Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-100/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03.09.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 50 ünvanında yerləşən mağazanın taxtadan olan giriş qapısının qıfılını özü ilə gətirdiyi kəlbətinlə kəsib sındıraraq, qanunsuz olaraq içəri daxil olub saxlanc yeri hesab edilən mağazanın içərisindən 350 manat dəyərində 1 ədəd bürünc at heykəli, 300 manat dəyərində 1 ədəd bürünc qız heykəli, 550 manat dəyərində 1 ədəd bürünc qız heykəli, 200 manat dəyərində 1 ədəd bürünc saat, 350 manat dəyərində 1 ədəd bürünc qılınclı qız heykəli, 2.500 manat dəyərində 1 ədəd bürünc balerina qız heykəli, 300 manat dəyərində 1 ədəd bürünc qolu qırıq qız heykəli, 500 manat dəyərində 1 ədəd böyük samovar, 1 ədəd çaynik və 2 ədəd adam heykəli, 200 manat dəyərində 1 ədəd bürünc budda heykəli, 250 manat dəyərində 12 ədəd şüşə materialdan olan fuje, 1.500 manat dəyərində 1 ədəd kobalt saat, 1.000 manat dəyərində 2 ədəd şamdan, 150 manat dəyərində 1 ədəd malaxit güldan, 350 manat dəyərində 1 ədəd bürünc vaza altı 2 angel, 250 manat dəyərində 1 ədəd bürünc altılıqda xurustal meyvə qabı, 200 manat dəyərində 1 ədəd çaynik və 2 ədəd stəkan, 50 manat dəyərində 1 ədəd xurustal güldan, 200 manat dəyərində 4 ədəd bürünc lüstür qolları, 100 manat dəyərində 1 ədəd bürünc lövbər, 100 manat dəyərində 2 ədəd bürünc qapı dəstəyi, 150 manat dəyərində 1 ədəd bürünc Napoleon büst, 30 manat dəyərində 1 ədəd bürünc milçək heykəli, 50 manat dəyərində 1 ədəd bürünc əqrəb heykəli, 50 manat dəyərində 1 ədəd bürünc Kleopatra külqabı, 300 manat dəyərində 7 ədəd bürünc böyük və kiçik güldan, 50 manat dəyərində 1 ədəd kofe çəkən, 50 manat dəyərində 1 ədəd qrafin üstü mələk heykəli, 200 manat dəyərində 2 ədəd bürünc şamdan, 200 manat dəyərində 1 ədəd bürünc vaza adam heykəli, 500 manat dəyərində 4 ədəd xəncər, 100 manat dəyərində 2 ədəd bürünc qəndan, 100 manat dəyərində 2 ədəd Kleopatra böyük və kiçik külqabı, 200 manat dəyərində 1 ədəd bürünc sini-samovar və 4 ədəd bürünc qədəh, 200 manat dəyərində 10 ədəd bürünc stəkanaltı, 80 manat dəyərində 2 ədəd bürünc fincan, 80 manat dəyərində 1 ədəd bürünc Hindistan çayniki, 100 manat dəyərində 3 ədəd şamdan, 50 manat dəyərində 1 ədəd bürünc at heykəlli-külqabı, 200 manat dəyərində 1 ədəd bürünc qəndan, süd qabı və çaynik, 600 manat dəyərində 12 ədəd şamdan, 50 manat dəyərində 1 ədəd qırıq şamdan, 50 manat dəyərində 1 ədəd bürünc samovar üçün kasa, 30 manat dəyərində 1 ədəd bürünc boşqab, 20 manat dəyərində 1 ədəd bürünc İlya Moromiç külqabı, 30 manat dəyərində 1 ədəd bürünc qəndan, 30 manat dəyərində 2 ədəd at başlı bürünc asacaq, 40 manat dəyərində 1 ədəd bürünc tutacaqlı qəndan, 30 manat dəyərində 1 ədəd bürünc Melkyor fuje qədəh, 100 manat dəyərində 6 ədəd bürünc qədəh, 30 manat dəyərində 2 ədəd bürünc top fiquru, 40 manat dəyərində 2 ədəd bürünc sinili istiot qabı, 50 manat dəyərində 1 ədəd bürünc froje qəndan, 30 manat dəyərində 1 ədəd sinili sirkə qabı, 30 manat dəyərində 3 ədəd kiçik şamdan, 50 manat dəyərində 1 ədəd bürünc kiçik xəncər, 50 manat dəyərində 1 ədəd bürünc meyvə qabı, 90 manat dəyərində 3 qutu, hər qutuda 6 ədəd olmaqla bıçaq dəsti, 240 manat dəyərində 8 qutu, hər qutuda 6 ədəd olmaqla xörək qaşıq dəsti, 50 manat dəyərində 6 ədəd qızılı xörək qaşığı, 60 manat dəyərində 2 qutu hər qutuda 6 ədəd olmaqla çəngəl dəsti, 10 manat dəyərində 1 ədəd çömçə, 10 manat dəyərində 1 ədəd bıçaq, 20 manat dəyərində 1 ədəd tort götürən, 20 manat dəyərində 1 cüt böyük qaşıq-çəngəl, 20 manat dəyərində 1 qutu - 7 ədəd çay qaşığı, 60 manat dəyərində 2 qutu, 1-ci qutuda 5 ədəd, 2-ci qutuda 4 ədəd xörək qaşığı, 20 manat dəyərində 2 ədəd suvenir xörək qaşığı, 60 manat dəyərində 3 qutu - hər qutuda 5 ədəd olan çəngəl dəsti, 30 manat dəyərində 1 qutu - 8 ədəd çəngəl, 20 manat dəyərində 1 qutu - 6 ədəd kofe qaşığı, 10 manat dəyərində 2 ədəd çəngəl, 10 manat dəyərində 1 ədəd «Eman» çay qaşığı, 20 manat dəyərində 1 ədəd qırıq xörək qaşığı, 20 manat dəyərində 5 ədəd yağ bıçağı, 1 ədəd sellofan torbada 500 manat dəyərində telefon ehtiyat hissələri, 100 manat dəyərində 1 ədəd sellofan torbada mebel ehtiyat hissələri, 6 manat dəyərində 1 cüt, qara rəngli, 38 ölçülü, dikdaban qadın ayaqqabısı, 5 manat dəyərində qara rəngli, 38 ölçülü, iç hissəsində “NİNE WEST” yazısı olan dikdaban qadın ayaqqabısı, 80 manat dəyərində istifadədə olmuş, Çin istehsallı, “Lg” markalı, “X NOTE R410” model notbuk, 80 manat dəyərində istifadədə olmuş, qara rəngli, “Xiaomi” markalı, “MAG138” model telefon və 5 manat dəyərində qara rəngli, üzərində qızılı rəngli “YSL” yazısı olan, düymə ilə açılıbbağlanan, orta ölçülü əl çantasını mağazadan götürdüyü sellofan torbalara yığaraq mağazadan çıxarıb, avtomobil yolunun kənarına yığmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, cəmi - 14.846 (on dörd min səkkiz yüz qırx altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq edib pul əldə etmək üçün Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə getdiyi zaman orada yerləşən binanın alt hissəsində içərisində məişət və suvenir əşyaları satılan mağaza görüb oradan oğurluq etmək qərarına gəlmiş və 03.09.2021-ci il tarixdə saat 00:30 radələrində həmin mağazaya tərəf gəlib, 15-20 dəqiqə mağazanın ətrafında müşahidə aparmış, ətrafda heç kəsin və mağazanın mühafizəsinin olmadığına əmin olub mağazanın giriş qapısına yaxınlaşmış və bundan sonra özü ilə gətirdiyi kəlbətinlə mağazanın taxtadan olan giriş qapısının qıfılının asılqanını qıraraq, qapını açıb, mağazaya daxil olub, qapını örtmüşdür. Mağazanın içərisi qaranlıq olduğu üçün cibində olan alışqanı çıxarıb, alışqanın işığından istifadə edərək mağazanı dolaşıb, mağazada iri torbalar axtarıb tapmış və sonra mağazada olan əşyaları həmin torbalara yığmağa başlamışdır. Həmin əşyaları bir-bir nəzərdən keçirib, daha yaxşı pula satıla biləcək əşyaları təxminən saat 04:30-dək torbalara yığmışdır. Həmin əşyaları təxminən 10 ədəd iri torbalara doldurmuş və sonra əşya ilə dolu torbaları 2-3 ədəd olmaqla mağazadan təxminən 15 metr aralıqda yerləşən zibil yeşiklərinin yanına, avtomobil yolunun kənarına aparıb yığmışdır ki, taksi çağırıb torbaları yaşadığı mənzilə aparsın. Torbaları həmin yerə yığıb, yenidən mağazanın qarşısında olan torbaları götürmək üçün mağazanın yanına qayıtmış, torbaları götürən zaman polis əməkdaşları görmüş və onda olduğu yerdə dayanmışdır. Polis əməkdaşları yaxınlaşaraq həmin zirzəmidə nə etdiyini, həmçinin torbalardakı əşyaların kimə məxsus olmasını soruşmuşlar, hərəkətləri onlarda şübhə yaratdığı üçün onu oğurladığı əşyalarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə gətirmişlər. PB-də həmin əntiq əşyaları oğurladığını etiraf etmiş və oğurladığı əşyalar barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Bakı şəhərinin müxtəlif yerlərində əntiq əşyaların satışı ilə məşğul olur, hazırda isə ünvan 3 ünvanda yerləşən saxlanc obyektində həmin əşyaları satmaq üçün saxlayır. 03.09.2021ci il tarixdə gecə saatlarında evdə olduğu zaman özünü polis əməkdaşı kimi təqdim edən şəxs zəng edərək Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 50 ünvanda yerləşən ona məxsus zirzəmidən oğurluq olması barədə məlumat verdiyi üçün dərhal obyektə gəlib qapını açmaq istədikdə qapının kənarında zədə və kəsik izləri olmasını görmüş və içəri daxil olduqda obyektin dağınıq halda olmasını və zirzəmidən oğurluq edilməsini aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Alayının 1-ci PB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə polis serjantı Şahid2 və Şahin Hüseynovla birlikdə avtopatrul xidmətində olduqları zaman saat 05:15-də bir nəfər şəxsin Ak.Həsən Əliyev küçəsində yerləşən «Aydınoğlu» dükanının qarşısında zirzəmiyə düşdüyünü görüb ona yaxınlaşdıqda, həmin şəxs onları görüb, özünü şübhəli aparmağa başlamış, suallardan yayınmağa çalışmışdır. Onun yanında yerdə sellofan torbalara baxdıqda həmin torbaların içərisində bir ədəd samovar, notbuk və müxtəlif işlənmiş məişət əyşaları olmasını aşkar etmişlər və torbalarda olan əşyaları götürüb həmin şəxsi 16-cı PBnə gətirib araşdırma aparılması üçün raportla Növbətçi Hissəyə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Alayının 1-ci PB-nin polis nəfəri Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-15-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 03.09.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3 ünvan 4 ünvanda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq hadisə yerinə gəlib Azərbaycan Respublikası CPM-nin 236-cı madəsini rəhbər tutub, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 50 ünvanıdır. Obyekt 18 mərtəbəli binanın zirzəmisində yerləşir. Hadisə yeri avtomobil yolunun kənarında yerləşir. Həmçinin orada iaşə obyektləri də fəaliyyət göstərir. Obyektin giriş hissəsi şüşə plastik qapı və pəncərədən ibarətdir. Obyektdə antik əşyaların saxlanılması və satışı həyata keçirilir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 19-21-ci vərəqələrində olan 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc obyektindən oğurlamış olduğu 02 ədəd bürünc saat, 01 ədəd şamdanlı bürünc saat, 01 ədəd bürünc heykəl, 01 ədəd bürünc qab, 02 ədəd Fransa Respublikası istehsalı olan şamdan, 01 ədəd bürünc heykəlli qab, 03 ədəd istiot əzən qab, 01 ədəd kofe əzən qab, 01 ədəd bürünc heykəl, 04 ədəd gümüş və bürünc xəncər, 02 ədəd gümüş qənd qabı, 04 ədəd bürünc kül qabı, 01 dəst bürünc samovar altlığı və 4 ədəd stəkanı ilə birlikdə, 14 ədəd bürünc şamdan, 10 ədəd bürünc stəkan qabı, 01 ədəd çay dəsti, 02 ədəd böyük həcmli gümüş stəkan, 01 ədəd gümüş çaydan, 03 ədəd ebonit şamdan, 01 ədəd gümüş meyvə qabı, 07 ədəd bürünc güldan, 01 ədəd bürünc Napoleon heykəli, 01 ədəd bürünc əqrəb heykəli, 01 ədəd arı heykəli, 01 ədəd gümüş qadın heykəli, 12 ədəd İtaliya istehsalı gümüş uzun stəkan, 01 ədəd bürünc samovar, 01 ədəd çaydan, 02 ədəd insan heykəli, 01 ədəd büdpərəst heykəl, 01 ədəd bürünc qadın heykəli, 01 dəst saat şamdan, 01 ədəd moloxit daşından güldan, 02 ədəd bürünc mələk heykəli, 01 ədəd bürünc-kristal qab, 01 ədəd bürünc suqabı 02 ədəd stəkanla birlikdə, 01 ədəd kristal güldan, 04 ədəd bürünc divar şamdanı, 02 ədəd bürünc qapı dəstəyi, 01 ədəd bürünc yedək (yakr), 01 dəst qadın ayaqqabısı, 01 ədəd kompüter, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd iri həcmli əl çantası, 70 ədəd bürünc qapı dəstəyi, 01 ədəd qara rəngli qadın əl çantası, 01 ədəd bürünc kasa, 01 ədəd bürünc quran qabı, 01 ədəd bürünc yayma qab, 03 ədəd qənd qabı, 02 ədəd bürünc at, 06 ədəd kiçik həcmli bürünc stəkan, 01 ədəd bürünc uzun stəkan, 02 ədəd bürünc topatan fiqur, 02 ədəd gümüş istiot qabı altlığı ilə birlikdə, 01 ədəd bürünc sirkə qabı altlığı ilə birlikdə, 03 ədəd gümüş kiçik şamdan, 01 ədəd gümüş kiçik xəncər, 01 ədəd gümüş qənd qabı, 23 ədəd gümüş bıçaq, 56 ədəd gümüş qaşıq, 30 ədəd gümüş çəngəl, 06 ədəd kiçik kofe qaşıqları, 01 ədəd iri qaşıq, 01 ədəd iri çəngəl, 01 ədəd iri bıçaq, 30 ədəd çəngəl, qaşıq və bıçaq dəstini könüllü olaraq təqdim etmiş, həmin əşyaların fotoşəkli çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Cinayət işinin 38-38a vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-80-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-895/2021 nömrəli, 04.09.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 82-85-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236, 260-261-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə hadisə yerinə baxış və ifadənin yerində yoxlanılmasını həyata keçirmişdir. Protokolda qeyd olunur: Təqsirləndirilən şəxs təklif olundu ki, hadisə ilə bağlı əvvəllər ifadəsində dediklərini və hazırki şəraitdə deyə biləcəyini göstərsin. Təqsirləndirilən şəxs bildirdi ki, oğurluq etdiyi yeri və oğurluğu hansı şəraitdə törətdiyini göstərə bilər. Odur ki, Təqsirləndirilən şəxslə birlikdə ünvan 6 ünvanında yerləşən əntiq əşyaların satışı mağazasına gəldik, o, mağazaya necə girməsini və oğurladığı əşyaları haradan götürdüyünü sərbəst olaraq göstərdi. Müəyyən edildi ki, təqsirləndirilən şəxs mağazaya gizli daxil olduqdan sonra əşyaları torbalara dolduraraq mağazadan çıxarmış, həmin torbaları avtomobil yolunun kənarına yığmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini başa çatdırdıqdan sonra torbaları 150 metr kənarda, zibil yeşiklərinin yanında gizlətdiyi müəyyən edildi. İfadənin yerində yoxlanılması zamanı fotoçəkilişdən istifadə olundu. Cinayət işinin 86-cı vərəqində olan 05.09.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus mağazadan oğurlanmış və aşağıda sadalanan maddi sübutları müstəntiq Məhəmməd Tağıyevdən təhvil almışdır: 02 ədəd bürünc saat, 01 ədəd şamdanlı bürünc saat, 01 ədəd bürünc heykəl, 01 ədəd bürünc qab, 02 ədəd Fransa Respublikası istehsalı olan şamdan, 01 ədəd bürünc heykəlli qab, 03 ədəd istiot əzən qab, 01 ədəd kofe əzən qab, 01 ədəd bürünc heykəl, 04 ədəd gümüş və bürünc xəncər, 02 ədəd gümüş qənd qabı, 04 ədəd bürünc kül qabı, 01 dəst bürünc samovar altlığı və 4 ədəd stəkanı ilə birlikdə, 14 ədəd bürünc şamdan, 10 ədəd bürünc stəkan qabı, 01 ədəd çay dəsti, 02 ədəd böyük həcmli gümüş stəkan, 01 ədəd gümüş çaydan, 03 ədəd ebonit şamdan, 01 ədəd gümüş meyvə qabı, 07 ədəd bürünc güldan, 01 ədəd bürünc Napoleon heykəli, 01 ədəd bürünc əqrəb heykəli, 01 ədəd arı heykəli, 01 ədəd gümüş qadın heykəli, 12 ədəd İtaliya istehsalı gümüş uzun stəkan, 01 ədəd bürünc samovar, 01 ədəd çaydan, 02 ədəd insan heykəli, 01 ədəd büdpərəst heykəl, 01 ədəd bürünc qadın heykəli, 01 dəst saat şamdan, 01 ədəd moloxit daşından güldan, 02 ədəd bürünc mələk heykəli, 01 ədəd bürünc-kristal qab, 01 ədəd bürünc suqabı 02 ədəd stəkanla birlikdə, 01 ədəd kristal güldan, 04 ədəd bürünc divar şamdanı, 02 ədəd bürünc qapı dəstəyi, 01 ədəd bürünc yedək (yakr), 01 dəst qadın ayaqqabısı, 01 ədəd kompüter, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd iri həcmli əl çantası, 70 ədəd bürünc qapı dəstəyi, 01 ədəd qara rəngli qadın əl çantası, 01 ədəd bürünc kasa, 01 ədəd bürünc quran qabı, 01 ədəd bürünc yayma qab, 03 ədəd qənd qabı, 02 ədəd bürünc at, 06 ədəd kiçik həcmli bürünc stəkan, 01 ədəd bürünc uzun stəkan, 02 ədəd bürünc topatan fiqur, 02 ədəd gümüş istiot qabı altlığı ilə birlikdə, 01 ədəd bürünc sirkə qabı altlığı ilə birlikdə, 03 ədəd gümüş kiçik şamdan, 01 ədəd gümüş kiçik xəncər, 01 ədəd gümüş qənd qabı, 23 ədəd gümüş bıçaq, 56 ədəd gümüş qaşıq, 30 ədəd gümüş çəngəl, 06 ədəd kiçik kofe qaşıqları, 01 ədəd iri qaşıq, 01 ədəd iri çəngəl, 01 ədəd iri bıçaq, 30 ədəd çəngəl, qaşıq və bıçaq dəsti, 1 ədəd sellofan torbada telefon ehtiyat hissələri, 1 ədəd sellofan torbada mebel ehtiyat hissələri, 2 cüt qadın ayaqqabısı, 1 ədəd kompüter və 1 ədəd mobil telefon. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 10.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 28.07.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 98-104-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli 7(007)-698/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr tarixli 2017-ci il tarixli 816-VQD nömrəli Qanununun tətbiq edilməsi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə cəzadan 03 (üç) il çıxılmaqla həmin cəzasının Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddinə - 05 (beş) il müddətinə qədər azaldılması, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 105A-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 9/6564 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 176,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 1 ədəd çanta ekspertiza tədqiqatına təqdim edilmədən, markası, materialı, ölçüləri və s. məlumat olmadan həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Ekspertiza təyini haqqında qərarda və 19.10.2021-ci il tarixli məktubda göstərilən 74 adda malların 2021-ci il sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13180,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (materialı, ölçüləri, sayı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Cinayət işinin 114-121-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ondan aşkar edilib götürülmüş 02 ədəd bürünc saat, 01 ədəd şamdanlı bürünc saat, 01 ədəd bürünc heykəl, 01 ədəd bürünc qab, 02 ədəd Fransa Respublikası istehsalı olan şamdan, 01 ədəd bürünc heykəlli qab, 03 ədəd istiot əzən qab, 01 ədəd kofe əzən qab, 01 ədəd bürünc heykəl, 04 ədəd gümüş və bürünc xəncər, 02 ədəd gümüş qənd qabı, 04 ədəd bürünc kül qabı, 01 dəst bürünc samovar altlığı və 4 ədəd stəkanı ilə birlikdə, 14 ədəd bürünc şamdan, 10 ədəd bürünc stəkan qabı, 01 ədəd çay dəsti, 02 ədəd böyük həcmli gümüş stəkan, 01 ədəd gümüş çaydan, 03 ədəd ebonit şamdan, 01 ədəd gümüş meyvə qabı, 07 ədəd bürünc güldan, 01 ədəd bürünc Napoleon heykəli, 01 ədəd bürünc əqrəb heykəli, 01 ədəd arı heykəli, 01 ədəd gümüş qadın heykəli, 12 ədəd İtaliya istehsalı gümüş uzun stəkan, 01 ədəd bürünc samovar, 01 ədəd çaydan, 02 ədəd insan heykəli, 01 ədəd büdpərəst heykəl, 01 ədəd bürünc qadın heykəli, 01 dəst saat şamdan, 01 ədəd moloxit daşından güldan, 02 ədəd bürünc mələk heykəli, 01 ədəd bürünc-kristal qab, 01 ədəd bürünc suqabı 02 ədəd stəkanla birlikdə, 01 ədəd kristal güldan, 04 ədəd bürünc divar şamdanı, 02 ədəd bürünc qapı dəstəyi, 01 ədəd bürünc yedək (yakr), 01 dəst qadın ayaqqabısı, 01 ədəd kompüter, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd iri həcmli əl çantası, 70 ədəd bürünc qapı dəstəyi, 01 ədəd qara rəngli qadın əl çantası, 01 ədəd bürünc kasa, 01 ədəd bürünc quran qabı, 01 ədəd bürünc yayma qab, 03 ədəd qənd qabı, 02 ədəd bürünc at, 06 ədəd kiçik həcmli bürünc stəkan, 01 ədəd bürünc uzun stəkan, 02 ədəd bürünc topatan fiqur, 02 ədəd gümüş istiot qabı altlığı ilə birlikdə, 01 ədəd bürünc sirkə qabı altlığı ilə birlikdə, 03 ədəd gümüş kiçik şamdan, 01 ədəd gümüş kiçik xəncər, 01 ədəd gümüş qənd qabı, 23 ədəd gümüş bıçaq, 56 ədəd gümüş qaşıq, 30 ədəd gümüş çəngəl, 06 ədəd kiçik kofe qaşıqları, 01 ədəd iri qaşıq, 01 ədəd iri çəngəl, 01 ədəd iri bıçaq, 30 ədəd çəngəl, qaşıq və bıçaq dəsti, 02 ədəd gümüş suqabı, 06 ədəd gümüş stəkan qabı, 08 ədəd kiçik stəkan, 03 ədəd gümüş qablar, 02 ədəd süd qabı, 01 ədəd çaydan və 02 ədəd qənd qabı, 1 ədəd sellofan torbada telefon ehtiyat hissələri, 1 ədəd sellofan torbada mebel ehtiyat hissələri, 1 cüt, qara rəngli, 38 ölçülü, dikdaban qadın ayaqqabısı, qara rəngli, iç hissəsində “NİNE WEST” yazısı olan dikdaban qadın ayaqqabısı, Çin istehsallı, “Lg” markalı, “X NOTE R410” model notbuk, istifadədə olmuş, qara rəngli, “Xiaomi” markalı, “MAG138” model telefon, qara rəngli, üzərində qızılı rəngli “YSL” yazısı olan, düymə ilə açılıb-bağlanan, orta ölçülü əl çantası iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən onların maddi sübut kimi qiymətləndirilməsi və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2014-cü il tarixdən hesablanmağa başlamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr tarixli 2017-ci il tarixli 816- VQD nömrəli Qanununu tətbiq edilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə cəzadan 03 (üç) il çıxılmaqla həmin cəzası Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddinə - 05 (beş) il müddətinə qədər azaldılmış, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 03 sentyabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.3), cəza çəkməsinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs tutulduqdan sonra ondan aşkar edilib götürülmüş 02 ədəd bürünc saat, 01 ədəd şamdanlı bürünc saat, 01 ədəd bürünc heykəl, 01 ədəd bürünc qab, 02 ədəd Fransa Respublikası istehsalı olan şamdan, 01 ədəd bürünc heykəlli qab, 03 ədəd istiot əzən qab, 01 ədəd kofe əzən qab, 01 ədəd bürünc heykəl, 04 ədəd gümüş və bürünc xəncər, 02 ədəd gümüş qənd qabı, 04 ədəd bürünc kül qabı, 01 dəst bürünc samovar altlığı və 4 ədəd stəkanı ilə birlikdə, 14 ədəd bürünc şamdan, 10 ədəd bürünc stəkan qabı, 01 ədəd çay dəsti, 02 ədəd böyük həcmli gümüş stəkan, 01 ədəd gümüş çaydan, 03 ədəd ebonit şamdan, 01 ədəd gümüş meyvə qabı, 07 ədəd bürünc güldan, 01 ədəd bürünc Napoleon heykəli, 01 ədəd bürünc əqrəb heykəli, 01 ədəd arı heykəli, 01 ədəd gümüş qadın heykəli, 12 ədəd İtaliya istehsalı gümüş uzun stəkan, 01 ədəd bürünc samovar, 01 ədəd çaydan, 02 ədəd insan heykəli, 01 ədəd büdpərəst heykəl, 01 ədəd bürünc qadın heykəli, 01 dəst saat şamdan, 01 ədəd moloxit daşından güldan, 02 ədəd bürünc mələk heykəli, 01 ədəd bürünc-kristal qab, 01 ədəd bürünc suqabı 02 ədəd stəkanla birlikdə, 01 ədəd kristal güldan, 04 ədəd bürünc divar şamdanı, 02 ədəd bürünc qapı dəstəyi, 01 ədəd bürünc yedək (yakr), 01 dəst qadın ayaqqabısı, 01 ədəd kompüter, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd iri həcmli əl çantası, 70 ədəd bürünc qapı dəstəyi, 01 ədəd qara rəngli qadın əl çantası, 01 ədəd bürünc kasa, 01 ədəd bürünc quran qabı, 01 ədəd bürünc yayma qab, 03 ədəd qənd qabı, 02 ədəd bürünc at, 06 ədəd kiçik həcmli bürünc stəkan, 01 ədəd bürünc uzun stəkan, 02 ədəd bürünc topatan fiqur, 02 ədəd gümüş istiot qabı altlığı ilə birlikdə, 01 ədəd bürünc sirkə qabı altlığı ilə birlikdə, 03 ədəd gümüş kiçik şamdan, 01 ədəd gümüş kiçik xəncər, 01 ədəd gümüş qənd qabı, 23 ədəd gümüş bıçaq, 56 ədəd gümüş qaşıq, 30 ədəd gümüş çəngəl, 06 ədəd kiçik kofe qaşıqları, 01 ədəd iri qaşıq, 01 ədəd iri çəngəl, 01 ədəd iri bıçaq, 30 ədəd çəngəl, qaşıq və bıçaq dəsti, 02 ədəd gümüş suqabı, 06 ədəd gümüş stəkan qabı, 08 ədəd kiçik stəkan, 03 ədəd gümüş qablar, 02 ədəd süd qabı, 01 ədəd çaydan və 02 ədəd qənd qabı, 1 ədəd sellofan torbada telefon ehtiyat hissələri, 1 ədəd sellofan torbada mebel ehtiyat hissələri, 1 cüt, qara rəngli, 38 ölçülü, dikdaban qadın ayaqqabısı, qara rəngli, iç hissəsində “NİNE WEST” yazısı olan dikdaban qadın ayaqqabısı, Çin istehsallı, “Lg” markalı, “X NOTE R410” model notbuk, istifadədə olmuş, qara rəngli, “Xiaomi” markalı, “MAG138” model telefon, qara rəngli, üzərində qızılı rəngli “YSL” yazısı olan, düymə ilə açılıb-bağlanan, orta ölçülü əl çantasının zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs tutulduqdan sonra ondan aşkar edilib götürülmüş 02 ədəd bürünc saat, 01 ədəd şamdanlı bürünc saat, 01 ədəd bürünc heykəl, 01 ədəd bürünc qab, 02 ədəd Fransa Respublikası istehsalı olan şamdan, 01 ədəd bürünc heykəlli qab, 03 ədəd istiot əzən qab, 01 ədəd kofe əzən qab, 01 ədəd bürünc heykəl, 04 ədəd gümüş və bürünc xəncər, 02 ədəd gümüş qənd qabı, 04 ədəd bürünc kül qabı, 01 dəst bürünc samovar altlığı və 4 ədəd stəkanı ilə birlikdə, 14 ədəd bürünc şamdan, 10 ədəd bürünc stəkan qabı, 01 ədəd çay dəsti, 02 ədəd böyük həcmli gümüş stəkan, 01 ədəd gümüş çaydan, 03 ədəd ebonit şamdan, 01 ədəd gümüş meyvə qabı, 07 ədəd bürünc güldan, 01 ədəd bürünc Napoleon heykəli, 01 ədəd bürünc əqrəb heykəli, 01 ədəd arı heykəli, 01 ədəd gümüş qadın heykəli, 12 ədəd İtaliya istehsalı gümüş uzun stəkan, 01 ədəd bürünc samovar, 01 ədəd çaydan, 02 ədəd insan heykəli, 01 ədəd büdpərəst heykəl, 01 ədəd bürünc qadın heykəli, 01 dəst saat şamdan, 01 ədəd moloxit daşından güldan, 02 ədəd bürünc mələk heykəli, 01 ədəd bürünc-kristal qab, 01 ədəd bürünc suqabı 02 ədəd stəkanla birlikdə, 01 ədəd kristal güldan, 04 ədəd bürünc divar şamdanı, 02 ədəd bürünc qapı dəstəyi, 01 ədəd bürünc yedək (yakr), 01 dəst qadın ayaqqabısı, 01 ədəd kompüter, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd iri həcmli əl çantası, 70 ədəd bürünc qapı dəstəyi, 01 ədəd qara rəngli qadın əl çantası, 01 ədəd bürünc kasa, 01 ədəd bürünc quran qabı, 01 ədəd bürünc yayma qab, 03 ədəd qənd qabı, 02 ədəd bürünc at, 06 ədəd kiçik həcmli bürünc stəkan, 01 ədəd bürünc uzun stəkan, 02 ədəd bürünc topatan fiqur, 02 ədəd gümüş istiot qabı altlığı ilə birlikdə, 01 ədəd bürünc sirkə qabı altlığı ilə birlikdə, 03 ədəd gümüş kiçik şamdan, 01 ədəd gümüş kiçik xəncər, 01 ədəd gümüş qənd qabı, 23 ədəd gümüş bıçaq, 56 ədəd gümüş qaşıq, 30 ədəd gümüş çəngəl, 06 ədəd kiçik kofe qaşıqları, 01 ədəd iri qaşıq, 01 ədəd iri çəngəl, 01 ədəd iri bıçaq, 30 ədəd çəngəl, qaşıq və bıçaq dəsti, 02 ədəd gümüş suqabı, 06 ədəd gümüş stəkan qabı, 08 ədəd kiçik stəkan, 03 ədəd gümüş qablar, 02 ədəd süd qabı, 01 ədəd çaydan və 02 ədəd qənd qabı, 1 ədəd sellofan torbada telefon ehtiyat hissələri, 1 ədəd sellofan torbada mebel ehtiyat hissələri, 1 cüt, qara rəngli, 38 ölçülü, dikdaban qadın ayaqqabısı, qara rəngli, iç hissəsində “NİNE WEST” yazısı olan dikdaban qadın ayaqqabısı, Çin istehsallı, “Lg” markalı, “X NOTE R410” model notbuk, istifadədə olmuş, qara rəngli, “Xiaomi” markalı, “MAG138” model telefon, qara rəngli, üzərində qızılı rəngli “YSL” yazısı olan, düymə ilə açılıb-bağlanan, orta ölçülü əl çantasının zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-100/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-100/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver