilən şəxs: 4098 5844 6068 0000 - Təqsirləndirilən şəxs: Leobank - Təqsirləndirilən şəxs: Sizə kod gəlməlidir, onu mənə yazın - Təqsirləndirilən şəxs: Dövlət qulluğunun yardımçı vəzifələrində qulluq keçən ali və ya orta ixtisas təhsili olmayan dövlət qulluqçuları əmək kitabçasının surətləri ilə yanaşı tam orta təhsil haqqında sənədin (Attestatın) surətini də yükləməlidirlər. - Zərərçəkmiş şəxs5: Axşamınız xeyr, gecəniz xeyr olsun Vüqar Bəy. Yığdım sizi başa düşdüm ki, internetiniz yoxdur. Yəqin ki, internet açılanda səsimə qulaq asarsınız. Sabah saat 12-yə qədər, zatən bizim sabaha kimi vaxtımız var idi də. Sabah kimi vaxt almışdınız. Mən sizə ya 2000 pul göndərəcəm İnşallah, ya da ki, polnostyu işə düzəlmə pulunu verəcəm. Bank işini də bu işə düzəlmə işimiz düzələndən sonra əlimizdə pulu verərəm sizə ki, şirkət işini həll eliyin nə vaxt oldu. Bir dənə sabah saat 12, 1-ə qədər mən sizə ya 2000-ni atacam kartınıza, ya da o işi deyəcəm sizə ki, həftənin altıncı günü yeddinci günü mən sizə işin pulunu verirəm. - Təqsirləndirilən şəxs: Jalə xanım, mən tərəfdən bir sıxıntı yoxdur. Yəni, mənim burdan belə deyim də, qazancım var amma haz-hazırda yolladığınız pullardan deyil də, lap axırda onu onlarla haqq hesablaşacam. Amma bunu xahiş edirəm bunu bu günləri eləyin ki, onların yanında mən yalançı çıxsam Vallah imtahan vaxtı da bunlar bizim başımıza oyun aça bilərlər. Ona görə də biz düz olaq ki, bizə qarşı da düz olsunlar. Yolluyuram indi kart sizə. - XXX Zərərçəkmiş şəxs3: Vüqar bəy sabah görüşəndə tam ətraflı danışarıq bunları. Ümumi olaraq 20000 dollara yaxın sizə pul verilib də bu işə. Sizdən xahiş edirəm ki, detalnı yazarsız, gətirərsiz, baxarıq bir yerdə görək ki, problem olmasın. Çünki mən adamlarla oturmuşam deyirəm onu verəcəm deyir ki, qardaş o hanı. Deyirəm bunu verəcəm, deyir bu hanı. Deyirəm gəl sənə detalşopun üzərindən göstərim deyir ne oldu. Mən gülünc vəziyyətdə qaldım, nə dedim dedilər o hanı. Və sizə də sualı verirəm ki, o hardadı bu hardadı deyirsiz bilmirəm, eliyə bilmirəm. Deyir ay qardaş o sənin testinə APİ tullayıb ora, yola veriblər də səni. Deyir birincisi. Məni dostum qayıdıb deyir ki, sən iki ildir bu işi işləyirsən özüdə mənə deyirsən ki, xaricə çıxacam bununla, deyir sən bununla xarice çıxacaqsan?! Deyir ayıbdı ye, özünü yalandan yorma. İnanın mən bilirsiz nə vəziyyətdə idim. 15-20 dəqiqə belə bu işdən danışdıq 15-20 dəqiqədə mən həyatımda tərləmədiyim qədər tərləmişəm. Belə şey olmaz axı. Mənə bir dənə ətraflı məlumat verərsiz görüm nə hardadı, niyədi. O bazalar hardadı. 8 dənə şey deyirsiz 6 dənə deyirsiz çıkir ordan-burdan. Xahiş edirəm sabah kompüteri götürəndə gəlin bir-bir göstərin ki, a bax qardaş mən ona da onun proqramistinə də nömrəsin götürdüm bugün. Zəng eləyəcəm ona. Dedim a qardaş suallarını sabah mənə verərsən mən də sənə oturaram proqramistin yanında mən bilmirəm. Bir-bir sənə cavablayacam sullarını. Xahiş sabaha onu hazırlıqlı olaq ki, bütün sualları cavablaya bilək.
- Təqsirləndirilən şəxs: **********913057 - Təqsirləndirilən şəxs: Uni - Təqsirləndirilən şəxs: 12/29 - Şəbnəm Əhmədova: Bu deq geyinib dushub atıram
- Təqsirləndirilən şəxs: 4098 5844 6068 0000 - Təqsirləndirilən şəxs: Leo
- Şəbnəm Əhmədova: 33min 800+500
- Təqsirləndirilən şəxs: 14000+10000+4000+3400+1000 - Təqsirləndirilən şəxs: Qaqa sənə qurban olum, sənin qadan alım vallah mən o aldıqlarımı nə yazmamışam nə bir şey. Bax 14000 gətirdi evdə verdi, 12000-nin verdim sənə qaldı 12000. Sonra sən özün zəng vurdun ki, get 10000 götür. Düzdü? Yadındadır mı? Getdim 10000 də götürdüm. Ondan sonra bir dəfə pul verib o pul mənim yadımda deyil nə qədər verdi. Dalıyca 3400 nağdı verdi, 1000 manat karta yolladı. Ümumilikdə mənim aparıb adamlarla haqq-hesab eliyəndə, bundan da alanda bilirəm ki, bundan mən, ümumi mənə verdiyi səninki ilə bir yerdə 32400 manat mənə pul verib. Yəni bu başqa şey deyə bilməz e. Yəni biz bu 32400-ün davasın etməliyik yəni yerdə qalanın o nə deyir nə demir o özü biləre. Oraların mənə söhbəti yoxdu. O da haqq-hesabın qarışdırır. Halhazırda çatışmayan məbləğ bu deyir 600 manatın düzəldə bilmirəm. Bi də səndə olan 2000-dir. Bu olası olsa sabah alıb ərizəsin verirəm. Mənim də canım qurtarır, sənin də canın qurtarır, hamının da canı qurtarır. Bundan ötrü daha niyə bu boyda yəni o onu verdi bu bunu verdi Allaha and olsun pulu alıb aparıb verirəm deyə heç nə yadımda dölü ya bir şey cibimə girmir ki, yadımda saxlayım ki, nə qədər almışam ondan o pulu. - Şəbnəm Əhmədova: Vüqar sən mənə dedin ki, mən 10000 manat pul tapa bilirəm birinci gün pul sizdədir. Hə?! 10000 manat mənim nəyimə lazımdır? Sonra dedin ki, ev keçirdirəm adına nə bilim filan şey edirəm. Mənə ev, mev lazım deyil. Mənim 35000 pulumu gətirin verin. Xalq bizi cırır. Borc yiyələri bizi cırır. Mənə az hoqqa ver. Uje heç nə. Uje məndən bu qədər. Birinci gün demirdin? Dedin 15-i pulu verməsəm balam ölsün. O körpə uşağını az öldüre, ayıbdı, özdə qız uşağı. O körpə yazıqdı, onun nə günahı var? Sən dəqiqədə uşağın ölmüşün qoymusan qabağa. Sən bilirsən ki, övlad itkisi nə deməkdir? Hə? Sən bilirsən necə yanarsan? Özünü öldürərsəne. Ayıbdıe. Adam belə hərəkət eliyər. Körpə qız uşağının ölmüşünə sən nə qədər and içirsən. Sən mənə neçə vaxtdır deyirsən ki, 15-i pul səndə olmasa mən kişi deyiləm. Balam belə ölsün. Heç mənim dilim dönmüre o sözü deməyə sənin balan üçün. Çünki o qız uşağıdır. Mən də iki qız balası böyüdürəm. Qurana and olsun gəlsin hamı, hamı kefində, hamı nə toyundan qalır, nə gəzməyindən qalır, nə bilim nə nəyindən qalır. Hamı öz kefində. Gəlsin mənlik uje getdi. Mən olarda özümə dedim ki, şəhid elədim ki, 15-i pul bizdə olacaq bəs belə helə and içib uşağının ölmüşünə. Daha mən istəsəm belə daha heç nə eləyə bilmərəm. Gedin onlara harda necə variantla cavab verirsiz verin. Mən uje öldüm. Mənim başım ağappağe mənim bu 1 ayın içində mən ömrümdən ömür gedibe. Mən işimdən də olmuşam, hər şeyimdən də olmuşam. Mən paltarlarımı, əynimin paltarını satıb uşağıma çörək alıram. Bax elənçiyinə vəziyyətdəyəm. Allah bəlaya gətirəcəye məni bu günlərə qoyanları. Allah haqqı gətirəcək. Mən qız uşağı qız halımla atam orada ölməsin deyə bu zülümləri çəkdim ki, atam orada ölməsin. Mən getdim ordan-burdan diləndim dil açmadığım adamlara dil açdım neynədim gətirdim verdim. Hə? Lijbi atamn orada ölməsin. Mən özümə bağışlaya bilmərəm ki, atam günahsız yerə orada o zülümləri çəkir. Bunu Allah götürməyəcək. Mən nə vəzifəyə getmək üçün pul tapıb verməmişəm sənə, nə nə bilim iş qurmaq üçün, nə nə bilim maşennikliy, o bank işi nə bilim nə. Mən o işlər yoxe. Mənim atam orada ölməsin deyə. Bunu bilirsən nə yer götürəcək, nə göy götürəcək, heç yer götürməyəcək. Məndən də bu qədər. Bax mən o hörmətim də var idi, nə də var idi. Çörək gözümü tuturdu. Heç qardaş qardaşa bu qədər keçmir. Daha balanın ölmüşünə belə and içdin dedin mən kişi olmaram 15-i o pul kimi səndə olmasa. Bundan da keçdi. Daha iş məndən keçdi. Axşama kimi o 35000 pul məndə oldu oldu, olmadı mən uje keçdim. Bu birinci gün də dedim o bazar gününə düşür. Bazar günü alınmır. Birinci gün iş günü eləyəcəyik. Daha ondan o yanası yoxdu qardaş. Eşitdin? Qurban olum sənə. Eşitdin. Mən də öldüm, mənim atam da məndən imtina elədi. Bütün nəslim, məslim məndən imtina elədi. Mən qalmışam ortada, yiyəsiz, iki körpə uşağımla, özüm də ağzım burnum bir dəfə əyilib. Bir dəfə ölmüşəm, bir dəfə insult keçirmişəm. Bu dəfə ölsəm daha mənim iki balam da yetim qalır. Eşitdin? Allah sizin bəlanızı versin. Bildiz? Allah məni sənə calayanların da bəlasını versin. Məni bu duruma salanların da bəlasını versin. O Allaha sığınmışam. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, həmçinin yaddaş qurğularında və CD disklərdə olan məlumatlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş birinci epizod üzrə ittihamla əlaqədar cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməli və o, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməli, üçüncü epizod üzrə ittihamla əlaqədar cinayət tərkibi olmadığından, əməl mülki-hüquqi xarakter daşıdığından həmin epizod üzrə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bu mənada, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə tamah niyyəti, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya insanları müxtəlif işlərlə təmin etməklə bağlı geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib arvadı X5 Şəki şəhərində yerləşən tam orta məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə qohumu, onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 vasitəsilə 18 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən keçmiş Azərbaycan Beynəlxalq Universitetin inzibati binasının yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 məxsus 4500 manat pulu nağd şəkildə və 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə 500 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına elektron formada köçürüb ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 5000 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi CM-in 178.1-ci maddəsi əhatə olunduğundan və həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Göründüyü kimi hazırkı epizod üzrə hadisə 18 iyul 2021-ci il tarixdən başlamaqla 2021-ci ilin avqust ayında yekunlaşmış, bununla da cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, həmin epizod üzrə dəymiş ziyan da ödənilmişdir. Hətta, cinayət işinin icraatının dayandırılması və təzələnməsi ilə əlaqədar hesablanmış müddətlər nəzərə alınsa belə, həmin müddət iki illik müddətin ötürülməsinə mane ola bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırmaqla, həmçinin müdafiə tərəfinin razılığını, habelə təqsirləndirilən şəxsin özünü cinayət əməli üzrə həmin epizod təqsirli bilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın 1-ci epizodu üzrə cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməli və o, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs ona elan edilmiş 3-cü epizod üzrə əməldə təqsirsiz olması nəticəsinə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs 3-cü epizod üzrə, yəni onun özünü veb saytların hazırlanması üzrə mütəxəssis kimi təqdim edib XXX Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etməklə guya sonuncunun yüksək gəlir əldə etməsi məqsədi ilə avtomobillərin ehtiyat hissələrinin satışı ilə bağlı elanların elektron qaydada yerləşdirilməsi nəzərdə tutulan veb-saytı hazırlamağa dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6456,6 manat təşkil edən 3798 ABŞ dolları, 13 may 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 1500 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında 2022-ci ilin iyun ayının əvvəllərində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 8670 manat təşkil edən 5100 ABŞ dolları və 10 iyun 2022-ci il tarixdə nağd şəkildə 5149 manat, 15 iyun 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan “”Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******0000 nömrəli bank kartına elektron formada köçürülmüş Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 204 manat təşkil edən 120 ABŞ dolları, 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 800 manat, 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Dostluq MTK”-ya aid yaşayış binasının həyətyanı sahəsində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları, 21 iyul 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 221 manat, 13 avqust 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 350 manat, 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən 212 nömrəli tam orta məktəbin yaxınlığında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******9178 nömrəli bank kartına köçürülmüş 340 manat, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 27 avqust 2022-ci il tarixdə tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 200 manat, 05 sentyabr 2022-ci il tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 150 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 931,94 manat təşkil edən 574 avro, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 409858******0000 nömrəli bank kartına 20 oktyabr 2022-ci il tarixdə köçürülmüş 500 manat, 29 oktyabr 2022-ci il tarixdə köçürülmüş 20 manat, 29 yanvar 2023-cü il tarixdə köçürülmüş 300 manat, 30 mart 2023-cü il tarixdə köçürülmüş 200 manat və 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 535,50 manat təşkil edən 315 ABŞ dolları olmaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 40978 manat 04 qəpik pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 40978 (qırx min doqquz yüz yetmiş səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə epizodu üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Qeyd edilən epizod üzrə ittihamın sübutları yalnız zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsindən ibarət olmuşdur. Belə ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs pulu avtomobillərin ehtiyat hissələrinin satışı ilə bağlı elanların elektron qaydada yerləşdirilməsi nəzərdə tutulan veb-saytı hazırlanması məqsədi ilə verdiyini bildirmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs veb saytların hazırlanması ilə məşğuldur. O, öz “Facebook” sosial şəbəkəsindəki profilində veb saytların yığılması barədə elan qoymuşdur. Təxminən 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə ona zəng edərək özünü “Azərenerji ASC”nin baş hüquqşünasi kimi təqdim etmiş və sayt yığdırmaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs3 geniş funksiyalara malik sayt istədiyini görüb sonuncuyla görüşüb bu barədə danışmaq qərarına gəlmişdir. İlk dəfə Zərərçəkmiş şəxs3la Bakı şəhəri, ünvan 20anov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Muzey” çay evində görüşmüşlər. Söhbət zamanı Zərərçəkmiş şəxs3 ondan avtomobil ehtiyat hissələrinin satışını həyata keçirəcək saytın yığılmasını xahiş etmişdir. Həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs bildirmişlər ki, aralarında xidmətlərin göstərilməsinə dair müvafiq müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən razılaşdırılmış texniki tapşırıq əsasında Zərərçəkmiş şəxs3 ona yığılmalı olan saytın elektron prototipini təqdim etmişdir. Həmin prototipə əsasən görüntünü və tələb olunan veb sayt təyin olunmuş vaxt ərzində təhvil verilmişdir. İşin gedişatında ortaya çıxan digər məsələrlə Zərərçəkmiş şəxs3 özü məşğul olmalı, yəni avtomobil ehtiyat hissələri dükanlarından ehtiyat hissələrinn məlumat bazalarını “Excel” variantında təqsirləndiirlən şəxsə təqdim etməli, o da öz növbəsində həmin detalları saytın bazasına yükləməliymiş. Sövdələşmələrindən hətta bir il sonra Zərərçəkmiş şəxs3 bir mağazadan belə öhdəsinə düşən ehtiyat hissələri bazasını təmin edə bilməmişdir. Bu hal iş materiallarında olan sms-lərlə də təsdiq olunur. Nəticədə onlar bu dəfə aralarında olan şifahi razılaşma ilə saytın texniki göstəricilərini və təyinatını dəyişmək ilə bağlı razılığa gəlmişlər. Bu müddət ərzində Zərərçəkmiş şəxs3la aralarında münasibət formalaşdığına görə sonuncuyla yeni dizaynda sayt hazır olduqdan sonra ödənişi razılaşa biləcəklərini danışmışlar. Bu əsas ittihamda göstərilməmişdir. İş əsnasında Zərərçəkmiş şəxs3 ona ümumilikdə 12000 azn məbləğə yaxın pul ödəmişdir. Bu pulların əksəriyyəti ABŞ dolları şəkilində nağd olaraq verilmişdir. Dəfələrlə Zərərçəkmiş şəxs3 bu pulları onun hesabına və yaxud bank kartına yollamağını tələb etməyinə baxmayaraq sonuncu onda yalnız dollar olduğunu, manata konvertasiya edib yollaya bilməyəcəyini deyərək pulların əksər hissəsini ona nağd şəkildə vermişdir. Bu barədə bütün sübutlar Zərərçəkmiş şəxs3la “Whatsapp” ani mesajlaşma mübadilə sistemində danışıqları zamanı əksini tapıb, hətta bir dəfə Zərərçəkmiş şəxs3 ona 20000 manata yaxın pul verdiyini iddia etdiyi səs yazısını yollamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs3 cavab olaraq ciddi narazılığını bildirmiş və bu iddiasını sübut etməli olduğunu qeyd etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs3 ilə aralarında mübahisə veb-saytı hazırlanması ilə bağlı olmuş və mülki xarakter daşıyır. Bundan başqa həm də məhkəmədə müəyyən edilmişdir ki, həmin epizod üzrə ittihamda qeyd olunan 409858******9178 nömrəli kart nömrəsi Zərərçəkmiş şəxs3 özünə məxsusdur, bunu məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 özü də təsdiq etmişdir. Qeyd edilən səbəblərdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə bu epizod üzrə ittiham olunduğu əməl mülki xarakterlidir və Azərbaycan Respublikasının mulki qanunvericiliyinə əsasən həll edilməlidir. Belə ki, digər şəxsə məxsus əmlak və ya əmlak hüquqları o halda dələduzluq kimi qiymətləndirilməlidir ki, təqsirləndirilən şəxsin niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olsun. İşin halları göstərir ki, Təqsirləndirilən şəxs belə niyyəti olmamışdır. Onun niyyəti Zərərçəkmiş şəxs3 ilə bağlanmış mülki müqavilə münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirmək olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli " “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Beləliklə məhkəmə yuxarıda təsvir olunan halları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu 3-cü epizod üzrə əməlinin mülki xarakterli olmaqla cinayət tərkibi yaratmaması səbəbindən ona həmin epizod üzrə bəraət verilməlidir. Bununla belə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, yaddaş qurğuları və CD disklərdə olan məlumatlarla, həmçinin digər iş materialları ilə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs 2, 4, 5, 6 və 7-ci epizodlar üzrə təqsirli olması, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və həmin epizodlar üzrə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində xx.xx.2017-ci il təvəllüdlü 1 azyaşlı övladının olmasını, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 16 yanvar 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixdən 02 (iki) ay 26 (iyirmi altı) gün, 13 avqust 2024-cü il tarixdən hökmün çıxarıldığı 17 mart 2025ci il tarixədək 07 (yeddi) ay 04 (dörd) gün həbsdə və ev dustaqlığında saxlanıldığı ümümilikdə 10 (on) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs4 ilə arasında olan yazışmaların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs4 mobil telefonuna baxış zamanı Təqsirləndirilən şəxs ilə arasında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 ilə aralarında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd "xxxx" ASC-yə aid 540269******7210 nömrəli plastik bank kartı, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında aparılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, “Unibank” Kommersiya Bankı” ASC-dən daxil olmuş maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd “CD” disk maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor 9X” markalı, “STK-LX1” modelli mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – cəmi 250 (iyi yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs verilmiş ittihamın 1-ci epizodu üzrə, yəni tamah niyyəti, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya insanları müxtəlif işlərlə təmin etməklə bağlı geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib arvadı X5 Şəki şəhərində yerləşən tam orta məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə qohumu, onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 vasitəsilə 18 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən keçmiş Azərbaycan Beynəlxalq Universitetin inzibati binasının yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 məxsus 4500 manat pulu nağd şəkildə və 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə 500 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan bank kartı hesabına elektron formada köçürüb ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 5000 manat pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilsin və o, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamın 3-cü epizodu üzrə, yəni özünü veb saytların hazırlanması üzrə mütəxəssis kimi təqdim edib XXX Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etməklə guya sonuncunun yüksək gəlir əldə etməsi məqsədi ilə avtomobillərin ehtiyat hissələrinin satışı ilə bağlı elanların elektron qaydada yerləşdirilməsi nəzərdə tutulan veb-saytı hazırlamağa dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6456,6 manat təşkil edən 3798 ABŞ dolları, 13 may 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 1500 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında 2022-ci ilin iyun ayının əvvəllərində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 8670 manat təşkil edən 5100 ABŞ dolları və 10 iyun 2022-ci il tarixdə nağd şəkildə 5149 manat, 15 iyun 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs adına olan “”Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******0000 nömrəli bank kartına elektron formada köçürülmüş Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 204 manat təşkil edən 120 ABŞ dolları, 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, X50 küçəsi 226 ünvanında yerləşən “Muzey” çay evində nağd şəkildə 800 manat, 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Dostluq MTK”-ya aid yaşayış binasının həyətyanı sahəsində nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları, 21 iyul 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 221 manat, 13 avqust 2022-ci il tarixdə XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə həmin bank kartına köçürülmüş 350 manat, 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsində yerləşən 212 nömrəli tam orta məktəbin yaxınlığında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə aid 409858******9178 nömrəli bank kartına köçürülmüş 340 manat, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 27 avqust 2022-ci il tarixdə tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 200 manat, 05 sentyabr 2022-ci il tarixdə 409858******9178 nömrəli bank kartına köçürülmüş 150 manat, Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 931,94 manat təşkil edən 574 avro, XXX Zərərçəkmiş şəxs3 Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi 28A, mənzil 248 ünvanında olarkən istifadəsində olan telefonundakı mobil tətbiqdən istifadə etməklə 409858******0000 nömrəli bank kartına 20 oktyabr 2022-ci il tarixdə köçürülmüş 500 manat, 29 oktyabr 2022-ci il tarixdə köçürülmüş 20 manat, 29 yanvar 2023-cü il tarixdə köçürülmüş 300 manat, 30 mart 2023-cü il tarixdə köçürülmüş 200 manat və 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 20anov rayonu, Faiq Yusifov küçəsi, 28A nömrəli binanın qarşısında nağd şəkildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 535,50 manat təşkil edən 315 ABŞ dolları olmaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 40978 manat 04 qəpik pul vəsaitlərini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 40978 (qırx min doqquz yüz yetmiş səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə digər epizodlar üzrə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixdən 02 (iki) ay 26 (iyirmi altı) gün, 13 avqust 2024-cü il tarixdən hökmün çıxarıldığı 17 mart 2025-ci il tarixədək 07 (yeddi) ay 04 (dörd) gün həbsdə və ev dustaqlığında saxlanıldığı ümümilikdə 10 (on) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs4 ilə arasında olan yazışmaların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs4 mobil telefonuna baxış zamanı Təqsirləndirilən şəxs ilə arasında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 ilə aralarında olan səs yazılarının əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd yaddaş qurğusu, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd "xxxx" ASC-yə aid 540269******7210 nömrəli plastik bank kartı, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında aparılmış danışıqların əks olunduğu sonuncuya məxsus 01 ədəd “Honor 9X” markalı, “STK-LX1” modelli mobil telefon cihazı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısı, SMS mətnləri və əhatə dairəsinə dair məlumatların əks olunduğu informasiya daşıyıcısı olan bir ədəd disk, “Unibank” Kommersiya Bankı” ASC-dən daxil olmuş maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd “CD” disk maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatların əks olunduğu informasiya daşıyıcısı olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Digər maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor 9X” markalı, “STK-LX1” modelli mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 250 (iyi yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva