Məhkəmə qərarları › İş №1(005)-101/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-101/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-101/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs21, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmiş və onlara həmin maddələrdə nəzərə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı X2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkəməyə verilməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 bildirdi ki, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmişlər, bu məqsədlə xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə özünü “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edib bank tərəfindən təqaüdçülərə guya vardım göstəriləcəyini yalandan bildirib sonunculara “xxxx” ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və CVV nömrələrini öyrəndikdən sonra həmin məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 “xxxx” ASC-yə məxsus “Bir Bank” mobil tətbiqindən istifadə etməklə həmin şəxslərin bank hesabında olan pulunu müxtəlif kartlara köçürərək, həmçinin müxtəlif bankomatlardan istifadə etməklə özgənin əmlakını, yəni zərərçəkmiş şəxslərə məxsus müxtəlif məbləğlərdə pulu elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişlər. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu yanı küçəsi, 30 saylı evdə quraşdırılmış “450-52-25” nömrəli şəhər telefonu ilə əlaqə saxlayıb özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək qeyd edilən fond tərəfindən guya yardım ediləcəyini yalandan bildirib Zərərçəkmiş şəxs11 “xxxx” ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və CVV nömrələrini öyrəndikdən sonra həmin məlumatları Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 “xxxx” ASC-yə məxsus “Bir Bank” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs11 bank hesabında olan pul vəsaitindən həmin tarixdə 130 manat pulu müxtəlif kartlara köçürərək özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs11 məxsus 130 manat pulu elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb təkrarən oğurluq etmişlər. Onlar bu üsuldan bir neçə dəfə istifadə etmişlər. Həmişə bu üsuldan istifadə edərkən o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən kirayə yaşadıqları mənzildə olmuşdur. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkəməyə verilməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə bir neçə dəfə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə əvvəlcədən razılaşmış, bu məqsədlə Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə özünü “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edib bank tərəfindən təqaüdçülərə guya vardım göstəriləcəyini yalandan bildirib sonunculara “xxxx” ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və CVV nömrələrini öyrəndikdən sonra həmin məlumatları ona vermiş, o, “xxxx” ASC-yə məxsus “Bir Bank” mobil tətbiqindən istifadə edib, həmin şəxslərin bank hesabında olan pulunu müxtəlif kartlara köçürərək özgənin əmlakını, yəni zərərçəkmiş şəxslərə məxsus müxtəlif məbləğlərdə pulu elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişlər. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus kartdan oğurluq edən zaman o, Təqsirləndirilən şəxs1lə birlikdə kirayədə qaldıqları, Yasamal rayonu ərazisində yerləşən mənzildə olmuşdur. O, “Bir Bank” mobil tətbiqindən istifadə edib, zərərçəkmiş şəxsin bank hesabında olan pulunu müxtəlif kartlara köçürmüşdür. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkəməyə verilməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs21 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkəməyə verilməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsana yol verilmişdir. Belə ki, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham irəli sürülməsinə əsas olan cinayət əməlləri 21 epizoddan ibarət olmaqla müxtəlif zərərçəkmiş şəxslərə qarşı törədilmişdir. Lakin cinayət işi üzrə tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxslər tərəfindən törədilməsi ehtimal olunan bir sıra cinayət əməllərinin törədilmə yeri göstərilməmiş, ümumiyyətlə, ibtidai istintaqı aparmış müstəntiq tərəfindən təqsirləndirilən şəxslər tərəfindən törədilməsi ehtimal olunan bir sıra cinayət əməllərinin törədilmə yerinin müəyyən edilməsi istiqamətində heç bir addım atılmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktı ibtidai istintaqın son məhsulu, onun nəticə aktıdır. O, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və onun nəticələrini özündə əks etdirir. İttiham aktı çox mühüm prosessual sənəd kimi ittihamın formulunu və həmin formulun isbat edilməsi (sübut olunması) qaydasını və hallarını, eləcə də səciyyəvi xüsusiyyətlərini ehtiva edir. İttiham aktı yalnız cinayət işi üzrə kifayət qədər sübutlara əsaslanan prosessual sənəddir. CPM-in 289-cu maddəsi ittiham aktının tərtib edilməsində həmin sənədə dair irəli sürülən tələbləri müəyyən edir. İttiham aktının təsviri əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar qeyd olunmalıdır (maddə 289.3.1). Lakin, hazırki cinayət işi üzrə göstərilən tələbə riayət edilməmişdir. Bu isə davam edən cinayət əməllərinin başa çatdığı yeri, o cümlədən məhkəmə hazırlıq iclasında həll edilən mühüm məsələlərdən biri kimi, cinayət işinin məhkəmə aidiyyətini müəyyən etməyi qeyri-mümkün edir (CPM-in 74-cü maddəsi). CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntulardan biri də cinayət işi üzrə ittiham aktına və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokola qoyulan tələblərin (CPM-in 289-cu, 290.3.2-ci və 296.2-ci maddələrində nəzərdə tutulmuş tələblərin) pozulmasıdır. Məhkəməyədək icraatı yekunlaşdıran həmin sənədlərdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının hüquqi qiyməti və bütün nəticələri öz əksini tapır. Ona görə də məhkəmə hazırlıq iclasında həmin sənədlərin məzmunu (bu sənədlərin məzmununa dair tələblər də hazırlıq iclasının predmetini təşkil edir) diqqətlə yoxlanılmalı və onların məzmununun qoyulmuş tələblərə uyğun olmadığı (məsələn, törədilmiş əməlin tövsifi ilə bağlı səhvlər, vurulmuş zərərin müəyyən edilməməsi, əməlin bütün epizodlarına münasibətin bildirilməməsi və s.), orada ziddiyyətlərin, anlaşılmazlıqların və başqa ciddi qüsurların olduğu, habelə həmin sənədlərin konkret işin nəticələrini düzgün əks etdirmədiyi müəyyən edildikdə, CPM-in 300.1.5-ci maddəsində göstərilmiş qərar qəbul edilərək müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamda onlar tərəfindən törədilməsi ehtimal olunan cinayət əməllərinin bəzi epizodlarının törədilmə yerləri müəyyən edilərək ittiham aktında qeyd olunmamış, nəticədə ittiham aktı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməklə, cinayət işinin məhkəmə aidiyyətini müəyyən etməyi qeyrimümkün etmişdir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının tərtib olunmasına dair CPM-in 289-cu maddəsinin tələblərinin pozulmasını məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan kobud pozuntu kimi qiymətləndirir və buna görə də cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni və əsaslı hesab edir. CPM-in: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3 və 303.3.6-cı maddələrinə əsasan cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-244/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və daha sonra onun həbsdə saxlanılma müddəti uzadılmışdır. Hazırda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müəyyən olunmuş əsaslar, həmçinin CPM-in 155-ci madəsində nəzərdə tutulmuş digər əsaslar aradan qalxmadığından məhkəmə hesab edir ki, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. CPM-in: 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər; 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır; 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: - ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; - cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx xxxx 2021-ci il tarixədək uzadılmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin onun cinayət prosesini həyata keçirən orqandan gizlənmək və digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırmaq ehtimalının mövcudluğuna dəlalət etməməsi, habelə az ağır cinayətin törədilməsində təqsirləndirilməsini, qadın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X3 tərəfindən məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, ibtidai istintaq zamanı CPM-in yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı, həmçinin Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni xx xxxx 2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmasına dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar