Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-100/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların vəkilləri Nümayəndə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 01 (bir) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 01 (bir) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs2, bibisi oğlu X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı pozub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin hematomaları, üst və alt dodağın əzilmiş yaraları, sağ dizin əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, Zərərçəkmiş şəxs2 sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, xəsarət yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs1, bibisi oğlu X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı pozub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin hematomaları, üst və alt dodağın əzilmiş yaraları, sağ dizin əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, Zərərçəkmiş şəxs2 sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 218 kv.m obyekt qardaşı Təqsirləndirilən şəxs2 məxsusdur. Qardaşı Rusiya Federasiyasında yaşadığı üçün obyektin icarəsini götürməyə Füzuliyə tapşırmışdır. 2017-ci ildə qardaşının obyektini Füzuli Gülnarın keçmiş həyat yoldaşı Zaurla aylıq 1.900 manat icarə müqaviləsi bağlayıb obyekti gözəllik salonu kimi istifadəyə vermişdir. 2020-ci ilə kimi icarə haqqını Füzuliyə vermişdir. 2020-ci ilin ortalarında isə obyektin arendası ilə bibisi oğlu Həsən məşğul olmağa başlamışdır. 2023-cü ilin iyul ayında Həsən əsgərliyə getdiyi üçün qardaşı obyektin icarə haqqını götürməyə ona həvalə etmişdir, ilk öncə icarə haqqını Gülnarın qardaşı Kənandan almış, bir iki ay arendanı vaxtı vaxtında versələr də, sonradan aralarında problemlər yaranmağa başlamışdır. Hər dəfə 1900 manat puldan 200 və ya 300 manatını əksik verirmiş və icarə borcu yaranmışdır. Artıq icarə haqqını vermədiklərinə görə aralarında mübahisələr yaranmağa başlamışdır. Buna görə də Zərərçəkmiş şəxs1 obyekti boşatlmağını tələb etmişdir. Obyekti boşaltmaqla bağlı aralarında dəfələrlə mübahisələr yaranmışdır. Onlar razılaşmışlar ki, 2024-cü ilin fevral ayında obyektdən çıxacaqlar. Fevral ayının sonunda obyektdən çıxmadıqlarını görüb münasibətləri tamami ilə gərginləşmiş, obyektin işıqlarını kəsmişdir ki, işləyə bilməsinlər. Təxminən 3 gün işıqsız qaldıqları üçün Kənan ondan xahiş etmişdir ki, ona 1 həftə vaxt versin ki, obyekti boşalda bilsin. O, da Kənan obyektdən 1 həftə ərzində çıxmaq şərti ilə işıqlarını yandırmışdır. 06 mart 2024-cü il tarixdə saat təxminən 21 radələrində Gülnargil obyekti boşaltmışdır. Binanın böyründən keçən zaman obyektdən ona məxsus olan 4 ədəd “Mitsubishi” markalı kondisionerin sökdüklərini görmüşdür. Bu zaman obyektə yaxınlaşmış, orada olan Rəvandan ona məxsus olan kondisionerləri niyə sökdüklərini soruşmuşdur. Rəvan isə cavabında heç bir məlumatı olmadığını, Gülnarı yığıb çağıracağını demişdir. O, da obyektin qabağında Gülnarı gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Gülnar obyektin qabağına gəlmiş, Gülnar ilə söhbət əsnasında ona məxsus olan kondisionerin nə üçün sökdüyünü soruşanda Gülnar kondisionerlərin hamısının ona məxsus olmasını demişdir. Daha sonra Zauru çağırmışdır. Zaur söhbət edərkən Gülnar gələrək kondisonerlərin ona məxsus olmasını bildirmiş və təhqiredici ifadələr işlətməyə başlamışdır. Həmin vaxt yanında olan bibisi oğlu Natiqdə artıq bunların təhqirlərinə dözməyərək qarşılığında söznən onları təhqir etməyə başlamışdır. Söhbət davaya keçməsin deyə Natiqi məhlənin yanındakı arkaya çəkmişdir ki, sakitləşsin. Elə həmin vaxtda Natiq DİN-nin 102 zəng mərkəzinə zəng edərək şikayət etmişdir. Zaurda onları arxasınca söyə-söyə məhləyə tərəf gəlmişdir. Səs küyə binanın sakinləri, komendant yaxınlaşandan sonra Zaur ilə Rəvan arxa qapıdan obyektə girmişlər. Təxminən 10 dəqiqə sonra polislər yaxınlaşmış, aralarında heç bir dava olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun dalaşmaq, kiməsə zərər yetirərək xuliqanlıq etmək niyyəti olmamış, o, zərərçəkmiş şəxslərin onu nalayiq ifadələrlə təhqir etməsi nəticəsində əsəblərini cilovlaya bilməyərək mübahisə etmişdir. Heç bir halda xuliqanlıq niyyətinin olmadığını bildirmişdir. Son olaraq o, ilk dəfədir belə bir hadisənin olduğunu, ali təhsilli olması, 01 (bir) azyaşlı övladı olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini və barışmasının nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən obyekti Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında icarəyə vermiş və həmin obyekt «Qədirzadə Akademiy» adlı gözəllik salonu kimi fəaliyyəti göstərmişdir. Əvvəldən başlayaraq Gülnar icarə haqqını gecikdirmiş. pandemiya dövründə icrarə haqqını azaltmış, lakin, buna baxmayaraq yenə gecikmələr olmuşdur. Aralarında obyekti boşaltmaqla bağlı söhbətlər olsa da hər dəfə vaxt istəyirdilər. 2024-cü ilin fevral ayında Gülnar, qardaşı Kənan, o və qardaşı Yadigar görüşüb söhbət etmişdir. Onların icarə haqqı olaraq onlara 5000 manat borcu yaranmışdır. Onlardan 5000 manat borcu ödəmələrini və müqavilə müddətini artırmayacağlarını demiş və obyekti təhvil vermələrini xahiş etmişlər. Gülnar və Rəvan obyekti təhvil verməyə razılaşmışlar və yenə də vaxt istəmişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində şəhərdə olan zaman qardaşı Yadigar ona zəng edib Gülnarın kiçik qardaşı Rəvanın obyektin qarşısında olan kondisioneri sökdüyünü və avtomobilə yüklədiklərini bildirmişdir. Yadigar yaxınlaşıb onlara kondisionerin onlara məxsus olduğunu deməsini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Yadigar ona zəng edib Gülnarın ona hədə-qorxu gələrək orada gözləməsini, onunla söhbət etdiklərini dediyini bildirmişdir. Sonra Yadigar ona zəng edib obyektin qarşısına 4-5 nəfər şəxsin gəldiyini deyərkən ona dərhal DİN-nin 102 xidmətinə məlumat verməsini bildirmişdir. Sonra o, və həmin vaxt hərbi xidmətdən məzuniyyətə gəlmiş dayısı oğlu Həsən sürücü Şahid6 ilə birlikdə G.Qədirbəyova 8 ünvanında yerləşən obyektin qarşısına gəlmişlər. Avtomobildən düşüb Gülnar, Rəvan, Gülnarın keçmiş əri Zaur, Sənan və adını bilmədiyi digər şəxslərin yanına yaxınlaşmışlar. Ziya isə avtomobilin yanında qalmışdır. Gülnar mübahisə etməyə və səsküy salmağa başlamışdır. Belə olan halda onların sözünə müdaxilə edib, DİN-nin 102 xidmətinə məlumat verdiyini və polislərin gələcəyini demişdir. Bu zaman Gülnar oradan onun meyitinin gedəcəyini deyib, arxası üstə yerə yıxılmışdır. Gülnarın yanında olan şəxslər Gülnarın epilepsiya xəstəliyinin olduğunu demişdir. Rəvan qışqırıb, bundan sonra Gülnarın ailəsinə onun baxacağını demişdir. Sonra polis əməkdaşları gəlmişdir. Orada heç bir dava olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onların kiməsə zərər yetirərək, xuliqanlıq etmək niyyəti olmamış, o, həmin ərazidən təsadüfən keçərkən Yadigarın kondisianerləri sökməsini gördüyünü, ona da Yadigarın zəng edərək ora çağırdığını, zərərçəkmiş şəxslərin onları nalayiq ifadələrlə təhqir etdiyini və buna görə həmin ərazidə mübahisə yarandığını bildirmişdir. Heç kəsi vurmadıqlarını, xuliqanlıq etmədiklərini bildirmişlər. Son olaraq o, ilk dəfədir cinayət əməli törətməsini, ali təhsilli və 01 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə ziyanın ödənilməsini və barışmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova 8a ünvanında yerləşən Təqsirləndirilən şəxs2 məxsus obyekti 185 kv.m olan obyekti aylıq 400 manata icrayə götürüb qardaşları Zərərçəkmiş şəxs2 və X7 ilə birlikdə “Qədirzadə Academy” adı ilə işlətmişlər. 2020-ci ilə kimi icarə haqqını hər ay X1 Füzüliyə vermişlər. 2020-ci ilin ortalarında isə X8 işlədikləri obyektə gələrək icarəni bundan sonra hər ay ona verəcəklərini demişdir. 3 ilə yaxın obyektin icarəyəsini Həsənə vermişdir. 2023-cü ilin iyul ayında Həsən əsgərliyə getdiyi üçün Təqsirləndirilən şəxs1 obyektə gələrək obyektin artıq onun olduğunu və icarə haqqını ona verəcələrini demişdir. 2023-cü ilin sonlarında Yadigar ilə söhbət əsnasında “Qədirzadə Academy” biznesini işçilər ilə birlikdə başqa şəxsə satmaq istədiyini və alan şəxsdə obyektin icarəsini yenədə verməyə davam edəcəyini bildirmişdir. Yadigar ilk öncə onunla razılaşmış, icarə müqaviləsinə dəyişiklik edərək sub icarənin əlavə olunmasını tələb etmişdir. Razılığa gəlsələr də müxtəlif bəhanələr ilə vaxtı uzatmağa çalışmışdır. Daha sonradan isə Yadıgar hər gün hər gün obyektin qarşısına gələrək obyektdən çıxmaları üçün təyziqlər göstərməyə başlamış, hətta bina sakinlərinə oyun oynuyaraq güya sakinlərə boş kağız imzalatmış, həmin kağıza isə sonrada onun həmin obyektən sakinləri naharat etdiyi üçün çıxarılmağını yazmışdır. Yadigar onların ordan çıxmağı üçün obyektin işıqlarını belə kəsmiş, müştərilən içində səbəbsiz davalar etmiş, hətta qanunsuz olaraq onları Vergilər Nazirliyinə güya qanunsuz fəaliyyət göstərmələri barədə şikayət etmişdir. Bununla da onların Yadigarla münasibəti günü gündən pisləşmişdir. Bu məqsədlə 2024-cü ilin fevral ayının sonlarında o, digər obyektə artıq behləşmiş və 10 mart 2024-cü ilə kimi başqa obyektə köçməyi barədə razılaşmışdır. 06 mart 2024-cü il tarixdə saat 18 radələrində obyektə quraşdırdığı 6 ədəd kondisioneri sökməyə getmişlər. Həmin vaxt salonda qardaşı Rəvan onun müşərisi, bərbər Sənan və stilist Niyaz olmuşdur. Təxminən 21 radələrində qardaşı Rəvan onun istifadəsində olan mobil telefonuna zəng edərək Yadigar və yanında iki nəfər şəxsin salona gələrək səs küy saldıqlarını, sökülən kondisionerlərin ona məxsus olduğunu və hansı səbəbə sökülməsinə irad bildirdiyini demişdir. O,qardaşı Rəvana 10 dəqiqəyə salona gəlib Yadigargilnən danışacağını deyib Rəvan ilə sağollaşmışdır. Salona daxil olub Yadigarı çöldə danışmağı üçün salondan çıxmağı demişdir. Salondan çıxıb Yadigar ilə kondisionerlərin onlara məxsus olduğunu və ona görə də söküb yeni icarə götürdüyü obyektə aparacağını deymişdir ki, Yadigarın yanında özünü rus vətəndaşı kimi təqdim edən şəxs Yadigar ilə söhbətə müdaxilə edərək onu təhqir etməyə başlamışdır. Özünü rus vətəndaşı kimi təqdim edən şəxs onu təhqir etdikdən sonra o, onu itələmişdir ki, hansı haqqla ona söyüş söyür, bu zaman həmin rus vətəndaşı onun dizinə təpik vurub “xarici vətəndaş olduğu üçün ona heç kim heç nə edə bilməyəçini” demiş, onların səslərinə artıq salonda olan qardaşı Rəvan çıxmışdır. Elə bu zaman o, keçmiş həyat yoldaşı Zaura zəng edib belə bir məsələnin baş verdiyini təcili olaraq salona gəlməyini demişdir. Yadigara isə Füzulinin bura gəlməsini və həmin obyekti ondan icarə götürdüyünü, Füzuli gələndən sonra hər şeyin aydınlaşacağını demişdir. Lakin orada olan özünü rus vətəndaşı kimi tədim edən şəxs sakitləşmiyərək söyüş söyməyə davam etmişdir. Təxminnə 15 dəqiqə sonra Zaur gəlmiş, həmin vaxt özünü rus vətəndaşı kimi təqdim edən şəxs Zauru, qardaşı Rəvanı və onu nəlayiq ifadələr deyərək təhqir etməyə başlamışdır. Həmin vaxt o, kassada dayanmışdır ki, Telman və Həsənin əsəbi formada qaça-qaça qapını açıb qışqırmağa başlamışdır ki, Yadigargil hardadı, o, isə sakit olmaqlarını çöldə söhbət etdiklərini demişdir. Onlar onu dinləmiyərək arxa qapı tərəfə getmişlər. Arxa qapını açıb Rəvanın üstünə hücüm çəkib Telman və Həsən Rəvanın kürək nahiyyəsindən təpik ilə vurduğunu görmüşdür. O, onları ayırmaq üçün ortalarına girmişdir. Həsənin qolundan tutmuşdur ki, siz nə edirsiz Həsən isə əli onun sinə nahiyysindən əli ilə itələmişdir. Yadigar isə Rəvanın üz nahiyyəsindən yumruq vurmuş, daha sonra Telman, Həsən və Yadigar Rəvanı yerə yıxıb yerdə təpikləmişlər. O, da onları ayırmağa çalışmışdır, həmin vaxt Telman onun ağız nahiyyəsinə yumruq vuraraq ağzını partlatmış, daha sonra isə özünü rus vətəndaşı kimi təqdim edən şəxs təpik ilə onun dizindən vurub yerə yıxmışdır. Bundan sonra o,huşunu itirmişdir. Ayılanda isə artıq özünü salonda olduğunu görmüşdür. Polis əməkdaşları hadisə yerində olmuş, daha sonra o, qardaşı Rəvan ilə 1 saylı X15 getmişdir. Məhkəmənin sualına cavab olaraq ilkin məhkəmə iclaslarında qardaşının xəsarətinin ağır olduğunu, təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı xuliqanlıq hərəkətlərinin edildiyini, onların cəzalanmasını tələb etdikləri bildirilsə də, xx.xx.2025-ci il tarixli iclasda isə artıq heç bir vəsatətlərinin olmadığını, təqsirləndirilən şəxslərlə barışdıqlarını onlara qarşı vurulmuş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Qədirzadə Academy”-ni bacısı Zərərçəkmiş şəxs1 2018-ci ildən icarə götürərək işlətmişdir. Bacısı Gülnar obyekt yiyəsi ilə aralarında münaqişə yarandığından Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən obyekti təhvil vermişdir. Bu məqsədlə 06 mart 2024-cü il tarixdə təxminən saat 21 radələrində obyektə gələn ustalar onlara məxsus kondisionerləri sökərkən o, da öz müştərisinə xidmət göstərmişdir. Həmin vaxt obyektə Təqsirləndirilən şəxs1 və yanında yaxın qohumu olduğunu bildiyi, lakin adlarını bilmədiyi 2 nəfər ilə salona girib hansı səbəbə kondisionerləri sökülməsini Yadigar ondan soruşmuşdur. O, bu salonda işçi olduğunu bildirib salonu işlədən bacısına zəng edib məlumat verəcəyini demişdir. Gülnara yığıb məsələni dedikdən sonra Gülnar ona salona gəldiyini bildirmişdir. O, Yadigara Gülnarin gəldiyini nə sözünüz varsa Gülnardan öyrənə biləcəyini dediyib işinə davam etmişdir. Gülnar təxminən 10 dəqiqə sonra salona yaxınlaşmış, Gülnar Yadigar və yanındakı 2 nəfər şəxslə salonun qarşısında söhbət etmişdir. O, müştəriyə xidmət edən zaman salona gələn səsləri eşidib işini dayandırmış, nə baş verdiyini bilmək üçün çölə çıxmışdır. Çölə çıxanda isə görmüşdür ki, Yadigar və yanında olan bir nəfər şəxs özünün dediyinə görə “rus vətəndaşı” kimi təqdim etdiyi oğlanı tuturlar ki, Gülnarı vurmasın. Təxminən 10 dəqiqə sonra Gülnarın keçmiş həyat yoldaşı Zaur da salona yaxınlaşmış, həmin vaxt özünü rus vətəndaşı kimi təqdim edən şəxs Zauru, onu və Gülnarı nəlayiq ifadələr ilə təhqir etməyə başlamışdır. O, da bacısı Gülnarı salona aparmışdır ki, baş verənlərə daha da çox şahid olmasın. Gülnarı salona qoyub çölə çıxmış və Zauru Yadigar və yanında iki nəfər şəxs salonun arxasında yerləşən “Sweet House” binasının həyətinə apardıqlarına şahid olmuşdur. O, da arxalarınca getmişdir ki, söhbət daha da böyüməsin. Binanın həyətinə çatanda orada Yadigarın yanında olan iki nəfər şəxs Zauru təkliyib döydüklərini görmüşdür. Onları ayırmağa çalışmışdır ki, bu zaman Telman, Həsən, Arif və tanımadığı bir nəfər şəxsdə Zaurla onun tərəfə hücüm çəkmişlər. Birdən kürək nahiyyəsindən zərbə dəydiyini hiss etmiş, zərbənin ona kim vurduğunu bilmək üçün arxaya çönmək istədiyi zaman Yadigar onun sağ üz nahiyyəsinə yumruq ilə zərbə endirmiş, həmin zərbədən o, yerə yıxılmışdır. Yerdə uzanıqlı olduğu zaman Telman, Həsən və Yadigar sol qabırğasında təpik ilə sərt zərbələr endirmişlər. Zərbənin ağrısında o, huşunu itirmiş, ayılan zaman hələ də yerdə uzanmış, ağrıdan nəfəs ala bilmədiyindən dura bilməmişdir. Lakin Həsən, Telman və Yadigarın hələ də əsəbləri soymayaraq bacısı Gülnarin üz nahiyyəsindən yumruq ilə vurduqlarını görmüşdür. Polislər gəldikdən sonra o, bacısı Gülnar ilə birlikdə 1 saylı X15 getmişlər. Orada ona məlum olmuşdur ki, sol qabırğalarının ikisi təpik zərbələri nəticəsində sınmışdır. Məhkəmənin sualına cavab olaraq, ilkin məhkəmə iclaslarında təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı xuliqanlıq hərəkətlərinin edildiyi, onların cəzalanmasını tələb etdikləri bildirilsə də, xx.xx.2025-ci il tarixli iclasda isə artıq heç bir vəsatətlərinin olmadığını, təqsirləndirilən şəxslərlə barışdıqlarını onlara qarşı vurulmuş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında dindirimiş Şahid3 bildirmişdir ki, 2023-cü ilin yay aylarından “Qədirdazə Academy”-də stilist kimi işləyir. 2024-cü ilin fevral ayından Yadigar hər gün obyektin qarşısına gələrək obyektdən çıxmaları üçün təyziqlər göstərməyə başlamışdır, hətta bina sakinlərinə oyun oynuyaraq güya evin binasına çıxarış almaq adı ilə sakinlərə boş kağız imzalatmış, həmin kağıza isə sonrada onun həmin obyektdən sakinləri narahat etdiyi üçün çıxarılmağı yazmışdır. Yadigar həmçinin onların ordan çıxmağı üçün obyektin işıqlarını belə kəsmiş, müştərilər içində səbəbsiz davalar etmiş, hətta qanunsuz olaraq Vergilər Nazirliyinə güya onlar qanunsuz fəaliyyət göstərməyi barədə şikayət etmişdir. Bununla da onların Yadigarla münasibəti günü gündən pisləşmişdir. 06 mart 2024-cü ildə saat 20 radələrində işdə müştərinin saçını kəsən zaman səs küy gəldiyini eşidib işini yarımçıq saxlayıb çölə çıxmış və görmüşdür ki, Yadigar və adını bilmədiyi bir şəxs Gülnar və Rəvanla mübahisə edir. Mübahisə davaya çevrilən vaxt yenə də iki nəfər şəxs ora yaxınlaşmış və həmin şəxslərdən birinin adını sonradan bildiyi Telman və digəri də adını sonradan bildiyi Həsən adlı şəxslər olmuşdur. Dava dalaş zamanı Yadigar Rəvanı yerə yıxıb təpiklə qarın nahiyəsinə vurmuş və eyni andan Telman Gülnarın üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Yerə yıxılan zaman Gülnann başı yerə dəymiş, qan axmağa başlamış və Gülnar huşunu itirmişdir. Bir qədər sonra o, Rəvanı və Gülnarı oradan uzaqlaşdırmış və qalan şəxslərdə hadisə yerindən uzaqlaşıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid2, Şahid1 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid4 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda Şahid4 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun keçmiş həyat yoldaşımdır, birgə nikahdan 1 övladı vardır. 2017-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən obyekti icarə götürüb “Qədirzadə Academy” adı ilə gözəllik salonunu işlətmişlər. 2019-cü ildə Gülnar ilə rəsmi yollarını ayırdıqlarına görə həmin salondan əlaqəsini kəsmişdir. 06 mart 2024-cü il saat təxminən 21 radələrində toyda olduğu zaman istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna Gülnar zəng edərək obyektdə kondisionerlərə bağlı problem yarandığına görə gəlib yoluna qoymağını demişdir. O, toydan çıxıb Nərimanov rayonunda yerləşən “Qədirzadə Academy” adlanan salona gəlmişdir. Salonun qabağında Gülnarı salondan çağırıb nə məsələ olduğunu soruşmuşdur. Gülnar sonradan adını Yadigar olaraq bildiyi şəxslə kondisioner məsələsini həll etməsini xahiş etmişdir. O, orada Yadigarla «kondisionerləri icazə ver aparsın qalan məsələni özümüz kişi kimi həll edərərik» ifadəsi demişdir. Yadigar razılaşmış, sonra o, ordan çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 döyülməsi ilə bağlı DİN-nin 102 zən mərkəzinə zəng edərək məlumat vermişdir. Orada onu heç kim döyməmiş, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X9 bildirmişdir ki, o, 2 ilidir ki, Təqsirləndirilən şəxs2 sürücüsü işləyir. 06 mart 2024-cü il tarixdə saat 21 radələrində Telmanla birlikdə şəhərdə olan zaman Telmana zəng gəlmişdir. Telman danışdıqdan sonra ünvan 3 ünvanında yerləşən obyektə getmək lazım olduğunu demişdir. Təxminən 10 dəqiqəyə qeyd olunan ünvana gəlmiş, Telman və qohumu Həsən avtomobildən düşmüş, ona isə avtomobildə gözləməyini demişdir. Telman təxminən 20-30 metr aralıda dayanmış 5-6 nəfər şəxsə yaxınlaşmış, lakin onlara fikir verməyib ovtomaşında gözləməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşlarının gəldiyini və onları PŞ-nə dəvət etmələrini görmüşdür. Həmin vaxt orada dava-dalaş görməmişdir. “Elektron məhkəmə” informasiya sistemidən əldə edilmiş çıxarışdan görünür ki, ittiham aktının siyahısında şahid qismində qeyd olunan Şahid5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi təqsirləndirilən şəxslərin ifadələri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə ünvan 3 ünvanına həyatində baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X11 12 mart 2024-cü il tarixli, 243 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin hematomaları, üst və alt dodağın əzilmiş yaraları, sağ dizin əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X11 06 aprel 2024-cü il tarixli 266 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirnin seçilməsi barədə” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirnin seçilməsi barədə” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın 3-cü bəndinə əsasən Şahid5 əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. 4cü bəndində Zaur Zaynalova xəsarət yetirilməsi faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. 5-ci bəndində isə X6 və qeyrilərinin bərəsində ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-in 22.1.2.1-ci maddəsi ilə yeni cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Bununla əlaqədar olaraq ona qarşı iddia, şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq və cəzalandırılmasını tələb etmir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Bununla əlaqədar olaraq ona qarşı iddia, şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq və cəzalandırılmasını tələb etmir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs2 tərəfindən məhəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Bununla əlaqədar olaraq ona qarşı iddia, şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq və cəzalandırılmasını tələb etmir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs2 tərəfindən məhəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Bununla əlaqədar olaraq ona qarşı iddia, şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq və cəzalandırılmasını tələb etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir və cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təsvirinə görə, Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır (“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarı). Eyni müqabildən olan digər qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi daha öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 1, § 3, 23 mart 2004-cü il ). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bibisi oğlu X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı pozub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin hematomaları, üst və alt dodağın əzilmiş yaraları, sağ dizin əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, Zərərçəkmiş şəxs2 sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmədə baxılan cinayət işində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, eləcə də şahidlərin istər istintaq orqanına, istərsə də məhkəmə istintaqında vermiş olduqları ifadələrində qeyd olunmuşdur ki, obyektin icarədarları ilə aralarında münasibətlər son vaxtlar gərgin olmuş, dəfələrlə onlara obyektin boşaldılması bildirilmiş, işlərinin axsaması üçün işıqları kəsilmiş, həmin ərazinin sakinlərindən imza toplanılaraq etiraz ərizələri hazırlanmışdır. Hadisə günündə isə obyektin boşaldılması işləri aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 obyektdə olmamışdır, sonradan Təqsirləndirilən şəxs1 obyektə yaxınlaşaraq, Zərərçəkmiş şəxs2 ifadəsində də təsdiq etdiyi kimi “kondisionerlərin onlara məxsus olduğunu və niyə söküldüyünü soruşmuş”dur. Təqsirləndirilən şəxs1 orada bir müddət gözləmiş daha sonra Zərərçəkmiş şəxs1 və Şahid4 çağırılmış bu zaman kondisionerlərin kimə məxsus olması ilə bağlı mübahisə yaranmışdır. Mübahisənin böyüməməsi üçün binanın arxa hissəsinə keçilmiş sonradan Təqsirləndirilən şəxs2 gəlmişdir ki, onu da qohumu olan Təqsirləndirilən şəxs1 çağırmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında zərərçəkmiş şəxslərin xəsarət alması ilə nəticələnən hadisə baş vermişdir. Cinayət işinin mübahisəsiz hallarına nəzər yetirildikdə müəyyən edilir ki, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrə əsasən, onlar bir-birlərini tanıyırlar, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddət təqsirləndirilən şəxslərə məxsus obyekti işlətmişlər, daha sonra icarə pulunun ödənilməməsi ilə bağlı münasibətlər gərginləşmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən obyektin boşaldılması tələb olunmuş, bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisələr və danışıqlar olmuşdur. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında baş vermiş hadisəni isə Təqsirləndirilən şəxs1 təsadüfən görərək oraya yaxınlaşmış və orada kondisonerlərin kimə məxsus olması barədə fikir ayrılığı yaranmış, aralarında mübahisə başlamış, mübahisənin böyüməməsi üçün obyektin arxa hissəsinə keçilmiş və daha sonradan isə Təqsirləndirilən şəxs2 oraya çağırmışlar. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç kimi vurmadıqlarını bildirmiş, hadisənin zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən təhqiredici ifadələr işlətməsi səbəbindən yarandığını söyləmişlər. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı heç bir xəsarət yetirməməkləri ilə bağlı verdikləri ifadəyə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X11 verdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspertiza rəylərində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər müəyyən edilmişdir ki, bu xəsarətlərin yaranma tarixi hadisə gününə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğluna qarşı heç bir xəsarət yetirməməkləri ilə bağlı verdikləri ifadələri özlərini müdafiə xarakterli qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlu arasında yaranmış münaqişə nəticəsində zərərçəkmiş şəxslərə yetirilmiş xəsarətlər əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəmə təsvir edilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən əməlin xuliqanlıq niyyəti ilə törədilməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onlarla zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində, əvvəlcədən obyektin boşaldılması ilə bağlı aralarında olan gərginlik, habelə hadisə günü zərərçəkən şəxslərlə obyektdə olan əmlaklar üzərində anlaşmaya gəlməməklə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı pozmaq kimi qeyd etsə də, cinayət işinin materiallarında olan sübutlar, xüsusilə də zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrində baş vermiş hadisənin zərərçəkmiş şəxslərə xəsarət yetirməmişdən əvvəl təqsirləndirilən şəxslər tərəfindən obyektə yaxınlaşdığı zaman heç bir ictimai qaydanın pozulması halları və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməsi müşahidə olunmamışdır. Əksinə həmin ünvanda təqsirləndirilən Təqsirləndirilən şəxs2 şəxslərin gəlməsini gözləmiş, ilk öncə Zərərçəkmiş şəxs2 sonra Zərərçəkmiş şəxs1 daha sonra isə Şahid4la danışmağa çalışmış və daha sonra sözlü mübahisə başlamışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin xuliqanlıq niyyəti müəyyən olunmadan əsassız olaraq “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bibisi oğlu X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən «Qədirzadə Academy» gözəllik salonunun qarşısında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı pozub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurub Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin hematomaları, üst və alt dodağın əzilmiş yaraları, sağ dizin əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, Zərərçəkmiş şəxs2 sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, xəsarət yetirməklə xuliqanlıq etmişdir.” - kimi qiymət verilməsi təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını) lazımi əhəmiyyət vermədən və onun şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, ictimai qaydanın hansı formada pozulması, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin nədən ibarət olduğunu açıqlamadan, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə (obyektin ətrafında) törətməsindən çıxış etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Halbuki, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməli idi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Yuxarıda sadalanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onların əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun iş materiallarında olan ərizəsindən görünür ki, onlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-100/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-100/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver