Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-10/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittihamçı X21 vəkili X10, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X17, təqsirləndirilən şəxs X9 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran rayonunun Osaküçə kəndində yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X22 xüsusi ittihamçı X31 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X3 informasiya vasitəsi sayılan “X16” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) (Onlayn İnformasiya) saytında dərc etdirdiyi müraciətində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı hesab olunan «YOUTUBE» internet protalında “Hürriyyət” TV olan Media vasitəsilə «Lənkəran polisində rəzalət - Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi- Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət» başlığı ilə https://youtu.be/vFXvduvykME linki altında yerləşdirilən 30:29 dəqiqəlik videodakı çıxışında yalan olduğunu bilə-bilə ona böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yayaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən, qərəzli alçaltmışdır. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Osaküçə kəndində yaşayan vətəndaş X11 onun azyaşlı qızı xx.xx.2006-cı il tarixdə anadan olmuş X23 barəsində sonuncunun atası X29 tərəfindən xx.xx.2019-cu il tarixdə Lənkəran ŞRPŞ-nə edilmiş müraciət əsasında Lənkəran ŞRPŞ-nin TB-də aparılmış araşdırmanın nəticəsi olaraq baş təhqiqatçı polis polkovnik-leytenantı Elsevər Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunmasına dair 25 mart 2019cu il tarixli qərarın profilaktika tədbirlərinin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixdə YYÇPlTQ-na göndərilməsindən (icra edilməsindən ötrü onun icraatına verilməsindən) sonra tanımışdır (qərar şikayətə əlavə edilmişdir.) Bu tarixədək o, X11, onun azyaşlı qızı X27 və sonuncunun atası X24 tanımamışdır. İşin hallarını daha ətraflı şəkildə izah edərək diqqətə çatdırmaq istəyir ki, xx.xx.2018-ci il tarixdə Osaküçə kənd sakini X22 ***-***-**-** nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək Lənkəran şəhəri mərkəzi bazar ərazisində yerləşən “Refem” marketin yanında 13 yaşlı qızı X23 tanımadığı 2 nəfər şəxs tərəfindən zorla başqa yerə aparılması və qaçırmağa cəhd göstərmələri barədə məlumat vermişdir. Diana Əliyevanın atası X29 da xx.xx.2018-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq eyni məzmunlu məlumat vermişdir. Həmin məlumatlar əsasında Lənkəran ŞRPŞ-də TB-də araşdırma aparılmış, ilkin araşdırmadan sonra toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə İstintaq Bölməsinə verilmişdir. Araşdırmanın gedişi zamanı Vüsalə Əliyeva istintaqa ərizə ilə müraciət edərək qızını qaçırtmağa cəhd göstərən Mayis Hüseyinli ilə barışdıqlarını və sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdiyindən toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edimişdir. xx.xx.2019-cu il tarixdə X29 DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2019-cu il tarixdə 2006-cı il təvəllüdlü qızı X38 Mirzəyev tərəfindən qaçırılaraq zorlanması, səhərə yaxın evlərinin yanına gətirilərək avtomobildən düşürüb getməsi barədə məlumat vermişdir. X22 da xx.xx.2019-cu il tarixdə Lənkəran ŞRPŞ-nə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Həmin müraciətlər əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və araşdırma zamanı Diana Əliyeva ilkin izahatında Emil Mirzəyevin onunla zorla cinsi əlaqədə olduğunu və onu zorladığını qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə X22 DİN-nin 102 xidmətinə zəng vuraraq qızının Emil Mirzəyevlə barışdığını işi aparan müstəntiqin barışıq ərizəsini qəbul etməməsi və işi məhkəməyə göndərəcəyindən narazı olduğu üçün özünü polis söbəsinin qarşısında yandıracağını bildirmişdir. Bundan sonra Diana Əliyeva anasının iştirakı ilə təkrar izahat verərək Emil Mirzəyevin onunla cinsi əlaqədə olmadığını və Emillə evlənmək istədiyi üçün onun barəsində bu cür izahat verdiyini bildirmişdir. Həmin material üzrə də xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə X5 ŞRPŞ-nə ərizə ilə müraciət edərək qızı Diana Əliyevanın naməlum istiqamətdə getməsini və bir daha geri qayıtmamasını bildirmişdir. Zamin Əliyev və Vüsalə Əliyeva izahatlarında qızları Diana Əliyevanın xx.xx.2019-cu il tarixdə Lənkəran rayonunun Osaküçə kənd məktəbindən çıxaraq Lənkəran şəhərinə doğru naməlum istiqamətdə getdiyini bildirmişlər. Diana Əliyeva tapıldıqdan sonra izahatında bildirmişdir ki, 3 gün valideynlərindən xəbərsiz atasının qohumlarının evində qalmışdır. Bu səbəbdən də aparılmış araşdırmanın nəticəsi olaraq həmin material üzrə 25 mart 2019-cu il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə yuxarıda qeyd olunan (25 mart 2019-cu il tarixli) qərar əsasında Osaküçə kənd sakini xx.xx.2006-cı il tarixdə anadan olmuş X23 barəsində tərəfindən 126 nömrəli X39 açılaraq qeydiyyata götürülmüşdür. Diana Əliyeva qeydiyyata götürüldükdən sonra onunla əmr və təlimata uyğun profilaktika tədbirləri həyata keçirilmiş və müəyyən olunmuşdur ki, Diana Əliyevanın valideynləri arasında münasibətlər normal olmadığından onlar övladlarına düzgün istiqamət, davranış qaydası, lazımi diqqət və qayğı göstərə bilmədiklərinə görə Diana Əliyevanın tərbiyəsində ciddi problemlər yaranmışdır. Bu səbəbdən də Diana Əliyevanın ailəsinin sosial təhlükəli vəziyyətə olan ailə kimi qeydiyyata götürülməsi barədə xx.xx.2019-cu il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinə də müvafiq məktub göndərilmişdir. Həmin ailə xx.xx.2019-cu il tarixdən Lənkəran ŞRPŞdə münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Eyni zamanda Diana Əliyevanın atası Zamin Əliyev 2008-ci ildən Lənkəran şəhər Narkoloji xəstəxanasında narkotik aludəçisi kimi qeydiyyatdadır. Görülmüş tədbirlər nəticəsində Diana Əliyevanın yuxarıda sadalanan hərəkətlərinin qarşısı alınmış, təhsilə marağı artmış, evdən qaçması hallarının da qarşısı alınmışdır. xx.xx.2019-cu il tarixdə Diana Əliyeva öz istəyi olmadan valideynləri tərəfindən Rusiya Federasiyasına göndərilmiş və bu səbəbdən onunla profilaktiki tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Bununla bağlı 02, 08 avqust və 12 sentyabr 2019-cu il tarixlərində şəxsin qeydiyyatda olduğu ünvanda olmaması barədə protokol tərtib olunmaqla 126 saylı fərdi profilaktika işinə əlavə edilmiş və xx.xx.2019-cu il tarixdə profilaktika işi müvəqqəti dayandırılmışdır. xx.xx.2019-cu il tarixdə Diana Əliyeva ölkə ərazisinə qayıtdıqdan sonra onunla təkrar profilaktika tədbirləri davam etdirilməyə başlanmış və məlum olmuşdur ki, X42 Federasiyasında olarkən əllərini kəsmək, dərman içmək və özünü maşının qarşısına atmaq yolları ilə bir neçə dəfə intihara cəhd etmiş (Diana və Vüsalə Əliyevalar hər ikisi bunları dəfələrlə demişlər), Rusiya Federasiyasında olduğu müddətdə təhsildən və nəzarətdən ümumiyyətlə kənarlaşmışdır. Qeyd olunanlar nəzərə alınaraq profilaktika tədbirlərinin daha səmərəli həyata keçirilməsi üçün Lənkəran şəhər İcra Hakimiyyəti Başçısına yenidən müvafiq məktub göndərilmişdir. Diana Əliyevanın düzgün istiqamətləndirilməsi, evdən qaçmaq, intihar, sosial şəbəkələrdə tanışlığa, psixotrop maddələrə meyillilik və digər yaşına xas olmayan əməllərdən daşındırılması üçün hər iki valideynin onunla ciddi məşğul olması, təhsilə yönləndirilməsinin vacibliyi, sistemli və ardıcıl tərbiyənin önəmi valideynlərə dəfələrə izah edilmişdir. Lakin heç bir valideyn öz valideynlik borcunun öhdəsindən lazımınca gələ bilməmiş və Diananın bildirdiyinə əsasən şərait yaratmışdır. Diana Əliyeva 25 və 26 dekabr 2019-cu il tarixlərində anası ilə birgə kirayə qaldığı evdə yenidən intahara cəhd göstərmiş və həmin faktlarla bağlı da təhqiqat bölməsində araşdırma aparılmışdır. Diana Əliyeva intihara cəhd göstərdiyi həmin vaxtlarda anası Vüsalə Əliyeva onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq qızı ilə bacara bilmədiyini, onunla danışmağının müsbət nəticə verə biləcəyini, bunun həm də onun uşağa nəzarət edən bir polis əməkdaşı kimi borcu olduğunu qeyd edərək qızı Dianaya nəsə olarsa ondan uşağın həyatına laqeydlik göstərdiyi üçün DİN-ə müraciət edəcəyini israrla bildirib uşaqla söhbət etməyi üçün onu öz yaşadıqları evə dəvət etmişdir. Onları polis şöbəsinə dəvət etdikdə Vüsalə Əliyeva uşağın şöbəyə tez-tez gəlməsinin ona pis təsir etdiyini və utandığı üçün polis şöbəsinə gətirə bilmədiyini göstərmişdir. O, azyaşlı Diana Əliyevanın düzgün istiqamətləndirilməsi, evdən qaçmasının qarşısının alınması, intihar və sosial şəbəkələrdə tanışlığa, psixotrop maddələrə meyillilik, yaşına xas olmayan digər əməllərdən daşındırılması üçün əmr və təlimatın tələblərinə, eləcə də uşağın yaşını nəzərə alaraq polisin fəaliyyət prinsiplərindən olan humanistlik prinsipindən istifadə edib onunla həyatı sevməsi, gələcəyini düşünməsi istiqamətində mütəmadi söhbətlər aparmışdır. Diana Əliyeva öz valideynlərindən görmədiyi qayğını onda gördüyünü və bu səbəbdən də onu çox istədiyini deyərək həmin məsələ üzərində daha çox qaldığını və irəli getmək istədiyini, Diana Əliyevanın anası Vüsalə Əliyevanın da bu işdə qızı ilə eyni fikirli və məqsədli olduğunu hiss etdiyi üçün (Diana Əliyevanın dilindən WhatsApp vasitəsilə yazılmış mesajlar hədə xarakterli olmuşdur. Məs: onunla görüntülü danışmasanız özünü öldürəcək, evə gəlib onunla danışmasalar dərman içəcək, onun ad gününə gəlib onunla şəkil çəkdirməsə özünü dənizə atacaq, gedib bir narkoman tapıb ona qoşular və s.) şöbə rəisinə raportla məruzə edərək 126 nömrəli profilaktiki işin digər əməkdaşın icraatına verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə həmin yığım işi digər əməkdaşın icraatına verilmişdir. Həmin gündən etibarən X14 onunla danışmaq, onu görmək istədiyini təkidlə, israrla bildirərək, əks halda ondan şikayət edəcəyini bildirmişdir. Onlarla danışmadığı üçün Vüsalə Əliyeva müxtəlif vasitələrlə, kompromatlarla məqsədinə nail olmağa çalışmış, müxtəlif orqanlara şikayət etmiş, onun şəkillərini sosial şəbəkələrdə paylaşaraq onu geri qaytarmağa çalışmışdır. Məqsədinə nail olmadığı üçün dəfələrlə müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. O, eyni zamanda həyat yoldaşı Zamin Əliyevin adından DİN-ə teleqram da vurmuşdur. Bununla əlaqədar Zamin Əliyev izahat verərək bildirmişdir ki, onun heç bir şikayətdən xəbəri yoxdur. O, izahatında ondan yox, həyat yoldaşı Vüsalə Əliyevadan ona şər atdığı və qızının adına xoşagəlməz sözlər çıxartdığı, düzgün olmayan davranışa sövq etdiyi, uşağa müxtəlif dərmanlar verdiyi üçün şikayətçi olduğunu bildirmişdir. Həmçinin qızı Diananın da onunla qeyri-etik heç bir münasibətinin olmadığını anasının onu şərləmək istədiyini atasına bildirmişdir. Vüsalə Əliyeva onunla əlaqə yarada bilmədiyi üçün münasibətdə olduğu digər əməkdaşlarla telefon əlaqəsi yaradaraq onun geri qayıdıb qızı Diana ilə danışacağı təqdirdə etdiyi şikayətləri geri götürəcəyini bildirmişdir. Qeyd etmək istəyir ki, fərdi profilaktik iş onun icraatından alındıqdan sonra YYÇPTİQ-nun baş inspektoru Fazil Bağırov tərəfindən davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə 2006-cı il təvəllüdlü Diana Əliyeva izahatında anası Vüsalə Əliyeva və atası Zamin Əliyev tərəfindən incidildiyini, onun yaşına uyğun olmayan hərəkətlərlə insanları şərləməyə təhrik etdiklərini, bunu etmədikdə isə valideynləri tərəfindən qovulduğunu bildirmişdir (baş inspektor Fazil Bağırovun arayışı şikayətə əlavə edilmişdir.) X22 müxtəlif internet resurslarında qəsdən ona böhtan ataraq onun şərəf və ləyaqətini ləkələyən və eləcə də işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatları yayıb təhqir etmiş və onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yayaraq şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Bir sözlə X22 onu ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham edərək böhtan atır. Məkrli məqsədinə nail olmasa tutduğu qərəzli yoldan dönməyəcəyini bildirir. Belə ki, X22 31 mart 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək göstərmişdir ki, o Vüsalənin xx.xx.2006-cı il təvəllüdlü qızı Diana Əliyeva ilə səmimi münasibətlər saxlayaraq 2019-cu ilin dekabr ayında onunla cinsi əlaqədə olmaqla sonuncunun qızlıq pərdəsinin tamlığını pozaraq guya cinsi əlaqədə olmuşdur. Xüsusən qeyd etmək istərdi ki, bu onun üçün böyük təhqir və ağır iztirab demək idi. Bu müraciətlə əlaqədar Lənkəran rayon Prokurorluğunda aparılmış araşdırma zamanı izahatı alınmış Vüsalə Əliyeva göstərmişdir ki, o Diana Əliyeva ilə 2019-cu ilin dekabr ayının 26 və ya 27-də Lənkəran şəhəri H.Abdullayev küçəsində yerleşən anası ilə birlikdə kirayədə yaşadığı mənzildə Diana Əliyevanın könüllü razılığı əsasında onunla cinsi əlaqədə olmuşdur. Qeyd olunmalıdır ki, Dinana Əliyevanın xx.xx.2006-cı il tarixdə anadan olmasını nəzərə alındıqda 26, 27 dekabr 2019-cu il tarixlərində o, 14 yaşı tamam olmamış şəxs hesab olunur. Yəni, X22 onu 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda (AR CM-nin 152.3-cü maddəsi) ittiham etməklə ona böhtan atır. Halbuki, 26 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş (qüvvədə olan) qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Lənkəran ŞRPŞ-nin YYÇPTİQ-nun inspektoru vəzifəsində işləyən X21 19 fevral 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X32 ilə təbii yolla cinsi əlaqədə olması və sonuncunun qızlıq pərdəsinin tamlığını pozması faktı təsdiq olunmadığı və qızlıq pərdəsi pozulmadan cinsi əlaqənində qeyri-mümkün olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. (Bu barədə Ekspert rəyi şikayətə əlavə edilib) Xüsusən qeyd etmək istərdi ki, Vüsalə Əliyevanın etdiyi şikayətlər və ictimai informasiya resurslarından böhtanları davam etdirməsi halları davam edərkən, Diana Əliyeva barəsində ekspertizanın rəyi alınmış və digər sübutlar olan hərtərəfli baxılaraq, ifadələrində, izahatlarında ziddiyətlər və digər hallar araşdırılmamışdır. (qərar şikayətə əlavə edilmişdir.) Digər tərəfdən X23 qızlıq pərdəsinin pozulmaması faktı 08 may 2020-ci il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmaqdadır, (rəy şikayətə əlavə edilmişdir.) Bununla yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizasi Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1049-saylı rəyinə əsasən nəticə hissəsində qeyd edilir ki, “X25 yalan danışmağa, hadisələr barədə məlumatları bilə-bilə təhrif edilmiş şəkildə təqdim etməyə meyillilik müəyyən edilmişdir”. Yuxarıda qeyd olunan qərar X12 verilmiş və sonuncu həmin qərardan qanunamüvafiq qaydada şikayət etməmişdir. Bu da onu deməyə əsas verir ki, Vüsalə Əliyeva onun qızı ilə cinsi əlaqədə olmağının təsdiq olunmadığını bildiyi halda, 11 iyul 2020-ci il tarixdə ona böhtan atmışdır və atmaqda davam edir. Belə ki, ölkə xaricində olan Azərbaycan Respublikası əlehinə qərzli və sassız məlumatlar yayan şəxslərə ötürmüş, bu yolla ona və hüquq mühafizə orqanına təziq edəcəyini zənn etdiyini demək bir növ təhdid də etmişdir. Belə ki, 11 iyul 2020-ci il tarixdə X22 “X16” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) (www.hurrivet.org) müraciət edərək həm yazılı çıxışında, həm də «YOUTUBE» internet protalında X34 vasitəsilə «Lənkəran polisində rəzalət-Polis əməkdaşı 14yaşlı qızla intim əlaqədə oldu, rəis və icra hakimiyyəti işi ört-basdır etdi-Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət» başlığı ilə https://youtu.be/vFXvduvykME linki altında yerləşdirilən 30:29 dəqiqəlik videodakı çıxışında gah guya onun 2020-ci ilin yanvar ayının əvvəllərində onun qızına təcavüz (AR CM-nin 149.3.3-cü və ya 150.3.3-cü maddələri) etdiyini, gah da könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə (AR CM-nin 152.3-cü maddəsi) olduğunu bildirmişdir. Həmin deyilmiş sözlərə münasibətdə bildirir ki, X9 dedikləri tamamilə şər və böhtan xarakterlidir, məqsədyönlü olaraq qərəzli edilən əmədlir və heç bir həqiqətə uyğun gəlmir. Həmçinin o, Vüsalə Əliyevanın böhtanlarını, onu «pedofil» adlandırmasını təhqir hesab edir. Bununla onun şəxsi həyatına, işgüzar nüfuzuna, reputasiyasına və şərəfləyaqətinə əvəzolunmaz formada pis izlər qoymuşdur. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X21 nümayəndəsi və vəkili X28 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən xüsusi ittihamçı X31 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X22 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirdi ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlar böhtan xarakterli deyil, həqiqəti əks etdirir. Onun əlində bununla bağlı kifayət qədər sübutlar vardır. Polis əməkdaşı X31 onun yetkinlik yaşına çatmayan qızına qarşı nalayiq hərəkətlər etmiş və buna görə də onun barəsində şikayət yazmışdır. Orxan Şahmarovla onun münasibətiləri ilk vaxtlar yaxşı idi. Ancaq o, bu münasibətdən suiistifadə edərək qızıyla aralarında münasibət yaratmışdır. Orxanla qızının yazışmalarının hər biri iş materiallarına əlavə edilmişdir. Oradan da görünür ki, Orxan Şahmarov qızını izləyir, onu rahat buraxmır. Qızının ona qarşı verdiyi ifadə psixoloji təsir altına salınaraq alınmışdır. Qızı ifadə verərkən, ifadəsi psixoloq müşayəti altında, onun iştirakı olmadan alınmışdır. Yaşı çox gənc olduğuna görə hər hansı təsirə düşüb elə ifadə vermişdir. Sonda təqsirləndirilən şəxs X22 ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 yanvar 2019-cu il tarixli qərardan görünür ki, toplanmış materialdan cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd olunması barədə qərarın ləğv edilməsi haqqında” 13 fevral 2019-cu il tarixli qərardan görünür ki, X18 müraciəti əsasında Lənkəran şəhərrayon polis şöbəsində toplanmış HK-1/3166 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiq Toğrul Hüseynovun qəbul etdiyi 12 yanvar 2019-cu il tarixli qərarının əsassız olduğu üçün ləğv edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 mart 2019-cu il tarixli qərardan görünür ki, toplanmış ilkin və əlavə materiallarında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 mart 2020-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə X9 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 mart 2020-ci il tarixli qərardan görünür ki, X18 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmaısnın rədd edilməsi barədə” 09 may 2020-ci il tarixli qərardan görünür ki, X18, X23 və X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may 2020-ci il tarixli qərardan görünür ki, Lənkəran şəhər rayon polis şöbəsinin YYÇPİTQ-nun inspektoru vəzifəsində işləyən X21 19 fevral 2006-cı il təvəllüdlü X32 ilə təbii yolla cinsi əlaqədə olması və sonuncunun qızlıq pərdəsinin tamlığını pozması faktı təsdiq olunmadığı üçün barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekpertiza və X26” X35 27 aprel 2020-ci il tarixli, 298 nömrəli rəyindən görünür ki, vət. X23 bədən üzərində hərhansı bir xəsarət aşkar edilmədi. Vət. X23 qızlıq pərdəsinin anatomik quruluşunun mürəkkəbliyini və ziddiyyətli məqamları nəzərə alaraq qızlığın təyini Bakı şəhərində mərkəzdə baxılması məqsədə uyğun olardı. Vət. X25 qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekpertiza və X26” X35 06 may 2020-ci il tarixli, 227 nömrəli rəyindən görünür ki, D.Z.Əliyevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Lənkəran rayon İHB-nın Osakücə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 20 may 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, X13 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 04 yanvar 2020-ci il tarixli qərardan görünür ki, X32 barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət tərkibi olmdaığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 09 iyul 2019-cu il tarixli qərardan görünür ki, Lənkəran rayonu, Osakücə kəndində yaşayan X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cnayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 mart 2020-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 mart 2020-ci il tarixli qərardan görünür ki, X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Vət. X23 bədəni üzərində sağ əl, sol əlin İİ barmağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyaya dəymə və ya sürtünmə nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədək bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmədi, vət. X23 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Vət. X23 qızlıq pərdəsinin forması, xarakteri və dəliyin diametrini nəzərə alaraq demək olar ki, qızlıq pərdəsinin tamlığını pozmadan onunla cinsi əlaqədə olmaq mümkün deyildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-281/2020 saylı qərarından görünür ki, X21 X22 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)- 1043/2020 saylı qərarından görünür ki, xüsusi ittiham qaydasında X31 və vəkili X28 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X9 barəsində olan 04 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 1(102)-577/2021 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməsi, X21 xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1046/2021 saylı qərarından görünür ki, apelyasiya şikayətinin təmin edilməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X31 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(005)-281/2020 saylı qərarının ləğv edilməsi, X31 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış materialların baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 4/324 nömrəli rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş diskdə “Youtube” sosial şəbəkəsində “Hürriyyət TV”, “Hürryyət.org” saytında əks olunan müsahibələrdə və həmin müsahibələr əsasında yazılmış yazılarda X31 barəsində X22 tərəfindən yayılmış məlumatlar təsdiqini tapmadığı, sübuta yetirilmədiyi halda aid edildiyi şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli məlumatlar hesab olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti müəyyən edilməklə 05 il 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu, təqsirləndirilən şəxsin, xüsusi ittihamçının məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-linqvistik ekspertizanın nəticələrini araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, X22 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Bununla belə, təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı X21 barəsində kütləvi nümayiş etdirilən informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar yayması iş üzrə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Buna görə də, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. X1 nümayiş etdirilən internet informasiya ehtiyatında – iş materiallarına əlavə edilmiş 01 ədəd diskdə əks olunan, «YOUTUBE» şəbəkəsində “Hürriyyət” TV adlı istifadəçi tərəfindən yayılan videogörüntülərdə (https://youtu.be/vFXvduvykME) xüsusi ittihamçı X21 şərəf və ləyaqətini nalayiq formada alçaldıb-alçaltmadığını müəyyən etmək üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 4/324 nömrəli rəyinin nəticəvi hissəsinin 1-ci bəndində qeyd edilir: “iş materiallarına əlavə edilmiş diskdə “Youtube” sosial şəbəkəsində “Hürriyyət TV”, “Hürryyət.org” saytında əks olunan müsahibələrdə və həmin müsahibələr əsasında yazılmış yazılarda X31 barəsində X22 tərəfindən yayılmış məlumatlar təsdiqini tapmadığı, sübuta yetirilmədiyi halda aid edildiyi şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli məlumatlar hesab olunur.”. Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini işin digər faktiki halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X9 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi mövcuddur, o cümlədən onun «YOUTUBE» şəbəkəsində “Hürriyyət” TV adlı istifadəçi tərəfindən yayılan videogörüntülərdə (https://youtu.be/vFXvduvykME) yaydığı məlumatlar xüsusi ittihamçı O.Şahmarovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar hesab olunmalıdır. Məhkəmə, bundan başqa qeyd edir ki, xüsusi ittihamçı X21 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar, yayılmış məlumatlardır. Belə ki, həmin məlumatlar kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, yəni «YOUTUBE» şəbəkəsində “Hürriyyət” TV adlı istifadəçi tərəfindən yayılan videogörüntülərdə (https://youtu.be/vFXvduvykME) 11 iyul 2020-ci il tarixdə yayılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir:
1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. Həmin məlumatın doğru olmaması; 3. Belə məlumatların yayılması; 4. Barəsində belə məlumatlar yayılmış şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi. Məhkəmə, ilkin olaraq “«YOUTUBE» şəbəkəsində “Hürriyyət” TV adlı istifadəçi tərəfindən yayılan videogörüntülərdə (https://youtu.be/vFXvduvykME) yayılmış məlumatları tədqiq edərək qeyd edir ki, həmin videogörüntü ümumilikdə Vüsalə Əliyevanın çıxışından və yalnız audio formatda müvafiq məlumatları səsləndirən şəxsin (jurnalistin) çıxışından ibarətdir. Məhkəmə tərəfindən həmin videogörüntü tədqiq edilərkən müəyyən edilmişdir ki, Vüsalə Əliyeva ilk növbədə “əvvəllər ailəsi ilə birlikdə Rusiyada yaşamaları”, “sonra Zamin Əliyev adlı şəxslə tanış olub onunla ailə qurması, Diana adlı qızının dünyaya gəlməsi”, “daha sonra Lənkərana qayıtmaları” və s. kimi özü barədə ilkin məlumatları təqdim edir. Çıxışın sonrakı hissələrində “ailədaxili münaqişələrdən, söz-söhbətlərdən bezən azyaşlı qızının evdən qaçması”, “polisə bu barədə məlumat vermələri, azyaşlı qızını qohumlarının evindən tapmaları”, “Dianaya nəzarətin azyaşlılarla profilaktik iş aparan polis əməkdaşı Orxan Şahmarova tapşırılması”, “bundan sonra X36 arasında sıx münasibətin yaranması, Diananın harasa gedərkən Orxandan icazə alması, Orxanın Diananın bütün işləinə qarsımağa başlaması”, “Orxanın telefonda Diana ilə mesajlaşmaları”, “profilaktik işin Orxandan alınması ilə bağlı müraciət etməsi, işin başqa polis əməkdaşına verilməsi”, “daha sonra onlara oteldə iş təklif edilməsi” və s. barədə məlumat verdiyi müəyyən edilir. Lakin 30:29 dəqiqəlik qeyd edilən videogörüntüdə məhz X22 tərəfindən Orxan Şahmarov tərəfindən azyaşlı qızına qarşı Cinayət Məcəlləsinin Xüsusi Hissəsində nəzərdə tutulan hər hansı cinayətin törədilməsi barədə məlumat verilməsi müəyyən edilmir. Məhkəmə, X9 Azərbaycan Respublikası Baş X6 Diana Əliyeva ilə cinsi əlaqədə olması barədə müraciət etməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Belə olan halda şəxsin aidiyyəti orqanlara və ya onların vəzifəli şəxslərinə ünvanlandığı şikayətlərdə və ya digər müraciətlərdə əks olunan məlumatlar üçüncü şəxs barəsində böhtan və ya təhqir xarakterli olsa belə həmin məlumatlar CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün kifayət deyil. Məhkəmə, “Youtube” sosial şəbəkəsində “Hurriyyet TV” adlı istifadəçi tərəfindən 11 iyul 2020-ci il tarixdə yayılmış “Lənkəran polisində rəzalət” başlığı ilə https://youtu.be/vFXvduvykME linki altında yerləşdirilən 30:29 dəqiqəlik videogörüntüdə və xüsusi ittihamçı tərəfindən şikayətə əlavə edilmiş “Xəbərfakt.az”, “Hürriyyət.org” kütləvi informasiya vasitələrində yayılmış yazılarda Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, qeyd edilən cinayət əməlinin tərkibi mövcud deyil. Məhkəmə ilkin olaraq qeyd edir ki, xüsusi ittihamçı tərəfindən şikayətə əlavə edilmiş “Xəbərfakt.az” saytında 11 iyul 2020-ci il tarixdə, saat 14:38-də və “Hurriyet.org” saytında 31 iyul 2020-ci il tarixdə saat 17:34-də dərc edilmiş yazılar iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. “Xəbərfakt.az” saytında dərc edilmiş məqalədə göstərilən məlumatlar “Vüsalə Əliyevanın başına gələn həyat tarixçəsini “Hürriyyət”ə danışmasına” istinadən üçüncü şəxsin dilindən şərh edilmişdir. “Hurriyet.org” saytında dərc edilmiş məqalədə isə dərc edilmiş məlumatların X22 tərəfindən və ya onun adından dərc edilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində cinayət məsuliyyətinin yaranması üçün həmin şəxs törədilmiş cinayətin ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya müdafiə tərəfinin üzərinə düşmür. Bu yük ittiham tərəfinin üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə məsuliyyətə cəlb edilə bilməz. Bununla belə, məhkəmə işin hallarını tam və hərtərəfli tədqiq etmək naminə “Xəbərfakt.az” saytında 11 iyul 2020-ci il tarixdə, saat 14:38-də və “Hurriyet.org” saytında 31 iyul 2020-ci il tarixdə saat 17:34-də dərc edilmiş yazılara mahiyyəti üzrə də münasibət bildirərək qeyd edir ki, həmin məlumatların tədqiqi zamanı Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yarada biləcək Orxan Şahmarovun hər hansı konkret cinayət əməlini törətməsi barədə müvafiq şərh verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilməli, həmçinin X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X9 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X22 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X9 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X12 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X9 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs X9 cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X12 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cəza təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. “Youtube” sosial şəbəkəsində “Hurriyyet TV” adlı istifadəçi tərəfindən 11 iyul 2020-ci il tarixdə yayılmış “Lənkəran polisində rəzalət” başlığı ilə https://youtu.be/vFXvduvykME linki altında yerləşdirilən 30:29 dəqiqəlik videogörüntünün əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılmalıdır. Məhkəmə, iş üzrə məhkəmə xərcinə münasibətdə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 360 (üç yüz altmış) saat ictimai işlər cəzası təyin edilsin. X9 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası X9 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. X22 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Youtube” sosial şəbəkəsində “Hurriyyet TV” adlı istifadəçi tərəfindən 11 iyul 2020-ci il tarixdə yayılmış “Lənkəran polisində rəzalət” başlığı ilə https://youtu.be/vFXvduvykME linki altında yerləşdirilən 30:29 dəqiqəlik videogörüntünün əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat X7 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X8, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Hakim Vüsal Qurbanov