Məhkəmə qərarları › İş №1(005)-10/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-10/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-10/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla direktoru vəzifəsində işləyən, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm və ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən ağır nəticələrə səbəb olmaqla qəsdən məhv etmiş, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları vahid niyyətlə qanunsuz olaraq kəsməklə (götürməklə) məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2020-ci il tarixdən etibarən direktoru, 5 avqust 2020-ci il tarixdən etibarən isə qanuni təmsilçisi olmaqla, Cəmiyyətin 15 fevral 2005-ci il tarixli Nizamnaməsinə əsasən cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək vəzifəsindən azad etmək, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın və təftiş komissiyasının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, cəmiyyətin hər hansı bir təsisçisinin tələbi ilə müəssisəyə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binasının tikintisinin aparılması məqsədilə direktoru olduğu həmin Cəmiyyətdə rəhbərliyi altında 2020-ci ilin mart ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ünvan 2 ünvanının Zərərçəkmiş şəxs2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 aylı DNK-nın 3-M-A- 398 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmış və qeydiyyatı zamanı tərtib edilmiş mənzilin planına və mənzilləri qiymətləndirmək haqqında məlumata əsasən ümumi sahəsi 48.8 m2 olmaqla 84.717 (səksən dörd min yeddi yüz on yeddi) manat qiymətləndirilən yaşayış sahəsinin Cəmiyyət tərəfindən sökülməsinə yalnız həmin mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 razılığı əsasında və tərəflər arasında müəyyən olunan kompensasiya ödənişindən sonra söküntüyə başlaya biləcəyinə baxmayaraq, həmin razılığı almadan tikinti işlərini sürətləndirib tez zamanda yaşayış binasını tikərək satışdan gəlir əldə etmək məqsədi ilə 25 sentyabr 2020-ci il tarixdə qeyd edilən ərazidə söküntü işlərinin aparılmasında ekskovator operatoru işləməklə “Volvo 240” markalı traktor texnikasını idarə etmiş cinayətdən xəbərsiz olan Şahid3 Mehbalı oğluna verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 2 ünvanında yerləşən həmin mənzili qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni Zərərçəkmiş şəxs2 84.717 (səksən dörd min yeddi yüz on yeddi) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla onun əmlakını qəsdən məhv etmiş, həmin əməlləri ilə fiziki şəxs qismində Zərərçəkmiş şəxs2 öz əmlakına sahib olmaq və ondan istədiyi kimi istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binasının tikintisini tamamlayıb mənzillərin satışını həyata keçirməklə gəlir əldə etmək və "xxxx" MMC-nin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülmüş qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinləri qısa müddətdə təmirli mənzillərlə təmin etməklə həmin xərclərdən daha əvvəl azad olunmaq məqsədilə həmin ərazidə meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaq və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına yüksək gəlirliliyə nail olmaq üçün tamah niyyətilə qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacların məhv edilməsi barədə göstəriş verməklə tikinti işlərinin aparılmasına şərait yaratmaq üçün vahid niyyətlə 28 dekabr 2020-ci ildən 15 mart 2021-ci il tarixədək olan müddətdə ünvan 3 ünvanında söküntü işlərinin aparılmasında ekskovator operatoru işləməklə cinayətdən xəbərsiz olan Şahid3 Mehbalı oğluna verdiyi qanunsuz tapşırıq əsasında sonuncu tərəfindən idarə etdiyi traktor vasitəsilə torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 9.800 (doqquz min səkkiz yüz) manat məbləğində qiymətləndirilmiş 40 sm və 60 sm diametrində 2 ədəd maklura ağacı, ümumi dəyəri 2.100 (iki min bir yüz) manat məbləğində qiymətləndirilmiş 36 sm diametrində 1 ədəd tut ağacı, ümumi dəyəri 15.300 (on beş min üç yüz) manat məbləğində qiymətləndirilmiş 84 sm diametrində 1 ədəd eldar şamı ağacı olmaqla, ümumilikdə dəyəri 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində qiymətləndirilmiş 4 ədəd ağacın kök hissəsinə təmas etməklə tam ətrafında qəsdən qazma işləri aparıb ağac kökünün ətrafını torpaqsız saxlayaraq həmin ağacları aşırmaqla ərazidən götürüb məhv etməklə ümumilikdə vahid niyyətlə 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan ağacları tamah niyyətilə götürməklə məhv etmiş, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binalarını tikintisinin aparılması məqsədilə direktoru olduğu həmin Cəmiyyətdə rəhbərliyi altında 2020-ci ilin mart ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ünvan 4 ünvanının faktiki olaraq Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun həyat yoldaşı X5 adına 08 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən rəsmiləşdirilmiş ümumi sahəsi 68,6 m2 olmaqla 110.446 (bir yüz on dörd min dörd yüz qırx altı) manat qiymətləndirilən yaşayış sahəsinin Cəmiyyət tərəfindən sökülməsinə yalnız həmin mənzilin mülkiyyətçisi X5 razılığı əsasında və tərəflər arasında müəyyən olunan kompensasiya ödənişindən sonra söküntüyə başlaya biləcəyinə baxmayaraq, həmin razılığı almadan tikinti işlərini sürətləndirib tez zamanda yaşayış binasını tikərək satışdan gəlir əldə etmək məqsədi ilə 2021-ci ilin aprel ayında qeyd edilən ərazidə söküntü işlərinin aparılmasında ekskovator operatoru işləməklə “Volvo 240” markalı traktor texnikasını idarə etmiş cinayətdən xəbərsiz olan Şahid3 Mehbalı oğluna verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə X5 mülkiyyətində olmaqla əri Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni X6 110.446 (bir yüz on min dörd yüz qırx altı) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla onun əmlakını ağır nəticələrə səbəb olmaqla təkrarən qəsdən məhv etmiş, həmin əməlləri ilə X8 və Zərərçəkmiş şəxs1 öz əmlakına sahib olmaq və ondan istədiyi kimi istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilədək İmişli rayonu 8 saylı ekologiya idarəsində işləmiş, 2015-ci ildə isə öz ərizəsi ilə işdən çıxaraq ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və həmin vaxtdan tikinti sahəsində işləməyə başlamışdır. Direktoru olduğu "xxxx" MMC 5 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, qardaşı Bəkir Quliyev 2005-ci ildən 2017-ci ilədək həmin cəmiyyətin direktoru olmuşdur. 2017-ci ildən hazıradək isə cəmiyyətin direktoru və faktiki rəhbəri özüdür. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində pilot layihə ilə əlaqədar 1 girişli 16 mərtəbəli 3 ədəd yeni yaşayış binasının tikintisinə icazə verilmişdir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müvafiq icazənin verilməsi ilə bağlı müraciət etmişlər və İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında yaşayış binasının tikintisinin aparılmasına müvafiq icazəsindən sonra yeni binanın tikintisi onun direktoru olduğu "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin layihəni icra etmək üçün onun kifayət qədər vəsaiti olmadığından layihəni başa çatdırmaq üçün investisiya cəlb etmək məqsədilə qarşılıqlı razılaşma əsasında "xxxx" MMC-nin təsisçisi Şahid6, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid5, X14 və X9 Cəmiyyətə şərik edərək 2020-ci ildə təsisçi kimi rəsmiləşdirilmələrini həyata keçirmişdir. Bununla bağlı, 2020-ci ilin avqust ayında Cəmiyyətin Nizaməsində təsisçilərlə bağlı dəyişiklik edilmiş və özü 50 faiz, Şahid6 20 faiz, Şahid5 5 faiz, Məmməd Hüseynov 15 faiz və Ellada Umudova isə 10 faiz payla cəmiyyətin təsisçiləri olmuşlar. Bundan sonra həmin ərazidə yerləşən binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsi və binaların söküntüsü prosesi başlamışdır. Sakinlərlə razılıq əldə edilərək müqavilələr imzalandıqdan sonra mənzillərin söküntüsü prosesi başlanmışdır. Binaların və mənzillərin söküntüsü zamanı qeyri-yaşayış sahələri ilə əlaqədar hər hansı artım nəzərdə tutulmur. Vətəndaşa veriləcək qeyri-yaşayış obyektinin sahəsi bina sökülməzdən əvvəl mövcud olan faktiki sahəyə uyğun hesablanır. Bütün müqavilələr "xxxx" MMC-nin direktoru kimi onun adından bağlanmışdır. "xxxx" MMC-nin müqavilələrdə hər hansı iştirakı olmamışdır. Vətəndaşlarla danışıb razılıq əldə edildikdən sonra müqaviləni hazırlayıb ona təqdim edirlər, o da müqaviləni imzalayır. Hazırkı dövrədək 148 nəfər vətəndaşla razılıq əldə olunmuş və müqavilə imzalanmışdır. Həmin ərazidə təxminən 138 ədəd həyət evləri də daxil olmaqla mənzillər olmuşdur. Həmin mənzillərdən biri - yəni C.Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanı vətəndaş X7 məxsus olmuşdur. Həmin mənzil 1-ci mərtəbədə yerləşdiyindən Füzuli İmanov mənzilin arxa tərəfindən qapı açaraq ticarət obyekti - yəni ərzaq malları mağazası kimi istifadə etmişdir. Binanın söküləcəyi və sakinlərin köçürüləcəyi barədə digər vətəndaşlarla yanaşı Füzuli İmanova da onun tərəfindən məlumat verilmişdir. Dövlət Reyestr xidmətindən aldıqları məlumata əsasən Füzuli İmanova məxsus mənzilin sahəsi faktiki olaraq 32 kvadrat metr olmasına baxmayaraq sonuncu qeyri-qanuni həmin mənzili bir qədər genişləndirərək mağaza kimi istifadəyə vermişdir. Cəmiyyətin əməkdaşları onun tapşırığı ilə Füzuli İmanova məxsus ticarət obyekti kimi istifadə etdiyi mənzili dəfələrlə ölçmək istəsələr də sonuncu buna maneçilik törədərək 90 kvadrat metr olduğunu demişdir. Buna baxmayaraq o, direktor müavini Şahid4, bir neçə dəfə isə təsisçi Şahid6 qardaşı Rəfael Qarayev dəfələrlə Füzuli İmanovla görüşüb sonuncuya sənəddə həmin obyektin mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq yeni tikiləcək binadan 150 m2 yeni mənzil və ya binanın 2-ci mərtəbəsindən 90 m2 qeyri-yaşayış sahəsinin və aylıq 800 manat verilməsi təklif edilmişdir. Daha sonra isə Füzuli İmanova birinci mərtəbədən 30 m2, ikinci mərtəbədən isə 45 m2 sahəsi olan qeyri-yaşayış sahəsi təklif edilsə də, Füzuli İmanov onlarla razılaşmamışdır. Füzuli İmanov binanin 1-ci mərtəbəsindən əsassız olaraq 120 m2 qeyri-yaşayış sahəsi tələb edərək heç bir razılaşmaya gəlməmişdir. Vətəndaşın istifadəsində olan obyektin sənədlərində oranın mənzil kimi qeydiyyatdan keçməsi səbəbindən yeni tikiləcək binanın 1-ci mərtəbəsindən 120 m2 qeyri-yaşayış sahəsinin verilməsi mümkün olmamışdır. Bu barədə Füzuli İmanovla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq sonuncu ilə razılıq əldə etmək mümkün olmamışdır. Həmin ərazidə yerləşən digər binalarda olan mənzillərin sahibləri ilə razılıq əldə edildikdən sonra binaların söküntüsü və sakinlərin köçürülməsi prosesi başlamışdır. 2020-ci ilin sentyabr ayında gecə saatlarında onun tapşırığı əsasında traktorist Şahid3 tərəfindən digər binaları və mənzilləri sökülən zaman Füzuli İmanova məxsus mənzilin bir divarı uçduğundan, evinin tikinti işlərinin aparılmasına maneçilik törədərək tikintinin vaxtında sakinlərə təhvil verilməsinin mümkünsüz etdiyini, bununla da digər sakinlərə də əlavə olaraq kirayə pulları veriləcəyini, buna isə cəmiyyətin imkanı olmadığını nəzərə alaraq traktorist Elşənə qeyd olunan evi tam şəkildə uçurtması ilə bağlı tapşırıq vermişdir. 2020-ci ildə isə onun tapşırığı əsasında Elşənə həmin mənzili tam uçurdaraq hamarlaması ilə bağlı tapşırıq vermişdir. Belə ki, həmin ünvanda hamı ilə razılıq əldə olunduğuna görə yalnız Füzulinin evi tikinti işlərinin aparılmasını yubatmışdır. Bu səbəbdən də qeyd oluna mənzili razılıq əldə edilmədən sökülməsi barədə tapşırıq vermişdir. Füzuli İmanov dəfələrlə ofisə dəvət edilmiş və sonuncu ilə söküntü barədə söhbətlər aparılmış, sonuncu qismən razılaşsa da, bina sökülən müddətdə hər hansı müqavilə imzalanmamışdır. Tikinti və söküntü işlərinə birbaşa özü nəzarət edərək onun tapşırıqları əsasında tikinti işləri aparılır. Füzuli İmanovla razılaşma əldə olunmamasından Şahid3 məlumatı olmamışdır. Sonuncu həmişə ondan bu barədə soruşduqda mənzil sahibi ilə razılaşdığını bildirmişdir. Füzuli İmanovun mənzilin sökülməsi onun tapşırığı əsasında gecə saatlarında traktor sürücüsü Elşən tərəfindən həyata keçirilmiş, bu barədə heç kimin, o cümlədən təsisçilərin, direktor müavini Şahid4, Rəfael Qarayevin və digər əməkdaşların xəbəri olmamışdır. Həmin şəxslər səhəri gün əraziyə gələndən sonra baş verənləri görərək məlumatlanmışlar. 28 dekabr 2020-ci il tarixdə ünvan 3 ünvanında gecə saatlarında söküntü işləri aparılarkən həmin ərazidə 3 ədəd ağacın tikintinin aparılmasına və yük maşınlarının hərəkətinə maneçilik törətdiyini görüb həmin vaxt ərazidə traktorla söküntü işləri aparan Şahid3 həmin ağacları səliqəli şəkildə kənarlarında qazma işləri aparmaqla aşmasını təmin etməsini bildirmişdir. Şahid3 onun verdiyi tapşırıq əsasında 1 ədəd tut ağacı və 2 ədəd maklura ağacının ətrafında qazıntı işləri apararkən ağaclar aşmışdır. Həmin ağacları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını dəvət etməklə başqa ünvanda əkmək istəmişdir. Lakin səhəri gün, yəni 28 dekabr 2020-ci il tarixdə səhər saatlarında ona Zərərçəkmiş şəxs1 şikayəti əsasında Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsinin əməkdaşlarının əraziyə gələrək ağacların məhv edilməsi ilə bağlı protokol tərtib etdikləri məlum olmuşdur. Onun niyyəti həmin ağacları digər yerdə əkərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməkdən ibarət olmuşdur. Lakin Zərərçəkmiş şəxs1 və ailə üzvləri şikayət etdikləri üçün həmin ağacların məhv edilməsi ilə artıq protokol tərtib edildiyi üçün ağacları digər ünvanda əkə bilməmişlər. Eyni qaydada o, həmin ünvanda 15 mart 2021-ci il tarixdə gecə saatlarında tikinti işləri aparılarkən bir ədəd eldar şamı ağacının tikintiyə maneçilik törətdiyini görərək Şahid3 həmin ağacın ətrafında səliqəli şəkildə qazma işləri aparmaqla ağacın aşmasını təmin etməsi barədə tapşırıq vermişdir. Şahid3 idarə etdiyi traktorla eyni qaydada ağacın ətrafını qazaraq ağacı aşırmış və onun tapşırığı ilə bir qədər kənara çəkmişdir. Həmin ağacı digər yerdə yenidən əkmək istəsə də, səhəri gün Zərərçəkmiş şəxs1 şikayəti əsasında Baş prokurorluğun və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları gələrək baxış keçirərək ağacın məhv edilməsi ilə protokol tərtib etmişlər. Tikinti və söküntü işləri gecə saatlarında aparıldığı üçün həmin vaxt ağacların çıxarılması zərurəti yarandığı üçün ərizə ilə müraciət etmədən və razılıq əldə etmədən həmin ağacların çıxarılması ilə bağlı göstəriş vermişdir. Səhəri gün bu barədə onun məlumat vermək fikri olsa da, artıq gecə ilə Zərərçəkmiş şəxs1 və övladları ondan şikayət etdiyi üçün artıq gec olmuş və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsinin əməkdaşları əraziyə gələrək protokol tərtib etmişlər. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binasının tikintisini 2017-ci ildən başlanmış və layihənin müddəti 2022-ci ildə başa çatdığından, bu səbəbdən o, qısa zamanda tikintini tamamlayaraq mənzillərin satışını həyata keçirməklə gəlir əldə etmək və "xxxx" MMC-nin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülmüş qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinləri qısa müddətdə təmirli mənzillərlə təmin etməklə həmin xərclərdən daha əvvəl azad olunmaq məqsədilə həmin ərazidə olan ağacların çıxarmaqla tikintiyə şərait yaradılması məqsədilə ağacların ərazidən çıxarılması barədə tapşırıq vermiş və nəticədə ağaclar məhv edilmişdir. Zərərçəkmiş şəxs1 Sadıx oğlunu 2019-cu ildən tanıyır. Belə ki, rəhbəri olduğu Cəmiyyətin tikinti işləri apardığı ünvan 4 ünvanı faktiki olaraq Zərərçəkmiş şəxs1 məxsus olsa da həmin mənzil sonuncunun həyat yoldaşı Gülşən Məmmədovanın adına rəsmiləşdirilmişdir. Qeyd edilən mənzil çıxarışa əsasən 68.6 m2 olmasına baxmayaraq Zərərçəkmiş şəxs1 mənzilinin 172 m2 olduğunu iddia edərək Cəmiyyətdən əsasız olaraq 627.000 manat vəsait tələb etmiş və tikiləcək binadan heç bir əmlak istəməmişdir. Zərərçəkmiş şəxs1la bir neçə dəfə danışmaq istəsə də, sonuncu ondan mənzilinə görə 627.000 manat pul vəsaiti tələb etmiş, əks təqdirdə qonşuları öyrədərək tikintinin aparılmasına maneçilik törədəcəyini, Cəmiyyətdən bütün dövlət qurumlarına şikayət edəcəyini və müxtəlif üsullarla tikintinin aparılmasına maneçilik törədəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tikiləcək binanın və mənzillərin proyekti xoşuna gəlmədiyi üçün mənzil istəməmiş və yalnız pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 və oğlanlarına dəfələrlə onun özü və işçiləri tərəfindən binanın istənilən mərtəbəsindən 225 m2 sahəsində 4 otaqlı mənzil və 2 ədəd qaraj təklif edilmiş, bununla da razı olmadıqları üçün sonradan 350.000 manat pul vəsaiti təklif olunsa da, razılığa gəlməyərək yalnız 627.000 manat pul vəsaiti tələb etmişlər. 2020-ci ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs1 evində yaşayış olmamışdır. 2020-ci ildən hazıradək Zərərçəkmiş şəxs1 başqa həmin binadan bütün sakinlərlə razılaşmışlar, sonuncu ilə razılığa gələ bilmədikləri üçün şirkət tikinti apara bilmir, bununla da tikinti işləri yubandığı üçün şirkət digər sakinlərə hər ay kirayə pulu verməklə ziyan edir. Bundan başqa, layihəyə və vətəndaşlarla razılaşmaya əsasən tikintinin 2022-ci ildə yekunlaşaraq binanın sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda bəzi sakinlər artıq mənzilini tələb edərək binanın tikilmədiyini görüb narahatçılıq keçirməklə cəmiyyətə etibar etməməyə və şikayətlərə başlayırlar. Bu səbəbdən 2021-ci ilin aprel ayının sonlarında gecə saatlarında onun tapşırığı ilə ərazidə söküntü işləri aparılarkən, Zərərçəkmiş şəxs1 qonşusunun evi sökülərkən onun tapşırığı əsasında traktorist Şahid3 həmin evin bir neçə divarını dağıtmış və mənzillərin tavanı uçmuşdur. Sonda zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam olaraq ödəməsini və əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1998-cı ildə ünvan 7 ünvanında yerləşən 9 saylı mənzili alaraq həyat yoldaşı Məmmədova (Həbibova) Gülşən Səməd qızının adına rəsmiləşdirmişdir. Çıxarışa əsasən 68.5 m2 olsa da, lakin təmirdən sonra isə həmin mənzilin sahəsi 171.87 m2 olmuşdur. Artım edilmiş sahə 1998-ci ildən mövcud olsa da sənədləşmə işlərini apara bilməmişdir. Həmin tarixdən 2020-ci ilin noyabr ayınadək arvadı Gülşən Məmmədova və üç övlad ilə birlikdə həmin evdə yaşamışlar. Sonuncu dəfə 2014cü ildə evini təmir etdirmişdir. 2018-ci ilin may ayında Ceyhun Hacıbəyli küçəsi, ev 2 ünvanının pilot layihə ilə əlaqədar plana düşdüyü və söküləcəyi ona məlum olmuşdur. Söküntü və yenidən tikinti aparılması işləri "xxxx" MMC tərəfindən, satış isə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. 2018-ci ilin may ayı özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs və şirkətin mühəndisi Niyazi adlı şəxslə onun yaşadığı evdə ölçü işləri aparmışlar. Mənzilinin ölçmə işləri aparılarkən Nərimanov rayonu icra hakimiyyətinin müavininin qəbulunda olmuş, müavin ona narahat olmamasını, mənzili çöldən-çölə ölçəcəklərini, imkanlı şirkət olduğunu və problemsiz sakinləri razı yola salan adamlar olduğunu demişdir. Bundan başqa, şirkətin direktoru Təqsirləndirilən şəxs binanın sərəncamını, şirkətin adını, FHN-nin tikinti üçün rəyini, "xxxx" şirkətinin tikinti üçün lisenziyasını soruşan zaman sonuncu ona sənədlərin qaydasında olduğunu bildirmişdir. Şirkətin rəhbəri və icra hakimiyyətinin işçiləri İbrahim və Eldəniz adlı şəxslərlə dəfələrlə onunla görüşüb tikinti işləri ilə əlaqədar narahat yalançı vədlər verərək orada yaşayan vətəndaşlara icra hakimiyyəti tərəfindən zəmanət veriləcəyini bildirmişlər. Qeyd olunan ünvanda Cəmiyyət tərəfindən söküntü işləri başladıqdan bir neçə ay sonra sakinlərin kirayə haqlarını gecikdirilməsi məlumatını aldıqdan sonra icra hakimiyyətindən öyrənmişdir ki, "xxxx" MMC-nin imkanını olmadığı üçün həmin cəmiyyəti "xxxx" MMC maliyyələşdirmişdir. Öz növbəsində araşdırma apararaq "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMC tərəfindən tikintinin davam etdirilməsi üçün "xxxx" MMC-yə maliyyə dəstəyi edildiyini və təsisçi kimi rəsmiləşdirilməklə cəmiyyətə şərik olduqlarını öyrənmişdir. 2018-ci ilin iyun ayından Təbriz küçəsində tikilən binanın təməli qoyulmuş, tikinti işləri aparılmışdır. 2020-ci ilin iyun ayının 27-i bir qrup üzləri maskalı idmançı dəstə şəklində binanı hasarlamağa başlamışlar. Razılıq əldə edilmədiyi üçün dəfələrlə Nərimanov polis idarəsinə və rayon məhkəməsinə müraciət etməsinə baxmayaraq Cəmiyyətin nümayəndələri tərəfindən ona və oğlanlarına qarşı güc tətbiq edilmiş, binanın, suyu, işığı, qazı, internetini kəsilmişdir. 25 noyabr 2020-ci il tarixində binanın həyətinə olan girişi və blokun bir tərəfini ekskavator dağıtmağa başlayarkən onlar yenə də bunun qarşısını almışlar. Həmin əraziyə jurnalistləri dəvət edərək çəkiliş apardıqdan sonra tikinti işləri dekabr ayının 28-ə kimi dayandırılmış və həyətdə texnika və fəhlələr işləməmişdir. 2021-ci ilin yanvar ayından aprel ayınadək müxtəlif instansiyalara qanunsuz tikinti işlərinin aparılması barədə şikayət etməsinə baxmayaraq, 24 aprel 2021-ci il tarixdə gecə saat 02 radələrində bir qrup mühafizəçinin iştirakı ilə ekskovator onun evini dağıdaraq yararsız vəziyyətə salmışdır. "xxxx" MMC tərəfindən onun evinin qanunsuz sökülməsi nəticəsində ona və ailə üzvlərinə ümumilikdə 720.000 manat ziyan dəymişdir. Belə ki, 2019-cu ilin avqust ayında onun mənzili "xxxx" MMC tərəfindən 627.000 manat məbləğinə qiymətləndirilmişdir. Bundan başqa, otaqları dağıdılan zaman mənzilində olan kondisionerlər, fransız istehsalı divan, fransız istehsal 2 ədəd kreslo, televizorlar, televizor altlığı, kompyuterlər və digər avadanlıqlar, saysız hesabsız yorğan döşəklər, paltarlar, qab-qacaqlar məhv edilmişdir. Həmin avadanlıq və əşyaların dəyəri 100.000 manat təşkil edir. Sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini qeyd edərək, şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1996-cı ilin avqust ayında ünvan 8 ünvanında yerləşən 7 saylı mənzili həyat yoldaşı Füzuli İmanovla birlikdə almışlar və həmin mənzil onun adına rəsmiləşdirilmişdir. 1997-ci ilin yanvar ayında isə həmin mənzilin ticarət obyekti kimi istifadə olunması üçün arxa tərəfdə olan pəncərə yerindən giriş qapısı açılmasına icazə verilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişlər və Rayon İcra Hakimiyyətindən mənzilin arxa tərəfindən giriş qapısının açılmasına icazə verilməsi barədə xx.xx.1997-ci il tarixli məktub və mağazanın fasad görünüşünün sxemlayihəsi göndərilmişdir. Bundan sonra, həmin mənzilin arxa tərəfindən giriş qapısı açaraq oranı ticarət obyekti-ərzaq mağazası kimi icarəyə verməklə istifadə etmişlər. 2020-ci ilin sentyabr ayında Ceyhun Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanının pilot layihə ilə əlaqədar plana düşdüyü və söküləcəyi onlara məlum olmuşdur. Söküntü və yenidən tikinti aparılması işləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin şirkət tərəfindən binadan yaşayan sakinlərin köçürülməsi və mənzillərin boşaldılması prosesi başlamış, bununla bağlı həmin cəmiyyətin nümayəndələri ilə əri Füzuli İmanov dəfələrlə görüşsə də, razılığa gəlmək mümkün olmamışdır. Yaşadıqları evin faktiki sahəsi təxminən 90 m2 olduğu üçün şirkətdən həmin ölçülərdə tikiləcək binanın 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi verildiyi təqdirdə razılığa gələcəklərini Cəmiyyətin nümayəndələrinə desələr də, sonuncular onların tələbləri ilə razılaşmayaraq müxtəlif bəhanələr gətirməklə tikiləcək binanın 2-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi və ya yuxarı mərtəbələrdən mənzil təklif etmişlər. Cəmiyyətin nümayəndələri ilə bütün danışıqları əri Füzuli İmanov aparmışdır. 2021-ci ilin sentyabr ayında "xxxx" MMC ilə aralarında heç bir razılaşma olmadığı halda mülkiyyətində olan Ceyhun Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanının qanunsuz olaraq söküldüyünü əri Füzuli İmanovdan eşitmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 1996-cı ilin avqust ayında ünvan 8 ünvanında yerləşən 7 saylı mənzili almış və həmin mənzili həyat yoldaşı Nuriyeva (İmanova) Nuridə Ağabala qızının adına rəsmiləşdirmişdir. 1997-ci ilin yanvar ayında isə həmin mənzilin ticarət obyekti kimi istifadə olunması üçün arxa tərəfdən olan pəncərə yerindən giriş qapısı açılmasına icazə verilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyətindən ünvanına mənzilin arxa tərəfindən giriş qapısı açılmasına icazə verildiyi barədə xx.xx.1997-ci il tarixli məktub və mağazanın fasad görünüşün sxem-layihəsi göndərilmişdir. Bundan sonra o, həmin mənzilin arxa tərəfindən giriş qapısı açaraq oranı ticarət obyekti-ərzaq mağazası kimi icarəyə verməklə istifadə etməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında Ceyhun Hacıbəyli küçəsi, ev 7 ünvanının pilot layihə ilə əlaqədar plana düşdüyü və söküləcəyi ona məlum olmuşdur. Söküntü və yenidən tikinti aparılması işləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin şirkətlər tərəfindən binada yaşayan sakinlərin köçürülməsi və mənzillərin boşaldılması prosesi başlanmışdır. Bir neçə gün sonra "xxxx" MMC-dən Şahid4 ona zəng edərək müqavilə bağlamağı təklif etmişdir. Həmin şəxsə cəmiyyətlə razılaşmaq üçün tikiləcək binanın 1-ci mərtəbəsindən qeyriyaşayış sahəsi istəmişdir. Şahid4 ona faktiki sahə 83 m2 olduğu halda yeni tikiləcək binanın ikinci mərtəbəsindən 90 m2 qeyri-yaşayış sahəsi verməyi təklif etmiş, lakin o, mənzilin sahəsindən 20-30 faiz artıq sahə olmaqla binanın 1-ci mərtəbəsindən qeyriyaşayış sahəsi istəmişdir. Bundan başqa bu barədə "xxxx" MMC-nin direktoru Asif adlı şəxsə də demiş və sonuncuyla bir neçə təklifi müzakirə etsə də, razılığa gələ bilməmişlər. 25 sentyabr 2020-ci il tarixdə onun ticarət obyekti əvvəlcədən ona məlumat verilmədən "xxxx" MMC tərəfindən göndərilmiş ekskovatorlar vasitəsi gecə vaxtı dağıdılmışdır. O, həmin gün bu barədə bildikdən sonra "xxxx" və N-Turan” MMC-yə etirazını bildirmiş və dərhal “102 xidməti”nə məlumat vermişdir. Həmin etirazı "xxxx" və N-Turan” MMC-nin Ziya və Rafael adlı rəhbərlərinə də bildirmişdir. Sonuncu dəfə Ziya və Rafael adlı şəxslər ona 1ci mərtəbədən 30-35 m2, ikinci mərtəbədən isə 60 m2 obyekt təklif etmişlər, lakin o, 1-ci mərtəbən 90 m2 istədiyi üçün yenidən razılığa gələ bilməmişlər. Onun etirazlarına məhəl qoyulmadan 18 oktyabr 2020-ci il tarixdə onun ticarət obyekti içərisindəki mallar və avadanlıqlarla birlikdə hamarlanmışdır. Ona məxsus olan Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 4 ünvanında yerləşən ticarət obyektinin sahəsi barədə sənədlərdə məlumat qeyd olunmamışdır. Lakin sonradan "xxxx" MMC-nin mütəxəssislər tərəfindən ölçüləndə sahəsinin 88.56 m2 olduğu məlum olmuşdur. Qeyd edilən mənzil sökülərkən içərisində 3 ədəd soyuducu, qaz sobası, elektrik soba, telefon və digər avadanlıqlar olmuşdur. Həmin əşyaların dəyəri təxminən 2.500 manat olmuşdur. Göstərilən yararsız vəziyyətə salınmış əşyaların alış sənədini təsdiq edən qəbzlər mövcud deyil, uzun müddət bundan əvvəl aldığı üçün qəbzləri saxlamamışdır. 23 avqust 2021-ci il tarixli ifadəsinə könüllü əlavə etdiyi mənzilin texniki pasportunu köhnə sənədlərinin arasından 22 avqust 2021-ci il tarixdə tapmış, həmin texniki pasportu 1996-cı ildə alqı-satqı zamanı mənzili aldığı şəxslərdən əldə etmiş və köhnə sənədlərinin içərisində saxlamışdır. 22 avqust tarixində həmin sənədi aşkar edərək istintaqa təqdim etmiş, həmin sənədlə onun mənzilinin ölçüsü 78.8 m2 göstərilməsinə baxmayaraq, faktiki olaraq təxminən 90 m2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən "xxxx" MMC-də ekskavator operatoru işləməklə “Volvo 240” markalı traktor texnikasını idarə edir. Etibarnamə əsasında idarə etdiyi “Volvo 240” markalı traktorla söküntü işləri aparır. "xxxx" MMC-nin direktoru və 50 faiz payla təsisçisi Təqsirləndirilən şəxs olmaqla bütün tikintiyə nəzarət edir. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə Təbriz küçəsinin kəsişməsində pilot layihə ilə əlaqədar "xxxx" MMC-yə yeni yaşayış binasının tikintisinə icazə verilmişdir. Layihə ilə əlaqədar binaların və mənzillərin sökülməsi və yeni binanın inşa edilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Bundan sonra təxminən 138 ədəd həyət evləri olan ərazidə yerləşən binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsi və binaların söküntüsü prosesi başlamışdır. Həmin evlərdən biri, yəni C.Hacıbəyli küçəsi, ev 4 ünvanında yerləşən vətəndaş X7 məxsus olmuşdur. Ərazidə hər hansı söküntü işlərinin aparılmasına dair tapşırıqları ona direktor Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin mart ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılmağa başlamış və Təqsirləndirilən şəxs gündəlik ona verdiyi təlimata əsasən idarə etdiyi traktorla qeyd olunan ərazidə boşaldılmış evləri sökməyə başlamışdır. Onun tərəfindən söküntü işləri Təqsirləndirilən şəxs tapşırığına əsasən adətən gecə saatlarında aparılmışdır. 25 sentyabr 2020-ci il tarixdə həmin ərazidə söküntü işləri apararkən Təqsirləndirilən şəxs Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanını göstərərək qeyd olunan evi sökülməsi və hamarlanması ilə bağlı ona tapşırıq vermiş, öz növbəsində həmin evi idarə etdiyi traktorla sökərək hamarlanmasını həyata keçirmişdir. O, həmin mənzilin sahibi Füzuli İmanovla razılıq əldə edildiyini hesab edərək həmin ünvanı sökmüşdür. Rəfael Qarayevi ümumiyyətlə tanımır. Şahid4 isə həmin Cəmiyyətdə satış üzrə menecer işləyir. O, tikinti və söküntü işləri ilə bağlı Şahid4 və ya Şahid7 hər hansı tapşırıq almamışdır, ona tapşırıqları yalnız həmin Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs vermişdir. Həmin ünvanda bütün işlərə nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmiş və bütün işlər sonuncunun tapşırığına əsasən icra olunmuşdur. X2 məxsus əmlakın sökülməsi ilə bağlı həmin şəxslə Cəmiyyət arasında razılıq olub-olmaması barədə məlumatı olmamışdır. Həmin ünvanı sökəndən bir neçə gün sonra X20 Quliyevin söhbətini görüb razılığın əldə olunmadığını başa düşmüşdür. O, bu barədə bir neçə dəfə Asifdən soruşsa da sonuncu yaxın günlərdə razılığa gələcəklərini bildirmişdir. 28 dekabr 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ona Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında olan 3 ədəd ağacın ətrafında traktorla qazıntı işləri aparmaqla aşmasını təmin etməsini və həmin ağaclar aşdıqdan sonra yük maşınları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə digər ünvanda yenidən əkilməsini təmin edəcəyini tapşırmışdır. Təqsirləndirilən şəxs həmin vaxt ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdığını bildirdiyi üçün öz növbəsində həmin ərazidə olan 2 ədəd maklura və bir ədəd tut ağacının yaxınlığında traktorla qazaraq aşmasını təmin etmişdir. Bundan sonra həmin ağacları Təqsirləndirilən şəxs tapşırığı ilə tikinti işləri gedən ərazidən kənara çəkmişdir. 28 dekabr 2020-ci il tarixdə o, səhər saatlarında növbədən çıxaraq istirahətə gedəndən sonra həmin əraziyə Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları gələrək ağaclara baxış keçirdiyini görmüşdür. Bu barədə sonradan Təqsirləndirilən şəxs soruşduqda sonuncu hər şeyin qaydasında olduğunu, heç bir narazılığın olmadığını, ağacların da başqa yerdə əkərək vurulmuş ziyanı da qısa zamanda ödəyəcəyini bildirmişdir. Eyni qaydada 15 mart 2020-ci il tarixdə gecə saatlarında həmin ünvanda işləyərkən Təqsirləndirilən şəxs tapşırığına əsasən tikinti işlərinin gedən yerdə olan bir ədəd eldar şamı ağacının yaxınlığında qazma işləri apararaq ağacı aşmasını həyata keçirmişdir. Ağac aşandan sonra Təqsirləndirilən şəxs həmin ağacı başqa yerdə əkilməsinin təmin edəcəyini bildirmişdir. Fəhlə işlədiyi üçün yalnız Təqsirləndirilən şəxs verdiyi tapşırıqları icra etmişdir. Təqsirləndirilən şəxs ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışdığını və hər şeyin qaydasında olduğunu demiş, həmin ağacları qeyd olunan ünvandan çıxardıb başqa yerdə əkilməsini təmin edəcəyini bildirdiyindən sonuncunun verdiyi tapşırığı icra etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsindən və razılıq əldə olunmamasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs1 tanımır, əvvəllər görməmiş, sonuncuyla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus əmlakın sökülməsi ilə bağlı həmin şəxslə Cəmiyyət arasında razılıq olub-olmaması barədə onun heç bir məlumatı olmamışdır. Həmin ünvanı sökəndən bir neçə gün sonra Zərərçəkmiş şəxs1la Cəmiyyət arasında ciddi narazılıq olduğunu öyrənmişdir. Belə ki, o, həmçinin digər yerlərdə də söküntü işləri apardığı üçün qeyd olunan ünvana yalnız çağırış əsasında gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus mənzilin sökülməsi zamanı heç bir əşya və ya avadanlıq olmamışdır. Həmin ünvan artıq bir neçə ay əvvəldən tam boşaldılmış, həmin mənzilin ətrafında olan evlər və mənzillər dağıdıldığı üçün yaşayış olmamışdır. Həmin evin divarı uçarkən mənzildə hər hansı əşya görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayından 14 aprel 2021-ci il tarixədək "xxxx" MTK, "xxxx" MMC-də və "xxxx" MMC-də layihə rəhbəri vəzifələrində çalışmışdır. 14 aprel 2021-ci il tarixdən isə "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyir. MMC-nin fəaliyyət istiqaməti yaşayış binalarının tikintisindən ibarət olmuşdur. "xxxx" MMC 5 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, 2017-ci ildən hazıradək isə cəmiyyətin direktoru və faktiki rəhbəri Təqsirləndirilən şəxsdir. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində pilot layihə ilə əlaqədar 1 girişli 16 mərtəbəli 3 ədəd yeni yaşayış binasının tikintisinə icazə verilmişdir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müvafiq icazənin verilməsi ilə bağlı müraciət edilmiş və İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında binasının tikintisinin aparılmasına müvafiq icazəsindən sonra yeni binanın tikintisi "xxxx" MMC-yə həvalə edilmişdir. Cəmiyyətin həmin layihəni icra etmək üçün kifayət qədər vəsaiti olmadığından layihəni başa çatdırmaq üçün investisiya cəlb etmək məqsədilə qarşılıqlı razılaşma əsasında Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsisçisi Şahid6, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid5, X14 və X9 Cəmiyyətə şərik etmişdir. Bununla bağlı 2020-ci ildə Cəmiyyətin Nizamnaməsində təsisçilərlə bağlı dəyişiklik edilmiş və Təqsirləndirilən şəxs 50 faiz, Şahid6 20 faiz, Şahid5 5 faiz, Məmməd Hüseynov 15 faiz və Ellada Umudova isə 10 faiz payla cəmiyyətin təsisçisi olmuşlar. Bundan sonra həmin ərazidə yerləşən binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsi və binaların söküntüsü prosesi başlamışdır. 2020-ci ilin avqust ayından etibarən Şahid6 təklifi ilə o, "xxxx" MMC-yə layihə rəhbəri kimi işə düzəlmiş və Şahid6 və Təqsirləndirilən şəxs tapşırığı ilə yalnız mənzillərin satışı, Cəmiyyətin reklamı ilə məşğul olmuşdur. Bəzi hallarda isə Təqsirləndirilən şəxs və Şahid6 tapşırığı ilə köçürülməsi nəzərdə tutulan sakinlərlə görüşüb razılıq əldə edilməsi məqsədilə danışıqlar aparmışdır. Mənzillərin satış qiymətini direktor Təqsirləndirilən şəxs müəyyənləşdirmiş və sonuncunun yekun sözü ilə mənzillərin satışı həyata keçirilmişdir. Həmin ərazidə təxminən 138 ədəd mənzil və həyət evləri olmuş, həmin mənzillərdən biri - yəni C.Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanı X7 məxsus olmuşdur. Füzuli İmanov həmin mənzili arxa tərəfindən qapı açaraq ticarət obyekti - yəni ərzaq malları mağazası kimi istifadə etmişdir. Binanın söküləcəyi və sakinlərin köçürüləcəyi barədə digər vətəndaşlarla yanaşı Füzuli İmanova da məlumat verilmişdir. Füzuli İmanova məxsus mənzil sənədlə 32 m2 olmasına baxmayaraq sonuncu həmin yeri qanunsuz artıraraq, həmçinin, sənəddə həmin obyektin mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq sonuncuya tikiləcək binadan yeni mənzil və ya binanın 2-ci mərtəbəsindən 80 m2 qeyri-yaşayış sahəsi və aylıq 800 manat kirayə haqqının verilməsi təklif edilmiş, lakin o razılaşmamışdır. Təqsirləndirilən şəxs xahişi ilə bir neçə dəfə Füzuli İmanovla görüşərək razılaşmaq istəmiş, sonuncu isə binanın 1-ci mərtəbəsindən 120 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Bu səbəbdən də Füzulinin əsassız tələbi ilə Təqsirləndirilən şəxs razılaşmamışdır. Füzuli İmanova məxsus mənzil faktiki olaraq sonuncunun həyat yoldaşı X4 adına rəsmiləşdirlsə də danışıqlara yalnız Füzuli gəlmişdir. Füzuli İmanovun istifadəsində olan ticarət obyektinin sənədlərində oranın mənzil kimi qeydiyyatdan keçməsi səbəbindən yeni tikiləcək binanın 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsinin verilməsi mümkün olmamışdır. Bu barədə Füzuli İmanovla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq razılıq əldə etmək mümkün olmamışdır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona deməsindən digər binaların və mənzillərin sökülən zaman Şahid1 məxsus mənzilin də bir divarı da söküldüyündən sonuncunun tapşırığı əsasında ekskavator sürücüsü Şahid3 tərəfindən tam sökülərək hamarlandığını başa düşmüşdür. O, bu barədə Füzuli İmanovun cəmiyyətin ofisinə gələrək bu barədə şikayət etdikdən sonra bilmişdir. Həmin vaxt Asifə zəng edərək soruşduqda sonuncu ona Füzulinin evinin bir divarı uçduğu üçün yararsız vəziyyətə düşdüyündən tapşırığı əsasında tam sökülərək hamarlanması barədə tapşırıq verdiyini bildirmişdir. Füzuli İmanovun mənzili sökülməmişdən əvvəl həmin ünvanda olmuş lakin içərisində hər hansı avadanlıq və əşya görməmiş, mənzil tamamilə boşaldılmış vəziyyətdə olmuşdur. Füzuli İmanovla razılıq olmadan mənzilinin sökülməsi barədə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs bilmiş və söküntü işləri də həmişə sonuncunun nəzarəti altında və tapşırığı ilə həyata keçirilmişdir. Həmin mənzilin sökülməsini direktor Təqsirləndirilən şəxs tapşırığı ilə ekskovator sürücüsü Şahid3 həyata keçirmişdir. Onun və digər işçilərin qabaqcadan bundan məlumatı olmamışdır. 28 dekabr 2020-ci il tarixdə gecə saatlarında söküntü işləri aparılarkən həmin ərazidə 3 ədəd ağacın tikintinin aparılmasına və yük maşınlarının hərəkətinə maneçilik törətdiyini görüb Təqsirləndirilən şəxs heç kimə demədən özbaşına ekskavator sürücüsü Elşən Məmmədova həmin ağacların kök hissəsində qazma işləri aparmaqla aşırtmasını bildirmişdir. Şahid3 da Asifin tapşırığını qanunsuz olduğunu bilməyərək icra etmişdir. Təqsirləndirilən şəxs bu barədə heç kimə məlumat vermədən qərar qəbul etmişdir. O, bu barədə səhəri gün Bakı şəhər İcra Hakimiyyətinin işçiləri əraziyə gəldikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs həmin ağacları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını dəvət etməklə həmin ağacları başqa ünvanda əkmək istəsə də, 28 dekabr 2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 şikayəti əsasında Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsinin əməkdaşları əraziyə gələrək ağacların məhv edilməsi ilə bağlı protokol tərtib etmişlər. Eyni qaydada həmin ünvanda 15 mart 2021-ci il tarixdə gecə saatlarında tikinti işləri aparılarkən bir ədəd eldar şamı ağacının tikintiyə maneçilik törətdiyi üçün Təqsirləndirilən şəxs heç kimə məlumat vermədən Şahid3 tapşırıq verərək həmin ağacın ətrafında qazma işləri aparmaqla ağacın aşmasını təmin etmişdir. Şahid3 idarə etdiyi traktorla ağacın ətrafını qazaraq ağacı aşırtmışdır. Onun və digər işçilərin bu barədə sonradan məlumatı olmuşdur. 2 ədəd maklura ağacının, 1 ədəd tut ağacının və 1 ədəd eldar şamı ağacının məhv edilməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 2020-ci ilin yay aylarından etibarən tanımışdır. Belə ki, Cəmiyyətin tikinti işləri apardığı ünvan 4 ünvanının faktiki olaraq Zərərçəkmiş şəxs1 məxsus olsa da mənzil həyat yoldaşı Gülşən Məmmədovanın adına rəsmiləşdirilmişdir. Həmin mənzil çıxarışa əsasən 68.6 m2 olmasına baxmayaraq Zərərçəkmiş şəxs1 mənzilinin 172 m2 olduğunu iddia edərək Cəmiyyətdən əsasız olaraq 627.000 manat vəsait tələb edərək tikiləcək binadan heç bir əmlak istəməmişdir. Direktor Təqsirləndirilən şəxs, Cəmiyyətin təsisçiləri və digər işçilər, o cümlədən özü və Alimlə ümumi tanışları dəfələrlə sonuncu ilə söhbət edərək yeni tikiləcək binadan 225 m2 sahəsində mənzil və iki ədəd hər biri 30-40 m2 olan qaraj təklif etsələr də Zərərçəkmiş şəxs1 və oğlanları Sadıq və Fuad yalnız onu və cəmiyyətin digər əməkdaşlarını təhqir edərək ümumiyyətlə əraziyə tikinti işlərinin aparıldığının qanunsuz olduğunu deyərək müxtəlif üsullarla maneçilik törətməyə çalışmışlar. Özü şəxsən Zərərçəkmiş şəxs1la və iki oğlu ilə bir neçə dəfə danışmaq istəsə də sonuncular ondan mənzillərinə görə yalnız 627.000 manat pul vəsaiti tələb etmişlər və vəsaitin verilməyəcəyi təqdirdə qonşuları öyrədərək tikintinin aparılmasına maneçilik törədəcəklərini, Cəmiyyətdən bütün dövlət qurumlarına şikayət edəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 və iki oğlu tikiləcək binanın proyektinin xoşlarına gəlmədiyi üçün mənzil istəməyərək yalnız pul tələbi irəli sürərək tikinti olan əraziyə hər hansı texniki vasitənin girişinə maneçilik edərək bütün instansiyalara onlardan əsasız şikayət etmişlər. Zərərçəkmiş şəxs1 və oğlanlarına dəfələrlə onun özü və cəmiyyətin digər işçiləri görüşüb binanın istənilən mərtəbəsindən 225 m2 sahəsində 4 otaqlı mənzil və 2 ədəd qaraj, sonuncular razı olmadığı üçün daha sonra 350.000 manat pul vəsaiti və iki illik kirayə pulu təklif olunmuşdur. Buna baxmayaraq Zərərçəkmiş şəxs1 onlarla razılaşmayaraq əvvəlcə 627.000 manat, yaşadıqları ev Təqsirləndirilən şəxs tapşırığı ilə söküləndən sonra isə əlavə olaraq içərisində olmayan avadanlıqların məhv edilməsi ilə əlaqədar əlavə olaraq 100.000 manat olmaqla ümumilikdə 727.000 manat pul vəsaiti tələb etmişdir. 2020-ci ildən hazıradək Zərərçəkmiş şəxs1 başqa həmin binadan bütün sakinlərlə razılaşmışlar, sonuncu ilə razılığa gələ bilmədikləri üçün şirkət tikinti apara bilmir, bununla da tikinti işləri yubandığı üçün şirkət digər sakinlərə hər ay kirayə pulu verməklə ziyan edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2000-ci ildən müxtəlif tikinti şirkətlərində işləyir. 2017-ci ildən "xxxx" MMC, 2019-cu ildən isə "xxxx" MMC-nin təsisçilərindən biri vəzifəsində çalışır. 2019-cu ildə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxslə tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxs 2017-ci ildən həmin cəmiyyətin direktoru olmuşdur. Cəmiyyət 2005-ci ildə təsis edilmiş, fəaliyyət istiqaməti yaşayış binalarının tikintisindən ibarət olmuşdur. 2019-cu ildə Təqsirləndirilən şəxslə söhbət zamanı sonuncu maliyyə vəsaiti olmadığı üçün "xxxx" MMC-nin tikinti işlərini tamamlaya bilməyəcəyini və maliyyə dəstəyi edəcəyi təqdirdə həmin cəmiyyətə təsisçisi etməklə gələcəkdə əldə olunan gəlirdən 20 faizinə şərik olacağını təklif etmişdir. Həmin vaxt "xxxx" MMC Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə Təbriz küçəsinin kəsişməsində pilot layihə ilə əlaqədar yeni yaşayış binasının tikintisini aparmışdır. Bununla bağlı Nərimanov rayon icra Hakimiyyətinə müvafiq icazənin verilməsi ilə bağlı müraciət edilmiş və İcra Hakimiyyətinin müvafiq icazəsindən sonra yeni binanın tikintisi "xxxx" MMC-yə həvalə edilmişdir. Onunla birlikdə Təqsirləndirilən şəxs Şahid5 5 faizlə, X11 15 faizlə və X9 10 faiz payla şərik etmişdir. Bununla bağlı 2019-cu ildə Cəmiyyətin Nizamnaməsinə dəyişiklik edilərək təsisçilərin nizamnamə kapitalındakı payları Təqsirləndirilən şəxs 50 faiz, o 20 faiz, Şahid5 5 faiz, Məmməd Hüseynov 15 faiz və Ellada Umudova 10 faiz payla təsisçi olmuşdur. Cəmiyyətin faktiki rəhbəri və tikintiyə nəzarəti Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Əvvəllər "xxxx" MMC-də işlədiyi üçün və həmin cəmiyyətin reytinqi yüksək olduğundan mənzil satışını yüksək məbləğlə həyata keçirmək məqsədilə onun təklifiylə qeyd olunan Cəmiyyətin loqosundan istifadə edilərək satışı həyata keçirməyə başlamışlar. Tikintiyə nəzarəti və vətəndaşların köçürmə işlərinə Təqsirləndirilən şəxs özü rəhbərlik etmiş və nəzarət etmişdir. 2019-cu ildən həmin ərazidə yerləşən binalardaki mənzillərdə yaşayan sakinlərin köçürülməsi və binaların söküntüsü prosesi başlamışdır. Həmin ərazidə təxminən 138 ədəd mənzil və həyət evləri olmuşdur. Həmin mənzillərdən biri - yəni C.Hacıbəyli küçəsi, ev 4 ünvanında yerləşən həyət evi vətəndaş X7 məxsus olmuşdur. Füzuli İmanov həmin evin arxa tərəfindən qapı açaraq ticarət obyekti - yəni ərzaq malları mağazası kimi istifadə etmişdir. Binanın söküləcəyi və sakinlərin köçürüləcəyi barədə digər vətəndaşlarla yanaşı Təqsirləndirilən şəxs tərəfindən Füzuli İmanova da məlumat verilmişdir. X13 məxsus mənzil 32 m2 olmasına baxmayaraq sonuncu əsassız olaraq tikiləcək binanın 1-ci mərtəbəsindən 120 m2 sahəsində qeyri-yaşayış sahəsi tələb etməyə başlamışdır. Sənəddə həmin obyektin mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs və digər təsisçilərlə birlikdə razılaşaraq sonuncuya tikiləcək binadan yeni mənzil və ya binanın 2-ci mərtəbəsindən 90 m2 qeyri-yaşayış sahəsinin və aylıq 800 manat verilməsi təklif edilmişdir. X22 razılaşmamış və binanın 1-ci mərtəbəsindən sonuncuya 120 m2 qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs və satışa baxan Şahid4 Füzuli İmanovla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq sonuncu ilə razılıq əldə etmək mümkün olmamışdır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs tapşırığı ilə Elşən adlı traktor sürücüsü səhvən digər razılığa gələn şəxslərin evi ilə birlikdə Füzuli İmanova məxsus mənzili də sökdüyünü eşitmişdir. Təqsirləndirilən şəxs ona bu barədə qabaqcadan heç bir söz deməmişdir. O, özü Asifdən nə səbəbə vətəndaşla razılıq əldə edilmədən mənzilin sökülməsi barədə tapşırıq verməsi ilə bağlı soruşduqda, ona Füzuli İmanovla özü danışaraq razılığa gələcəyini, tapşırığı da səhvən verdiyini demişdir. 2021-ci ilin əvvəllərində Ceyhun Hacıbəyli küçəsi, ev 2, mənzil 9 ünvanının sahibi Zərərçəkmiş şəxs1 əsassız olaraq faktiki 68 m2 olan mənzilinə görə cəmiyyətdən 627.000 manat yalnız pul vəsaiti tələb etdiyi və tikiləcək binadan heç bir əmlak istəmədiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ona deməsindən məlum olmuşdur ki, Alimin mənzili 1-ci mərtəbədə olduğu üçün mənzildən binanın zirzəmisinə qapı açaraq evinə qatmış və əsassız olaraq sahəni çoxaltmaqla evinin qiymətini süni şəkildə artıraraq razılığa gəlmək məqsədilə pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 tikiləcək binanın proyekti xoşuna gəlmədiyi üçün mənzil istəməmiş və yalnız pul tələb etmişdir. Şahid4 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəfələrlə binanın istənilən mərtəbəsindən 220 m2 sahəsində 4 otaqlı mənzil və 2 ədəd qaraj təklif etmişdir. Lakin, Zərərçəkmiş şəxs1 onlarla razılaşmamışdır. 2020-ci ildən hazıradək onlar Zərərçəkmiş şəxs1 başqa həmin binadan bütün sakinlərlə razılaşalar da sonuncu ilə razılığa gələ bilmədikləri üçün tikinti apara bilmirlər, bununla da tikinti işləri yubandığı üçün şirkət digər sakinlərə hər ay kirayə pulu verməklə ziyan edir. Hazırda bəzi sakinlər artıq mənzilini tələb edərək binanın tikilmədiyini görüb narahatçılıq keçirməklə cəmiyyətə etibar etməməyə başlamışlar. Bir neçə ay əvvəl Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs1 68 m2 mənzilinə görə 350.000 manat pul təklif etmiş, lakin sonuncu razılaşmamışdır. 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs tapşırığı ilə traktor sürücüsü Elşən gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus mənzilin yanındakı mənzilləri sökərkən sonuncunun mənzilinin bir divarını uçurmuş, bunun nəticəsində isə mənzilin bir neçə divarı uçaraq mənzil yararsız hala düşmüşdür. Bu barədə 2021-ci ilin aprel ayının sonlarında biləndən sonra Asifə öz iradını bildirmişdir. Onun bundan qabaqcadan heç bir məlumatı olmamışdır. 28 dekabr 2020-ci il tarixdə Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ünvanında diametri 40 sm və 60 sm olan 2 ədəd maklura və diametri 36 sm olan 1 ədəd tut cinsindən ağaclar Təqsirləndirilən şəxs tapşırığı ilə köçürülməsi həyata keçirilərkən məhv edilmişdir. Təqsirləndirilən şəxs ona və digər təsisçilərə məlumat vermədən özbaşına köçürərək tikinti işlərini aparmaq istəsə də, nəticədə ağaclar məhv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayından etibarən Bakı şəhər İcra Hakimiyyətinin X1 Bitkilərin mühafizəsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Mütəxəssis kimi Bakı şəhəri ərazisində, o cümlədən şəhərin tikinti və quruculuq işlərinin aparılan yerlərində yaşıllıqların qorunması, ağac və kolların məhv edilməsi, qanunsuz olaraq götürülməsi, kəsilməsinin qarşısını almaq, bu sahədə yol verilmiş qanun pozuntularını ilkin olaraq rəsmiləşdirib hüquqi qiymət verilməsi üçün müvafiq dövlət və hüquq mühafizə orqanlarına göndərmək kimi vəzifələri həyata keçirir. xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında ağacların qanunsuz götürülməsinə dair həmin ünvanda yaşayan sakinlərin şikayəti üzrə əraziyə baxış keçirilən zaman birliyin əməkdaşları Şahid9 və Şahid10 ilə birlikdə orada əvvəlcədən qeydiyyata alınmış köküstdə maklura cinsindən olan diametri 60 sm və 40 sm olan 2 ədəd maklura cinsli və diametri 36 sm ola 1 ədəd tut cinsli olmaqla, ümumilikdə 3 ədəd köküstdə, yaş, normal bioloji inkişafda olan ağacların qanunsuz olaraq götürüldüyünü aşkar etmişlər. Bundan sonra, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə söküntü işləri aparan "xxxx" MMC-nin əməkdaşlarından ağacların götürülməsinə dair zəruri sənədləri təqdim etmələrini xahiş etsələr də, sonuncular hər hansı səbəb göstərmədən müvafiq sənədləri təqdim etməkdən imtina etmişlər. Ağacların qanunsuz götürülməsinə dair onlar tərəfindən akt tərtib olunaraq imzalanmışdır. Təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən hesablanmış və dəymiş ziyanın 11.900 (on bir min doqquz yüz) manat təşkil etməsi müəyyən edilmişdir. ünvan 3 ünvanında yaşıllıqların götürülməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə hər hansı fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən müraciət olunmamışdır. ünvan 3 ünvanında qanunsuz olaraq yaşıllıqların götürülməsinə dair "xxxx" MMC-nin vəzifəli şəxslərindən qeyd olunan ünvanda yerləşən torpaq sahəsində yaşıllıqların götürülməsinə dair X12 Agentliyinin rəyi və yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən bu barədə qəbul olunmuş qərar tələb olunsa da, sonuncular həmin sənədləri təqdim etməkdən imtina etmişlər. Toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş və həmin materialla əlaqədar xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanına keçirilmiş baxış zamanı əlavə olaraq ərazidə çevrəsi 263 sm, diametri 83 olan eldar şamı cinsli ağacın məhv edilməsi aşkar edilmişdir. Həmin ağacın məhv edilməsi faktı baxışdan sonra rəsmiləşdirilmiş və dəymiş ziyan yenidən hesablanaraq cədvəl tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə zərərçəkmiş şəxs X15 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 iş üzrə digər Şahid6 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid7, Şahid9, Şahid10 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 xx.xx.2020-ci il tarixli aktından görünür ki, xx.xx.2020-ci il tarixdə birliyin “qaynar xətt”inə daxil olmuş məlumata əsasən tərəflərindən ünvan 18 ünvana baxış keçirilmişdir. Şikayətçilər izahatında həmin ünvanda söküntü işləri zamanı "xxxx" MMC tərəfindən qanunsuz olaraq ağacların götürüldüyünü bildirmişlər. İlkin araşdırma zamanı əvvəlcədən qeydiyyata alınan köküstə yaş, normal bioloji inkişafda maklura cinsindən diametrləri 60 sm-lik bir ədəd, 40 sm-lik bir ədəd, tut cinsindən diametri 36 sm-lik bir ədəd olmaqla ümumilikdə 3 ədəd ağacın götürüldüyü müəyyən edilmişdir. Qanunsuz olaraq götürülmüş ağaclara dair heç bir hüquqi sənəd təqdim olunmamışdır. Qanunsuz götürülmüş ağacların əvvəlki təsdiqedici fotoşəkilləri akta əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması üçün tərtib olunmuş cədvəldən görünür ki, 01 ədəd 60 sm diametrində, 01 ədəd 40 sm diametrində maklura ağaclarının və bir ədəd 36 sm diametrində tut ağacının məhv edilməsi nəticəsində yaşıllıqlara dəymiş ziyanın ümumi məbləği 11900 (on bir min doqquz yüz) manat təşkil edir. “Baxış aparılması haqqında” 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, ünvan 19 ünvanda yerləşən C.Hacıbəyli küçəsindən Təbriz küçəsinə doğru avtomobil yolunun sol tərəfində yolun hərəkət hissəsindən 3-6 metr məsafədə hasarlanmış torpaq sahəsi yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 adlı şəxs ərazidə çoxillik tut, şam və müxtəlifcinsli ağacların "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən kəsildiyini təsdiqləmişdir. Hadisə yerinə bir qədər yaxınlaşdıqdan sonra Şahid8 adlı şəxs tikinti aparıldığından maklura cinsli ağacların kəsildiyi yeri dəqiq göstərə bilməmişdir. Daha sonra həmin ərazidə Şahid8 tut ağacının yerini göstərərək məhv edildiyini bildirdi. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 xx.xx.2021-ci il tarixli aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşının iştirakı ilə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanına baxış keçirilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin tikinti sahəsində birliyin balansında olan yaş, köküstə normal bioloji inkişafda Eldar şamı cinsindən perimetri 263 sm, diametri 83 sm-lik bir ədəd ağacın qanunsuz olaraq qəsdən aşırıldığı müəyyən edilmişdir. İlkin araşdırma zamanı həmin ağacın götürülməsinə və ya köçürülməsinə dair heç bir hüquqi sənəd təqdim edilməmişdir. Qanunsuz aşırılmış Eldar şamı cinsindən olan ağacın əvvəlki təsdiqedici fotoşəkilləri akta əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması üçün tərtib olunmuş cədvəldən görünür ki, 01 ədəd 83 sm diametrində Eldar şamı ağacının məhv edilməsi nəticəsində yaşıllıqlara dəymiş ziyanın ümumi məbləği 15300 (on beş min üç yüz) manat təşkil edir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 20 ünvanına baxış keçirilmişdir. Baxışda iştirak edən "xxxx" MMC-də ekskavator operatoru vəzifəsində işləyən Şahid3 Mehbalı oğlu bildirmişdir ki, 2020-ci ilin sentyabr-oktyabr aylarında onun tərəfindən sökülərək hamarlanmışdır. Hazırda həmin ünvanda hər hansı tikili müəyyən edilməmişdir. Şahid3 bildirmişdir ki, həmin yerdə 2020-ci ilin sentyabr ayınadək Şahid1 məxsus Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 4, mənzil 7 ünvanı mövcud olmuşdur. 2020-ci ilin sentyabr ayında "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tapşırığına əsasən həmin yeri idarə etdiyi ekskavatorla sökərək hamarlamışdır. Baxış zamanı həmin yerin hamarlandığı aşkar edilmiş, hər hansı tikili müəyyən edilməmiş, yaxınlıqda isə yeni hündürmərtəbəli binanın inşası ilə bağlı katlovan qazıldığı müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9/4953 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, müxtəlif diametrli 4 ədəd kök üstə yaş ağacların qanunsuz götürülməsindən yaşıllığa dəymiş maddi ziyanının məbləğinin müəyyən edilməsi zamanı, qərarın təsviri hissəsində, təqdim edilmiş cinayət işinin istintaq materiallarında olan məlumatlarından və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən tərtib edilmiş akta və ona əlavə olaraq tərtib edilmiş ziyanın hesablanması cədvəlinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları”na əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi, zədələnməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarı üç dəfə artırılmaqla hesablanmasını və diametri 40 sm-dan yuxarı, hər santimetri üçün – 100 manat əlavə tətbiq edilməsini nəzərə alaraq "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında olan ərazidə cəmi 4 ədəd müxtəlif diametrli normal bioloji inkişafda olan köküstə yaş ağaclarının qanunsuz olaraq götürülməsindən yaşıllığa dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilmişdir: -qanunsuz kəsilmiş bir ədəd 40 sm diametrli yaş maklura ağacı 2400 manat, bir ədəd 60 sm diametrli yaş maklura ağacı 7400 manat və ümumi dəyəri 9800 manat; -qanunsuz kəsilmiş bir ədəd 83 sm diametrli yaş eldar şam ağacı 15300 manat; -qanunsuz kəsilmiş bir ədəd 36 sm diametrli yaş tut ağacı 2100 manat; -40 sm və 60 sm diametrində 2 ədəd maklura ağacı, 83 sm diametrində 1 ədəd eldar şam ağacı, 36 sm diametrində 1 ədəd tut ağaclarının qanunsuz kəsilməsi nəticəsində dövlətin maraqlarına 27200 manat məbləğində maddi ziyan vurulmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. 04 avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 177.700 manat Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 177.700 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır. 09 avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 27.200 manat Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 27.200 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır. “Maddi sübut kimi tanıma haqqında” 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 adına xx.xx.1996-cı il tarixli, 007013 nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış sənədlər, X5 adına xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarış, cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Agentliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş peyk görüntülərini əks etdirən sənədlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 saylı DNK-nın 3-M-A-398 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə, qeydiyyat zamanı tərtib edilmiş mənzilin planı, mənzilləri qiymətləndirmək haqqında məlumat, X5 adına xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Agentliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş peyk görüntülərini özündə əks etdirən sənədlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-128/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə 8000 (səkkiz min) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10.000 (on min) manat cərimə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1534/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-128/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Sadıx oğlu tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabında saxlanılan 204.900 manat puldan 110.500 manatın Zərərçəkmiş şəxs1, 67.200 manatın isə Zərərçəkmiş şəxs2 hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələrinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. . Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və vurulmuş zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin Təqsirləndirilən şəxs tərəfindən təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas və əlavə cəzaları ayrıayrılıqda qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(005)- 128/2022 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin ödənilməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 saylı DNK-nın 3-M-A-398 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi, qeydiyyat zamanı tərtib edilmiş mənzilin planı, mənzilləri qiymətləndirmək haqqında məlumat və X5 adına 08 aprel 2016cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarış, Zərərçəkmiş şəxs2 adına 06 iyul 1996-cı il tarixli 007013 nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış sənədlər, X5 adına 08 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Agentliyindən daxil olmuş 13 aprel 2021-ci il tarixli məktuba əlavə edilmiş peyk görüntülərini əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabına köçürdüyü 204.900 manat pul ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabında saxlanılan 204.900 manat puldan 110.500 manatın Zərərçəkmiş şəxs1, 67.200 manatın isə Zərərçəkmiş şəxs2 hesabına köçürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabında saxlanılan 204.900 manat puldan 110.500 manat Zərərçəkmiş şəxs1, 67.200 manat Zərərçəkmiş şəxs2 verilməli, 27.200 manat isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(005)- 128/2022 hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və icra edilməmiş 10.000 (on min) manat miqdarda cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanılsın və onun üzərində qəti olaraq 02 il 06 ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 10.000 (on min) manat miqdarda cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 saylı DNK-nın 3-M-A-398 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi, qeydiyyat zamanı tərtib edilmiş mənzilin planı, mənzilləri qiymətləndirmək haqqında məlumat və X5 adına 08 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarış, Zərərçəkmiş şəxs2 adına 06 iyul 1996-cı il tarixli 007013 nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış sənədlər, X5 adına 08 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Agentliyindən daxil olmuş 13 aprel 2021-ci il tarixli məktuba əlavə edilmiş peyk görüntülərini əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabında saxlanılan 204.900 manat puldan 110.500 manat Zərərçəkmiş şəxs1, 67.200 manat Zərərçəkmiş şəxs2 verilsin və 27.200 manat isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar