Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-10/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X41 iştirakları ilə, 22.11.1967-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 91 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirərək, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmaqla həmin obyektdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 20 (iyirmi) nəfər işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bundan başqa xeyli miqdar təşkil edən 2428,4 manat dəyərində müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin satışını təşkil edərək, həmin malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları aldatmış, həmçinin saxta aksiz markası ilə markalanmış 1187,0 manat dəyərində 29 (iyirmi doqquz) ədəd alkoqollu içkiləri satış məqsədilə saxlamış, eyni zamanda qeyd olunan 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, yəni xeyli miqdar təşkil edən 1187,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri satış məqsədilə saxlamış, əlavə olaraq külli miqdar təşkil edən 52308,85 manat dəyərində 4973 ədəd müxtəlif çeşidli aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri nağd qaydada almış və vergi ödəyicisi olaraq maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar həyata keçirərək rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisı kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82.1, 85.1, 98, 101, 130, 149, 150, 151, 152, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə biləbilə təhrif olunmuş məlumatlar daxil etməklə xüsusi ilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergiləri və 8971,96 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ" kafe-barda 27.12.2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda Şahid24, X57, X33, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, X21, Zərərçəkmiş şəxs12, X52, X65, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, X28, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 olmaqla, xeyli sayda, yəni 20 nəfər işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Vergilər Nazirliyinin və huquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 27.12.2018-ci il tarixdə birgə keçirilmiş tədbirlər zamanı Bakı şəhər, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-bardan yararlı olub-olmamasının müəyyən olunmasından ötrü laborator müayinələrin aparılması məqsədilə götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilmiş “Malt Citrus” əmtəə nişanlı qarışıq meyvə aromatlı arağın rənginin, dadının və ətrinin, o cümlədən sivuş yağlarının, sirkə aldehidinin, mürəkkəb efirin, “OLMECA” əmtəə nişanlı tekilada metil spirtinin, “Çornıy Volk” əmtəə nişanlı araqda sirkə aldehidinin, “Merkuriy Vodka” əmtəə nişanlı araqda metil spirtinin, sivuş yağlarının, sirkə aldehidinin, “Kavkazskaya Vodka” əmtəə nişanlı araqda sivuş yağlarının, sirkə aldehidinin miqdarının qüvvədə olan normativ sənədlə müəyyən edilmiş səviyyədən artıq olması müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumilikdə 2428,4 manat dəyərində müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin satışını təşkil edərək, həmin malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla CM-in 200.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda 27.12.2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş 6 ədəd 1 litr həcmində qablaşdırılmış “Malibu Rom” (BƏ seriyalı 8994018, 899401, 8994017, 8993514, 8994020, ******* nömrəli), 5 ədəd 1 litr həcmində qablaşdırılmış “Şnaps Archers” (BƏ seriyalı 9407522, 9407895, 9407463, AD seriyalı 5852599, ******* nömrəli), 4 ədəd 1 litr həcmində qablaşdırılmış “Yeni Raki” (BƏ seriyalı 8980097, 8980099, 8993535, ******* nömrəli), 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Lıker Baileys” (BƏ seriyalı ******* nömrəli), 2 ədəd 1 litr həcmində qablaşdırılmış “Bacardi Rom” (BƏ seriyalı 8993520, ******* nömrəli), 9 ədəd 0,5 litr həcmində qablaşdırılmış “X79 N7” (BƏ seriyalı 9100668, 9100682, 9100687, 9100673, 9100678, 9100680, 9100675, 9100686, ******* nömrəli), 1 ədəd 0,5 litr həcmində qablaşdırılmış “Tekila Olmega” (AD seriyalı ******* nömrəli) və 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Finlandiya” (BƏ seriyalı ******* nömrəli) arağı olmaqla, ümumilikdə 1187,0 manat dəyərində 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əldə edərək, 27.12.2018-ci il tarixədək satış məqsədilə saxlamışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində “İNİFİNİTİ” kafebarın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmaqla, obyektin 01.09.2017-ci il tarixdən 26.12.2018-ci il tarixədək olan dövr ərzində ümumi satış dövriyyəsi 11982297,85 manat, həmin dövriyyədən 8% dərəcə ilə hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu sadələşdirilmiş vergi 958583,8 olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, obyektin satış dövriyyəsini 810404,00 manat, həmin dövriyyədən hesablanmalı olan sadələşdirilmiş vergini 64832,32 manat göstərmiş və faktiki satış dövriyyəsini 11171893,75 manat məbləğində azaltmaqla, 893751,5 manat məbləğində sadələşdirilmiş vergini, eyni zamanda, 01.09.2017-ci il tarixdən 26.12.2018-ci il tarixədək olan dövr ərzində “İNFİNİTİ” kafe-barın aylıq icarə haqqından 14% dərəcə ilə hesablayaraq, dövlət büdcəsinə ödəməli olduğu ödəmə mənbəyində tutulan vergi 108000,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, 4410,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməklə 96390,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, həmçinin, 01.09.2017-ci il tarixdən 26.12.2018-ci il tarixədək olan dövr ərzində “İNFİNİTİ” kafe-barda müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərə ödənilən aylıq əmək haqqı məbləğindən hesablayaraq, dövlət büdcəsinə ödəməli olduğu 2281,50 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergiləri və işçilərə ödənilən aylıq əmək haqqı məbləğindən hesablayaraq, Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğu 8971,96 manat məbləğində icbari ödənişləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 213.3-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda 27.12.2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, yəni xeyli miqdar təşkil edən 1187,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əldə edərək, 27.12.2018- ci il tarixədək satış məqsədilə saxlamışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda 27.12.2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş külli miqdar təşkil edən 52308,85 manat dəyərində 4973 ədəd müxtəlif çeşidli aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe barda istintaqa məlum olmayan mənbədən satış məqsədilə nağd qaydada almışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 213-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində “İNFİNİTİ” kafebarın fəaliyyətinə faktiki rəhbərlik edərək, həmin obyekti fərdi sahibkar X29 adına rəsmiləşdirərək, sonuncuya məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, rəhbər kimi vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vergi orqanına təqdim etdiyi bəyannamələrə faktiki satış dövriyyəsi və aylıq xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, xüsusi ilə külli miqdar təşkil edən vergiləri və işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqları dövlət büdcəsinə ödəməkdən yayınmaqla, malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə və aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində “İnfiniti” kafe-barın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, həmin obyektdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühum zərər vuraraq, xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə, müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla, saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri və xeyli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri satış məqsədilə saxlamaqla, külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri nağd qaydada almaqla və xüsusi ilə kulli miqdarda vergiləri və işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmaqla, CM-in 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildə Bakı şəhəri, “Torqoviy” adlanan yerdə yerləşən “Night” klubda fəaliyyətə başlamışdır. Həmin klub ona məxsus olmuş, təxminən 2016-cı ilin sonlarında həmin klubda fəaliyyətini dayandırmışdır. Bundan sonra başqa ərazidə kafe-bar işlətmək fikrinə düşmüşdür. Bu səbəbdən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən obyekti icarəyə götürmüş və həmin obyektin təmir işlərinə təxminən 6 milyon manat həcmində vəsait xərcləmişdir. Sonradan səhhəti ilə əlaqədar həmin obyekti özü işlətmək fikrindən daşınmış, həmin barı Şahid10 vermiş, bundan sonra həmin obyektin bütün rəsmi işləri sonuncunun adına aparılmış, həmin obyektin fəaliyyətində özünün heç bir rolu olmamışdır. Buna görə də hesablanmış vergilər Şahid10 tərəfindən ödənilməlidir. Həmçinin, göstərilən kafe barda olan spirtli içki məhsullarının kim tərəfindən, haradan, necə alınması barədə məlumatı yoxdur. Kafe-barın fəaliyyəti ilə Şahid10 məşğul olduğundan işçilərin işə qəbul olunması məsələsi də ona aiddir. Ona qarşı verilmiş mülki iddianı qəbul etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, “İnfiniti” kafe-bar yerləşən obyekti aylıq 4000 manata icarəyə götürmüşdür. Əvvəl fikri həmin obyekti təmir edib, onu kafe-bar kimi işlətmək olsa da, sonradan həmin barı Şahid10 işlətmişdir. Şahid10 “İnfiniti” kafe-barı işlədən zaman oranın fəaliyyəti ilə maraqlanmamış, orada kiminsə işə götürülməsi və ya hər hansı malın alınması üçün heç bir göstəriş verməmişdir. “İnfiniti” kafe-barın yerləşdiyi obyekt Ramin adlı şəxsin mülkiyyətində olmuşdur. Yekunda təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs günahsız olduğunu, mülki iddianı qəbul etmədiyini bildirdi və təqsiri olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X46 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinin baş hüquqşünası) izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi “İnfiniti” kafe-barın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə, 01.09.2017-ci il tarixdən 26.12.2018-ci il tarixədək olan dövr ərzində 893751,5 manat məbləğində sadələşdirilmiş vergi, 96390,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergi, 2281,5 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergilərin və Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 8971,96 manat məbləğində icbari ödənişləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Qeyd olunanlara əsasən verilən mülki iddiada dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 992423,0 manat məbləğində vergilərin və Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 8971,96 manat məbləğində icbari ödənişlərin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X53 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinin böyük hüquqşünası) çıxışında mülki cavabdeh Təqsirləndirilən şəxs 846594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd min manat doxsan altı qəpik) manat məbləğində vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Belə ki, hazırki iş üzrə ibtidai istintaq zamanı 154800 (yüz əlli dörd min səkkiz yüz) manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmiş və bu şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır. Bu səbəbdən də ittiham aktının sonuna əlavə edilmiş arayışda iş üzrə mülki iddianın 846594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd min manat doxsan altı qəpik) manat təşkil etməsi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq 846594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd min manat doxsan altı qəpik) manat mülki iddianın təmin edilməsini və həmin məbləğin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 27.12.2018-ci il tarixdə “İnfiniti” kafe-bardan yararlı olub-olmamasının müəyyən olunması üçün laborator müayinələrin aparılması məqsədilə götürülmüş alkoqollu içkilərin müayinə nəticəsində keyfiyyətsiz olmaqla insan sağlamlığına zərərli olması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilmişdir. Həmçinin, tədbir zamanı götürülmüş qeyd olunan alkoqollu içkilərlə eynilik təşkil edən eyni əmtəə nişanlı digər alkoqollu içkilərlə bağlı araşdırma aparılmış və həmin içkilərin normativ göstəricilərə uyğun olmadığı aşkar edilmişdir. Təqsirləndirilən şəxsdən vurulmuş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda musiqiçi, yəni “DJ” olaraq fəaliyyət göstərmişdir. “İnfiniti” kafebarda işlədiyi müddət ərzində əmək müqaviləsi bağlamamışdır. “İnfiniti” kafe-barın rəhbəri kimi Şahid10 tanımışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, işə qəbul olunarkən əmək müqaviləsi bağlamaq istəsə də, bəzi problemlər olmuşdur. Hazırda da Şahid10 ilə işləyir, Təqsirləndirilən şəxs adını eşitsə də, onun kim olduğunu bilmir. Təqsirləndirilən şəxs “İnfiniti” kafe-barda müdir olub-olmaması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından Bakı Şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda işləmişdir. “İnfiniti” kafe-barda onu barmen kimi işə Nərgiz xanım götürmüşdür. “İnfiniti” kafe-barın personal müdiri və baş mühasibi kimi Şahid10ı tanıyır. Təqsirləndirilən şəxs isə qonaq kimi tanımışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun əmək haqqı 200 manat olmuş, həmin məbləği Şahid10 almış, “İnfiniti” kafe-barda təxminən 7-8 ay işləmişdir. Təqsirləndirilən şəxs hörmətli müştəri kimi tanımış, onu 7-8 ay ərzində “İnfiniti” kafe-barda çox görmüşdür. İbtidai istintaq zaman verdiyi ifadəni oxumadan imzalamışdır. “İnfiniti” kafe-barda əmək müqaviləsi olmadan işləmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda cəmi 10-15 gün meyvəçi kimi işləmişdir. İşlədiyi müddət ərzində əmək haqqı kimi Şahid10 100 manat pul almış, Şahid10 “İnfiniti” kafe-barın rəhbəri kimi tanımışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. “İnfiniti” kafe-barda Şahid10 başqa heç kimi tanımır, orada əmək müqaviləsi olmadan işləmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “İnfiniti” kafe-barda 2018-ci ilin dekabrın 24-dən təhlükəsizlik xidmətinin rəisi kimi işləmiş, ayda 600 manat əmək haqqı almışdır. “İnfiniti” kafe-barın müdiri kimi Babakı tanımışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs sərmayəçi kimi tanımışdır. Belə ki, kim iş qurardısa, Əhməd ona pul verərdi. “İnfiniti” kafe-barda əmək müqaviləsi olmadan işləmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, “İnfiniti” kafe-barda İT xidməti göstərmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, “İnfiniti” kafe-barda işi daimi olmamış, həmin obyektdə olan kompyuterlərdə problemlər olanda ora gəlib-getmişdir. Bir ilə yaxın “İnfiniti” kafe-barda işləmiş, vəzifəsi kompyuterlərdə problem olduğu təqdirdə onları aradan qaldırmaq olmuşdur. Əmək haqqını gördüyü işin müqabilində almışdır. “R-keeper” xidmətlərindən hər hansı məlumatı yoxdur. Sistemlə aparılan alqı-satqı əməliyyatlarından xəbəri olmamış, faylların yenilənməsi ehtiyacı olanda onu çağırmışdılar. Şahid10ı müdiriyyət kimi tanıyır, Təqsirləndirilən şəxs “İnfiniti” kafe-barda görsə də, onun kim olduğunu bilməmişdir. “İnfiniti” kafe-barda əmək müqaviləsi olmadan işləmişdir. Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, vergi yoxlaması keçirilən zaman “İnfiniti” kafe-barda təxminən bir həftə olardı işləməyə başlamışdır. Şahid10ı ona müdiriyyət kimi təqdim etmişdilər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildirmişdir ki, o,“İnfiniti” kafe-barda 10 gün sınaq müddəti ilə işə qəbul olunsa da, onun iş qrafiki müəyyənləşdirilməmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayının əvvəllərində işə düzəlmək üçün “İnfiniti” kafe-bara gəlmişdir. Onunla əvvəl müqavilə bağlamaq istəsələr də, o, razı olmamışdır. Buna səbəb isə işlə tanış olması və bəyəndiyi təqdirdə müqavilə bağlamaq istəməsi olmuşdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs8 bildirmişdir ki, yoxlama aparılan zaman o, “İnfiniti” kafe-barda olmuşdur. Təqsirləndirilən şəxs onun dostudur. Zərərçəkmiş şəxs8 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində “İnfiniti” kafe-barda ofisiant köməkçisi işləmişdir. Onu işə Babak götürmüş və əmək haqqını da Babak vermişdir. Klubun rəhbəri kimi Babakı tanımışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 300 manat olmaqla aylıq əmək haqqını Babakdən almış, Babak administratorların rəhbəri olmuş və onu rəhbər kimi bilmişdir. İşlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamışdır. “İnfiniti” kafe-barda Təqsirləndirilən şəxs görməmişdir. Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, “İnfiniti” kafe-barda ofisiant kimi işləmişdir. Hal-hazırda da həmin barda ofisiant kimi işləyir. Yoxlama aparılmamışdan təxminən 3-4 ay əvvəl həmin barda işə başlamışdır. Onu “İnfiniti” kafe-bara ofisiant kimi Mehman adlı şəxs işə götürmüşdür. İşlədiyi müddət ərzində əmək haqqını Babakdən almışdır. Əmək haqqını nağd qaydada almışdır. Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Şahid24 bildirmişdir ki, işlədiyi müddət ərzində onunla əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxs Şahid24 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda 2 gün aşbaz köməkçisi kimi işləmişdir. Onu işə aşbaz yoldaşı Emil dəvət etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs10 bildirmişdir ki, “İnfiniti” kafe-barda onu ilk dəfə Babak qarşılamışdır. Müdiriyyətin kim olduğunu bilmir. Onunla əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, “İnfiniti” kafe-barda gündüz mühafizəsində işləmiş, onu işə Babak dəvət etmişdir. Səhər saat 08:00-dan axşam saat 19:00-a qədər işləmişdir. Əmək haqqı 300-400 manat olmuş, “İnfiniti” kafe-barda əmək müqaviləsi olmadan işləmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs11 bildirmişdir ki, Babakı “İnfiniti” kafe-barın müdiriyyəti kimi tanıyır. Təqsirləndirilən şəxs kim olduğunu bilmir. Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda qəlyançı kimi işləmişdir. Onu “İnfiniti” kafe-bara işləməyə qardaşı dəvət etmişdir. Belə ki, qardaşı “İnfiniti” kafe-barda işləmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs12 bildirmişdir ki, o, əmək müqaviləsi olmadan “İnfiniti” kafe-barda işləmişdir. Faizə işlədiyi üçün əmək müqaviləsi bağlamaq onun üçün maraqlı deyildi. İşlədiyi müddət ərzində Babakı rəhbər kimi tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs12 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda 3-4 ay qəlyançı kimi işləmiş, Şahid10 həmin barın rəhbəri kimi tanımış və əmək haqqını ondan almışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs13 bildirmişdir ki, o, “İnfiniti” kafe-barda əmək müqaviləsi bağlamadan işləmişdir. Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Tam olaraq yadında deyil, amma ola bilsin ki, Təqsirləndirilən şəxs müştəri kimi qulluq etmişdir. Zərərçəkmiş şəxs13 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 15.12.2018-ci il tarixdən fərdi sahibkar Şahid10 sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda qarderobçu olaraq fəaliyyətə başlamışdır. Həmin işlə onu Şahid10 təmin etmişdir. Həmin barda aylıq 150 manat məvacibə işləmiş, məvacibi nağd şəkildə Şahid10 almışdır. İşlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, “Torqovıy” adlanan yerdə yerləşən “Night” klubda işləmişdir. Təxminən 2016-cı ilin sonlarından Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda işləməyə başlamış, həmin vaxtlarda vergi ödəyicisi olaraq qeydiyyata alınaraq VÖEN almışdır. “İnfiniti” kafe-bar Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş və Əhmədin göstərişi əsasında icarə müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Kafe-barın fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Kafe-bar təmirsiz olduğundan Təqsirləndirilən şəxs tərəfindən əsaslı təmir edilmiş, 2018-ci ilin sentyabr ayında kafe-barın yeni mülkiyyətçisi ilə də icarə müqaviləsi Təqsirləndirilən şəxs göstərişi əsasında onun adına yenidən rəsmiləşdirilmişdir. Kafe-barın gündəlik və aylıq dövriyyəsi üzrə hesabatları özü, gündəlik dövriyyə üzrə pulların yığılması isə Şahid11 tərəfindən həyata keçirilmişdir. Kafe-barın gəlirlərini hər zaman Təqsirləndirilən şəxs əldə etmiş, kafe-barın gündəlik dövriyyəsi üzrə əldə olunan pul vəsaitlərinin xərclənməsi də onun göstərişləri əsasında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs kafe-barın fəaliyyət göstərdiyi dövr ərzində hər ay 300-400 min manat həcmində, kafe-barın ümumiyyətlə fəaliyyəti dövrdə isə təxminən 6-7 (altı-yeddi) milyon manata yaxın gəlir əldə etmişdir. “İNFİNİTİ” kafe-barın fəaliyyəti ilə əlaqədar gəlirlərin hamısı Əhməd tərəfindən əldə olunmuş, vergilər də onun göstərişi əsasında ödənilmişdir. Kafe-barda aşkar olunaraq götürülmüş alkoqollu içkilərin üzərindəki aksiz markalarının saxta olmasından məlumatı olmamışdır. Aksiz markası ilə markalanmış alkoqollu içkilərin hamısının dəyəri nağd qaydada ödənilməklə müxtəlif firmalardan satış məqsədilə Əhmədin göstərişi və razılığı əsasında alınmışdır. Kafe-barda əmək müqaviləsi olmadan işlərə cəlb olunan işçilər Təqsirləndirilən şəxs göstərişi və razılığı əsasında onun tərəfindən işlə təmin olunmuşdur. Kafe-barda özü aylıq 2000 (iki min) manat əmək haqqı almış və bundan başqa kafe-barın fəaliyyətindən heç bir gəlir əldə etməmişdir. Verilmiş suallara cavab olaraq Şahid10 bildirmişdir ki, Təqsirləndirilən şəxs Murad Cəfərovun onların şəriki olmasını istintaqa bildirməsinə dair ona göstəriş vermişdir. Murad Cəfərovu Təqsirləndirilən şəxs dostu kimi tanısa da, onun nə işlə məşğul olmasını bilmir. VÖEN onun adına açılsa da, “İnfiniti” kafe-barın faktiki rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı kirayəyə ev axtarması ilə başlamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs evini kirayəyə götürmüşdür. Təqsirləndirilən şəxs ona ilk əvvəllər iş təklif etsə də, o, razılaşmamış və öz işi olduğunu bildirmişdir. Belə ki, həmin vaxt o, su filtirlərinin satışı ilə məşğul olmuşdur. Bir müddət sonra işləri qaydasında olmadığından o, Təqsirləndirilən şəxs ilə işləmək qərarına gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu ərazisində “İnfiniti” klub açılan zaman Təqsirləndirilən şəxs həmin kulubun VÖEN-ni onun adına açmağı təklif etmiş, o isə razılaşmışdır. “İnfiniti” kafe-barda bütün məsələlərlə Təqsirləndirilən şəxs özü məşğul olmuşdur. Həmin kafe-barda işləyən Səbinə, Nərgiz və Mehman da bütün işləri Təqsirləndirilən şəxs göstərişi ilə həyata keçirirdilər. O, “İnfiniti” kafe-barda olan işçilərin əmək haqqının paylanmasını Təqsirləndirilən şəxs göstərişi ilə həyata keçirirdi. O, öz iş fəaliyyətini Təqsirləndirilən şəxs göstərişlərinə uyğun müəyyənləşdirirdi. “İnfiniti” kafe-bara verginin əməkdaşları yoxlamağa gələnə qədər bütün işlərə Təqsirləndirilən şəxs rəbərlik etmişdir. Təqsirləndirilən şəxs gündəlik gəlirləri götürürdü. Təqsirləndirilən şəxs 2 dəfə ondan verdiyi ifadəsini dəyişməyi tələb etmişdir. Belə ki, Əhməd ona bildirmişdir ki, ifadəsini dəyişməsə onun arxasında durmayacaqdır. O, Əhmədin göstərişi ilə istintaqda birinci ifadəsində Murad Cəfərovu “İnfiniti” kafe-barın şəriki olduğunu bildirmişdir. Lakin, Murad Cəfərovun bu işə heç bir aidiyyatı yoxdur. X62 adını çəkməyi ona görə istəyirdi ki, Murad Cəfərov onlara köməklik etsin. Belə ki, X62 geniş əlaqələrinin olduğunu ona bildirmişdi. O, Təqsirləndirilən şəxs işçisi olmuş və Əhmədin bütün göstərişlərini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs “İnfiniti” kafe-barı icarəyə götürən zaman həmin obyekt təmirsiz olmuş və bütün təmir işlərini də Əhməd aparmışdır. “İnfiniti” kafe-bar fəaliyyətə başlayan zaman onun 2-3 mərtəbəsi işləmiş, 1 mərtəbəsi isə anbar olmuşdur. “İnfiniti” kafe-barda birinci Qeyrət adlı şəxslə, daha sonra isə Elnurla icarə müqaviləsi bağlamışdır. VÖEN onun adına olduğu üçün müqavilələr də onunla bağlanırdı. “İnfiniti” kafe-barda 21 nəfər müqaviləsiz işçi işləmişdir. Buna dair bütün göstərişləri də digər işlərdə olduğu kimi Təqsirləndirilən şəxs verirdi. “İnfiniti” kafe-barda işləyən müdirlər birinci Əhmədə, daha sonra ona tabe idilər. “Bu Qala” və “İnfiniti” klub eyni adamın idi. İçkiləri o sifariş versə də, onların alınacağı firmaların adlarını Əhməd ona bildirmişdir. İşçilərin əmək haqqını Əhməd müəyyən edirdi, ən sonda isə VÖEN onun adına olduğu üçün o, qol çəkib həmin şəxsi işə götürürdü. Vergi yoxlaması gələn zaman o, obyektdə olmamışdır. Ona telefonla məlumat verilmiş və o, dərhal bu barədə Əhmədə bildirmişdir. Əhməd isə həmin vaxt İran İslam Respublikasında olmuşdur. O, yoxlama günü təxminən saat 19:00-20:00 radələrində “İnfiniti” kafe-bara gəlmişdir. Bu zaman vergi əməkdaşları oradan aşkar olunan bəzi içkilərdə aksiz markalarının olmamasını ona bildirmişdilər. O isə içkiləri hansı firmadan aldıqlarını vergi əməkdaşlarına bildirmişdir. Onların 2 anbarı olmuşdur. Bunlardan biri “İnfiniti” kafe-barda, digəri isə “Bu Qala”da yerləşirdi. İstintaqa birinci verdiyi ifadəni təsdiq etmir. Belə ki, həmin ifadəni Əhmədin göstərişi ilə vermişdir. Daha sonra ona aydın olmuşdur ki, Əhməd verdiyi vədə əməl etməyərək onun arxasında dayanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27.12.2018-ci il tarixli, **********4435 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən həmin tarixdə fiziki şəxs Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, tədbir zamanı kafe-barda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 20 (iyirmi) nəfər işçilərin müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək aktlaşdırılmışdır. Bundan başqa kafe-barda saxta aksiz markası ilə markalanması ehtimal olunan alkoqollu içkilər və 4973 ədəd müxtəlif çeşidli alkoqollu içkilər olmaqla, aksiz markası ilə markalanmalı olan malların nağd qaydada alınması aşkar olunaraq müvafiq qaydada sənədləşdırilməklə götürülmüşdür. Həmçinin, tədbir zamanı müvafiq araşdırmaların aparılması məqsədi ilə kafe-bardan mühasibatlığa dair müxtəlif sənədlər, elektron daşıyıcılar və əşyalar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinin əməkdaşı Şahid9 ifadəsində göstərmişdir ki, 22.01.2019-cu il tarixli mütəxəssis rəyi onun tərəfindən “İNFİNİTİ” kafe-bardan götürülmüş sənədlər və elektron daşıyıcılar, “Posterminal” (R-KEEPER) proqramında hazırlanmış gündəlik və aylıq dövriyyə məlumatları, həmçinin alınmış izahatlar əsasında 01.09.2017-ci il tarixdən 26.12.2018-ci il tarixədək olan dövr üzrə tərtib olunmuşdur. Qeyd olunan dövrdə faktiki satış dövriyyəsi 11982297,75 manat məbləğində olmuş, 2281,50 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 8971,96 manat məbləğində DSMF-nin əmək müqaviləsiz işlərin yerinə yetilməsinə cəlb edilmiş 20 nəfər işçilərin 27.12.2018-ci il tarixli izahatları əsasında hesablanmışdır. 96390,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi isə Şahid10 özünün 27.12.2018-ci il tarixli izahatı əsasında hesablanmışdır. Həmçinin, “İNFİNİTİ” kafe-bardan götürülmüş “Posterminal” (R- KEEPER) proqramından köçürülmüş gündəlik və aylıq dövriyyə məlumatlarını özündə əks etdirən “PDF” fayllara kənar müdaxilənin edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, “İNFİNİTİ” kafe-barda nəzarətçi kimi işləmişdir. Təqsirləndirilən şəxs köhnə “Hiss” klubdan iş görən şəxs kimi tanımışdır. Əhməd “İNFİNİTİ” kafe-barı icarəyə götürərək təmir etdirmiş, daha sonra isə həmin obyekti işlətmək üçün Şahid10 vermişdir. Şahid10 klubu işlədən zaman Əhmədin idarəetmə ilə bağlı işlərə qarışmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında uyğunsuzluğa dair verilmiş suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanındakı “İNFİNİTİ” kafe-barın yerləşdiyi qeyri-yaşayış sahəsi 2016-cı ildən kürəkəni X54 məxsus olmuşdur. Kafe-bar 2016-cı ilin dekabr ayında icarəyə verilmiş, 2018-ci ilin sentyabr ayında kafe-barı bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. 2018-ci lin oktyabr ayında kafe-bar X47 və X7. Kafe-bar icarə müqaviləsi əsasında Şahid10 adına rəsmiləşdirilmişdir. İcarə haqqını da Şahid10 almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalasının əridir. 2017-ci ildə “İnfiniti” kafe-bar Əhmədə təqdim olunmuş, sonuncu da həmin obyekti bəyəndiyindən onu təmirsiz vəziyyətdə icarəyə götürmüşdür. Təmir işlərinə Əhməd tərəfindən xeyli miqdarda vəsait sərf olunmuşdur. Təmirin sonunda Əhməd xəstələndiyi üçün həmin obyekti idarə edə bilmədiyindən onu başqa şəxsə vermək qərarına gəlmişdir. Daha sonra həmin obyekti Şahid10 və Murad adlı şəxs icarəyə götürmüşdür. Bundan sonra klubu Şahid10 idarə etmişdir. Şahid10 sənədlərində problem olduğu üçün icarə müqaviləsini onun adına rəsmiləşdirməyi təklif etmiş, o isə razılaşmışdır. 2019-cu ilin ayından icarə müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Yoxlama zamanı o, həmin obyektdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ilin dekabr ayından Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda ofisiant olaraq işləməyə başlamışdır. Onu həmin barda işə Mehman adlı şəxs götürmüşdür. “İNFİNİTİ” kafe-barın fəaliyyətinə rəhbərlik edən şəxs kimi hər zaman Təqsirləndirilən şəxs tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İnfiniti” kafe-barda kamera nəzarətçisi olaraq işləmişdir. 2017-ci ildə onu “Hiss” kluba Ruslan adlı şəxs işə götürmüşdür. Daha sonra o, işləmək üçün “İnfiniti” kluba gəlmişdir. 2018-ci ildə isə Təqsirləndirilən şəxs onu işdən azad etmişdir. Verilmiş suala cavab olaraq Şahid20 bildirmişdir ki, o, “İnfiniti” kafe-barda rəhbər kimi Təqsirləndirilən şəxs tanımışdır. Şahid10 isə Əhmədin işçisi kimi bilmişdir. Nərgiz xanımla aralarında mübahisə olduqdan sonra Təqsirləndirilən şəxs onu işdən çıxartmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs Şahid10 göstəriş verməsinin şahidi olmuşdur. Belə ki, Şahid10 Əhmədə tabe idi. İşlədiyi müddətdə əmək haqqını nağd olaraq həm Təqsirləndirilən şəxs, həm də Şahid10 almışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid12, Şahid14, Şahid16, Şahid18, X23, Şahid21, Şahid22 və Şahid23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid14 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın Təqsirləndirilən şəxs məxsus olduğunu, kafe-barın fəaliyyətinə hər zaman sonuncunun rəhbərlik etdiyini, sonuncunun əvvəllər Bakı şəhəri, “Torqovıy” adlanan yerdə yerləşən “Night” kluba rəhbərlik etdiyini, sonradan isə Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda fəaliyyət göstərməyə başladığını, kafe-barın sonuncunun göstərişi əsasında Şahid10 adına rəsmiləşdirildiyini, sonuncunun kafe-barda aylıq məvacib müqabilində işçi olduğunu, kafe-barda alınan alkoqollu içkilərin hamısının Təqsirləndirilən şəxs göstərişi və razılığı əsasında Şahid10 tərəfindən alındığını, kafe-barın aylıq dövriyyə hesabatlarına və xərclərinə hər zaman Təqsirləndirilən şəxs nəzarət etdiyini və hesabatların sonuncuya təqdim olunduğunu, kafe-barda işçilərin Təqsirləndirilən şəxs razılığı ilə işlə təmin edildiklərini göstərmişdir. Şahid X23 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak etmədiyini bildirmişdir. Şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən gürünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin kafe-barda bir müddət təmir işlərinə köməklik etdiyini, kafe-barın fəaliyyətinə hər zaman sonuncunun rəhbərlik etdiyini, kafebarın Şahid10 adına rəsmiləşdirildiyini, sonuncunun kafe-barda işçi olaraq aylıq məvacib müqabilində işlədiyini göstərmişdir. Azərbaycan Respublikasın Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 33/1259 nömrəli, 20 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı Şahid16 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında “22.05.2020-ci ildə Çıxış-İran” məlumatı qeydə alınmışdır. Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X70 ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın dostu Təqsirləndirilən şəxs məxsus olduğunu, sonuncunun təklifi ilə bir müddət həmin kafebarda işçi olaraq işlədiyini, həmin kafe-barın yaxınlığında yerləşən “Bu Qala” adlı kafebarın da sonuncuya məxsus olduğunu, “İNFİNİTİ” kafe-barın Təqsirləndirilən şəxs tərəfindən təxminən 2016-cı ilin sonlarında icarəyə götürüldüyünü, kafe-barda Təqsirləndirilən şəxs razılığı və icazəsi olmadan heç bir addımın atılmadığını, məhsulların alınmasının, alınan məhsulların satış qiymətlərinin müəyyən olunmasının, işçilərin işlə təmin olunmasının, dövlət orqanlarına hesabatların verilməsi məsələlərinin hər zaman Təqsirləndirilən şəxs göstərişləri əsasında icra olunduğunu, kafe-barda satılan məhsulların hamısının Təqsirləndirilən şəxs razılığı və göstərişi əsasında Şahid10 tərəfindən sifariş olunub alındığını göstərmişdir. Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 2018-ci ilin əvvələrindən Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda anbardar olaraq işləmiş, kafe-bar sənədləşmə əsasında Şahid10 adına rəsmiləşdirilsə də, fəaliyyətinə rəhbərlik Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2016-cı ilin dekabr ayından Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda kamera nəzarətçisi olaraq işləməyə başlamışdır. Kafe-barda onu işlə Təqsirləndirilən şəxs təmin etmiş, təxminən 2018-ci ilin noyabr ayının sonlarında da onun tərəfindən işdən azad olunmuşdur. Kafe-barın fəaliyyətinə rəhbərlik edən şəxs kimi hər zaman Təqsirləndirilən şəxs tanımışdır. Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 27.12.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafebarda vergi əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müşahidəçi qismində iştirak etmiş, tədbir zamanı kafe-bardan aksiz markası ilə markalanmalı olan müxtəlif markalı alkoqollu içkilər, “Posterminal” (R- KEEPER) aparatından çıxan dövriyyə ilə bağlı sənədlər, obyektdə olan elektron avadanlıqlar vergi əməkdaşları tərəfindən götürülmüş, bundan başqa kafe-barda əmək müqaviləsiz işlərə cəlb edilən işçilərin də izahatları alınmışdır. Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə digər Şahid21 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 27.12.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-bara baxış keçirilmiş və baxış zamanı kafe-bardan təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə “Malt Citrus”, “X63”, “Çornıy Volk”, “Merkuriy Vodka” və “Kavkazskaya Vodka” əmtəə nişanlı alkoqollu içkilər nümunə olaraq götürülərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilmiş və tədqiq nəticələrinə əsasən nümunələrin texniki göstəricilərinin normativlərə uyğun olmadığı müəyyən olunmuşdur. Bundan sonra 04.01.2019-cu il tarixdə qeyd olunan kafe-bardan yenidən nümunələr götürülmüş və həmin nümunələrin də tədqiq nəticələrinin ilkin tədqiq nəticələri ilə eyni olduğunu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixli, **********435 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə 133 ünvanda yerləşən, fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olan “İnfiniti” kafe-barda (VÖEN: **********) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktının aşkar edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və s. məsələlər üzrə 27.12.2018-ci il tarixdən 25.01.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında 006457 nömrəli, 27 dekabr 2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə 133 ünvanda yerləşən “İnfiniti” kafe-barda 27.12.2018-ci il tarixdə əmək müqavilələrinin elektron bildirişlərinə əsasən xidmət göstərən 67 fiziki şəxsdən 20 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; 27 dekabr 2018-ci il tarixli “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı satış məqsədilə alınmış aksizli malların Siyahısı”ndan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə 133 ünvanda yerləşən “İnfiniti” kafe-barda cəmi 5106 sayda, 53215,85 manat dəyərində spirtli içki məhsulları siyahıya alınmışdır; “Vergi ödəyicisindən götürülmüş aksiz markası ilə markalanmalı olan malların məsul saxlamaya qoyulması barədə” 27 dekabr 2018-ci il tarixli, 000019 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə 133 ünvanda yerləşən “İnfiniti” kafe-bardan 27 dekabr 2018-ci il tarixli protokolla götürülmüş 5002 sayda aksiz markası ilə markalanmalı olan mallar məsul saxlamaya qoyulması üçün təhvil verilmişdir; “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların markalanmadan və ya saxta aksiz markalarla markalanmaqla satışının, satış məqsədilə saxlanılmasının və istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” 10 yanvar 2019-cu il tarixli, 002781 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 133 ünvanda yerləşən “İnfiniti” kafe-bardan 29 sayda saxta aksiz markalarla markalanmış spirtli içki məhsulları götürülmüşdür; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid9 tərəfindən verilmiş 22 yanvar 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, fərdi sahibkar Şahid10 (VÖEN **********) fəaliyyət göstərdiyi “İNFİNİTİ” kafe-barda operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər əsasında vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləğinin müəyyən edilməsi, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması, həmçinin Şahid10 tərəfindən 20 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində hansı dövr üzrə, nə qədər məbləğdə vergi, işsizlikdən siğorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılmasının müəyyənləşdirilməsi məqsədilə vergi ödəyicisindən götürülmüş 01.09.2017-26.12.2018 dövr aralığında olan sənədlər (qara mühasibatlıq sənədləri, elektron fayllar), İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırmaya təqdim olunmuş materiallar, Vergilər Nazirliyinin AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan Şahid10 şəxsi hesab vərəqəsindən görünür ki, 22.01.2019-cu il vəziyyətinə büdcəyə 1369,96 manat artıq ödəməsi vardır. Şahid10 (VÖEN **********) 30.11.2016-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Şahid10 hüquqi ünvanı: AZ1009, ünvan 11 ünvanı isə AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 olmuşdur. Şahid10 fəaliyyəti həmin ünvanda yerləşən, əsas sahəsi 2338,7 kv.m. olan “İnfiniti” klub-barda içkilərin satışı ilə əlaqədar (barlar tərəfindən) xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Şahid10 27.12.2018-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, klub-barı 29.12.2016-cı il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 30000,00 manat olmaqla X44 icarəyə götürmüşdür və icarə haqqını hər ay Ramin Rzayevə nağd qaydada ödəmişdir. Araşdırılan dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuş, 23.05.2017 tarixli müraciətinə əsasən 8% üzrə sadələşdirilmiş vergi ödəyicisidir və bəyannamələri vergi orqanına təqdim etmişdir. Vergi ödəyicisində səyyar vergi yoxlaması aparılmamışdır. Vergi ödəyicisinin 1 bankda ("xxxx" ASC-nin “Park Bulvar” filialında 2 hesablaşma hesabları vardır. Sadələşdirilmiş vergi: Araşdırma ilə sadələşdirilmiş vergi üzrə 01.09.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr əhatə edildi. Belə ki, vergi ödəyicisindən götürülmüş sənədlər (qara mühasibatlıq sənədləri, elektron fayllar) 01.09.2017-26.12.2018 dövr aralığı olan sənədlərdən ibarətdir. Həmin sənədlər əsasında araşdırma ilə vergi ödəyicisinin faktiki satış dövriyyəsinin 11982297,75 manat məbləğində (o cümlədən: 2017ci ilin sentyabr ayı üzrə 633462,75 manat, 4-cü rübü üzrə 1893717,25 manat, 2018-ci ilin 1-ci rübü üzrə 231623- manat, 2-ci rübü üzrə 2592393,99 manat, 3-cü rübü üzrə 2628709,06 manat, 4-cü rübü üzrə 1917780,14 manat) olduğu müəyyən edildi. Qeyd olunan dövr üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş sadələdirilmiş vergi bəyannamələrində göstərilən dövriyyə 810404,00 manat (o cümlədən: 2017-ci ilin 3cü rübünün sentyabr ayı üzrə 55194,00 manat 4-cü rübü üzrə 180405,00 manat, 2018-ci ilin 1-ci rübü üzrə 189450,00 manat, 2-ci rübü 191555,00 manat, 3-cü rübü üzrə 193800,00 manat, 4-cü rübü üzrə 0,00 manat), hesablanmış vergi 64832,32 manat (810404,00 x 8%) təşkil edir. Göründüyü kimi araşdırılan dövr üzrə vergi ödəyicisi tərəfindən satış dövriyyəsi bəyannamələrdə 11171893,75 manat məbləğ (11982297,75 - 810404,00) azaldılmışdır. Ona görə də Vergi Məcəlləsinin 219.1-ci və 220. ci (əvvəlki 220.1-1.2.) maddələrinə əsasən büdcəyə əlavə olaraq 893751,50 manat sadələşdirilmiş vergi (1.1171893,75 x 8%) hesablanır (müqayisə cədvəli əlavə olunur). Ödəmə mənbəyində tutulan vergi: Vergi ödəyicisi ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, 1-ci rüb 2017- 1-ci rüb 2018 dövr üzrə bəyannamələri vergi orqanına təqdim etmiş, hər rüb üçün 6300,00 manat (aylıq 2100,00 manat) icarə haqqı ödədiyini göstərərək rüb üçün 882,00 manat olmaqla cəmi 4410,00 manat vergi hesablamışdır. Vergi ödəyicisi 2-ci rüb rüb 2018 - 4-cü rüb 2018 dövr üzrə bəyannamələri vergi orqanına təqdim etməmişdir. İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırmaya təqdim olunmuş materiallardan görünür ki, Şahid10 27.12.2018-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, klub-barı 29.12.2016-cı il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 30000,00 manat olmaqla X44 icarəyə götürmüşdür və İcarə haqqını hər ay Ramin Rzayevə nağd qaydada ödəmişdir. Ona görə də Vergi Məcəlləsinin 13.2.16.12-ci və 124.1-ci maddələrinə əsasən hər rüb üçün 12600,00 manat (90000,00x14%), 2017- 2018-ci illər üzrə hər il üçün 50400 manat olmaqla ümumilikdə 100800,00 manat vergi müəyyən edilir və vergi ödəyicisi tərəfindən hesablanmış 4410,00 manat vergi məbləği nəzərə alınaraq büdcəyə əlavə olaraq 96390,00 manat ödəmə mənbəyində tutulan vergi (100800,00-4410,00) hesablanır. MÖMV və DSMF-na ayırmalar üzrə: İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırmaya təqdim olunmuş materiallara əsasən Şahid10 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakti) hüquqi qüvvəyə minmədən 20 nəfərin qanunsuz olaraq müxtəlif işlərin yerinə yetilməsinə cəlb edilməsinə görə onun özünün və həmin şəxslərin verdikləri izahatlar əsasında araşdrma nəticəsində yayındırılmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və dövlət sosial sığorta haqları hesablanmışdır. İşlədiyi günlər müqabilində həmin şəxslərə ödənilən əmək haqqı məbləğlərindən Vergi Məcəlləsinin 101.1-ci və 102.1.6-cı maddələri tətbiq edilməklə ümumilikdə 2281,50 manat (o cümlədən 2017-ci il üzrə 814,80 manat, 2018-ci il üzrə 1466,70 manat) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, DSMF-na isə 8971,96 manat (o cümlədən 2017-ci il üzrə 2850,00 manat, 2018-ci il üzrə 6121,96 manat ayırmalar hesablanır (işçilərin siyahısı, əmək haqqı və sığorta ayırmaları barədə cədvəl məlumatı əlavə olunur). Araşdırmanın nəticəsi olaraq fərdi sahibkar Şahid10 araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergi məbləğinin 992423,00 manat, o cümlədən 893751,50 manat sadələşdirilmiş vergi, 96390,00 manat ödəmə mənbəyində tutulan vergi, 2281,50 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergidən ibarət olması və DSMF-na isə 2017-ci ildə 22%+3% olmaqla 2850,00 manat, 2018-ci ildə 22,5%+3,5% olmaqla 6121,96 manat - cəmi 8971,96 manat icbari ödənişlərin yayındırılması barədə rəy verilmişdir; “Maddi sübutlara baxış keçirilməsi haqqında” 25 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas X37 icraatında olan ********* nömrəli cinayət işi üzrə Departamentin **********4435 nömrəli, 27.12.2018-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən həmin tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar Şahid10 (VÖEN:**********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunaraq götürülmüş 3 qutu və 2 bağlamada qablaşdırılmış maddi sübutlara və Departamentin saxlanma anbarına saxlanca verilmiş 5002 ədəd alkoqollu içkilərə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, 3 qutu və 2 bağlamada 2 ədəd “ASUS” markalı prosessor və 1 ədəd “HP” markalı noutbukun olduğu, bundan başqa qara mühasibatlığın əks olunduğu müxtəlif dəftərçələr və sənədlər, həmçinin qeyd olunan prosessorlar və noutbukun içindəki məlumatların köçürüldüyü 1 ədəd flaşkartın olduğu müşahidə olundu. Bundan başqa, baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunaraq götürülmüş və Departamentin saxlanma anbarına saxlanca verilmiş 5002 ədəd alkoqollu içkilərin qablaşdırılmış şəkildə saxlanca verildiyi müşahidə olundu. Həmin alkoqollu içkilərdən 6 ədəd 1 litr həcmində qablaşdırılmış “Malibu Rom” (BƏ seriyalı 8994018, 899401, 8994017, 8993514, 8994020, ******* nömrəli), 5 ədəd 1 litr həcmində qablaşdırılmış “Şnaps Archers” (BƏ seriyalı 9407522, 9407895, 9407463, AD seriyalı 5852599, ******* nömrəli), 4 ədəd 1 litr həcmində qablaşdırılmış “Yeni Raki” (BƏ seriyalı 8980097, 8980099, 8993535, ******* nömrəli), 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Liker Baileys” (BƏ seriyalı ******* nömrəli), 2 ədəd 1 litr həcmində qablaşdırılmış “Bacardi Rom” (BƏ seriyalı 8993520, ******* nömrəli), 9 ədəd 0,5 litr həcmində qablaşdırılmış “X79 N7” (BƏ seriyalı 9100668, 9100682, 9100687, 9100673, 9100678, 9100680, 9100675, 9100686, ******* nömrəli), 1 ədəd 0,5 litr həcmində qablaşdırılmış “Tekila Olmega” (AD seriyalı ******* nömrəli) və 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Finlandiya” (BƏ seriyalı ******* nömrəli) arağı olmaqla, cəmi 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər müvafiq ekspertiza keçirilməsi məqsədilə nümunə olaraq götürüldü. Qalan 4973 ədəd alkoqollu içkilər Departamentin saxlanma anbarında saxlanıldı və anbardar Aydın Quliyevə təhvil verildi. Baxış və götürmə protokolu ucadan oxundu, əlavə və düzəlişlərin edilməsi barədə təklif daxil olmadı, şikayət və etiraz bildirilmədi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X70, 133 ünvanı xüsusi mülkiyyət hüququ əsasında Şahid13 adına 18.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 7044 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2019-cu il tarixli, 2623 nömrəli rəyindən görünür ki, Əlavə 1-də göstərilmiş 29 ədəd adda alkoqollu içkilərdə olan “Azərbaycan Respublikası Alkoqollu X64” aksiz markasına oxşar tədqiqat obyektləri AA ******* nömrəli “Azərbaycan Respublikası Alkoqollu X64” markasının eksperimental nümunəsi ilə fərqlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 73 (yetmiş üç) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2019-cu il tarixli, 2621/2622/2624 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş “Yeni Rakı”, “Malibu liqueur”, “X63”, “Finlandia Vodka”, “Baileys original irish cream”, “X71”, “Jack Daniels Oİd №7 tennessee whisky”, “Archers schnapps” butulkaların ağızlığındakı qapaqlar zavod üsulu ilə bərkidilməsinə uyğun gəlir; - ünvan 15 ünvanında yerləşən “İnfiniti” adlı kafe-bardan götürülmüş “Finlandia Vodka” markalı alkoqollu içki, tərkibində etil spirtinin həcm payı 39,9 % olan araq məhsuluna uyğundur. Tərkibindəki spirtin növü rektifikat “Lüks” spirtidir. “Jack Daniels Oİd №7 tennessee whisky” markalı alkoqollu içki tərkibində etil spirtinin həcm payı 39,9 % olan viski məhsuludur. “Malibu liqueur”, “Baileys original irish cream” və “Archers schnapps” markalı alkoqollu içkilər, tərkibində etil spirtinin həcm payı 17%, 18% və 21% olan likör məhsuludur. “Olmeca Tequila bianco” markalı alkoqollu içki, tərkibində etil spirtinin həcm payı 38% olan tekila məhsuldur. “Yeni Rakı” markalı alkoqollu içki, tərkibində etil spirtinin həcm payı 45% olan rakı məhsuludur. “X71” markalı alkoqollu içki, tərkibində etil spirtinin həcm payı 37,5 % olan rom məhsuludur. Təqdim olunmuş alkoqollu içkilər zavod üsulu ilə hazırlanmışdır. Təqdim olunmuş “Finlandia Vodka”, “Malibu liqueur”, “Baileys original irish cream”, “Archers schnapps”, “Olmeca Tequila bianco”, “X71”, “Yeni Rakı” və “Daniels Old №7 tennessee whisky” markalı alkoqollu içkilər yoxlanılan orqanoleptik, tündlük əlamətləri və “Finlandia Vodka” markalı alkoqollu işkinin hazırlandığı spirtin növünə görə araq, viski, likör, rom və rakı üçün olan müvafiq snandartların tələblərinə və etiket göstəricilərinə uyğundur. - tədqiqata təqdim edilmiş 2 saylı cədvəl üzrə göstərilmiş “Finlandia Vodka”, “Malibu liqueur”, “Baileys original irish cream”, “Archers schnapps”, “Olmeca Tequila bianco”, “X71”, “Yeni Rakı” və “X82 №7 tennessee whisky” markalı alkoqollu içkilərin orta bazar qiyməti 27 dekabr 2018-ci il tarixə 1187,0 manat müəyyən edildi; - təqdim edilmiş siyahıda göstərilmiş 4973 adda alkoqollu içkilərin 2018-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 52308,85 manat müəyyən edilir. Həmin alkoqollu içkilərin adları və qiymətləri ayrı-ayrılıda CD diskə əlavə edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri müvafiq olaraq 2 saylı cədvəldə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 228 (iki yüz iyirmi səkkiz) manatdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 12.04.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun 28.12.2018-ci il tarixli 1031 nömrəli “Tədqiq (sınaq) nəticələrinə dair protokollar”ından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 27.12.2018-ci il tarixdə “İNFİNİTİ" kafe-bardan yararlı olub-olmamasının müəyyən olunmasından ötrü laborator müayinələrin aparılması məqsədilə götürülmüş 2 ədəd “Malt Citrus” əmtəə nişanlı 0,7 litr həcmində qablaşdırılmış araq, 1 ədəd “X63” əmtəə nişanlı 1,0 litr həcmində qablaşdırılmış tekila, 1 ədəd “Çornıy Volk” əmtəə nişanlı 1,0 litr həcmində qablaşdırılmış araq, 1 ədəd “Merkuriy Vodka” əmtəə nişanlı 1,0 litr həcmində qablaşdırılmış araq və 1 ədəd “Kavkazskaya Vodka” əmtəə nişanlı 1,0 litr həcmində qablaşdırılmış arağın texniki göstəriciləri normativ texniki sənədə uyğun deyildir; “Maddi sübutlara baxış keçirilməsi haqqında” 04 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas X37, icraatında olan ********* nörməli cinayət işi üzrə Departamentin **********4435 nömrəli, 27.12.2018-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən həmin tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar Şahid10 (VÖEN:**********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunaraq götürülmüş 3 qutu və 2 bağlamada qablaşdırılmış maddi sübutlardan dəftərçələr və sənədlər saxlanılan 1 ədəd bağlamaya, həmçinin tədbir zamanı obyektdə olan “Barcode- Posterminal” elektron daşıyıcıdakı məlumatların köçürüldüyü, üzərində “Scandisk” yazısı olan 1 ədəd flaşkarta baxış keçirtmişdir. Baxış zamanı müəyyən olunudu ki, “İNFİNİTİ” kafe-bardan götürülərək qablaşdırılan qutuda 1 ədəd üzərində yazı olmayan kiçik ölçülü “Qaima fakturalar”, həcmli 1 ədəd üzərində yazı olmayan böyük ölçülü “Qaima fakturalar”, 1 ədəd üzərində “NABRAN” yazısı olan böyük ölçülü “Qaima fakturalar”, 1 ədəd üzərində “Bu Qala” yazısı olan böyük ölçülü “Qaima fakturalar”, 1 ədəd üzərində “İnfinity” yazısı olan böyük ölçülü “Qaima fakturalar”, 2 ədəd üzərində “NİGHT” yazısı olan böyük ölçülü “Qaima fakturalar”, 1 ədəd üzərində “ANBARA Girən mallar” yazısı olan böyük ölçülü dəftərçə, 1 ədəd üzərində “NoteBook” yazısı olan qəhvəyi rəngli qalın üzlüklü dəftərçə, 1 ədəd üzərində “Davamiyyət dəftəri” yazısı olan dəftərçə, 1 ədəd üzərində “MANUSCRİPT BOOK” yazısı olan göy rəngli dəftərçə, 1 ədəd üzərində “Davamiyyət dəftəri 2-ci mərtəbə M Səbinə” yazısı olan dəftərçə (dəftərçənin üz qabığında “Leyla-**********, Malik m” yazısı vərəqə bərkidilmişdir), 1 ədəd göy rəngli qovluqda saxlanılan müxtəlif A4 formatlı sənədlər, 15 vərəq üzərində BARMEN-Əliheydər, Məryəm, Aytən, Azər, Cavid, Səbinə, Elmin, Nigar, Könül, Elgün, Narida, Elxan, Yusif və Aysel yazıları olan “Sifariş Blankı”ları və üzərilərində Malik müəllim, Novruz Bəhmənli, Ruslan Barkov, Səbinə Niftəliyeva, Rəşad Ələkbərov, Nicat Axundov, Gülnar Dəmirova, Elnur Hacıyev, Vüsal Əliquliyev, Tarix Ələkbərov, Ülvi İbayev, Məryəm Gəncəyeva, Elvin Əliyev, Sərvər Məmmədov, Cavid İsmayılov, Əli Əlizadə və Sadiq Osmanov adları əks olunmuş kassa qəbzlərinin olduğu müəyyən olundu. Bundan başqa, üzərində “Scandisk” yazısı olan 1 ədəd flaşkarta baxış keçirilən zaman, “İNFİNİTİ” kafe-barın fəaliyyətinə aid müxtəlif sənədlərin olması aşkar olunaraq surətləri çıxarılmaqla cinayət işinə əlavə edildi. “Scandisk” yazısı olan 1 ədəd flaş kartda “İNFİNİTİ” kafe-barda olan Bar 1, Bar 2, Bar 3, Bar 4, Bar 5, Bar 6, Bar 7, Bar 8, Bar 9, Bar 10, Bar 11, Bar 12, Bar 13, Bar 14, Bar 15, Bar 16, Bar 17 sözləri ilə əks olunan kassaların və “İnfiniti club” yazısı olan fəaliyyətə dair gündəlik və aylıq dövriyyəni özündə əks etdirən “Posterminal” proqramının “PDF” fayllarının olduğu aşkar olundu. Həmin “PDF” fayllarının surətləri çıxarılaraq cinayət işinə əlavə edildi; X47, X55 (İcarəyə verənlər) və Şahid10 (İcarəçi) arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqavilə ilə “İcarəyə verənlər” Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29/10/2018 tarixdə X42 verilmiş **********93-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (paylı mülkiyyət hüququ üzrə 701.61 kv.m) və 29/10/2018 tarixdə X34 verilmiş **********93-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (paylı mülkiyyət hüququ üzrə 1637.09 kv.m) Bakı şəhəri, Nərimanov Rayonu, X70, 133 ünvanında yerləşən ümumi sahəsi 2338.7 kv.m olan qeyri-yaşayış binasını “İcarəyə götürən”ə icarəyə verir. İstifadəçi obyektdən kafe, çay evi, restoran, ofis, gecə klubu, diskoteka, bar və əyləncə - istirahət mərkəzi kimi istifadə edəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən icarə obyekti bu müqavilə imzalandıqdan sonra qüvvəyə mindiyi andan 10 il (on) müddətinə icarəçinin istifadəsinə verilir. İcarə müqaviləsinin şərtləri hər iki ildən bir tərəflərin razılığı ilə dəyişdirilə bilər. Bütün sahə üçün aylıq icarə haqqı 10000.00 manat təşkil edir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X70, 133 ünvanında olan 2338,7 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X30 (1637,09 kv.m.), X35 (701,61 kv.m.) adlarına 29.10.2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 7044 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2019-cu il tarixli, 2624 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Hp” markalı “ENVY” modelli noutbuk və iki ədəd “Asus” markalı kompyuter sistem blokları olmaqla halhazırda işlək vəziyyətdədirlər; - Təqdim edilmiş “Hp” markalı “ENVY” modelli noutbukun maqnit informasiya yaddaş daşıyıcısının “C” məntiqi diskində müxtəlif xarakterli (“xls”,“xlsx”, “wav”, “png”, “jpg”, “gif’, “docx”, “doc”, “bmp”, “avi”, “pdf” və s. formatlı) fayllar müəyyən olundu, həmin müəyyən olunmuş faylların adları və məzmunu “Ekspertiza 2624” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi; - Təqdim edilmiş “Hp” markalı “ENVY” modelli noutbukun maqnit informasiya yaddaş daşıyıcısının “D” məntiqi diskində hər-hansı bir məlumat müəyyən olunmadı; - Təqdim edilmiş üzəri “1” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompyuter sistem blokunun maqnit informasiya yaddaş daşıyıcısının “C” və “D” məntiqi disklərində müxtəlif xarakterli (“xls”,“xlsx”, “wav”, “png”, “jpg”, “gif’, “bmp”, “avi” və s. formatlı) fayllar müəyyən olundu, həmin müəyyən olunmuş faylların adları və məzmunu “Ekspertiza 2624” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi; - Təqdim edilmiş üzəri ekspert tərəfində “2” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompyuter sistem blokunun “C” məntiqi diskində müxtəlif xarakterli (“xls”,“xlsx”, “wav”, “png”, “jpg”, “gif’, “bmp”, “avi” və s. formatlı) fayllar müəyyən olundu, həmin müəyyən olunmuş faylların adları və məzmunu “Ekspertiza 2624” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi; - Təqdim edilmiş üzəri ekspert tərəfində “2” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompüter sistem blokunun “D” məntiqi diskində hər-hansı bir məlumat müəyyən olunmadı; - Tədqiq olunan “Hp” markalı “ENVY” modelli noutbukun və üzəri “1” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompüter sistem blokunun maqnit informasiya yaddaş daşıyıcılarının “C” məntiqi disklərindən və üzəri “2” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompüter sistem blokunun maqnit informasiya yaddaş daşıyıcısının “C” və “D” məntiqi disklərindən müxtəlif xarakterli pozulmuş fayllar bərpa edildi; - Tədqiq olunan “Hp” markalı “ENVY” modelli noutbukun və üzəri “1” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompüter sistem blokunun maqnit informasiya yaddaş daşıyıcılarının “C” məntiqi disklərindən və üzəri “2” rəqəmi ilə nişanlanmış “Asus” markalı kompüter sistem blokunun maqnit informasiya yaddaş daşıyıcısının “C” və “D” məntiqi disklərindən pozulmuş (bərpa edilmiş) müxtəlif xarakterli məlumatların adları və məzmunları “Ekspertiza 2624” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. - Tədqiq olunan “Hp” markalı “ENVY” modelli noutbukun və üzəri “1” rəqəmi ilə nişanlanmış “Asus" markalı kompüter sistem blokunun maqnit informasiya yadda daşıyıcılarının “D” məntiqi disklərindən hər-hansı bir pozulmuş məlumat müəyyən olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 179,82 (yüz yetmiş doqquz manat səksən iki qəpik) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2019-cu il tarixli, 10176/8302 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 22.01.2019-cu il tarixli “Mütəxəssis rəyi”, izahatlar və “İNFİNİTİ” kafe-bardakı “Posterminal” proqramından üzərində “Scan Disk” yazısı olan flaşkarta köçürülmüş gündəlik və aylıq dövriyyəni özündə əks etdirən “PDF” faylarda olan məlumatlara əsasən fərdi sahibkar Şahid10 tərəfindən 2017-2018-ci illər üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan vergi borcunun məbləğinin 992423,00 manat olması müəyyən olunur, o cümlədən 893751,50 manat sadələşdirilmiş vergi, 96390,00 manat ödəmə mənbəyində tutulan vergi, 2281,50 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərarda göstərilən spirtli içkilərin nəzəri qaydada 2018-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-844/2019 nömrəli, 12 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 oktyabr 2019-cu il tarixdən hespablanmaqla 27 noyabr 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin 29.10.2019-cu il tarixli, 1500 nömrəli məktubundan görünür ki, 22.11.1967-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən 01.01.2016-cı il tarixdən 10.10.2019-cu il tarixədək olan dövr ərzində alınmış və ya verilmiş etibarnamələrlə bağlı “Elektron notariat” X2 heç bir məlumat aşkar olunmamışdır. Lakin 22.11.1967-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən 01.01.2016-cı il tarixdən 10.10.2019-cu il tarixədək olan dövr ərzində “Elektron notariat” X2 əldə edilmiş məlumata əsasən 31.05.2017-ci il tarixdə ZM/468 reyestrdə icarə müqaviləsi rəsmiləşdirilmişdir; X61 və Təqsirləndirilən şəxs arasında bağlanmış 31 may 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən X61 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X70, 133 ünvanında yerləşən 6 mərtəbəli ümumi sahəsi 2338.7 kv.m əmlakını istifadəçinin istifadəsi üçün tam ixtiyarına verir. İstifadəçi obyektdən kafe, çay evi, restoran, ofis, gecə klubu, diskoteka, bar və əyləncə-istirahət mərkəzi kimi istifadə edəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən icarə obyekti bu müqavilə imzalandıqdan sonra qüvvəyə mindiyi andan 10 (on) il müddətinə icarəçinin istifadəsinə verilir. Bütün sahə üçün aylıq icarə haqqı 4000,00 manat təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə şahid və zərərçəkmiş şəxslərin ifadələri, 22.01.2019-cu il tarixli “Mütəxəssis” rəyi”, “İNFİNİTİ” kafe-bardan götürülmüş sənədlər və elektron daşıyıcılar, alınmış izahatlar, “İNFİNİTİ” kafe-bardakı “Posterminal” (R-KEEPER) proqramından üzərində “Scan Disk” yazısı flaşkarta köçürülmüş və həmin flaş kartdan çıxardılaraq cinayət işinə əlavə edilmiş gündəlik və aylıq dövriyyəni özündə əks etdirən “PDF” fayllarda olan məlumatlar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun 28.12.2018-ci ıl tarixli “Tədqiq (sınaq) nəticələrinə dair protokol”ları, Bakı Şəhəri 38 Saylı Notariat Ofisindən alınmış 29.10.2019-cu il tarixli 1500 nömrəli məktub və ona əlavə olunmuş 31.05.2017-ci il tarixli icarə müqaviləsi və cinayət işində olan digər sənədlər iş üzrə sübut kimi tanınmışdır. İstintaq zamanı, ekspert tədiqqatına təqdim olunmuş saxta aksiz markası ilə markalanmış 29 ədəd alkoqollu içkilərdən tədqiqata sərf olunan 9 ədəd alkoqollu içkilərdən sonra qalan və qalıqları geri qaytarılaraq, Baş idarənin saxlanma anbarına saxlanca verilmiş 20 ədəd alkoqollu içkilər, həmçinin Baş idarənin saxlanma anbarına saxlanca verilmiş 2 ədəd “ASUS” markalı prosessorlar, 1 ədəd “HP” markalı noutbuk və 4973 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilər, “İNFİNİTİ” kafe-bardan götürülmüş və 2 ədəd qutuda qablaşdırılmış müvafiq sənədlər, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2019-cu il tarixli 2624 nömrəli olan və cinayət işinin materiallarına əlavə olunmuş “Ekspertiza 2624” adlı iş çantadakı xarici yaddaş qurğusu və cinayət işinin materiallarına əlavə olunmuş “İNFİNİTİ” kafe-bardakı “Posterminal” (R- KEEPER) proqramından gündəlik və aylıq dövriyyəni özündə əks “PDF” fayllar köçürülmüş üzərində “Scan Disk” yazısı olan flaşkart iş üzrə maddi sübut tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspert rəyləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi - yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişi, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsi istisna olmaqla, digər hallarda əmək müqaviləsinin bağlanılmasının ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi). Məhz sonuncu hərəkət (əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsi) edildiyi andan əmək müqaviləsi hüquqi qüvvəyə minir. Bu ana qədər xeyli sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi CM-in 162-1.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Əmək müqaviləsi bildirişinin Əmək və X45 Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumat elektron qaydada işəgötürənə göndərilmədikdə, yaxud göndərilsə də, müəyyən texniki səbəblərdən müqavilənin elektron qeydiyyata alınmasına dair məlumat işəgötürənə çatmadıqda, əmək müqaviləsi hüquqi qüvvəyə minmir. Ona görə ki, qanunverici əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini elektron qeydiyyat barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsindən də asılı edir. Bu cinayətin obyektiv cəhətini yaradan hərəkət xeyli sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. CM-in 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xeyli sayda işçi dedikdə, on nəfər və 10-dan çox işçi nəzərdə tutulur. CM-in 162-1.1-ci maddəsinin təhlilindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayəti formal tərkibli cinayətdir. Belə ki, hər hansı bir şəxsin əməlinin CM-in 162-1.1-ci maddəsi ilə tövsif edilməsi üçün xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anından başa çatır. Təqsirləndirilən şəxs Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 91 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 20 (iyirmi) nəfər işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir ki, həmin əmələ görə CM-in 162-1.1ci maddəsində məsuliyyət nəzərdə tutulur. CM-in 200.1-ci maddəsinə əsasən istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Məhkəmə istintaqında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə xeyli miqdarda, yəni ümumilikdə 2428,4 manat dəyərində müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin satışını təşkil edərək həmin malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları aldatmışdır. CM-in: 205-1-ci maddəsinə əsasən saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 213-1.1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 213-1.4-cü maddəsinə əsasən pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada alma külli miqdarda törədildikdə - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 213-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir və həmin qaydaların tələblərini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və CM-də nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanmış və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli, 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən pərakəndə satış dedikdə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti başa düşülür; 2-ci bəndinə əsasən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallar aiddir; 3.2-ci bəndinə əsasən markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi operativ vergi nəzarəti tərəfindən həyata keçirilən vergi nəzarəti formasıdır. Məhkəmə istintaqı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində saxta aksiz markası ilə markalanmış 1187,0 manat dəyərində 29 (iyirmi doqquz) ədəd alkoqollu içkiləri satış məqsədilə saxlamış, eyni zamanda qeyd olunan 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, yəni xeyli miqdar təşkil edən 1187,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri satış məqsədilə saxlamış, əlavə olaraq külli miqdar təşkil edən 52308,85 manat dəyərində 4973 ədəd müxtəlif çeşidli aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri satış məqsədilə nağd qaydada əldə etmişdir. CM-in: 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 213.3-cü maddəsinə əsasən bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 213-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur. Təqsirləndirilən şəxs 2017 və 2018-ci illər ərzində “İNFİNİTİ” kafe-barın fəaliyyətinə faktiki rəhbərlik edərək, həmin obyekti fərdi sahibkar Şahid10 adına rəsmiləşdirərək, sonuncuya məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş və xüsusi ilə külli miqdar təşkil edən vergiləri və işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 91 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirərək, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmaqla həmin obyektdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməməsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinin Şahid10 tərəfindən həyata keçirilməsi və qeyd edilən təsərrüfat subyektinin fəaliyyətində aşkar edilən cinayət tərkibli pozuntuların də məhz sonuncu tərəfindən törədilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki: - X61 və Təqsirləndirilən şəxs arasında bağlanmış 31 may 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən X61 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X70, 133 ünvanında yerləşən 6 mərtəbəli ümumi sahəsi 2338.7 kv.m əmlakını istifadəçinin istifadəsi üçün tam ixtiyarına verir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, icarə müqaviləsini bağlamaqda məqsədi həmin obyekti işlətmək olmuşdur; - Şahid10 ifadəsindən görünkü ki, “İNFİNİTİ” kafe-bar Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş və Əhmədin göstərişi əsasında icarə müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Kafe-barın fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Kafe-bar təmirsiz olduğundan Təqsirləndirilən şəxs tərəfindən əsaslı təmir edilmiş, 2018-ci ilin sentyabr ayında kafe-barın yeni mülkiyyətçisi ilə də icarə müqaviləsi Əhmədin göstərişi əsasında onun adına yenidən rəsmiləşdirilmişdir. Kafe-barın gəlirlərini hər zaman Təqsirləndirilən şəxs əldə etmiş, kafe-barın gündəlik dövriyyəsi üzrə əldə olunan pul vəsaitlərinin xərclənməsi də Əhmədin göstərişləri əsasında həyata keçirilmişdir. “İNFİNİTİ” kafe-barın fəaliyyəti ilə əlaqədar gəlirlərin hamısı Təqsirləndirilən şəxs tərəfindən əldə olunmuş, vergilər də onun tərəfindən ödənilmişdir. Kafe-barda əmək müqaviləsi olmadan işlərə cəlb olunan işçilər Təqsirləndirilən şəxs göstərişi və razılığı əsasında onun tərəfindən işlə təmin olunmuşdur; - Şahid17, Şahid20, Şahid14, X23, Şahid16, Şahid12 və Şahid18 ifadələri ilə müəyyən olunur ki, “İNFİNİTİ” kafe-barın fəaliyyətinə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Şahid20 həmçinin göstərmişdir ki, Şahid10 Əhmədin işçisi kimi bilmişdir. Məhkəmə, həmçinin əmək müqaviləsi olmadan işə cəlb edilmiş və hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Şahid24, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 məhkəmə istintaqı zamanı “İNFİNİTİ” kafe-barın fəaliyyətinə Şahid10 nəzarət etməsi, işçilərin onun tərəfindən işə götürülməsi ilə bağlı verdiyi ifadələrinə hüquqi qiymət verərək bunun inandırıcı olmaması, həmin ifadələrin Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilməsi nəticəsinə gəlir. Məhkəmə bu qənaətə gələrkən, həmin zərərçəkmiş şəxslərin bəzilərinin hazırda da “İNFİNİTİ” kafebarda çalışdığını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermələrini əsas götürür. Məhkəmə həmçinin qeyd edir ki, Şahid10 Təqsirləndirilən şəxs idarəetmə fəaliyyətini həyata keçirməyə kömək edən əsas işçisi olmuşdur, buna görə də “İNFİNİTİ” kafe-barda çalışan şəxslərin Şahid10ı müdiriyyət kimi tanıması istisna olunmur. Beləliklə də, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 91 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi özü həyata keçirmiş, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə rəhbərlik etməməsi barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tam həcmdə məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı CM-in 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələri ilə verilmiş ittihamla bağlı qeyd edir ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin hər biri böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməsi onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X70, ev 133 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda 27 dekabr 2018-ci il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmişdir. Göstərilən cinayət əməllərinin törədilmə vaxtının 27 dekabr 2018-ci il tarixi olmasını və həmin əməllərin törədilməsi vaxtından iki ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs CM-in 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələri ilə cəza təyin etməməyi qanuni və əsaslı hesab edir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs CM-in 205-1, 213.3 və 308.1-ci maddələri ilə verilmiş ittiham üzrə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində Azərbaycan Respublikası vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağının olması (iş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 870215 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən 01 noyabr 2006-cı ildə anadan olmuş X1 valideynləri Təqsirləndirilən şəxs və X36r); qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, 42 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 205-1, 213.3 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və işin hallarını nəzərə alaraq təqsirləndirildiyi CM-in 213.3-cü maddəsində nəzərdə tutulan müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzasının təyin olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə, əcnəbi (İran İslam Respublikasının vətəndaşı) olan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini nəzərə alaraq ona CM-in 52.1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə edir və hesab edir ki, onun Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olması (əsas: iş materiallarında olan Təqsirləndirilən şəxs ilə Babayeva (Niknəzər) Zərifə Savalan qızı arasında nikahın bağlanmasını təsdiq edən 04.08.1995-ci il tarixli, 265813 nömrəli şəhadətnamənin surəti), himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınaraq ona qeyd edilən əlavə cəza tətbiq edilə bilməz (CM-52.2.2, 52.2.6). Məhkəmə, iş üzrə maddi sübut - alkoqollu içki məmulatlarının ekspertiza təqdiqatından sonra qalıq qalmış hissəsinə dair qeyd edir ki, CM-in: 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır; 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan saxta aksiz markası ilə markalanmış 29 ədəd alkoqollu içkilərdən tədqiqata sərf olunan 9 ədəd alkoqollu içkilərdən sonra qalan və qalıqları geri qaytarılaraq Baş idarənin saxlanma anbarına saxlanca verilmiş 20 ədəd alkoqollu içkilər məhv edilməli, 4973 ədəd aksiz markası ilə markalanmış istifadəyə yararlı alkoqollu içkilər isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, CM-in: 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: - şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); - şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); - cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; - terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aksiz markası ilə markalanmış məhsulları (malları) nağd qaydada (külli miqdarda) satış üçün saxlamışdır və həmin əmlak onun tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak deyildir. Belə ki, o, həmin məhsulları nağd qaydada əldə etməklə onların qanuni sahibinə çevrilmiş və göstərilən malları yalnız satış məqsədilə saxlamasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. CM-in 99-1.1.1ci maddəsi cinayət törədilərkən istifadə olunan alət və ya vasitələrin, 99-1.1.2-ci maddəsi isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın müsadirəsini nəzərdə tutur. Yəni, alət və vasitə cinayətin obyektiv cəhətinə daxil olan əməlin törədilməsində tətbiq edilməli və ya cinayət yolu ilə əldə edilməlidir. Göstərilən hallar isə hazırki cinayət işi üzrə mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda aksiz markası ilə markalanmış məhsulları nağd qaydada əldə etmiş və onun yalnız həmin əmlakı satış məqsədilə saxlaması əməli cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs əldə etdiyi əmlak isə cinayət törədilərkən istifadə olunan, cinayət yolu ilə əldə edilən əmlak olmadığından məhkəmə, göstərilən malların xüsusi müsadirə predmeti olmadığı nəticəsinə gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməməli, o, CM-in 205-1, 213.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası, həmçinin CM-in 213.3-cü maddəsində nəzərdə tutulmuş müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM-66.2, 66.4), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun 28.12.2018-ci il tarixli, 1031 nömrəli “Tədqiq (sınaq) nəticələrinə dair protokolları”na əsasən 4973 ədəd aksiz markası ilə markalanmış alkoqollu içkilərdən normativ texniki sənədə uyğun olmayan “Malt Citrus”, “X63”, “Çornıy Volk”, “Merkuriy Vodka” və “Kavkazskaya Vodka” əmtəə nişanlı alkoqollu içkilər məhv edilməlidir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin saxlanma anbarına saxlanca verilmiş digər maddi sübutlar - 2 ədəd “ASUS” markalı prosessorlar, 1 ədəd “HP” markalı noutbuk, “İNFİNİTİ” kafe-bardan götürülmüş və 2 ədəd qutuda qablaşdırılmış müvafiq sənədlər, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2019-cu il tarixli, 2624 nömrəli rəyində olan və cinayət işinin materiallarına əlavə olunmuş “Ekspertiza 2624” adlı iş çantasındakı xarici yaddaş qurğusu və cinayət işinin materiallarına əlavə olunmuş “İNFİNİTİ” kafe-bardakı “Posterminal” (R-KEEPER) proqramından gündəlik və aylıq dövriyyəni özündə əks etdirən “PDF” fayllar köçürülmüş, üzərində “Scan Disk” yazısı olan flaşkart Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergiləri və Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 8971,96 manat məbləğində icbari ödənişləri ödəməməklə dövlət büdcəsinə ziyan vurmuşdur. Lakin, məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən, həmçinin mülki iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi hazırki iş üzrə 154800 (yüz əlli dörd min səkkiz yüz) manat dövlət büdcəsinə ödəniş olunmuşdur. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın qismən təmin edilərək 846594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd manat doxsan altı qəpik) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 11 oktyabr 2019-cu il tarixdən hesablansın. Mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın tutulmasına dair mülki iddiası qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs 846594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd manat doxsan altı qəpik) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut - saxta aksiz markası ilə markalanmış 29 ədəd alkoqollu içkilərdən tədqiqata sərf olunan 9 ədəd alkoqollu içkilərdən sonra qalan və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin saxlanma anbarına saxlanca verilmiş 20 ədəd alkoqollu içkilər məhv edilsin. İş üzrə maddi sübut - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin saxlanma anbarına saxlanca verilmiş 4973 ədəd aksiz markası ilə markalanmış istifadəyə yararlı alkoqollu içkilər Təqsirləndirilən şəxs qaytarılsın, həmin içkilərdən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun 28.12.2018-ci il tarixli, 1031 nömrəli “Tədqiq (sınaq) nəticələrinə dair protokolları”na əsasən normativ texniki sənədə uyğun olmayan “Malt Citrus”, “X63”, “Çornıy Volk”, “Merkuriy Vodka” və “Kavkazskaya Vodka” əmtəə nişanlı alkoqollu içkilər isə məhv edilsin. İş üzrə maddi sübut - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin saxlanma anbarına saxlanca verilmiş 2 ədəd “ASUS” markalı prosessorlar, 1 ədəd “HP” markalı noutbuk, “İNFİNİTİ” kafe-bardan götürülmüş və 2 ədəd qutuda qablaşdırılmış müvafiq sənədlər, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2019-cu il tarixli, 2624 nömrəli rəyində olan və cinayət işinin materiallarına əlavə olunmuş “Ekspertiza 2624” adlı iş çantasındakı xarici yaddaş qurğusu və cinayət işinin materiallarına əlavə olunmuş “İNFİNİTİ” kafe-bardakı “Posterminal” (R-KEEPER) proqramından gündəlik və aylıq dövriyyəni özündə əks etdirən “PDF” fayllar köçürülmüş, üzərində “Scan Disk” yazısı olan flaşkart Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 500,82 (beş yüz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X24, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-10/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-10/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver