Məhkəmə qərarları › İş №1(005)-101/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-101/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-101/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X9 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Fides” vəkil bürosunun vəkili X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli 1(100)-137/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(104)-281/2022 saylı qərarı ilə hökm dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 23 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, həbs olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab edilən xeyli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli 30 ünvanının yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 01 (bir) ədəd bükümdə içərisində təmiz çəkisi 0,908 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Nərimanov rayonu, Əhməd Rəcəbli 30 ünvanına daşımış, həmin tarixdə saat 23:15-də Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, Əhməd Rəcəbli 30 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sol yan cibində saxladığı bükümü içərisində təmiz çəkisi 0,908 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ibtidai istintaqa verdiyi ifadəsini tamamilə təkzib edərək göstərmişdir ki, həyat yoldaşı xəstə olduğu üçün rayondan Bakıya dərman almağa gəlmiş və bir gün Bakıda qalmalı olmuşdur. Hadisə günü dostu ilə Nərimanov rayonunda yerləşən parkdakı çayçıda oturarkən polis əməkdaşları onlara yaxınlaşmış, onun üzərini yoxlamışlar. Bu zaman cibindən bıçaq çıxmış və sonra onu və dostunu şöbəyə aparmışlar. Şöbədə onu və dostunu ayrı-ayrı otaqlara yerləşdirmişlər. Orada ondan narkotik vasitə istifadə edib-etmədiyi soruşulduqda istifadə etdiyini bildirmiş, bu zaman polis əməkdaşları ona təzyiq və işgəncə göstərərək, ona təqdim etdikləri qara bükümü götürməsini, sənədləri imzalamasını tələb etmişlər. Həmin vaxt onlara etiraz etdikdə, təqdim edilən maddənin ona məxsus olmadığını bildirdikdə, yanındakıları çıxarmaq istəyirsə, imzalamalı olduğu bildirilmiş və bu səbəbdən məcbur qalaraq 1 qram maddənin ona məxsus olması ilə bağlı ifadələri imzalamışdır. Daha sonra onu tutmuşlar və üç gün müddətində MSY-də saxlamışlar. 31 iyul tarixində isə onu MSY-dən çıxarıb barəsində İXM-nin 206-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə aparmışlar. Məhkəmə qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buraxıldıqdan sonra rayona qayıtmışdır. Bununla da, zənn etmişdir ki, barəsində olan cinayət işinə xitam verilmişdir. Lakin, sonradan müstəntiq onu şöbəyə çağırmış, istintaqın davam etdiyini qeyd etmişdir. Lakin, ona etiraz edərək, cəzasını çəkdiyini qeyd edib, onu çağırmamasını tələb etmişdir. Daha sonra isə həbs edilmiş və məhkəməyə verilmişdir. Qeyd etmişdir ki, təxminən 2-3 ilə yaxındır ki, narkotik vasitə marixuana istifadə edir. Həmin günü rayondan gələrkən də üzərində psixotrop maddə metamfetamin olmuş, bir qismini Bərdədə olarkən, bir qismini isə avtomobildə olarkən istifadə etmişdir. Həmin narkotik vasitəni rayonda bir nəfər şəxs ona pay vermiş, həmin şəxsin kimliyini məhkəməyə bildirməmişdir. Niyə ibtidai istintaq dövründə məhkəmə nəzarəti qaydasında hədə-qorxu, təzyiq faktları ilə bağlı müraciət etməməsi ilə bağlı suala cavab olaraq isə, inzibati qaydada həbs edildikdən sonra barəsində olan cinayət işinin xitam edildiyini zənn etdiyini, bu səbəbdən müraciət etmədiyini, şəxsi axtarış zamanı təzyiq altında olduğu, ona qarşı tətbiq edilmiş zorakılıq səbəbindən müdafiəçiyə bu barədə məlumat verməkdən çəkindiyini göstərmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı ifadələrində olan əhəmiyyətli ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 28 iyul 2024-cü il tarixli və 29 iyul 2024-cü il tarixli, eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o psixotrop maddə metamfetamini uzun müddətdir ki istifadə edir. 27 iyul 2024-ci il tarixdə axşam saatlarında psixotrop maddə metamfetamin əldə etmək məqsədilə ünvan 5 ünvanın qarşısına gedərək orada üzdən tanıdığı, yalnız anket məlumatlarını bilmədiyi bildiyi şəxsdən ona psixotrop maddə metamfetamin tapmasını xahiş etmiş, həmin şəxs ona 30 manat qarşılığında psixotrop maddə satmışdır. Aldığı psixotrop maddəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 23:15-da Nərimanov rayonu, Əhməd Rəcəbli 30 ünvanının qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan narkotik vasitə istifadə edib-etməməsi barədə maraqlandıqda özünü itirmiş və polis əməkdaşlarından yayınmaq istəyən zaman sonuncular onu Nərimanov RPi-nin 17-ci PŞnə dəvət etmişlər. Şöbənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X3 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman o əynində olan cins şalvarın sol yan cibində saxladığı bir ədəd bükümü içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisində psixotrop maddə metamfetamini aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə metamfetamindir, ona məxsusdur. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Ondan aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 27 iyul 2024-cü il tarixdə axşam saatlarında Nərimanov rayonu Əhməd Rəcəbli 30 ünvanın yaxınlığında üzdən tanıdığı yalnız anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Bildirmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPl-nin 17-ci Pşdə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyul 2024-cü il tarixdə saat 23:15 radələrində Nərimanov rayonu Əhməd Rəcəbli 30 ünvanında PŞ-nin əməliyyat müvəkkili Səfalı Hacıəliyevlə xidmətdə olan zaman özünü şübhəli aparan kişi cinsli bir nəfərə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxslə bir qədər profilaktik söhbət aparan zaman həmin şəxsin onlardan yayınmaq istədiyini görmüş və həmin şəxsi PŞ-nə dəvət etmişlər. Nərimanov RPi-nin 17-ci PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-с ildə Tərtər rayonunda anadan olmuş, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə barəsində azadlıqdan məhrum edilmiş ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu 866 saylı qəsəbə ev 10 mənzil 26 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra həmin şəxsin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu görüb polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni 27 iyul 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli 30 ünvanının qarşısından üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs N.Həsenovnn üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sənədləşmə aparılarkən bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini Nərimanov rayonu Əhməd Rəcəbli 30 ünvanın qarşısından üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair PŞ-nə məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Qeyd etmişdir ki, nə özü, nə də ki başqaları tərəfindən ona qarşı hər hansı işgəncə, zorakılıq, hədə-qorxu gəlmə halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16/16/2-6/3866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş əşya: iştirak etdi:1) İ.Hacıəliyev "imza" 2)Şahid1 "imza" 3)Təqsirləndirilən şəxs "imza" 4)C.Abbasov "imza" 5) N.Daşdəmirov "imza" " yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,908 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2024-cü il tarixli 5192 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. 28 iyul 2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təhqiqatçı Nəbi Daşdəmirov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı bükülünün İçərisindəki maddənin metamfetamin olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 05 il 06 ay il azadlığın məhrumetmə cəzası tətbiq edilmiş,xx.xx.2022-ci il tarixdə Gəncə Apellysaiya məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. 28 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Həsənov X8 RPİ 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı Nəbi Daşdəmirov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 29 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 2361/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində MSY-yə təhvil verilmiş və xx.xx.2024-cü il tarixində MSY-dən azad edilmişdir. Müdafiəçinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə edilmiş 3705 nömrəli məktubdan görünür ki, ***-***-**-** GSM nömrəsinin xx.xx.2024-xx.xx.2024-cü il müddətində Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Bu səbəndən əhatə dairəsinə dair məlumatların təqdim edilməsi mümkün deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD formatlı disk və üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 0.908 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən ona təqdim edildiyini, tətbiq edilmiş işgəncə, qeyri-insani rəftar fonunda həmin maddənin özünə məxsus olduğunu etiraf etməyə məcbur olduğunu qeyd etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi): Maddə 18.1 (Cinayətlərin residivi): Şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törədərsə, bu, məhkəmə tərəfindən cinayətlərin residivi hesab edilir. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Maddə 6.1: Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Maddə 6.2: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər. Avropa Məhkəməsinin presedent hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz presedentlərində dəfələrlə qeyd etmişdir ki, sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir (Schenk İsveçrəyə qarşı, 24 noyabr 1988-ci il, § 45-46). Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X4rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqa verdiyi ifadəsini təkzib etməsi və ona qarşı fiziki və psixoloji təzyiq göstərilməsi, işgəncə verilməsi barədə irəli sürdüyü iddiasını qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin V hissəsinə və CPM-in 125.2.2-ci maddəsinə əsasən, işgəncə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur və onlar ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent hüququnu, xüsusilə də “Cənnətov Azərbaycana qarşı” işi üzrə Qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müvafiq bəndlərini rəhbər tutaraq qeyd edir ki, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməli, “əsaslı şübhədən kənar” sübut standartına cavab verməlidir. Hazırkı iş üzrə müdafiə tərəfi təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsindən başqa, ona qarşı zorakılığın tətbiq edildiyinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Nə məhkəməyədək icraat zamanı, nə də həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir iddia irəli sürülməmiş, məhkəmə nəzarəti qaydasında müraciət edilməmiş, hər hansı ekspert rəyi və ya digər tibbi sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs ona qarşı zorakılıq tətbiq edildiyini iddia etsə də, ibtidai istintaqın heç bir mərhələsində bu barədə hər hansı bir quruma şikayət etməmiş, bunu 1 aylıq inzibati həbsinin barəsində olan cinayət işi ilə əvəzləndiyini zənn etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Qərarının 33-cü bəndinə müvafiq olaraq, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsini dəyişdirərkən və bu halı qiymətləndirərkən onun səbəblərini araşdırmalıdır. İbtidai istintaqda bildirməməsinə baxmayaraq, təqsirləndirilən şəxsin işgəncəyə və təzyiqə məruz qalması barədə yalnız məhkəmə istintaqı zamanı məlumat verməsi, onun ilkin ifadəsinin etibarlılığını şübhə altına almaq üçün kifayət deyil. Çünki o, ibtidai istintaqda vəkili vasitəsilə və ya şəxsən CPM-nin 449-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada məhkəmə nəzarəti orqanlarına müraciət etmək imkanına malik olmuş, lakin bu hüququndan istifadə etməmişdir. İş materiallarında mövcud olan şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkətini əks etdirən videoçəkiliş, vəkilin iştirakını təsdiq edən sənədlər, eləcə də təqsirləndirilən şəxsin həmin sənədlərdəki imzaları və iradlarının olmaması onun ilkin etirafının könüllü və sərbəst iradə ifadəsi şəraitində verildiyini təsdiq edir. Habelə, şəxsi axtarış zamanı vəkilin ondan hər hansı işgəncə faktına məruz qalması ilə bağlı sualına təqsirləndirilən şəxsin qəti rədd cavabı verməsi də, onun dəlillərini təkzib etmişdir. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan, heç bir obyektiv sübutla möhkəmləndirilməyən müdafiə mövqeyi kimi qiymətləndirir və rədd edərək, ibtidai istintaqda verdiyi ifadəsinə üstünlük verir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsinin ziddiyyətli və qeyri-səmimi olması onun digər arqumentləri ilə də öz təsdiqini tapır. Belə ki, o, Bakı şəhərinə gəlmə səbəbini həyat yoldaşının xəstəliyi ilə əlaqələndirsə də, tutulma anında dostları ilə Nərimanov rayonu ərazisində yerləşən parkdakı çayxanada olduğunu bildirmişdir. Bu hal onun Bakıya gəlməsinin əsl məqsədi barədə şübhələr yaradır. Həmçinin, o, üzərində narkotik vasitə aşkar edilmədiyini iddia etsə də, eyni zamanda Bakıya gələrkən yolda və Bərdə rayonunda narkotik vasitə istifadə etdiyini səmimi şəkildə etiraf etmişdir. Bu ziddiyyət onun məhkəmədəki ifadəsinin etibarsızlığını bir daha nümayiş etdirir. Təqsirləndirilən şəxs tutularkən yanında dostlarının olduğunu bildirsə də, həmin şəxslərin kimliyini tam şəkildə açıqlamamış və beləliklə, məhkəməni onun dəlillərini yoxlamaq üçün potensial şahidləri dindirmək imkanından məhrum etmişdir. Bu hal da onun məhkəmədəki mövqeyinin süni şəkildə formalaşdırıldığını göstərir. Habelə, polis əməkdaşları tərəfindən onun göstərdikləri təkzib edilərək, təqsirləndirilən şəxsin saxlanıldığı yerdə ictimai iaşə obyekti olmadığını bildirmişlər. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin 27 iyul 2024-cü il tarixdə tutulduqdan sonra 31 iyul 2024-cü il tarixədək qanunsuz saxlanılması barədə iddiası da iş materialları ilə təkzib olunur. Belə ki, Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş rəsmi məlumat və X11 üzrə qeydiyyat sənədləri təsdiq edir ki, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə saat 00:50-də MSY-yə daxil olmuş və 29 iyul 2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 48 saatlıq müddət çərçivəsində, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilərək azad edilmişdir. Onun 31 iyul 2024-cü il tarixdə inzibati qaydada həbs edilməsi isə tamamilə fərqli hüquqi əsaslarla baş vermişdir. Bunun əksinə olaraq, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi və işin faktiki hallarını ətraflı əks etdirən ilkin ifadələri, CPM-nin 126.6-cı maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam və qeyd-şərtsiz təsdiqlənir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələri hadisənin təfərrüatlarını təqsirləndirilən şəxsin ilkin ifadəsinə tam uyğun şəkildə təsvir etmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı və videoçəkiliş şəraitində, hər hansı bir məcburiyyət olmadan, könüllü şəkildə üzərində olan psixotrop maddəni təqdim etdiyini və onun mənşəyi barədə məlumat verdiyini birmənalı təsdiq etmişlər. Məhkəmə polis əməkdaşlarının ifadələrinin özlüyündə mümkün sübut hesab edilibedilməməsinə münasibətdə qeyd edir ki, polis əməkdaşlarının ifadələri, iş üzrə toplanmış digər sübutlarla – xüsusilə təqsirləndirilən şəxsin öz etirafedici etirafı, aşkar edilmiş maddi sübutlar (heroin) və ekspertiza rəyləri ilə təsdiqləndiyindən və dəstəkləndiyindən, onların etibarlılığı şübhə doğurmur və AİHM-in yuxarıda qeyd olunan presedentlərinə uyğun olaraq sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, müdafiə tərəfinə məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ifadələrinə etiraz etmək üçün tam və bərabər imkan yaradılmışdır. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin İXM-nin 206-cı maddəsi ilə 30 gün inzibati həbsə məruz qalmasının non bis in idem (eyni əmələ görə iki dəfə cəzalandırılmaq) prinsipini pozması barədə iddiası da əsaslı hesab edilmir. Belə ki, CPM-nin 34-cü maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsi eyni əmələ görə təkrar mühakiməni və cəzalandırmanı qadağan edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna, xüsusilə də “X2rşı” işi üzrə qərarına əsasən, bu prinsip eyni faktiki hallara (idem factum) tətbiq olunur. Hazırkı işdə isə təqsirləndirilən şəxs iki fərqli əmələ görə məsuliyyətə cəlb edilmişdir: İXM-nin 206-cı maddəsi ilə məsuliyyət narkotik vasitələrin istehlakı faktına, yəni orqanizmində narkotik maddənin olması faktına görə yaranmışdır ki, bunu da Narkoloji Mərkəzinin ambulator rəyi və təqsirləndirilən şəxsin özünün narkotik istifadəçisi olması barədə səmimi etirafı təsdiq edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti isə, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz əldə etmə, saxlama və daşıma əməlinə görə yaranır. Bu əməllər fərqli faktiki tərkibə malikdir və bir-birini istisna etmir. Bir əməl (istehlak) şəxsin narkotik asılılığını, digəri (əldə etmə, saxlama, daşıma) isə narkotiklərin qanunsuz dövriyyəsində iştirakını sübut edir. Beləliklə, fərqli faktiki hallara görə fərqli hüquqi məsuliyyət növlərinin tətbiqi non bis in idem prinsipinin pozuntusu deyildir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən tələb edilmiş məlumatda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin xx.xx.2024-xx.xx.2024cü il tarixləri arasında anten məlumatlarının olmaması faktı da onun təqsirliliyini və ya təqsirsizliyini sübut etmir. Həmin məlumat müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş və hər hansı sübut əhəmiyyətli məlumat aşkar edilməmişdir. Anten məlumatlarının olmaması müxtəlif səbəblərdən (telefonun söndürülməsi, sim-kartın çıxarılması və s.) irəli gələ bilər və bu, özlüyündə şəxsin hadisə yerində olmamasını təsdiq edən təkzibedilməz sübut deyildir (argumentum ex silentio). Bu dolayı sübut, iş üzrə toplanmış birbaşa və mötəbər sübutların (təqsirləndirilən şəxsin ilkin etirafı, şahid ifadələri, maddi sübut) məcmusu qarşısında üstünlüyə malik ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin xalis çəkisi 0,908 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin olması, bu miqdarın isə qüvvədə olan qanunvericiliyə əsasən xeyli miqdar təşkil etməsi qəti şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2024-cü il tarixli rəyi ilə təqsirləndirilən şəxsin “Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu”ndan əziyyət çəkməsi sübuta yetirilmişdir. Bu hal, onun şəxsi istifadə üçün psixotrop maddə əldə etməsinə dair ilkin etirafının həyatı reallıqlara uyğun olduğunu göstərir və məhkəmə istintaqındakı heç bir sübutla təsdiqlənməyən ifadəsinin əksinə olaraq, ilkin ifadənin mötəbərliyini gücləndirir. Məhkəmə, yuxarıda təhlil edilmiş sübutların məcmusunu – təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi və işin digər materialları ilə tam uzlaşan etirafedici ifadəsini, şahid ifadələrini, şəxsi axtarış və götürmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs-ya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma – cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Təqsirləndirilən şəxsin şəxsiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, o, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir. lakin cəza çəkdiyi müddətdə islah olunmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş halda yenidən qəsdən eyni cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, şəxsin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan və məhkumluğun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkumun əvvəlki məhkumluğu CM-nin 83-cü maddəsinin tələblərinə uyğun olaraq ödənilmədiyindən və götürülmədiyindən, onun əməlində Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivi mövcuddur. Bu, onun cəmiyyət üçün yüksək təhlükə mənbəyi olduğunu və islahının yalnız cəmiyyətdən təcrid olunma şəraitində mümkünlüyünü göstərir. Eyni zamanda onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacının olması, habelə himayəsində azyaşlı övladının olması da nəzərə alınır. Bu hal, bir tərəfdən onun cinayətə sürüklənməsinin mümkün səbəblərindən biri kimi nəzərə alınmalı, digər tərəfdən isə onun islahı üçün xüsusi yanaşma tələb edildiyini göstərir. Buna müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirkarın himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Yuxarıda göstərilən bütün halları – cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini, onun islah olunma ehtimalını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu məcmu halında qiymətləndirən məhkəmə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması, habelə cəzanın sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün ona CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruridir və ədalətlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini göstərir. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin düzəlməsinə və narkotik asılılığından xilas olmasına imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyini hazırkı məqamda, törədilmiş əməlin faktiki təkrarlığı (ağırlaşdırıcı hallar olmadan), narkotik vasitənin növü və miqdarı, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halları və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Məhkəmə, CM-in 65.2-ci maddəsini rəhbər tutaraq, residivə görə cəza təyin edərkən, cəza müddətinin həmin maddə ilə nəzərdə tutulmuş cinayətə görə daha ciddi cəza növünün yuxarı həddinin (3 il) ən azı yarısını təşkil etməsini (yəni, 1 il 6 aydan az olmamasını) nəzərə alır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu və onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli müəyyən edilməlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan maddi sübut olan narkotik vasitənin qalığı – 0,858 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 89 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın (cəza müddətinə hesablansın) və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbs olunduğu 24 aprel 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan psixotrop maddənin qalığı – 0,858 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – “şəxsi axtarış və götürmə” istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 89 (səksən doqquz) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar