Məhkəmə qərarları › İş №1(005)-10/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-10/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-10/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” yaşayış massivi, yeni tikilidə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «xxxxxxxxxxxx» MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 32/7 ünvanda yerləşən mağazasından xx xxxxxx 2017-ci il tarixdə 15.000 manat, xx xxxxxx 2017-ci il tarixdə isə 2.370 manat dəyərində alçipan və onun aksessuarlarını nisyə satmaq adı ilə və 700 manat nəğd şəkildə pul götürərək bir ay müddətində borcunu tam şəkildə ödəyəcəyini vəd etməklə mağazanın satıcısı Seymur Musayevi aldadaraq özünə inandırmış və vədinə əməl elməyərək vahid niyyətlə, ümumilikdə 18.070 manat dəyərində alçipan və onun aksessuarlarını ələ keçirməklə «xxxxxxxxxxxx» MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxx 2017ci il tarixdə saat 17 radələrində tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1969-cu məhəllədə yerləşən DİN-nin Hospitalının qarşısında Zərərçəkmiş şəxs1 aldadaraq, hər biri 60 manat olan 08 ədəd Çin istehsallı «Hikvision» markalı və hər biri 60 manat olan 04 ədəd «Hivatch» markalı videokameranı, bir ədəd 22 manat dəyərində 5 amper ötürücülü adaptoru, bir ədəd 62 manat dəyərində 15 amper ötürücülü adaptoru, bir ədəd 289 manat dəyərində «Hikvision DS-7204» markalı və bir ədəd 323 manat dəyərində «Hikvision DS-7208» markalı Turbo HD DVR-i və hər biri 127 manat olan 254 manat dəyərində iki ədəd «Hard diski», ümumi dəyəri 35 manat olan 12 ədəd kabel başlıqları və 170 manat dəyərində bir top 250 metr internet kabelini ələ keçirərək pulunu gətirmək adı ilə çıxıb getmiş və bununla Zərərçəkmiş şəxs1 cəmi 1.870 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxx 2018-ci il tarixdə saat 19 radələıində tanışı Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 4 ünvanda yerləşən 5 saylı xəstəxananın qarşısında Zərərçəkmiş şəxs2 aldadaraq, hər biri 40 manat olan, 400 manat dəyərində Çin istchsallı «HiWatch» markalı, 10 ədəd təhlükəsizlik kameralarını, hər biri 20 manat olan 40 manat dəyərində iki ədəd adaptoru, hər biri 150 manat olan 300 manat dəyərində iki ədəd «Hikvision DS-7200 və 7104» markalı, Turbo HD DVR-i və hər biri 100 manat olan 200 manat dəyərində iki ədəd «Hard diski» ələ keçirərək pulunu gətirmək adı ilə çıxıb getmiş və Zərərçəkmiş şəxs2 ümumilikdə 940 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğuna və maddi imkanı olmadığına görə tanışı Şahid1 təklifi ilə 2017-ci ilin dekabr ayında və 2018-ci ilin aprel ayında cəmi üç dəfə onunla əlbir olub dələduzluq cinayəti törətmiş, yəni vətəndaşları aldadaraq əmlaklarını ələ keçirmişdir. Belə ki, 2017-ci ilin dekabr ayının 19-da Nərimanov rayonunda yerləşən «xxxxxxxxxxxx» MMC-nin mağazasında satıcı işləyən Seymur adlı şəxsdən 15.000 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə isə 2.370 manat dəyərində alçipan və onun aksessuarlarını nisyə satmaq adı ilə götürüb pulunu bir ay müddətinə verəcəyinə söz vermiş, lakin malı sataraq pula ehtiyacı olduğuna görə satıcı Seymurun pulunu aparıb verməmiş və öz şəxsi tələbatlarına xərcləmişdir. Hətta nisyə mal götürdüyü ərəfədə satıcı Seymurdan 700 manat da nağd şəkildə borc götürmüş və malın pulu ilə birlikdə qaytaracağına söz verərək aldadıb borcunu da qaytarmamışdır. Həmin ərəfədə tanışı Şahid1 da onun vasitəsilə satıcı Seymurdan özü üçün nisyə satıb pulunu gətirmək adı ilə 49.000 manat dəyərində alçipan və aksessuarlarını götürmüş, ancaq İlqar da onun kimi Seymurun pulunu ödəməyərək ələ keçirmiş və həmin puldan ona heç nə verməyərək hamısını öz şəxsi tələbatlarına xərcləmişdir. Tanışı İlqarın nisyə satmaq adı ilə götürdüyü malın ona aidiyyəti olmamış, sadəcə olaraq onun rolu İlqarı satıcı Seymurla tanış etmək olmuş, yəni Seymur ona görə inanıb İlqara nisyə mal vermişdir. Sonradan tanışı İlqar «xxxxxxxxxxxx» MMC-nin pulunun hamısını özü ödəyəcəyinə söz vermiş və onu aldadaraq borcunu ödəməmişdir. Məqsədi İlqarın problemi olduğuna görə ona kömək etmək olmuşdur. Edəcə də o, xx xxxxx 2018-ci il tarixdə tanışı İlqar Hsənəovla birlikdə Nərimanov rayonunda yerləşən DİN-nin hospitalının qarşısında sonradan adını bildiyi, lakin əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 aldadaraq 08 ədəd Çin istehsallı «Hikvision» markalı və 04 ədəd «Hivatch» markalı videokameranı, bir ədəd 5 amper ötürücülü adaptoru, bir ədəd 15 amper ötürücülü adaptoru, bir ədəd «Hikvision DS-7204» markalı və bir ədəd «Hikvision DS-7208 markalı» Turbo HDR DVR-i və iki ədəd «Hard diski» 12 ədəd kabel başlıqlarını və bir top 250 metr internet kabelini sifariş verərək gətizdirmiş, sonra İlqar həmin mallara baxaraq icarəyə götürdüyü «Niva» markalı avtomobilə qoyaraq getmiş, özü isə İlqarla əvvəlcədən qurduğu plana əsasən, malı gətirən Nuran adlı şəxsin pulunu guya ofisdən götürüb vermək adı ilə onun maşını ilə getmiş və binaların arasında mal sahibini gözlədərək qaçıb uzaqlaşmışdır. Həmin şəxs isə qayıtmadığını görüb bir az gözlədikdən sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla İlqar internet vasitəsilə tanış olmuş və ələ keçirdikləri malları sifariş vermişdir. Əldə etdikləri malların hamısını İlqar şəxsən özü tanımadığı şəxslərə satmış və əldə etdiyi pulla şəxsi problemlərini həll edərək ona cəmi 100 manat pul vermişdir. Həmçinin o, x xxxxx 2018-ci il tarixdə saat 19 radələrində yenə də tanışı İlqarla birlikdə onun təklifi ilə Nərimanov rayonunda yerləşən 5 saylı xəstəxananın qarşısında Zərərçəkmiş şəxs2 aldadaraq, 10 ədəd Çin istehsallı «HiWatch» markalı təhlükəsizlik kameralarını, iki ədəd adaptoru, iki ədəd «Hikvision DS-7200 və 7104» markalı Turbo HD DVR-i və iki ədəd «Hard diski» ələ keçirib yenə də həmin malları tanışı İlqarın icarəyə götürdüyü «Niva» markalı avtomobilə qoyaraq getmiş, özü isə İlqarla əvvəlcədən qurduğu plana əsasən, malı gətirən Nicat adlı şəxsin pulunu guya ofisdən götürüb vermək adı ilə onun maşını ilə getmiş və binaların arasında mal sahibini gözlədərək qaçıb uzaqlaşmışdır. Həmin şəxs isə qayıtmadığını görüb bir az gözlədikdən sonra çıxıb getmişdir. Əldə etdikləri malların hamısını İlqar şəxsən özü tanımadığı şəxslərə satmış və əldə etdiyi pulla şəxsi problemlərini həll edərək ona cəmi 100 manat pul vermiş, daha doğrusu İlqardan artıq pul istəməmiş, çünki İlqarın problemi olduğunu bildiyinə görə sadəcə İlqara kömək etmək istəmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2016-cı ildən «xxxxxxxxxxxx» MMC-nin direktoru vəzifəsində çalışır. MMC-nin fəaliyyəti alçepan və onun aksessuarlarının satışı ilə məşğul olmaqdan ibarət olmuşdur. MMC-nin iki mağazası olmuş, onların hər ikisi Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşmiş, mağazalardan biri MMC-nin ofisi ilə bir yerdə, digəri isə «AzPetrol» yanacaqdoldurama məntəqəsinin yaxınlığında «xxxxxxxx» adlanan yerdə fəaliyyət göstərmişdir. «xxxxxxxx» adlanan yerdə yerləşən mağazada Seymur adlı satıcı işləmiş və uzun müddət MMC-də çalışmışdır. 20-xx xxxxxx 2017-ci il tarixlərdə yoxlama zamanı satıcı Seymurun mağazada olan malları, yəni alçepanların hamısını satması məlum olmuşdur. Seymurdan malları kimə satdığını soruşduqda, Seymur 15.000 manat dəyərində malı Emin adlı şəxsə, qalanını isə Namiq adlı şəxsə nisyə verməsini bildirmişdir. Eminlə əlaqə saxlanıldıqda o, 15 min manatlıq alçepanı Seymurdan nisyə aldığını etiraf etmiş, Namiq adlı şəxslə əlaqə saxlanıldıqdan sonra isə malların qalan hissəsinin İlqar adlı şəxsə verilməsi məlum olmuşdur. Daha sonra İlqar adlı şəxslə əlaqə saxlanılmış və həmin şəxsin Şahid1 Ağarza oğlu olması müəyyən edilmiş, yəni Şahid1 onun da tanıdığı adam olmuş və İlqar dələlərlə onlardan nisyə mal istəsə də etibar edib verməmişdir. Sonra Şahid1la əlaqə saxlanılmış və o, cəmi 49.846 manat dəyerdə malın onda olmasını etiraf etmiş, qalanını isə Eminin götürməsini bildirmiş, lakin mağazadan götürülən alçepanların hamısının pulunu özü verəcəyini bildirmişdir. Söhbət əsnasında Şahid1 malların pulunu qısa zaman ərzində verəcəyini bildirsə də, onları aldadıb verməmiş, ona görə İlqardan polisə şikayət etmişdir. Araşdırma zamanı İlqar satıcı Seymurdan 67.916 manat deyil, cəmi 59.000 manat dəyərində nisyə alçepan alınmasını etiraf edib tezliklə qaytaracağına söz vermiş, bir neçə gündən sonra isə İlqarla telefonla danışıb pulu gətirməsini xahiş etsələr də İlqar pulu hazırda vermək iqtidarında olmadığını bildirmişdir. Şahid1 67.916 manat dəyərində malı bir dəfəyə götürməmiş, belə ki, İlqarın Emil adlı tanışı xx xxxxxx 2017-ci il tarixdə 15.000 manat, bundan bir gün sonra isə 2.370 manat dəyərində mal götürmüş və satıcı Seymurdan 700 manat nəğd şəkildə borc pul almışdır. Şahid1 isə xx xxxxxx 2017-ci il tarixdə 24.000 manat və xx xxxxxx 2017ci il tarixdə 25.846 manat dəyərində, cəmi 49.846 manatlıq alçipan və onun aksessuarlarını satıb pulunu gətirmək adı ilə nisyə götürmüş və satıcı Seymuru buna inandırıb aldatmışdır. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən üç ildir ki, ünvan 5 ünvanda yerləşən «Kamera.Az» mağazasında satış meneceri işləyir, həmin mağazada təhlükəsizlik və videomüşahidə kameraları, eləcə də şəbəkə avadanlıqları satılmışdır. İlqar xx xxxxx 2018-ci il tarixdə saat 16 radələrində mağazanın nömrəsinə zəng vuraraq, hər biri 60 manat olan 08 ədəd Çin islehsallı «Hikvision» markalı və hər biri 60 manat olan 04 ədəd «Hivatch» markalı videokamera, bir ədəd 22 manat dəyərində 5 amper ötürücülü adaptor, bir ədəd 62 manat dəyərində 15 amper ötürücülü adaptor, bir ədəd 289 manat dəyərində «Hikvision DS- 7204» markalı və bir ədəd 323 manat dəyərində «Hikvision DS-7208» markalı Turbo HDR DVR-i və hər biri 127 manat olan 254 manat dəyərində iki ədəd «Hard diski» ümumi dəyəri 35 manat olan 12 ədəd kabel başlıqları və hər biri 170 manat olan iki top 500 metr internet kabeli sifariş vermiş, həmin malı isə DİN-nin Hospitalının qarşısına göndərilməsini xahiş elmiş və orada malın pulunu verəcəyini bildirmişdir. Həmin sifarişi qəbul edərək, mağazanın ustası Şahid2la taksi tutub İlqar adlı şəxsin sifariş verdiyi ünvana göndərmiş, həmin vaxt mağazada başqa işçi olmadığından özü getməmiş, usta Bəhruz taksi ilə sifariş olunmuş ünvana getmiş, orada İlqar adlı şəxslə görüşmüşdür. İlqar mala baxaraq bəyəndiyini demiş və idarə etdiyi nömrəsini bilmədiyi ağ rəngli «Niva» markalı avtomobilə qoymuş, lakin internet kabelinin bir topunu geri qaytarmış, sonra isə yanında olan tanımadığı şəxsə usta X3 küçəsində yerləşən ofislərinə gedib malın pulunu verməsini bildirmişdir. İlqar isə tək «Niva» markalı maşını sürüb malları da götürərək getmişdir. Sonra Bəhruz həmin şəxslə deyilən ünvana gedib taksidə oturub gözləmiş, həmin oğlan isə maşından düşüb pulu gətirmək adı ilə çıxıb getmiş, lakin geri qayıtmamışdır. Bəhruz təxminən 30-40 dəqiqə taksidə oturub İlqarın göndərdiyi şəxsin pul götürüb qayıtmasını gözləmiş, lakin sonda aldadıldığını başa düşərək geri qayıtmışdır. Bəhruz mağazaya qayıdaraq baş verənlər barədə ona danışdıqda İlqar adlı şəxsin zəng etdiyi nömrəyə zəng vurmuş, lakin İlqar telefonu götürməmiş, sonra isə telefonunu söndürmüşdür. İlqarın dələduzluq edərək onu aldatmasını başa düşərək DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermiş və Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət elmişdir. İlqar ona qarşı dələduzluq edərək, ümumilikdə 1870 manat dəyərində malını ələ keçirib ona maddi ziyan vurmuş, həmin sifarişi qəbul edib göndərdiyi üçün mağazanın pulunu özü ödəmək məcburiyyətində qalmışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 245 ünvanda yerləşən «Çinar Park» biznes mərkəzində icarəyə ofis götürmüş, orada təhlükəsizlik və videomüşahidə sistemlərinin satışı ilə məşğul olmuşdur. O, Şahid1 əvvəllər tanımamış, onunla münasibəti olmamış, İlqarı ilk dəfə xx xxxxx 2018-ci il tarixdə görmüşdür. Belə ki, İlqar həmin tarixdə saat 15 radələrində ona zəng edərək, telefon nömrəsini internetdən götürməsini bildirmiş və onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Axşam saat 19.00-da 5 saylı xəstəxananın qarşısında görüş yeri təyin etmiş və ondan sifariş etdiyi malları da özü ilə gətirməsini xahiş etmiş, pulunu isə orada verəcəyini bildirmişdir. O, İlqarın sözlərini müştəri kimi səmimi qəbul edərək inanmış və hər biri 40 manat olan, 400 manat dəyərində Çin istehsallı «HiWatch» markalı 10 ədəd təhlükəsizlik kameralarını, hər biri 20 manat olan 40 manat dəyərində iki ədəd adaptoru, hər biri 150 manat olan 300 manat dəyərində iki ədəd «Hikvision DS-7200 və 7104» markalı Turbo HD DVR-i və hər biri 100 manat olan 200 manat dəyərində iki ədəd «Hard diski», ümumi dəyəri 940 manat təşkil edən təhlükəsizlik və videomüşahidə sistemlərini maşınına qoyub İlqarın dediyi ünvana getmiş və orada İlqarla görüşmüşdür. Həmin vaxt İlqar tanımadığı Emin adlı şəxslə birlikdə Niva markalı avtomobillə gəlmiş, İlqarla görüşüb özünü təqdim etmiş və sifariş etdiyi malları gəlirdiyini bildirmişdir. İlqar onun maşınında olan təhlükəsizlik və videomüşahidə sistemlərinə baxaraq bəyəndiyini bildirmiş, sonra isə həmin malları öz maşınına yığmış və yanında olan Emin adlı tanışı ilə gedib ofisdən malın pulunu götürməsini bildirmişdir. İlqar isə idarə eldiyi Niva markalı maşına minərək getmiş, Emin adlı şəxs isə onun maşınına oturmuşdur. Həmin vaxt Eminin bələdçiliyi və göstərməsi ilə maşını Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən Talasamiya xəstəxanasının arxa tərəfində olan məhəlləyə sürmüş, binaların arasında Emin adlı şəxs maşını saxlamağı xahiş etmiş və ona «2-3 dəqiqə gözlə, pulu gətirib gəlirəm» demişdir. Eminə inanaraq həmin verdə maşında oturub onun qayıtmasını gözləmiş, lakin orada yarım saatdan çox gözləməsinə baxmayaraq Emin adlı şəxs qayıdıb gəlməmişdir. Sonra İlqarın nömrəsinə zəng vurmuş, ancaq İlqar cavab verməyərək telefonu söndürmüşdür. Artıq aldanıldığını başa düşərək DİN-nin 102 xidmətinə zəng vurub İlqarla Eminin hərəkəti barədə məlumat vermiş və Nərimanov RPİ-nin 16-cı PB-nə gedib şikayət ərizəsi yazmışdır. İstintaq araşdırması zamanı ümumi dəyəri 200 manat olan 5 ədəd kamera, 20 manat dəyərində adaptor və bir ədəd 150 manat dəyərində DVRİ müəyyən edilərək ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nurulla oğlu ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunda yerləşən «Kamera.Az» mağazasında usta işləyir və kamera quraşdırır, işlədiyi mağazada təhlükəsizlik və videomüşahidə kameraları, şəbəkə avadanlıqları satılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla münasibəti olmamışdır. İlqar adlı şəxs xx xxxxx 2018-ci il tarixdə mağazanın nömrəsinə zəng vuraraq, hər biri 60 manat olan 08 ədəd Çin istehsallı «Hikvision» markalı və hər biri 60 manat olan 04 ədəd «Hivatch» markalı videokamera, bir ədəd 22 manat dəyərində 5 amper ötürücülü adaptor, bir ədəd 62 manat dəyərində 15 amper ötürücülü adaptor, bir ədəd 289 manat dəyərində «Hikvision DS-7204» markalı və bir ədəd 323 manat dəyərində «Hikvision DS-7208» markalı Turbo HD DVR-i və hər biri 127 manat olan 254 manat dəyərində iki ədəd «Hard diski», ümumi dəyəri 35 manat olan 12 ədəd kabel başlıqları və hər biri 170 manat olan iki top 500 metr internet kabeli sifariş vermişdir. Həmin sifarişi mağazanın satış meneceri Nuran Hüseyinli qəbul edərək malları onun vasitəsilə sifarişçinin xahişinə əsasən DİN-nin Hospitalının qarşısına göndərmiş və Nuran ona sifarişçi İlqar adlı şəxsin malın pulunu orada verəcəyini bildirmişdir. Həmin vaxt mağazada başqa işçi olmadığından Nuran özü getməmiş, sonra taksi ilə sifariş olunmuş ünvana getmişdir. Orada İlqar adlı şəxslə görüşmüş, İlqar mala baxaraq bəyəndiyini demiş və malların hamısını idarə etdiyi «Niva» markalı avtomobilə yığmış, lakin internet kabelinin bir topunu geri qaytarmışdır. Bundan sonra İlqar yanında olan tanımadığı şəxsə onunla birlikdə Həsən Əliyev küçəsində yerləşən ofislərinə gedib malın pulunu verməsini tapşırmış, özü isə tək «Niva» markalı maşını sürüb malları da götürərək çıxıb getmişdir. İlqarın sözünə inanaraq həmin şəxslə birlikdə taksi ilə deyilən ünvana getmiş, taksidə oturub gözləmiş, həmin oğlan isə maşından düşüb pulu gətirmək adı ilə çıxıb getmiş, lakin geri qayıtmamışdır. Təxminən 30-40 dəqiqə taksidə oturub İlqarın göndərdiyi şəxsin pul götürüb qayıtmasını gözləmiş, sonda aldadıldığını başa düşərək mağazaya qayıtmışdır. Baş verənlər barədə Nuran Hüseyinliyə danışmış və o, İlqar adlı şəxsin zəng etdiyi nömrəyə zəng vurmuş, lakin İlqar telefonu götürməmiş, ona görə Nuran DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. İlqar dələduzluq edərək, ümumilikdə 1870 manat dəyərdə malı ələ keçirib Nurana maddi ziyan vurmuş, həmin sifarişi Nuran qəbul edib göndərdiyi üçün mağazanın pulunu da özü ödəmək məcburiyyətində qalmış, hazırda İlqar mağazaya deyil, Nurana maddi ziyan vurmuş, çünki Nuran mağazanın pulunu tam şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı ildən «xxxxxxxxxxxx» MMC-də satış müdiri işləyir, MMC alçepan və onun aklsessuarlarının satışı ilə məşğul olmuşdur. MMC-nin iki mağazası olmuş və hər ikisi Nərimanov rayonu, Ziya Bünyadov küçəsində yerləşmiş, mağazalardan biri MMC-nin ofisi ilə bir yerdə, digəri isə «AzPetrol» yanacaqdoldurama məntəqəsinin yaxınlığında, «xxxxxxxx» adlanan yerdə fəaliyyət göstərmişdir. «xxxxxxxx» adlanan yerdə yerləşən mağazada Seymur adlı satıcı işləmişdir. 2017-ci ilin dekabr ayının təxminən 20-22-si tarixlərində satıcı Seymurun mağazada olan malları, yəni alçepanları satmasını eşitmiş və mağazaya getdikdə içərisində mal olmadığını görmüşdür. Seymurdan malları kimə verdiyini soruşduqda Seymur 15.000 manat dəyərində malı Emin adlı şəxsə, qalanını isə Namiq adlı şəxsə nisyə verməsini bildirmişdir. Emin adlı şəxsi tapıb onunla əlaqə saxladıqda o, 15 min manatlıq alçepanı Seymurdan nisyə aldığını etiraf etmiş, Namiq adlı şəxslə əlaqə saxladıqdan sonra isə malların qalan hissəsinin İlqar adlı şəxsə verilməsi məlum olmuş, daha sonra İlqar adlı şəxslə əlaqə saxlanılmışdır. Şahid1 onun da tanıdığı adam olmuş və İlqar dəfələrlə ondan nisyə mal istəsə də etibar edib verməmiş, sonra Şahid1la əlaqə saxlanılmış və o, cəmi 49.846 manat dəyərdə malın onda olmasını etiraf etmiş, qalanını isə Eminin götürməsini bildirmişdir. Lakin mağazadan götürülən alçepanların hamısının pulunu özü verəcəyini bildirmişdir. Söhbət əsnasında İlqar malların pulunu qısa zaman ərzində verəcəyini bildirsə də, onları aldadıb verməmiş, ona görə İlqardan polisə şikayət edilmişdir. Araşdırma zamanı Şahid1 satıcı Seymurdan 67.916 manat deyil, cəmi 59.000 manat dəyərində nisyə alçepan alınmasını etiraf edib tezliklə qaytaracağına söz vermişdir. Bir neçə gündən sonra İlqarla telefonla danışıb pulu gətirməsini xahiş etsələr də, İlqar pulu hazırda vermək iqtidarında olmadığını bildirmişdir. İlqar 67.916 manat dəyərində malı bir dəfəyə götürməmiş, belə ki, İlqarın Emin adlı tanışı xx xxxxxx 2017-ci il tarixdə 15.000 manat, bundan bir gün sonra isə 2.370 manat dəyərində mal götürmüş və satıcı Seymurdan 700 manat nəğd şəkildə borc pul almışdır. İlqar isə xx xxxxxx 2017-ci il tarixdə 24.000 manat və xx xxxxxx 2017-ci il tarixdə 25.846 manat dəyərində, cəmi 49.846 manatlıq alçipan və onun aksessuarlarını satıb pulunu gətirmək adı ilə nisyə götürmüş və satıcı Seymuru buna inandırıb aldatmışdır. Namiq adlı şəxsin isə bu işdə heç bir marağı olmamış, sadəcə İlqar malları onun vasitəsilə götürmüşdür. İlqarla söhbət zamanı özü də bunu etiraf edib Namiq adlı şəxsdə mal olmadığını, yəni Namiqin malı götürüb ona verməsini, Eminin isə malı özü üçün götürməsini və satmasını bildirmiş, lakin MMC-nin 69.716 manat pulunun hamısını qaytaracağını öz üzərinə götürmüş, bu səbəbdən MMC dəymiş ziyanın hamısını İlqardan tələb etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 171-174-cü vərəqələrində olan Şahid4 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid1 əvvəllər tanımamış, onunla ortaq tanışları Süleymanın vasitəsilə tanış olmuşdur. Belə ki, xx xxxxx 2018-ci il tarixdə axşam saat 21 radələrində Süleyman onu İlqarla tanış edərək, onun pula ehtiyacı olduğunu və onda satılıq təhlükəsizlik kamerası olmasını bildirmiş, həmin vaxt İlqar idarə etdiyi Niva markalı maşından «Çin» istehsallı beş ədəd kamera, bir ədəd adaptor, bir ədəd DVD Rider götürüb gətirmiş və ucuz qiymətə satdığını demişdir. Həmin əşyalara baxmış və təzə olduğu üçün almaq istədiyini bildirmiş, bu zaman İlqar həmin əşyaların hamısına 300 manat pul istəmişdir. Ondan təzə kameraları nə üçün ucuz qiymətə satmasını və həmin malları haradan almasını soruşduqda, İlqar həmin kameraları şəxsi bağ evi üçün almasını, lakin xəstəsinə görə təcili pula ehtiyacı olduğu üçün ucuz qiymətə satmasını bildirmişdir. Həmin vaxt yaşadığı mənzilə müşahidə kamerası quraşdırmaq fikri olduğu üçün Şahid1 satdığı «Çin» istehsallı beş ədəd kameranı, bir ədəd adaptoru və bir ədəd DVD Rideri almaq istədiyini, lakin üstündə 200 manat pul olmasını bildirmiş, İlqar isə ona “200 manat ver, 100 manatı sonra verərsən” dediyinə görə razılaşaraq müşahidə kameralarının hamısını almışdır. Həmin vaxt İlqarın xəstəsi olmasına və təcili pula ehtiyacı olmasına görə öz bağ evi üçün almış olduğu müşahidə kameralırını ucuz qiymətə satmasını tanışı Süleyman da təsdiqləməsinə görə İlqara inanıb həmin kameraları almışdır. 2018-ci ilin aprel ayının ortalarında polisdən ona zəng olunduqda Şahid1 onu aldatmasını və satmış olduğu müşahidə kameralarının özünə məxsus olmamasını, cinayət yolu ilə əldə etməsini bilmiş, hətta İlqar ortaq tanışları olan Süleymanı da onun kimi aldadıb özünə inandırmışdır. Bundan sonra könüllü olaraq Şahid1 almış olduğu «Çin» istehsallı beş ədəd kameranı, bir ədəd adaptoru və bir ədəd DVD Rideri polisə təhvil vermiş, həmin vaxt polis əməkdaşlarına Şahid1 ona satdığı təhlükəsizlik kameralarını cinayət yolu ilə əldə etmiş olduğunu əvvəlcədən bilmədiyini, sadəcə Şahid1 inanaraq almasını bildirmişdir. Əvvəllər heç vaxt Şahid1 hər hansı bir mal almamış və onunla kameranı alana qədər heç bir münasibəti olmamışdır. Kameranı İlqardan alan zaman tək olmuş, İlqarın danışığına, hərəkətinə və sakit davranışına görə ondan şübhələnməmiş, ümumiyyətlə onun cinayət törədə biləcəyinə inanmamış, çünki İlqar özündən razı danışaraq özünü imkanlı adam kimi göstərmiş, onun həqiqətən xəstəsi olmasına görə kameraları satmasına inanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 Mirzəağa oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İİ cildinin 61-65-ci vərəqələrində olan Şahid1 Mirzəağa oğlunun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir yerdə işləmədiyinə və pula ehtiyacı olduğuna görə 2017-ci ilin oktyabr ayının sonlarından başlayaraq 2018-ci ilin sentyabr ayının əvvəlinə kimi müxtəlif vaxtlarda bir neçə şəxsə qarşı dələduzluq edərək, onları aldadıb əmlakını ələ keçirmiş, belə ki, obyekt sahiblərinə zəng vuraraq mal sifariş verib istədiyi ünvana gətizdirmiş və aldadıb pulunu verməyərək çıxıb getmişdir. Bundan başqa o, göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində Nümayəndə direktoru olduğu «xxxxxxxxxxxx» MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Ziya Biinyadov prospektində yerləşən mağazasında satıcı işləyən Seymur adlı şəxsdən birinci dəfə 24.000 manat, ikinci dəfə isə 25.846 manat, ümumilikdə 49.846 manat dəyərində alçipan və onun aksessuarlarını nisyə satmaq adı ilə götürmüş, pulunu isə bir ay müddətində tam şəkildə ödəyəcəyinə söz verib mağazanın satıcısı Seymur Musayevi özünə inandırmış, lakin götürdüyü malın bir qismini nisyə satdığına və bir hissəsini isə sementlə dəyişdiyinə görə «xxxxxxxxxxxx» MMC-yə olan borcunu verə bilməmişdir. Tanışı Emin də ondan əvvəl satıcı Seymurdan birinci dəfə cəmi 15.000 manat, ikinci dəfə isə 2.370 manat dəyərdə alçipan və onun aksessuarlarını nisyə satmaq adı ilə götürmüş, hətta Emin bir dəfə 300 manat, bir dəfə isə 400 manat olmaqla cəmi 700 manat da satıcı Seymurdan nəğd şəkildə borc pul almışdır. Ancaq Eminin nisyə götürdüyü 17.370 manatlıq malın və 700 manat borc pulun ona aidiyyəti olmamış, Eminin Seymurla münasibəti olduğuna görə onu da tanış etmiş, Emin nisyə götürdüyü cəmi 17.370 manatlıq malı özü üçün satıb qazanc əldə etmək məqsədilə götürmüş, 49.846 manat dəyərində malı isə özü üçün satıb pul qazanmaq məqsədilə götürmüşdür. Ancaq Eminin 700 manat borc pulu nə üçün götürməsini bilməmişdir. Emin özü üçün götürdüyü 17.370 manatlıq maldan və 700 manat borc puldan ona heç nə verməmiş, eləcə də özü üçün iki dəfəyə götürdüyü cəmi 49.846 manat dəyərində malı sataraq Eminə heç nə verməmişdir. Mağazanın satıcısı Seymuru və həmin mağazanın satış müdürü İlkini tanımış, lakin onlarla münasibəti pisləşdiyi üçün ona mal verməmiş, bu səbəbdən tanışı Eminin köməyindən istifadə etmişdir. «xxxxxxxxxxxx» MMC-nin rəhbərliyi mağazanın satıcısının Emin tərəfindən satmaq üçün nisyə mal verməsini bildikdə hər şeyi olduğu kimi etiraf edib Eminin borclu olduğu 17.370 manat malın pulunun və 700 manat nəğd şəkildə borc götürdüyü pulun, yəni ümumilikdə 67.916 manat pulun hamısını öz üzərinə götürmüş və MMC-dən pulu düzəldib qaytarması üçün vaxt istəmiş, ancaq pul tapa bilmədiyi üçün və MMC rəhbərliyindən gizləndiklərinə görə onlardan polisə şikayət edilmişdir. MMC-nin iddia etdiyi 67.916 manat puldan cəmi 49.846 manatı onun payına düşmüş, qalan 18.070 manat pul isə tanışı Eminə aid olmuş, yəni Eminin borcunun ona aidiyyəti olmamışdır. MMC-yə vurulmuş 67.916 manat maddi ziyanın hamısını qaytarmaq üçün öz üzərinə götürdüyünə görə MMC rəhbərliyi həmin məbləğin hamısını ondan tələb etmişdir. Həmçinin o, göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdə saat 17 radələrində tanışı Eminlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1969-cu məhəllədə yerləşən DİN-nin Hospitalının qarşısında Zərərçəkmiş şəxs1 aldadaraq, 08 ədəd Çin istehsallı «Hikvision» markalı və 04 ədəd «Hivatch» markalı videokameranı, bir ədəd 5 amper ötürücülü adaptoru, bir ədəd 15 amper ötürücülü adaptoru, bir ədəd «Hikvision DS- 7204» markalı və bir ədəd «Hikvision DS-7208» markalı, Turbo HD DVR-i və iki ədəd «Hard diski», 12 ədəd kabel başlıqlarını və bir top 250 metr internet kabelini sifariş verərək gətizdirmiş, sonra isə həmin malları kirayə götürdüyü «Niva» markalı avtomobilə qoyaraq getmiş, tanışı Emin isə əvvəlcədən qurduqları plana əsasən malı gətirən Bəhruz adlı şəxsin pulunu guya ofisdən götürüb vermək adı ilə gedərək maşında gözlətmiş və qaçıb oradan uzaqlaşmışdır. Həmin malları da tanımadığı müxtəlif şəxslərə satıb pulunu xərcləmiş, həmin gəlirdən Eminə cəmi 100 manat pul vermişdir. Bundan başqa o, göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdə saat 19 radələrində tanışı Eminlə birlikdə ünvan 4 ünvanda yerləşən 5 saylı xəstəxananın qarşısında Zərərçəkmiş şəxs2 aldadaraq, Çin istehsallı «HiWatch» markalı, 10 ədəd təhliikəsizlik kameralarını, iki ədəd adaptoru, iki ədəd «Hikvision DS-7200 və 7104» markalı Turbo HD DVR-i və iki ədəd «Hard diski» ələ keçirib yenə də həmin malları icarəyə götürdüyü «Niva» markalı avtomobilə qoyub getmiş, tanışı Emin isə əvvəlcədən qurduqları plana əsasən yenə də malı gətirən şəxsin pulunu guya ofisdən götürüb vermək adı ilə onunla birlikdə gedərək maşında gözlətmiş və qaçıb oradan uzaqlaşmışdır. Həmin malları da tanımadığı şəxslərə satıb pulunu xərcləmiş, həmin gəlirdən bu dələ də tanışı Eminə cəmi 100 manat pul vermişdir. Belə ki, Eminin uşağı xəstə olduğu üçün onun dərmanlarını almış, həmin malın bir hissəsini tanımadığı şəxsə, bir hissəsini isə Orxan adlı şəxsə 200 manata satmış və həmin vaxt kameraların özünə məxsus olmasını, bağ evi üçün almasını, lakin xəstəsi olduğuna görə pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, Orxan da ona inanaraq kameraları almışdır. Daha sonra o, göstərmişdir ki, dələduzluq yolu ilə ələ keçirdiyi malları satdığı şəxsləri tanımamış, bütün malları maya dəyərindən aşağı qiymətə razılaşıb satmış, çünki heç bir yerdə işləmədiyinə görə pula ehtiyacı olmuşdur. Cinayət yolu ilə əldə etdiyi malları satdığı şəxsləri aldadıb özünə inandırmış və həmin şəxslərin heç birinə satdığı malı cinayət yolu ilə əldə etməsini bildirməmiş, törətdiyi cinayətlərdə tanışı Emin ona kömək etmişdir. Cinayət işinin İ cildinin 57-ci vərəqində olan “Təqdim etmə və götürmə haqqında” xx xxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Möhsüm Cabbarov icraatında olan Zərərçəkmiş şəxs2 və qeyrilərinin şikayət ərizəsi əsasında toplanmış HK-386 saylı material üzrə Şahid4 təqdim etdiyi Çin istehsallı, «HiWatch» markalı, 02 ədəd çöl və 03 ədəd iç təhlükəsizlik kameralarını (cəmi 05 ədəd), bir ədəd adaptoru və bir ədəd «Hikvision DS-7200» markalı, Turbo HD DVR-i təhvil götürmüşdür. Cinayət işinin İ cildinin 62-ci vərəqində olan Zərərçəkmiş şəxs2 yazdığı xx xxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, 02 ədəd çöl və 03 ədəd iç təhlükəsizlik kameralarını (cəmi 05 ədəd), bir ədəd adaptoru və bir ədəd «Hikvision DS-7200» markalı, Turbo HD DVR-i təhvil götürmüşdür. Cinayət işinin İİ cildinin 8-ci vərəqində olan “xxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018ci il tarixli məktubundan görünür ki, 2017-ci ilin dekabr ayının 20-dən 22-nə kimi Şahid1 Mirzəağa oğlu 49846.00 manat və Emin adlı şəxs tərəfindən 18070.00 manat ziyan vurulub. Cinayət işinin İİ cildinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Barəsində Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2017-ci il tarixdə məhkəməyə göndərilmiş, işin nəticəsi yoxdur. Barəsində Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2018-ci il tarixdə məhkəməyə göndərilmiş, işin nəticəsi yoxdur. Cinayət işinin İİ cildinin 86-95-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək həbs müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və üzərində 3000 (üç min) manat miqdarında cərimə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 160-161-ci vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 198-201-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Möhsüm Cabbarovun xx.xx.2019-cu il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 202-203-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 206-cı vərəqində olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 022227 saylı xx.xx.2017-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 5588 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X1 göstərilmişdir. Cinayət işinin İİ cildinin 234-246-cı vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən “Çin” istehsallı, «HiWatch» markalı, 02 ədəd çöl və 03 ədəd iç təhlükəsizlik kameralarının (cəmi 05 ədəd), bir ədəd adaptorun və bir ədəd «Hikvision DS-7200» markalı, Turbo HD DVR-in maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs2 saxlancına verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-177/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək bərəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs tutularkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması, Təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-177/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatının təzələnməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərərdən imtina edir, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində 04 gün müddətə tutulması ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(006)-65/2017 nömrəli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat məbləğində cərimə cəzasından ödənilməmiş 1600 (min altı yüz) manat cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının və 1600 (min altı yüz) manat cərimə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cərimə cəzasının müstəqil icra edilməsi, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-1215/39 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-65/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasının 1400 (min dörd yüz) manat məbləğini ödəmiş, məhkumun ödənməmiş cərimə cəzası 1600 (min altı yüz) manat təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(006)-65/2017 nömrəli hökmü), ona təyin olunan cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (07-xx xxxx 2019-cu il) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə və 1600 (min altı yüz) manat cərimə cəzaları hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli (CM-66.5), Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Çin” istehsallı, «HiWatch» markalı, 02 ədəd çöl və 03 ədəd iç təhlükəsizlik kameralarının (cəmi 05 ədəd), bir ədəd adaptorun və bir ədəd «Hikvision DS-7200» markalı, Turbo HD DVR-in sahibi Zərərçəkmiş şəxs2 saxlancına verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)- 161/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 5 (beş) ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1600 (min altı yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1600 (min altı yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Çin” istehsallı, «HiWatch» markalı, 02 ədəd çöl və 03 ədəd iç təhlükəsizlik kameralarının (cəmi 05 ədəd), bir ədəd adaptorun və bir ədəd «Hikvision DS-7200» markalı, Turbo HD DVR-in sahibi Zərərçəkmiş şəxs2 saxlancına verilməsi nəzərə alınsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar